Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə61/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   57   58   59   60   61   62   63   64   65

Laborator  diaqnostika.  Müayinə  üçün  material  –  sümük 

iliyindən  (adətən,  döş  sümüyündən,  yaxud  baldır  sümüyündən, 

az hallarda qaraciyərdən) punktat götürülür, yaxma hazırlanır və 

əkmələr  aparılır.  Müayinələr  dəri  leyşmaniozunda  olduğu  kimi 

yerinə yetirilir. 

Profilaktik  və  əksepidemik  tədbirlər  kənd  tipli  dəri  leyş-

ma  nio zunda olduğu qaydada həyata keçirilir. Rekon va les sent lər 



671

xəs təliyi keçirdikdən sonra 6 ay ərzində dispanser müşahidə a l-

tında saxlanılır; xəstəliyin residivləri baş verdikdə onlarla tək ra ri 

müalicə kursu aparılır. 



Tripanosomozlar

Tripanosomozların törədicisi müxtəlif tripanosomalardır. Tri-

panosomalar arasında insan üçün patogen olan növlərin sayı üç -

dür:  Trypanosoma gambiense  və  Trypanosoma rhodesiense A f-

rika  tripanosomozunu  (yuxu  xəstəliyi)  törədir;  Trypanosoma

cruzi – Amerika tripanosomozunun (Şaqas xəstəliyi) törə di ci si dir.

Yuxu  xəstəliyində  tripanosomanın  həyat  tsiklinin  birinci 

hissəsi Se-se milçəyinin həzm kanalında, ikinci hissəsi – sahibin 

orqanizmində gedir.

Onurğalı  sahiblərdə  (insan  və  ya  vəhşi  heyvanlar)  tripano-

somalar qanda olur və keçiricinin dişləməsi zamanı onun mədə-

si nə  düşürlər.  Afrika  tripanosomozunun  törədicisinin  keçiricisi 

Gl o s sina cinsindən olan qansoran milçəklər və ya Se-se milçəyi, 

Amerika triponosomozunun keçiricisi isə taxtabitidir.

Profilaktikada  şəxsi  və  ictimai  tədbirlər  həyata  keçirilir. 

Şəx  si profilaktika – dərman preparatlarının qəbulu; ictimai – k e-

çi  ricilərin  məhv  edilməsi,  onların  yumurta  qoyduqları  yerlərin 

ləğv edilməsidir.



Lyamblioz

Qamçılılır  sinfinin  digər  mühüm  epidemioloji  əhəmiyyətə 

malik növü lyambliyalardır (Lamblia intestinalis).

Lyambliyalar  həm  vegetativ  formada  mövcud  olur,  həm  də 

sis ta əmələ gətirmək qabiliyyətinə malikdir. Vegetativ forma ak -

tiv hərəkətli və armudabənzər formadadır. Bədənin ön ucu gir də -

lənmiş,  arxa  ucu  itiləşmişdir.  Bədənin  ön  ucunda  –  yarıq  şək-

lində sorucu disk vardır. İki nüvəsi, 4 cüt qamçıları vardır.

Hərəkəti xarakterikdir, parazit uzununa oxu boyu fırlanma h  ə -

rə kəti sayəsində yanı üstə çevrilir. Preparatda lyambliyalar otaq 

temperaturunda  qısa  müddətdə  məhv  olur.  Qidanı  bütün  b ə dən 

sət hi ilə sorurlar. Uzununa, bölünmə yolu ilə çoxalırlar.



672

Sistalar – lyambliyanın hərəkətsiz formalarıdır. Uzunluğu 10-14 

mkm-dir. Forması ovaldır. Qişası qalındır, yaxşı görünür, çox z a-

man, elə bil ki, sistanın özündən ayrılmışdır. Bu əlamət sistanı 

digər  oxşar  törədicilərdən  fərqləndirməyə  imkan  verir.  Lyuqol 

məh lulunda  sarımtıl-qəhvəyi  rəngdə  rənglənir.  Rənglən mə  sis-

tada 4 nüvəni görməyə imkan verir.

Lyambliyalar nazik bağırsağın yuxarı şöbəsində yaşayır. S o-

rucu  diskin  köməyi  ilə  xovlara  yapışırlar.  Lyambliyalar  öd  k i-

səsində yaşamır, çünki öd onlara öldürücü təsir göstərir. Duode-

nal zondlama zamanı onların tez-tez burada aşkar edilməsi lyam -

bli yaların  möhtəviyyata  onikibarmaq  bağırsağın  divarlarından 

düş məsi ilə izah olunur.

Adətən, vegetativ formalar nəcislə xaric olunmur, lakin ishal 

z a manı onları təzəcə ifraz olunmuş maye nəcisdə tapmaq müm-

kündür. Lyambliyalar onlar üçün əlverişsiz olan bağırsağın aşağı 

şöbələrinə düşərək sistaya çevrilir və bu zaman nəcislə xaric o lu -

nurlar.  Sistalar  havanın  rütubətindən  və  temperaturundan  asılı 

olaraq 1 aya qədər saxlanırlır. Qurudulma onları tez məhv edir. 

Yoluxma çirklənmiş əllər, oyuncaqlar, qida və su vasitəsilə olur. 

Bağırsağa düşən sistalar vegetativ formaya çevrilir. Bir sista iki 

v e ge tativ forma əmələ gətirir.

Lyambliyalar geniş yayılmışdır, daha tez-tez uşaqlarda rast g ə-

linir. Çoxlu miqdarda yoluxduqda bağırsağın selikli qişasını m e-

xa niki surətdə qıcıqlandıra və sorulmanı müəyyən dərəcədə çə tin-

ləşdirə bilirlər. Bu zaman qarında küt ağrılar, quruldamalar, is hal, 

iştahanın pozulması, ürəkbulanma, bəzən isə sağ qabırğaaltı nahi-

yə də ağrılar əmələ gəlir. Bu xəstəlik lyamblioz adlanır. Bəzi hal-

larda lyambliyalar bağırsağın və öd yollarının digər xəstəlik lərinin 

g e dişini ağırlaşdırır.



Diaqnoz. Yoluxmuş şəxsdə lyambliyaları asanlıqla aşkar e t-

mək olur. Belə ki, nəcis formalaşmışdırsa, nativ yaxmada mik ro-

skopiya zamanı sistalar aşkar edilir. Paralel olaraq Lyuqol məh-

lu lu ilə rənglənmiş yaxmalara baxırlar.

Təzə ifraz olunmuş maye nəcisdə və duodenal zondlama z a-

manı  alınmış  materialda  hərəkətli  vegetativ  formaları  aşkar  e t-

mək  olar.  Dəqiq  diaqnoz  üçün  nəcisdə  sistaları  aşkar  etmək  k i-


673

fayətdir, bununla əlaqədar vegetativ mərhələləri aşkar etmək üçün 

təzə ifraz olunmuş nəcisi və duodenol zondlama za manı alınmış 

materialı  təcili  müayinə  etmək  lazım  gəlir.  Lakin  bəzi  hallarda 

kop ro sko piya və duodenal zondlama metodlarının birgə aparıl-

ması lyam bliozun aşkar edilmə tezliyini artırır. İnvaziya zəif d ə-

rəcədə olduqda zənginləşdirmə metodundan istifadə olunur. Sis-

talar  qeyri-müntəzəm  ifraz  olunduğundan  çoxsaylı  müa yi nə lər 

t ə ləb edilir.

Qeyd etmək lazımdır ki, lyambliyaların geniş şəkildə ya yıl-

ma sı (parazitgəzdirənlik) bəzən müayinə edəni çaşdırır və lyam-

bliozun  hiperdiaqnostikasını  törədir.  Buna  görə  də  mədə-bağır-

saq traktının və ya öd yollarının zədələnməsinin klinik mən zə rəsi 

nəzərə çarpdıqda xəstəliyin digər mümkün olan səbəb lərini (bak-

terioloji müayinə aparmaqla) istisna etmək lazımdır.

Lyamblioz invazion xəstəlik olub, simptomsuz parazitgəz dir-

 mə şəklində keçərək bəzən nazik bağırsağın funksiyasının p o zul -

masına (xronik ishal, steatoreya) gətirib çıxarır.

Törədici. İbtidai – lyambliya Lambliaintestinalis qamçılılar 

sinfinə aiddir.

Lyambliyaların vegetativ formaları armudvarı olur. Para zitin 

uzunluğu 9-18 mkm, eni 5-10 mkm. 2 nüvəsi və 4 cüt qam çı sı 

var. Patogenlik xüsusiyyəti az öyrənilib. Lyambliyaların sista ları 

oval  formadadır,  ətraf  mühitə  ifrazatla  xaric  edilirlər.  İfra zat da 

onlar  öz  invazion  xüsusiyyətlərini  16-20

0

C-də  4  gün  ərzində 



sax layırlar, 2-4

0

C –21 gün, suda 18-22



0

C-də 16-18 gün ərzində 

sağ  q a lırlar.  Quruma  öldürücü  təsir  göstərir  (bir  neçə  dəqiqə 

müd də tin də). Lyambliya sistaları amöblər kimi xlor pre pa rat la-

rına qarşı çox davamlıdır. Lyambliyaların vegetativ formalarının 

ətraf m ü hi tə davamlılığı aşağıdır (2 saata qədər).

İnvaziya mənbəyi. İnsan – xəstə və ya parazitgəzdirəndir. S i-

çan və siçovullarda olan lyambliyalar insan üçün patogen deyildir.

İnvaziya  mənbəyinin  yoluxduruculuq  dövrü.  Lyambliozla 

xəs tə və ya parazitgəzdirən uzun müddət ərzində (aylar) nəcislə 

ly am    bliya sistalarını xaric edir. Lyambliyanın vegetativ forma la-

rı  nın  i n san  orqanizmində  parazitlik  etməsi  məhdud  müddətdə 

(3 0- 40 g ün ) davam edir.

Yoluxma mexanizmi və yoluxma yolları. Lyambliyalarla y o-

lux ma əsasən sistaların udulması ilə baş verir. Başlıca yoluxma 


674

amilləri çirkli əllər, çirklənmiş məhsullar və şəxsi gigiyena qay-

da  larına  əməl  etmədikdə  müxtəlif  qulluq  əşyaları  ola  bilər.  Bu 

amillər  uşaq  kollektivlərində  daha  böyük  əhəmiyyət  daşıyırlar. 

Su amili də yoluxmada əhəmiyyətli rol oynayır.

Həssaslıq və immunitet. Lyamblioza qarşı həssaslıq müəy-

yən yaşlar üçün xarakterikdir – uşaqlarda o, böyüklərə nisbətən 

yüksəkdir. Bəziləri bunu anadangəlmə və ya qazanılmış im mun-

defisitlə əlaqələndirirlər. Bununla yanaşı, spesifik immunitet də 

qeyd edilir. Belə ki, uşaq yaşlarında keçirilən xəstəlikdən sonra 

tək rar  yoluxma  baş  vermir.  Lakin  simptomsuz  parazitgəzdirmə 

müm kündür.

Epidemik prosesin təzahürü. Lyamblioz əsasən sanitar-gi-

gi   yenik  səviyyəsi  aşağı  olan  yerlərdə  geniş  yayılmışdır.  Bəzi 

döv   lətlərdə  (ABŞ)  əhalinin  yoluxması  15-20%-ə  çatır.  Bir  çox 

uşaq kol  lektivlərində (qeyri-qənaətbəxş sanitar şəraitdə olan) u ş-

aq    la rın  yoluxması  əhəmiyyətli  dərəcədə  yüksək  ola  bilər.  B ö-

yüklər ara sında isə sistagəzdirmə halı uşaqlara nisbətən 3-4 dəfə 

azdır.  Mək     təbəqədər  və  məktəb  yaşlı  uşaqların  yoluxması  təd-

ricən zəifl   əyir və 16 yaşda tam itir.



İnkubasiya dövrü. 1-3 həftədir.

Klinik əlamətlər. Lyambliozun bağırsaq forması üçün daha 

çox səhərlər müşahidə olunan ishal xarakterikdir. Nəcis ödlə q a-

rı ş  mış olur. İshal nəcisin normallaşması dövrləri ilə növ bə lə şir.

Bir çox hallarda öd yolları və onikibarmaq bağırsaqda lyam-

bli  yaların ikincili məskunlaşması baş verir ki, bu da selikli qişa-

nın iltihablaşması və qaraciyərin absesinə səbəb ola bilər. İşta ha-

sız   lıq  ümumi  əzginlik,  yüksək  həssaslıq  qeyd  edilir.  Bağırsaq 

for    malarından  (enterit,  entero kolit)  başqa,  qaraciyər  (duodenit) 

və qarışıq forma da əmələ gəlir.

Müalicə.  Furozolidon,  trixopol,  aminoxinol.  Ölüm  halları 

qeyd edilmir.



Laborator diaqnostikası. Duodenal möhtəviyyatın və nativ 

yax  mada  nəcisin  protozooloji  müayinəsi  (Lyuqolla  boyanmış) 

z a  manı həm vegetativ formalar, həm də sistalar aşkar edilə bilər. 

H a belə dəri-allergik sınaq qoyula bilər.

Profilaktik  və  əksepidemik  tədbirlər. Amöbiazda  olduğu  k i-

mi dir.


675

Trixomonozlar

Trixomonadlar  –  İnsanda  trixomonadın  üç  növü  yaşayır: 

Trichomonashominis – bağırsaq trixomonadı yoğun bağırsaqda, 

Trichomonastenax – ağız Trixomonadı – ağız boşluğunda

Trichomonasvaginalis –– sidik cinsiyyət (uşaqlıq yolu) tri-

xomonadı sidik-cinsiyyət yollarında.

Bağırsaq  trixomonadı  bölünmə  yolu  ilə  çoxalır.  Sista  əmələ 

g ə tirmir. Maye nəcisdə çoxlu miqdarda aşkar edilir. Bəzi hallarda 

yoğun  bağırsaq  xəstəliklərinin  inkişafında  və  gedişinin  ağır laş-

ma sında müəyyən rol oynayır.

Ağız  trixomonadı  öz  quruluşuna  görə  bağırsaq  trixomo na-

dı na oxşayır. Ağız boşluğunun, dişlərin müxtəlif xəstəlikləri olan 

şəxslərdə rast gəlinir. Trixomonadlar ağciyər xəstəliyi olan xəs-

tə lərin bəlğəmində, həmçinin cərrahi yolla çıxarılmış bronxoek-

tozlarda və ağciyər abseslərində tapılır.

Sidik-cinsiyyət trixomonadları sista əmələ gətirmir. Ətraf m ü-

hitdə  tezliklə  məhv  olurlar.  Sidik-cinsiyyət  sisteminin  patolo-

giyasında, xüsusilə qadınlarda mühüm rol oynayır. Uzunmüd dətli 

simptomsuz parazitgəzdirənlik də, xüsusilə kişilərdə, müşa hidə o lu -

nur. Sidik-cinsiyyət trixomonadlarının əsas simptomları q a şın ma, 

ağrı, yanğı hissi, seroz-irinli ifrazatdır.

Diaqnoz  trixomonadları  nativ  preparatlarda  və  Roma novski 

üsulu  ilə  boyanmış  preparatlarda  tapdıqda  qoyulur.  Mikrosko-

piya zamanı mənfi nəticələr alındıqda (parazitgəz dirənliyə şübhə 

olduqda, müalicədən sonra nəzarət və s.) qidalı mühitlərə əkmə 

metodlarından və Seroloji metodlardan istifadə olunur.



676

Sporlular sinfi

 

Sporlularda cinsi çoxalma prosesində erkək və dişi cinsi h ü-



cey rələrin  birləşməsi  zamanı  spor  (sista)  əmələ  gəlir,  onlardan 

isə sporozoitlər formalaşır. Sonra müxtəlif yollarla sporozoitlər 

bir sahib orqanizmdən başqasına ötürülür.

 

Koksidiyalar

Koksidiyalar – sporlular yarımsinfinə aiddir. Əsasən onurğa-

sız və onurğalı heyvanların hüceyrədaxili parazitləridirlər. Əksər 

hallarda koksidiyalar darspesifikdir, yəni yalnız müəy yən növ hey -

vanda–sahibdə parazitlik edirlər. Həyat tsikli qeyri-cinsi ç o xal ma 

(meroqeniya), cinsi prosesin və sporoqe niyanın bir-birini d ə qiq 

əvəz etməsindən ibarətdir. Sporlar olan oosistalar x a rici m ü hitdə 

bir  ildən  artıq  həyat  qabiliyyətini  saxlayır.  Əsasən  alimentar 

yolla yayılırlar.

İnsan üçün bəzi nümayəndələri patogendir: kriptospo ridilər, 

izosporlar,  toksoplazmalar.  Bu  parazitlər  opportunist  protozoy 

i  n  va ziyalara aiddir. Bu infeksiyalar birincili-patogen mikroor q a-

niz mlər  tərəfindən  törədilir  ki,  onların  da  patogenlik  potensialı 

yalnız hüceyrə immundefisiti fonunda təzahür edir. İİV-infeksiya 

zamanı letal nəticələrin əksəriyyəti məhz oppor tunist infeksiya-

larla bağlıdır. İİV-infeksiya ilə törədilən immundefisit üçün krip-

tosporidioz,  pnevmosist  pnevmoniya,  toksoplazmoz  xarak terik-

dir. 

Toksoplazmoz

İnvazion  xəstəlik  olub,  polimorf  klinik  şəklə  malikdir,  b ö-

yük lərdə əksər hallarda simptomsuz gedir.

Etiologiyası. Törədicisi – ibtidai Toxoplasma gondii sporlu-

lar sinfinə aiddir, hüceyrədaxili parazitdir.

Ölçüləri  –  eni  2-4  mkm,  uzunluğu  7  mkm,  naringi  dənəsi 

(  a  y   para) formasındadır. Həssas orqanizmdə toksoplazmalar müx -

tə lif forma alır və toxumaların hüceyrələrinə daxil olur, ora da b oy -

lama bölünmə ilə 2 hissəyə bölünür və beləliklə, çoxalırlar. Təkrar 



677

bölünmələr nəticəsində hüceyrədə qız parazitlərin – psevdosista-

ların toplanması baş verir. Çoxsaylı bölünmədən sonra psevdo-

sistalar sahibin dağılmış hüceyrəsindən xaricə çıxır. Azad olmuş 

parazitlər yeni hüceyrələrə daxil olur və tsikl yenidən təkrarlanır.

Bununla bərabər, çoxalma tumurcuqlanma ilə də gedir. Pişik-

lər  ailəsinin  nümayəndələrində  toksoplazmalar  cinsi  çoxalma 

tsik li keçirir və oosistalar əmələ gəlir. İnvaziyalaşmış pişik nəcis 

ilə birlikdə külli miqdarda oosistalar xaric edir. Bəzən oosistala-

rın sayı milyarda çatır. Həmin oosistalar torpağın əlverişli tem-

peratur və nəmliyi şəraitində 2-5 gün müddətində sporosistalara 

çev  rilir.  Bir  oosistadan  hərəsində  4  sporozoit  olan  2  sporosista 

əmələ gəlir. Onlar həyat qabiliyyətlərini bəzən 2 ilə qədər saxlaya 

bilirlər.

Sporozoitlər torpaqdan müxtəlif heyvanlar və quşların bağır-

sağına düşür, onların ekosistalaşması başlayır və intensiv şəkildə 

selikli epitel hüceyrələrə yayılırlar. Sonradan taxizoitlərə çevri-

lir, limfa və qan damarlarına keçərək bütün orqanizmə yayılır və 

in tensiv çoxalmağa başlayırlar. Sonra taxizoitlərin çoxalma pro-

sesi yavaşıyır, toxuma sistası əmələ gəlir. Bu sistaya əkscisimlər 

daxil ola bilmir. Yetkin toxuma sistasında minlərlə yavaş inkişaf 

edən bradizoitlər olur, bunlar uzun illər və bəzən də sahibin bütün 

ömrü boyu sağ qala bilir.

Toksoplazmozun  xronik  və  latent  formaları  zamanı  sahibin 

toxumalarında (baş beyin, ürək və skelet əzələsi, göz toxuması, 

bəzən  ağciyərlər,  uşaqlıq  divarları)  həqiqi  sistalar  əmələ  gəlir. 

O n  lar dairəvi və ya bir qədər oval olurlar. Ölçüləri içəridə yer lə-

şən parazitlərin sayından (bir neçə fərddən 3-5 mln qədər) asılı 

ola raq 5 mkm-dən 100-150 mkm-ə qədər çatır. Oosistalarda olan 

parazitlər əkscisimlərin təsirindən və kimyəvi terapevtik prepa-

ratlardan müdafiə olunurlar. Lakin sistanın divarı dağıl dıqda tok-

soplazmalar azad olur və Patoloji prosesin inkişafına səbəb olurlar.

Yoluxmuş  və  ölmüş  heyvanların  orqanlarında  toksoplaz-

maların həyat qabiliyyəti 20

0

C temperaturda 3 gün ərzində saxla-



nır, t=4-10

0

C-də – 18 gün, 45



0

C-də – 15 dəqiqədən sonra, 50

0

C-də 


isə  ani  məhv  olurlar.  1%-li  duz  turşusunda  1  dəq,  1%-li  for  ma-

lində – 20 dəq, 1%-li fenolda – 10 dəqiqədən sonra ölürlər. Oosis-



678

talar  ətraf  mühitdə  qalmağa  çox  davamlı  olub,  6-8  aya  qədər 

həyat qabiliyyətini saxlayırlar.

İnvaziya mənbəyi. Toksoplazmoz həm ev, həm də sinantrop 

heyvanlarda (it, pişik, donuz, iribuynuzlu qaramal, at, keçi, q o-

yun, dovşan, toyuq, hinduşka, göyərçin, siçan, siçovul), həm də 

vəhşi heyvanlarda (gəmiricilər – qum siçanı, gəlincik, dələ; mey-

munlar və s.) aşkar olunub. İnsan üçün ev heyvanları (itlər və p i-

şik) daha təhlükəli sayılır. Heyvanlarda toksoplazmoz daha çox 

p a ra  zitgəzdirmə  (simptomsuz  forma)  şəklində  gedir,  ancaq  kli-

nik ifadə olunan formalara da rast gəlinir.



İnvaziya mənbəyinin yoluxduruculuq dövrü.  Toksoplaz mo-

zun törədicisi, xüsusən də sista formasında insan və heyvan ların 

or qanizmində  uzun  müddət  saxlana  bilər.  Heyvanların  o r qa niz-

mindən toksoplazmalar kəskin dövrdə intensiv şəkildə nəcis, s i-

dik, selik, süd vasitəsilə, balasalma zamanı döl və dölyanı maye 

ilə  ifraz  olunurlar;  latent  formalarda  törədicinin  ifrazı  dəyişkən 

x a rakterdə gedir.

Yoluxma mexanizmi və yolları. Toksoplazmoz zoonoz in fek -

siyadır, insana 3 yolla keçir: general – bitki məhsulları, ksenotrop 

–  ət  məhsulları  ilə,  vertikal,  yaxud  bətndaxili.  Toksoplazmozla 

yoluxma  qida  məqsədilə  kifayət  qədər  termiki  işlənməmiş  ət  və 

süd məhsullarının istifadəsi zamanı, heyvanlara qulluq etdikdə z ə-

də  lənmiş dəri örtüyü və ya selikli qişalardan, heyvanların dəri lə-

rini soyduqda, əti emal etdikdə və s. zamanı baş verir. Hava-dam-

 cı mexanizmi tam sübut edilməyib. İnsandan insana tok  so p laz moz 

anadan dölə transplasentar yolla da ötürülür.

Həssaslıq  və  immunitet.  Toksoplazmozda  həm  humoral, 

həm də hüceyrə immuniteti inkişaf edir. Əmələ gəlmiş əksci sim-

lər orqanizmdə prosesin inkişafını qeyri-steril immunitet nəticə-

sin də məhdudlaşdırır, ancaq onların müdafiə təsiri yoxdur. H ü-

cey rə immuniteti toksoplazminlə aparılan dəri sınağı ilə müəy yən 

edilir.  Ümumilikdə  toksoplazmozda  immunitet  az  gər gin likli  və 

davamsızdır.  O,  interkurrent  xəstəliklərin  təsiri  ilə  zəifləyə  bilər 

ki, bu da kəskinləşmə və residivlərə gətirib çıxarır və tokoplaz-

moz xronik formaya keçir. İmmunitet toksoplazmozda davamsız-

dır.


679

Epidemik  prosesin  təzahürləri.  Toksoplazmoz  bir  çox  ö l-

kə  lərdə – Avropa, cənubi Amerika, Afrika, Asiya və Avstra liyada 

qeyd olunur (10-30%). Əslində, bu, həqiqi xəstələnməni gös tər-

mir. Rəsmi qeydiyyat əksər ölkələrdə aparılmır. İnsanların tok-

soplazmoza görə həssaslığı ümumidir. Ən çox kənd əhalisi y o lu-

xur ki, bunu da onların şəhər əhalisinə nisbətən heyvanlarla daha 

çox təmasda olması ilə izah edirlər. Sənəti ilə əlaqədar (hey van-

darlıq, ət kombinatlarının işçiləri, ovçular və s.) heyvan larla t ə-

ma s da olan şəxslərdə xəstəlik əhalinin digər qruplarına nis bə tən 

çox qeydə alınır.



İnkubasiya dövrü müxtəlifdir, onu müəyyən etmək invazi-

yalaşma ilə əlaqədar çox çətindir, ancaq 15-20 gün sürməsi g ü-

man edilir.

Klinik  əlamətləri.  Anadangəlmə  və  qazanılmış  toksoplaz-

moz ayırd edilir. Anadangəlmətoksoplazmoz o vaxt baş verir ki, 

qadın hamiləlik dövründə ilk dəfə yoluxmuş olsun. Digər tərəf-

dən bu, parazitemiya baş vermiş qadınlarda və cift zədə lən dikdə 

mümkündür.  Bətndaxili  yoluxma  özünü  təxminən  25%  halda 

yenidoğulmuşlarda klinik əlamətlərlə göstərir. Xəstələrin vəziy-

yə tinin ağırlığı daxil olmuş parazitin miqdarından asılıdır.

Döl hamiləliyin son dövründə yoluxmuşdursa, xəstəliyin kəs-

kin forması inkişaf edəcəkdir. Belə hallarda xəstəlik dalağın, q a-

ra ciyərin böyüməsi, miokardit, interstisial pnevmoniya, ensefalit 

əlamətləri və s. ilə müşayiət oluna bilər. Spesifik müalicə n  ə  in  ki 

xəs təni müalicə edir, hətta belə ağırlaşmaların qarşısını alır. Ana-

dan gəlmə  toksoplamozda  getdikcə  artan  hidrosefaliya,  xori  ore ti-

nit,  kəllədaxili  kalsifikatlar,  daxili  orqanlar  tərəfindən  müx  təlif 

dəyişikliklər  (hepato-  və  splenomeqaliya),  habelə  gözlə rin  zədə-

lən məsi qeyd edilir. Anadangəlmətoksoplazmozun ayrı-ayrı təza-

hürləri  sinir-psixi  pozğunluqlar,  qıcolmalar,  uşaqların  əqli  i n ki-

şafdan geri qalması şəklində ola bilər. Qazanılmış toksoplazmoz 

(qida  məhsulları  ilə  yoluxma)  çox  zaman  simp tomsuz,  ya  xud 

subklinik keçir və aşkarlanmamış qalır. Klinik cəhətdən tam təza-

hür edən toksoplazmoz nadir hallarda yoluxmadan 3-10 gün son-

ra  prodormal  əlamətlərlə  başlayır:  ümumi  zəiflik,  əzələ  a ğ rı ları, 

uzun sürməyən ishal.


680

Qazanılmış  toksoplazmoz  klinik  təzahürlərin  müxtəlifliyi  ilə 

xarakterizə olunur. Xəstəliyin göz, serebral, limfadenopatik və e k-

zantemalı formaları ayırd olunur. Xəstəliyin kəskin mərhə lə sin də 

titrətmə, qızdırma, səpgi, limfadenopatiya, mio kardit, i n ter stisial 

pnevmoniya müşahidə edilir, qaraciyər böyüyür. Dalaq hiss edi-

lə cək dərəcədə böyümür. Kəskin mərhələdə ensefalomielit simp-

tomları  müşahidə  edilir.  Spesifik  terapiya  olmadıqda  xəs tələrin 

əksəriyyəti bir neçə həftə ərzində ölür. Qazanılmış kəskin toksop-

lazmoz zamanı orqan və ya sistemlərin zədə lən mə sin dən asılı ola-

raq limfadenopatik, visseral, serebral və göz formaları ayırd edilir. 

Böyüklərdə toksoplazmoz əsasən subklinik, latent i  n  fek siya şək-

lində  gedir.  Kəskin  gedişli  hallara  (ölümlə  nəticə lə nən)  az  rast 

g ə linir.



Müalicə. Toksoplazmoza qarşı 2 spesifik preparat – xloridin 

(sinonimləri  –  pirimetamin,  daraprim,  tindurin)  və  sulfanila-

midlər işlədilir. Onlar sinerqizmə təsir edərək folin turşusundan 

foli turşusunun sintezinə imkan vermir, eləcə də P-aminobenzoy 

turşusunun  metabolizminə  təsir  edir.  Xəstələr  bu  preparatları 

yax şı  keçirir.  Bəzən  trombositopeniya  və  ya  leykopeniya  baş 

verir. Bu əlavə təsirin qarşısını almaq üçün xəstələrə folin turşusu 

təyin edilir ki, bundan orqanizm özündə folin turşusu sintez edir. 

Xloridin  (daraprim)  sulfadimezinlə  birgə  metranidazol  isti fa də 

edi lir.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin