Bağırsaq protozoozları
İnsanın bağırsaqlarında parazitlik edən ibtidailər PROTOZOA
tipinə daxildir. Onların səciyyəvi xüsusiyyəti ondadır ki, həyat
tsiklinin bütün mərhələlərində onlar vahid oqanizm olub, bir h ü-
ceyrə şəklində mövcuddurlar. İbtidainin hüceyrəsi sitoplazmadan,
bir və ya bir neçə nüvədən ibarətdir. Onun bədəni xaricdən üçqat
quruluşa malik hüceyrə membranı ilə əhatə olunmuşdur. İbti da i-
lə rin qidalanması ya osmos yolu ilə baş verir (bu zaman suda
həll olan maddələr ibtidainin bütün bədən səthi ilə mənim sə ni-
lir), ya da faqositoz və pinositoz yolu ilə gedir. Bəzi ibti da i lərdə
ağız d ə liyi vardır ki, bu da qidanın tutulub saxlanmasına xidmət
edir. İbtidailər hərəkət orqanellalarının (yalançı ayaqlar, qamçı-
lar, kirpikciklər) vasitəsilə yerlərini dəyişir.
İnsanın bağırsağında parazitlik edən ibtidailərin əksəriyyəti
iki yə bölünmə yolu ilə çoxalır, balantidiyalarda qeyri-cinsi ç o-
xal ma konyuqasiya ilə əvəz olunur, koksidiyalarda isə cinsi ç o-
xalma prosesi kopulyasiya tipi üzrə gedir.
Bağırsaq ibtidailərinin bir çox növlərində həyat tsikli yalnız
iki mərhələdən ibarətdir: vegetativ və ya trofozoit (aktiv, hərə-
kət li, bölünən) və sista mərhələsi (hərəkətsiz, qişa ilə örtülmüş).
Vegetativ mərhələ xarici mühitdə davamsızdır və orqanizmdən
ifraz edildikdən sonra tezliklə məhv olur. O, törədicinin yayılm a-
sında rol oynaya bilmir. Sistada isə qlikogen və xromatoid c i sim-
ləri şəklində qidalı maddələrin ehtiyatı vardır, ona görə də uzun
müd dət ərzində xarici mühitdə öz həyat qabiliyyətini saxlaya
bilir və törədicinin bir sahib orqanizmdən digərinə ötü rül mə sinə
xid mət edir. Başqa bir orqanizmə düşdükdə sista qişalardan azad
olur və çoxalmağa başlayır.
Sporozoa sinfinə daxil olan bağırsaq ibtidailəri hüceyrədaxili
parazitlər sayılır. Onlar mürəkkəb inkişaf tsikli keçirlər. İnsan o r -
qa nizmində Plasmodium, Leishmania, Trypanosoma cinsinə aid
ibtidailər parazitlik edir. Onların hamısı insanın müxtəlif xəs-
təliklərini törədə bilərlər. Hazırda kriptosporidioza daha çox diq-
qət ayrılır, çünki o, QİÇS-li xəstələrin ölümünün səbəb lə rin dən
biridir.
650
İnsanın patologiyasında bağırsaq ibtidailərinin oynadığı rol
müxtəlifdir, amöblərin və qamçılıların bir çox növləri onun üçün
patogen deyildir. Dizenteriya amöbü və balantidiyalar letal nəti-
cə lənən ağır xəstəlik törədə bilər, lyambliyalar və koksidi yalar
çox vaxt müvəqqəti diareyanın törədicisi sayılır.
651
Sarkodinlər sinfi
Sarkodinlər sinfinə dənizlərdə, su hövzələrində və torpaqda
rast gəlinən müxtəlif növ ibtidailər aid edilir.
Amöblərin əksər növləri heyvan və insan orqanizmində y a-
şayır (Entamoeba cinsi). Amöblər bədən formasını dəyişərək və
qısamüddətli çıxıntılar – psevdopodiyalar və ya yalançı ayaqlar
əmələ gətirməklə hərəkət edir. Amöblərin çoxalması qeyri-cinsi
bölünmə yolu ilə gedir.
Amöbiaz
Amöbiaz – protozoy xəstəlik olub, yoğun bağırsağın xoralı
z ə dələnməsi, daxili orqanlarda abseslərin yaranması imkanı, uzun
sürən xronik gedişə meyilliyi ilə səciyyələnir. İnsanın bağırsaq i n -
vaziyaları içərisində amöbiaz həm yayılmasına görə, həm də o r-
qa nizmə göstərdiyi Patoloji təsirə görə daha böyük əhəmiyyət
daşıyır ki, bu da letal nəticələrə gətirib çıxara bilər. Klinik olaraq
xəstəlik xronik kolit (amöb dizenteriyası adlanır), bağırsaq dan kə-
nar amöbiaz və ya simptomsuz parazitgəzdirmə şəklində gedir.
Tarixi məlumat. Amöbiazın törədicisi ilk dəfə rus həkimi
F.A.Leş tərəfindən 1875-ci ildə Peterburqda qanlı ishaldan əziy-
yət çəkən xəstənin nəcisində aşkar edilmişdir. Leş itlərin yoğun
bağırsağına xəstənin nəcisini yeridərək onu yoluxdurmuş və b i-
rin ci olaraq bu törədicinin patogenliyini sübut etmişdir. Lakin
Leş o vaxt dizenteriya amöbünü qeyri-patogen bağırsaq amö bün -
dən diferensiasiya edə bilməmişdir. Bu iki növün identifikasiyası
1903-cü ildə Şaudin tərəfindən həyata keçiril mişdir. A l man alimi
Fris Şaudin patogen amöbə Entamoebahistolytica adını vermiş-
dir ki, onun da mənası parazitin toxumaları parçalamaq xüsu siy-
yətə malik olmasından xəbər verir.
Törədici – Entamoebahistolytica Sarcodina cinsindən olan i b ti-
daidir. Onun patogen və qeyri-patogen ştamları ayırd edilir. Mor-
foloji cəhətdən patogen amöblərdən fərqlənməyən qeyri-patogen
ştamlar son illərdə E.dispar növə daxil edilmişdir.
652
Amöbiazın etiologiyası. Amöbiazın törədicisi – dizenteriya
amöbü iki mərhələ keçir: vegetativ (trofozoit) və sakit (sistalar)
mər hələ. Onlar parazitin sahib orqanizmdə məskunlaşdığı ş ə ra it-
dən asılı olaraq biri digərinə keçə bilər.
Amöbün həyat tsiklinin vegetativ mərhələsi 4 formanı ö z ün də
birləşdirir: 1) toxuma, 2) böyük vegetativ, 3) boşluq forma, 4)
sistaönü.
1. Böyük toxuma forması invaziv deyildir. O, iri ölçüdədir
(20-25 mkm). Parazitin sitoplazmasında 2 qat ayırd olunur – ekto
və endoplazma. Böyüdüldükdə (mikroskopla) təzə nativ pre pa-
ratda homogen endoplazmanı görmək mümkündür, nüvə ayırd
edilmir. Dizenteriya amöbünün hərəkəti ektoplazmatik yalançı
ayaqların – psevdopodiyaların köməyi ilə həyata keçir: onlar
hansı tərəfə yer dəyişirlərsə, endoplazma da həmin istiqamətə
doğ ru hərəkət edir. Amöbün yerdəyişməsi bir-birinin ardınca d a-
vam edən təkanlar şəklində baş verir. Dizenteriya amöbünün
toxuma forması yalnız kəskin amöbiaz zamanı bila va sitə zədə-
lən miş orqan və toxumalarda aşkar olunur, pasiyentin nəcisində
çox nadir hallarda rast gəlinir.
Toxuma forması yoğun bağırsağın selikli qişasının toxu ma-
sın da parazitlik edən və onun spesifik zədələnməsini törədən
amö bün patogen formasıdır. Ölçüsü 20-25 mkm olub, qurulu-
şuna görə əvvəlki formaya oxşayır, bağırsaq divarının zədə lən-
miş sahəsindən hazırlanmış histoloji kəsikdə, bəzən isə xoraların
maye nəcisdə parçalanması zamanı aşkar edilir.
2. Böyükvegetativforma. 26–60 mkm ölçüdədir. Sitoplazma
iki qata bölünmüşdür: xarici (ektoplazma) və daxili (endo plaz ma).
Endoplazma – kiçik xırdalanmış şüşəni xatırladan kiçik d ə-
nə li şəffaf kütlədir. Ektoplazma şəffaf şüşəyə bənzər kütlədir və
y a lançı ayaqlar əmələ gəldikdə xüsusilə yaxşı görünür.
Amöb şəffafdır, rəngsizdir, canlı amöbün nüvəsi görünür. E n-
dop lazmada həzm olunmanın müxtəlif mərhələlərində olan bir
ədəddən bir neçəyə qədər eritrosit olur ki, bu da amöbün bu for-
ması üçün tipikdir. Buna görə də onu çox zaman hematofaq və
ya eritrofaq adlandırırlar. Digər növ amöblərdən öz hərəkətinə
görə fərqlənir. Böyük vegetativ forma kəskin amöbiazla xəstənin
653
təzəcə ifraz olunmuş maye nəcisində aşkar edilir və diaqnozu
d ə qiq təsdiq edir.
3.Boşluqforması – yoğun bağırsağın yuxarı şöbələrinin boş-
luğunda yaşayır və dizenteriya amöbünün əsas forması s a yılır.
Boşluq formaları rekonvalessentlərin və ya xroniki amöb dizen-
te riyası ilə xəstələrin təzəcə ifraz olunmuş maye nəcis lə rin də
aşkar edilir. Parazitgəzdirənlərin və ya remissiya dövründə olan
xəs tələrin formalaşmış və ya yarımformalaşmış nəcis lə rin də m ü-
əyyən edilmir. Onları aşkar etmək üçün bağırsağın yuyulması
nəticəsində alınmış nəcisi və ya duz işlədicinin qəbulundan son-
rakı son nəcis porsiyalarını müayinə etmək lazımdır. Amöbün
boş luq formalarının törədicigəzdirmə tezliyi və sistaların rast
gəlməsi xeyli dəyişir: Asiyada – 13-34%, Afrikada 17-58%, A v-
ropada 15-40%.
4.Sistaönüforma – adətən, yarımformalaşmış nəcisdə aşkar
edilir. Quruluşuna görə boşluq formanı xatırladır, vakuollar yox-
dur, yavaş-yavaş hərəkət edir, sitoplazmada bəzən az miqdarda
bakteriyalar görünür.
Sista yoğun bağırsağın aşağı şöbələrində boşluq (sistaönü)
for madan əmələ gəlir. Sistalar xroniki xəstələrin və ya parazit-
gəz dirənlərin formalaşmış və ya yarımformalaşmış nəcisində aş -
kar edilir.
Növ mənsubiyyətini dəqiqləşdirmək üçün sistaları Lüqol məh-
lulu ilə rəngləyirlər. Bu zaman 4 nüvə üzük şəklində aydın g ö-
rünür ki, bu da dizenteriya amöbünün sistası üçün xarakterikdir.
Yetişməmiş sistada 1-3 nüvə olur.
Həyat tsikli. Dizenteriya amöblərinin boşluq forması insanın
yoğun bağırsağının yuxarı şöbəsində yaşayır və ona ziyan yetir-
mir. Lakin bəzi şəraitdə patogen toxuma formalarına çevrilərək
bağırsaq divarlarına daxil olurlar.
Bağırsaq möhtəviyyatı ilə birlikdə passiv hərəkət edən boşluq
forması onun son şöbələrinə daxil olur. Burada əlverişsiz şərait
(susuzlaşma, bakterial floranın dəyişməsi, mühitin PH-nın dəyiş-
məsi və s.) amöbün məhv olmasına və ya onların sistalara çev ril-
mə sinə səbəb olur. Sistalar nəcislə birlikdə ətraf mühitə düşür və
burada uzun müddət saxlanılır. İnsan üçün yetkin 4 nüvəli sista-
lar yoluxdurucu olur.
654
Törədici su və qida məhsulları, çirkli əllər, milçək, torpaq və s.
vasitəsilə ötürülür. Milçəklər amöbün mexaniki keçirici ləridir.
Mil çəklərin xarici örtüklərində və bağırsağında 24 saata qədər sax -
lana bilirlər.
Dizenteriya və ya histoloji amöb insanda amöb dizenteri ya-
sı nı və ya amöbiaz törədir. Onlar yoğun bağırsaqda çoxsaylı x o-
ra lar əmələ gətirirlər.
Xəstəlik müxtəlif ağırlıqda gedir və kəskin və ya tədricən baş-
layır. Qarının aşağı hissəsində ağrılar, qırmızı rəngli nəcis qeydə
alınır. Bədən temperaturu, adətən, normal olur. Xəstəlik kəskin-
ləş mə dövrlərinin olması ilə bir neçə il davam edə bilər. Ağır hal-
larda anemiya, üzülmə müşahidə olunur.
Bağırsaqdakı xoralardan amöbün toxuma formaları qan vasi-
tə silə qaraciyər, ağciyər, beyin və digər orqanlara daşına və ora-
da abseslər əmələ gətirə bilər. Bu ağırlaşmalar vaxtında müalicə
olun mazsa, ölümlə nəticələnə bilər.
Dizenteriya amöbünü və ya onun sistalarını aşkar etmək üçün
nəcis müayinə edilir. Müayinə üçün təzə ifraz olunmuş n ə cis
götürmək lazımdır. Çünki amöblər 10 dəqiqə müddətində öz
hərəkətliliyini itirir və beləliklə, etibarlı diaqnostika təmin edil-
mir. Amöblərin sistalarını formalaşmış nəcisdə hətta nəcis müa-
yinə edilənə qədər bir neçə saat müddətində qalsa belə, aşkar e t-
mək olur.
Əgər yalnız boşluq formaları və ya sistalar aşkar edilmiş-
dirsə, onda amöb dizenteriyası diaqnozunu qoymaq olmaz, çünki
onlar parazitgəzdirənliyin əlaməti ola bilər. Buna görə də kli nik
gös tərişlər zamanı, başqa sözlə, amöbiazla xəstələnməyə şüb hə
o l duqda bir neçə dəfə müayinə aparırlar, duz işlədici təyin edir-
lər, çünki böyük vegetativ və ya toxuma formalarını yalnız maye
və ya yarımmaye nəcisdə aşkar etmək olar. Bu zaman birinci
növ bədə Patoloji qarışıqları (selik) müayinə edirlər.
Nəzərə almaq lazımdır ki, xəstəliyin kəskin mərhələlərində
n ə cislə yalnız toxuma, daha doğrusu, böyük vegetativ formalar,
s a ğalma dövründə isə boşluq formaları və sistalar xaric edilir.
Konservasiya metodu işlənib hazırlanmışdır, lakin ibtidailər
konservantda rənglənir və hərəkətlərini itirir, nəticədə onların l a-
bo rator müayinəsi çətinləşir.
655
Amöblərin Seroloji diaqnostika metodları da işlənib hazırlanıb
(HAR, İFR).
Profilaktikası. – Bakterial və amöb dizenteriyası olan xəstə lər
hospitallaşdırılır. Xəstələri evə o vaxt buraxırlar ki, həftə ə r zin də
aparılmış müayinə zamanı 3 mənfi nəticə alınsın.
Sağalmış şəxslərdə də ishal müşahidə olunarsa, həmçinin sağ-
lam şəxslər arasında törədicigəzdirənləri aşkar etmək vacib dir sə,
2 həftə ərzində azı 6 analiz vermək lazım gəlir.
Evə yazılandan sonra sağalmış şəxslər poliklinikanın infek-
sion xəstəliklər kabinetində bir ildən az olmayaraq dispanser qey-
diyyatında saxlanılır və onların nəcisini dövrü olaraq müa yi nə
edirlər.
İnsanın yoğun bağırsağında dizenteriya amöbündən başqa bir
neçə növ qeyri-patogen amöblər yaşayır; bağırsaq amöbü (Enta-
moeba coli), Hartman amöbü (Entamoeba hartmanni), cırtdan
amöb (Endolimax nana), Byüçli yodamöbası (codamoeba büt-
schlii), dientamöba (Dientomoeba fragilis), ağız amöbü (Entamo-
eba gingivalis).
Sərbəst yaşayan Patoloji amöblər qrupu da (neqleriyalar, a k an -
tamöbalar və hartmanellalar) mövcuddur və onlar çirkli s u larda,
nəm torpaqda, durğun sularda, lildə, peyində yaşayırlar. İnsan
dibində lil olan hovuzlarda, göllərdə çimdikdə yoluxur. A m öb lər
burun, udlağa çimərkən və ya çirkli əllərlə düşür.
Amöblər, xüsusilə neqleriyalar burun-udlaqdan başbeyinə
k e çir və insanın ağır xəstəliyini – birincili amöb meninqoen se f a-
li tini törədirlər.
Epidemiologiyası. İnvaziya mənbəyi və rezervuar insan – amö-
biazın kəskin və xroniki forması ilə xəstə, rekonvalessent və sis ta-
gəzdirən şəxsdir. İnvaziyalı şəxslərin sistaları ifraz etməsi bir çox
illər ərzində davam edə bilər. Bir sutka müddətində sista gəzdirən
nəcislə 300 mln və daha çox sista xaric etməyə qabildir. Yoluxma
mexanizmi – fekal-oraldır, yoluxma yolu – adətən, su yoludur,
lakin qida həmçinin sistalarla çirklənmiş əllər vasi tə si lə baş verən
məişət yoluxma yolu da mümkündür. İnsanların təbii həssaslığı
yüksəkdir, kontagiozluq əmsalı 20% təşkil edir. Keçi rilmiş
xəstəlikdən sonra nisbi və qısamüddətli immunitet yaranır.
656
Amöbiaz dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Xəs-
təliyə daha çox tropik və subtropik iqlim rayonlarında rast gəlinir.
Amöbiazla ən çox orta yaşlı şəxslər xəstələnirlər, 5 yaşa qədər
uşaqlar arasında xəstəliyə az-az təsadüf olunur. Xəstəlik həm ş ə-
hər, həm də kənd əhalisi arasında yayılmışdır, digər fəsillərə nis-
bətən yay mövsümündə daha çox qeydə alınır. Amöbiazda risk
qrupunu homoseksualistlər, psixiatriya klinika la rının pasiyentləri,
QİÇS-li xəstələr təşkil edir.
Klinik gedişin xüsusiyyətləri. Amöbiazın 3 klinik forması
ayırd edilir: 1) bağırsaq amöbiazı; 2) bağırsaqdankənar amöbiaz;
3) dəri amöbiazı.
Bağırsaq amöbiazi və ya
amöb dizenteriyasi
Bu klinik forma tez-tez qeydə alınır. İnkubasiya dövrü 1-2
həftədən 3 ay və daha çox davam edir. Xəstəliyin simptomatikası
uzun müddət ərzində az nəzərə çarpır – insanların əhvalı ümu -
milikdə dəyişmir. Amöbiazın bağırsaq formasının ən başlıca əla-
məti nəcisin pozulmasıdır. Xəstəliyin ilkin fazasında nəcis bol-
dur, xarakterik formaya malikdir, onun içərisində selik qarışığı
nəzərə çarpır, pis qoxuya malikdir, sutkada tezliyi 4-6 dəfəyə
çatır. Xəstəliyin gedişində defekasiya aktlarının tezliyi sutkada
10-20 dəfəyə qədər artır, nəcis bərk formasını itirir, şüşə yə bən-
zər selik şəklini alır. Patoloji proses inkişaf etdikcə qanın qarış-
ması baş verir, nəticədə nəcis “moruq” və ya “qırmızı qarağat j e-
lesi” şəklinə düşür ki, bu da amöbiaz üçün son dərəcə spesifik
s a yılır (belə hallarda xoralı proses əsasən yoğun bağırsağın pro k-
simal şöbələrində, yəni kor və qalxan bağırsaqda lokalizasiya edir).
Bağırsaq amöbiazında qarın bir qədər dartılır. Qarının pal pa -
siyası ağrısızdır, bu da Patoloji prosesin ən çox lokalizasiya e t diyi
nahiyədə daha qabarıq üzə çıxır. Amöbiaz zamanı ən çox y o ğun
bağır sağın sağ hissəsi (kor və qalxan bağırsaq) ən çox z ə də lənir
və ileosekal nahiyəni əllədikdə güclü ağrılar müşahidə o lu nur.
Kəskin bağırsaq amöbiazı ilə xəstələrin rektomanoskopiya
müayinəsinin və kolonoskopiyanın aparıldığı zaman (Patoloji p ro -
657
sesə yoğun bağırsağın distal şöbələri cəlb olunduqda) dia metri
2-20 mm olan xoralar, ən çox büküşlərin zirvəsində, aşkar edilir.
B a ğırsağın rentgenoskopiyası və rentgenoqrafiyası yoğun bağır-
sağın şöbələrinin qeyri-bərabər dolmasını, spazmın olmasını və
bağırsağın sürətlə boşalmasını aşkar etməyə imkan verir.
Bağırsaq amöbiazının kəskin klinik əlamətləri pasiyentdə,
bir qayda olaraq, 4-5 həftə saxlanılır. Sonra remissiya fazası baş
verir ki, onun davametmə müddəti bir neçə həftədən bir neçə
aya qədərdir. Remissiya simptomatikanın residivləri ilə əvəz
olunur. Xəstəlik xronik gedişli xarakter alır və spesifik terapiya
aparılmadıqda bir çox illər və on illərlə davam edir.
Bağırsaqdankənar amöbiaz
Parazitozun bu forması arasında ən çox aşağıdakı təza hür lər
qeydə alınır: 1) Qaraciyəramöbiazı. O, bağırsaq amöbiazının həm
kəskin təzahürləri zamanı, həm də bir neçə ay (illər) sonra baş
verə bilər. Qaraciyər amöbiazının iki klinik forması təsvir edilmiş-
dir: a) amöb hepatiti və b) qaraciyər absesi.
Kəskin hepatit, adətən, bağırsaq amöbiazının əlamətləri fo -
nu n da inkişaf edir. Sağ qabırğa altında ağrılarla birgə hepato m e-
qa liya qeydə alınır. Palpasiya bu orqanın bərkiməsi haqqında
dəyərli məlumatlar verir, bu zaman qaraciyər əlləndikdə bir q ə-
dər ağrılı olur. İkterus nadir hallarda inkişaf edir. Hərarət sub fe b-
ril dir, bəzən yüksəlmələrlə gedir, lakin dəyişməyə də bilər. Qan-
da mülayim leykositoz qeyd olunur.
Qaraciyərin amöb absesi: o, çox vaxt qaraciyərin sağ pa yının
y u xarı hissəsində lokalizasiya edir. Qaraciyər absesinin daimi
ə la mət ləri hepatomeqaliya və ağrılardır ki, o da sağ çiyinə yayılır:
xəstə hərəkət edərkən və dərindən nəfəs alarkən ağrılar güclənir.
Qızdırma 39
0
C və yuxarı olur, temperatur əyrisi re mis siya, hek-
tik və ya daimi xarakterdədir. Hərarətin qalxması tit rətmələrlə
müşayiət olunur, hərarət aşağı düşdükdə tər ifrazı müşahidə edi-
lir. İntoksikasiya olduqca kəskin nəzərə çarpır. Dərinin turqoru
azalmışdır, torpaq rəngi alır.
2) Ağciyəramöbiazı parazitlərin ağciyərlərə hematogen yolla
düş məsi və ya qaraciyər absesinin plevra boşluğuna açılması z a-
658
manı inkişaf edir. Bu formanın simptomatikası – spesifik plev-
rap nevmoniya və ya ağciyər absesidir. Xəstələr çoxlu miqdarda
qanlı bəlğəm ifraz edirlər, bunu, adətən, obrazlı şəkildə “şokolad”
bəlğəmi adlandırırlar. Amöb absesləri irinli plevritlərə, empie ma-
lara, piopnevmotoroksa, perikarditə, qaraciyər-ağciyər fistulları na
və digər ağırlaşmalara səbəb ola bilər.
Uyğun klinik simptomlarla təzahür edən beyin, dalaq, yu -
mur talıqlar, böyrəklərin amöb abseslərinə çox nadir hallarda rast
gəlinir və mahiyyətcə kazustik ağırlaşmalara və ya bağırsaq dan-
kənar amöbiazın formalarına aid edilir.
3) Dəriamöbiazı çox vaxt ikincili Patoloji proses sayılır. Dəri
örtüklərində, əsas etibarilə perianal nahiyədə, aralıqda və sağ rı n a-
hi yəsində eroziv və (və ya) xoralaşmış zədələr formalaşır. Amöb
xoraları qaraciyərin irinli fistulları ətrafında və ya amöb a b sesləri
yarıldıqdan sonra əməliyyat tikişlərinin yaxınlığında yaranır. X o-
ra lar kifayət qədər dərindir, az ağrılıdır. Onların k ə nar ları qaral-
mışdır, xoradan pis qoxu gəlir. Xoralı zədələrdən götürülmüş
qaşıntılarda parazitin vegetativ formaları aşkar olunur.
Proqnoz – amöbiazın spesifik müalicəsi aparılmadıqda çox cid-
didir və qeyri-qənaətbəxşdir, bağırsaqdankənar amöbiazın g e cik -
dirilmiş diaqnostikasında və ağırlaşmalar baş verdikdə letal nəti cə-
lər lə qurtarır. Erkən düzgün diaqnostikada və adekvat müalicədə
proq noz əlverişli ola bilər.
Diaqnostika. Amöbiazın diaqnozu səylə yığılmış epidemio-
loji anamnez məlumatlarının, xəstəliyin anamnezinin, xəstəliyin
kli nik mənzərəsinin və protozooloji müayinələrin müsbət nəticə-
lə rinin (insanın nəcisində amöb tapıldıqda) əsasında qo yulur.
N a tiv yaxma praktik olaraq dizenteriya amöbünün toxu ma form a-
larının aşkarlanmasının ən yaxşı metodu sayılır və sadəliyi ilə
fərq lənir və yalnız “nəm” şəraitdə (yığılmış nəcisi defe kasiyadan
dərhal sonra müayinə etmək lazımdır) amöblərin hərə kəti sayə-
sin də onları etibarlı surətdə təyin etməyə imkan verir. Nəcisi uzun
müddət saxladıqda və ya onları dezinfeksiya vasitələrinin i z ləri
olan qaba yığdıqda amöblər məhv olur ki, bu da amöbiazın hipo-
diaqnostikasının başlıca səbəbidir. Xəstənin nəcisini və ya y o ğun
b a ğır saqdan rektoro manoskopiya zamanı götürülmüş s e liyi müa-
yi nə edirlər.
659
Bağırsaqdankənar amöbiaz zamanı qaraciyər abseslərindən,
ağciyərlərdən və ya digər orqanlardan onların punksiyası və ya
y a rıl ması zamanı götürülmüş irin müayinə edilir. Nümunə hə min
anda müayinə olunur, çünki amöblər hətta onları qısa müd dətdə
saxladıqda belə tez ölür.
Nativ preparatların mikroskopiyası: materialın kiçik porsi-
yasını əşya şüşəsinin üzərinə köçürür və örtük şüşəsi ilə örtürlər.
Əvvəldə pre parat kiçik böyüdülmədə öyrənilir, sonra isə ×40
obyektivi a l tında baxılır. Amöblər girdə və ya oval törəmələr şək-
lindədir. O n ların ölçüsü 15 mkm-dən 40 mkm-ə qədərdir. S i-
toplazma iki qata ayrılmışdır. Xarici qatı (ektoplazma) psevdo-
podiyalar əmələ g ə tirir. Ektoplazma dənəvərdir. Udulmuş erit ro-
sitlər (he ma tofaqlar və ya eritrofaqlar) olan amöblər də aşkar
edilir, qeyri-patogen amöb lər belə xüsusiyyətlərə malik deyildir.
Sistalar da aşkar edilə bilər: onların forması dairə vidir, ölçüləri
12 mkm, sitoplazma xırda dənə li dir, udulmuş hissəciklər yoxdur.
Nativ preparatlarda nüvə görünmür.
Rənglənmiş preparatlar: yaxmalar şüşə üzərinə bakterioloji
ilgək vasitəsilə yayılır. Şaudin məhlulu ilə fiksə edirlər (1 hissə
s ü ley mani məhlulunun doymuş məhlulu və 1 hissə 96
0
etanol, 2-5
damcı buzlu sirkə turşusu əlavə edirlər), 20-25 dəqiqə fiksə
edirlər, sonra 5 dəqiqə 70
0
etanolda saxlayır, 70
0
yodlu spirtdə y u-
yur və n ə hayət, təkrar 5 dəqiqə ərzində 70
0
etanolda fiksə edir lər.
Preparatları 70
0
etanolda aylarla saxlamaq olar. Onları Hey-
denhayn üzrə boyayırlar: yuyulmuş preparatları 4,5%-li dəmir-a-
m monyaklı zəy məhluluna yerləşdirir, yuyur və rəng ləmək üçün
1%-li hematoksilin məhlulunda 12-24 saat ərzində saxlayırlar.
Sonra preparatı yuyur və 1-2%-li dəmir-ammonyaklı zəy məh-
lu lu ilə işləyirlər ki, bunu da mikroskop altında müşahidə edirlər
(nüvə əmələ gələnə qədər). Preparatı yuyur, dərəcəsi artırılmaqla
(70
0
, 80
0
, 96
0
) etanolda hər biri 3-5 dəqiqə olmaqla susuzlaşdırır
və nəticədə uzunmüddətli istifadəyə yararlı preparat alınır. A m-
öb lərin boyanması üçün digər vasitələr də məlumdur (Faust,
Hanzen, Delyafild və b. görə).
Mikroskopikşəkil: toxuma forması dairəvi və ya oval forma-
da dır, endo- və ektoplazma dəqiq ayrılmışdır. Endoplazma boz-
660
y a səməni rəngdə, xırda dənəlidir. Udulmuş eritrositlər qara rəng-
də dir. E. histolytica digər amöb növlərindən nüvənin quruluşuna
görə fərqlənir. E. histolytica-da o, diametri 5 mkm-ə qədər olan
q o vuqcuq şəklindədir, qişa ilə örtülmüşdür, qara rəngə boyan-
mışdır, ona xromatin dənələri yapışmışdır. Kario soma həmişə
nüvənin mərkəzində yerləşmişdir. Sistaların qişası rəng lən mə-
miş dir, sito plaz ma göy-boz rəngə, nüvənin xromatini, kariosoma
və xromatofil ci sim ciklər – qara rəngə boyanır. 4 nüvəli sistaları
aşkar etmək lazımdır.
Amöblərinkultivasiyası: amöbiazın diaqnostikasının əlavə m e -
to dudur. Əkmələri Beka, Drolava, Pavlova və s. mühitlərinə apa-
rırlar. Kultivasiya temperaturu 37
0
C-dir. Təzə mühitlərə y e nidən
əkmə 24 və 48 saatdan sonra həyata keçirilir. Amöblər s ı naq ş ü-
şə lərinin dibində böyüyür. Amöblərin böyüməsinə ç ö kün tünün
tək rari mikroskopiyası ilə nəzarət edirlər.
Bioloji sınaqda pişik balalarını, küçükləri, dovşanları, siço-
vulları, dəniz donuzlarını intrarektal yoluxdururlar. Heyvan larda
3-8 gündən sonra amöbiazın klinikası inkişaf edir. Tö rədicilər
hey van ların nəcisində mikroskopik yolla aşkar olunur. Diaqnosti-
kanın müvəffəqiyyətlə aparılması üçün bir xəstədən, heç o l-
mazsa, 5-6 preparat hazırlamaq və müayinə etmək vacibdir.
Qaraciyərin amöb absesində və bağırsaqdankənar digər zədə-
lən mələrdə nəcisdə amöbü tapmaq mümkün deyildir. Ona görə
də belə hallarda diaqnostika üçün xəstənin qan zərdabında əks ci-
sim lərin aşkarlanmasına yönəldilmiş Seroloji diaqnostika m e-
tod larını istifadə edirlər. Bu məqsədlə DHAR, həmçinin ENAR
(REMA) reaksiyalarının işlədilməsi daha faydalıdır. Əkscisimlər
xəstəliyi keçirmiş şəxslərdə də tapıla bilər, ona görə də titrin art-
masını qeydə alan cüt zərdabları müayinə etmək məq sə də uy ğun-
dur. Habelə toxu malarda əkscisimlərin və amöblərin aşkarlanması
üçün immun flüoressensiya metodları, immun fer ment ü s ul ları da
tətbiq olunur. Bioloji sınaqlar da müəyyən əhə miyyət kəsb edir.
Parazitoloji diaqnostika ex tempore götürülmüş yeni xaric edil-
miş nəcisdən hazırlanmış bir neçə nativ yaxmada amöbün vege-
tativ formalarının aşkar edilməsinə yönəldilmişdir.
|