Təbii həssaslıq yüksəkdir, xəstəlik hər yerdə yayılmışdır.
Ü ST -ün məlumatlarına əsasən hər il 50 mln xəstə və 300-350
mln virusgəzdirən qeydə alınır ki, onlar real infeksiya mənbə yi-
dir lər. Hər il viruslu B hepatitindən 7 mln şəxs ölür.
Müxtəlif infeksiya mənbəyinin olması, yoluxma yollarının
və amillərinin rəngarəngliyi viruslu hepatit B-nin geniş yayılma-
sını təmin edir. Viruslu hepatit B-də epidemik prosesin ərazi
ü z rə qeyri-bərabər paylanması səciyyəvidir. Şərti olaraq yüksək,
orta və aşağı səviyyəli endemik ərazilər ayırd olunur.
HBsAg aşkarlanma tezliyi viruslu hepatit B-nin yayılma sının
meyarlarından sayılır. Yüksək xəstələnmə səviyyəsi (hiperende-
mik) qeyd edilən ərazilərdə HBsAg gəzdirmə 15-20% və daha
çox ola bilər, orta səviyyəli endemik ərazilər üçün 2-7% xasdır.
2%-dən aşağı HBsAg gəzdirmə qeyd edilən ərazilər xəstəliyə
görə sağlam ərazilər sayılır. Şəhərlərdə kənd yerlərinə nisbətən
xəstələnmə 3 dəfə yüksəkdir. Xəstələr arasında böyük yaşlı şəxs-
lər üstünlük təşkil edir, lakin son illər iş qabiliyyətli daha cavan
ş əxs lərin (15-19 və 20-29 yaş) xəstələnməsi qeyd olunur ki, bu da
narkomaniya epidemiyasının artması və törədicinin cinsi y o lux-
ma yolunun aktivləşməsi ilə əlaqədardır.
470
Viruslu hepatit B dünyanın bir çox ölkələrində səhiyyənin
m ü hüm problemlərindən olduğu üçün xəstəliklə mübarizədə a şa -
ğıdakı tədbirlərin yerinə yetirilməsini qarşıya məqsəd qoyulmuş-
dur: ilk mərhələdə mütləq bütün yenidoğulmuşların, sonralar isə
yeniyetmələrin vaksinasiyası aparılmalıdır. Viruslu hepatit B-yə
qarşı vaksinasiya dünyanın əksər ölkələrinin Milli profilaktik
peyvəndlər təqviminə daxil edilmişdir.
Xəstəlikdən sonra uzunmüddətli, ömürlük immunitet yaranır.
VHB ilə təkrar xəstələnmə çox nadir hallarda baş verir.
Epidemik prosesin xüsusiyyətləri. Virusu bilavasitə öyrən-
mək imkanı olmadığından onun bioloji xüsusiyyətləri haqqında
məlumatlar kifayət dərəcədə deyil. Müəyyən edilmişdir ki, dövr
edən HB virusları antigenlik xassələrinə görə fərqlənir, onların
bir neçə yarımnövləri məlumdur. Əhalinin bu viruslara qarşı
həs saslığı eyni dərəcədə deyil. Hətta HbsAg müsbət qan köçü-
rül dükdə köçürülmədən sonra baş verən hepatit resipi ent lərin
təxminən 20%-də təzahür edir. Sağalma ilə nəticələnən h adi-
sələrdə orqanizmdə virusun bütün antigenlərinə qarşı əks ci sim-
lər əmələ gəlir. Əhali arasında immunutetin yaranması HBs anti-
ge nə qarşı əmələ gələn əkscisimlərin səviyyəsi ilə təyin edilir.
X əs təliyi ke çirdikdən sonra davamlı immunitet yaranır. Tək rari
xəstələnmələr haqqında məlumat yoxdur. HBsAg-ni güclü i m-
mu nogendir, VBH-in hər hansı formasını keçirən lərin hamısında
HBs əkscisimləri əmələ gəlir. Bu nunla belə, bu əkscisimlər i n-
sanları xəstəlikdən qorumur. VHB-yə qarşı əhali arasında yaran-
mış immun təbəqə törədicinin yaşa görə dövr etməsi qanunauy-
ğunluğunu göstərir. Ən az immun təbəqə uşaqlarda, ən çox isə
40-50 yaşlılar arasında qeyd edilir. VHB-nin yüksək səviyyəsi
qeyd edilən ərazilərdə (Afrika, cənub-Şərqi Asiya, Yaponiya) 9
y a şına qədər uşaqların 30-40%, 40 yaşında olanların isə 60-80%-
də anti-HBs aşkar edilir. VHB-nin səviyyəsi aşağı olan ərazilərdə
(Şimali Amerika, Skan dinaviya ölkələri) immun t ə bə qə tədricən
artır və 50 yaşlarda yüksək səviyyəyə (20-30%) ç a tır. MDB
ölkələrində immun təbəqə orta səviy yədədir.
Xəstəlik kəskin keçdikdə klinik gedişin polimorfluğu çox aydın
nəzərə çarpır – əlamətsiz və gizli inkişaf edən formadan kəskin
471
manifest formaya qədər. Hesabla malara əsasən, kəskin for ma ilə
əlamətsiz formanın nisbəti 1:100-1:200-dir. Kəskin g e diş z a manı
10% xəstəlik hallarında xronik (persistent) xəstəlik baş v e rir. Bəzi
xəstələrdə xroniki xəstəlik xəstəliyin əvvəlində ə l a mət siz yaranır,
ona görə də HB xəstələrin 25-30%-də ana mnez də kəs kin gediş
qeyd edilmir.
Xronik hal çox vaxt uşaqlarda, kişilərdə və immun çatış-
mazlıq hallarında qeyd edilir. Ayrı-ayrı şəxslərin və populyasiya-
ların immunogenetik xüsusiyyətlərinin böyük əhəmiyyəti vardır.
Çox vaxt HBsAg gəzdirmə əlamətsiz xroniki xəstəlik hesab
edilir. HBsAg gəzdirənlərin sayı qeydiyyata alınan xəstəlik hal-
larından dəfələrlə çoxdur. MDB ölkələrində 10 mln-a qədər
HBsAg gəzdirənlər var. Xroniki xəstələrin orqanizmində virus
uzun müddət qalır. Xroniki HB-dən sağalma az hallarda baş v e-
rir. Xroniki xəstələrin böyük sayda olması, HB virusunu uzun
müd dət ifraz etməsi onların epidemik prosesdə infeksiya mən-
bəyi kimi yüksək əhəmiy yət daşıdığını göstərir. HB virusu ilə
əhalinin müxtəlif qarşılıqlı əlaqəsinin nəticəsi xəstəliyin i n ku -
basiya dövrünə də öz təsirini göstərir, onun müddəti 40 gün dən
180 günə qədərdir. HB virusu ilə yoluxmadan 4-12 həftə son ra
xəstələrin qanında HBsAg tapılır ki, bu da virusun qara ciyər
hüceyrələrində replikasiyasını göstərir, həmin vaxtdan eti barən
xəstələr infeksiya mənbəyinə çevrilirlər. HBsAg xəstələrin q a-
nında biokimyəvi dəyişikliklər və klinik əlamətlər başlamazdan
daha əvvəl aşkar edilir. Antigenemiya 2 həftə, bəzən isə r e kon-
valessensiya dövrünə qədər davam edə bilər. Beləliklə, kəs kin
əla mətli xəstələr 2-3 ay müddətində virusun mənbəyinə ç ev rilə
bilərlər.
Epidemioloji xüsusiyyətləri. VHB-də epidemik prosesin
xüsusiy yət ləri aşağıdakılardır:
– epidemik prosesə əsasən böyüklər və 1 yaşa qədər uşaqlar
cəlb olunurlar;
– xəstəliyin dövri (fəsli və ya illik) dəyişiklikləri qeyd edilmir;
– qan və ya onun preparatları ilə əlaqədar olan bəzi tibb p e-
şə lərində çalışan şəxslər epidemik prosesə daha çox cəlb olunur-
lar;
472
– hepatit B virusunu gəzdirənlərin sayı VAH-ya nisbətən
çoxdur.
Patogenezi və klinikası. HB virusu ilə yoluxduqda immun
sitolizlə birgə hepatositlərin zədələnməsi baş verir, belə ki, qara-
ciyərin zədələnməsi və xəstəliyin xronik hala keçməsi sahibin i m -
mun cavabından asılıdır. Xronik hepatitdə qaraciyər toxumasının
zədələnməsini iki əsas mexanizmlə əlaqələndirirlər: T-hü cey rə
lizisi və hüceyrə-killerlərinin əkscisimdən asılı sitotoksikliyi.
Repliksiya dövründə hepatositlərin səthində HBsAg və
HBcAg ifraz olunur. Lakin HBcAg iltihabi infiltratı təşkil edən
T-effektorlar və T-supressorların sitotoksikliyinin hədəfidir. L o-
bu lyar, “fokal” nekrozu hepatositlərin T-hüceyrə lizisi ilə əlaqə-
lən dirirlər ki, bunu da xronik hepatitin ağırlaşmasının başlıca
ə la məti sayırlar. Virus DNT-nin he patosit genomuna inteqrasi-
yası dövründə hepotisitin səthinə HBsAg ifraz edilir (HBcAg
olmadıqda); iltihabi infiltratda T-helper və B -limfositlər üstün-
lük təşkil edir. Bu dövrdə hepatositlərin autoimmun lizisi baş
verə bilər.
VHB-nın paotgenezi VAH patogenezindən ciddi fərqlənir.
Bir qayda olaraq, VHB zamanı törədici orqanizmə parenteral
y ol la daxil olur ki, bu da onun bilavasitə qaraciyərə birbaşa daxil
o l masına şərait yaradır. VHB-nin digər fərqli əlaməti qaraciyər
hüceyrələrinin zədələnməsidir. Virus hüceyrələrə birbaşa dağı-
dıcı təsir göstərmir. Qaraciyər hüceyrələrinin sitolizi immun sə la-
hiy yətli hüceyrələr (T-limfositlər) tərəfindən yerinə yetirilir. Spe-
sifik immunitet artdıqca orqanizmin törədicidən azad olması
VAH -ya nisbətən gec baş verir.
VAH-dan fərqli olaraq, VHB-də təxminən 10% hallarda i m-
mu nitetin artması infeksion prosesin dayanmasını təmin etmir və
x əs təlik xroniki şəkil alır (virusun orqanizmdən xaric edilməsi
davam edir).
Hepatit B-nin patogenezinin yaranmasının virus-immu no-
genetik fərziyyəsi, xüsusilə infeksion prosesin gedişi (xəstəliyin
növü) bir tərəfdən virusun dozasından, immunogenlik, yoluxu-
culuq dərəcəsindən, digər tərəfdən isə immun cavabdan, T-,
B-limfositlərin və makrofaqların qarşılıqlı təsirindən asılıdır.
473
VHB-nın klinik əlamətlərinin VHA-ya oxşamasına baxma-
ya raq, onların arasın da mühüm fərqlər vardır. Belə ki, VHB-da
inkubasiya dövrü, adətən, 40-180 gündür. Xəstəliyin klinik əla-
mətləri tədricən inkişaf edir. Sarılıqdan əvvəl ən çox “dispeptik”
vəziyyət qeyd edilir. Bu zaman daxili zəhərlənmə əlamətləri ilə
mədə-bağırsaq yolunun zədələnməsi əlamətləri (iştahanın azal-
ması, ögümə, qusma, bəzən ishalla əvəz olunan qəbizlik) qeyd
edilir. Sarılıqdan əvvəlki dövr 1 gündən 1 neçə həftəyə qədər d a-
vam edir. Sarılıq xəstəliyin 2-3 həftəsindən daha da şiddətlənir.
Sarılığın itməsi VHB-də VAH-ya nisbətən uzun çəkir.
VHB-də ağırlaşmalar VAH-da olduğu kimidir. Ən qorxulu
a ğır laşma xəstələrin 0,8-1%-də qeyd edilən qaraciyər komasıdır.
Nadir hallarda assit və digər boşluqlara mayenin yığılması ilə
təzahür edən ödem-assit abaş verir.
Patoloji anatomiyası. Viruslu B hepatiti ilə (HBV) yoluxma
zamanı kəskin viruslu hepatit inkişaf edə bilər (o cümlədən onun
fulminant növləri), 10-15% xəstələrdə xəstəlik xroniki hala k eçir.
Xronik hepatitin bütün növləri inkişaf edə bilər – xronik persistə
olunan hepatit (XPh), xronik lobulyar hepatit (XLh), xronik fəal
hepatit (XFh). Məlum olduğu kimi, XPh və XLh q ara ciyərin
xoşxassəli xəstəliyidir, ağırlaş ma meyli var. Morfoloji iltihabi
infiltratın (limfosit, makrofaq, plaz matik hücey rə lər, neyrofil
infiltratlardan ibarət) olması ilə səciyyəvidir.
XLh-də müxtəlif paylarda kiçik fokuslu nekrozlar – ləkəli
n ek roz qeyd edilir. XFh-da bu dəyişiklik qaraciyərin sirrozu və
h e pa tosellulyar karsinomaya qədər ağırlaşa bilər, bununla y a na şı,
qaraciyərdə dəyişiklik olmaya bilər. XFh-da portal yollarda çox-
lu limfositar infiltrasiya qeyd edilir, o parenximaya yayılır, pil-
ləli nekrozlar törədir. XFh ən ağır növündə multilobulyar nek-
rozlar inkişaf edir. Bu növdə nekroz ocaqları qaraciyərin bir və
ya bir çox paylarını əhatə edir. Bəzi nahiyələrdə nekroz ocaqları
b ir ləşib geniş sahəni əhatə edir, nəticədə payların kollapsı, peri-
portal fibroz və ya yalançı payların əmələ gəlməsinə gətirib ç ı-
xarır.
Xronik viruslu B hepatitinin diaqnostikası. Xronik viruslu
B hepatitinin diaqnostikası aşağıdakı bəndlərdən ibarətdir:
474
– anamnezin öyrənilməsi, ilk növbədə VHB ilə yoluxma
təhlükəsi olanlarda;
– qanın biokimyəvi müayinəsi: AST, ALT-nin təyin edilməsi
(sito lizin təzahürü sindromu), qələvi fosfotazanın, qamma-qlyu-
tamil-transpeptidazanın təyini (xolestaz sindromunun olması,
səviyyəsi), albu minlərin, protrombin indoksinin, fibrinogen və s.
(qaraciyərin sintez fəaliyyətinin saxlanılması) təyini, EQDS
(ezo fa qoqastro duo denoskopiya), USM-portal hipertenziya sind-
romunun – yemək borusunun venalarının vari koz genişlənməsi,
dalaq və qapı ve na sının genişlənməsi simptomunun olma sının
müəyyən edilməsi; virusoloji müa yi nə – HB virusunun marker-
lə rinin, eləcə də replikasiya marker lərinin təyin edil məsi;
– qaraciyərin biopsiyası, lazım olduqda laporoskopiyası
(qara ciyərdə gedən iltihabın mərhələlərini və fəallığını öyrən-
mək məqsədilə).
Epidemioloji nəzarət. Müasir şəraitdə HB üzərində epide-
mioloji nəzarətin məqsədi xəstələrin risk qrupunda yayılma sının
qarşısının alınması və onun ümumi göstəricilərinin aşağı salın-
ma sından ibarətdir.
Retrospektiv epidemioloji müayinə apararkən diaqnozu q o yul -
muş həm “zərdab” hepatiti, həm də ayrı-ayrı xəstəliklərin b ü tün
h a di sələri nəzərə alınır. Kəskin və xroniki HB virusu və HB sAg
gəzdirənlər müayinə olunmalıdırlar. Müayinənin nəti cə ləri prob-
lem-mövzu planlaş dırma zamanı istifadə olunur. Planda müalicə-
profilaktik, ümümi sağlamlaşdırma və epidemiya əley hi nə təd bir-
lər nəzərə alınır. Peyvənd vaksinin edilməsi müd də tin dən asılı
o la raq planlaşdırılır.
Operativ epidemioloji müayinə nəzərdə tutulan tədbirlərin
k ey fiy yətinin qiymət lən dirilməsini, xəstəliyin səviyyəsinin azal-
dılmasını və onların müayi nəsini özündə birləşdirir. HB ocaqları-
nın ləğv edilməsi məqsədilə aparılan tədbirlər aşkar edilmiş k əs-
kin, xroniki xəstələr və virusgəzdirənlər ətrafında aparılır. Bu
tədbirlər ailələrdə, eləcə də xəstəxanalarda, poliklinikalarda, tib-
bi sanitariya hissələrində yoluxmanın qarşısının alınmasına y ö-
nəl dilmişdir. Aşkar edilmiş bütün HB ocaqları həkim-epi de mi o-
loq tərə findən müayinə edilir. Xroniki gedişli xəstəlik ocağında
onun ləğv edilməsinə qədər tibbi nəzarət qoyulur.
475
Aşkar edilmiş bütün HB xəstələri, eləcə də HB virusunun da -
şıyıcıları mütləq qeydiyyata alınmalıdır. GEM-də kartoteka təş kil
edilir, yeni xəstə və virusgəzdirənlər haqqında məlumatlar ora ya
y a zılır. Bu məlumatlar infeksiya mənbəyinin axtarılması, qan
v e rilən gün donorlara arayış verilməsi və s. zamanı istifadə o lu-
nur. Ambulator-poliklinika müəssisələrində xəstələr və on lar la
t ə masda olanlar haqqında bütün tibbi sənədlər qeydiyyata alınır.
Kəskin HB xəstələrin, eləcə də vəziyyəti kəskin ləşmiş xroniki
xəstələrin hamısı yoluxucu xəstəxa naya h os pi tal laşdırıl malıdır.
Hospitalizasiyadan əvvəl cari, sonra isə yekun d e zin feksiya apa-
rılır. Qan və virus olan digər bioloji məhlullarla çirklənmiş əşya
və avadanlıqlar zərərsizləşdirilir. Xroniki HB x əs təsinə ev
şaraitində fərdi yataq, qab-qacaq, şəxsi gigiyena ə ş yaları, tibb
alətləri ayrılır. Bütün bu əşyalar mümkün yoluxma amil ləri kimi
digər ailə üzvlərindən ayrı saxlanmalıdır.
HB xəstəsi ilə təmasda olan şəxslər qeydiyyata alınaraq tibbi
və laborator müayinədən keçməlidirlər. Müayinənin aparılması
t ez liyi təmasda olanların yoluxma təhlükəsindən asılı olaraq m ü-
əy yən edilir (donorlar, hamilə qadınlar, tibb işçiləri və b.).
Xronik B hepatiti ilə xəstələr təsadüfi cinsi əlaqə zamanı q o-
ru yucu prezervativlərdən istifadə etməlidir. Partnyorun cinsi əla-
qədə olduğu qadın laborator müayinədən keçməli və peyvənd
o lun malıdır. Vaksinasiya dan sonra immunitetin yaranması üçün 6
ay vaxt tələb olunur, bu müddət ərzində xroniki B hepatitli x əs tə
prezervativdən istifadə etməlidir. Uşaqlar və tibb işçiləri xəs tə lik
haqqında məlumatlandırılmalıdır.
Bunu nəzərə alaraq, VHB-yə qarşı epidemioloji nəzarət müa-
sir profilaktik tədbirlərdən istifadə etməklə gücləndirilməlidir.
Profilaktika və mübarizə tədbirləri. Profilaktik tədbirlər
spe sifik və qeyri-spesifik olmaqla 2 yerə bölünür. Spesifik profi-
laktika bütün uşaq əhalisi arasında HV-yə qarşı vaksinasiyanın
aparılmasıdır. Respublikamızda Milli peyvənd təqviminə əsasən
uşaqlar doğulduqdan 12 saat ərzində, 2, 3 və 4 aylığında vaksi-
nasiya edilirlər.
Böyüklər arasında peyvənd risk qruplarında həyata keçirilir
ki, bunlara tibb işçiləri, ali və orta tibb müəssisələrinin tələ bə lə-
476
ri, hematransfuziyalar alan, hemodializə məruz qalan xəstələr,
nar ko manlar, həmçinin xronik HV ilə xəstələr və virus gəz di rən-
lər aiddir.
Peyvənd üçün gen-mühəndisliyi nəticəsində əldə olunmuş r e-
kom binant vaksindən istifadə edilir. Hazırda HV-yə qarşı 2 v ak -
sin tətbiq olunur: Enceriks-B (Smit-Kleyn firması, Belçika) və
“Virion” vaksini (Tomsk, Rusiya). Preparatlar maya göbə lək lə ri
üzərində gen mühəndisliyi metodu ilə alınmışdır.
Qeyri-spesifik profilaktika tədbirlərinə infeksiya mənbəyinə
münasibətdə görülən tədbirlər (qan, plazma, sperma donorları
ara sında, profilaktika məqsədilə risk qruplarının müayinəsi z a-
ma nı infeksiya mənbəyinin erkən aşkarlanması), yoluxma mexa-
nizminin, yoluxma yollarının və amillərinin intensivliyinin məh-
dud laşmasına yönəldilmiş tədbirlər (cinsi əlaqələr zamanı, m ə işət
yolu ilə yoluxmanın qarşısının alınması üzrə tədbirlər) aid dir.
VHB-nin profilaktikasında törədicinin təbii və süni yoluxma
yollarının qırılmasına yönəldilmiş tədbirlər mühüm əhəmiyyət
kəsb edir. Təbii yoluxma yollarının qırılması əsasən sanitar-gigi-
yenik tədbirlərlə əldə edilir. Bu məqsədlə şəxsi-gigiyenik əşyalar
(ülgüc, diş şotkaları, hamam lifi və s.) fərdiləşdirməli və ayrı
s ax lanılmalı, şəxsi gigiyena qaydalarına əməl edilməli; məişət və
is teh salatda kiçik zədələnmə lərin baş verməsindən qorunmalı;
qan soran və məişət parazitləri ilə mübarizə aparılmalıdır. Qeyri-
düz gün həyat tərzi keçirən şəxslərlə (fahişəlik və cinsi azlıq-
larla) mübarizə də müəyyən dərəcədə əhəmiyyət kəsb edir. Ver-
tikal yoluxmaya qarşı profilaktik tədbirlər əsasən vaksinasiyanın
aparılması ilə əldə edilir.
Əllərin zədələnməsi ilə müşayiət olunan istehsalat sahə lə-
rin də HB-yə qarşı profilaktik tədbirlər görmək lazımdır. Bunlar
əsasən alət və avadanlığın fərdiləşdirilməsi, əllərin zədələn mə-
dən qorunması, dərinin zədələnmiş hissəsinin təmizlənməsi və
q o run ması, HB virusunu gəz dirənlərin və rekonvalessen tlərin ə l-
lərin zədələnməsi ilə müşayiət olu nan sahələrdən kənar laş dı rı la-
raq texnoloji prosesin sonuncu əməliy yatında istifadə edilmə sin-
dən ibarətdir.
Törədicinin süni yoluxma yollarını qırmaq üçün bütün d o-
nor lar mütləq HBsAg gəzdiriciliyini aşkar etmək üçün laborator
477
müayinədən keçməlidirlər. Bu məqsədlə yüksək həssaslığa m a-
lik immunferment müayinəsindən istifadə edilməsi məqsə də uy-
ğundur.
HB virusunun xarici örtük antigeni aşkar edilmiş qan tulla-
nır, müayinə olunan isə ömürlük donorluqdan azad edilir. Bir-
başa qan köçürülməsinin təkrarlığı azaldılaraq, HB-ni keçir mə-
miş donorların qanından hazırlanmış qanı əvəz edən mad də lərdən
istifadə edilməlidir. HB xəstəliyinin profilaktikasında müasir
üsullardan – auto trans fuziyadan istifadə etmək yaxşı nəticə v e-
rir. Əməliyyatın aparılması nəzərdə tutulan xəstələrdən əvvəl cə-
dən qan götürülür və əməliyyat vaxtı ona köçürülür. Qan və onun
ayrı-ayrı komponentlərini köçürərkən birdəfəlik sistem lər dən
istifadə edilməlidir. Hər bir müalicə-profilaktika müəs sisə lərində
qan və onun tərkib hissələrinin köçürülməsi ciddi q ey diy yata
alın malıdır. Tibbi alətlərin, avadanlığın qan və bioloji m a ye lərdən
tam təmizlənməsinin və sterilizasiyasının əhə miy yəti böyükdür.
Bunun üçün mərkəzləşdirilmiş sterilizasiya ş ö bəsi yaradılmalıdır.
Kosmetik kabinetlərdə və bərbərxanalarda da (ülgüc, mani-
kür alətləri və s.) keyfiyyətli təmizləmə aparılmalıdır.
Viruslu hepatiti keçirən şəxslər xəstəliyin keçirilməsi müd də-
tindən asılı olmayaraq donorluqdan ömürlük azad edilir. Kəskin
viruslu hepatitli xəstələrlə təmasda olanlar da 6 ay müd dətində
donorluqdan kənar edilirlər. Viruslu hepatitə görə yük sək risk
qrup larına daxil olanlar donorluğa buraxılmırlar. Tibb m ü ə s si sə-
lə rin də yoluxmanın qarşısını almaq məqsədilə xronik h e mo-
dializ, böyrək köçürülən, ürək, ağciyərlər və digər üzvlərdə
əmə liy yat şöbələrində ekstrakorporal qan dövranı sistemi b i r ləş -
di rildikdə epidemiya əleyhinə qaydalara ciddi əməl edil mə lidir.
Bu şöbələrin işçiləri HBsAg gəzdiriciliyinə görə mütəmadi müa-
yinə olunmalıdırlar.
Hamilə qadınların infeksiya mənbəyi kimi əhəmiyyətini
nəzərə alaraq, onların 1 və 3-cü üçaylığında HBsAg gəzdi ri ci li-
yinə görə müayinəsi tövsiyə edilir, antigengəzdirən hamilə q a-
dınlar xüsusi doğum evlərinə (şöbələrinə) göndərilir. HBsAg
olan qadından doğulmuş uşaqlar 3 aydan bir HBsAg gəzdiri ci-
li yə görə müayinə edilməklə bir il nəzarət altında saxlanılır.
478
Aşkar edilmiş bütün HBsAg gəzdirənlər diaqnoz qoymaq və g ə-
lə cəkdə müşahidə aparmaq üçün klinik- biokimyəvi müayinədən
keçməlidirlər.
Son illər HB-nin spesifik profilaktikası sahəsində xeyli n a-
iliy yətlər qazanılmışdır. İmmunoqlobulin və vaksin əldə edilmiş-
dir. Vaksinin əsasını təmizlənmiş protektiv xassəli HBsAg təş kil
edir. HBsAg-i virusgəzdirən donorların qan plazmasından və ya
HBsAg istehsal edən rekombinant göbələk (maya) ştamlarından
gen mühəndisliyi vasitəsilə alınır. Onlardan məşhur ABŞ vaksini
Heptarax B (Merk, Şarp, Ev) və Fransa vaksininin H e pas B
(Paris Paster İnistitutu) adını çəkmək lazımdır.
Bu vaksinlərlə 10 mln-la insan peyvənd edilib. Müəyyən
o lun muşdur ki, 3 dəfəlik vaksin aplikasiyasından sonra ( HbsAg
1 doza uşaqlar üçün 5mkq, böyüklər üçün 10 mkq, dəri altına və
ya əzələdaxilinə 2 aylıq intervalla vurulur). 91-97% pey vənd
olunanlarda anti-HBs əkscisimlər yaranır. Anti-HBs əks ci sim-
lərin müdafiə titrləri 5 ildən az olmayaraq saxlanılır. Pey vəndin
effektivliyi 95-100%-ə çatır. MDB-də də HB virusuna qarşı spe-
sifik immunoqlobulin alınmış və HbsAg əsasında plazmadan
vaksin hazırlanmışdır ki,hazırda onlar geniş istifadə edilir.
Əksepidemik tədbirlər epidemik prosesin 3 halqasına y ö-
nəl dilmişdir.
İnfeksiyamənbəyinəqarşıgörüləntədbirlərbir o qədər yük-
sək effekt vermir, çünki infeksiya mənbəyinin bütün növlərini
(kəs kin, xronik formalı HB ilə xəstələri, virusgəzdirənləri) aşkar
etmək mümkün deyildir. Bu tədbirlərə xəstələrin klinik-laborator
metodlarla erkən aşkarlanması, stasionarda izolyasiyası, qeydə
alınması, müalicə və dispanser müşahidənin qoyulması aiddir.
Ocaqda dezinfeksiya. Həm kəskin, həm də xronik hepatit
oca ğında yekun dezinfeksiya (hospitalizasiyadan sonra, xəstə
öldükdən və ya ocaqdan getdikdən sonra), ocaq fəaliyyətdə o l-
duğu müddətdə isə cari dezinfeksiya aparılır. Məişətdə yolux ma-
nın qarşısını almaq üçün xəstəyə fərdi gigiyena əşyaları verilir
(diş fırçaları, hamam lifləri, üzqırxma və manikür dəsti) və onlar
qaynadılmaqla, yaxud dezinfeksiya vasitələri ilə zərər siz ləş di ri-
lir. Cinsi əlaqələr zamanı hamiləlik əleyhinə mexaniki vasi tə lər-
dən istifadə olunmalıdır.
479
Xəstəilətəmasdaolanlaraqarşıaparılantədbirlər infeksiya
mənbəyinin təcrid olunmasından dərhal sonra həyata keçiril mə-
li dir. Təmasda olanlar üzərində tibbi müşahidə 6 ay ərzində apa-
rılır. Bu zaman xəstənin aşkarlanmasından dərhal sonra, həmçi nin
2, 4 və 6 ayında sorğu və baxış aparılır, həmin müddətdə l a bo rator
müayinələr həyata keçirilir. Risk qrupundan olan şəxslər (virus-
gəzdirən analardan doğulmuş körpələr, xronik forma ilə xəstələrin
ailələrində uşaqlar, xəstələrin həyat yoldaşları) vaksinasiya olunur.
Dostları ilə paylaş: |