Az rbaycan Respublikas t hsil Nazirliyinin


Bakterial mənşəli kəskin bağırsaq



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə33/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   29   30   31   32   33   34   35   36   ...   65

Bakterial mənşəli kəskin bağırsaq 

xəstəlikləri

Bakterial  mənşəli  kəskin  bağırsaq  yoluxucu  xəstəlikləri 



Entero bacteriaceae ailəsinə aid olan mikroblar tərəfindən törə-

dilir. Bu ailəyə 13 cins, 57 növ daxildir. Bunların içərisində kəs-

kin  bağırsaq  xəstəliklərinin  törənməsində  Escheichia  və  Shi-

gella böyük əhəmiyyət daşıyır.

Kəskin bağırsaq diareya sindromunun yaranmasında Salmo-



nella  cinsinə  aid  olan  mikrobların  çoxu  iştirak  edir.  Bu  xəstə-

liklərin etiologiyasında az da olsa digər cinslərə aid olan mikrob 

ailələrinin  (citrobacter, Enterobacter, Hafnia, Seeatia, Proteus,

Edcardsiella, Ercina, Marganella, Providencia, Klebsiella)  n ü-

mayəndələrinin də rolu vardır. Onlar naməlum etiologiyalı di a-

reyalar  sırasına  salınmışdır.  Ancaq  yuxarıda  göstərildiyi  kimi, 

naməlum etiologiyalı diareyalı xəstəliklərin törədilməsində daha 

çox  viruslar,  xüsusilə  rotaviruslar  aparıcı  mövqe  tutur.  Buraya 

kampilobakteriozlar da daxildir.

Ayrı-ayrı entrobakteriyaların klinik əhəmiyyəti ancaq kəskin 

bağırsaq  xəstəliyi  sindromları  ilə  başa  çatmır.  Enterobacteria-



ceae  ailəsinə  daxil  olan  mikrobların  bir  çoxu  xəstəxanadaxili 

yoluxucu xəstəliklərin yaranmasında iştirak edir.

Enterobakteriyaların çoxu insanın və heyvanın bağırsağında 

para zit  həyat  sürürlər.  Onların  bir  qismi  tənəffüs  yollarının  s e-

lik li qişasında yerləşir (Klebsiella). Enterobakteriyaların ayrı-a y-

 rı növləri saprofitlərə aiddir.



374

Şigelyozlar

Bağırsaq  qrupu  bakterial  antroponoz  xəstəliklərini  əsasən 



Escheichia və Shigella (şigelyoz, eşerixioz) cinsinə aid olan t ö-

rədicilər törədir. Bunlardan biri də şigellalar tərəfindən törə dilən 

şigelyozlar və ya köhnə terminlə dizenteriya xəstə li yidir. Dizen-

teriya  uzun  müddət  monoetioloji  nozoloji  vahid  hesab  edilirdi. 

Lakin  1976-cı  ildən  müxtəlif  şigellalar  tərəfindən  törədilən 

xəstəliklərin klinik və epidemioloji müxtəlifliyini nə zərə alaraq 

ona “şigelyozlar” adı verildi. Şigellaların təsnifatı dəfələrlə d ə-

yiş mişdir, hazırda aşağıdakı beynəlxalq təsnifat qəbul edilmişdir.

Şigella cinsinə aid olan bakteriyaların beynəlxalq təsnifatı

Qrup


Növ

Serovarların 

miqdarı

Yarımserovarların miqdarı



A. 

S. disenteriae

12

-



B. 

S. flexneri

8

10



C. 

S.boydii

18

-



D. 

S.sonnei

-

-



Şigelyozlar  (dizenteriya)  –  yoluxucu  xəstəlik  olub,  klinik 

cəhətdən  yoğun  bağırsağın  zədələnməsi  və  orqanizmin  ümumi 

intoksikasiyası ilə xarakterizə olunur.

Bu xəstəlik qədim zamanlardan məlumdur. Xəstəliyi ilk dəfə 

b ö yük yunan alimi Hippokrat təsvir etmiş və ona dizenteriya a dı-

nı vermişdir. Eramızın I əsrində Arretey Kappodoyski “dizenteri-

yanın” klinikasını ətraflı təsvir etmiş, onu “qanlı ishal” kimi x a-

rak terizə  etmişdir.  Dizenteriya  bir  sərbəst  xəstəlik  kimi  yalnız 

t ö rə dicisi  müəyyən  edildikdən  sonra  tanınmış  və  müxəlif  növ 

törədicilərlə (bakteriyalar, ibtidailər, viruslarla) törədilən dizen-

te riyayabənzər xəstəliklərdən ayrılmışdır.

Dünyada ilk dəfə xəstəliyin törədicilərini 1891-ci ildə rus alimi 

A.V.Qriqoryev kəşf etmişdir. 7 il sonra 1898-ci ildə yapon alimi 

Şi qa analoji mikrobu tapıb təsvir etmişdir. Bundan sonra bakterial 

d i zen teriyanın bir çox törədiciləri tapılmış və təsvir o l un  muşdur. 


375

Bu kəşflər Fleksner (1900), Zonne (1915), Ştutser və Şmits (1917), 

Larc  (1934),  Boyd  (1938),  Saks  (1943)  kimi  alimlərin  adları  ilə 

bağlıdır.



Yayılması. XIX əsrin axırına qədər, xüsusən müharibələr və 

təbii fəlakətlər zamanı dizenteriya hər dəfə böyük epidemiyalar 

şəklində yayılmış və çoxlu insan tələfatına səbəb olmuşdur.

XX  əsrin  20-ci  illərində  letallıq  göstəricisi  10-15%  təşkil 

edirdi. 1940-cı ildə isə 4,8%-ə qədər enmişdir. Müasir dövrdə də 

di zen teriya  səhiyyənin  aktual  problemlərindən  biri  olaraq  qalır. 

Dün yada ÜST-ün terminologiyasına görə diareya xəstəlik lə rindən 

hər il 5 mln südəmər uşaq ölür. Bu xəstəliklərin 50%-ni dizente-

riya təşkil edir.

Dizenteriya polietioloji xəstəlikdir. Şigelyozların törədiciləri 

şigella cinsinə aid olan bakteriyalardır.

Sonuncu Beynəlxalq təsnifata görə şigellalar 4 növə bölünür:

1. Shigella disenteriae – 1-12 serovarları ilə;

2. S.flexneri – 1-8 serovariantları ilə; (bura – Nyukasl da aid-

dir);

3. S. boydii – 1-18 serovariantları ilə;



4. S.sonnei – seroloji diferensiasiyası yoxdur.

Sh.flexneri-nin birinci 5 serovariantları a və b substratlara bölü-

nür.

Shigella disenteriae və Sh.sonnei ekzotoksin, digərləri isə e n-



dotoksin ifraz edirlər. Müşahidələr göstərir ki, vaxtaşırı bu x əs

 

   tə-



liyin əmələ gəlməsində bu və ya digər törədici növü mü hüm yer 

tutur.


XIX əsrin sonunda XX əsrin əvvəlində (30-cu illərə qədər) S. 

disenteriae  bütün  dünyada  üstünlük  təşkil  edirdi.  1935-ci  ildən 

başlayaraq xəstəliyin arealı getdikcə kiçilmiş, nəticədə bu nozo-

loji  formaya  diqqət  zəifləmişdir.  Belə  bir  təsəvvür  yaranmışdır 

ki,  S.disenteriae  həmişəlik  yox  olmuş  və  epidemioloji  təhlükə 

kəsb etmir.

Lakin 1960-cı illərin sonunda məlum oldu ki, S. disenteriae 

heç də yox olmayıb, qlobal yayılma qabiliyyətini itirməyib, ə k-

sinə,  S.disen teriae  I  antibiotiklərə  rezistentlik  göstərən  ştamlar 

xəstəliyin əmələ gəlməsində iştirak edirlər.



376

Son 30 il ərzində xəstəlik böyük epidemiyalar şəklində üç r e-

gional  hiperendemik  ocaqlarda  (Mərkəzi Amerika,  cənub-Şərqi 

Asiya, Mərkəzi Afrika) geniş yayılmışdır. Bununla əlaqədar ola-

raq, digər ölkələr və qitələr üçün real təhlükə yaranmışdır. Pan-

demiya Mərkəzi Amerikada 1968-ci ildə başlamış və bir neçə il 

ərzində  davam  etmişdir.  cənub-Şərqi  Asiyada  isə  1972-ci  ildə 

başlayıb və 1986-cı ilə qədər, Mərkəzi Amerikada 1979-cu ildə 

başlayıb, 1982–1983-cü illərə qədər davam etmişdir. Bu region-

larda hal-hazırda sporadik xəstələnmə qeydə alınır. Lakin xəs tə-

liyin epidemiyaları yenidən baş verə bilər.

Müasir dövrdə dünyanın bütün ölkələrində daha çox əhə miy-

yət  daşıyan  S.sonnei  və  S.flexneri  növləridir  (böyük  nozoloji 

formalar).  Bunların  xüsusi  çəkisi  97-99%  təşkil  edir.  Shigella 

disenteriae və S. boydii kiçik nozoloji formaların t ö rə  diciləridir.

Belə  təsəvvür  yaranıb  ki,  inkişaf  edən  ölkələrdə  Fleksner, 

inki şaf etməkdə olan ölkələrdə isə Zonne şigelyozu (şəhər xəs-

təliyi, sivilizasiya xəstəliyi) yayılıb. Azərbaycanda Fleksner növü 

dövr edir (50-80%). Törədicilərin vaxtaşırı dəyişmə səbəbi hələ 

də aydın deyildir.

Xarici mühitdə S.flexneri və S.sonnei növləri daha çox d a vam-

lıdır.  S.flexneri  və  S.sonnei  növləri  nəm  torpaqda  3  aya  qədər, 

quru torpaqda 15 gün, çirkab suda 45 gün, çay suyunda 3 ay, su 

kəməri suyunda 1 ay ərzində, alt paltarında 15-20 gün, buzda 96 

gün, çirkli əllərin dərisində 2-3 gün, milçəklərin bədən səthində 

3  gün,  bağırsağında  6  gün  salamat  qalır.  S.sonnei  süd,  xama, 

kəsmik, kotlet, paştetdə artıb çoxalır. 60

0

C-də 10 dəqiqə ə r zində, 



100

0

C-də dərhal məhv olurlar.



Xloraminin 1%-li sulu məhlulu, xlorlu əhəngin 1-2%-li məh-

lulu, 1%-li fenol, lizolun 3%-li sulu məhlullarının təsiri nəti cə-

sində dizenteriya mikrobları 10-15 dəqiqə ərzində məhv olurlar.

Ultrabənövşəyi şüaların təsirinə qarşı 10 dəqiqəyə qədər, bir-

başa düşən günəş işığında 30 dəqiqəyə qədər sağ qalırlar.

İnkubasiya  dövrü  bir  sutkadan  6  günə  qədər  davam  edir, 

adətən, 2-4 gün çəkir.



İnfeksiya mənbəyi. Antroponoz bağırsaq infeksiyasıdır. İ  n-

feksiya  mənbəyi  xəstə  (kəskin  və  xroniki)  və  törədici gəz di rən-



377

lərdir (rekonvalessent və sağlam). Müasir dizenteriyada xəs tə li-

yin  kəskin  və  xüsusən  infeksiyanın  silinmiş  gedişi  (90%-ə  q ə-

dər) daha çox epidemioloji əhəmiyyət daşıyır. Xəstəliyin b i rin  ci 

günündə xəstə daha təhlükəli olur, çünki törədicinin xarici m ü-

hitə ifrazı daha intensivdir. Ən çox yoluxma dizenteriyanın yün-

gül  silinmiş  formasını  (80-90%)  keçirən  xəstələrdən  baş  verir. 

Bu xəstələr qida müəssisələrində və uşaqlara xidmət edən şəxs-

lər arasında olduqda daha təhlükəlidir. Qeyri-effektiv müa licə z a-

manı törədicinin ifrazı 3-4 həftə çəkir. Şigellaların ifraz olunması 

effektiv terapiya nəticəsində müalicənin 2-3-cü günü dayanır. L a-

kin bəzən bir neçə aya qədər xroniki gedişə malik olur.



Yoluxma  mexanizmi.  Digər  antroponoz  bağırsaq  infeksi-

yaları  üçün  səciyyəvi  olan  fekal-oral  yoluxma  mexanizmi  ilə 

həyata keçir. Yoluxmada daha çox iştirak edən yoluxma amilləri 

bunlardır:  yeməkdən  əvvəl  termiki  emaldan  keçirilməyən  qida 

məh sulları (xüsusən süd və süd məhsulları: xama, kəsmik), mey-

və və tərəvəz.

Açıq su hövzələrinin suyu (arx, çaylar), su kəmərinin suyu, 

quyu  suyu  və  məişət  əşyaları,  birinci  növbədə  qab-qacaq  və 

o yun  caqlar da yoluxma amilləri hesab olunur.

Zonne  dizenteriyasının  epidemiologiyasında  qida  amilinin, 

Sh. boydii dizenteriyasının epidemiologiyasında isə su amilinin 

rolu  dəqiq  müəyyən  edilmişdir.  Sh.disenteriae  ilə  törədilən  d i-

zen  te riyada təmas-məişət yolu iştirak edir. Xarici mühit amil lə-

rinin  (süd,  meyvə)  çirklənməsi  infeksiya  mənbəyindən  (aşbaz, 

ofisiantlar,  satıcılar,  süd  zavodunun  işçiləri)  çirkli  əllər  vasi tə-

silə, su kəmərinə qarışmış çirkab suları vasitəsilə, məişət əşya la-

rı nın çirklənməsi xəstənin çirkli əlləri vasitəsilə, həmçinin mil-

çək  lərlə baş verir.

Uşaq müəssisələrində yoluxmalar heyət tərəfindən sanitar-g i-

giyenik qaydalara riayət edilməməsi zamanı baş verir. Sü də mər 

uşaqlar üçün ana infeksiya mənbəyinə çevrilə bilər.

Həssaslıq.  Şigellalara  həssaslıq  çox  yüksəkdir.  Həssaslıq 

daha çox uşaq və ahıl vaxtı qeyd olunur. Sağlam yaşlılarda xəs-

tə  liyin gedişi inapparant formalarla müşahidə olunur. Şigelyoz-

ların aktiv siruklyasiyası qeyd olunan yerlərdə yaşayanlar məişət 



378

immunizasiyası yolu ilə növ və tipospesifik immunitet qazanır-

lar. Qazanılmış məişət və postinfeksion immunitet 2 ildən 14 ilə 

qədər davam edir.



Şigelyozun  klinikası  müxtəlifdir.  Müasir  şigelyozlar  üçün 

kəs  kin  başlanğıc,  1-3  gün  ərzində  temperaturun  yüksəlməsi, 

na dir hallarda qusma, sutkada 6-7 dəfə selikli ishalın olması s ə-

ci y   yəvidir.  Kolit,  enterit,  qastroenterit  simptomları,  xəstəliyin 

orta-ağır formalarında intoksikasiya, ağır formalarında ensefalit 

sindromu ilə neyrotoksikoz da müşahidə olunur.



Epidemik  prosesin  təzahürləri.  Dizenteriya  ubikvitar  i n-

fek siya hesab olunur. Bütün qitələrdə, coğrafi zonalarda, Arkti-

kadan  tropik  ölkələrə  qədər,  dünyanın  bütün  ölkələrində  rast 

gəlinir.


Dizenteriya ilə 3 yaşa qədər uşaqlar daha çox xəstələnirlər, 

ş ə hər əhalisi isə kənd əhalisinə nisbətən 2-4 dəfə çox xəstələnir

.

 

Xəstəlik  hallarının  70-90%-i  yaz-payız  aylarına  düşür. Aparıcı 



yoluxma  yollarına  uyğun  olaraq  su,  qida,  məişət  alovlanmaları 

müşahidə olunur.



Laborator  diaqnostikası.  Dizenteriyanın  diaqnostikasında 

ən mühüm üsul – bakterioloji üsuldur.

Törədicilərin müayinəsi xəstəliyin birinci günündən başlanır, 

bütün xəstəlik, rekonvalessensiya dövründə və dispanser müşa-

hi də  zamanı  aparılır.  Müayinə  materialı  –  nəcis,  selik  və  irin 

(qansız), qusuntu kütləsi götürülür. Bu material olmadıqda pam-

bıq tampon lardan istifadə edilir (yoğun bağırsağın rektal his sə-

si nə  yeridilir).  Əgər  müayinənin  aparılması  1-2  saat  ərzində 

müm kün  deyildirsə,  onda  materialı  konservantın  içərisinə 

yerləşdirirlər. Xəstə nin yatağı yanında materialın əkilməsi daha 

yaxşıdır. Əkmə üçün baktoaqar, Levin, Ploskiryov, Endo mühiti 

işlədilir. İlkin cavabı laboratoriya ikinci gün verir, son cavab isə 

4  günə  verilir.  Seroloji  müayinələrdən AR,  QDHAR,  İFR  isti-

fadə  olunur.  Onların  nəticələrinin  qiymət ləndirilməsi  bakterio-

loji-klinik məlumatlar kompleksində aparılır.

Profilaktik  tədbirlər.  Dizenteriyanın  profilaktikasında  sani-

tar-gigiyenik tədbirlər əsas rol oynayır. Həmçinin kommunal a ba-

d  lığın yaxşılaşdırılması, əhalinin keyfiyyətli su ilə təmini, kanali-


379

zasiya sisteminin inkişafı, qida və uşaq müəssisələrində, ictimai 

iaşə,  ərzaq  məhsullarının  satışında  sanitar-gigiyenik  rejimin 

gözlənilməsi əsas profilaktik tədbirlərdəndir.

Müasir dövrdə xəstəliyin yüngül və silinmiş formalarının çox 

olması ilə əlaqədar əhalinin sanitar və gigiyenik tərbiyəsi m ü hüm 

əhəmiyyət kəsb edir. Xəstəlik baş verdiyi yerlərdə sanitar-maarifi 

işinə xüsusi fikir verilməlidir.



Zonne şigelyozu 

Zonne şigelyozu kəskin bağırsaq xəstəliyidir. Onun törədicisi 



S.Sonnei-dir. Bu mikroblar 1907-ci ildə V.Kruse və 1915-ci ildə 

K.Sonne  tərəfindən  təsvir  edilmişdir.  Xəstəlik  polimorf  klinik 

gedişə malikdir, ağır (qanlı ishal və daxili intoksikasiya ilə g e-

dən)  hallardan  yüngül  və  əlamətsiz  keçən  növləri  qeyd  edilir. 

M ü asir dövrdə Zonne dizenteriyası inkişaf etmiş ölkələrdə bütün 

şigelyozlar içərisində ən çox yayılmışdır.

Zonne  dizenteriyasında  epidemik  prosesin  inkişaf  mexa-

nizmi haqqında anlayış vaxt keçdikdə dəyişmişdir. 60-cı illərdə 

epidemik  prosesin  inkişaf  mexanizmi  infeksion-immunoloji 

tənzimləmə mexanizminə əsaslanırdı, sonra belə fikir yarandı ki, 

bu mexanizm tamamilə fekal-oral yoluxma mexanizmi ilə idarə 

olunur.  Son  zamanlar  yoluxucu  immunoloji  tənzimləmə  mexa-

niz minə böyük əhəmiyyət verilir. Müəyyən edilmişdir ki, kollek-

tiv immunitet törədicini kollektivdən kənar etmir, onun keyfiy-

yət dəyişikliyinə səbəb olur.

S.Sonnei  -nin  populyasiyası  serovarlara  bölünmür,  ancaq 

fermen ta tiv  (biovarları  və  kolisinogen)  xüsusiyyətlərinə  görə 

fərq lə nirlər.  Epidemioloji  nöqteyi-nəzərdən  S.Sonnei  -nin  əla-

məti  yüksək  tezliklə  gedən  dissosiativ  prosesdir,  onun  nəti-

cəsində  bakteriyalar  1  fazadan  (S  forma)  digərinə  (R  formaya) 

keçir. Dissosiasi ya nın sürəti törədicinin sax lanma şəraitindən ası-

lıdır. Müəyyən edilmişdir ki, yoluxucu xəstəlik inkişaf e t dik cə R 

formalı mikrobların miqdarı da artır. R formanın içə ri sində S for-

maya  keçmək  qabiliyyətinə  malik  olan  variantlar  a ş kar  edil-

mişdir. Törədici populyasının dissosiasiya dərəcəsi v i ru lentliklə 



380

əla qə dardır, ayrı- ayrı biovarların virulentliyi onun immunogen-

liyini təyin edir.

İnsanların  xəstəliyə  həssaslıq  dərəcəsi  rezistentlik  və  i m-

mu niteti  ifadə  edən  ümumi  və  yerli  vəziyyətlə  müəyyən  edilir. 

Yerli immunitetin yaranmasında sekretor məhsullara – jgA - əks-

cisimlərə  (jgAs)  böyük  əhəmiyyət  verilir.  Orqanizmin  ümumi 

müdafiəsinin spesifik amillərinə A, M və G sinfi zərdab əks-ci-

sim ləri  aiddir.  Orqanizmin  xəstəlikdən  qorunmasında  yerli 

immunitet amil ləri həlledici rol oynayır. Müəyyən edilmişdir ki, 

Zonne  dizente riya sın da  yerli  immunitet  nisbətən  qısa müddət-

lidir. Xəstəliyi keçirənlərin tüpürcəyində JgAs – əkscisimlər 4, 5 

ay saxlanılır. Epidemioloji müşahidələrə əsasən aşkar edilmişdir 

ki,  xəstəlikdən  sonra  yaranmış  immunitet  2-3  ay  müddətində 

təkrari yolux madan qoruyur. Bununla yanaşı, yerli immun yad-

daşın  daha  uzun  müddət  davam  etməsi  haqqında  məlumatlar 

vardır.  Genotipik,  yaş  xüsusiyyətləri,  eləcə  də  yoluxma  şərai-

tindən asılı olaraq insanların xəstəliyə qarşı rezis tentliyi müx tə-

lifdir.


Populyasiyaların  qarşılıqlı  təsiri  törədicinin  bağırsaqda 

yer ləş məsi və onun fekal-oral yolla yayılması ilə müəyyən edilir. 

İri  şəhərlərdə  məişətdə,  xüsusulə  məktəbəqədər  uşaq  kollek-

tivlərində Zonne bakteriya larının fekal-oral yoluxma mexanizmi 

ilə ötürülməsi imkanı həmişə vardır. Həssas və immun orqaniz-

mdə yaşayış şəraitinin dəyişməsi nəticəsində törədicilərin popul-

yasiyasında key fiyyət dəyişikliyi baş verir ki, o da yoluxma m e-

xa nizminin  fəallı ğı nın  dəyişməsinə  təsir  edir.  Ək sinə,  yoluxma 

mexanizminin  fəal lığının  dəyişilməsi  törədicinin  yaşama  şərai-

tinə təsir edir və onun populyasiyasının keyfiyyət dəyişikliyi ilə 

müşayiət olunur.

Epidemik  prosesin  daxili  tənzim  mexanizmi  Sankt-Peter-

burqda daha aydın təhlil edilmişdir. Ən az xəstəlik və Zonne ş  i-

gel   lalarının  aşkarlanması  may  ayında  qeyd  edilir.  Bu  dövrdə 

dizen teri ya ya qarşı im muniteti olmayanların miqdarı artır, buna 

səbəb  törə dicinin  dövriy yəsinin  azalması  və  yerli  immunitetin 

qısa  müddətli  olmasıdır.  Dizenteriya  ilə  xəstələnmiş  uşaqların 

tüpürcəyində  jgAs  -  əks-cisimlərinin  miqdarı  may  ayında  ə v-


381

vəl ki ilin oktyabr ayına nisbətən 9 dəfə azalır. Bu zaman insanla-

rın yoluxucu xəstəliklərə qarşı reziztentliyinin yazda azalmasının 

da əhəmiyyəti var. Əhalinin artımı da rol oynayır. M ək tə  bəqədər 

kiçik yaşlı uşaqların əsas hissəsi bu dövrdə immun olurlar. Epi-

demik  prosesin  fəallığının  artmasında  mühüm  şərt  həssas  şəxs-

lərin miqdarının çoxal masıdır.

Mayın sonu iyunun əvvəlində xəstəlik hallarının sayının art-

masından 2,5-3 həftə əvvəl törədicinin əldə edilməsinin, o cüm-

lədən  virulent  S  formalı  törədicilərin  artması  qeyd  edilir.  B e-

ləliklə, Zonne dizenteriyasının yayda mövsümi yüksəlişi y   o  lu x  ma 

mexanizmini  aktivləşdirən  amillər  olmadan  başlanır.  Lakin  bu 

amillər  həmin  dövrdə  xəstəliyin  gərginliyinə  təsir  edə  bilərlər. 

Belə,  ki  yay  fəslində  xəstələnmə  mütəşəkkil  uşaqlar  arasında 

mütəmadi qeyd edilir və ona törədicinin fekal-oral mexa nizmlə 

keçirilməsində  milçəklərin  iştirak  etdiyi  yerlərdə  daha  çox  rast 

gəlinir.

Xəstələnmənin  məktəbəqədər  müəssisələrdə  payız-qış  möv-

sümi yüksəlişi isə onların payızda bu müəssisələrdə cəmlənməsi 

(bağçalarda qrupların təşkil edilməsi) və əlavə qəbulundan asılı-

dır. Bu zaman xəstəlik yeni qəbul olunanlar tərəfindən gətirilir. 

Noyabr-yanvarda  törədicinin  dominant  variantlarının  əldə  edil-

məsi 2,1 dəfə azalır. Bu dövrdə əsasən törədicinin R variantları 

üstünlük təşkil edir.



S.Sonnei  -  nin  fekal-oral  yoluxma  amilləri  müxtəlif  şərait-

lərdə eyni deyil. Törədicinin yayılmasında məişət əşyaları fəsli 

epidemiyalar zamanı daha çox iştirak edir. Zonne dizenteriyası-

nın yayılmasında əlavə amillərdən süd ən əhəmiyyətlisidir. B ö-

yük epidemiyalar çox vaxt südlə əlaqədar olur.

Zonne dizenteriyası ilə əksərən uşaqlar xəstələnirlər. Əhali-

nin ən çox yoluxan qrupu məktəbəqədər yaşda olan uşaqlardır. 

İllik xəstələn mənin 50%-i bu yaşda olan uşaqların payına düşür. 

Ən  yüksək  xəstələnmə  körpələr  evində  (yasli)  baş  verir,  ikinci 

yeri  mütəşəkkil  məktəbəqədər  uşaqlar  tutur,  sonra  qeyri-mütə-

şəkkil məktəbəqədər uşaqlar, məktəblilər və böyüklər gəlir.

Ayrı-ayrı  sosial  yaş  qruplarında  xəstəliyin  gedişi  fərqlənir. 

Belə  ki,  qeyri-mütəşəkkil  uşaqlar  arasında  Zonne  dizenteriyası 


382

əsasən  yayda,  mütəşəkkil  uşaqlar  arasında  isə  payız-qış  ayla-

rında qeyd edilir. Zonne dizenteriyası üçün ən səciyyəvi əlamət 

uşaq müəssisələrində təmas-məişət epidemiyalarının baş vermə-

sidir. Buradan kənara yayıldıqda həmçinin qida (alimentar) və su 

epidemiyaları inkişaf edə bilər. Qida epidemiyaları çox vaxt süd 

və  süd  məhsulları  ilə  şərtlənir.  Bundan  başqa,  digər  ərzaqların 

(ət məhsulları, göy-göyərti, meyvə-tərəvəz, çörək, şirniyyat m ə-

mulatları və s.) da yoluxmada iştirakı aşkar edilmişdir.

Profilaktika  və  mübarizə  tədbirləri.  Epidemiya  əleyhinə 

təd  birlər uzun müddət ancaq “dizenteriya” termini altında bir ləş-

miş  ümumi  xəstəliyə  qarşı  yönəldilmiş,  onun  ayrı-ayrı  nozoloji 

növləri nəzərə alınmamışdı. Xəstələri, törədici gəz di rənləri aşkar 

etmək və onları təcrid etmək məqsədilə daha çox kütləvi bakteri-

oloji müayinə lərə əhəmiyyət verilmiş, xəstələrin üzə rində məh-

dud laşdırıcı  tədbir lərdən  (məsələn:  xəstələrin  xəstə xanadan  3 

dəfə  müayinənin  nəticəsi  mənfi  olduqda  evə  y a zıl ma  və  s.) 

istifadə  edilirdi.  Hazırda  aydın  edilmişdir  ki,  bu  tədbirlərin  e f-

fektivliyi kifayət deyildir.

Son illərdə fekal-oral mexanizmlə yayılan xəstəliklərin profi-

laktikasında  əsasən  sanitar-gigiyenik  (sosial)  tədbirlərdən  isti-

fadə edilir, əhalinin keyfiyyətli qida və su təchizatına böyük əhə-

miy yət  verilir.  Lakin  poliomielit  və A  viruslu  hepatitdə  olduğu 

kimi, bu tədbirlərin Zonne dizenteriyasına qarşı potensial effek-

tivliyi məhduddur.

Bir  sıra  sanitar-gigiyenik  tədbirlərin  həyata  keçirilməsinin 

mü rəkkəb  olması  şigelyozlara  qarşı  polivalent  vaksin  hazırlan-

masına məcbur etdi. Qısa müddət ərzində Zonne dizenteriyasına 

qarşı  pro filakttika  məqsədilə  bakteriofaqlardan  istifadə  etmək 

sahəsində geniş təcrübə toplandı.

Uşaq məktəbəqədər müəssisələrdə xəstəliyin payız fəsli yük-

səlişinin qarşısını almaq məqsədilə aşağıdakı tədbirlərin aparıl-

ması məsləhət görülür:

- yeni istifadəyə verilmiş və ya təmirdən çıxmış uşaq müəs si-

sə lərinə qəbulu ilin birinci yarısında keçirmək;

-  məktəbəqədər  müəssisəyə  gedən  uşaqların  yay  tətillərini 

1,5-2 aya qədər azaltmaq;



383

- belə müəssisələrin yayda bağlanmasının qarşısını almaq;

- yayda uşaqların sağlamlaşdırıcı mərkəzlərdə bütün gün qal-

ması üçün əlavə müəssisələr açmaq;

- məktəbəqədər müəssisələrdə xəstəliyin fəsli yüksəlişi döv-

ründə ilk növbədə kiçik qrupları işçilərlə təmin etmək;

-  müəssisələrdə  payızda  qəbul  dövründə  faqoprofilaktika 

aparmaq (həftədə 2 həb, 7-10 həftə ərzində).

Epidemioloji  nəzarət  məqsədilə  retrospektiv  epidemioloji 

təh lil  aparılaraq,  yoluxma  riski  altında  olan  kollektivlər  aşkar 

edilir. Bunun əsasında epidemiya əleyhinə tədbirlər həyata keçi-

rilir. Məktəbəqədər müəssisələrə daha böyük fikir verilir və gös-

tə riş olduqda faqoprofilaktika aparılır. Süd və süd məhsullarının 

istifadəsi üzərində ciddi sanitar nəzarəti qoyulur.



Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin