Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə22/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

Passiv immunlaşdırma

Vaksinlərlə aparılan aktiv immun laşdırma ilə yanaşı, passiv 

im muni zasiyanı  təmin  edən  immun  zərdablar  və  immun qlo bu-

lin lər işlədilir. Onların nəticəsində yaranmış immunitet bir neçə 

gündən 4-6 həftəyə qədər saxlanır.

Hazırlanma üsulundan asılı olaraq homoloji (insan zərda bın-

dan alınır) və heteroloji (hiperimmunlaşdırılmış heyvanların q a-

nın dan) preparatlar ayırd edilir. Birincilər tam dozada birdə fəyə, 

ikincilər – Bezredko metodu üzrə yeridilir.

Təsir istiqamətinə görə antitoksik, antivirus və antibakterial 

preparatlar ayırd edilir.

Heteroloji antitoksik preparatlara aiddir:

• Tetanus əleyhinə antitoksik zərdab;

• Qazlı qanqrena əleyhinə polivalent zərdab;

• Botulizm əleyhinə monovalent (A, B, C, E, F) zərdablar;

• Difteriya əleyhinə zərdablar.

•Heterolojivirusəleyhinə preparatlara aiddir:

• Quduzluqəleyhinə immunqlobulin;

• Gənə ensefalitinə qarşı immunqlobulin.

•Homoloji  preparatlar  donor  venoz,  cift  qanından,  düşüklər 

(abort) zamanı alınmış ciftin ekstraktlarından və qandan hazırla-

nır. Buraya aiddir:

• Normal  insan  immunqlobulini  (tərkibində  10%  zülal  olub, 

1000 nəfərdən çox insanın qanından alınır). Preparat qızılca, A 

hepatiti,  göyöskürək,  hipo-  və  aqam maqlobuli nemiya  zamanı 

işlədilir. 

• Qripəleyhinə  immunqlobulin.  Həm  profilaktiki,  həm  də 

müalicə  məqsədilə  işlədilir.  Müalicə  üçün  preparat  əzələdaxili 

xəstəliyin erkən mərhələlərində yeridilir;

•  Stafilokokkəleyhinə immunqlobulin stafilokokk infeksi ya sı-

nın müxtəlif formaları ilə xəstələrdə tətbiq edilir;

•  Tetanusəlyehinə  insan  immunqlobulini  peyvənd  edilmə miş 

uşaqlarda  tetanusun  passiv  təcili  profilaktikası  və  böyüklərdə 

müa  licəsi məqsədilə işlədilir;

• Gənə  ensefalitinə  qarşı  insan  immunqlobulini  xəstəliyin  t ə-

ci li profilaktikası və müalicəsində tətbiq olunur.


260

Spesifik  təsirlə  yanaşı,  immunqlobulinlər  qeyri-spesifik  x ü-

su    siyyətə də malikdir. İmmunqlobulinlərin müalicəvi effekti a l-

lergik aktivliklə təzahür edir, belə ki, onlar hüceyrələrin və toxu-

maların allergenlərlə sensibilizasiyasına mane olurlar.

Seroprofilaktika, yəni zərdabların və immunqlobulinlərin y e-

ri  dilməsi qısa müddət ərzində passiv immunitet yaradır. Zər dab-

ların  venadaxili  yeridilməsi  zamanı  immunitet  inyeksiyadan 

dərhal  sonra  yaranır,  əzələdaxili  və  dərialtı  yeridilmə  zamanı 

anticisimlərin  maksimal  miqdarı  12-24  saat  sonra  əmələ  gəlir. 

Seroprofilaktikanın  çatışmayan  cəhəti  –  immunitetin  qısamüd-

dətli  olmasıdır.  Heteroloji  zərdabın  yeridilməsindən  sonra  i m-

mu nitet 1-2 həftə, homoloji – 4-6 həftə saxlanılır. 

Bakteriofaqlar

  Bakteriofaqlar  mikrobların  hüceyrədaxili  para zitləri  sayılır 

və bir sıra infeksiyaların müalicə və profilak tikasında əlavə v a-

sitə  kimi  tətbiq  edilir.  Onlar  insan  orqaniz mində  bir  neçə  gün 

ərzində saxlanaraq patogen mikrobları dağıdırlar. Bakteriofaqlar 

orqanizm tərəfindən reaksiyalar törətmir, ona görə tətbiqinə dair 

əks-göstərişlər  yoxdur.  Daxilə  qəbul  olunmuş  bakteriofaq  3-5 

gün ərzində təsirini saxlayır.

Bağırsaq infeksiyaları qrupu bakteriofaqlarına qarın yatalağı, 

salmonelyoz,  koli-protey  bakteriofaqları  aiddir.  Qarın  yatalağı 

bakteriofaqlarına  müxtəlif  faqotiplərə  münasibətdə  aktiv  olan 

faqların qarışığı aiddir – o, bu xəstəliklərin ocağında profilaktika 

za manı  tətbiq  edilir.  Salmonelyoz  bakteriofaqı  salmonellaların 

bir neçə serovarlarının faqolizatlarının qarşığıdır, xəstələrin m ü a-

licəsi, törə dicigəzdirənlərin sanasiyası məqsədilə və ocaqda e pi -

demik  göstərişə  əsasən  istifadə  olunur.  Koli-protey  bakteriofaq 

enteropatogen  bağırsaq  çöpləri  və  protey  qrupuna  müna sibətdə 

aktiv  olan  faqların  qarışığıdır,  kəskin  bağırsaq  infeksiyaları  və 

disbakteriozlarla xəstələrin müalicəsində işlədilir.

Yara  bakteriofaqları  qrupuna  stafilokokk,  streptokokk,  koli, 

protey bakteriofaqları daxildir. Yara bakteriofaqları duru şəkildə 

tətbiq  edilir.  Stafilokokk  bakteriofaqı  müxtəlif  mənşəli  stafilo-


261

kokklara münasibətdə aktivdir; stafilokokk infeksiyasının profi-

laktikası  və  müalicəsində  işlədilir.  Streptokokk  bakteriofaqı  bu 

infeksiyaların müalicəsində, o cümlədən angina, skarlatina z a ma-

 nı  tətbiq  edilir.  Protey  bakteriofaqı  geniş  yayılmış  protey  növ-

lərinə qarşı aktivdir və onların profilaktika və müalicəsində işlə-

dilir. 

Peyvənd işinin təşkili

  Spesifik  peyvəndlər  profilaktik  və  əksepidemik  tədbirlər 

kom p leksində  mühüm  rola  malik  olub,  müxtəlif  infeksiyalarla 

mü barizədə  eyni  əhəmiyyət  daşımır.  Hava-damcı  yoluxma  m e-

xa   nizmi ilə yayılan infeksiyalarda (difteriya, qızılca, göy ös kürək, 

vərəm və s.) profilaktik peyvəndlər həlledici rol oynadığı hal da, 

bağırsaq infeksiyalarında (qarın yatalağı, dizenteriya və s.) yar-

dımçı əhəmiyyət kəsb edir.

 Respublikada əhalinin profilaktik peyvəndlənməsinə rəhbər-

lik və nəzarət Səhiyyə Nazirliyinin sanitar-epidemioloji sektoru 

tərəfindən  həyata  keçirilir.  Profilaktik  peyvəndlərin  icrası  S ə-

hiy yə  Nazirliyinin  müvafiq  əmr  və  təlimatları  ilə  tənzimlənir. 

Peyvəndlərin aparılmasının təşkili və ona cavabdehlik yerli s  ə-

hiy yə təşkilatlarının üzərinə düşür.

 Bütün profilaktik peyvəndlər yalnız müalicə-profilaktika m ü-

əs  sisələrində yerinə yetirilməlidir. Peyvəndlərin evdə aparıl ması 

qəti  qadağandır.  Tibb  işçiləri  olmayan  kiçik  yaşayış  mən tə qə-

lərində peyvəndlər, adətən, həkim və orta tibb işçilərindən ibarət 

briqada  tərəfindən  yerinə  yetirilir.  Bu  halda  peyvəndlər  m ü-

vəqqəti təşkil edilmiş peyvənd məntəqələrində icra olunur.

  Peyvənd  otağı  təmiz  olmalı,  aseptika,  antiseptika  qayda la-

rı na ciddi riayət olunmalıdır. Alətlər üçün nəzərdə tutulan stol, 

həmçinin döşəmə sabunlu isti su ilə yuyulmalı və ya dezinfeksi-

yaedici  məhlulla  (0,2%  xloramin  və  ya  2%  lizol)  silinməlidir. 

Stolun üzərinə steril örtük çəkilməlidir.

  Əhali  peyvənd  ediləcək  gün  və  yer  barədə  əvvəlcədən  x ə-

bər   darlıq edilməlidir. Şəhər əhalisinə profilaktik peyvəndlər p ey-

vəndin növündən və əhali qrupundan asılı olaraq, ümumi və ya 



262

xüsusi tibb şəbəkəsinin mütəxəssisləri tərəfindən aparılır. Polik-

linikalarda  peyvəndlərin  təşkili  və  icrası  infeksion  xəstəliklər 

kabineti tərəfindən həyata keçirilir. Tibbi sanitar hissələrə malik 

müəssisələrdə  peyvəndləmə  Gigiyena  və  Epidemiologiya  Mər-

kə  zinin (GEM) göstərişi və nəzarəti altında tibb işçiləri tərə fin-

dən icra edilir.

  Şəhərdə  uşaqların  profilaktik  peyvəndlənməsi  müstəqil  və 

ya  uşaq  poliklinikalarının  tərkibində  olan  peyvənd  otaqlarında 

yerinə yetirilir. Uşaq və məktəbəqədər müəssisələr, internatlara 

gedən  uşaq lar  həmin  müəssisələrin  tibb  işçiləri  tərəfindən  pey-

vənd  olunurlar.  Profilaktik  peyvəndləmənin  günü  barədə  vali-

deynlər əvvəlcədən xəbərdar edilirlər. Orta ixtisas, ali və digər 

təhsil müəssisələrində tələbələrin peyvəndlənməsi həmin müəs-

sisələrin tibb heyətinin funksional vəzifələridir. Kənd yerlərində 

immuni zasiya  feldşer  məntəqələri  və  kənd  həkim  sahələrində 

icra olunur. 

  Peyvəndləmənin  tamlaşdırılması  üçün  hər  ilin  yanvarında 

Res publika Səhiyyə Nazirliyi Sanitar-epidemioloji sektoru tərə fin-

dən səhiyyə təşkilatlarına növbəti il üçün peyvəndləmənin plan-

laş dırıl masını müəyyənləşdirən sənəd göndərilir.  Əvvəlki  il lərdə 

profilaktik  peyvəndləmənin  təhlili  əsasında  peyvənd  edi lə cək 

kontingent, pey vəndləmə müddəti və təkrarlığı müəy yən olunur, 

həmçinin  əhalinin  yoluxucu  xəstəliklərdən  qorunmasında  isti-

fa də ediləcək preparatlar göstərilir.

 Səhiyyə Nazirliyinin göstərişi əsasında növbəti il üçün profi-

laktik peyvəndlər planı tərtib edilir. Şəhərlərdə uşaqlara profi lak-

tik peyvəndlər şəhər uşaq poliklinikaları tərəfindən planlaşdırılır. 

Hər bir sahə pediatrı profilaktik peyvəndləmənin qeydiyyatı kar-

tı əsasında və patronaj aparmaqla tibb bacısının hər il topladığı 

uşaq  əhalisinin  hesabatı  siyahılarından  istifadə  edərək  konkret 

peyvəndləmə  planını  tərtib  edir.  Uşaq  əhalisinin  immunizasiya 

planında məktəb və məktəbəqədər uşaq müəssisələrinə, in ter nat-

lara gedən uşaqlar nəzərə alınmalıdır. Daimi tibbi əks-göstərişi 

olan uşaqlar plana daxil edilmə məli dir.

  Kənd  yerində  uşaqların  peyvəndləmə  planı  xidmət  rayo-

nunda yaşayan uşaqların qeydiyyatı əsasında aparılır. Yenidoğul-


263

muş, təzə gəlmiş və “itirilmiş” uşaqların qeydiyyatı kənd icra h a-

kimiyyəti  nümayəndəliklərində  dəqiqləşdirilir.  Planlaş dır manın 

gedişində əvvəllər aparılmış peyvəndlər nəzərə alınmalıdır.

 Peyvəndləmə planları şəhərlərdə yaşlı əhali qrupuna həmin 

k on tingentə  xidmət  göstərən  poliklinikalarda,  kənd  yerlərində 

isə rayon və sahə xəstəxanalarında tərtib edilir.

 Peyvəndləmənin planlaşdırılmasında Gigiyena və Epide mi o  -

lo giya Mərkəzləri (GEM) fəal iştirak edir. Onlar uşaq və ümu mi 

poliklinikalar,  məsləhətxanalar,  həkim  sahələri,  təhsil  müəs si-

sələri və digər təşkilatlar tərəfindən tərtib olunmuş peyvənd plan-

larını yoxlamalıdırlar. Planların tərtibində yenidoğulmuş uşaq lar 

barədə  məlumat,  əvvəllər  aparılmış  peyvəndləmə,  yaş  t ər kibi, 

xəstələnmə və s. kimi göstəricilər nəzərə alınmalıdır.

 Ümumi qəbul olunmuş qaydaya görə peyvənd planları y er-

lərdə  müvafiq  müəssisələr  tərəfindən  təsdiq  olunduqdan  son ra 

ərazi  GEM-nə  göndərilməli,  onlar  isə  cəm  şəklində  S ə hiy  yə 

Nazirliyinə təqdim edilməlidir.



Peyvəndlərin aparılması qaydası

Peyvənd  olunacaq  bütün  uşaqlar  həkim  tərəfindən  ciddi  ş ə-

kildə müayinə olunmalı, anamnestik məlumatlar hesaba alınma-

lıdır.  Əvvəllər  aparılmış  immunizasiyaya  qarşı  reaksiya,  ya na şı 

gedən xəstəliklər, dərman preparatları və qida məhsul larına qarşı 

allergiyanın olması və s. nəzərə alınmalıdır.

Kənd yerlərində yaşayan və xroniki xəstəlikləri, allergik v ə-

ziy  yətləri olan uşaqlar peyvənddən əvvəl mütləq şəkildə həkim 

tərəfindən müayinə olunmalıdır. Peyvənd günü hər bir uşaq viz-

u al yoxlanılmaqla yanaşı termometriyadan keçməlidir. Qeyri-nor-

mal  reaksiyaların  qarşısını  almaq  üçün  şərti  (nisbi)  əks göstərişi 

olanlar  müvafiq  mütəxəssislərin  tərtib  etdiyi  sxemə  uyğun  fərdi 

qaydada peyvənd olunmalıdır.

Kəskin xəstəlik keçirmiş şəxslər tam kliniki sağalmadan 1 ay 

sonra, meninqokokk infeksiyası keçirmiş şəxslər isə uyğun ola-

raq 6 və 12 aydan tez olmayaraq peyvənd edilə bilərlər. Bir i n-

fek   siyaya  qarşı  peyvənd  olunmuş  şəxs  digər  infeksiyaya  qarşı 


264

yalnız 2 ay keçdikdən sonra peyvənd edilə bilər. Mənfi immuno-

loji sınağa (Mantu) malik uşaqlar yalnız sınaq qoyulduqdan son-

ra peyvəndə cəlb edilə bilər. Sınağın nəticələri müsbət o l duq da 

onlar  müvafiq  mütəxəssisin  məsləhətinə  göndərilir.  Pey vənd lə-

mə nin gedişində və alətlərin hazırlıq mərhələsində aseptika qay-

daları ciddi gözlənilməlidir. Hər bir peyvənd ediləcək şəxs üçün 

ayrıca  şpris  və  ucluq  istifadə  edilməlidir.  Hər  şprisə  yalnız  bir 

pey vənd dozası yığılmalıdır.

Peyvənd  otağında  təxirəsalınmaz  tibbi  yardım  göstərmək 

üçün lazımi dərmanlar olmalı, bioloji preparatların saxlanılması 

üçün şərait yaradılmalıdır.

Preparat  yeridilməzdən  əvvəl  tibb  işçisi  preparata  dair  təli-

matla  yaxından  tanış  olmalı,  ampulanı  açmazdan  əvvəl  üzə rin-

dəki  etiketin  təyinata  uyğunluğunu  yoxlamalıdır.  Preparat  y e ri-

dildikdən  sonra  uşağın  adı,  soyadı,  təvəllüdü,  preparatın  adı, 

seriyası, nəzarət nömrəsi, peyvəndin edilmə vaxtı göstərilməklə 

qeydiyyat aparılmalıdır.

Peyvəndlərin  yerinə  yetirilməsinə  ancaq  praktik  sağlam  və 

müvafiq hazırlıq keçmiş tibb işçiləri buraxıla bilər. Kəskin respi-

rator xəstəlik, qrip, anginalı şəxslər, əlində yüngül travma və ya 

cızıq olan, dəri və selikli qişalarda lokalizasiyasından asılı olma-

yaraq  irinli  zədələnmələr  olan  şəxslər  peyvəndin  yerinə  y e-

tirilməsində iştirak edə bilməzlər. Peyvənd etməzdən əvvəl tibbi 

heyət əlini sabunla yumalı, barmaqlarının uclarını spirtlə silməli 

və yodla işləməlidirlər.

Bakterial  və  virus  preparatları  təlimatda  göstərilən  şəraitə 

uyğun  saxlanılmalıdır.  Diri  vaksinlərin  saxlanılmasına  xüsusi 

diqqət yetirilməlidir. Gigiyena və Epidemiologiya Mər kəz lə rin-

 də  direktorun  əmri  ilə  peyvənd  preparatlarının  saxlanılmasına, 

daşınmasına cavabdeh tibb işçisi (epidemioloq və ya həkim k ö-

məkçisi)  ayrılır.  Peyvənd  materialının  daxil  olması  xüsusi  jur-

nallarda qeydə alınır.

 


265

Profilaktik peyvəndlərin qeydiyyatı

 

Uşaqlarda profilaktik peyvəndlərin qeydiyyat olunduğu əsas 



sənəd  uşağın  inkişaf  tarixi  və  profilaktik  peyvənd  kartı  sayılır. 

Şəhər uşaq poliklinikalarının peyvənd kabinetlərinin xidmət əra-

zisində yaşayan bütün uşaqlar üçün, o cümlədən 14 yaş da daxil 

olmaqla, peyvənd kartotekası yaradılır. Peyvəndlərin qeydiyyatı 

kar tası hər bir həkim sahəsi prinsipinə uyğun, sahə daxilində isə 

növbəti peyvəndləmə növbəsinə müvafiq düzülür.

Kartotekaya  baxan  tibb  bacısı  aparılmış  peyvəndlər  barədə 

məlumatı uşağın inkişaf tarixinə və peyvənd kartasına köçürür. 

Bura da dəri sınaqlarının nəticələri də qeyd olunur.

Uşaq müəssisələrində aparılmış peyvəndlərin nəticələri m ü-

va  fiq qeydiyyat jurnalında qeydə alınır. Həmin jurnallar ayda bir 

dəfə peyvənd kabinetlərinə təhvil verilir. 



266

XÜSUSİ EPİDEMİOLOGİYA

Tənəffüs yolları infeksiyalarının ümumi xarakteristikası

Tənəffüs  yolları  infeksiyaları  –  tənəffüs  orqanlarının  selikli 

qişasının zədələnməsi və hava-damcı (aspirasion) yoluxma m e-

xa nizmi ilə xarakterizə olunurlar.

Bu  infeksiyalara  həmçinin  aerogen,  aspirasion,  aerozol, 

damcı  infeksiyası  adları  da  verilmişdir.  Lakin  onların  heç  biri 

müvəffəqiyyətli  deyildir.  Belə  ki,  “aerogen”  termini  ona  görə 

yararsızdır ki, hava bu qrup infeksiyaları generasiya etmir, yal-

nız törədicilərin ötürülməsi üçün mühitdir. “Aspirasion” termini 

də  düzgün  deyildir,  çünki  aspiarsiya,  yəni  nəfəsalma  yoluxma 

mexa nizminin 3-cü fazası sayılır. Bundan başqa, digər infeksiya-

larda  da  törədicilərin,  həmçinin  kimyəvi  və  fiziki  agentlərin 

aspirasiyası da mümkündür ki, çox vaxt onların infeksion amilə 

heç aidiyyəti olmur. “Aerozol” termini isə ona görə işlədilə bil-

məz ki, tək tənəffüs infeksiyaları deyil, digər qrup infeksiyaların 

da  törədici ləri  bu  üsulla  yayıla  bilər.  Məsələn,  1942–1943-cü 

illərdə baş verən tulyaremiyanın epidemiyası törədicilərlə çirk-

lənmiş bərkfazalı aerozolun udulması ilə şərtlənmişdir. “Damcı” 

termini də sinonimdir, lakin damcı təkcə havada əmələ gəlmir, 

ona görə də “hava-damcı” termini daha məqsə də uy ğun dur. Belə-

liklə,  hava-damcı  yoluxma  mexanizmi  –  tənəffüs  sis te min də 

lo ka lizasiya edən törədicilərin əsas mexanizmidir.

Bu  qrup  xəstəliklər  aerozol  antroponozlar  da  adlanır,  çünki 

yal nız insanlarda müşahidə edilir. Bu qrupa aid olan bütün xəs-

təliklərdə  infeksiya  mənbəyi  insan  (xəstə  və  törədici gəz dirən) 

hesab olunur. Buna görə də bu qrupa daxil olan xəs tə liklərə aero-

zol  antroponozlar  da  deyilir.  İnsanın  yoluxucu  xəs tə lik lə ri nin 

20%-dən çoxu bu qrupa aiddir. Tənəffüs yolları xəs təlikləri sı ra-

sına qrip, qızılca, göyöskürək, difteriya, skarlatina və s. d a xil  dir.

Aerozol antroponozlarda epidemik prosesin inkişaf qanuna-

uy ğunluqları parazitar sistemdə sahib və parazit popul yasiya la rı-

nın infeksion – immunoloji qarşılıqlı əlaqəsi ilə müəyyən olunur. 

Bir sıra nozoloji formalarda göstərilmişdir ki, törədicinin sirkul-


267

yasiyasının  təsiri  nəticəsində  kollektivin  dəyişən  immunoloji 

strukturu törədicinin virulentliyinə təsir göstərir. Həssas adamla-

rın olduğu zaman xəstələnmə artır, törədicinin virulentliyi yük-

səlir.  İmmun  şəxslərin  artması  yoluxanlarda  xəstələnmə  riskini 

azaldır, orqanizimdə virulentliyi zəifləmiş törədicilər toplanır və 

törədicinin epidemiyaarası dövrdə saxlanılmasına imkan yaranır. 

Əlavə  həssas  kontingentlərin  meydana  gəlməsi  onları  törə di-

cilərin  sirkulyasiyasına  qoşur.  Bu  zaman  törədicilərin  virulent-

liyi artır və xəstələnmə səviyyəsi yüksəlir.

Aerozol  antroponozlar  tənəffüs  yollarının  selikli  qişasının 

zədələnməsi və hava-damcı mexanizmi ilə səciyyələnir. Yolu x-

 ma  mexanizmi  3  mərhələdən  ibarətdir.  1-ci  mərhələ  –  törə di ci-

lərin  yoluxmuş  orqanizmdən  ifraz  olunması  nəfəsvermə, 

danış ma,  öskürmə,  asqırma  zamanı  həyata  keçirilir.  Törədicilər 

yoluxmuş orqanizmdən selik və ağız suyunun damcıları ilə h a-

vaya düşür və orada mikrob aerozolu əmələ gəlir. 2-ci mərhələ – 

aerozolun damcı, hava-nüvəcik və toz fazaları ilə rea lizə olunur. 

3-cü  mərhələdə  törədicilərin  insan  orqanizminə  daxil  olması 

nəfəs aldıqda baş verir. 

Tənəffüs  yollarının  yuxarı  şöbələrində  yerləşmiş  törədicilər 

nəfəsvermə,  asqırma,  danışıq  zamanı  ifraz  olunur.  Öskürmə 

za manı isə tənəffüs yolunun aşağı hissələrində yerləşmiş törə di-

ci lər ifraz edilir.

Öskürmə, asqırma, danışıq zamanı havada əmələ gələn his s ə   -

cik lərin  ölçüsündən  asılı  olaraq,  mikrob  aerozolu  2  fazaya  b ö-

lünür: 1) xırda damcılı (hissəciklərin ölçüləri 100 mkm

 

-ə q ə dər); 



2) iri damcılı (hissəciklərin ölçüsü 100 mkm-dən böyükdür).

 Damcılar infeksiya mənbəyi ətrafında 1-2 m (nadir hallarda 

daha çox) məsafədə yayılır. Damcılar ifraz olunduqdan sonra y a-

xın 20 dəqiqə ərzində quruyur, bəzən isə havanın temperaturun-

dan  və  rütubətdən  asılı  olaraq  2  saat  ərzində  havada  saxlanır 

(qızılca, göyöskürək). Quruma nəticəsində xəstəliklərin törə di ci-

ləri  aerozolun  damcı  fazasından  damcı-nüvəcik  fazasına  keçir. 

Bu  zaman  törədicilərin  kütləvi  şəkildə  məhv  olması  baş  verir. 

Xarici  mühit  amillərinin  təsirinə  qarşı  az  davamlı  törədicilər 

tezliklə məhv olur, daha davamlılar isə hissəvi saxlanırlar. B ö-



268

yük ölçülü damcılar yerə çökür və quruyur, nəticədə toza çev ri-

lir lər. 

Ölçüsü 100 mkm-ə qədər olan “nüvəciklər” havada saatlarla 

asıl mış vəziyyətdə qalır və hava axını ilə otaqda dövr edir, onun 

h ü dudlarından  kənarda  ventilyasiya  yollarından  dəhlizə  keçə 

bilir.  Onlar  yavaş-yavaş  aşağı  çökürlər.  Məsələn,  qızılı  stafilo-

kokklar  72  saat,  difteriya  çöpləri  bir  neçə  saatdan  2  sutkaya 

qədər, qrip virusu 4 saat ərzində havada həyat qabiliyyətini sax-

layırlar. 

Otaqlar yığışdırıldıqda, insanların hərəkəti və digər amillərin 

təsiri altında hava axınının hərəkəti nəticəsində aerozolun ikin-

cili toz fazası yaranır. Ölçüsü 100 mkm-ə qədər olan toz his sə-

cikləri  havada  uzun  müddət  asılı  vəziyyətdə  qalır.  İnfeksion 

ae ro zolun  toz  fazasının  formalaşmasında  daha  vacib  mənbə 

bəlğəm (vərəm zamanı), həmçinin törədicilərin orqa nizmdə əla-

və lokalizasiyası zamanı patoloji möhtəviyyat: məsələn, dəri z ə-

də lənmələrində qartmaqlar hesab olunur. Sonuncu halda infeksi-

yalaşmış  tozun  formalaşmasında  alt  paltarlarının  əhəmiyyəti 

xüsusilə böyükdür.

Tənəffüs yolları infeksiyaları qrupuna aid olan bütün xəs tə-

lik lər  insanın yoluxma mexanizminin xüsusiyyətlərindən  asılı 

olaraq 4 qrupa bölünür:

 I qrup – bura qızılca, məxmərək, epidemik parotit, su çiçəyi, 

göyöskürək,  qrip  aiddir.  Bu  xəstəliklərin  yoluxmasında  damcı, 

hissəvi olaraq infeksion aerozolun nüvəcik fazası həlledici əhə-

miy yət kəsb edir, digər yollar rol oynamır.

 II qrupa – stafilokokk, streptokokk, meninqokokk, difteriya 

bakteriyalarını və adenoviruslarla törədilən xəstəlikləri aid e t mək 

olar.  Törədiciləri  xarici  mühitdə  nisbətən  davamlı  olduqlarına 

görə bu xəstəliklərin törədicilərinin yoluxmasında hava-nüvəcik 

f a za sının  əhəmiyyəti  yüksəlir.  Bu  qrup  xəstəliklərin  y  a  yıl  ma-

sında təmas-məişət, qida yolları da rol oynaya bilər.

  III  qrupa  vərəm  və  təbii  çiçək  aiddir.  Bu  xəstəliklərin  t ö-

rədiciləri xarici mühitdə olduqca davamlıdırlar. Xəstəliklərin t ö-

rə  diciləri virulentliyini və həyat qabiliyyətini aerozolun toz f a za-

sında belə saxlayırlar. 


269

 IV qrupa – skleroma aiddir. Bu xəstəlikdə məişət (əllər vasi-

tə silə), alimentar yoluxma yolları aerozol yoluxma m e xa niz min-

dən daha əhəmiyyətlidir. 



Etioloji amili əsas götürürək aerozol antroponozları bir neçə 

qrupa bölürlər. Onlar yuxarı tənəffüs yollarının müxtəlif his sə lə-

ri nin zədələnməsi ilə xarakterizə olunurlar. 

I  qrupu  KRVİ  (kəskin  respirator  virus  infeksiyaları)  təşkil 

edir. Bu qrup xəstəliklərin törədiciləri müxtəlif cinslərə və ailə-

lərə daxil olan viruslardır. Onların hamısı RNT tərkibli viruslar-

dır  (adenoviruslar  istisna  olunmaqla  –  tərkibində  DNT  zənciri 

vardır).  KRVİ-nin  əsas  törədiciləri  miksoviruslardır.  Buraya  B, 

A, C qrip virusları və paraqrip virusları, RS (respirator-sinsitial) 

viruslar  daxildir.  Bundan  başqa,  pikornoviruslar  (pico  –  xırda 

öl çülü, rna – RNT), enteroviruslarvə rinoviruslar,koronovirus-

lar,reoviruslar,adenoviruslarda iştirak edirlər. Enteroviruslara 

Kok saki A  və  B,  ESNO  (enteric  cytopathogenetic  human  orp-

hans – insanın sitopatogenetik yetim virusları) aiddir. KRX bəzi 

bakteriyalar və mikoplazmalarla (pnevmoniya) da törədilə bilər. 

Onların törətdikləri xəstəliklərdə klinik sindromlar virus mənşəli 

KRX-də müşahidə edilən sindromlarla oxşardır. Müxtəlif törə di-

ci lərlə törədilən xəstəliklərin kliniki diferensiasiyasının çətinliyi ilə 

əlaqədar olaraq, hazırda KRX ümumiləşdirilmiş diaqnozunun q o-

yul ması  istifadə  olunur.  KRX  nəinki  infeksion,  həmçinin  ümumi 

xəstələnmənin strukturunda ən geniş yayılmış xəs tə lik lər dir.

 II qrup – qızılca, III – epidemik parotit, IV – herpes viruslu 

infeksiyalar (su çiçəyi, kəmərvari dəmrov), V – məxmərək, VI  

bak terial xəstəliklərdən (streptokokk infeksiyası – streptokokoz: 

skarlatina, angina), VII – difteriya (corinobac te rium diphteriae), 

VIII – göyöskürək (Bordetella pertusis), IX – meningit (Neisse-

ria meningitidis), X  vərəm (Mycobacterium tuberculosis), XI 



 cüzam (Mycobacterium leprae) ibarətdir.

Ümumlikdə  qəbul  olunmuşdur  ki,  aerozol  antroponozlarda 

epidemik prosesin inkişaf qanunauyğunluqları parazitar sis tem-

 də  sahib  və  parazit  populyasiyalarının  infeksion  – immunoloji 

qarşılıqlı təsiri ilə müəyyən olunur. Bir sıra nozoloji formalarda 

göstərilmişdir  ki,  törədicilərin  sirkulyasiyasının  təsiri  n  ə   ti  cə-



270

sin də kollektivin dəyişən immun strukturu öz növbəsində törə di-

ci nin virulentliyinə də təsir edir. Kollektivdə həssas şəxslər o l-

duq da  xəstələnmə  səviyyəsi  artır,  müvafiq  olaraq  törədici 

p   o   pul   yasi yasının virulentliyi də yüksəlir.

  İmmun  şəxslərin  miqdarının  artması  yoluxmuş  şəxslərdə 

xəs tələnmə  riskini  azaldır.  Bu  zaman  orqanizmdə  virulentliyi 

zəifləmiş  törədicilər  toplanır  və  onların  epidemiyaarası  dövrdə 

sirkulyasiyasına imkan yaranır.

 Əlavə olaraq həssas qrupların əmələ gəlməsi onları törədi-

cilərin  sirkulyasiyasına  cəlb  edir.  Bu  zaman  törədicilərin  viru-

lent  liyi və xəstələnmənin səviyyəsi də yüksəlir. Hava-damcı m e-

xa  nizmlə  yoluxma  asanlıqla  həyata  keçir.  Bununla  əlaqədar 

o la  raq, tənəffüs yollarının infeksiyaları (qrip, qızılca, vərəm) dün-

yanın hər yerində ən geniş yayılmış xəstəliklərdəndir.

 Yoluxmanın asanlıqla həyata keçməsi ona gətirib çıxarır ki, 

insanlar  onlara  əsasən  uşaq  yaşlarında  yoluxurlar  və  nəticədə 

xəstəliklərə  qarşı  davamlı  immunitet  əmələ  gəlir.  Bu  isə  yaşlı-

larda həmin infeksiyalarla xəstələnmənin azalmasına səbəb olur. 

Tənəffüs yolları infeksiyalarının əksəriyyəti “uşaq infeksiya-

ları” adlandırılır. Bu qrupa daxil olan xəstəliklərin çoxu immun-

profilaktika vasitələri ilə idarə olunur.

 Hava-damcı infeksiyalarına qarşı əldə olunan böyük müvəf-

fə qiyyətlər  (məsələn,  təbii  çiçəyin  ləğv  edilməsi)  peyvənd  pre-

pa ratlarının  istifadəsi  ilə  bağlıdır.  Buna  görə  də  hava-damcı 

infeksiyaları problemi immunoloji problem sayılır. 

Aerozol antroponozlarda epidemik prosesin inkişafına sosial 

amillər mühüm təsir göstərir. Onlara əhalinin sıxlığı, miqrasiya, 

doğuş,  mütəşəkkil  kollektivlərin  formalaşması,  pey vənd  işinin 

təşkili  aiddir.  Həmçinin  təbii  amillər  təsir  edir.  Məsələn,  ilin 

soyuq aylarında hava-damcı mexanizmi daha çox realizə olunur. 

Bu mexanizmin aktivləşməsi insanların sıx ünsiyyə tindən, onla-

rın uzun müddət qapalı şəraitdə qalmasından asılıdır. 


271


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin