Laborator diaqnostika. İnsan sağ ikən toksoplazmoz törə di -
cisini aşkar etmək üçün onurğa beyni mayesi, limfa düyün lə ri nin
punktatı, biopsiya edilmiş limfatik düyünlər və badamcıqlar, döl-
yanı qişaların qalıqları və cift müayinə edilir. Seksiya materialı
mü a yinə edildikdə dalaq və baş beyindən törədicini ayırd et mək
olar. Bu zaman yaxmalar, kəsiklər hazırlanır, Romanovski üsulu
ilə boyanır. Daha yaxşı nəticə siçanlarda bioloji sınaq q o yul duq-
da əldə edilir. Ölmüş siçanları toksoplazmaya görə müa yinə e di r -
lər: əgər onlar sağ qalırsa, öldürür, 3-5 kortəbii ək mə apa rırlar.
İmmunoloji müayinə üçün KBR, HAR, İFR, h a belə tok sop laz-
minlə dəriiçi sınaq qoyulur. Dəriiçi sınaq hətta xəs tə likdən son ra
ömürlük qalır.
681
Profilaktik tədbirlər. Əsas şəxsi və ictimai gigiyena qayda-
larına əməl etməkdir. Evdə it və pişik saxladıqda gigiyenik rejim
cid di gözlənilməli, xəstə izolyasiya və ya hospitalizasiya olunma-
lıdır. Ət və süd məhsullarını termiki işləmədən keçirməlidir. Xəs-
tə şəxslər aşkar edildikdə müalicə olunmalıdırlar. Sanitar-ma arif-
lən dirici tədbirləri aparılmalıdır. Xəstəliyin spesifik profilaktikası
yoxdur.
Əksepidemik tədbirlər. Xəstələr müalicəyə cəlb olunmalı-
dır. Həmçinin toksoplazmozun fəallaşması qeyd edilən hamilə
q a dın lar da müalicə olunmalıdır. Xəstələnmiş azqiymətli hey-
vanlar məhv edilməlidir. Xəstə heyvanlar saxlanan təsərrü fat lar-
da ümumi zootexniki qaydalar gözlənilməli, deratizasiya apa rıl -
malıdır.
Kriptosporidioz
Cryptosporidium cinsindən olan koksidiyalar ilk dəfə 1907-
ci ildə laboratoriya siçanının mədəsinin selikli qişasında aşkar
edil mişdir. Hazırda 20 sahib orqanizmdə parazitlik edən kripto-
spo ridiyaların 15-dən artıq növü məlumdur. Onlar müxtəlif s a-
hiblərdə – balıqlar, quşlar, suda-quruda yaşayanlar, sürünənlər,
mə məlilərdə tapılmışdır.
İnsanda ilk kriptosporidioz hadisəsi 1976-cı ildə təsvir olun-
muşdur. Kriptosporidiya ağır formada kəskin enterokolitdən əziy-
yət çəkən 3 yaşında olan qızda rektal biopsiya zamanı alınmış
mate rialda aşkar edilmişdir. Son illər uşaqlarda qastro ente rit lər
və enterokolitlər zamanı, həmçinin baytarlıq işçilərində və iri-
buynuzlu qaramalın daşınması və satışında iştirak edən şəxs lə rin
sənəti xarakterli yoluxmalarının baş verməsində kriptosporidiya-
ların etioloji əhəmiyyəti müəyyən edilmişdir.
Müasir dövrdə QİÇS zamanı opportunist infeksiya kimi krip-
tosporidiozun iştirakı təyin edilmişdir. Əgər immuncavabdeh sis -
temin normal funksional fəallığı olan şəxslərdə kriptosporidiya-
larla invaziyalaşma əksər hallarda əlverişli başa çatırsa, onda
İİV- infek si yalı xəstələrdə kriptosporidiyalarla şərtlənən opportu-
nist infeksiya çox vaxt vəbayabənzər xarakter alır ki, o da qeyri-
682
qənaətbəxş proq nozla qurtarır. QİÇS-lə xəstələrdə kriptospori-
dioz mədə-bağırsaq yolunun patologiya sının səbəbləri arasında
aparıcı yer tutur.
Kriptosporidiyaların oosistalarını insan qida və su ilə udur.
Nazik bağırsağın proksimal şöbələrində sistaların dağılması z a-
ma nı onlardan sporozoitlər azad olur ki, onlar da bağırsağın epi-
tel hüceyrələrinə yapışırlar. Parazitin özünəməxsus lokalizasiyası
vardır: o, hüceyrənin sitoplazmasına daxil olmayaraq ekstrasitop-
lazmatik parazit formalı hüceyrə qovuğunda yerləşir. Burada t ö-
rə dicinin inkişaf tsikli başa çatır, nəticədə cinsi hüceyrələr forma-
laşır ki, onlar da ziqotanın yaranmasına başlanğıc verir. Z i qota
qişa ilə örtülür və oosistaya çevrilir. Parazitin bütün inkişaf pro-
sesi, yəni oosistanın sahib orqanizminə düşməsindən yeni nəsil
oosistanın xaric edilməsinə qədər olan proses insanda 5 günə
yaxın davam edir. Çox zaman nazik qişalı oosista bağırsaqdan
xaric edilmir və autoinvaziya törədə bilir ki, o da kriptosporidio-
zun xronik gedişatını şərtləndirir.
Beləliklə, kriptosporidiyalarla invaziyalaşma cavan yaşlı ev
hey vanları: buzovlar, çoşqalar, cücələr arasında geniş yayılmış-
dır. İnvaziya mənbəyi kimi ehtimal olunan heyvanlara balıqların
2, sürünənlərin 3, quşların – 7, məməlilərin – 31 növü, həmçinin
insan daxildir. İnsanların yoluxması alimentar yolla (süd, ət məh-
sulları), oosistalarla çirklənmiş əllər, su vasitəsilə baş verir. Həm-
çinin bazarlarda satılan tərəvəzlərin də kriptosporidiyaların oo s is-
taları ilə xeyli dərəcədə çirklənməsi aşkar olunmuşdur.
İnsandan insana yoluxma yolu da mümkündür. Burada simp-
tomsuz parazitgəzdirmə vacib rol oynaya bilər, belə ki, oosistalar
diareya qurtardıqdan sonra nəcisdə 2 həftə ərzində saxlana bilər.
Xəstələnmənin 80%-dən çoxunu sporadik hallar təşkil edir. L a-
kin qapalı kollektivlərdə uşaqlar arasında alovlanmalar, hospital
infeksiyaları, su alovlanmaları da müşahidə olunmuşdur. Su y o-
lux ma yolu aparıcıdır. Xəstəliyin mövsümi yüksəlişi ayırd edilir
ki, o da ən çox isti, rütubətli aylar dövründə qeydə alınır. Törə-
dici xarici mühitdə çox davamlıdır və geniş istifadə edilən d e-
zin fektantların çoxuna qarşı rezistentdir. Kişilər qadınlara nis bə-
tən daha çox yoluxurlar. Azərbaycanda diareyalı uşaqlarda
683
kr i p tosporidiozun xüsusi çəkisi 17%, praktik sağlamlarda – 0,8%,
tez-tez xəstələnənlərdə – 13,6% təşkil edir.
Yoluxma və xəstələnməyə görə risk qrupuna kiçik yaşlı uşaq-
lar, baytarlar, kənd təsərrüfatı işçiləri, İİV-infeksiyalı şəxs lər,
laborantlar, xroniki somatik xəstəlikləri olan ahıl yaşlı şəxs lər
daxildir. Xəstəlik əvvəllər ev heyvanları arasında və peşəsi ilə ə la -
qədar heyvanlarla bağlı olan şəxslərdə (baytarlar, sallaqxana
işçiləri) diareya kimi təsvir edilmişdir. Erkən yaşlı uşaqlarda kəs-
kin diareya hallarının strukturunda kriptosporidioz 4-10% təşkil
edir.
QİÇS zamanı kriptosporidiyalar enterositlərin ağır degene rativ
dəyişikliklərini törədir. Bağırsaqda sorma prosesi və fermentativ
fəallıq pozulur, malabsorbsiya sindromu inkişaf edir, pro fuz dia-
reya yaranır. Kriptosporidiozun başlıca simptomu – sulu diareya-
dır. İnvaziyanın təsiri altında xəstənin orqanizmində laktazanın
defisiti əmələ gəlir. Bağırsaqda disaxaridlərin yağlı turşulara q ə-
dər bakterial fermentasiyası baş verir ki, bu da əlavə ola raq s u yun
bağırsaq boşluğuna çıxmasını şərtləndirir. İnkuba siya döv rü 3 gün-
dən 8 günə qədər davam edir.
Normal immun statusda klinik simptomatikada diareya üstün-
lük təşkil edir. Nəcis suludur, boldur, tezləşmişdir, nəcis küt lələri
sorulmayan maddələrin bakterial fermentasiyası nəti cə sin də pis
qoxuya malikdir. Xəstələri ürəkbulanma, əzginlik, ümu mi zəiflik,
qarında spazm xarakterli ağrılar narahat edir. Palpasiya zamanı
göbəkyanı sahənin ağrılı olması, qarında köp nəzərə çarpır. Müva-
fiq müalicə (duz məhlulları, pəhriz) zamanı kriptosporidioz 5-6
gün ərzində əlverişli sonluqla nəticələnir. Diaqnoz yalnız labora-
toriya məlumatları (nəcisdə oosistaların aşkarlanması) n ə zə rə alın-
maqla qoyula bilər.
İİV-infeksiyalı xəstələrdə kriptosporidioz öz-özünə sağalma
mey li olmadan ağır keçir və uzun müddət sürür, bəzən bir çox il lər
ərzində, hətta qeyri-qənaətbəxş nəticəyə qədər davam edir. Bu z a-
man intensiv sulu diareya əmələ gəlir, bu halda tezləşmiş sulu
nəcislə mayenin itirilməsi sutkada 8-15 litrə çata bilər ki, n ə ti cədə
xəs təlik vəbaya bənzəyir. Xəstələrin bir qismində bağır saq b o-
yunca intensiv ağrı əmələ gəlir, o, çox əzab verir və xəs tənin v ə-
684
ziy yətinin yüngül ləşdirilməsi üçün narkotiklərin təyin edil mə-
si nə ehtiyac yaranır.
Diareya bir çox aylar ərzində davam edərək bədən çəkisinin
xeyli azalmasına, dərin qida pozğunluqlarına, asteniyaya, nadir
hal larda zəifliyin yaranmasına gətirib çıxarır. Xəstəlik üçün dia-
reyanın kimyəvi preparatlara və möhkəmləndirici vasitələrə m ü-
a licə olunmaması səciy yəvidir.
Xəstələrdə T-hüceyrə immunitetinin azalması kriptospo ri di-
oz un generalizasiyasına gətirib çıxarır, nəticədə parazit bəl ğəm-
də, mədə möhtəviyyatında, öd kisəsində aşkar edilir.
Kriptosporidiozun diaqnostikasının aparıcı metodu törə di-
cinin mikroskopik yolla aşkarlanması sayılır. Bu məqsədlə xəs-
tə lərin rənglənmiş nəcis yaxmaları müayinə edilir. Yaxmanın
Sil-Nilsen üsulu ilə karbol-fuksinlə boyanması zamanı krip tos-
po ridiyaların oosistaları parlaq-qırmızı rəngin müxtəlif çalarla-
rına boyanır və diametri 5 mkm-ə qədər çatan dairəvi törəmələr
şək linə düşürlər. Bəzi oosistaların içərisində uzunsov sporo zoit-
lər aşkar olunur.
Kriptosporidiozlu xəstələrin hospitalizasiyası inva ziyanın g ə-
lə cəkdə yayılmasının qarşısını almaq məqsədilə onları ayrı-ayrı
bokslara yerləşdirməklə həyata keçirilir.
Müalicəsi əsasən su-duz balansını tənzimləmək üçün duz
məh lullarının (trisol, asesol, xlosol, kvartasol) yeridilməsi ilə apa -
rılır. İİV-infeksiyalı xəstələrdə invaziyanın uzunmüddətli və ağır
gedişatında aminturşuları, lipid və karbohidrat preparatları ilə
p a renteral qidalandırmanı həyata keçirmək, plazma və digər
qan ə vəzedicilər köçürmək lazımdır. Ağrı sindromunda spaz mo-
litiklər və opium preparatları yeridilir. Askorbin turşusunun, ana-
bolik v a si tələrin təyin edilməsi məqsədəuyğundur.
Kriptosporidozla xəstələrin spesifik müalicəsi effektiv etiot-
rop preparatların yoxluğu üzündən böyük çətinliklər törədir. Ədə -
biy yat məlumatları preparatın sutkalıq dozası 3-4 həftə ə r zində
3-4qr təşkil etdiyi halda rovamitsinin (spiramitsinin) ef fek tiv li-
yi ni sübut edir.
Furazolidonla (peroral 100-300 mq olmaqla sutkada 4 dəfə),
metronidazolla (750 mq-dan peroral və ya venadaxili sut kada 3
685
də fə) və ya tetrasiklinlə (0,5 q-dan sutkada 4 dəfə peroral) müa-
li cədən sonra bir sıra xəstələrin vəziyyətinin əhəmiyyətli dərə-
cə də yax şılaşması müşahidə olunur. Qeyd etmək lazımdır ki, hər
han sı dərman terapiyası aparılmayan di gər xəstələrdə də vəziy-
yət yaxşılaşmışdır. Digər bağırsaq koksi doz larının və tokso plaz-
mo zun müalicəsi zamanı müvəffəqiyyətlə istifadə olunan bir çox
pre paratlar, məsələn, sulfanilamidlər, piri metamin, pentamidin,
xinokrin, hətta yüksək dozalarda kripto sporidlərlə xəstələrin v ə-
ziy yətini yaxşı laş dırmamışdır. İnəklərin immun ağız südü ilə xəs -
t ə lərin müvəffəqiyyətli müalicəsi haqqında olan məlumatlar diq-
qəti cəlb edir.
Onu da nəzərə alaq ki, qazanılmış və ya anadangəlmə immun
çatışmazlığı olmayan xəstələrdə kriptosoridoz çox zaman spon-
tan sağalma ilə başa çatır. Belə hallarda, adətən, pəhriz terapiyası
aparmaq və qoruyucu oral rehidratasiyanı (standart qlüko za-
duzlu bikarbonat məhlulu ilə) həyata keçirmək kifayətdir. Ağır
hallarda su-elektrolit tarazlığın bərpasına yönəl dilmiş patogene-
tik terapiya həlledici əhəmiyyət daşıyır.
Profilaktik tədbirlər invaziyanın fekal-oral yoluxma mexa-
nizmi nəzərə alınmaqla əllərin səylə yuyulmasını, xüsusən də
hey vanlarla təmasdan sonra, yalnız qaynadılmış suyun və ter-
miki emaldan keçirilmiş qidanın istifadəsini nəzərdə tutur.
İzosporoz
İzosporoz – Isospora cinsinin nümayəndələri tərəfindən törə-
dilən koksidiozdur. İzosporoz insanda nisbətən az, əsasən tropik
və subtropik iqlimli ölkələrdə təsadüf olunur.
İzosporlar mürəkkəb inkişaf tsikli keçir. Yalnız insanın nazik
bağır saqlarının epitel hüceyrələrində parazitlik edirlər. Bu z a man
orada rəngsiz, şəffaf, bir tərəfdən sıxılmış oosistaların y a ran ması
baş verir. İnsanın nəcisində yalnız cinsi çoxalma nəti cə sin də ə m ə-
lə gələn oosistaların koksidiyaları aşkar edilir. Cinsi ç o xal ma dan
əvvəl qeyri-cinsi çoxalma – şizoqoniya baş verir, bu zaman on -
la rın hər ikisi nazik bağırsağın epitel qişasında h ü ceyrədaxili
inkişaf edir. Əgər qeyri-cinsi fərdlər – merozoitlər və ya cinsi
686
for malar – qametlər bağırsağın epitel qişasının dağılmış hücey rə-
lərindən çıxaraq hər hansı səbəbdən yeni hüceyrələrə daxil ola bil-
mir və bağırsaq möhtəviyyatında qalırsa, onda tez lik lə məhv olur
və parçalanırlar, ona görə də nəcisdə onları aşkar etmək müm kün
deyildir.
Xəstəliyin klinik əlamətləri şizoqoniya və qametoqoniya döv-
ründə maksimal təzahür edir. Oosistaların xaric edilmə dövrünün
əv vəlinə qədər bu əlamətlər yox olur. Ona görə də Patoloji n ə-
cisdə oosistalar çox nadir hallarda aşkar edilir, formalaşmış n ə-
cis də isə onları, adətən, heç axtarmırlar. Bunun nəticəsində izos -
poroz diaqnozu az-az, özü də bu xəstəliyin yayılma səviy yəsinə
nis bətən xeyli az təyin edilir. Bundan başqa, laborator diaqnosti-
kanın qoyulması zamanı çətinliklər ona görə yaranır ki, digər i b-
tidailərin oosistalarına nisbətən bu patolo giyada oosistalar çox az
miqdarda xaric edilir.
İnvaziya mənbəyi insan və iribuynuzlu qaramaldır. Yolux ma
amilləri içərisində koksidiyaların sistaları olan nəcislə çirk lən-
miş qida, su, çirkli əllər və əşyalar əsas sayılır.
İzosporların inkişaf tsikli sahiblərin dəyişdirilməsi ilə bağ-
lıdır. Şizoqoniya iribuynuzlu qaramalın və çox güman ki, do nuz-
ların əzələlərində baş verir. Bu heyvanların əti ilə insan or qa-
nizminə düşən sistalar cinsi prosesə – sporoqoniyaya başlanğıc
verir ki, o da nazik bağırsağın epitel qişasında həyata keçir. İ n-
san da həmçinin invaziya mənbəyi ola bilər. Koksidiyaların
oo sistaları digər ibtidailərə nisbətən xeyli az miqdarda ifraz edi-
lir, ancaq yüksək virulentliyi ilə fərqlənir.
Klinika. İnkubasiya dövrü 6-9 günə bərabərdir, bundan sonra
kəskin enterokolit sindromu baş verir ki, o da xəstələrin bir qis-
mində qızdırma və ümumi toksikozun digər simptomları ilə m ü-
şa yiət olunur.
Xəstəliyin davametmə müddəti 2 həftədən 6 həftəyə qə dər-
dir. Zəiflik, baş ağrısı, iştahanın azalması, əzginlik, subfebril qız-
dırma qeyd edilir. Bağırsağın selikli qişasının zədələnməsi bol
selik ifrazı ilə bərabər, sulu diareyanın baş verməsinə gətirib
çıxarır ki, onda bəzən qan qarışığı da görünür. Xəstələri ürək bu-
lan ma, köp və qarında qurultu, duru nəcis narahat edir. Nəcis pis
687
q o xulu, bol, sulu, nadir hallarda çox az, qanla qarışıq ola bilər.
Seliyin aşkar edilməsi də səciyyəvidir. İzosporozun kəskin,
şiddətli başlancığı, bədən hərarətinin 38,5-39,5
0
C-yə qədər art-
ması ilə inkişaf edən ağır gedişli halları təsvir olunmuşdur. Nəcis
tezləşmişdir, köpüklüdür, selik, irin, qan qarışığı vardır, kəskin
nəzərə çarpan intoksikasiya səciyyəvidir. İzosporozun belə ge di-
şa tı İİV-infeksiya ilə və ya digər mənşəli immundefisitli xəstələr
üçün xarakterdir.
Laborator diaqnostika. Nəcisdə xarakterik oosistaların a ş-
kar lanmasına əsaslanmışdır. Onlar nəcisdə klinik simpto mati ka -
nın inkişaf etməsindən çox gec (adətən, yoluxmadan 2-4 həftə
sonra) əmələ gəlirlər. Oosistaların xaric olunmasının davametmə
müddəti 7 gündən 50 günə qədər dəyişir. Nəcisdə oosistalar az
miq darda, bir qayda olaraq, enterokolit simptomları söndükdən
sonra əmələ gəlir. İzosporozun simptomsuz gedişində diaq nos-
tika yalnız xəstənin nəcisində xarakterik oosistaların aşkarlan ma-
sına əsaslanmışdır.
Oosistaların aşkarlanması üçün Fyuleborn üzrə flotasiya m e-
todu tətbiq edilir. Nəcis qarışığının duruldulması 40 dəqiqə çəkir,
çünki duz məhlulunda uzun müddət saxlanması oosista ların d e-
formasiyasına gətirib çıxarır, bu isə onların tanınmasını çətin-
ləşdirir. Təzə nəcisdə koksidiyaların növünün təyin edilməsi
həmçinin onunla çətinləşir ki, oosistalar, adətən, inkişaf etmə-
miş, sporsuz vəziyyətdə xaric olunurlar. Belə hallarda nəcisin ü z-
ə rinə 2%-li kalium xromat və ya 0,5%-li xrom turşusu tökülməli
və otaq temperaturunda saxlanmalıdır. Bu məhlullar nəcisdə bak-
teriyaların və protozoy ibtidailərin çoxalmasının qarşısını alır,
lakin oosistaların inkişafına maneçilik törətmir. Onların tam i n ki-
şafı isə bağırsaqdan xaric edildikdən sonra 1-4 sutka ərzində başa
çatır. Bundan sonra koksidiyanın növü asanlıqla təyin edilə bilər.
İzosporların oosistaları işığı zəif sındırır, şəffafdır, ona görə
də onları zəif işıqda tapmaq və öyrənmək lazımdır.
688
İnfuzorlar sinfi
Balantidiaz
Xronik invazion xəstəlik olub, yoğun bağırsağın zədələnməsi
ilə müşayiət olunur və dizenteriyayabənzər sindromla müşayiət
olunur.
Törədici. İnfuzorlar sinfindən olan Balantidiumcoli-dir. P a-
ra zit vegetativ və sista formasında mövcuddur. Vegetativ for ma
– çox iri hüceyrədir (50-80 mkm), xaricdən kirpikciklərlə ö r tül-
müşdür ki, onlar da parazitin maye mühitdə sürətlə yerdə yiş-
məsini təmin edir. Balantidiyalar qida hissəciklərini: bak te riyalar,
göbələklər, eritrositlər, leykositlər və s. udmaqla qida lanır. Balan-
tidiyalar həm qeyri-cinsi (eninə bölünmə), həm də cinsi yolla
( k on yuqasiya) bölünür. Sistaların diametri 50 mkm-ə çatır. O n-
lar, bir qayda olaraq, donuzların bağırsağında və nadir hallarda –
insanda parazitlik edərkən əmələ gəlir. Parazitin vegetativ for-
maları otaq temperaturunda 2-3 gün ərzində həyat qabiliyyətini
saxlayır. Donuzların nəcisində sistalar bir neçə həftə ərzində sağ
qalırlar. Qurudulma həm vegetativ formalara, həm də sistalara
ö l dürücü təsir göstərir.
İnvaziya mənbəyi. Əsas invaziya mənbəyi donuzlardır, o n-
la rın arasında yüksək yoluxma (40-50%) qeyd edilir, bəzi təsər-
rüfatlarda isə heyvanların hamısı başdan-başa xəstələnir. G ü man
edilir ki, insan da invaziya mənbəyi ola bilər. Bunu do nuz larla
yoluxmanın mümkün olmadığı ərazilərdə insanlar ara sında xəs-
tə liyin geniş yayılması sübut edir. Törədicilər həm çinin siçovul
və itlərdə aşkar edilir, lakin bu məlumatlar elə m ü hüm rol oyna-
mır.
İnvaziya mənbəyinin yoluxduruculuq dövrü. Heyvanlar
b a lan tidiyaları uzun müddət xaric edirlər. İnsanlar törədicini b a-
ğırsaq əlamətlərinin bütün dövrü ərzində xaric edə bilərlər.
Yoluxma mexanizmi və yolları. İnsanın yoluxma mexanizmi
fekal-oraldır. Bu, balantidiya sistalarının insanların və ya d o nuz-
ların nəcisi ilə çirklənmiş su, tərəvəz, meyvələr, hazır q i danın
udulması zamanı baş verir. Çirkli əllər də müəyyən rol oynayır,
689
xüsusən də donuzçuluq təsərrüfatlarında işləyən və ya şəxsi t ə-
sə rrüfatda donuzlara qulluq edən şəxslərdə mühüm əhəmiyyət
kəsb edir. Milçəklər də epidemioloji rol daşıyır.
Həssaslıq və immunitet. İnsanlar balantidiaza qarşı kifayət
d ə rəcədə təbii rezistentliyə malikdir. Lakin balantidiazla yolux-
ma ya qədər ağır xəstəlik keçirmiş şəxslərdə invaziyanın gedişi
letal nəticələnə bilər.
Epidemik prosesin təzahürləri. Balantidiaza sporadik hallar
və ya kiçik alovlanmalar şəklində, demək olar ki, dünyanın bir
çox ölkələrində rast gəlir. Balantidiaza daha çox tək-tək xəs tə-
lənmələr şəklində təsadüf olunur, lakin qrupşəkilli xəstəliklər də
baş verə bilər. Balantidiaz daha çox kənd yerlərində, donuzlara
qulluq göstərən insanlar arasında qeyd edilir. İnkubasiya dövrü
tam müəyyən olunmamışdır, güman ki, bir neçə gündür.
Əsas klinik əlamətlər. Balantidiazın kəskin forması normal
tem peraturda baş verir. Tezləşmiş, selik və irinlə birlikdə duru
nə cis, yoğun bağırsaq boyunca ağrılar qeyd olunur. Mədə şirə-
sinin turşuluğu kəskin azalır. Rektoromanoskopiya zamanı hipe-
remiya, selikli qişanın şişkinliyi və xırda xoralar aşkar edilir.
Kəskin balantidiazın davametmə müddəti 1-2 aydan uzun sürmür.
Balantidiazın müalicəsi aparılmadıqda uzunmüddətli, xronik resi-
divləşən gedişə malik olur. Hazırkı dövrdə müasir diaqnostika ilə
bağlı olaraq və səmərəli müalicə vasitələrinin i ş lə dilməsi nəti cə-
sin də letallıq kəskin aşağı düşmüşdür. Müalicə amöbiazda olduğu
kimidir.
Laborator diaqnostika. İnvaziyanın laborator diaqnostikası
nəcisdə parazitin vegetativ formalarının və sistaların tapılmasına
əsaslanmışdır. Təzə nəcisdən fizioloji məhlulda hazırlanmış nativ
yaxmalar müayinə edilir. Bağırsaqdan balantidiyaların döv ri ş ə-
kil də azad edildiyini nəzərə alaraq müayinələri bir neçə dəfə tək-
rarlamaq lazımdır.
Profilaktik tədbirlər. Donuzların və insanların nəcisi ilə x a-
ri ci mühitin çirklənməsinin qarşısını alan tədbirlər həyata k e çi-
rilir. Ayaqyoluların və donuzxanaların tikilməsi və istismarında
sanitar-gigiyenik qaydalara riayət edilməlidir. Balantidiazla xəs-
tə lərin vaxtında aşkarlanması və müalicəsinə böyük diqqət ayrıl-
690
malıdır. Donuzçuluq təsərrüfatlarında və sallaqxanalarda əha li-
nin tibbi savadının və şəxsi gigiyena səviyyəsinin artırılması üzrə
sanitar-maarifləndirici iş aparılmalıdır.
Əksepidemik tədbirlər. Balantidiazla xəstələr hospitaliza-
siya və müalicə olunmalıdır. Dezinfeksiya amöbiazda olduğu k i-
midir. Xəstəliyi keçirmiş şəxslərə bir il ərzində nəzarət edilir.
Hospital
Dostları ilə paylaş: |