Patogenez və klinikası. Epidemik parotitin törədiciləri y o-
lux muş tüpürcəklə hava damcısı vasitəsilə ağız və tənəffüs yol-
larına daxil olur. Ağızdan virus tüpürcək vəzilərinə, sonra isə
qan dövranına daxil olur və cinsiyyət, mədəaltı vəzlərin və beyin
qişalarının spesifik zədələnməsinə səbəb olur.
342
Epidemik parotitdə inkubasiya dövrü 3 gündən 30 günə q ə-
dər dir (orta hesabla 15-20 gün). Xəstəlik yüngül nasazlıq, ə z gin-
lik, iştahanın azalması ilə başlanır. 1-2 gündən sonra çey nəmə
zamanı ağrı hissiyyatı, ağızda quruluq və qulaqyanı vəzi lərdən
birinin şişməsi qeyd edilir. Şiş tədricən böyüyərək xəs təliyin
5-6-cı gününə kimi tam inkişafına çatır. Daha 2-5 gün k e çən dən
sonra 37-42% xəstələrdə ikinci qulaqyanı vəzi də b ö yü məyə
baş layır. Bəzən bu prosesə çənəaltı və dilaltı vəzilər qoşulur.
Adətən, hərarət yüksək olmur, xəstəliyin 5-7-cı günündə nor-
maya enir. Parotitin bəzən atipik gedişi də müşahidə edilir.
Böyük oğlan uşaqları və kişilərin 20%-də xayaların iltihabı qeyd
olunur. Az-az hallarda qadınların cinsiyyət və mədəaltı vəziləri
zədələnir. Parotitli xəstələrin 1/3-də xəstəlik gizli şəkildə gedir.
Xəstəliyin proqonozu yaxşıdır, demək olar ki, ölüm qeyd edilmir.
Xəstəliyi keçirdikdən sonra xəstələrdə davamlı immunitet
yaranır. Təkrar yoluxma çox az hallarda (1,5-3% hallarda) baş
ve rir. Xəstəliyi keçirənlərdə parotit allergeninə qarşı yüksək həs-
saslıq əmələ gəlir, buna əsaslanaraq dəri-allergik sınağı təklif
edilmişdir. Onun vasitəsilə əhali arasında parotit xəstəliyinə qar-
şı immun təbəqənin səviyyəsi öyrənilir.
Yoluxma mexanizmi. Epidemik parotit xəstəliyində y o-
lux ma hava-damcı yolu ilə həyata keçir. Xəstəliyin törədicisi
ət raf mühitə tüpürcək damcıları vasitəsilə xaric edilir, oradan isə
ağızın selikli qişasına daxil olur. Digər hava-damcı yoluxucu
xəstəliklərindən fərqli olaraq, törədici yuxarı tənəffüs yollarında
deyil, tüpürcək vəzilərində yerləşir. Bu xəstəlikdə kataral əla-
mətlər qeyd edilmir, virus tüpürcəklə ifraz olunur. Xəstəlik z a-
ma nı tüpürcək ifrazı azalır, o, qatılaşır və törədicinin xaric olun-
ması zəifləyir.
Bəzi tədqiqatçılar qeyd edirlər ki, uşaq müəssisəsində parotit
xəstəliyi daha sürətlə yayılır. Digər qrup tədqiqatçıların fikrincə,
uzun sürən gizli və əlamətsiz gedən xəstəliyin olması parotitin
e pi demik alovlanmasının qızılca və başqa kəskin tənəffüs infek-
siyalarına nisbətən “süst” və uzun sürməsi, aşağı kontagiozluğu
və zəif yayılması ilə səciyyələnir.
343
İnfeksiya mənbəyi. Epidemioloji və eksperimental tədqi qat-
lar nəticəsində sübut edilmişdir ki, parotit xəstəliyində törə di ci-
nin mənbəyi xəstəliyi kəskin, gizli və əlamətsiz keçirən şəxs-
lərdir. Mütəşəkkil uşaq müəssisələrində gizli və əlamətsiz keçən
xəstəlik növləri epidemioloji cəhətdən təhlükəlidir. Xəstəliyin
əlamətsiz keçməsi seroloji üsullarla müəyyən edilir, müayinə
olu nanların 13,3%-dən 30-70%-də əkscisimlərin titrlərinin art-
ması qeyd edilir. Virusun xaricə ifraz olunması inkubasiya döv-
ründə və xəstəliyin başlanğıcının 5-8-ci günündə baş verir.
Epidemioloji xüsusiyyətləri. Epidemik parotit hər yerdə
yayılmışdır. Ərazidə əhalinin müxtəlif qrupları arasında və z a-
man daxilində qeyri-bərabər yayılmışdır. Peyvəndin aparıldığı
dövrdən əvvəl xəstəliyin səviyyəsi ilə əhalinin sıxlığı arasında
dəqiq əlaqə izlənirdi. Xəstəlik şəhərlərdə kənd yerlərinə nisbətən
2,3-4,0 dəfə çox qeyd edilirdi.
Ayrı-ayrı illərdə baş vermiş xəstəliyin səviyyəsi də eyni d e-
yil dir. Xəstəliyin enməsi dövründə həm şəhərdə, həm də kənddə
elə dövrlər olur ki, 1-3 ay müddətində xəstəlik ümu miyyətlə baş
vermir. Belə fasilədən sonra xəstəliyin baş vermə sini və səviy-
yəsinin yüksəlməsini, bir qayda olaraq, törədicinin xaric dən
gətirilməsilə əlaqədar müəyyən etmək mümkün deyildir. Epide-
mik prosesin inkişafını və dayanmasını ancaq kütləvi immunite-
tin həyata keçirilməsi ilə əldə etmək olar. Xəstə lən mənin səviy-
yəsinin qalxması dövrünün sonunda, infeksiya mən bə yinin a rt dığı
vaxtda hələ kifayət qədər həssas şəxslər qalır. Baş verən xəstələn-
mənin səviyyəsinin enməsini törədicinin virulentliyinin azalması
ilə əlaqələndirmək tələb olunur. Buna oxşar xəstəliyin növbəti
artması üçün ancaq immuniteti olmayanların lazımi sayda toplan-
ması və xəstəliyi törətmək qabiliyyətinə ma lik törədicinin olması
vacibdir.
Epidemik parotit xəstəliyi əsasən uşaq və mütəşəkkil kollek-
tiv lərin yoluxucu xəstəliyidir. MDB ölkələrində 15 yaşından aşa -
ğı uşaqlar arasında ümumi xəstələnmənin 95%-i qeydə alınır.
O ğ lanlar qızlara nisbətən 1,5 dəfə çox xəstələnirlər. Lakin 20
ya şın dan sonra qadınlar arasında xəstəlik nisbətən çoxdur (uşaq-
larla təmas). Uzun illər parotit xəstəliyi “əsgər” xəstəliyi hesab
olunurdu. Son zamanlarda əsgərlər arasında xəstəliyin səviy yə si-
344
nin azalması urbanizasiya və uşaq müəssisələrinin sayının art-
ması ilə əlaqədar xəstəliyin uşaqlarda tez-tez rast gəlməsi ilə
(immuniteti olan çağırışçıların çoxalması) əlaqədardır.
Epidemik parotit xəstəliyi fəsillərlə əlaqədardır. Avropa, Asi-
ya və Şimali Amerikada xəstəlik ən çox yaz aylarında, ən az isə
payız aylarında aşkar edilir. Mərkəzi Amerika ölkələrində (Mek-
sika, Venesuela, Boliviya) fəsli dəyişiklik qeyd edilmir. Argen-
tina və Uruqvayda xəstələnmənin səviyyəsinin qalxması payız
aylarında və qışın əvvəlində qeyd edilir. Bu ərazidə xəstəliyin ən
aşağı səviyyəsi yaz aylarında aşkar edilir.
Müasir dövrdə epidemik prosesin təzahür etməsi peyvənd
işinin təşkilindən asılıdır. Ümumi peyvəndləmə 150-180% o l-
du ğu halda, ayrı-ayrı şəhərlərdə o, 50-80%-ə qədər aşağı endiril-
mişdir, peyvənd aparılmayan digər şəhərlərdə isə bu göstərici
500% və daha yuxarı səviyyədədir.
Profilaktika və mübarizə tədbirləri. Spesifik profilaktika
məq sədilə A.A.Smorodintsev (1954) tərəfindən toyuq embrion-
larında parotit əleyhinə diri vaksin hazırlanmışdır (Sankt-Peter-
burq 1, 2, 3 ştamlarından). Təklif edilmiş vaksinlərin parotit o c-
aq larında effektivlik indeksi 9,5-24, göstəricisi isə 9 0 ,0 -95,6%-dir.
Bu, imkan verir ki, onlar epidemioloji göstərişə əsa sən istifadə
edilsin. Peyvənd ilk növbədə 1-7 yaşlı uşaqlar ara sında aparılır.
MDB ölkələrində epidemik parotitə qarşı pey vənd 1980-ci ildən
başlanmışdır. Peyvəndin epidemioloji effektivliyi göstərilmişdir
(peyvənd olunanlar arasında olunmayanlara nisbətən xəstəlik on
dəfələrlə azalır). Kütləvi peyvənd zamanı ən yaxşı nəticə xəs-
təliyin dövrü qalxmasının enməsi mərhələsində aparıldıqda əldə
edilir. Epidemik parotitlə xəstələnmənin xeyli aşağı salınması
üçün böyük şəhərlərdə 1-14 yaşlı uşaqların 30%, kiçik şəhər-
lərdə 15-20%-nin peyvənd edilməsi vacibdir. Lakin bu yolla
yaranmış immun təbəqə epidemioloji salamatlığın uzun müddət
sax lanması üçün kifayət deyildir. İlk növbədə uşaqların (1 yaş
və yuxarı) kütləvi peyvənd edilməsi, sonra məktəb yaşında (6
yaş) onların təkrar revaksinasiyası məsləhət görülür. Hazırda
parotit, qızılca, məxmərək polivaksinindən MMR istifadə olu-
nur.
345
Epidemioloji nəzarət. Epidemik parotit zamanı profilaktik
tədbirlərin effektivliyi xəstənin evdə təcrid edilməsindən asılıdır.
Təcridin vaxtı xəstəliyin başlanmasından 9 günə qədərdir. Ağır
xəs tələri xəstəxanaya yerləşdirirlər. ocaqda olan və parotitlə xəs-
tə lənməmiş 10 yaşına qədər uşaqlar 21 gün ərzində uşaq müəs-
sisəsinə buraxılmır. Uşaq müəssisələrində kənardan parotit xəs-
tə liyi gətirilərsə, inkubasiya dövrünün müddəti nəzərə alınaraq
25 gün ərzində karantin qoyulur. Virus xarici mühitə tüpür cəklə
ifraz edildiyindən bəzi məişət əşyaları, xüsusilə oyuncaqlar d e-
zin feksiya edilir, qab-qacaq qaynadılır. Xəstə olan otaq nəm
üsul la yığışdırılır və havası dəyişdirilir. Bəzi hallarda, əsasən kli-
nik göstəriş olduqda, immunoqlobulin profilaktikası aparılır, n ə-
ti cədə xəstəliyin gedişi yüngülləşir. Hər bir parotit yoluxucu xəs-
təliyi haqqında GEM-ə məlumat verilməlidir.
Müasir şəraitdə epidemioloji nəzarətin əsas məqsədi xəstə li-
yin səviyyəsini azaltmaqdır. Bu məqsəd epidemik şəraitin şərt-
ləri və peyvəndlə əhatə olunma imkanını nəzərə alaraq yerinə
yetirilir. Xəstə lən mə nin səviyyəsinin mütəmadi şəkildə aşağı
sa lın ması planlı immuni zasiya və aşkar edilmiş ocaqlarda pey-
vənd aparmaqla xəstəliyin qarşısının alınmasına yönəldilmiş
təd birlər nəticəsində mümkündür.
Laborator diaqnostikası. Epidemik parotitin laborator diaq-
nos tikası parotit virusunun əldə edilməsi və ona qarşı yaranmış
əkscisimlərin aşkar edilməsinə əsaslanır.
Virusu əldə etmək üçün toyuq embrionlarından və hüceyrə
kulturalarından (Detroyt-6, Ner-2, insan ciftinin amnion hücey-
rələri, insan embrionu, meymun böyrəyi) istifadə edilir. Alınmış
virusun təyin edilməsi üçün spesifik immun zərdablarla KBR,
HALR, NR üsullardan istifadə edilir.
Seroloji diaqnostika xəstənin qan zərdabında əkscisimlərin
aşkar edilməsinə əsaslanır. Bunun üçün qan zərdabı müayinə olu-
nur (xəstəliyin 7-8 günü və 2-3-cü həftəsində), bu dövrdə (7-8-ci)
əkscisimlər əmələ gəlir və ən yüksək titrə qalxır (2-3 h əf tə). Bu
məqsədlə neytralizasiya, hemaqqlütinin ləngimə, k omp lementin
birləşmə, eritrositlərin birləşmə reaksiyalarından istifadə edilir.
346
Epidemik ensefalit (ekonomo xəstəliyi)
Epidemik ensefalit yarımkəskin yoluxucu xəstəlikdir, onun
virus təbiətli olması ehtimal edilir və mərkəzi sinir sisteminin
pozulması ilə səciyyələnir, çox vaxt aydın klinik əlamətsiz keçir
(təzahürsüz növ).
Qısa tarixi məlumat. Epidemik ensefalit ilk dəfə 1917-ci
ildə Avstraliya həkimi Ekonomo tərəfindən təsvir edilmişdir. Ona
qədər XVI əsrdən başlayaraq Avropada buna bənzər xəstə liyin
epidemik alovlanmaları dəfələrlə baş vermişdir.
1917-ci ildə epidemik ensefalit ayrı nozoloji növ kimi təsvir
olunduqdan sonra müxtəlif ölkələrdə (İngiltərə, Fransa, Alma-
niya, İsveç, ABŞ, Kanada və s.) bu xəstəliyin bir neçə epidemik
alov lanmaları qeyd edilmişdir. Ən yüksək xəstələnmə 1920-ci
ildə müşahidə olunmuşdur. Nette və Şternin məlumatına əsasən
həmin ildə Fransada 10000 nəfər, İtaliyada – 5000, İngiltərədə –
1000-ə qədər şəxs xəstələnmişdi. Hər 10000 nəfərə görə xəstəlik
göstəricisi 2,0-2,5-dən yuxarı qalxmırdı, çox vaxt 0,1-1 həddində
idi.
MDB ölkələrində epidemik ensefalit 1923-cü ildən qeydə alı-
nır. Ən yüksək xəstələnmə, çox güman ki, 1918–1920-ci i l lərdə
baş vermişdir. 1923–1929- cu illərdə hər 10000 nəfərə xəstəlik
göstəricisi 0,1-ə bərabər idi, hazırda il ərzində ayrı-ayrı xəs-
tələnmə hadisələri qeyd edilir.
Xəstəliyin törədicisini əldə etmək üçün dəfələrlə cəhd gös-
tərilmişdir, lakin nəticəsi mənfi olmuşdur. Hazırda ehtimal edilir
ki, epidemik ensefalitin törədicisi virusdur.
Patogenez və klinikası. Xəstəlik amilinin giriş qapısı burun
yolları, burun-udlaq, udlaqdır. Sonra törədici beyinə daxil olur.
Digər fərziyyəyə görə, törədici beyinə qan vasitəsilə daxil olur.
Ehtimal edirlər ki, inkubasiya dövrü 4-15 gündür. Epidemik
a lovlanma dövründə xəstəliyin başlanğıcı hərarətin yüksəlməsi,
sinir pozğunluğu, sonra isə çoxlarında ağır xəstəlik halı və ö lüm lə
nəticələnmə müşahidə edilir. Alovlanma qurtardıqdan sonra tək-
tək xəstələnməyə daha çox təsadüf edilir, klinik əlamətlər sönür,
simptomsuz vəziyyət yaranır.
347
Psixi pozğunluğun müxtəlifliyinə baxmayaraq, epidemik
ensefalitin əsas iki klinik gedişi müəyyən edilmişdi:
a) okulo-latergik gediş – yüksək hərarət, kəskin baş ağrıları,
ö gü mə, qusma, boğazın selikli qişasının qızarması, yuxarı tənəf-
füs yollarının iltihabı ilə səciyyəvidir. Psixonevroloji əlamət-
lərdən yuxu pozğunluğu (gündüz yuxu culluq, axşam yuxusuz-
luq) və göz sinirlərinin iflici (ikili görmə, ptoz, a k komo dasiyanın
pozulması) qeyd edilir.
b) hipergenetik gediş – ekstrapiramidal sistemin zədələnməsi
ilə səciyyələnir. Burada əsas əlamət hiperkinezlərdir (xoreya,
bü tün əzələlərin və ya ayrı-ayrı əzələ qruplarının qıc olması, ç ı-
ğır ma və s.). Bundan başqa, digər klinik növlər qeyd edilir (epi-
leptiform, psixi, psixosensor, ataktik və s.). Kəskin dövrün müd-
dəti 4-5 həftədir (ildırım sürətli növdən başqa, onda ölüm
xəs təliyin başlanğıcından bir neçə saat sonra baş verir). Kəskin
dövrdən sonra gələn xronik dövr uzun müddət davam edir. Bu
dövrdə əsasən baş beynin qişaaltı törəmələrinin degenerasiyası
əlamətləri (parkinsionizm, bradiki neziya, oliqoki neziya, danışı-
ğın dəyişilməsi, başın, ətrafların əsməsi və s.) nəzərə çarpır.
Epidemioloji xüsusiyyətləri. Epidemik ensefalitdə infeksiya
mənbəyi insandır (xəstə və ya virusgəzdirən). Xəstəlik hava-
damcı yolu ilə yayılır. Xəstəliyin tək-tək baş verməsi ayrı-ayrı
hadisələr arasında əlaqəni aydınlaşdırmağa maneçilik törədir,
onların çoxu əlamətsiz və gizli şəkildə gedir. Bununla yanaşı,
xəstəliyin yayıl ma sında xəstələrin (əsasən inkubasiya dövründə)
və virusgəz dirənlərin böyük əhəmiyyəti vardır.
Epidemik ensefalitlə xəstələnmə hadisələrinin əksəri qış-yaz
döv ründə baş verir, şəhər əhalisi arasında xəstəlik kəndə nis bətən
daha çox yayılmışdır. Kişilər və qadınlar eyni dərəcədə epidemik
e n se falitə həs sas dırlar. Xəstələnənlərin əksəriyyəti 25-30 yaşlı
şəxs lərdir, bu xüsusiyyəti ilə epidemik ensefalit di gər hava-damcı
yolu ilə yayılan xəstəliklərdən fərqlənir, uşaqların xəs tə lən məsi
aşkar edilmir. L.V.Qro ma şevskinin (1947) fi k rincə, bu, onunla
izah edilir ki, uşaqlarda epidemik ensefalit yüngül keçir, nadir
halda aşkar edilir və davamlı immunitet yaranır. Bu da uşaqlarla
böyüklərin xəstələnmələri arasında olan fərqi eyni ləş dirir.
348
Profilaktika və mübarizə tədbirləri. Xəstəliyin spesifik p ro -
fi laktikası vardır. Ümumi profilaktika hava-damcı yolu ilə y a yı-
lan digər yoluxucu xəstəliklərdə olduğu kimidir.
Xəstəliyə qarşı mübarizə tədbirləri aşağıdakılardan ibarətdir:
a) hər xəstəlik hadisəsi qeydə alınmalıdır;
b) xəstə xəstəliyin kəskin dövründə xəstəxanada təcrid e di l-
mə li, ocaqda son dezinfeksiya aparılmalıdır;
c) təmasda olanlar üzərində 2-3 həftə ərzində müşahidə apa-
rılmalıdır.
Laborator diaqnostikası. Epidemik ensefalitin laborator diaq-
nostikası hazırlanmamışdır.
Tənəffüs yollarının bakterial yoluxucu xəstəlikləri
Streptokokk mənşəli yoluxucu xəstəliklər
Streptokokk xəstəliklərinə klinik təzahür edən 4 qrup yolu-
xucu xəstəliklər aiddir: 1) respirator streptokokk yoluxucu xəstə-
likləri: bura skarlatina, angina, kəskin respirator xəstəliyi və xro-
nik tonzilitlə müşayiət edən tənəffüs yollarının kəskin və xroniki
zədələnməsi aiddir; 2) dəri streptokokk yoluxucu xəstəliyi (im pe-
tiqo və strepto dermiyanın başqa əlamətləri); 3) kəskin irinli məh-
dud (məsələn, otit) və yayılmış (sepsis) streptokokk yoluxucu
xəs təliyi; 4) streptokokk infeksiyasından sonrakı irinsiz xəs-
təliklər (streptokok yoluxucu xəstəliyinin ikinci növü): revma-
tizm, qızılyel, streptokokk mənşəli qlomerulonefrit, vaskulitlərin
bəzi növləri. Söhbət təsnifatda birləşdirilməyən klinik təzahür
edən və Streptococ cus pyogenos tərəfindən törədilən xəs tə lik-
lər dən gedir.
Etiologiyası. Streptokokklar insanın bir çox yoluxucu xəstə-
lik lərinin törədicilıri olaraq Streptococ cus cinsinə, Streptococ-
caceae ailəsinə aiddir. Berqinin təyinatına görə Strepto coc cus
cinsi 38 növ və müəyyən sistematik yer tutan bir neçə seroqrup-
dan ibarətdir. İnsan patologiyasında ən əhəmiyyətlisi Streptococ
cus pyogenes-dir (A seroqrupu).
349
İlk dəfə streptokokkları 1874-cü ildə Bilrat qızılyel xəstə-
liyində toxumalarda aşkar etmişdir. 1879- cu ildə Paster strepto-
kokkları irinli xəstəliklərdə və sepsis zamanı tapmışdır. Strepto-
kokkların təmiz kulturasını 1884-cü ildə Rozenbax əldə edib
ö y rənmişdir.
Streptococ cus cinsinə aid olan bakteriyalar şarabənzər və
oval şəklində, 2 mkm-dən kiçikdir. Müxtəlif növə aid olan strep-
tokokklar müxtəlif ölçüdədirlər. Streptococcus pyogenes – 0,6-1
mkm-dir. Mikroblar cüt-cüt yerləşir və ya zəncir əmələ gətirir.
Streptococ cus pyogenes -in kapsulu var, hərəkətsizdir, 37ºC,
7,6-7,8 pH-da inkişaf edir. Streptokokklar fakültativ anaerobdur.
Qanlı aqarda kiçik bozumtul və ya rəngsiz koloniyalar şəklində
böyüyürlər. Streptococ cus pyogenes hüceyrədən kənar bəzi
fermentlər əmələ gətirir (hialuronidaza, proteinaza, dezoksiribo-
nukleaza, fibrinolizin və s.).
Streptokok hüceyrələrinin tərkibində bir neçə tip antigenlər
var, onlar müxtəlif streptokokları biri-birindən fərqləndirməyə
imkan verir. Streptokokku seroqrupa ayıran antigen polisaxarid-
dir (C substansiyası). Seroqruplar latın əlifbasının böyük hərf-
lərilə A, B, C, D, E, F və s. kimi göstərilir. Polisaxarid strepto-
kok antigenin xarici hissəsinə aiddir. Ai seroqrupa (S.pyogenes
də ora daxildir) bu antigen ramnoza-asetilqlükoza, B-seroqrupa
ram nozo-qlukozamin, D seroqrupa D-alanit tərkibli qliserintey-
xoy turşusu və şəkər daxildir. Antigen polisaxaridi qrup xüsu-
siyyətinə malikdir. İnsanda rast gəlinən streptokok yoluxucu
xəstəliyinin törədicilərinin əksəriyyəti A streptokok qrupuna aid
olan mikroblardır (S.pyogenes). Onların pato genliyi toksin, h ü-
cey rədən kənar ferment və hüceyrə strukturlarını əmələ gətirmək
qabiliyyəti ilə müəyyən edilir.
S.pyogenes virulentliyinə və antigen quruluşuna görə müx-
təlifdir. Hazırda streptokokların A seroqrupunda 60-dan çox s e ro-
variant məlumdur, onlar T, M antigenə görə fərqlənirlər. M a n ti-
genin kəmiyyət tərkibi streptokok populyasiyasının v i ru lentliyini
təyin edir.
Patogenezi. Streptokok etiologiyalı yoluxucu xəstəliklərin
pa to genezi həm mikrobların xüsusiyyətlərindən, həm də makro-
350
or qa nizmin immun vəziyyətindən, həmçinin əvvəllər keçirilmiş
strep tokok xəstəliyindən, sensibilizasiyadan asılıdır. Streptokok
etiologiyalı angina xəstə ilə təmasda olaraq ekzogen yoluxma z a-
manı (tonzillitdə) və orqanizmə onun müqavimətini azaldan a mil -
lərin təsirindən baş verir. Soyuqdəyməyə də müəyyən yer ve rilir,
onun nəticəsində badamcıqlarda hemodinamika pozulur. Resi div-
verən angina orqanizmin spesifik allergizasiyasının təza hü rüdür.
Streptokoklar ilkin ocaqdan limfa və qan vasitəsilə yayı laraq yeni
ocaqların yaranmasına səbəb olur.
Epidemioloji xüsusiyyətləri. Streptokok etiologiyalı yolu-
xucu xəstəliklərdə kliniki təzahürün müxtəlifliyi insanların bu
xəstəliyə müxtəlif həssaslığı ilə bağlıdır. Skarlatina ilə ancaq
tok sigen strepto koklarla yoluxan və antitoksik immunitetləri o l-
ma yan şəxslər xəs tələnirlər. Ən çox yayılmış streptokok etiolo-
giyalı yoluxucu xəstəlik anginadır. Bəzən respirator streptokok
xəs təliyi yuxarı tənəffüs yollarının xəstəliyi kimi qeydə alınır.
Kəskin respirator streptokok xəstəliyi keçirmiş və etiotrop müa-
licə almamış xəstələrin təxminən 1-5%-də revmatizm inkişaf
edir. İnsanların 10-15%-i avirulent və ya zəif virulent streptokok
gəzdirənlərdir. Streptokok yoluxucu xəstəliyində immunitet t i-
pos pesifikdir, başqa serotiplərlə yoluxmadan qorumur. Əsnəyin
selik li qişasında törədicinin yerləşməsi xəstəliyin hava-damcı
yo lu ilə yayılmasını təmin edir. Törədicinin aerozolun damcı-
nü və mərhələsində keçirilməsi ehtimal edilir. Süd vasitəsilə törə-
di cinin keçirilməsi təsvir edilmişdir. Lakin qida yolunu təsdiq
edən dəqiq sübutlar hələlik yoxdur.
Streptokok yoluxucu xəstəliklərinin müxtəlif klinik təza hür-
lə rinin etioloji vahidliyi onların epidemioloji qarşılıqlı əla qə sini
təyin edir. Kəskin respirator streptokok yoluxucu xəs tə li yi nin ən
yayılmış klinik təzahür edən növü anginadır. A n gi nanın baş ver-
mə müddəti bütün ərazilərdə eynidir (yanvarın axırı, fevralın
əv vəli), xəstəliyi müəyyən edən əsas amillər kollektivin m ü tə şək-
kil liyi və təmizlənməsidir.
Skarlatina 3 yaşlı uşaqlarda ən çox rast gəlindiyi halda, sonra
yavaş-yavaş azalır, 7 yaşında məktəb kollektivlərinin təşkili ilə
əla qə dar olaraq yenidən bir qədər artır. Məktəbəqədər uşaqlar
351
arasında uşaq bağçaları və yaslilərə gedən uşaqlar daha çox xəs-
tə lənirlər. Skarlatinanın səciyyəvi xüsusiyyətlərindən biri onun tro-
pik və cənub rayonlarında az təsadüf edilməsidir. Müəy yən olun-
muşdur ki, streptokokların bu ərazilərdə dövr etmə səviyyəsi elə də
aşağı deyildir. Bunu həm törədicilərə qarşı əks ci simlərin səviy-
yəsi, həm də revmatizm xəstəliyinin səviyyəsi ilə də sübut e t-
mək olar. Güman ki, cənub rayonlarında skarlatina xəstəliyinin aşa-
ğı səviyyəsinin olmasının səbəbi streptokok y o lu xucu xəstə liyinin
erkən dövrlərdə keçirilməsi və antitoksik i m mu nitetin ə mə lə gəl mə-
si dir.
Dostları ilə paylaş: |