Az rbaycan Respublikas t hsil Nazirliyinin


Helmintlərin  orqanizmə  patogen  təsiri



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə55/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   51   52   53   54   55   56   57   58   ...   65

Helmintlərin  orqanizmə  patogen  təsiri  təkcə  onların  yer-

ləş diyi orqanların zədələnməsi ilə deyil, həm də xəstə şəxsin o r-

qa nizminə göstərdikləri ümumi təsirlə bağlıdır. Onun yaranma-

sında allergik və toksik reaksiyalar durur ki, bu da hel mint lərin 

həyat fəaliyyətinin məhsulları tərəfindən törədilir. Allergik reak-

siyalar  xüsusilə  xəstəliyin  kəskin  mərhələsində  nisbətən  çox 

təzahür  edir,  super-  və  reinvaziyalar  zamanı  daha  da  güclənir. 

O r qanizmin  allergik  cavabı  müxtəlif  lokalizasiyalı  və  intensiv-

likli  dəri  səpgiləri,  limfadenopatiyalar,  hipereozinofili yalar,  mi -

al  giyalar, artralgiyalar, ağciyər və abdominal sindrom, hepatosp-

lenomeqaliyalar  şəklində  təzahür  edir.  Kəskin  mərhələnin 

a p a  rıcı, proqnostik cəhətdən ciddi sayılan orqan və sistem zədə-

lən mələri  bunlardır:  allergik  miokardit,  diffuz-ocaqlı  eozinofil 

pnevmoniya,  meninqoensefalit,  ensefalomielit,  hepatit,  h e mos-

taz sistemində gedən pozğunluqlar. Helmintozun gedişinin x ro -

nik ləşməsi  zamanı  allergiyanın  təzahürləri  erkən  mərhələyə 

nisbətən zəif ifadə olunur. Bu fakt pasiyentin müayinəsi zamanı 

çox  vacibdir,  belə  ki,  xəstə  şəxs  çox  zaman  həkimə  xəstəliyin 

ağır  formasında  müraciət  edir  və  allerqoloji  anamnez  artıq  elə 

bir əhəmiyyət kəsb etmir.



Helmintozun  toksik  effekti  iştahanın  azalması,  bağırsaqda 

qida maddələrinin sorulması prosesinin zəifləməsi, boy artımının 

ləngiməsi və yoluxmuş şəxsin əqli və fiziki inkişafdan geri qal-

ması  şəklində  təzahür  edir.  Bu  əlamətlər  boyun  insulinəbənzər 

amilinin  (IGF-1)  və  şişlərin  nekroz  amilinin  (TNT-a)  hasilinin 

artması, həmçinin kollagen sintezinin azalması ilə şərtlənir.

Məlumdur  ki,  bağırsaq  helmintozları  Th2-sitokinlərin  xaric 

edilməsinə köməklik edir, onlar isə öz növbəsində Th1- s i to kin-

lə rin hasilatını azaldır və sahib orqanizmin yerli və ü mu mi m ü-


606

qa  vimətinin  zəifləməsinə  gətirib  çıxarır.  Bu  proses  öz  növ bə-

sin də  ikincili  infeksiyanın  daxil  olmasını  asanlaşdırır,  b u nun la 

əla qədar  olaraq,  helmintozlarla  xəstə  şəxslər  digər  təh lü kəli 

infeksiyalarla, xüsusən də vərəmlə daha çox yoluxurlar.

Bu  fakt,  şübhəsiz  ki,  helmintozlarla  mübarizəyə  dair  aktiv 

təd birlərin  aparılması  zərurətini  yaradır,  belə  ki,  əhali  arasında 

v ə rəmin yayılması epidemiyanın bütün əlamətlərini özündə əks 

etdirir. Belə məlumatlar var ki, hepatit, qarın yatalağı, şigelyoz 

və  digər  yoluxucu  xəstəliklər  helmintozlarla  xəstələrdə  ağır 

gedir, müalicəyə çətin tabe olur, tez-tez ağırlaşmalarla nəti cə lə-

nir. Qeyd etmək lazımdır ki, helmintozların patogen təsiri ən çox 

hamilə qadınlarda və natamam qidalanan, əhalinin kasıb təbə qə-

sin dən  olan  uşaqlarda  təzahür  edir.  Helmintozlarla  invaziyalar 

böyük yaşlı şəxslərdə əmək qabiliyyətinin intensivliyini azaldır 

və bununla tibbi-sosial və iqtisadi zərər yetirir.



Orqanizmə parazitlərin ümumi təsiri bir sıra əlamətlərlə 

təzahür  edir:  xronik  intoksikasiya  əlamətləri,  immun  disfunk-

siyalar, orqanizmin allergizasiyası, dispeptik pozğunluqlar, ağci-

yər  sindromu  (kataral  əlamətdən  pnevmoniyaya  qədər),  lim fo-

ade  nopatiya,  mialgiya,  dəmir-defisitli  anemiya,  kanserogenez 

(bağır saq şistosomozu zamanı yoğun bağırsağın xərçəngi).

Parazitlərin  orqanizmə  mexaniki  təsirlərinə  aiddir:  öd 

yolla rının və mədəaltı vəzin axacaqlarının tutulması; qaraciyərin 

və mədəaltı vəzin absesi (irinli ocaq), bağırsaq keçməzliyi, a p en  -

disit, bağırsağın perforasiyası (deşilməsi), peritonit.

Xəstəliyin başlanğıc mərhələlərində həzm orqanlarının p a ra-

zi tar xəstəliklərinin klinik təzahürləri, adətən, qeyri-spesifik nev-

roloji simptomatika, həddən artıq yorğunluq, qıcıqlanma, yuxu-

nun pisləşməsi ilə təzahür edir. Sonralar invaziyanın davametmə 

müddəti  uzandıqca  həzm  orqanlarının  xəstəliklərini  ifadə  edən 

simp tomlar:  iştahanın  azalması,  ürəkbulanma,  qarın da  ağrılar, 

q ey  ri-müntəzəm nəcis inkişaf edir. Həzm orqanlarının parazitar 

xəstəliklərinin gedişi bəzən heç bir dəyişikliklər aşkar edilməyən 

mərhələlərlə  və  alimentar  pozğunluqlar,  sinir-psixi  gərginliklə 

bağ lı  baş  verən  ağırlaşmalarla  səciyyələnir.  Onların  böyük  qis-

mini  xəstəliyin  təzahür  etməyən  silinmiş  formaları  ilə  xəstələr 

təşkil edir.



607

Həzm orqanlarının parazitar xəstəlikləri zamanı klinik simp-

tomatikanın qeyri-spesifikliyi, müxtəlif orqanların funksiya sının 

nis bətən yavaş pozulması ilə müşayiət olunan xəstəliklərin xro-

nik  gedişi,  çox  vaxt  xəstəliyin  subklinik  əlamətləri  ilə  təzahür 

edən latent gedişi onların mənfi təsirini gizlədir və klinik diaq-

nos  tikanı xeyli çətinləşdirir. Ona görə də parazitar xəstəliklərin 

diaq nostikasında həmçinin epidemioloji anamnez toplanmalıdır, 

buraya xəstənin sosial-etnik mənsubiyyəti nəzərə alınmaqla coğ-

rafi və qidalanmasının anamnezi daxildir.



Epidemik  prosesin  xüsusiyyətləri.  Kontagiozluğun  olma-

yası  toxuma  helmintozlarının  mühüm  xüsusiyyəti  sayılır,  bu  z a-

man  insan  parazitlərin  təbii  dövranında  iştirak  etmir  və  invaziya 

zamanı bioloji dalana çevrilir. Helmintlər, insan orqa nizmində yal-

nız sürfə mərhələsində parazitlik edirlənlər, yetkin fərdlərə çevril-

mir və insan orqanizmindən təbii yolla xaric oluna bilmir. Onlar 

nəcis kütlələrinin parazitoloji müayin əsində aşkar edil mir lər. 

Törədicilərin  həyat  tsiklinin  xüsusiyyətlərindən  asılı  olaraq, 

yuxarıda  göstərilən  toxuma  helmintozlarını  iki  qrupa  bölmək 

olar: geohelmintlər – yumurtaları mütləq torpaqda inkişaf etmə-

li dir (toksokarlar) və biohelmintlər – onların həyat tsikli aralıq 

sahiblər  iştirak  etmədən  başa  çata  bilmir  (exinokoklar,  donuz 

soliteri). İnsan  trixinellalar üçün  həm  son,  həm  də  aralıq sahib 

ola  bilər.  Nəzərdən  keçirilən  bütün  hallarda  yoluxma  iki  y o-

lux ma  yolunun  vasitəsilə  peroral  baş  verir: geooral  (torpaq 

hissəcikləri və helmintlərin invazion yumurtaları ilə çirklənmiş 

əllər, qida məhsulları və ya məişət əşyaları vasitəsilə) – toksoka-

roz,  exinokokkoz  və  sisteserkoz  zamanı  və  ya  ksenotrof (içə ri-

sin də  parazitin  invazion  sürfələri  olan,  kifayət  qədər  termiki 

emaldan keçirilməmiş ətdən qidada istifadə etdikdə) – trixinel-

yoz və tenioz zamanı. Sisteserkoz xəstəliyində bəzi hallarda a n-

ti  peristaltika  zamanı  onkosferaların  atipik  passacı  nəticəsində 

autoinvaziya müşahidə edilir.

İnsanın iştirakı olmadan həyat tsiklini başa çatdıra bilmə yən 

helmintozlar  antroponoz  helmintozlara  (məsələn,  tenioz),  təbii 

şəraitlərdə həyat tsikli insanın iştirakı olmadan mövcud olan hel-

mintozlar isə zoonoz helmintozlara aiddir (toksokaroz, trixinell-

yoz, exinokokkoz).



608

İnsanın təsərrüfat fəaliyyətindən asılı olmayaraq, vəhşi hey-

vanlar  arasında  yayılan  zoonoz  helmintoz  təbii-ocaqlı helmin-

tozlar  (exinokokkoz,  trixinellyoz)  adlanır.  Sinantrop  heyvanlar 

(ev heyvanları, qaramal, gəmiricilər) arasında zoonoz helmintoz-

ların yayılması antropurgik invaziya ocaqlarının formalaşmasını 

şərtləndirir,  bu  zaman  insanlar  ev  heyvanla rından  və  məişət 

gəmiricilərindən yoluxur (toksokaroz, trixinel lyoz, exinokokkoz-

lar).


Toxuma  helmintozlarının  immunpatogenezi.  İnsanın  y o-

lux   masından sonra formalaşan helmint yumurtaları bağırsaqdan 

qana keçir və hematogen yolla orqanlara daşınır ki, burada bir 

çox  illər  ərzində  həyat  qabiliyyətini  saxlaya  bilir  və  xəstəliyin 

kli nik  mənzərəsini  yaradır.  Bir  sıra  hallarda  sürfələrin  təkrar 

miqrasiyası mümkündür.

Toxuma miqrasiyası insan orqanizmində gedən ciddi Patoloji 

dəyişikliklərlə, həm spesifik – müəyyən törədiciyə xas olan, həm 

də qeyri-spesifik – bütün helmintlər üçün ümumi sayılan də yi-

şik liklərlə bağlıdır. Helmintlərin patogenliyi təkamül prosesində 

insan orqanizminə uyğunlaşmayan zoonoz helmintlərdə, həm çi-

nin parazitlərin sürfə mərhələlərində daha yüksəkdir.

Törədicinin  növündən  asılı  olmayaraq,  toxuma  helmint lə ri-

nin  miqrasiyası  zamanı  sürfələrin  mübadilə  məhsullarına  qarşı 

or qanizmin  allergik  reaksiyası  əmələ  gəlir. Toksokarozun  sürfə 

mərhələsi  ağciyərlərin,  qaraciyərin  eozinofil  infiltratları,  poli-

morf dəri səpgiləri, hipereozinofiliya ilə müşayiət olunur. İnfek-

sion-toksik şoka qədər inkişaf edən ağır allergik reaksiyalar trav-

malar nəticəsində və ya cərrahi müdaxilə prosesində exinokokk 

kistala rının tamlığının pozulması zamanı müşahidə edilir. Dəri-

altı  piy  toxumasının  kəskin  allergik  ödemi,  həmçinin  ağır  i m-

munPatoloji  reaksiyaların  inkişaf  etməsi  trixinelyozun  gedişini 

izləyir.  Allergik  reaksiyaların  inkişafı  immunsupressiyanın  y a-

ran  ması ilə müşayiət olunur. Eozinofil reaksiya helmintozlar z a-

manı immun prosesin fəallığını əks etdirir: qanın hipereozinofili-

yası  ilə  birgə  yayılmış  reaksiya  Patoloji  prosesin  qənaətbəxş 

gedişindən xəbər verir, lokal toxuma və ya orqan eozinofil infilt-

rasiyası  isə  bəzən  ağır  sitopatik  proseslərin  getdiyini  göstərir. 



609

İ m mun cavab T-hüceyrə tipi üzrə inkişaf edir. Eozinofillər lizo-

som fermentlərin hasil edilməsi, sərbəst radikalların, E sinfi i m-

munoqlobulinlərin  (IgE)  sekresiyasının  stimulyasiyası  hesabına 

yetkin  helmintlərə  və  onların  sürfələrinə  distant  təsir  göstərir. 

Helmintozlar  zamanı  spesifik  immunitetin  inkişaf  etməsi  və 

onun  gərginliyi  sahib  orqanizmin  ümumi  vəziyyətindən,  onun 

h or   monal statusundan, genotipindən asılıdır. Helmintin antigen-

lə rinin, onun həyat fəaliyyəti məhsullarının təsiri altında və p a-

razit  məhv  olduqda  dağılması  nəticəsində  inkişaf  edən  spesifik 

i m munitet steril deyildir: o yalnız helmintlərin sayının azalma-

sına səbəb olur, nəinki onların məhv edilməsinə. Spesifik immu-

nitetin effektivliyi müəyyən qədər parazitin növü ilə də bağlıdır. 

Məlumdur ki, trixinellalar davamlı müdafiə immunitetini stimul-

yasiya edirlər. Exinokokk sürfələri kista əmələ gətirərək immun 

sistemin təsirindən qorunur və bir qayda olaraq, kəskin eozinofi-

liya  törətmirlər.  Toksokaroz  zamanı  spesifik  immunitet  təkrar 

invaziyaların  yaranma  riskini  azaldır,  halbuki  onlar  tamamilə 

istisna olunmur, eyni zamanda toksokarlarla invaziyalaşmış şəxs-

lərdə immunsupressiya inkişaf edir ki, bu da diri və öldürülmüş 

vaksinlərə və anatoksinlərə (qızılca, epidemik parotit, AGDT və 

s.) qarşı postvaksinal əkscisimlərin titrlərinin kəskin azalması ilə 

təsdiqlənir. Spesifik əkscisimlər müvafiq invaziyaların laborator 

markerləri  kimi  işlədilir.  Bəzi  hallarda  helmintlərlə  invaziyaya 

qarşı  insanın  anadangəlmə,  genetik  şərtlənmiş  rezistentliyi 

müşahidə olunur.

İnsan orqanizmi helmintlərə qarşı laqeyd deyildir, lakin b ə-

zən,  demək  olar  ki,  helmintozların  simptomsuz  gedişatı  qeydə 

alı nır. Lakin bu, çox nadir hallarda baş verir, çox vaxt isə aşağı-

dakı əlamətlər aşkar edilə bilir:

1)müxtəliftoksik-allergik,dahaçoxdərireaksiyaları. Bun-

dan əlavə, əgər belə reaksiyaların səbəbi aşkarlanmamışsa, yal-

nız klinik mənzərə ön plandadırsa, onda ilk növbədə qurd inva-

ziyasına görə ciddi müayinələr aparmaq lazımdır.

2)sinir-psixipozğunluqlar. Onlar qurd invaziyası ilə bağlıdır, 

bu zaman qana daima toksiki maddələr daxil olur ki, bu da toksi-

nin müəyyən səviyyədə qalmasını təmin edir və nəticədə əsəbilik, 


610

emosional dəyişkənlik, “əsassız” səbəbdən qəzəb lən mə, diqqətin 

itiliyinin pozulması, hövsələsizlik, tez yorulma, yuxunun pozul-

ması  kimi  əlamətlər  meydana  çıxır.  Getdikcə  artan  zəiflik  çox 

səciyyəvidir.

3) dispeptiksindrom rəngarəngdir, keçici formadan manifest 

simptomatikaya  qədər  olub,  aşağıdakı  əlamətlərlə  səciyyələnir: 

qarında həm diskomfort, həm də ağrı (çox vaxt nadir lokalizasi-

yalı  və  müxtəlif  intensivlikli),  qurultu,  şişmə,  iştahanın  pozul-

ması (həm artması, həm də azalması), hətta anoreksiya ola bilər; 

nəcisin pozulması – qəbizlik və ya ishal; çoxamilli dərin disbak-

teriozların inkişaf etməsi;

4) bir çox helmintlərhematofaq olduqları üçün sahibin qanı 

ilə  qidalanır,  B

12

  vitaminini  mənimsəyir  və  nazik  bağırsaqda 



anemiyaəleyhinə maddənin sorulması prosesini pozur, bağırsağın 

selikli  qişasını  zədələyirlər  (dərin  olmasa  da,  böyük  sahədə). 

B üt ün bunlar xronik qan itkisinə və bir sıra hallarda anemiyanın 

(qanazlığı)  inkişafına  səbəb  olur.  Burada  qanyaradıcı  orqanlara 

toksinlərin ağır təsirini nəzərə almaq lazımdır ki, bu da anemiya-

nın inkişafında mühüm əhəmiyyət daşıyır. Helmintozlar zamanı 

çox vaxt eozinofillərin yüksək miqdarı aşkar edilir (allergik reak-

siyalarda aktiv iştirak edən leykositar hüceyrələr);

5) anemiyanın inkişafı, xüsusilə də uşaqlarda, qurd invaziya-

sının olması, hətta iştahanın artması fonunda belə, uşaq ların boy



artımının ləngiməsinə və fiziki cəhətdən geri qalmasına  gətirib 

çıxara bilər;

6)  uşaqlarda  planlı  profilaktik  peyvəndlərin  aparılması  z a-

ma nı  bəzən  müxtəlif  postvaksinal toksik-allergik reaksiyalar 

qeyd olunur;

7) helmintozlar çox vaxt xronikxəstəliklərinkəskinləşməsinə 

səbəb olur, bu halda helmintin yerləşdiyi yer və zədələnmiş o r-

qanın lokalizasiyası tamamilə müxtəlif ola bilər;

8) bəzən sahibin həyatı ilə uzlaşmayan şərait yaranır, məsə-

lən,  qaraciyər  exinokokkozu,  baş  beyin  finnozu  zamanı.  Qeyd 

et mək lazımdır ki, helmintlərin patogenliyi hətta helmintin para-

zitlik  etdiyi  obyektdən  asılı  olaraq  geniş  hüdudlarda  dəyişir. 

Məsələn, insan üçün exinokokk olduqca təhlükəlidir, iribuynuzlu 


611

qaramal isə orqanları bir neçə kiloqram çəkiyə malik exinokokk 

qovuqcuqları ilə zədələnmiş şəkildə uzun müddət y a şa ya bilir.

Parazitar infeksiyaların ən çox rast gəlinən əlamətləri.

Qəbizlik. Helmintlər formasından və ölçüsündən asılı olaraq 

orqanizmdə  bəzi  axacaqları,  bağırsaq  mənfəzini  mexaniki  ş ə-

kil də tuta bilərlər. Qurdlarla massiv yoluxma ümumi öd və b a-

ğır  saq axacaqlarını bağlaya bilər ki, bu da nəcis ifrazının azal-

masına və çətinləşməsinə gətirib çıxara bilər.

İshal.  Bir  sıra  parazitlər,  xüsusən  də  protozoylar  hor mo na-

bən zər maddələr hasil edir. Bu isə natrium xloridin itkisinə g ə ti-

rib çıxarır ki, o da öz növbəsində tezləşmiş sulu nəcis ifrazına 

s ə  bəb olur. Beləliklə, parazitlər tərəfindən törədilən ishal əsasən 

parazitin funksiyası sayılır, bu heç də özündə olan infeksiyadan 

orqanizmin  azad  olma  cəhdi  və  ya  düzgün  qidalanmamaq  ilə 

bağ lı deyildir.

Qazlar və köpmə.  Parazitlərin  çoxu  nazik  bağırsağın  yuxarı 

his səsində yaşayır, onların yaratdığı iltihab nəticəsində köpmə və 

qazlar yaranır. Problem çətin həzm edilən məhsulların (məsələn, 

maş,  lobya,  paxla)  və  ya  çiy  tərəvəz  və  meyvələrin  istifadəsi 

zamanı ağırlaşa bilər.

Mədə-bağırsaqsindromu. Parazitlər bağırsaq divarını qıcıq-

landıra  və  iltihab  törədə  bilər  ki,  bu  da  bir  sıra  mədə-bağırsaq 

simptomlarının  yaranmasına  və  həyati  vacib  qidalı  maddələrin 

və xüsusən də yağlı məhsulların az mənimsənilməsinə gətirib ç ı-

xarır. Bu, nəcisin bərkiməsinə də səbəb olur.

Oynaqlarda və əzələlərdə ağrılar.  Məlumdur  ki,  parazitlər 

insan  orqanizmində  onların  həyatı  üçün  daha  əlverişli  olan  o r-

qan larda, məsələn, oynaq mayesi və əzələlərdə yerləşmək məq-

sə dilə miqrasiya edə bilər. Bu, baş verdikdə insan ağrı hiss edir 

ki, bəzən onu artritin nəticəsi hesab edirlər. Oynaqlarda və əzə lə-

lər də üzə çıxan ağrılar və iltihab da həmçinin toxumaların zədə-

lən  məsinin nəticəsi sayıla bilər, o, bəzi parazitlər tərəfindən, y a-

xud da orqanizmin onlara qarşı immun reaksiyası zamanı y  a  ra nır.



Allergiya.  Parazitlər  bağırsaqların  qişasını  qıcıqlandıra,  b ə-

zən isə onu deşə bilər, nəticədə bağırsaqlara iri həzm olun mamış 

molekulların daxil olma riski yüksəlir. Bu, eozinofillərin yüksək 


612

dozada  hasil  edilməsi  şəklində  meydana  çıxan  orqanizmin  i m-

mun cavabını aktivləşdirə bilər. Eozinofillər orqanizmin toxuma-

larının  iltihablaşmasına  şərait  yarada  bilər  ki,  bu  da  öz  növ bə-

sin də allergik reaksiyalara gətirib çıxarır.

Problemli dəri.  Bağırsaq  parazitləri  səpgi,  ekzema  və  aller-

gik xarakterli digər dəri reaksiyalarını törədə bilər. Dəri xorası, 

şişlər və çiban, papilloma və dermatitlər ibtidai mikro orqa nizm-

lə rin parazitliyinin nəticəsi ola bilər.



Anemiya. Bağırsaq qurdlarının bəzi növləri bağırsaqların s e-

likli qişasına yapışır və sahibin qida maddələrini sorurlar. Çox lu 

miqdarda məskunlaşdıqda onlar xeyli qan itkisinə səbəb olurlar 

ki, bu da dəmir çatmazlığına (anemiya) gətirib çıxarır.



Qranulomalar.  Bunlar  şişəbənzər  kütlə  olub,  parazitlərin 

dağılmış  yumurtalarını  əhatə  edirlər.  Çox  vaxt  onlar  düz  və 

yoğun bağırsağın damarlarında yaranırlar, lakin ağciyərdə, qara-

ci yərdə, qarın boşluğunda və uşaqlıqda da əmələ gələ bilərlər.



Əsəbilik.  Parazitlərin  mübadilə  məhsullarının  qalıqları  və 

toksik maddələr mərkəzi sinir sistemini qıcıqlandıra bilər.



Yuxununpozulması. Gecələr tez-tez yuxudan oyanma, xüsu-

sən də saat 2-3 arasında, qaraciyər vasitəsilə orqanizmin toksik 

mad dələrdən azad olması cəhdinin nəticəsi sayıla bilər. Yuxunun 

pozulması, həmçinin bəzi parazitlərin anusdan xaricə çıxması ilə 

provokasiya oluna bilər ki, bu da xoşagəlməz hislər və qaşınma 

ilə müşayiət edilir. Hemorroyun əsas səbəblərindən biri düz b a-

ğır sağın selikli qişasının altında parazitlərin (bizquyruq) inkişaf 

etməsidir.



Dişləri qıcırdatma.  Bruksizm  –  dişlərin  qeyri-normal  qıcır-

daltılmasıdır,  o,  çox  vaxt  parazitar  infeksiyalar  zamanı  qeydə 

alınır.  Bu  simptomlar  yatmış  uşaqlarda  xüsusilə  daha  qabarıq 

nəzərə çarpır.



Xronik yorğunluq.  Xronik  yorğunluq  simptomlarına  zəiflik, 

qripəbənzər  simptomlarla  bağlı  şikayətlər,  iştahasızlıq,  depres-

siya,  diqqətin  itiliyinin  zəifləməsi  və  yaddaşın  pisləşməsi  kimi 

əlamətlər daxildir. Bu simptomlar anemiya, intoksikasiya, o r qa-

nizm də  qida  maddələrinin  çatmazlığını  yaradan  parazitlər  tərə-

fin dən törədilir.



613

İmmunpozğunluqlar. Parazitlər A sinfi immunqlobulin lərinin 

xaric edilməsini azaldaraq immun sistemi zəiflədir.

Parazitlərin  orqanizmdə  olmasından  xəbər  verən  əlamətlərə 

a ş a ğıdakıları da daxil etmək olar: çəkinin artması, ağızda diş lə-

rin pis yerləşməsi və pis qoxu, astma, diabet, epilepsiya, həd din-

dən artıq aclıq hissiyyatı, çəkinin azalması, sızanaqlar, güclü baş 

ağrısı  (miqren)  və  hətta  ölümün  daha  çox  başvermə  səbəbləri: 

ürək-damar xəstəlikləri və xərçəng.



Askaridoz 

Askaridoz  (Asjaridosis)  –  askaridalar  tərəfindən  törədilir. 

Askarida (Ascarid lumbricoides) – yer üzərində ən geniş y a yıl-

mış qurd xəstəliyidir. Bunların erkək və dişi cinsləri olur. D i şi si-

nin uzunluğu 25-40 sm-dir, diametri (eni) 6 mm-dir, erkəyi isə 

nisbətən kiçikdir: uzunluğu 15-20 sm, eni 3 mm-dir. Bədəni üç 

hissədən ibarətdir, ağ və ya çəhrayı rəngli kutikula ilə örtül müş-

dür. Başında mikroskopun kiçik böyüdücüsü ilə görülə bilən üç 

ədəd  iri  dodaqların  olması  xarakterikdir.  Erkək  fərdin  quyruq 

ucu adətən qarmaq şəklində əyilmişdir. Yumurtası oval for ma da-

dır, mayalanmış və ya mayalanmamış ola bilər.

Bu  qurd  insanın  nazik  bağırsağında  yerləşir  və  oradan  y u-

murta  xaric  edir.  cinsi  yetişmiş  dişi  askarida  insanın  bağırsa-

ğında  gündə  təxminən  200  minə  qədər  mayalanmış  yumurta 

if raz edir, onlar insanın nəcisi ilə ətraf mühitə düşürlər. Maya-

lanmasına  baxmayaraq,  bağırsaqda  lazımi  qədər  oksigen  olma-

dığı üçün onlar inkişaf edə bilmir, ona görə də həmin yumurtalar 

ancaq xarici mühitdə torpaqda, daha doğrusu, onun üçün lazımi 

rütubət, hərarət, həmçinin oksigen olduqda inkişaf edir.

Yumurtalar 24-30

0

С temperaturda 10-15 gün ərzində inkişaf 



edərək  invazion  sürfə  şəklinə  düşür. Yüksək  və  aşağı  tempera-

turda isə onlar inkişafdan qalıb məhv olurlar. Buna görə quraqlıq 

və soyuq olan yerlərdə askaridoza az təsadüf olunur.

Ətraf mühitdə temperaturdan asılı olaraq onların inkişafı 3 a y-

dan bir neçə aya qədər davam edə bilir. Yumurtalar torpaqda həyat 

qabiliyyətini bir neçə il saxlaya bilər. İnvazion yumurtalar, başqa 



614

söz lə,  yetkin  sürfəyə  malik  yumurtalar  ələ,  tərəvəzə,  mey və yə, 

ora dan isə ağıza düşür. Milçəklər qidanın yumurtalarla çirk lən mə-

sin də rol oynayır.

Udulmuş  yumurtalardan  insanın  bağırsağında  sürfələr  çıxır, 

onlar venoz sistemə daxil olur və qan cərəyanı ilə ürəyin sağ his-

səsindən ağciyərə daxil olur. Burada sürfələr kapillyarları dağı-

daraq alveolun mərkəzinə keçir. Sürfələr təxminən 10-16 gün ə r-

zində miqrasiya edir. Onlar bronxlardan keçərək yenidən udlağa 

daxil olur, ağız suyu ilə udulur və 2,5-3 aydan sonra bağırsaqda 

yetkin  askaridaya  çevrilirlər. Askaridin  insan  orqanizmində  y a-

şa ma müddəti bir ilə yaxındır.

Sürfələr  miqrasiya  dövründə  bağırsağı,  qaraciyəri,  xüsusilə 

a ğ ciyəri zədələyir. Burada uçucu eozinofil infiltratlar, qanaxma-

lar inkişaf edir. Xəstələrdə öskürək, döş qəfəsində ağrılar, bədən 

temperaturunun  artması  müşahidə  olunur  (askaridozun  ağciyər 

m ər  hələsi).

Parazitlər  bağırsaqda  parazitlik  etdikdə  isə  (bağırsaq  mər hə-

lə si) iştahanın azalması, ürək bulanması, qarında ağrılar, davam-

sız nəcis ifrazatı qeyd olunur. Xəstələri baş ağrısı, pis yuxu, q ı-

cıqlanmalar,  əmək  qabiliyyətinin  aşağı  düşməsi  narahat  edir. 

A  s  ka ridlər  bağırsaq  keçməməzliyinin,  əməliyyatdan  sonrakı 

a ğır    laşmaların səbəbi ola bilər. Bəzən onlar öd yollarına, qida b o-

ru larına,  tənəffüs  yollarına  keçirlər  ki,  bu  da  ölümlə  nəticələnə 

bilər. Askaridoz bir çox xəstəliklərin gedişini ağırlaşdırır.

Erkən,  ağciyər  fazasında  askaridozun  sürfələrini  bəlğəmin 

mikroskopiyası zamanı aşkar etmək olar. Qanda yüksək eozino-

filiya, ağciyərlərdə uçucu infiltratların olması, davamlı öskürək, 

xüsusilə  gecələr,  askaridozun  olmasından  şübhələnməyə  imkan 

v e rir.


Bağırsaq mərhələsini aşkar etmək üçün yumurtaları tapmaq 

məqsədilə  nəcisin  müayinəsini  aparırlar.  Müsbət  nəticə  aldıqda 

məhz  hansı  yumurtanın  –  mayalanmış  və  ya  mayalanmamış  – 

a ş  kar  edildiyini  qeyd  edirlər.  Bu,  həmin  xəstənin  mikroocaqda 

mümkün  olan  epidemioloji  rolunu  qiymətləndirmək  üçün  əhə-

miy  yətlidir.  Əgər  bağırsaqda  yalnız  erkək  fərdlər  və  ya  yalnız 

cavan,  cinsi  yetişkənlik  səviyyəsinə  çatmamış  askaridlər  yaşa-

yırsa, onda nəcisdə yumurtalar olmur.



615

Müalicənin effektivliyini müəyyən etmək məqsədilə 2 həf tə-

dən sonra nəcisin laborator analizini həyata keçirirlər.

Askaridozla mübarizədə əsas tədbirlərdən biri – bu helmin-

toza  görə  əlverişli  olmayan  yaşayış  məntəqələrində,  həmçinin 

mütəşəkkil kollektivlərdə, ambulator və stasionar xəstələrin küt-

ləvi şəkildə müayinəsi yolu ilə invaziyalaşmış şəxsləri aşkar e t-

məkdir.  Aşkar  edilmiş  şəxslər  qısa  müddətdə  dehelmintizasiya 

olunur,  torpağın  askarida  yumurtaları  ilə  çirklənməsinə  yol  ver-

mə mək üçün müalicə prosesində ifraz edilən nəcisi xlorlu ə həng lə 

zərərsizləşdirirlər.

Torpağı fekal çirklənmədən qorumaq üçün yaşayış məskən-

lə rinin sanitar abadlaşdırmasının mühüm əhəmiyyəti vardır. Hər 

bir həyətdə düzgün tikilmiş tualetlər olmalıdır, zibilləri kompost-

laşdırma yolu ilə zərərsizləşdirmək lazımdır, bostan və dir rik ləri 

zərərsizləşdirilməmiş  nəcis  və  tullantılarla  gübrələmək  q a dağan 

olunur.

Əkinçilik  –  suvarma  tarlalarının  təşkili  və  istismar  tələb lə-



ri nə  əməl  edilməsinə,  təsərrüfat-məişət  çirkab  sularının  daşın-

ması  və  zərərsizləşdirilməsi  üçün  xüsusi  yerlərin  seçilməsinə 

diq qət verilir.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin