Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə53/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   49   50   51   52   53   54   55   56   ...   65

Əksepidemik  tədbirlər.  Xəstələr  hospitalizasiya  olunurlar. 

Ocaqlarda  dezinfeksiya  aparılır  (bağırsaq  infeksiyaları  qrupu 

ocaqlarında olduğu kimi). Ocaqda su və qida məhsulları termiki 

emaldan keçirildikdən sonra istifadə edilir. Gəmiricilər məhv edi-

lir, qida məhsulları və su mənbələrinin çirklənmədən qorunması 

gücləndirilir, əhali arasında sanitar-maarifi işi yerinə yetirilir. 



Profilaktik  tədbirlər.  Leptospiroz  ocaqlarında  hidrotexniki 

tədbirlər: bataqlıqların qurudulması, gəmiricilərlə mübarizə, s u-

yun və qida məhsullarının gəmiricilərin ifrazatları ilə çirk lən mə-

sinə yol verilməməsi, şəxsi gigiyena qaydalarına riayət edil mə si 

(xüsusi geyim, rezin əlcəklər və ayaqqabıların isti fa dəsi). Spesi-

fik  profilaktika  zamanı  öldürülmüş  vaksinlə  peyvənd  aparılır. 

Vaksinasiya epidemik göstəriş olduqda 7 yaşdan başlanır, a ra da 

7 gün fasilə verməklə 2 dəfəyə yerinə yetirilir. 2-2,5 ml dozada 

dəri altına yeridilir. Revaksinasiya 1 ildən sonra edilir. 

Quduzluq

Quduzluq  –  virus  etiologiyalı  təbii-ocaqlı  kəskin  zoonoz 

xəstəlik  olub,  xəstə  heyvanların  dişləməsi  yolu  ilə  ötürülür  və 

mərkəzi sinir sisteminin zədələnməsi və yüksək letallıqla (100%) 

səciyyələnir.



Qısa  tarixi  məlumat.  Xəstəlik  hələ  qədim  dövrlərdən  m ə-

lumdur.  Hələ  o  zaman  heyvanların  xəstələnməsi  və  hücumu 

(dişləməsi) arasında əlaqə müəyyən edilmişdir. Xəstəliyin y o lux-

durucu  olması  quduz  heyvanın  tüpürcəyi  vasitəsilə  sağlam  itin 

yoluxması zamanı təsdiq olunmuşdur. XIX əsrin ikinci yarısında 

L.Paster  əməkdaşları  ilə  birgə  vaksin  hazırlamış  və  quduzluğa 

qarşı  immunizasiya  sistemini  işləyib  hazırlamışdır.  Bu  sahədə 

əldə  olunan  nailiyyətlər  L.Pasterə  digər  yoluxucu  xəstəliklərin 

spesifik  profilaktikası  imkanlarını  öyrənməyə  və  yeni  elmin  – 

immuno logiyanın əsasını qoymağa səbəb oldu.



Törədici.  Quduzluğun  törədicisi  Rhabdoviridae  fəsiləsinə, 

Lyssavirus cinsinə (Lissa – sudan qorxma, quduzluğun qədim a d-

larından biridir) aiddir.

Virusun  müxtəlif  növ  heyvanlar  sayəsində,  müxtəlif  ərazi-

lər də mövcud olması ona gətirib çıxarmışdır ki, o, eynicinsli de -


583

yildir:  ayrı-ayrı  nümayəndələrdə  virulentliyinə,  infeksion  prose-

sin  və  patoloji-anatomik  dəyişikliklərin  xarakterinə  görə  fərq lər 

vardır. Virus populyasiyası  antigen quruluşuna görə  eynitiplidir, 

lakin  müxtəlif  viruslarda  bəzi  fərqlər  vardır.  Məsələn,  pas terin 

vak sin  fiksə  olunmuş  ştammı  (PV-11)  antigen  strukturuna  görə 

hazırda insandan və heyvanlardan ayırd edilmiş bir çox ştamlara 

nis bətən daha tam və universaldır.



Tipik(küçə)quduzluqvirusunun populyasiyasında da öz növ-

bəsində  fərqlər  ayırd  olunmuşdur.  Məsələn,  tülkü  ştamları  p a-

togenliyinə  görə  fərqlənir.  Quduzluq  zamanı  patoloji-anatomik 

dəyişikliklər  (tülkünün  dişləməsi  nəticəsində  törədilir)  onun la 

fərqlənir  ki,  Babeş-Neqri  cisimciklərinə  xeyli  az  rast  gəlinir, 

MSS-də baş verən dəyişikliklər çox kiçik struktursuz plazmatik 

əlavələr şəklində daha diffuz xarakter daşıyır.

Afrika it quduzluğu virusu. Bu  virus  laborator  heyvanlar 

üçün zəif patogendir. İnsanların bu virusla törədilən xəstə lik lə-

rinə ya ümumiyyətlə, rast gəlinmir, ya da olduqca nadir hallarda 

təsadüf edilir.



Vəhşilik virusu  –  şimal  tundra  rayonlarında  itlərin  və  şimal 

tülkülərinin  xəstəliyidir.  İnsan  çox  nadir  hallarda  xəstələnir  – 

Alyaskada  bir  qızın  xəstələnməsi  təsvir  olunmuşdur.  Laborator 

yoluxma nəticəsində inkişaf edən və ölümlə başa çatan ləng ney-

roinfeksiya haqqında məlumatlar vardır.

Yarasalarınamerikaquduzluğuvirusu – əsas tipik quduzluq 

virusundan daha çox fərqlənir. Yarasalarda aşkar edilən viruslar 

ara sında müxtəlif növlərə rast gəlinir.

Müasir təsəvvürlərə əsasən, adları çəkilən viruslar bir növə – 

quduzluq virusuna aiddir.

Quduzluq virusu ətraf mühitdə kifayət qədər yüksək davam-

lılığa  malikdir.  Məsələn,  yarasaların  ifrazatlarında  o,  quruduq-

dan və toza çevrildikdən sonra uzun müddət həyat qabiliyyətini 

saxlayır.  Lakin  o,  günəş  işığının  və  xüsusilə  də  ultrabənövşəyi 

şüaların təsirinə qarşı həssasdır ki, bundan süni şəraitdə virusun 

inaktivasiyası məqsədilə istifadə olunur.

İnfeksiya mənbəyi və yoluxma yolları. Quduzluq təbii-oc aq lı 

zoonoz xəstəliklərə aiddir, lakin yaşayış məntəqələrində də ocaq-



584

lar yarana bilər ki, onların hesabına quduzluq uzun müd dət həmin 

ərazilərdə saxlana bilər. Virus məməlilərin bir çox növləri – həm 

vəhşi, həm də ev heyvanları üçün patogendir. Quduzluqla cana-

varlar,  çaqqallar,  tülkülər,  yenotabənzər  itlər,  pişiklər,  iribuy-

nuzlu qaramal və s. xəstələnir. Lakin canavarlar, tülkülər və s. i t-

kimilər  dəstəsinin  nümayəndələri  aparıcı  yer  tutur.  Bu,  onun la 

bağ lıdır ki, onlar üçün sürü ilə (daima və ya epizootik) yaşamaq 

səciyyəvidir, ikincisi – növdaxili münasibətlər bəzən dava və o n-

ların bir-birini dişləməsi ilə başa çatır.

Dişlənmiş  heyvanın  orqanizminə  daxil  olduqdan  sonra 

(     t     ü           pür     cəklə yaraya) törədici sinir kökləri vasitəsilə yavaş-yavaş 

perinevral  sahə  boyunca  hissi  sinirlərlə  MSS-nə  daxil  olur  ki, 

orada  viruslar  intensiv  toplanır  və  ensefalit  inkişaf  edir.  Sonra 

sinir  kökləri  boyunca  virusların  mərkəzdənqaçma  hərəkəti  baş 

v  e   rir və əsasən tüpürcək vəzlərinə daxil olur ki, orada epitel h ü-

cey   rələrində intensiv inkişaf edir.

Bu lokalizasiya yoluxma mexanizmini müəyyən edir – resi-

piyentin  orqanizminə  törədici  hücum  edən  heyvanın  dişləməsi 

zamanı tüpürcəklə daxil olur.



İnkubasiya dövrü heyvanlarda 10 gündən bir neçə aya q ə-

dər davam edir, bu zaman xəstəliyin klinik simptomları virusun 

tüpürcək  vəzilərinə  daxil  olmasından  sonra  başlayır.  İtki milər 

dəs təsinin müxtəlif növlərində virus tüpürcəkdə, bir qayda ola-

raq,  xəstəlik  simptomlarının  başlanmasından  5  gün  əvvəl  təza-

hür  edir  və  xüsusilə  xəstəliyin  başlanmasından  2-3  gün  əvvəl 

daha çox olur. Xəstəlik praktik olaraq həmişə ölümcüldür və n a-

dir hallarda 5 gündən artıq uzanır və beləliklə, heyvan təqribən 

həyatının  son  10  günü  yoluxdurucudur.  Pişikkimilər  və  digər 

hey van növlərində də mənzərə xronoloji cəhətdən təqribən eyni-

dir, lakin onların tüpürcəyində virus nadir hallarda və aşağı kon-

sentrasiyada olur. Belə ki, canavarda virus tüpürcəkdə 90-100%, 

tülkülərdə  75-87%,  itlərdə  75%,  inəklərdə  yalnız  45-47%  hal-

larda aşkar edilir. Onu da yadda saxlamaq lazımdır ki, itkimilər 

dəs təsinin nümayəndələrinin tüpürcəyində böyük miqdarda hia-

luronidaza  fermenti  olur  ki,  bu  da  virusun  toxumalara,  o  cüm-

lədən  sinir  toxumasına  effektiv  daxil  olmasını  təmin  edir.  Q u-


585

duz luğa yoluxmuş heyvanlarda aqressivlik, səbəbsiz hücum h i s  sləri 

inkişaf edir ki, bu da itkimilərdə, həmçinin pişiklərdə və d o nuz  larda 

xüsusilə  aydın  təzahür  edir;  otyeyən  heyvanlarda  aqressivlik,  bir 

qayda olaraq, qeyd olunmur, lakin atlarda zəif də olsa təzahür edir.

İnsan quduz heyvanlardan dişləmələr zamanı yoluxur, az hal-

larda bolluca tüpürcəklə çirklənmə zamanı (əgər bu vaxt dəri və 

selikli qişaların tamlığı pozulmuşsa) baş verir. Beləliklə, insanın 

yoluxması (yoluxma yolu) epizootik prosesin hesabına parazitin 

saxlanmasını  təmin  edən  yoluxma  mexanizmi  ilə  oxşardır.  İ n-

sanda  infeksion  prosesin  xarakteri  heyvanlardan  bir  o  qədər 

fərq lənmir.  İnkubasiya  dövrü  ştamın  virulentliyindən,  dişləmə 

yerindən  və  onun  massivliyindən  asılıdır.  Dişləmənin  başda, 

boyunda  və  əllərdə  olması  daha  təhlükəlidir,  belə  lokali zasiya 

zamanı, xüsusilə də zədə sahələri böyükdürsə, inkubasiya xeyli 

qısalır (cəmi bir neçə gün – 10 gün və daha çox). Aşağı ətrafların 

z ə dələnməsi  zamanı,  xüsusilə  də  kiçik  dişləmələr  və  ya  tüpür-

cəklə  çirklənmə  olduqda  inkubasiya  dövrü  bir  neçə  aya  qədər 

uzana  bilər.  Virus  insanda  həmçinin  tüpürcəkdə  də  aşkar  edilə 

bilər, lakin onun konsentrasiyası azdır, bundan başqa, insan üçün 

aqressivlik  səciyyəvi  deyildir.  Bütün  bunlar  xəstənin  ehtimal 

o lunan infeksiya mənbəyi kimi praktik təhlükəsizliyini müəyyən 

edir.

Yaxın dövrə qədər ev heyvanlarının quduzluğu (ilk öncə i t-



lərin)  insanlar  arasında  quduzluğun  yayılmasında  həlledici  rol 

o y  nayırdı. Bir sıra effektiv tədbirlərin (sahibsiz itlərin tu tul ması, 

itlərin profilaktik vaksinasiyası və qeydiyyatı və s. tədbirlər) apa-

rılmasından sonra əksər hallarda yaşayış məntəqələrində (şəhər-

lərdə)  quduzluğun  yayılması  öz  əhəmiyyətini  itirmişdir.  Müha-

ribədən sonrakı illərdə canavarların populyasiyası kəskin sürətdə 

azalmışdır.  Keçmiş  SSRİ-nin  avropa  hissəsində,  digər  Avropa 

öl kələrində və Şimali Amerikada canavar populyasiyasının məhv 

edilməsi nəticəsində tülkülər, xüsusilə də quduzluq virusuna qar-

şı həssas olan yenotabənzər itlər intensiv çoxalmağa başladı. N ə-

ti cədə müasir dövrdə virusun vəhşi heyvanlar arasında dövr e t-

məsi əsasən təbii ocaqlarla təmin olunur. Kənd yerlərində vəhşi 

heyvanlardan müxtəlif ev heyvanlarının, o cümlədən itlərin y o-


586

lux  ması mümkündür, lakin yoluxmuş ev heyvanlarının əksəriy-

yəti özünəməxsus epizootik dalana çevrilir: virusun bir növ hey-

vandan  digərinə  ötürülməsi  ya  baş  vermir,  ya  da  çox  nadir 

hal  larda olur (itlərin quduzluğu istisnalıq təşkil edir) epizootiya-

nın gələcək inkişafı və müşahidə edilmir.

Hazırda  təbii-ocaqlar  aparıcı  rol  oynamasına  baxmayaraq, 

insanın yoluxması nəinki vəhşi heyvanlardan, daha çox itlərdən, 

az  hallarda  pişiklərdən  baş  verir.  İnsanların  quduzluqla  xəstə-

lənməsi 86-88% hallarda itlər vasitəsilə realizasiya olur.

Amerika qitəsində, xüsusilə də isti zonalarda (tropiklər, sub-

tropiklər)  təbiətdə  quduzluq  virusunun  saxlanmasında  və  yayıl-

masında  mağaralarda  böyük  koloniyalar  şəklində  yaşayan  vam-

pirlər  və  həşəratyeyən  yarasalar  mühüm  əhəmiyyət  daşıyır. 

Y  a  ra  salar arasında infeksiya onların bir-birini dişləməsi sayə sində 

yayılır, həmçinin yoluxma hava-toz yolu ilə də müm kündür.



Həssaslıq.  Qeyd  etmək  lazımdır  ki,  heç  də  xəstə  heyvanın 

dişlədiyi  hər  bir  şəxs  xəstəliyə  yoluxmur.  Müəyyən  edilmişdir 

ki, xəstə itlərdən yoluxmuş şəxslərin təqribən 30%-i, canavarlar 

t ə rəfindən dişlənmiş şəxslərin 45%-i xəstələnir. Görünür ki, bu, 

fərdi  həssaslığın  səviyyəsindən  və  törədicinin  virulentliyindən 

asılıdır. Lakin daha mühüm amil – infeksion dozadır. Xəstəliyin 

inkişaf  ehtimalı  ilə  travmanın  dərəcəsi  arasında  birbaşa  asılılıq 

var dır: dişləmələr nə qədər massiv, ağırdırsa, quduzluğun inkişaf 

etməsi təhlükəsi bir o qədər yüksəkdir. Bu, orqanizmə daxil o l-

muş törədicinin sayındakı fərqlərin birbaşa nəticəsidir.

Lakin bununla yanaşı, dişləmələrin lokalizasiyası da mü hüm 

əhəmiyyət daşıyır. Quduzluğun inkişaf etməsində dişləmənin l o-

ka lizasiyasının təhlükəliliyi aşağıdakı kimi dəyişir: başda diş lə-

mə lər  (6,2%  dişləmələr  –  24,9%  xəstələnmələr),  əllərdə  diş lə-

mələrlə  müqayisədə  (müvafiq  olaraq  42,7%  və  45,4%), 

ayaqlarda  dişləmələr  nisbətən  təhlükəsizdir  (22,8%  və  15,7%). 

Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  təkcə  infeksion  doza 

deyil, həm də bu infeksion dozanın məhz elə yerlə düşməsi v a-

cibdir ki, orada hissi sinir lifləri vasitəsilə MSS əlaqə daha yaxşı 

təmin  olunur.  Məsələn,  əllər  və  barmaqlar  hissi  sinir  ucları  ilə 

daha çox təchiz olunmuşdur – bu, həmin nahiyədə dişləmə z a-


587

manı quduzluğun tez inkişaf etməsini aydınlaşdırır. Başda diş lə-

mələr zamanı zərərçəkmişlərin vaxtında və tamdəyərli müa li cə-

sini təmin etmək vacibdir.

Hesab  edilir  ki,  uşaqlar  böyüklərə  nisbətən  quduzluq  viru-

suna qarşı daha həssasdırlar.



Risk  amilləri  şəxslərin  sənəti  mənsubiyyəti  (ovçular,  kino-

loqlar, baytarlar və s.), səfil itlərin olması sayılır.



Epidemioloji nəzarət kompleks həyata keçirilir. Burada bay -

tarlıq  xidməti,  ovçular  ittifaqı  və  vəhşi  heyvanların  sayını  tən -

zimləyən  digər  idarələr  və  xidmətlər,  həmçinin  əksepidemik 

xidmət iştirak edir. Epidemioloji nəzarətə daxildir:

– yerli ətyeyən vəhşi heyvanların (müasir şəraitdə – ilk öncə 

tülkülərin) sayının öyrənilməsi, onların ayrı-ayrı ərazilər və ilin 

dövrləri üzrə paylanması;

– vəhşi heyvanlar arasında epizootiyalar haqqında məlu mat-

la rın toplanması – ölmüş bütün tülkülərin və digər heyvanların 

cəmdəklərinin laborator müayinəsi;

–  itlərin  və  pişiklərin  saxlanması  qaydasına  riayət  olunma-

sına  fikir  vermək,  xüsusilə  də  itlərin  quduzluğa  qarşı  məcburi 

profilaktik vaksinasiyasını aparmaq;

–  dişlənmiş  və  toxumaları  tüpürcəklə  çirklənmiş  insanların 

müraciətlərinin dinamikasının, həmçinin heyvan növünün qeydə 

alınması.

Profilaktik və əksepidemik tədbirlərə aiddir:

1.  Risk  qruplarına  daxil  olan  şəxslərin  profilaktik  peyvən d-

lən məsi (xüsusilə epizootik proses fəallaşdıqda).

2.  Heyvanların  dişlədiyi  insanların  vaksinasiyası.  Müasir 

dövrdə  bu  iş  travmatoloji  məntəqələrdə  və  ya  poliklinikaların 

c ər  rahi şöbələrində aparılır. Əksepidemik xidmət metodik işi t ə-

min edir, həmçinin istifadə olunan preparatların keyfiyyəti, pey-

vənd lərin  edilməsi  qaydasına  riayət  olunması  üzərində  nəzarət 

aparır.  Müalicəvi  peyvənd  kursu  konsentrasiyalı,  inaktivasiya 

o  lu n  muş vaksinin vasitəsilə həyata keçirilir. Vaksinasiya müraciət 

olunan gün 0-cı, onun 3, 7, 14, 30-cu, bəzən isə hətta 90-cı günü 

aparılır.  Hücum  edən  heyvanı  nəzarətə  almaq  imkanı  o l duqda 

peyvənd  10-cu  günü  başa  çatdırılır  (əgər  heyvan  sağlamdırsa). 


588

Təcrübə göstərmişdir ki, peyvəndlə etibarlı effekt vaksinasiya və 

antirabik immunoqlobulinin yeridilməsi zamanı təmin o  lu    nur.

Antirabik homoloji immunoqlobulin 20 MV (1kq bədən çəki-

sinə),  heteroloji  immunoqlobilin  40  MV  dozada  vaksinlə  eyni 

vaxtda (0-cı gün) yeridilir 

Təəssüf  ki,  bəzən  peyvənd  olunmuşlar  arasında  quduzluqla 

xəstələnmə  müşahidə  olunur.  Bu,  peyvənd  kabinetinə  vaxtında 

m  ü  raciət etmədikdə və s. səbəblərdən baş verə bilər. Peyvənd lə-

rin 100% effektivliyi peyvənd kursunu antirabik immunoqlo bu-

lin lə kombinasiyada işlətdikdə əldə olunur.

3.  Quduzluğun  profilaktikası  üzrə  aparılan  iş  əksepidemik 

xid mətin üzərinə deyil, baytarlıq xidməti idarələrinin, vəhşi ə t-

yeyən heyvanların, həmçinin itlərin tutulmasını təmin edən, ev 

heyvanlarının vaksinasiyasını yerinə yetirən yerli icra hakimiy-

yət lərinin üzərinə həvalə olunur.



589

Helmintozlar

Helmintozların ümumi xarakteristikası

Parazitlərin bioloji xüsusiyyətlərindən və onların yoluxma yol -

larından asılı olaraq, helmintozların üç əsas qrupu ayırd edilir: g e o -

helmintozlar,  təmas  (kontagioz)  və  biohelmintozlar.  Təbii-iq lim 

amillərinin və sosial-iqtisadi şərtlərin məcmuyu helmin tozların tro-

pik və subtropik iqlim qurşaqlarında daha çox yayılmasını m ü əy-

yən edir, lakin bununla yanaşı, inkişaf etmiş ö l kələrdə xəs tə lən mə 

faizi çox aşağıdır.

Helmintozlar üçün xəstəliyin nisbətən yavaş inkişaf etməsi, 

bəzən  uzunmüddətli  kompensasiya  fazası  ilə  müşayiət  olunan 

x ro   nik  gedişi  səciyyəvidir.  ÜST  ekspertlərinin  fikrincə,  müasir 

dövrdə  helmintozlar  müəyyən  dərəcədə  “unudulmuş  xəstə lik-

lərə” çevrilmişdir – bütün dünyada onların tibbi-sosial əhəmiy-

yə ti  lazımınca  qiymətləndirilmir.  Hətta  endemik  ölkələrdə  belə 

nə səhiyyə orqanları tərəfindən, nə də əhali tərəfindən ona kifa-

yət qədər diqqət ayrılmır.

Qeyd etmək lazımdır ki, insan orqanizmində helmintozların 

yetkin  fərdlərinin  sayı,  adətən,  artmır  (təkrar  yoluxma  istisna 

edildikdə), bu isə helmintozları virus, bakterial, protozoy xəstə-

lik lərdən  və  mikozlardan  xeyli  fərqləndirir.  Patoloji  prosesin 

inkişafına  törədicinin  orqanizmə  daxil  olma  yolu  və  vasitəsi 

(ağız  vasitəsilə  və  ya  dəridən),  insan  orqanizminə  helmintin 

a dap tasiya dərəcəsi, parazit populyasiyasının sıxlığı, yanaşı g e-

dən xəstəliklər və “sahibin” vəziyyəti ilə bağlı olan digər amillər 

təsir  göstərir.  Daha  kəskin  nəzərə  çarpan  Patoloji  dəyişikliklər 

helmintlərin sürfələri və inkişaf etməkdə olan mərhələləri tərə-

fin dən törədilir. Sürfələr müxtəlif orqan və toxumalarda parazit-

lik etməyə və ya orqanizmdə mürəkkəb miqrasiya yolu keçməyə 

qadirdir,  halbuki  yetkin  fərdlər  üçün  sabit  lokalizasiya  xasdır. 

Helmintlərin  bir  çox  növlərində  (yüzə  qədər)  parazitlik  etmək 

üçün ən xoşagələn yer həzm yoludur, bu zaman hər bir növ onun 

müəyyən şöbələrində lokalizasiya edir. Belə ki, askaridlər, anki-

lostomalar,  enli  lentcə  nazik  bağırsağın  proksimal  şöbələrində, 


590

cırtdan  qurd  onun  aşağı  1/3  hissəsində,  tükbaş  qurd  –  yoğun 

bağırsaqda  yerləşir. Törədicinin  lokalizasiya  yerindən  asılı  ola-

raq,  boşluq  və  toxuma  helmintozları  ayırd  edilir.  Sonunculara 

şistosomozlar, filyariozlar, exonokokkozlar, para qo  nimoz, siste-

serkoz və digərləri aiddir. Bəzi bağırsaq helmintozlarında t o xu ma 

mərhələsi  xəstəliyin  başlanğıc  miqra siya  dövrünə  (askaridoz, 

ankilostomidozlar) uyğun gəlir. Helmintozların pato ge nezində və 

klinikasında  iki  əsas  mərhələ  ayırd  edilir:  kəskin  –  invaziyadan 

sonra ilk 2-3 həftə, ağır gediş zamanı isə 2 aya qədər və daha çox 

müddət sürür və xronik – davametmə müddəti illərlə uzana bilər. 

Kəskin  mərhələdə  miqrasiya  edən  sürfənin  antigenlərinə 

qarşı ümumi allergik reaksiya ilə şərtlənən Patoloji dəyişikliklər 

üstünlük təşkil edir (parazitlərin erkən inkişaf mərhələsi). İnva-

ziyanın  müxtəlif  mərhələlərində  immun  cavabın  gərginliyi  d ə-

yişir ki, bu da helmintin antigen spektri və immun xüsusiy yət lə ri 

ilə  bağlıdır  və  helmintin  bioloji  tsikli  ərzində  xeyli  morfoloji 

dəyişikliklərə məruz qalır. İmmun cavab sürfə mərhələsinin “s a-

hib”in  orqanizmində  yerləşdiyi  dövrdə  daha  qabarıq  ifadə  olu-

nur.  Bu  mərhələdə  törədicinin  növündən,  onun  lokalizasiyasın-

dan və sürfələrin miqrasiya yollarından asılı olmayaraq aparıcı 

sindromların stereotip xarakter daşıması səciyyəvidir.

Xronik mərhələdə inkişaf edən pozğunluqların və onunla bağ-

lı  yaranan  klinik  təzahürlərin  xarakteri  müəyyən  dərəcədə  t ö-

rədicinin lokalizasiyası, onun sayı, qidalanmasının xüsusiy yət ləri 

ilə təyin olunur. Parazitlik etdikləri orqanlarda helmintlər öz qar-

maqları,  sormacları,  kəsici  lövhəcikləri  və  kutikulyar  tikanları 

ilə mexaniki zədələr yetirirlər ki, bu da həmin sahənin qıcıqlan-

masına və iltihabi reaksiyanın yaranmasına səbəb olur. Hel mint-

lər  tərəfindən  törədilən  qaraciyərdə  exonokokk  kistaları,  baş 

beyində, gözlərdə sisteserklər və digər böyük həcmli törə mələr 

həyati vacib orqanların sıxılmasına gətirib çıxara bilər ki, bu da 

bəzən ağır nəticələnir. Bu mərhələdə metabolik cəhətdən dəyərli 

maddələrin: zülalların, yağların, karbohidratların, vitaminlərin, m i-

neral  maddələrin  parazitlər  tərəfin dən  udulması  üzündən,  həm-

çinin  neyrohumoral  tənzimləmənin  və  bağırsaqda  qidanın  s o rul-

ması prosesinin pozulması nəticəsində sahib orqanizmdə m  ü ba  dilə 


591

proseslərinin dəyişilməsi baş verir. Bəzi bağırsaq hel  mint  ləri qida 

fermentlərini neytrallaşdıran maddələr ifraz edir (məsələn, askari-

din  toxumalarında  pepsin  və  tripsinin  təsirini  neytrallaşdıran 

maddələr aşkar edilmişdir). Yer kürəsi əhalisinin, demək olar ki, 

yarısı insanın inkişafına və fiziki vəziyyətinə mühüm təsir gös-

tərən zülal-kalori çatışmazlığından əziyyət çəkir. Qida çatışmaz-

lığı və helmintozlar eyni coğrafi yayılma xüsusiyyətinə malikdir. 

Belə ki, bir sıra helmintozlarla (ankilostomidozlar, difillobotrioz, 

trixosefalyoz, şistosomozlar) anemiya, vitamin çatışmazlığı ara-

sında  sıx  qarşılıqlı  əlaqə  izlənilir.  Helmintlərin  metabolizminin 

məhsulları  bağırsağın  biosenozunun  dəyişməsinə  və  şərti-pato-

gen və patogen mikrofloranın payının artmasına təkan verir. 

“Sahib” orqanizmin immun sisteminə törədicinin təsir etməsi 

amili invaziyanın xronik mərhələsində də əhəmiyyətli rol oyna-

maqda davam edir. Orqan və sistem zədələnmələrinin, xüsusən 

də  toxuma  helmintozları  zamanı,  ən  vacib  səbəblərindən  biri 

im mun komplekslərin əmələ gəlməsi sayılır, onlar mediator sis-

tem lərini (komp lement, sitokinlər və s.) aktivləşdirirlər. İmmun 

cavabın  stimulya siyası  ilə  yanaşı,  helmintlər  immunsupressiv 

təsir də göstərir. Bu isə onların orqanizmdə yaşamasına kömək-

lik edir. Helmintozlar zamanı yaranan immundefisit vəziyyəti i n-

sanın bakterial, virus və digər infeksiyalara qarşı rezistent li yi nə 

mənfi  təsir  göstərir,  onların  uzun  gedişata  malik  olmasına  və 

törədicigəz dirənliyin  forma laş ma sına  imkan  verir,  profilaktik 

pey  vəndlərin  effektivliyini  azaldır.  Bu,  qarın  yatalağı  törədici-

gəz dirənliyi, vərəmlə xəstələnmə və opistor xo zun hiperendemik 

ocaqlarının əhalisi arasında digər xronik yoluxucu xəstəliklərin 

yüksək rast gəlinmə tezliyi zamanı daha yaxşı müşahidə edilir. 

Helmintozlara  görə  endemik  sayılan  Afrika,  Asiya  ölkə lə-

rində  və  digər  regionlarda  İİV-infeksiyanın  geniş  yayılması  ilə 

ə la   qədar olaraq, helmintlərin immundepressiv təsirini nəzərə a l-

maq  çox  vacibdir.  Bəzi  helmintozlar  (strongiloidoz)  hazırkı 

dövr  də  İİV-assosiasiyalı  xəstəlik  sayılır.  Zədələnmiş  orqanlarda 

kəskin  pro liferativ  proseslərin  yaranması  ilə  səciyyələnən  bəzi 

helmintozlarda  (şistosomozlar,  opistorxoz,  klonorxoz)  kansero-

genez riskini müasir dövrdə “sahib”in immun sisteminə parazitin 


592

ağırlaşdırıcı  təsiri  ilə  əlaqələndirirlər.  Özbaşına  sağalmadan  və 

ya dehelmintizasiyadan sonra helmintlərə qarşı yaranan spesifik 

anticisimlər,  adətən,  6-12  aydan  sonra  itirlər.  Bizim  ölkə mizdə 

yayılmış məlum helmintozlar arasında davamlı immunitet yalnız 

trixinelyoz  zamanı  müşahidə  olunur  ki,  bu  da  invaziyalı  şəxs-

lərin əzələlərində törədicinin kapsuldaxili yerləşmiş sür fə lə ri nin 

mövcud olması ilə izah edilir.

Helmintozların klinik manifest formalarında ilk əlamətlər y o-

lux madan  sonra  müxtəlif  müddətlərdə  əmələ  gəlir:  askariodoz 

zamanı kəskin mərhələnin əlamətləri artıq 2-3-cü gün, əksər d i-

gər helmintozlar zamanı – 2-3 həftədən sonra müşahidə olunur, 

filya riozlar  zamanı  isə  inkubasiya  dövrü  6-18  ay  davam  edir. 

Hel  min tozların erkən kəskin mərhələsi üçün allergik reaksiyalar 

səciyyəvidir:  qızdırma,  dəridə  residivverən,  gicişən  səpgilər, 

ödem lər – onlar lokal və yayılmış ola bilər, limfa düyünlərinin 

böyüməsi, mial giya, artralgiya, periferik qanda hipereozino filiya 

ilə birgə leykositoz. Bu fonda bəzən ağciyər sindromu (cüzi k a-

ta ral  əlamətlərdən  başlamış  astma  vəziyyətinə, pnevmoniyalara 

və plevritə qədər) və abdominal sindrom (qarın da ağrılar və dis-

peptik pozğunluqlar) inkişaf edir. Qaraciyər və dalağın ölçüləri 

böyüyür, mərkəzi sinir sisteminin (MSS) zədələnməsini göstərən 

müxtəlif  dərəcəli  simptomlar  və  sindromlar  da  mümkündür. 

B ə zi helmintozlarda həmçinin spesifik əlamətlər inkişaf edir: tri-

xinelyoz zamanı tipik hallarda xəstəliyin ilk günlərindən eti ba-

rən  simptomokompleks  müşahidə  olunur  ki,  burada  qızdırma, 

əzələlərdə  ağrılar,  göz  qapaqlarının  və  üzün  şişməsi;  qaraciyər 

tre matodozları zamanı (opistorxoz, fassilyoz) – sarılıq sindromu, 

qaraciyərin  və  dalağın  böyüməsi  daxildir.  Hətta  törədi cilərin 

qohum  növləri  ilə  törədilən  helmintozlar  arasında  xəstəliyin 

gedişinin  ağırlıq  dərəcəsində  və  kəskin  mərhələnin  təza hür lə ri-

nin xa rak terində əhəmiyyətli fərqlər aşkar edilir. Belə ki, yapon 

şisto so mo zu zamanı o daha tez-tez inkişaf edir və sidik-cin siy-

yət  və  bağırsaq  şistosomozundan  fərqli  olaraq,  daha  ağır  gedi-

şata malik olur. 

Xronik  mərhələdə  bağırsaq  helmintozlarının  əksəriyyətində 

tək-tək  fərdlərin  parazitlik  etməsi,  adətən,  simptomsuz  keçir. 


593

Belə hallarda yalnız böyük ölçülü helmintlər olduqda (enli len t-

 cə, teniidlər, askaridlər və s.) invaziyanın müəyyən simptomları 

müşahidə olunur. Manifest hallarda dispeptik, ağrı və bəzən isə 

asteno-nevrotik sindrom üstünlük təşkil edir ki, onlar daha çox 

uşaqlarda meydana çıxır. Enterobioz zamanı axşam və gecə vax-

tı perianal qaşınma aparıcı əlamət sayılır; trixosefalyoz intensiv 

invaziya  hallarında  hemorragik  kolitlə  müşayiət  oluna  bilir, 

uşaq larda isə ayrı-ayrı hallarda düz bağırsağın sallanması qeydə 

alınır. Çoxlu sayda helmintlər parazitlik etdikdə askaridoz bağır-

saq  keçməzliyi,  mexaniki  sarılıq,  pankreatit  ilə  ağırlaşa  bilər. 

Ankilostomidozlarla xəstələrdə, hətta orta intensivlikli invaziya 

zamanı, bir qayda olaraq, dəmirdefisitli anemiya inkişaf edir ki, 

bu da törədicinin hematofaq xüsusiyyəti ilə bağlıdır. 

Strongiloidoz zamanı klinik təzahürlər geniş polimorfizmi ilə 

səciyyələnir, bu zaman müxtəlif allergik və dispeptik simptom-

larla  yanaşı,  xəstələrdə  bəzən  ödçıxarıcı  yolların  funksiyasının 

pozulması əlamətləri müşahidə olunur. Qaraciyər trematodozları 

zamanı  (opis tor xoz,  klonorxoz,  fassilyoz)  xronik  xolesistoxo-

langit,  hepatit,  pan kreatit  inkişaf  edir,  mədə-bağırsaq  yolunun 

müx təlif zədələn mələri də mümkündür, həmçinin nevroloji poz-

ğunluqlar müşahidə edilir. “Terminal hematouriya” (sidik ifrazı-

nın sonunda qan damlasının görünməsi) və dizurik pozğunluqlar 

sidik-cinsiyyət şistosomozunun səciyyəvi əlaməti sayılır. Filya-

riozlarla  xəstələrdə  allergik  sindrom  bu  və  ya  digər  dərəcədə 

m ey  dana  çıxır.  Limfatik  filyariozlar  (vuxererioz  və  brugioz) 

üçün limfoadenopatiya, limfangit və limfostaz səciyyəvidir, o n-

ko serkoz  zamanı  bu  simptomlarla  yanaşı,  gözlərin  ciddi  zədə-

lən məsi qeydə alınır. 

Bağırsaq sestodozları (difillobotrioz, teniarinxoz, tenioz, h i-

meno lepidoz)  bir  çox  hallarda  simptomsuz  keçir,  yalnız  yetkin 

bu ğum ların  defekasiya  zamanı  və  ya  özbaşına  xaric  edilməsi 

(ancaq teniarinxozda) şəklində təzahür edir. Difillobotriozla xəs-

tə lərdə  B

12

  vi taminin  çatmazlığı  nəticəsində  anemiya  inkişaf 



edir.  Helmin toz lar  arasında  larval  sestodozlar  xüsusi  yer  tutur: 

exi nokokkoz, alveo kokkoz, sisteserkoz. Onlar kifayət qədər b ö-

yük  ölçüyə  malik  kistalar  şəklində  uzun  müddət  simptomsuz 


594

qala bilərlər. Bununla yanaşı, hətta kiçik ölçülü exinokokk qovu-

ğunun partlaması və ya irinləməsi ağır nəticələrə gətirib çıxara 

bilər: anafilaktik şokun, irinli peritonitin, plevritin inkişaf etməsi 

və s. Böyüyən qovuq və ya alveokok tərə findən portal və aşağı 

boş venanın sıxılması nəticəsində isə xarakter təzahürlərə və n ə-

ti cələrə malik portal hipertenziya inkişaf edir. 

MSS-nin  zədələnməsi  sisteserkozu  serebral,  spinal  zədə lən-

mə lər  şəklində  sürür  ki,  onun  da  özünəməxsus  simptomatikası 

vardır: beyin mədəcik lərində helmintin lokalizasiyası kəllədaxili 

hipertenziya  əlamətləri  ilə  müşayiət  olunur.  Əsasən  uşaqlarda 

qey də alınan toksokaroz klinik olaraq abdominal, ağciyər sind-

romu, nevroloji pozğunluqlarla, gözlərin zədələnməsi, periferik 

qanda kəskin eozinofiliya ilə təzahür edir. 

Son illərdə toksokarozla yanaşı, heyvanların parazitləri tərə-

findən  törədilən  bəzi  digər  toxuma  helmintozları  tez-tez  qeydə 

alınır. Dirofilyarioz hallarının artması da xüsusi diqqət cəlb edir 

– bu xəstəlik sapvari nematodalar Dirofilariarepens tərəfindən 

törədilir ki, onların obliqat “sahibləri” itlər və itkimilər dəstə sin-

dən olan digər ətyeyən heyvanlardır. Bu helmintoz insan bədə ni-

nin müxtəlif sahə lərində dərinin və gözün konyunk tivasının a l-

tında  hərəkətli  şişin  əmələ  gəlməsi  ilə  təzahür  edir.  Bir  sıra 

hel mintozlar zamanı (askaridoz, lentşəkilli helmintlərlə invaziya 

və s.) sabit psixi vəziyyəti olmayan şəxslərdə də həmçinin hel-

mint lərin psixogen təsiri qeydə alınır ki, bu da psixi-emosional 

stress şəklində meydana çıxır və belə xəstələr dehelmintizasiya-

dan sonra çətinliklə reabilitasiya olunurlar.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin