Prosessorların arxitekturası bilavasitə onlarda yerləşdirilmiş əmrlər sisteminin arxitekturasından alınır. Prosessorların arxitekturalarından CISC, RISC, VLIW və VLIW arxitekturasının başqa nümayəndəsi olan EPIC arxitekturalarının adlarını çəkmək olar. Hər bir arxitekturanın xarakteristikalarında olan əsas fərqlər aşağıdakılardır:
prosessorun registrlərinin (registr faylının) funksiyaları və ölçüləri;
müxtəlif dolayı ünvanlaşdırılma üsullarını özündə saxlayan operandların ünvanlaşdırılması mexanizmlərinin inkişafı.
RISC prosessorların konsepsiyasını aşağıdakı müddəalar şəkilində vermək olar:
bütün əmrlərin (və ya heç olmasa əmrlərin 75%-nin) bir dövrə yerinə yetirilməsi;
bütün əmrlərin unifikasiya olunmuş konveyerli emalına icazə verən adi söz uzunluqlu və verilənlər şinin eninə bərabər olan standart söz uzunluqlu əmrlər;
əmrlərin daha az sayı (128-dən çox olmayan);
əmrlərin formatının daha az sayı (4-dən çox olmayan);
ünvanlaşdırma üsullarının daha az sayı (4-dən çox olmayan);
yalnız “oxuma” və “yazma” əmrləri ilə yaddaşa müraciət;
“oxuma” və “yazma” əmrlərindən başqa yerdə qalanların prosessor daxili registrlər arası ötürülmələrdən istifadəsi;
aparat məntiqli İQ;
prosessorun daha böyük (32-dən az olmayan) ümumi təyinatlı registrlər faylı (müasir RISC mikroprosessorlarında bu 500 ədədini aşa bilir).