Taun – bioloji silah kimi. Taun törədicisinin bioloji silah
kimi istifadə olunması dərin tarixi köklərə malikdir. Məsələn,
qədim Çində və orta əsr Avropasında əldə olunmuş məlumatlar
y o luxmuş heyvanların (atların və inəklərin) cəsədlərinin, insan
meyitlərinin türklər və monqollar tərəfindən su mənbələrinin və
su təchizatı sistemlərinin çirkləndirilməsi üçün istifadə etdik lə-
ri ni göstərir. Bəzi şəhərlərin mühasirəsi zamanı yoluxmuş mate-
rialın istifadə faktı barəsində də məlumatlar vardır.
Yoluxma mexanizmi. İnsan taun çöpünün “sahibindən” b i-
la vasitə heyvanların dərisini soyduqda və “vasitəçilər”lə – b i rə -
552
lərlə yoluxa bilər (məsələn, Çində baş vermiş “liman taunu”
zamanı). Siçovulların kütləvi ölümü zamanı birələr gəmiricilərin
ölmüş cəsədlərini yeni sahib axtarmaq məqsədilə tərk edirlər.
İnsanın əhatəsində son dərəcə təhlükəli xəstəliyi yayan minlərlə
həşərat meydana gəlir.
Gəmiricilər arasında taunun yoluxma mexanizmi trans missiv
olub müxtəlif növlərə və cinslərə aid birələr tərəfindən həyata
keçirilir. Təbii şəraitlərdə taun törədicisinin təbiətdə saxlanması
istiqanlı heyvanlardan çox birələr sayəsində təmin olunur, belə
ki, onlar törədicinin təbiətdə başlıca rezervuarları sayılırlar.
İnsan taunla birənin dişləməsi zamanı, yəni transmissiv yolla
yoluxur ki, bu da gəmiricilər arasında törədicinin təbii ötürülmə
mexanizminə tam müvafiq gəlir. Yoluxmuş şəxs xəstəliyin for-
masından asılı olaraq öz növbəsində taunun törədicilərini hava-
damcı və ya birələrin müxtəlif növlərinin dişləməsi yolu ilə
ötürə bilər.
Xenopsyllacheopisbirəsi – taunun əsas keçiricisidir. Birələr
taun törədicisinin spesifik keçiricisi sayılır. Bu, birələrin həzm
sisteminin quruluş xüsusiyyətləri ilə bağlıdır: mədənin önündə
birənin yemək borusunda genəlmə – zob əmələ gəlir. Yoluxmuş
heyvanı (siçovulu) dişlədikdə taun bakteriyaları birənin zobunda
toplanır və onu tam tutaraq intensiv çoxalmağa başlayır. Qan
m ədəyə düşə bilmir, ona görə belə birə daima aclıqdan əziyyət
çəkir. O, qanla qidalanmaq cəhdi ilə bir sahibdən digərinə keçir
və ölməmişdən əvvəl (belə birələr 10 gündən artıq yaşamırlar)
kifayət qədər böyük sayda insanları yoluxdurmağa nail olur.
Taun bakteriyaları ilə yoluxmuş birələrin dişləməsi zamanı
i n sanda dişləmə yerində içərisi hemorragik möhtəviyyatla dol-
muş papula və ya pustula (dəri forması) əmələ gələ bilər. Sonra
proses limfangit əlamətləri olmadan limfa damarları ilə yayılır.
Limfa düyünlərinin makrofaqlarında bakteriyaların çoxalması
onların kəskin böyüməsinə, birləşməsinə və konqlomneratların
(bubon forması) əmələ gəlməsinə gətirib çıxarır. İnfeksiyanın
sonradan yayılması (bu, heç də mütləq deyildir – xüsusilə də
müasir antibakterial terapiya fonunda) daxili orqanların praktik
olaraq hamısının zədələnməsi ilə müşayiət olunan septik forma-
nın inkişafına gətirib çıxara bilər.
553
İnfeksiya mənbəyi. Klassik təsəvvürlərə əsasən taun təbii-
ocaqlı xəstəliklərə aiddir, infeksiya mənbəyi kimi səhra və y a-
rımsəhra zonalarında yaşayan gəmiricilərin müxtəlif növləri
( s ün bülqıran, marmotlar, o cümlədən tarbaqanlar, qum siçanları)
iştirak edir. Bu gəmiricilərdə kifayət dərəcə yüksək letallığa
malik ümumi septik infeksiya inkişaf edir. Bundan başqa, təbii
şəraitlərdə qara və boz (az dərəcədə) siçovullar yoluxa bilər.
Hindistanda, Çində, Madaqaskarda taunu sinantrop siço vul-
lar (Ratusratus və Ratusnorvegicus) yayır. Monqolustanda, Bay-
kalyanı ölkələrdə və Altayda taunun rezervuarı sünbülqıran, tar-
baqanlar (Marmotasibirica), şimal-şərq Xəzəryanı ölkələrdə isə
taun alovlanmalarının səbəbkarı kiçik sünbülqıran (citellus pig-
maeus) sayılır.
Taun törədicisinə həssas gəmiricilər arasında elə növlər var-
dır ki, qış yuxusuna gedirlər (sünbülqıran, marmotlar). Bu hey-
vanlar əgər yuxu mərhələsindən əvvəl yoluxmuşlarsa, onda i n-
feksion prosesin özünəməxsus konservasiyası baş verir ki, bu da
orqanizmdə çoxalmayan törədicinin praktik olaraq saxlan masını
təmin edir. Lakin heyvan yuxudan ayıldıqdan sonra infeksion
proses fəallaşır, törədici qana keçir və beləliklə, Y.Pestis-in yayıl-
ması təmin edilir. Epizootik prosesin belə yayılmasına yaz da
gəmiricilərin cavan nəslinin meydana gəlməsi təkan verir, çünki
onlarda immunitet olmadığı üçün bu nəsil daha yüksək həs sas-
lığa malikdir.
Həssaslıq. İnsanın tauna həssaslığı çox yüksəkdir. Düzdür,
könüllülər üzərində birbaşa tədqiqatlar aparılmamışdır, lakin d o-
layı epidemioloji məlumatlara əsasən bir birənin hücumu z a manı
infeksion prosesin inkişaf etməsinin mümkünlüyü təsdiq olun-
muşdur. Həmçinin taunun ağciyər forması ilə xəstənin ətraf-
dakılar üçün olduqca yüksək təhlükəliliyi insanların həssas lı ğı-
nın kifayət qədər yüksək olmasını təsdiq edir. Sağaldıqda i n san-
da immunoloji dəyişikliklər aşkar olunur.
Orta əsrlərdə xəstəliyi keçirmiş şəxslər xəstələrə qulluq məq-
sədilə istifadə olunur, yas mərasimlərinin heyətinə və s. daxil edi-
lirdi. Yəni artıq o dövrdə təkrar yoluxmaya qarşı davamlılığın for-
malaşması haqqında fikirlər vardır.
554
Taunla yoluxma riski amilləri. Taunun baş verməsi imkanı
insanın təbii ocaqda olmasından və ya epizootik ocaqlara get-
mə si faktından asılıdır, ona görə də sənəti ilə əlaqədar təbii-ocaq -
larla bağlı olan insanlar (çox vaxt kişilər) xəstələnirlər – ç o ban-
lar, ovçular, baytarlıq işçiləri və s. Taunla yoluxma riskinin əsas
ami li təbii ocaqda olmaq və ya oraya getməkdir.
Epidemioloji nəzarət. Taun zamanı epidemioloji nəzarət x a-
ric dən gələn insanlar və gəmiricilər üzərində daimi nəzarətin apa -
rılmasını nəzərdə tutur ki, burada əsas məqsəd taunla xəstə lərin
və ya xəstəliyə şübhəli şəxslərin aşkar edilməsi, həmçinin yüklə
birlikdə yoluxmuş gəmiricilərin ölkəyə daxil olmasının qarşısının
alınmasıdır. Bu nəzarət təbii ocaqlardan gələn insan lara və hey-
vanlara münasibətdə daha vacibdir.
Nəzarət ilk növbədə karantin xidməti, o cümlədən SNM
( sa nitar-nəzarət məntəqələri) və beynəlxalq əlaqələrə malik a e ro -
portlarda, dəniz limanlarında, avtonəqliyyatın hərəkətini n ə zarət
edən sərhəd dəmiryolu stansiyalarında və məntə qə lə rin də yer ləş-
miş digər strukturlar tərəfindən həyata keçirilir.
Taunun təbii ocaqlarından baş verəcək mümkün təhlü kə nin
qarşısının alınması üçün orada gəmiricilərin populyasiyasının
sıxlığı və epizootiyanın inkişafı üzərində daimi izləmənin apa rıl-
ması nəzərdə tutulmuşdur. Bu məqsədlə təbii ocaqlarda daimi
zooloji, entomoloji, bakterioloji və epizootoloji müayinələr apa-
rılır. Bu iş mövcud əksepidemik təminat sistemində fəaliyyət
gös tərən xüsusi təhlükəli infeksiyalarla mübarizə xidməti tərə-
fin dən aparılır.
Taunun inkubasiya dövrü 72 saatdan 150 saata (3-6 günə)
qədər davam edir, əksər hallarda 3 sutkadan çox deyildir. Müs-
təsna hallarda xəstəliyin bir sıra formalarında inkubasiya dövrü-
nün qısalması mümkündür.
Taunun klinik mənzərəsi pasiyentin yoluxma üsulundan
ası lı olaraq diferensiasiya olunur. Bir qayda olaraq, xəstəliyin g e -
di şinin aşağıdakı formaları ayırd edilir:
• lokal forma (dəri, bubon və dəri-bubon) – bu formada taun
çöpü xarici mühitə praktik olaraq düşmür.
Yayılmış (generalizə olunmuş) forma (birincili və ikincili-sep-
tik) mikrobun ətraf mühitdə passiv yayılması, birincili-ağciyər,
555
ikincili-ağciyər və bağırsaq forma isə mikrobun bolluca ifrazı
ilə səciyyələnir. Bu zaman taunun bağırsaq forması müstəsna
hal larda xəstəliyin digər formalarının ağırlaşması kimi təzahür
edir və bir qayda olaraq, xəstəliyin gedişat formalarının təsni fa-
tın da rast gəlinmir.
Taunun ən geniş yayılmış formaları – bubon və ağciyər for-
malarıdır. Bubon formasında ölüm göstəricisi 27%-dən 95%-ə
qədər dəyişir, ağciyər formasında isə, demək olar ki, 100% təşkil
edir. Taunun məlum epidemiyaları milyonlarla şəxsin həyatına
son qoymuş və tarixdə dərin izlər buraxmışdır.
Taunun ağciyər forması. Taunun ağciyər forması birincili
pnev moniya sayılır və insanın tənəffüs orqanlarından hava-
dam cı yolu ilə yoluxması zamanı inkişaf edir. Ağciyər forması
üçün taunun birincili simptomları qismində ağciyərlərdə iltihab
ocaqlarının inkişaf etməsi səciyyəvidir. Ağciyər taunun 2 mər hə-
ləsi vardır:
• birinci mərhələyə ümumi taun simptomlarının üstünlük təşkil
etməsi səciyyəvidir;
• Ağciyər formasının ikinci mərhələsində xəstənin ağciyər lə ri ndə
kəskin dəyişikliklər meydana çıxır. Xəstəliyin bu formasında
qızdırmalı həyəcan dövrü, xəstəliyin şiddət lənmə dövrü və i n-
kişaf edən təngnəfəslik və koma ilə birgə terminal dövrü ayırd
olunur. Mikrobların ətraf mühitə ifraz edildiyi ikinci dövr, yəni
xəstəliyin kritik epidemioloji əhəmiyyət kəsb edən dövrü daha
təhlükəlidir.
Taunun septik forması. Taunun birincili-septik formasında
mik rob dəri vasitəsilə, yaxud da selikli qişalarla daxil olur ki, bu
da mikrobun yüksək virulentliyi, onun massiv infeksion dozası
və xəstə orqanizmin müqavimət qabiliyyətinin aşağı olması ilə
bağ lıdır ki, bu da törədiciyə orqanizmin müdafiə qüvvələrini dəf
edə rək heç bir xarici dəyişiklik olmadan pasiyentin qanına keç-
mə sinə imkan verir.
Xəstəliyin ilkin əlaməti pasiyentin qızdırmasının yüksək
həd də çatmasdır ki, bu zaman temperatun artması pasiyent üçün
göz lənilməz olur. O, təngnəfəslik, nəbzin tezləşməsi, sayıqlama,
556
adinamiya, prostrasiya ilə müşayiət olunur. Xəstənin dərisində
xarakterik səpkinin yaranması da istisna deyildir. Müalicə apa-
rılmadıqda 2-4 həftə ərzində letal nəticə baş verir. Müstəsna hal-
larda mənfi şəraitdə letal nəticə 1 sutka ərzində baş verir ki, bu
da taunun ildırımsürətli forması adlandırılır və heç bir xarakterik
kli nik əlamətlər olmadan təzahür edir.
Dünyada tauna qarşı ilk vaksini Vladimir Xavkin yaratmış-
dır. 1893–1915-ci illərdə Novorossiysk universitetinin məzunu
olan Vladimir Xavkin uzun müddət Hindistanda işləmişdir.
1896-cı ildə o, Bombeydə laboratoriya təşkil etmişdir ki, orada
dün yada ilk öldürülmüş taunəleyhinə vaksini yaratmış və onu öz
üzə rində sınaqdan keçirmişdir. Yeni vaksin həm terapevtik, həm
də profilaktik təsirə malik idi. Vaksinasiyadan sonra taunla xəs-
tə lənmə 2 dəfə, ölüm göstəricisi isə 4 dəfə azalmışdır. Xavkin
vak sini ilə peyvəndlər Hinistanda geniş vüsət aldı. XX əsrin
40-cı illərinə qədər Xavkin vaksini taun əleyhinə yeganə dərman
vasi təsi olaraq qalırdı.
Diaqnoz. Müasir şəraitdə taunun diaqnostikasında epidemio-
loji anamnez mühüm rol oynayır. Tauna görə endemik əra zi lər-
dən (Vyetnam, Birma, Boliviya, Ekvador, Turkmənistan, K a ra-
kalpak vilayəti və s.) gəlmələr və ya taunəleyhinə stansiyadan
gön dərilən bubon formasının yuxarıda göstərilmiş əlamətləri və
ya ağır əlamətlər – hemorragiyalar və qanlı bəlğəm ifrazı – pnev -
moniyalar və kəskin limfadenopatiyası olan xəstələrlə ilk t ə-
masda olan həkim taunun lokalizasiyası və onun diaqnostikası
məq sədilə bütün tədbirləri görməyə borcludur.
Onu da qeyd etmək lazımdır ki, müasir dərman profilaktikası
şəraitində öskürəyi olan taunlu xəstə ilə müəyyən müddətdə t ə-
masda olan heyətin yoluxma ehtimalı olduqca azdır. Hazırda
tibb heyəti arasında birincili ağciyər taunu halları (yəni insandan
i n sana yoluxma halları) müşahidə edilmir.
Dəqiq diaqnozun qoyulması bakterioloji müayinələrin aparıl-
ması yolu ilə həyata keçirilməlidir. Bunun üçün material kimi
limfa düyününün irinli möhtəviyyatı, bəlğəm, xəstənin qanı, fis-
tula və xoraların ifrazatı götürülə bilər.
557
Laborator diaqnostika. Spesifik flüoressent antizərdab v a-
si tə silə aparılır ki, onunla xoraların möhtəviyyatı, limfa d ü yün -
lərinin punktatı, qanlı aqarda alınmış kulturalar rənglənir.
Müalicə. Tauna şübhə yarandıqda təcili şəkildə rayonun gigi-
yena-epidemiologiya mərkəzini məlumatlandırırlar. Təcili bil di riş
vərəqəsini infeksiyadan şübhələnən həkim doldurur. Onun gön-
dərilməsini isə bu xəstənin aşkar edildiyi müəssisənin baş həkimi
təmin edir. Xəstə təcili surətdə infeksion stasionarın boksuna hos-
pitalizasiya olunmalıdır.
Müalicə müəssisənin həkimi və ya orta tibb işçisi taunla xəs-
tə və ya ona şübhəli şəxs aşkar etdikdə xəstələrin növbəti qəbu-
lu nu dayandırmalı və müalicə müəssisəsinə girişi və çıxışı qada-
ğan etməlidir. Kabinetdə, palatada qalaraq tibb işçisi istəni lən
yolla xəstənin aşkarlanması haqqında baş həkimə məlumat çat-
dırmalı və taunəleyhinə kostyumlar və dezinfeksiya vasitələrini
tələb etməlidir.
Ağciyərləri zədələnmiş xəstəni qəbul etdikdə tam dəstli taun-
əley hinə kostyumu geyməzdən əvvəl tibb işçisi gözünün selikli
qişasını, ağız və burun boşluğunu streptomitsin məhlulu ilə işlə-
mə lidir. Öskürək olmadıqda əllərin dezinfeksiya vasitələri ilə
işlənməsi ilə kifayətlənmək olar. Müalicə müəssisəsində və ya
ev də xəstəni sağlam şəxslərdən ayırdıqdan sonra xəstə ilə t ə-
mas da olanların siyahısı tərtib edilir ki, orada onun soyadı, adı,
ata sının adı, yaşı, iş yeri, sənəti, ev ünvanı göstərilir.
Taunəleyhinə müəssisədən məsləhətçi gələnə qədər tibb i ş-
çisi ocaqda qalır. Onun izolyasiyası məsələsi hər bir konkret hal-
da fərdi şəkildə həll edilir. Məsləhətçi bakterioloji müayinə üçün
material götürür, bundan sonra xəstənin antibiotiklərlə spesifik
müalicəsinə başlamaq olar.
Taunun müalicəsi kompleks olmalı və özündə etiotrop, pato-
genetik və simptomatik vasitələrin tətbiqini birləşdirməlidir. Tau-
nun müalicəsi zamanı streptomitsin sırası antibiotikləri daha
effektivdir: streptomitsin, dihidrostreptomitin, pasomitsin.
Proqnoz. Müasir terapiya şəraitində bubon formasında ölüm
5-10%-dən yüksək olmur, lakin digər formalarda da əgər müa-
licə erkən başlanıbsa, sağalma göstəricisi kifayət qədər yüksək-
558
dir. Bir sıra hallarda xəstəliyin itisürətli septik forması (“taunun
il dı rımsürətli forması”) mümkündür ki, onu aşkar etmək çətindir
və müalicəyə tabe olmur.
Taunun profilaktikası. Taun zamanı həyata keçirilən əks-
epi demik tədbirlər. Taunla xəstələrin yaranmasının real təh lü kəsi
olduqda tədbirlərin iki istiqamətdə aparılması nəzərdə t u tu lur:
• infeksiyanın kənardan gətirilməsinin qarışısının alınması;
• təbii ocaqlarda profilaktik və əksepidemik tədbirlər.
Törədicininkənardangətirilməsinin qarşısının alınması üzrə
tədbirlər xaricdən ölkəyə gələn sərnişinlər və daxil olan yüklər
üzə rində daimi nəzarətin aparılması əsasında tərtib edilir. Xəstə
aş kar edildikdə və ya xəstəliyə şübhə olduqda xəstənin izolyasi-
yası və hospitalizasiyası həyata keçirilir, həmçinin xəstə ilə
təmasda olanların hamısına 6 gün ərzində karantin qoyulur. Bun-
dan başqa, dezinfeksiya tədbirləri, dezinseksiya və deratizasiya
(göstəriş olduqda) aparılır. Dezinfeksiya vasitəsi kimi fenol və
ya lizol məhlulları tövsiyə olunur ki, onlar nəinki bakterisid,
həm də insektisid xüsusiyyətlərə malikdir.
Taununtəbiiocaqlarındaprofilaktikvəəksepidemiktədbirlər
izləmə məlumatlarının əsasında həyata keçirilir və ocaq fəal laş-
dıqda ocaqda daimi olan və ya ora gedən şəxslərin EV ştammın-
dan hazırlanmış diri vaksinlə vaksinasiyasını nəzərdə tutur.
• Preparat davamlı müdafiəni təmin edir, lakin peyvənd olu-
nanlar arasında xəstələnmə halları mümkündür, ona görə izolya-
siya, karantin (dezinfeksiya da daxil olmaqla) tədbirlərinin apa-
rılmasını nəzərə almaq lazımdır.
• Geniş çöl deratizasiya və dezinseksiya tədbirləri yalnız föv-
qə ladə hallarda (güclü epizootiya və epidemik prosesin real y a-
ran ması təhlükəsi zamanı) aparılmalıdır.
559
Tulyaremiya
Tulyaremiya – kəskin infeksion təbii-ocaqlı zoonoz xəstə lik-
dir, toksik-allergik, az hallarda septik xarakterli, ümumi i n tok-
sikasiya, qızdırma, limfa düyünlərinin, dərinin, selikli qişaların,
ağciyərlərin (infeksiyanın “giriş qapısından” asılı olaraq) z ə də-
lən məsi ilə təzahür edir.
İlk dəfə tulyaremiya 1910-cu ildə ABŞ-ın qərbində Tulyare
dai rəsində aşkar edilmişdir,1911-ci ildə Q.Mak-Koy və Ş.Çen-
non törədicini ayırd etmiş və onu Bacterium tularensis adlan dır-
mış dır. G.Frensis (1921) törədicini daha dərindən tədqiq etmiş,
insanlarda xəstəliyi aşkar etmiş və xəstəliyi tulyaremiya adlan-
dırmağı təklif etmişdir.
1926-cı ildə V.A.Bıçkov əməkdaşları ilə birgə Rusiyada tulya-
remiya törədicisini ayırd etmişdir. 1941–1942-ci illərdə B.Y .El bert
və N.A.Qayski tərəfindən törədicinin zəiflədilməsi üz rə işlər apa-
rılmış, sonra diri, zəiflədilmiş vaksin təklif olunmuşdur.
Tulyaremiyanın törədicisi. Törədici F.tularensis Francisella
cinsinə aiddir. F.tularensis fermentativ xüsusiyyətlərinə və pato-
genlik dərəcəsinə görə 3 yarımnövə bölünür: qeyri-arktik (ameri-
kan), orta asiya və qolarktik. Sonuncuya 3 bioloji variantlar aid-
dir: yapon biovarı, biovar I Ery s (eritromitsinə həssas) və bio var
II Ery r (eritromitsinə rezistent).
Tulyaremiyanın antigen strukturu bütün kulturalarda eynidir
və somatik və qişa antigenləri ilə təmsil olunmuşdur, sonuncu
virulentliyi təmin edir və allergik reaksiya törədir. Hesab edilir
ki, amerikan yarımnövü ən yüksək patogenliyə malikdir.
Tulyaremiyanın törədicisi ətraf mühitdə, xüsusilə də aşağı
tem pe raturlarda yüksək davamlılıq göstərir, suda yaxşı saxlanır,
qurumaya dözümlüdür (tam quruduqda və toza çevrildikdə həssas
heyvanların ifrazatlarında uzun müddət sağ qalır).
Tulyaremiya zamanı infeksiya mənbəyi. Tulyaremiya törə-
di cisi ilə spontan yoluxma hələlik 145 heyvan növündə aşkar edil-
mişdir. lakin xırda siçanabənzər gəmiricilər, ondatra və dovşan-
lar real epizootik, bəzən isə epidemik əhəmiyyət kəsb edə bilər.
560
Ayrı-ayrı kiçik epizodlar zamanı digər heyvanların rolu yerli
epi zootik əhəmiyyət daşıya bilər.
Ksenantrop heyvanlarda, xüsusilə də kiçik siçanabənzər g ə-
mi rici lərdə tulyaremiya zamanı infeksion proses qızğın s u rət də
keçir, yo luxmadan sonra onlar nadir hallarda 5-10 gündən artıq
yaşayırlar, ona görə də ayrılıqda hər bir heyvan qısa müd dətdə
epizotik və epi demik əhəmiyyət daşıyır. Xırda siça na bən zər
gəmiricilərin popul yasiyasının yüksək sıxlığında epizootik p ro-
ses müəyyən müddət davam edə bilər, adətən, bir o qədər uzun
sürmür, çünki infeksiya yoluxmuş heyvanların sürətli ölü mü nə
və müvafiq olaraq populyasiyanın seyrəlməsinə və epizootik
prosesin sönməsinə gətirib çıxarır.
Təbii şəraitlərdə iksod gənələrinin yoluxması aşkar edilmiş-
dir, onların orqanizmində tulyaremiya törədicisi toplana və qey-
ri-müəyyən uzun müddətdə sağ qala bilər. Beləliklə, iksod gənə-
lə ri nəinki törədicinin sirkulyasiyasını təmin etmir (transmissiv
yoluxma mexanizmi), həm də F. tularensis-in başlıca rezervuarı
s a yılır. Qeyd etmək vacibdir ki, tulyaremiyaya iksod gənələrinin
məskunlaşdığı ərazilərdə rast gəlinir. Yarımsəhra zonalarda tul-
yaremiya törədicisinə qarşı müəyyən həssaslığa malik gəmi ri ci-
lər geniş yayılmışdır. Onlarda laborator şəraitdə infeksion pro-
sesi yaratmaq mümkündür, lakin onların yaşadığı yerlərdə iksod
gənələri olmadığından tulyaremiya qeydə alınmır.
Tulyaremiyanın yoluxma yolları və yoluxma mexa nizmi.
Tulyaremiya insana təmas, peroral, inokulyasiya və inhal yasiya
m e xanizmləri ilə ötürülür. Təmas yoluxması gəmiricilərin dəri-
si ni soyduqda, ov zamanı heyvanın cəmdəyini emal etdikdə baş
verir. Bu zaman orqanizmə törədici dəri və selikli qişalardan
(sı y rıntı, cırmaq yerləri) daxil olur. Peroralyoluxması gəmi ri ci-
lə rin ifra zatları ilə çirklənmiş qida məh sularının və suyun (quyu,
göl) məişətdə istifadəsi zamanı baş verir. Bu zaman törədici ağı-
zın və həzm yolunun selikli qişasından daxil olur. İnokulyasiya
yoluxması çaybasarlarda, ondatra yetişdirilən təsərrüfatlarda h ə
-
şə ratların dişləməsi nəticəsində baş verir, bu zaman törədici o r-
qanizmə xarici örtüklərdən keçir. Hava-damcıyoluxması törə di-
ci lərlə çirklənmiş dənli bitkilərin döyümü, ot, samanın y ı ğıl ması,
561
taxılın və tərəvəzin çeşidlənməsi zamanı baş verir. Bu zaman
mikrob tənəffüs yolarının selikli qişasından daxil olur.
Həssas heyvanlar tulyaremiyanın transmissiv yoluxma m e-
xa nizmi ilə yanaşı, su (ondatra), qida məhsulları vasitəsilə də
y o luxa bilər. Sonuncusu xırda siçanabənzər gəmiricilər (tarla
siçanının müxtəlif növləri) arasında populyasiyanın sıxlığı kəs-
kin artdıqda və iksod gənələri ilə yoluxduqda müşahidə olunur.
Bu, onunla bağlıdır ki, törədici sidik və nəcislə xaric edilir və
y u xa rıda deyildiyi kimi, ətraf mühitdə uzun müddət sağ qalır.
Tulyaremiyanın belə qeyri-adi epizootiyasının sonuncu epi-
zodu Böyük Vətən müharibəsi zamanı 1942-ci ildə, qismən də
1943-cü ildə müşahidə olunmuşdur. Tarlalarda yığılmamış məh-
sul xırda siçanabənzər gəmiricilərin (tarla siçanı, ev siçanı və s.)
populya siyasının sürətlə artmasına və sonra onlar arasında epi-
zotiyanın baş verməsinə gətirib çıxardı ki, bu da yüksək letal-
lıqla (təqribən 100%) nəticələndi.
İnsan tulyaremiya ilə iksod gənələrinin hücumu zamanı (bu
yol həssas heyvanlar arasındakı yoluxma mexanzminə oxşardır),
su, qida, hava-toz, həmçinin təmas yolu ilə yoluxa bilər. Y o-
lux ma yollarının xarakterindən asılı olaraq tulyaremiyanın m ü va-
fiq klinik formaları inkişaf edir.
Dostları ilə paylaş: |