Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə41/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   37   38   39   40   41   42   43   44   ...   65

Laborator diaqnostikası. Viruslu A hepatitin spesifik diaq-

nos ti kasında immun enzim reaksiyasından, immun elektron mik-

ro sko piya üsulundan, radioimmunoloji reaksiyadan istifadə edi-

lir.


Viruslu  hepatitlərin  qeyri-spesifik  diaqnostikasında  bio kim-

yə vi  üsullardan  istifadə  edərək,  aldolaza  və  transaminazanın 

səviyyəsi təyin edilir, bilirubin, timol və sulema sınaqları qoyu-

lur.  Hepatitli  xəstələrdə,  bir  qayda  olaraq,  aminotransferaza  və 

aldo lazanın fəallığı və bilirubinin səviyyəsinin artması müəyyən 

edilir.


Viruslu E hepatiti (VEH)

Törədici  -  Hepeviridae  ailəsinə  Hepevirus  cinsinə  aid  olan 

birsaplı RNT-tərkibli virusdur. Virus ətraf mühitdə davamlıdır.



Qısa tarixi məlumat. 1980-ci ildə sarılıqla müşayiət olunan 

yeni xəstəlik–nozoloji növ məlum oldu. Xəstənin nəcisindən h a-

zır lanmış nümunədə elektron mikroskopunda və xəstəliyin kəs kin 

dövründə və rekonvalessentdən alınmış qan zərdabının müa yi nəsi 

zamanı immun komplekslər aşkar edildi. Müsbət nü mu nə lərə HA 

virusuna  qarşı  əkscismi  olan  zərdablarla  təsir  etdikdə  immun 

komplekslər əmələ gəlmədi. Bu, VEH virusunun HA virusundan 

fərqli  antigeninin  olduğunu  göstərdi.  İlk  dəfə  olaraq A.Prinç  və 

baş qaları (1974) göstərdilər ki, ABŞ-da resipientlər HBAg-mənfi 

qan  preparatları  almalarına  baxmayaraq,  onların  arasında  n a-

məlum etiologiyalı hepatit baş verir. Klinik cəhətdən bu hepatit 

HA və HB-dən fərqlənirdi. Bu növ hepatit nə A və nə B (NANB) 

hepatitləri deyil sonralar E hepatiti (VEH) adlandırıldı.


459

1980-ci ildə VEH hepatitli xəstələrdən ölçüsü 32 nm, nüvəsi 

22  nm  olan  sferik  şəkildə  virusabənzər  hissəciklər  alınmışdır. 

Bradley,  J.Maynard  və  b.  (1980)  meymunlarda  eksperimental 

yol la VEH hepatitini törədə bildilər. Yoluxdurulmuş heyvanlarda 

törədicinin olması VEH-yə xas olan immunferment və histopa-

tomorfoloji dəyişikliklərə əsasən sübut edildi. 

İnfeksiya  mənbəyi  –  kəskin,  əsasən  sarılıqsız  və  silinmiş 

for maları ilə xəstə şəxslərdir. Xüsusilə hamilə qadınlarda xəs tə-

liyin ağır gedişi qeyd olunmuşdur. Hamiləliyin ikinci yarısında 

xəstəlik yüksək letallıqla nəticələnir.

Tədqiqatlar göstərmişdir ki, virus heyvanların müxtəlif növ-

lərində (siçovullar, donuzlar, toyuqlar) dövr edir və virusun y o-

lux  muş heyvandan insana ötürülməsi istisna olunmur.

Yoluxma mexanizmi fekal-oral mexanizmdir, yoluxma yolu 

əsasən  su  yoludur.  Bu  zaman  bağırsaq  infeksiyalarında  iştirak 

edən amillər böyük rol oynayır. Viruslu E hepatitinin alovlanma-

ları qəfləti, “partlayış” xarakterli olması və qeyri-qənaətbəxş su 

təchizatına  malik  ərazilərdə  xəstələnmə  göstəricilərinin  yüksək 

olması  ilə  fərqlənir.  Termiki  cəhətdən  yaxşı  zərərsiz ləş di ril mə-

miş molyusk və xərçəng kimilərin qidada işlədilməsi nəticəsində 

yoluxma  mümkündür.  Törədicinin  təmas-məişət  yolu  ailələrdə 

nadir hallarda aşkar edilir. 

İnkubasiyamüddəti orta hesabla 30 gün (14 gündən 60 günə 

qədər) təşkil edir. 



Klinikası. VEH ilə xəstələrdə, bir qayda olaraq, HA xəstəliyi 

üçün başlıca əlamət olan qızdırmalı inkubasiya dövrü və sarılıq 

başlanandan  sonra  vəziyyətin  yaxşılaşması  qeyd  edilmir.  Sağ 

qabırğaaltı nahiyədə ağrılar və qaraciyərin böyüməsi aydın n ə-

zərə çarpır, bu əlamətlər HA xəstəliyində nadir hallarda olur. HA 

xəstəliyindən  fərqli  olaraq,  xəstələrin  bir  qismində  xəstəliyin 

ağır gedişi müşahidə edilir. Hamiləliyin ikinci yarısında qadın-

larda  xəstəlik  daha  ağır  keçir  (immun  müqavimətin  zəifləməsi 

nəticəsində). Bəzi ocaqlarda ölümlə nəticələnmə, ümumiyyətlə, 

0,5%  təşkil  edir,  hamilə  qadınlar  arasında  isə  bu,  15%-ə  çatır. 

HA-ya  müsbət  olan  könüllüləri  VEH  xəstəsindən  götürülmüş 

nə cisin filtratı ilə yoluxdurduqda 36 gündən sonra VEH xəstəliyi 

təzahür etdi.


460

VEH  üçün  aşağıdakı  epidemioloji  əlamətlər  səciyyəvidir: 

əksərən  böyüklərin–gənclərin  (15-30  yaş)  xəstələnməsi;  xəstə-

lən  mənin suya tələbatla əlaqəsi; ailə ocaqlarının çox az olması; 

əra zi ocaqlılığı; HA xəstəliyindən 5-20 dəfə çox xəstələnmə qeyd 

edilən  epidemik  alovlanmaların  olması.  Retrospektiv  müa yinə 

göstərdi  ki,  fekal-oral  yoluxma  mexanizmlə  yayılan  VEH-nə 

əv vəllər də rast gəlinib. Belə ki, 1955  –1956-cı illərdə hepa titin 

Deh lidə baş vermiş su epidemiyasının hazırda VEH epidemiyası 

olması haqqında fikir yürüdülür. Buna oxşar epidemiyalar Birma, 

Nepal, Pakistan və Əlcəzairdə də qeydə alınmışdır. MDB ölkə-

lərində, xüsusilə Orta Asiya ərazisində bu xəstəlik aşkar edilmiş-

dir.

Epidemioloji nəzarət. Müasir dövrdə VEH üzərində epide-

mioloji  nəzarətin  əsas  məqsədi  xəstəlik  ocaqlarının  aşkar  edil-

məsi  və  epidemioloji  alovlanmaların  qarşısının  alınmasıdır. 

VAH-nı çoxillik dina mikasının təhlili xəstəliyin olub-olmaması 

haqqında  düzgün  məlumat  verir.  Epidemik  prosesə  15-30  yaşlı 

şəxslərin  cəlb  edilməsi  hesabına  VAH-nin  dövri  inkişafının 

pozulması VAH diaqnozu altında VEH-nin gizləndiyini göstərir. 

Böyüklər  arasında  hepatitlərin  qeyri-bərabər  yayılması  ilə 

yanaşı, uşaqlar a ra sında bu xəstəliyin nisbətən bərabər yayılması 

VAH  ilə VHE-nin  eyni  vaxtda  yayıldığını  göstərir. VEH-in  bir 

çox epidemiyaları, bir qayda olaraq, suyun xlorlaş dırılması qay-

dalarının pozulması nəcislə çirklənmə əlaməti olan təmizlənmiş 

sudan istifadə olunması ilə əlaqədardır.

Müasir  dövrdə  VEH  alovlanmasını  epidemioloji,  klinik  və 

laborator  müayinələrin  nəticələrinə  əsaslanaraq  təyin  edirlər. 

VEH-nin laborator təsdiqi zamanı nəcisdə VEH virusunun anti-

genini  aşkar  etmək  üçün  immunferment  reaksiyasından  istifadə 

edirlər. 

Təbii həssaslıq yüksəkdir. Profilaktik və əksepidemik təd bir-

lər A hepatitində olduğu kimi aparılır. 



461

Viruslu B hepatiti (VBH)

Törədici  –  ikisaplı  DNT-tərkibli,  Hepadnavirus  qrupundan 

olan virusdur, 3 antigeni vardır: HBsAg, HBcAg və HBeAg.

Virus  ətraf  mühitdə  olduqca  davamlıdır,  termostabildir,  qan 

zərdabının  adi  inaktivasiyası  metodlarında  və  konservantlar 

əlavə  edildikdə  dağılmır.  Avtoklavda  zərərsizləşdirmə 

nəticəsində  (120

0

C  tempera turda)  virus  45  dəqiqədən  sonra, 



quru  isti  hava  ilə  sterilizasiya  zamanı  (180

0

C  temperatur)  60 



dəqiqədən sonra, 60

0

C isə 10 saatdan sonra məhv olur. HBsAg 



aşağı temperaturda uzun müddət: qan zərdabında 4

0

C-də 6 aya 



qədər,  dondurulmuş  qan  preparatlarında  -20

0

C-də  –  15-20  il, 



qurumuş  plazmada  –  25  ilə  qədər  qalır.  Qan  zərdabı  ilə 

çirklənmiş  yataq  ləvazimatlarında  antigen  otaq  temperaturunda 

3 ay ərzində aşkar edilir. O, dezinfektantlara qarşı davamlıdır.

İnfeksiya mənbəyi – xəstələr və virusgəzdirənlərdir. Viruslu 

B  hepatiti  xəstəliyinin  əsas  mənbəyi  xəstə  insandır  (subklinik, 

kəskin, xroniki şəkildə, gizli dövrdə). Ətrafdakılar üçün yolux-

duruculuq dövrü inkubasiya dövrünün son həftələrindən etibarən 

xəstəliyin ilk əlamətlərindən 2-8 həftə əvvəl meydana çıxır, kəs-

kin  və  xronik  formalarda  xəstəliyin  sonuna  qədər  saxlanır. 

Vi rus gəzdirənlər – klinik əlamətlər olmadan antigenemiya aşkar 

o lu nan şəxslərdir. HBsAg-nin kəskin və xronik gəzdirənləri o n-

ların qanında HBeAg olduqda daha təhlükəlidir. Viruslu hepatit 

B  xronik  forması  ilə  xəstələr  və  virusgəzdirənlər  bütün  həyatı 

boyu infeksiya mənbəyi olaraq qalırlar. Viruslu hepatit B inku-

basiya dövrü 6 həftədən 6 aya qədər (adətən 2-4 ay) davam edir.

VBH  virusu  xəstənin  qanında  aminotransferazanın  fəallı ğı-

nın yüksəlməsindən 2-8 həftə əvvəl qeyd edilir və bəzi hallarda 

müalicə  olunduqdan  sonra  uzun  müddət  orqanizmdə  saxlanılır 

ki, bunun böyük epidemioloji əhəmiyyəti vardır. Hazırda müəy-

yən edilmişdir ki, xəstənin qan plazması və digər qan preparatları 

dominant amillərdir. Tüpürcəkdə, nəcisdə, göz yaşında, sper ma-

sında, uşaqlıq yolu möhtəviyyatı və digər mayelərdə HBsAg-nin 

(səthi və ya Avstraliya antigeni) olması sübut edilmişdir.



Etiologiyası. Hepatit B virusunun öyrənilməsinə 1963–19 64-

cü  illərdə  Blümberq  başlamışdır.  O,  öz  əməkdaşları  ilə  hə min 



462

dövrdə Avstraliyada yerli əhali arasında etnik nişanələri axta rar-

kən  naməlum  antigen  tapdı  və  ona  “Avstraliya  antigeni”  adını 

verdi. Digər tədqiqatçılar (A.Prince, 1968 və b.) müəyyən etdilər 

ki, bu antigen çox vaxt zərdab hepatiti (hepatit B) ilə xəstələrin 

qan zərdabında tapılır. 1970-ci ildə D.Dane və b. müəy yən et dilər 

ki,  Avstraliya  antigeni  olan  zərdabda  Deyn  his sə cikləri  var dır. 

Sonralar bu hissəciklər VBH ilə xəstələrin qara ciyər hücey rə lə ri-

nin nüvəsində aşkar edilmişdir. Virusun tərki bində iki saplı DNT 

və DNT-polimeraza fermenti var, bununla digər məlum viruslar-

dan fərqlənir.

Yoluxmuş insanlarda Deyn hissəcikləri qan zərdabında, qara-

ciyər hüceyrələrinin endoplazmatik retikulunun daxilində və hü -

cey   rələrarası sahədə aşkar edilir. Deyn hissəcikləri ilə yanaşı, qan 

zərdabında  virusdan  başqa,  morfoloji  quruluşları  kiçik,  oval  (və 

ya  sferik,  16-25  mm  ölçüdə)  və  boruyabənzər  (10-25  mm  həc-

min də, 30-700 mm uzunluğunda) virus hissəcikləri vardır.

HB virusunun 3 spesifik virus antigenləri məlumdur. Onlardan 

biri (HBsAg) xarici səthi, digər 2-si (HBcAg və HBeAg) daxili 

antigendir.

HBsAg (əvvəlki səthi Avstraliya antigeni) HB virusunun a n-

ti genidir, Deyn hissəciklərinin səthi quruluşu ilə bağlıdır. A n ti -

genin  əsas  daşıyıcısı  girdə  və  boruyabənzər  subvirus  hissəcik-

ləridir. Yoluxma zamanı HBsAg həm qaraciyər hüceyrələrində, 

həm də bioloji mayelərdə (qan, ifrazat və s.) aşkar edilir.

HBcAg antigeni Deyn hissəciklərinin daxili hissəsinin mər-

kəzində yerləşir. Yoluxma prosesində ancaq qaraciyər hüceyrə lə-

ri nin nüvəsində təyin edilir.

HBeAg  antigen  Deyn  hissəciklərinin  mərkəzində  yerləşir. 

HBcAg-dən fərqli olaraq, Deyn hissəciklərində yerləşməsindən 

əlavə,  qanda  sərbəst  və  ya  immunoqlobulinlə  birləşmiş  şəkildə 

dövr edir.

HBeAg  infeksiyalaşma  antigeni  kimi  müəyyən  edilir.  Qan 

zərdabında onun aşkar edilməsi bilavasitə yoluxma ilə bağlıdır 

və Deyn hissəciklərinin olmasını göstərir.

Beləliklə, hepatit B virusu (HBV) Deyn hissəciyi olaraq dia-

metri 42 nm-dir, HBAg determinantını daşıyan xarici örtükdən 


463

ibarətdir.  Molekulyar  çəkisi  2,4-4,6x10

6

D,  tərkibində  molekul-



yar çəkisi 23000-dən 97000-ə qədər olan 7 polipeptid vardır, 10 

Seroloji yarımtiplərə bölünür.

Bəzi tədqiqatçılar hesab edirlər ki, hepatit B virusunun virion-

larının  nukleokapsidləri  qaraciyər  hüceyrələrinin  nüvəsində, 

HBsAg isə sitoplazmada yaranır. Orqanizmdə tam virus hissə cik-

ləri, HBsAg, HBe və HBc-əkscisimlər əmələ gəlir ki, onlar anti-

HBs, anti-HBc, anti-HBe adlanırlar.

Qan  zərdabından  başqa,  HBsAg  tüpürcəkdə,  sidikdə,  sper-

mada,  uşaqlıq  yolu  ifrazatında,  prodromal  dövrdə  və  sarılığın 

birinci 2 həftəsində hepatitli xəstələrin nəcisində tapılır.

Müayinələr göstərir ki, HBsAg dondurlmuş qan zərdabında öz 

patogenliyini  20  ilə  qədər  saxlayır.  O,  qamma-şüalar,  radioaktiv 

fosfor, tripsin, lipaza, neyraminidaza, amilaza, RNT-za, DNT-za, 

efir, xloroforma qarşı dözümlüdür, 56ºC hərarətdə 1 saat ərzində 

sağ  qalır.  Hepatit  B  virusu  -20ºC  soyuğa  davamlıdır,  56ºC 

hərarətə  24  saat  ərzində  davam  gətirir,  85-100ºC-də  antigenlik 

xüsusiyyətini  itirir,  3-5%-li  fenol,  3  %-li  xloramin  təsirindən 

məhv olur.

Son  zamanlar  hepatit  B  virusunun  (HBV)  biologiyasında 

(xüsusilə  onun  strukturu  və  antigen  analizində),  bu  virus 

tərəfindən zədələnmiş qaraciyərin klinik-morfoloji xüsusiy yət lə-

rin də,  xəstəli yin  patogenezində,  xronik  B  hepatitin  diaqnosti-

kasında, profilaktika və müalicəsində əsaslı yeniliklər əldə edil-

mişdir.


Viruslu  B  hepatitinin  törədicisi  (HBV)  HEPADNA  virus 

ailəsinə  (hepadnoviruslar)  aid  olan  DNT-tərkibli  virusdur.  HB 

virusunun  (HBV)  nüvəsində  virus  genomunun  artmasını  təmin 

edən  iki  saplı  sirkulyar  DNT  (HBV  DNT),  DNT-po li me ra za, 

eləcə  də  ancaq  yoluxmuş  qaraciyər  hüceyrəsinin  nüvəsində 

yerləşən  spesifik  xüsusiyyətli  polipeptid  nüvə  antigeni  HBcAg 

vardır. HBcAg-ə qarşı iki sinfə aid olan – JgG və JgM əks cisimlər 

əmələ  gəlir,  bu  da  HVB-nin  inkişaf  dövrlərini  qiy mət ləndirmək 

üçün  müxtəlif  əhəmiyyət  daşıyır.  HBcAg  JgM  əks cisimləri  ya 

kəs kin viruslu hepatitin, ya da virusun davam edən r ep likasiyası 

qaraciyərin xronik xəstəliyinin əlamətidir. HBsAg (səthi antigen) 


464

də nüvə ilə sıx əlaqədardır, kəskin v i ruslu hepatitin ilk dövr lə rin-

 də  zərdab  zülalları  ilə  birləşmiş  qan  zərdabında  təyin  edilir  və 

xəstəliyin inkişafı dövründə yox olur. Xroniki x əs təlikdə qan zər-

dabında  uzun  müddət  qala  bilər  ki,  bu  da  qara ci yərdə  iltihabın 

aktivləşməsi və xəstənin yoluxduruculuğu ilə kor relyasiya edilir. 

HBeAg-nə qarşı əkscisimlər (anti-HBeAg) k əs kin viruslu hepati-

tin başlanmasından iki həftə sonra qeyd edi lir, o da ya xəstənin s a-

ğal dığını,  ya  da  xəstəliyin  xronik  formaya  keçdiyini  göstərir. 

HBAg-nin görünməsi qaraciyərdə g e dən iltihabın sönməsi və x əs-

tənin yoluxduruculuq qabili y yə ti nin azalması ilə müşayiət edilir.

HBsAg (səthi və ya Avstraliya antigeni) HB virusunun xarici 

komponentidir,  o,  xəstəliyin  prodromal  dövründə  xəstənin  qan 

zərdabında aşkar edilir, 4 aya qədər saxlanılır və xəstə sağaldıq-

dan sonra yox olur. HBsAg-nə qarşı əkscisimlərin (HbsAb) kəs kin 

xəstəliyin başlanmasından 6 ay sonra görünməsi, bir qay da ola raq, 

xəstəliyin  immun  cavabını  göstərir.  HbsAg-nin  qan  z ər da bında 

uzun müddət saxlanması HBV-nun persistensiyası əla mə tidir.

Beləliklə, HB virusunun (HBV) Seroloji markerləri aşağıdakı-

lardır: DNT, DNT-polimeraza; HBcAg; HBsAg; HBeAg.

B hepatit virusu (HBV) inkişafında iki dövr keçirir: replika-

siya  dövrü  və  inteqrasiya  dövrü.  Replikasiya  dövründə  virusun 

DNT-polimerazası  virusun  DNT-nə  replikasiya  edərək  virusun 

bü  tün komponentlərinin sintezinə səbəb olur. Bu dövrdə virusun 

və hüceyrələrin genomları sərbəstdirlər, ona görə də virusun o r qa-

nizmdən tam ifraz edilməsi (eliminasiyası) mümkündür.

HB virusunun inteqrasiya dövründə virusun genomunun h ü-

ceyrə-genom nahiyəsinə keçməsi baş verir. Bu zaman HB viru-

sunun (HBV) tam replikasiyası dayanır, ancaq virusun DNT-po-

li  merazasının  iştrakı  ilə  qaraciyər  hüceyrəsinin  (hepatositin) 

g e ne tik aparatı HbsAg-ni saxlamaqda davam edir. Bu dövrdə v i-

ru sun ifrazı (eliminasiyası) mümkün deyil.



Yoluxma  mexanizmi.  Təbii  (təmas,  şaquli)  və  süni  (artifi-

sial)  ola  bilər. Yoluxma  yolları  isə  müxtəlifdir:  cinsi,  transpla-

sentar, pa ren teral (inyeksion, transfuzion, transplasentar).

Əsas yoluxma yolu parenteral yoldur. Yoluxma təhlükəsi qan 

və ya onun preparatlarının köçürülməsi zamanı (plazma, eritrosit 


465

kütləsi, fibrinogen, protrombin) daha yüksəkdir. Albumin, qam-

ma-qlobulin  və  hiperimmun  qlobulinlər,  demək  olar  ki,  təh lü-

kəsizdir. Eritrosit kütləsinin dondurulması onun xəstəyə köçü rü-

lərkən  təhlükəsini  azaldır.  İnsanın  virusla  yoluxması  üçün  10

-7

 



yoluxmuş qan və ya qan zərdabı kifayətdir. Ona görə də insanın 

y o luxması çox  asanlıqla baş  verir,  orqanizmə müxtəlif şəraitdə 

(t ö rə dicilərlə  çirklənmiş  tibbi  avadanlıq,  tibbi  əməliyyatlar,  k ə-

siklər, yaralar, tatuirovka və s.) daxil ola bilər.

Müəyyən edilmişdir ki, yoluxmuş qanla viruslar ağızdan b a ğır-

sağa düşdükdə nəcisdə bəzi mikroorqanizimlərin fermentativ fəa-

liyyəti nəticəsində viruslar tez məhv olurlar. Ona görə fekal-oral 

mexanizm rol oynamır. Bəzi iqlim ərazilərində virusun keçi ril mə-

sində qansorucu həşəratların müəyyən rol oynaması haqqında m ə-

lumatlar vardır.

Son illər virusun süni yoluxma mexanizmi ilə ötürülməsi x ü-

susi  əhəmiyyət  daşıyır  ki,  bu  da  psixi  preparatların  venadaxili 

yeridilməsi,  həmçinin  infeksiyalaşmış  bioloji  substratlarla  çirk-

lən miş (steriliza siyaönü və sterilizasiya işləməsi pozulduqda) tib-

bi  alətlə rdən  istifadə  edərək  dəri  və  selikli  qişaların  tamlığının 

po zul ması ilə müşayiət olunan hər hansı parenteral əməliy yat la rın 

aparılması sayəsində və infeksiyalaşmış qan və onun prepratları-

nın köçürülməsi zamanı realizasiya olunur. Viruslu hepatitinin B 

törədicisinin yayılmasında cinsi yoluxma yolu böyük rol oyna-

yır:  müxtəlif  məişət  əşyalarının  (üzqırxma  dəsti,  diş  şotkaları, 

manikür  dəsti  və  s.)  virusla  çirk lənməsi  nəticəsində  təmas-mə-

işət yolu realizasiya ola bilər. Müəyyən edilmişdir ki, yoluxma-

nın  baş  verməsi  üçün  infeksiyalaşmış  qanın  çox  az  miqdarı  (1 

ml-də  10

-7

)  kifayətdir.  Törədicinin  anadan  dölə  ötürülməsi  də 



müm kündür.

B  hepatiti  zamanı  kontakt  yoluxma  mexanizmi  realizasiya 

olu  nur ki, bu zaman dəri örtüklərinin və selikli qişaların mütləq 

z ə də lənməsi nəticəsində virusun qan, orqanizmin digər mayeləri 

ilə ötürülməsi başa düşülür. Virusun epidemioloji baxımdan daha 

ə  hə  miyyətli lokalizasiyası qanda olub, onun ayrı-ayrı ele ment ləri 

(məsələn,  B-limfositlər)  orqanizmin  bütün  maye lə rin də  və  sek-

ret  lərində tapılır. Törədicinin orqanizmdən xaric edilməsi də (y o-

lux mada olduğu kimi) təbii və süni yollarla baş verir.


466

Təbiiyoluxmayolları birbaşa cinsi əlaqə zamanı, törədicinin 

anadan dölə şaquli yolla ötürülməsi zamanı, doğuşlar vaxtı və ya 

o n dan  sonra,  həmçinin  herminativ  yolla  (yumurta  hüceyrənin 

y olux muş spermatozoidlə infeksiyalaşması) realizasiya olur. V i-

rus la yoluxma birbaşa (öpüşlər) və dolayı məişət təmasları (xəs-

tə ilə ümumi diş fırçaları, hamam lifləri, dəsmallar və s.) zamanı 

baş verir. Şaquli ötürülmə (dölün yoluxması) transplasentar sədd 

pozulduqda  (plasentitlər)  onların  qanında  HBeAg  olduqda  baş 

verir.  Şaquli  yoluxmanın  tezliyi  5,0%-30%  arasında  dəyişir, 

HBeAg  olduqda  isə  90%-ə  çatır.  Müasir  dövrdə  təbii  yoluxma 

yol  ları bütün yoluxmaların yarısından çoxunu təşkil edir. Donor 

qanı, plazma və digər preparatlar virus antigeninə görə yoxlanıl-

dığı üçün hema transfuziyaların xüsusi çəkisi kəskin azalmışdır.

Süni yoluxma yolları  psixi-aktiv  maddələrin  (narkotiklərin) 

venadaxili  yeridilməsi  zamanı  baş  verir  ki,  onun  xüsusi  çəkisi 

25-50% təşkil edir. Bundan başqa, bu yoluxma yolu əhaliyə s a-

ni tar-gigiyenik xidmət müəssisələrində realizasiya olur (dəri və 

s e likli qişaların zədə lənməsi ilə müşayiət olunan kosmetik pro-

se  dur ların, üzün qırxılması, manikür, pedikür, pirsinq və s. apa-

rılması). İndiyə qədər HV ilə yoluxmaların əksəriyyəti stasionar 

və ya ambulator tip tibb müəs sisələrində baş verir. Bu, hemato-

ran s  fuzi yalar, qan və onun preparatlarının yeridilməsi, cərrahi və 

instrumental  müdaxilələr,  çoxsaylı  inyeksiyalar  və  digər  tibbi 

mani pulyasiyalar, müayinə üçün qanın götürülməsi və s. zamanı 

h ə yata keçir.

Son  illər  VHB-nin  yoluxma  yolları  haqqında  fərqli  fikirlər 

s öy lənilir. Belə ki, məlum olduğu kimi, virus insandan insana t ə-

kamül nəticəsində müəyyən edilmiş təbii üsul və yollarla, eləcə 

də tibbi əməliyyatlar zamanı süni yollarla ötürülür. Törədicinin 

b i oloji növ kimi saxlanması təbii yollarla təmin edilir, süni yol 

isə köməkçi əhəmiyyət daşıyır. Tarixən belə fikir yaranmışdır ki, 

VHB süni yollarla yayılır. Onun realizasi yası çox vaxt xəstəliyə 

məxsus  əlamətləri  olmayan  infeksiya  mənbəyində  uzun  müd-

dətli gərgin virusemiyanın olması ilə təmin edilir. Bu xüsu siy yət 

qan  və  onun  preparatlarının  köçürülməsi  zamanı  yoluxmaya 

şə ra it yara dır. Yoluxmanın baş verməsi üçün 10

-6

-10



-7

 ml yolux-



467

muş qan da ki fayətdir. Belə yoluxma tibbi əməliyyat lar zamanı 

və qandan təmiz lən məmiş alətlər vasitəsilə həyata keçirilir. Y o-

luxma tibb idarələrindən kənarda tatuirovka edəndə və müx təlif 

kosmetik əməliyyatlar zamanı da baş verir. Süni y o lux ma yolları 

bəzən VHB-nin epidemiya larının inkişaf etməsinə səbəb olur.

1970-ci illərin ortalarından başlayaraq onların VHB-nin yeni 

iden tifik asiya üsullarının tətbiq edilməsi və VHB-nin diferensial 

d i aq nos ti ka sında  istifadə  edilməsi  göstərdi  ki,  kəskin  VHB 

xəstələrinin çox hissə sinin anemnezində yolux ma ehtimalı olan 

vaxtda parenteral əmə liyyatlar aparılmışdır. Belə xəstə lə rin sayı 

ayrı-ayrı ərazilərdə 5-50%-ə çatır. Sankt-Peterburqda 3-29 yaşlı 

xəstələrin  40%-nin  anemnezində  bu  məlumatlara  rast  g  ə  linir. 

Ocaqda xronik fəal hepatitlə təmasda olanlar arasında HB viru-

sunun əhali arasında sirkulyasiya sının ən yüksək səviy yəsi qeyd 

edilir, bu zaman təmasda olanlar arasında yoluxma 60% və hətta 

80% təşkil edir. HB virusunun əhali arasında ən yüksək sirkul-

yasiyası inkişaf etməkdə olan ölkələrdə nəzərə çarpır (Uqandada 

60 yaşına çatmamış əhalinin 90%-də anti-HBs tapılır).

Müasir  dövrdə  HB  viruslarının  təbii  yolla  yayılması  fekal-

oral, aerozol, təmas (o cümlədən cinsi əlaqə), vertikal və trans-

missiv yollarla mümkündür. Ocaqda epidemioloji müşahidə e h-

ti mal olunan fekal-oral və ya aerozol üsula uyğun gəlmir.

Epidemik prosesin xüsusiyyəti onunla səciyyələnir ki, hepatit 

virusunun təbii yolla yayılmasında təmasla ötürülmə yə daha çox 

yer ayrılır. Bu zaman yoluxma birbaşa və ya dolayı təmasla baş 

verir. Birbaşa təmas cinsi əlaqə zamanı həyata keçir. Bunun s ü-

butu kəskin HB xəstəliyində hepatit B virusunun kişilərin sper-

ma sında və qadınların cift qanında, zöhrəvi klinikalarda xəstələr 

homoseksualistlər, ər-arvad cütlüyündə tez-tez tapılmasıdır.

HB virusunun qanda və digər bioloji mayelərdə olması y o-

lux   muş qanla və başqa mayelərlə çirklənmiş alt paltarı, kəsici və 

d i gər  alətlərin,  bir  çox  şəxslərin  istifadə  etdiyi  fərdi  gigiyenik 

əşyaların (dəsmal, hamam lifi, diş şotkası və s.) yoluxma amili 

kimi əhəmiyyətini artırır. Belə hallarda HB virusu tamlığı pozul-

muş dəri və selikli qişa vasitəsilə orqanizmə daxil olur.



468

Törədicinin  vertikal  yolla  ötürülməsi  2  halda  baş  verir:  a) 

hamilə qadın hamiləliyin 3-cü üçaylığında kəskin VHB keçirib 

və ya keçirirsə; b) hamilə qadın xroniki virusgəzdirəndirsə. B u-

nun la yanaşı, cift səddinin keçiriciliyinin artmasının böyük ə hə-

miyyəti  vardır.  Çox  güman  ki,  bəzən  dölün  yoluxması  doğuş 

p ro  sesində  doğuş  yollarını  keçərkən  (kiçik  zədələnmə,  uşaqlıq 

yolu  ifrazatını  udma)  baş  verir.  Vertikal  ötürmə  HBsAg  gəz-

dirənlərin sayının çox olduğu ərazilərdə daha tez-tez rast g ə linir.

Tropik  ölkələrdə  tutulmuş  28  növ  ağcaqanad,  taxtabiti  və 

başqa  həşəratlarda  HBsAg-nin  tapılması  onun  transmissiv 

yoluxma  yolu  ilə  ötürülməsini  ehtimal  edir.  Ağcaqanadların 

yüksək  dərəcədə  yoluxması  o n ların  qonotrofik  dövrünün  qısa 

olmasından  asılıdır  (2-5  gün).  Tez-tez  qidalan maya  ehtiyacı 

olması,  qidanı  axtarmaq  məqsədilə  uzaq  məsa fələrə  və  yüksək 

sürətlə  yerdəyişməsi  onların  y o lux ma  təhlükəsini  artırır.  Müla-

yim  iqlim  şəraitində  ağcaqanadların  qonotrofik  dövrünün 

müddəti  uzanır,  virusgəzdirmənin  sayı  isə  azalır.  Belə  şəraitdə 

ağcaqanadların HB viruslarını keçirməsi şübhə törədir. 

Beləliklə, VHB zamanı epidemik proses 2 hissədən ibarətdir: 

a) törədicinin təbii yollarla yayılması törədicinin bioloji növ kimi 

saxlanmasını  təmin  edir;  b)  virusun  süni  tolerant  yollarla  keçi-

rilməsi onun bioloji növ kimi saxlanması üçün əlavə amil lərdir. 

Hər iki amil bir-birilə qarşılıqlı əlaqədədir.

Hamiləliyin  3-cü  üçaylığında  olan  kəskin  VHB  ilə  xəstə 

qadınlardan və ya virusgəzdirənlərdən törə di cilər dölə keçir. Bu 

daha çox əhalinin yoluxmasının yüksək səviyyədə olduğu ərazi-

lər də baş verir. Belə hallarda törədici ya cift, yoluxmuş dölyanı 

maye vasitəsilə, ya da doğuş zamanı yenidoğulmuşların orqaniz-

mi nə ifrazatla daxil olur. Anadan dölə virusun keçirilməsi haq-

qında məlumat yoxdur.

İnsanlar VHB-yə həssasdırlar. Məlumdur ki, tərkibində HBs Ag  

olan  qanın  köçürülməsi  nəticəsində  resipentlərin  5 0 -90%-i   xəstə-

lənirlər.

Məişətdə  baş  verən  kiçik  zədələnmələr,  cərrahiyyə  şöbəsinin 

işçiləri arasında, stomatoloji şöbədə əməliyyatlar nəticəsində də y o-

luxma baş verə bilər. Müəyyən edilmişdir ki, yoluxma ümumi ü l-


469

gücdən, manikur dəstindən istifadə edildikdə və bir alətlə bir neçə 

dəfə sünnət etdikdə, ağız vasitəsilə cinsi əlaqə zamanı baş verir.

Beləliklə, Hepatit B virusu (HBV) üçün aşağıdakı yoluxma y ol-

ları səciyyəvidir:

parenteral və dəri vasitəsilə;

– vertikal (bətndaxili – anadan uşağa);

– cinsi əlaqə vasitəsilə;

– ailədaxili yolla.

HB virusu (HBV) ilə yoluxma təhlükəsi olan kollektivlər:

tibb işçiləri;

– homoseksualistlər;

narkomanlar;

– dəfələrlə qan köçürülən adamlar;

– immun çatışmazlığı olanlar;

– HbsAg-ni müsbət olan analardan doğulmuş uşaqlar;

– qapalı kollektivlər.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin