Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə57/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   53   54   55   56   57   58   59   60   ...   65

Himenolepidoz 

  

Himenolepidoz  (Hymenolepidosis)  cırtdan  qurd  tərəfindən 

törədilir. cırtdan qurd (Hymenolepis nana) – 0,5-5 sm uzunluqda 

olub, lentşəkilli bədənə (strobila), boyuna və başa (skoleks) m a-

likdir.

Baş hissəsində 4 ədəd sormac və tac şəklində 20-30 qarmaq 



vardır. Məhz qarmaqların hesabına qurd bağırsağın divarına y a-

pışır. Strobila ağ rəngdədir, çox incə olub, çoxlu sayda kiçik b u-

ğumlardan  ibarətdir.  Yetişmiş  uc  buğumlar,  demək  olar  ki,  b ü-

tünlüklə yumurta ilə dolmuşdur. Buğumlar dağıldıqda y u  mur talar 

hələ bağırsaqda ikən çoxlu miqdarda nəcisə düşür.

Yumurta oval və ya dairəvi formada, şəffaf, rəngsizdir. O n kos-

ferlər dairəvidir, yumurtanın mərkəzi hissəsini tutur, şəf faf, rəngsiz, 

nazik qişası, bir-birinə nisbətən müəyyən bucaq altında və ya d e-



626

mək olar ki, paralel yerləşən 3 cüt qarmağı vardır. Yumurtanın 

q i şa ları və onkosferlər arasında uzun şəffaf saplar (filamentlər) 

görünür. Onkosferlərin hər qütbündən 6 sap çıxır. Onların r ü şey mi 

yumurtanın mərkəzində saxlamağı güman edilir.

Cırtdan  qurdlar  yüz  və  hətta  min  ədəd  olmaqla  insanın  və 

bəzi hallarda gəmiricilərin nazik bağırsağında parazitlik edirlər. 

Yumurta yoluxmuş insanın nəcisi ilə xaric olur. Şəxsi gigiyena 

qaydalarına əməl etmədikdə yumurtalar qapının dəstəyinə, o yu n  -

caqlara, əllərə düşür, əllər və milçəklərlə qidaya keçir. Y u murta 

ağızdan  bağırsağa  düşür.  Burada  onkosferlər  qişadan  azad  olur 

və sonra xovlara daxil olub sürfəyə (sisteserkoidlər) çevrilirlər. 

4-6  sutkadan  sonra  sisteserkoidlər  xovları  dağıdır  və  bağırsaq 

boşluğuna düşürlər. Daha sonra isə bağırsaq divarına yapışır və 

bir həftə ərzində yetkin qurda çevrilirlər.

Yumurta  qurdun  buğumlarından  bilavasitə  bağırsaq  boşlu-

ğuna  düşə  bilər.  Buna  görə  də  bəzən  bağırsaqdaxili  “özünüyo-

luxdurma” - autoinvaziya və ya daha dəqiqi qurdun ətraf mühitə 

çıxmadan insanın təkrarən özünü yoluxdurması (superinvaziya) 

baş verir.

Cırtdan  qurdun  törətdiyi  xəstəlik  –  himenolepidoz  həzm  və 

s i  nir  sisteminin  pozğunluğu  ilə  təzahür  edir.  Bağırsaq  zədə lən-

dik də qarında müxtəlif xarakterli ağrılar, formalaşmamış nəcis, 

ürəkbulanma,  iştahanın  pozulması  müşahidə  olunur.  Sinir  sis-

temi zədələndikdə isə baş ağrıları inkişaf edir, diqqət və yaddaş 

z ə ifl əyir, qaşınan səpgilər, konyunktivit, vazomotor rinit və s. ilə 

təzahür olunan allergiya inkişaf edir.

Əsas  diaqnostik  metod  yumurtaları  aşkar  etmək  məqsədilə 

nəcisin mikroskopiyasıdır. Yumurtaların ətraf mühitdə qısa müd-

dət də  dağıldığını  və  deformasiyaya  uğradığını  nəzərə  alaraq, 

təzə ifraz olunmuş nəcisin mikroskopiyasını həyata keçirmək l a-

zımdır. Daha yaxşı olardı ki, ifraz olunduqdan bir neçə saat keç-

məmiş götürülən nəcisdən istifadə olunsun.

Kələntəryana  görə,  zənginləşdirmə  metodu  ilə  yumurtaların 

aşkar edilməsi daha effektivdir. Laborator diaqnostikanın effek-

tivliyini  artırmaq  məqsədilə  müayinədən  əvvəlki  axşam  0,1  q 

işlədici (purgin) ilə birlikdə fenasal (0,5-1q) təyin etmək lazım-


627

dır. Müayinə üçün nəcisi səhərlər yığırlar. Fenasal qurdun strobi-

lasını dağıdır, nəticədə çoxlu miqdarda yumurta bağırsaq boşlu-

ğuna  düşüb  nəcislə  xaric  olur.  Buna  görə  də  xüsusi  dəqiq 

m   ü  a  yinələr  (təmasda  olanların,  kliniki  göstərişlərə  görə,  müa yi-

nə dən sonra yoxlanış müayinəsi zamanı) tələb olunarsa, qabaqca-

dan fenasal təyin etmək lazımdır.

Laborator diaqnostikada yumurtaların ifraz olunmasının döv-

riliyini nəzərə almaq lazımdır. Bu zaman müayinə olunan şəxsin 

invaziya intensivliyi nə qədər az olarsa, yumurtaların xaric edil-

mə sinin davam etmə müddəti o qədər qısa, bu dövrlər arasındakı 

fasilə isə uzun olar. Buna görə də birdəfəlik müayinə aparıldıqda 

xəstələrin  yalnız  40-50%-i  aşkar  edilir  və  5-6  gün  intervalla  3 

dəfə müayinə aparmaq tövsiyə olunur.

O  şəxslər  sağalmış hesab  olunur  ki,  müalicədən sonra  6  ay 

ərzində aparılan təkrari (4-6-dan az olmayaraq) müayinələr z a-

manı nəcisdə cırtdan qurdun yumurtaları aşkar edilməsin. Bəzi 

hallarda  bir  ilə  qədər  davam  edən  dispanser  müşahidə  töv si yə 

olunur, yoxlanış müayinələrinin sayını isə 8-10-a qədər a r tır maq 

lazım gəlir.



Profilaktikası. Himenolepidoza hər yerdə rast gəlinir. Daha 

çox  uşaqlar  xəstələnirlər.  Uşaqların  və  məktəbəqədər  müəssi-

sələ rin işçiləri və məktəblilərin (1-4-cü siniflər) laborator müa yi-

nə sini  ildə  bir  dəfə  həyata  keçirirlər.  Himenolepidozlu  xəstələr 

a ş kar edildikdə ailənin bütün üzvləri müayinəyə cəlb edilir. M ü-

a licə-profilaktik tədbirlər uşaq kollektivlərində və yoluxmuş şəxs-

lərin ailələrində eyni vaxtda aparılır.

Sanitar rejimin tələbləri dehelmintizasiya dövründə xüsusilə 

gözlənilməlidir. Uşaqların şəxsi gigiyena qaydalarına əməl e t m ə  -

lərinə nəzarət edilməlidir. Ayaqyolular, qapı dəstəkləri, ayaqyo-

lunda  suburaxıcıların,  əlüzyuyanların  kranlarını  qaynar  su  ilə 

işləyirlər.  İfraz  olunmuş  nəcisin  üzərinə  xlorlu  əhəng  səpirlər. 

Uşaqlara  asanlıqla  yuyula  bilən  oyuncaqlardan  istifadəyə  icazə 

verilir.  cırtdan  qurdla  yoluxmuş  qida  müəssisələrinin  işçilərini 

müalicə müddətində işdən azad edirlər.


628

Teniarinxoz

Teniarinxoz (Taeniarhynchosis) öküz soliteri tərəfindən t ö rə -

dilir.  Öküz  soliteri  (Taeniarhynchus  saginatus)  5-6m  və  daha 

uzundur. Başı dairəvi formada, 1-2mm diametrində və 4 sormac-

lıdır. Qurdun böyümə zonası olan nazik boynu çoxlu buğumlara 

bölünmüş (1000-2000-ə qədər) bədən hissəsinə (strobilaya) keçir.

Bədənin başlanğıc hissəsində yerləşən cavan buğumlar kvad-

rat şəkillidir və hermafroditdir. Yetkin uc buğumlarda yumurta-

lıq vardır. Buğumların qurudulmuş preparatında bütün yumurta-

lığın  150  minə  qədər  yumurta  ilə  dolu  olduğu  görünür.  Uc 

b  u  ğumlar yetişdikcə strobiladan ayrılır və öz aktiv hərəkətləri ilə 

bağırsaqdan xaricə çıxır. Hər gün 6-8 və daha çox buğumun ayrıl-

masına baxmayaraq, qurdun ölçüsü kiçikdir: çünki böyümə zona-

sında yeni buğumlar əmələ gəlir. Yaşama müddəti 20 il və daha 

çoxdur.


Yumurtası dairəvi və ya oval formadadır, onların qişası n a zik, 

şəffaf və rəngsizdir. İçərisində rüşeym (onkosfera) vardır. R  ü şey-

min üç cüt qarmağı vardır. Xaric edilmiş yumurtanın qi  şa sı çox 

tez dağılır. Buna görə də mikroskop altında baxdıqda yalnız o n-

kos fera görünür. Öküz soliteri insanın nazik bağırsağında p a ra-

zitlik edir. Bunlar nəcislə və ya çox zaman anal dəlikdən a k tiv 

yolla çıxırlar. Yumurtaların bir qismi buğumlar bağırsağın d a xi-

lin də və ya xaricində dağıldıqda nəcislə birlikdə xaric olur.

Buğumlar  və  ya  nəcis  ətraf  mühitə  düşdükdə  torpaq,  otlar, 

çəmənliklər və s. onkosferalarla çirklənir. Onkosferalar çirk lən-

miş qida ilə iribuynuzlu qaramalın orqanizminə düşür və əzə lə-

lər də sürfəyə çevrilir (finnalar və ya sistoserklər). Finna ların ö l-

çüsü  0,5  sm-ə  qədərdir,  ağ  rəngli  qovuq  şəklindədirlər,  içərisi 

şəf faf maye ilə doludur və orada yetkin qurdun başına oxşar q u-

ru luşda  ağ  başcıq  görünür.  Mal-qaranın  bədənində  finnalar  1-2 

ilə qədər sağ qala bilər, sonra isə məhv olurlar.

İnsanın  yoluxması  içərisində  finna  olan  çiy  və  ya  yarımçiy 

biş miş mal ətini (finnoz ət) yedikdə baş verir. İnsanın nazik b a-

ğır sağında finnanın başı çevrilir, onun divarlarına yapışır və 3 a y-

dan sonra yetkin parazit inkişaf edir.



629

Öküz soliteri ilə yoluxma teniarinxoz xəstəliyinə səbəb olur. 

Xəstəni qarın nahiyəsində ağrılar, bağırsaq pozğunluğu, iştaha-

nın azalması narahat edir. Mədə şirəsinin turşuluğu aşağı düşür.

Diaqnostikanın daha əlverişli və sadə metodu buğumların x  a -

ric olub - olmamasını soruşmaqdır. Sorğunun effektivliyini a r tır-

maq məqsədilə buğumdan hazırlanmış preparatları nümayiş e t di-

rir lər.  Sorğudan  müsbət  nəticə  aldıqda  xəstəyə  xaric  edilən 

b   u   ğ umları  laboratoriyaya  gətirmələrinin  vacibliyini  bildirirlər. 

B ə zi şəxslər, məsələn, uşaqlar, yeniyetmələr, qocalar, qida müəs-

si  sələrinin işçiləri, heyvandarlar buğumların xaric edilməsi fak-

tını tibb işçisindən gizlədə bilərlər.

Teniarinxozla mübarizədə mühüm məsələlərdən biri öküz s o-

li teri ilə yoluxmuş şəxslərin aşkar edilməsi və dehelmin tiza s i ya-

dır. Xəstələnmiş şəxsləri qeydiyyatdan aşağıdakı hallarda ç ı xar-

maq olar: sorğu nəticəsində 3 mənfi nəticə alındıqda; nəcisin və 

perianal  qaşıntının  müayinəsindən  sonra  mənfi  nəticənin  alın-

ması əsasında müayinədən 6 ay və daha çox müddət keçdikdə.

Profilaktiki  tədbirlər  kompleksinə  malikanələrdə  və  ferma-

larda ayaqyoluların tikilməsi, mal-qaranın yeminin fekal çirk lən-

mə dən qorunması, heyvanların həyətlərdə kəsilməsinin qadağan 

olunması,  ətin  sanitar  ekspertizası,  əhalinin  sanitar  maarifl ən-

mə si, ət xörəklərinin düzgün hazırlanması aiddir.

Tenioz

Tenioz  (Taeniosis)  donuz  soliteri  tərəfindən  törədilir.  Donuz 

s o literi (Taenia solium) xarici görünüşcə öküz soliterinə oxşayır, 

lakin uzunluğu 3 m-dən çox deyildir, diametri 0,6-2 mm-dir. Baş 

hissəsində 4 ədəd sormacdan başqa, 22-32 ədəd qarmaq da vardır.

Qarmaqları olduğuna görə ona silahlı soliter də deyilir. Yet-

kin buğumlar 50 minə yaxın yumurtaya malikdir və onlar öküz 

s o literində olduğundan daha qısadır. Yumurtalıq həmişə 8-12 yan 

şaxələrə malik olur. Buğumlar aktiv hərəkət etmir. Donuz və öküz 

soliterinin onkosferləri bir-birindən praktiki olaraq fərq lən di  rilmir.

Donuz  soliteri  insanın  nazik  bağırsağında  parazitlik  edir  (bir 

neçə il). Buğumlar ətraf mühitə nəcislə xaric edilirlər. Əgər o n kos -


630

ferlər donuzlar tərəfindən udulursa (çirklənmiş qidanı və ya xəs tə 

insanın nəcisini yedikdə), onda bu heyvanların əzə lə lə rin də 2-2,5 

aydan sonra quruluşuna görə öküz soliterinin finnalarını xatırla-

dan finnalar inkişaf edir.

İnsan  termiki  emaldan  kifayət  qədər  keçirilməmiş  finnozlu 

donuz ətindən qida kimi istifadə etdikdə yoluxur. Bəzi hallarda 

insan onkosferlərlə də – xəstə şəxsdən ağız vasitəsilə və ya qus-

ma  zamanı  onkosferlər  bağırsaqdan  mədəyə  düşdükdə  y o luxa 

bilər (autoinvaziya). İnsanın donuz soliterinin onkos fer lə ri ilə y o-

luxması  nəticəsində  dərialtı  toxumada,  əzələlərdə,  göz lər də,  baş 

beyində finnalar (sistoserklər) inkişaf edir və beləliklə, ağır xəs tə-

lik – sistoserkoz başlayır.

Sistoserklər şəffaf qovuq olub, darı böyüklüyündən 1,5 sm-ə 

qədər ölçüdədirlər. Sistoserklərin formalaşması üçün 2-4 ay vaxt 

tələb  olunur.  Onlar  insan  orqanizmində  bir  neçə  il,  donuzlarda 

isə iki ilə qədər yaşayırlar və bundan sonra ölür və kalsium duz-

larının çökməsi nəticəsində əhəngləşirlər.

Yetkin donuz soliteri teniarinxoza oxşar olan tenioz xəs tə li-

yi ni  törədir.  Diaqnostika  məqsədilə  insanın  nəcislə  ifraz  etdiyi 

buğum lara  baxır  və  nəcisin  mikroskopiyasını  həyata  keçirirlər. 

Buğum larda  yumurtalığın  çıxacaq  dəliyinin  olmaması  və  b u-

ğum  ların nəcislə passiv yolla xaric olunması ilə əlaqədar donuz 

soliterinin yumurtasını və ya onkosferi nəcisdə tapmaq teniarin-

xozda oldu ğundan daha çətindir. Buna görə də teniozdan şüb hə-

lən dikdə xəstədən buğumları nəcislə xaric edib-etməməsini s o-

ruş maq və nəcisi bir neçə dəfə müayinə etmək lazımdır.

Qeyd etmək vacibdir ki, donuz və öküz soliterlərinin on kos-

fer lərini bir-birindən fərqləndirmək mümkün deyildir. Belə halda 

laboratoriya rəyində tenida onkosferlərinin aşkar edilmə sini qeyd 

edirlər  (hər  iki  soliterin  daxil  olduğu  fəsilənin  adı  “t e ni idlər” 

adından götürülmüşdür). Müvafiq olaraq xəstəliyə tenidoz diaq-

nozu qoyulur.

Buğumların ifraz olunma xarakterinə və onların quruluşuna 

görə teniarinxozu və teniozu, adətən, bir-birindən fərqləndirmək 

mümkündür.  Son  növün  diaqnozunu  dehelmintizasiya  zamanı 

xaric  olmuş  qurdların  skoleksinin  (baş  hissəsinin)  öyrənil mə si-

nin əsasında da qoymaq olar (cədvəl).



631

cədvəl.  Öküz və donuz soliterlərinin buğumlarının və 

skolekslərinin quruluşunda olan fərqlər

Əlamətlər



Öküz soliteri

Donuz soliteri

1

Xəstədə  buğum la rın  x a-



ric edilmə si nin xarakteri

Aktiv, özbaşına,

a də   tən; defekasiya

ak tın dan asılı o l m a  -

dan

Passiv, defeka siya 



aktı zamanı

2

Buğumların hə rə kət liliyi hərəkətli



hərəkətsiz

3

Yetkin buğumlar



a) uzunluğu, mm

b) eni, mm

c) uzunluğun enə nisbəti

d) forma


16-20

4-7


1:3 –1:4

daha çox qabarıq

10-12

5-6


1:2

az qabarıq

4

Yumurtalığın quruluşu



Yumurtalığın  orta 

s  ü  tunundan  hər  t ə-

rə fə 18-36 yan

ş a  xə çıxır

Yumur talığın or ta 

s ü  tu nundan  hər  t ə-

rə fə 8-12 yan şaxə 

çıxır


5

Qarmaqların 

olması

Yoxdur


Tac  şək lində  22-32 

ədəd olur

 

Sistеserkoz diaqnozu kliniki, rentgenoloji və laborator məlu-



mat ların (Seroloji müayinə metodları) əsasında qoyulur.

Profilaktika məqsədilə xəstələrin mütləq şəkildə müalicə o  l un  -

masının xüsusi əhəmiyyəti vardır.  Onkosferlərlə  yoluxmaya  yol 

verməmək  üçün  xüsusilə  laborantların  şəxsi  gigiyena  qaydala-

rına əməl etmələri vacibdir. Ətraf mühitin insan nəcisi ilə çirk-

lən məsinə  yol  verməmək  və  donuzların  insan  nəcisi  ilə  qida-

lanmasının  qarşısını  almaq  lazımdır.  Donuzları  qapalı  şəraitdə 

saxlamaq məsləhət görülür.

Əhaliyə donuzların nəzarətsiz şəkildə həyətlərdə kəsil mə si nin 

təhlükəli olmasını və sanitar-baytar nəzarətin məqsədəuyğun o l-

masını izah edirlər. Əti, xüsusilə baytar nəzarətindən keç mə miş 

əti yaxşıca bişirmək lazımdır.

 


632

Exinokokkozlar

Exinokokkozlar (Echinococcoses) qədimdən məlumdur. Hip  -

pokrat onu “su ilə dolu qaraciyər” adlan dırmışdır.

Exinokokkozların kliniki-epidemioloji xüsusiyyətlərinə görə 

oxşar olan iki forması – hidatioz və alveolyar exinokokkoza rast 

gəlinir.

Hidatioz exinokokkoz – Echinococcusqranulosus, alveolyar 

exinokokkoz – Ech.multilokularis tərəfindən törədilir. O, lentşə-

killi qurddur, uzunluğu 3,4-6,19mm, eni 0,47-0,98 mm-dir, ba -

şın  da 4 sormacı və qarmacıqları vardır, bədəni 3-4 proqlotidadan 

ibarətdir. Sonuncu proqlotidi yumurta ilə dolu olur. Qurdun sür-

fə si bir boşluqlu (Ech.unicularis) qovuq şəklindədir. Onun divarı 

iki qata bölünür: xarici – kutikulyar və daxili – herminativ. D a-

xili qatda içərisi maye və yüzlərlə skolekslə dolu divaryanı boş-

luqlar əmələ gəlir.

Exinokokkozda invaziya mənbəyi ətyeyən heyvanlar – x ü su-

silə it, qurd, çaqqaldır. Bu heyvanlar parazitin həm də son sahi-

bidir.  Onların  bağırsağında  qurd  cinsi  yetişkənliyə  çatdıqdan 

s on  ra sonuncu proqlotid qopub nəcislə xaric olur. İnsan və o t ye-

yən heyvanlar helmintin aralıq sahibi hesab edilir. İnsan itlə sıx 

təmas zamanı, habelə çiy su, göyərti, meyvə- tərəvəz vasitəsilə 

yoluxur.

İnsanın  mədə-bağırsağında  yumurtadan  çıxan  onkosfer  qan 

döv ranı ilə qaraciyrə və digər orqanlara yayılır. 5-6 ay ərzində 

onlar sürfə mərhələsini keçərək 5-20 mm ölçüdə exinokokk kis-

ti nə çevrilirlər. Toxumanın xüsusiyyətindən asılı olaraq, xüsusilə 

ağci yər lərdə, kista xeyli böyük ölçülərə çata bilər. Tədricən kis-

tin ətrafında fibroz (xitin) kapsula əmələ gəlir. Parazitin m ü ba-

dilə məhsulları intoksikasiya əlamətləri törədir və orqanizmi sen -

si bi lizə edir. Exinokokk kistinin partlaması nəticəsində m a ye nin 

qarın boşluğuna dağılmış skolekslər ikincili exinokokkoza səbəb 

olur. Exinokokk kisti böyüdükcə orqan və toxumalara mexaniki 

təsir göstərir. Kapsulaya kalsium duzlarının çökməsi nəticəsində 

kirəcləşmə baş verir. Kistin ölçüləri 11 mm-dən 40 sm-ə qədər 

ola  bilər.  Onun  içərisi  şəffaf  maye  ilə  dolur.  Bəzən  öd  qarışır. 



633

Böyük  kistin  içərisində  xitin  qişa  ilə  əhatə  olunmuş  çoxlu  qız 

qovucuqlar  vardır.  Kistli  orqanlar  distrofik  dəyişikliyə  uğrayır, 

b ə zən kistə yaxın sahələrdə iltihab, hətta serroz inkişaf edir. P a-

razitin ölməsi və kistin irinləməsi kəskin irinli proses əla mət ləri 

törədir.


Exinokokkozun inkubasiya dövrü uzun çəkir. Xəstəliyə məx-

sus əlamətlər ləng inkişaf edir. Ona görə də exinokokkozun g e-

di şi üç mərhələyə bölünür: latent, ya simptomsuz dövr, əlamət lə-

rin üzə çıxması dövrü və ağırlaşmalar dövrü.

Xəstəliyin birinci dövrü təsadüfən, operativ müdaxilə, rentge-

noloji müayinə, USM, tomoqrafiya və s. nəticəsində aşkar edilir.

İkinci mərhələnin klinik təzahürləri exinokokk kistinin yerin-

dən asılı olaraq yerli və ümumi simptomlarla xarakterizə olunur. 

P a razitin  mübadilə  məhsullarının  sorulması  iştahanın  azal ması, 

ağırlaşma, başgicəllənmə, başağrısı, zəiflik, əmək qabi liyyətinin 

azalması,  subfebril  qızdırma,  allergik  simptomlar  –  səpgi,  dəri 

q  a  şı n ması və s. verir. Xəstə epiqastral və sağ qabırğa altında a ğ-

rı,  ağırlıq,  təzyiq  hiss  edir.  Qaraciyər  böyüyür,  bərkiyir,  ağrısız 

olur. Bəzən onun səthində yumşaq konsistensiyalı exi nokok kisti 

ə l  lənir. Kistin divarı kirəcləşdikdə taxtanı xatırladır.

Üçüncü dövr bir neçə il çəkə bilər. Beyinin exinokok ko zun-

 da ən kiçik kist belə erkən ağır nevroloji əlamətlər – iflic, b e yin-

cik pozğunluqları verir. Bəzən xəstəlik ciddi ağırlaşma, məs, q a-

raciyərin  exinokokkozunda  –  assit,  sarılıq,  ağciyərin 

e  x i  n o  kok kozunda – ağciyərlərin atelektazı, divararalığı orqanla-

rının  yer də yişməsi,  sümüyün  exinokokkozunda  –  sekvestrlərin 

(boş  luq ların) yaranması şəklində təzahür edir.

Exinokokkozda  həqiqi  residivlər  təkrar  yoluxmanın  nəti cə-

sin də baş verir və sərbəst, təkrar xəstəlik kimi qəbul edilir. Hətta 

cərrahi müdaxilədən uzun illər sonra əvvəlki iş yerlərinə qayıt-

mış şəxslərdə belə residivlərə təsadüf edilir. Yalançı residiv isə 

m ü a licədən az sonra baş verir və adətən, cərrahi müdaxilənin r a-

di kal olmaması, kisənin partlaması ilə əlaqələndirilir.

Exinokokkozlu  xəstələrin  hemoqrammasında  eozinofiliya, 

EÇS-in artması aşkar edilir. Bəzən qaraciyərin funksional sınaq-

ları da dəyişir. Exinokokkozun proqnozu ciddi olur.


634

Diaqnoz  epidemioloji  anamnezə,  klinik  mənzərəyə,  labo ra-

tor, instrumental müayinələrə və allergik sınağa əsaslanır.

İmmunoloji  müayinələrdən  exinokokk  kistinin  mayesindən 

hazırlanmış antigenlə DHAR, lateks aqqlütinasiya reaksiyası tət-

biq edilir. Dəri-allergik Katsoni sınağı qoyulur. O, qaraciyər exi-

nokokkozunda  daha  həssas  sayılır.  Rentgenoloji,  USM,  an gio-

qrafiya,  qaraciyərin  exoqrafiyası  və  kompyuter  tomoqrafiyası, 

l a po ro skopiya,  diaqnostik  laporotomiya  diaqnozu  dəqiq ləş dir-

mə yə imkan verir.

 

Difillobotriozlar

Difillobotriozların  (Diphillobothriosis)  törədicisi  Diphyllo-

bothrium cinsinə aid 10-dan çox növü olan lentşəkilli qurdlardır. 

Ən çox D.latum (enli lentcə) öyrənilib. Strobilanın uzunluğu 10 

metrə  çatır,  3-4  min  proqlotidadan  ibarətdir.  Onlar  baş  tərəfdə 

geniş, quyruq tərəfdə kvadrat şəklində olur. Skoleksində iki uzun 

sorucu şırımı – botriləri vardır. Yumurtaları (70-45 mk) oval for-

madadır, iki konturlu qişası olur, qapaqlıdır.

Difillobotriozların  ocaqları  Avropanın  bir  çox  ölkələrində, 

c ə nubi Amerikada, Avstraliyanın şərq sahillərində, Mərkəzi Afri-

kada (göllər bölgəsində) yerləşmişdir. D.latum biohelmintozdur, 

zoonozdur. Son sahibi və invaziya mənbəyi insandır, nadir hal-

larda  balıq  yeyən  heyvanlardır.  Yetkin  qurdlar  nazik  bağırsaq-

larda parazitlik edir. İlk aralıq sahib xərçənglər (cyclops və s.), 

ikinci – balıqlardır.

Onların orqanizmində sürfələr – pleroserkoidlər əmələ gəlir. 

İnsan yaxşı bişməmiş və duzlanmamış balıq və ya kürü yedikdə 

yoluxur. İnvaziyaya qarşı ümumi həssaslıq müəyyən edilir.

Difillobotrilər  orqanizmə  mexaniki  və  toksik-allergik  təsir 

göstərir. Helmint botriləri ilə bağırsağın divarını sıxaraq onu a t-

ro fiyaya və nekroza uğradır. Həm qurdun mübadilə məhsulları, 

həm də nekroz sahəsindən sorulmuş toksinlər və dəyişilmiş z ü-

lal lar orqanizmi sensibilizasiya edir. Endogen olaraq B

12

 vitamini 



və fol turşusu çatışmazlığının meqaloblastik anemiyanın pato ge-

ne zində böyük əhəmiyyəti var. İnvaziya dövrü bəzən 10 ilə qədər 

davam edir.


635

Çox  vaxt  invaziya  simptomsuz  gedir.  Bəzən  zəiflik,  başağ-

rısı,  başgicəllənmə,  əmək  qabiliyyətinin  azalması,  mədə-bağır-

saq  pozğunluğu,  ürəkbulanma,  qusma,  qarının  hər  yerində  və 

e pi qastrumda yeməklə və defekasiya ilə əlaqəsi olmayan müx tə-

lif ağrılar, meteorizm, qəbizlik və ishal olur, onlar bir-birini əvəz 

edir. Çoxlu parazitin toplanması dinamiki, və ya obturasion b a-

ğır   saq keçməzliyinin yaranmasına gətirib çıxara bilər.

Diaqnozu  hiperxrom  anemiya  və  nəcisdə  D.latum  yu mur-

tasının və ya strobilanın hissələrinin tapılmasına əsasən qoyulur.



Fassiolyoz

Fassiolyozu (Fasciolesis)qaraciyər sorucusu – Fasciolahepa-

ticavəF.gigantica törədir. Onlar 20-16x5-12 mm iri ölçülü yastı 

qurdlardır. Baş tərəfdəki tüklü xortumda ağız və qarın sormacları 

yerləşir. Qurdun yumurtaları da iri olur.

Fassiolyoz – zoonoz xəstəlikdir. İnfeksiya mənbəyi kimi i n-

sa nın  rolu  azdır.  Qurdun  son  sahibi  insan  və  müxtəlif  kənd 

təsərrüfatı heyvanları, aralıq sahib – molyusklardır. Nəcislə bir-

lik də  qurdun  yumurtası  suya  və  nəm  torpağa  düşür.  4-6  həftə 

ərzində inkişaf edərək kirpikli sürfələrə – merasidilərə çevri lir-

lər. Onlar molyuskların orqanizmində qeyri-cinsi yolla çoxa la raq 

quyruqlu sürfələr – serkari əmələ gətirir. Serkari su bitki lərinin 

göv dələrinə yapışır və invazion sürfələrə – adoleskarilərə çevri-

lir. Fassiolanın qeyri-cinsi inkişaf dövrü 4-6 həftə çəkir. Suda və 

bitkilərin üzərində 2 ilə qədər yaşayır, quru şəraitdə tez ölürlər. 

İnsan gölməçədən su içdikdə, su bitkiləri, göyərti, meyvə vasi tə-

si lə yoluxur.

Son sahibin orqanizmində sürfələr – adoleskarilər bağır sa ğın 

selikli  qişasına  yapışır,  dərinə  keçərək  qan  dövranına  düşür  və 

qaraciyərə,  öd  yollarına  gətirilir,  orada  inkişaf  edir,  4-5  aydan 

sonra yumurta qoymağa başlayır. Yetkin helmintlər 3-5 ildən çox 

yaşayır. Sürfələrin miqrasiya dövründə onun metabolitləri or qa-

nizmə fermentativ-toksiki və sensibilizəedici təsir göstərir. Xəs-

tə liyin  xroniki  mərhələsində  sürfələr  xolangiolları  və  qaraciyər 

pa renximasını zədələyərək öd yollarında, öd kisəsində üzvi d ə-


636

yi   şik liklər, xolestaz əmələ gətirir, bakterial infeksiyanın inkişafı 

üçün şərait yaradır. Bəzən fassiolalar dərialtı toxumaya, a ğ ci yər-

lə rə, qarın boşluğuna, göz almalarına və başqa toxumalara yayılır.

Diaqnozu dəqiqləşdirmək üçün seroimmunoloji və parazito-

loji müayinələr tətbiq edilir. Xəstəliyin erkən dövründə presipi-

tasiya reaksiyası, dəridaxili allergik sınaq qoyulur. Sonrakı mər-

hə lələrdə  nəcisin  və  oniki  barmaq  bağırsağın  möhtə viy ya tı nın 

mü a yinəsi fassiola yumurtalarını tapmağa imkan verir.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin