Tulyaremiyanın xoralı-bubon və bubon forması transmis-
siv, həmçinin təmas yoluxmasında (ov zamanı öldürülmüş dov-
şanların, ondatra cəmdəyinin kəsilməsi) müşahidə olunur. Ağci-
yər forması (pnevmoniya, bronxopnevmoniya) hava-toz y o lux ma
yolunda inkişaf edir. Bu yol həmçinin konyunktivanın zədə lən-
məsinə gətirib çıxarır. Tifoid (abdominal) forma qida və su y o-
lux ma yolunda müşahidə olunur.
Həssaslıq. Tulyaremiya törədicisinə qarşı insanın həssaslığı
o l duqca yüksəkdir: könüllülər üzərində müəyyən edilmişdir ki,
infeksiyanın manifest fomasına səbəb olan infeksion doza 25-50
mikrob ədədi təşkil edir. Xəstəlik keçirdikdən sonra insanlarda
d a vamlı immunitet əmələ gəlir.
Epidemik prosesin xüsusiyyətləri. Tulyaremiya ocaqları Ş i-
ma li Amerika, Asiya və Avropa ölkələrində qeyd olunmuşdur.
Həmçinin təbii ocaqlar Rusiyada müşahidə edilir ki, burada baş
verən xəstələnmələr sporadik xarakter daşıyır.
562
Tulyaremiya ilə xəstələnmə qeyri-peşəkar və ya peşəxarak-
terli ola bilər.
Qeyri-peşəkar xəstələnmələrə sinantrop gəmiricilərlə (ev s i-
çan ları və s.) bağlı olan məişət tipini aid etmək olar. Bu zaman
başlıca yoluxma amilləri kimi törədicilərlə çirklənmiş qida məh-
sul ları, həmçinin xəstə dovşanların əti və su iştirak edir. Q u yu
s u yu ilə yo luxma qışda, bulaq suyu ilə yoluxma isə yaz və yay da
baş verir. Əhalinin bütün qrupları, o cümlədən peşə sin dən, cin-
sindən və yaşından asılı olmayaraq kənd əhalisi cəlb o lu nur.
Peşə xarakterli xəstələnmə kənd təsərrüfatı işləri, ovçuluq, xü -
su silə də xəzli heyvan ovçuluğu və laboratoriya işləri ilə bağıdır.
Kəndtəsərrüfatıtipiaqrotexniki işlərin düzgün həyata ke çi-
ril məməsi nəticəsində təzahür edir ki, bu zamanı ot tayalarının
gə miricilərlə məskunlaşması və onların ifrazatları ilə çirklən mə-
si baş ve rir. Yoluxma tərəvəz yığımı, dənin səpilməsi, samanın
d a şınması zamanı, əsas etibarilə inhalyasion yolla və əksər hal-
larda kənd təsərrüfatı işçilərinin prosesə cəlb olunması ilə mey-
dana çıxır.
Ovçuluq-təsərrüfattipi əsasən dovşan, köstəbək ovlanması və
ondatra yetişdirilməsi ilə bağlıdır. Yoluxma ovçuluq möv sü mün də
təmas və peroral yolla, yayda isə həmçinin transmissiv (gə nə lərin,
həşəratların dişləməsi) baş verir. Yoluxma amilləri hey vanların
dərisi və cəmdəyidir.
Laborator yoluxma tipi peyvənd olunmamış şəxslərdə baş
verir. Bundan başqa, həmçinin səngər tipi ayırd edilir. Bu,
müharibə dövründə səngərlərin, istehkamların qazılması zamanı
müşahidə olunmuşdur.
İnkubasiya müddəti 1 gündən 3 həftəyə qədər, əsas etiba ri lə
3-7 gündür.
Klinikası. Xəstəliyin formasından asılı olmayaraq, tulyare-
miya kəskin, prodromal dövr olmadan başlayır, yüngül titrətmə,
temperaturun tezliklə 38-39
0
C-yə qədər yüksəlməsi, əzginlik,
əzələ ağrıları qeyd edilir. Asteniya limfadenitlərin – bubonların
y a ranması ilə müşayiət olunur. Bubonlar tək-tək, çoxsaylı, müx-
tə lif ölçüdə ola bilər. Bubonun aqibətindən asılı olaraq, xəstəlik
3-4 aya qədər uzana bilər. Nəticə qənaətbəxşdir, letallıq 0,5%-
563
dən yüksək deyildir. Patoloji prosesin birincili lokalizasiyası tö -
rə dicinin daxil olma yerindən asılıdır. Bu zaman tulyaremiyanın
aşağıdakı klinik-patogenetik formaları ayırd olunur: 1) dəri və
s e likli qişalardan yoluxduqda – bubon, xoralı-bubon; 2) ağızdan
yoluxduqda – anginoz-bubon, abdominal; 3) inhalyasion yolux-
mada – ağciyər (bronxial və pnevmoniya variantı); 4) massiv
yoluxma zamanı və zəif şəxslərdə – birincili septik (yayılmış).
Müalicə əsas etibarilə streptomitsin və tetrasiklin sırası anti-
bi otikləri ilə aparılır.
Laborator diaqnostikası. Xəstədən törədicini bilavasitə ayırd
etmək çətindir, ona görə də diaqnozu bakterioloji təsdiq etmək
üçün heyvanlarda bioloji sınaq qoyulur. Material kimi qan, b u-
bonların möhtəviyyatı, bəlğəm, dəri xoralarının, həmçinin selikli
qişaların ifrazatı istifadə olunur. İmmunoloji metodlardan AR
istifadə olunur ki, onu həm sınaq şüşəsində, həm də əşya şüşə-
sində qoyurlar. Bundan başqa, QDHAR yüksək həssaslığa və
spesifikliyə malikdir. Xəstəliyi keçirmiş şəxslərdə titr 1:5000-
1:10 000 çatır. Həmçinin KBR-dən istifadə edilir. Tulyaremiya-
nın ekspress-diaqnostikasında İFR tətbiq edilir. Xəstənin, xəs tə-
liyi keçirmiş və ya peyvənd olunmuş şəxslərin immunoloji
m ü a yinəsi zamanı tulyarinlə dəri-allergik sınaq (DAS) effektiv
nəticə verir. Sınaq dəriiçi qoyulur və müsbət nəticə xəstəliyin 3-5-
ci günündən əldə olunur. Sınağın cavabı 24-48 saatdan sonra qiy-
mət ləndirilir.
Profilaktik və əksepidemik tədbirlər. Təbii ocaqda epizoo-
tik proses fəallaşdıqda risk qruplarını diri vaksinlə immunizasiya
edirlər. Bu zaman peyvəndə cəlb olunacaq şəxslərin tulyarinlə
dəri sınağının qoyulması ilə allergik vəziyyəti yoxlanılır. Aller-
gik reaksiyalar mey dana çıxdıqda bu şəxslər peyvənd edilmirlər.
Ocaqlarda mənzillərdə və müxtəlif təyinatlı tikililərdə (o
cümlədən taxıl anbarlarında) deratizasiya aparılır. Geniş çöl d e-
ra tizasiyası aparılmır.
Gənələrin hücumundan qorunmaq üçün fərdi müdafiə v a si tə-
lə rindən –hermetik paltar və repellentlərdən istifadə olunur.
Həmçinin aşağıdakı tədbirlər həyata keçirilir: su mənbə-
lərinin, qida və kənd təsərrüfatı məhsullarının gəmiricilərdən
564
qorunması, tarlalarda və yaşayış məntəqələrində aqrotexniki və
ümumi-sanitar tədbirlərin aparılması; əhalinin sanitar maarifi.
Əhalinin spesifik profilaktikası diri dəriüstü tulyaremiya vak-
sini ilə aparılır. Tulyaremiyaya görə qeyri-sağlam enzootik əra-
zi lərdə yaşayan, həmçinin epidemioloji yoluxma riskinə məruz
qalanlar planlı şəkildə peyvənd edilirlər. Peyvəndə 7 yaşdan y u-
xarı şəxslər cəlb olunurlar, təkrar revaksinasiya 5 ildən sonra
apa rılır.
Xəstə şəxs ətrafdakılar üçün təhlükəli olmamasına baxmaya-
raq, hospitalaşdırılır. Mənzildə deratizasiya, dezinfeksiya və d e-
ra tizasiya, lazım gəldikdə isə bütün yaşayış məntəqəsində derati-
zasiya aparılır. Kütləvi peyvəndlər epidemioloji göstərişə əsasən
həyata keçirilir.
Qara yara
Qara yara (anthrax,bədxassəlikarbunkul,antraks) – kəskin
bakterial antropozoonoz
infeksiyadır,
intoksikasiya, dərinin
s eroz-hemorragik iltihabı, limfa düyünlərinin və daxili orqanları-
nın zədələnməsi ilə səciyyələnir, dəri və ya septik formada g e dir,
təbii ocaqlılığa malikdir, sürətlə yayılır və ağır gedişi ilə fərq-
lənir.
Etiologiyası. Qara yara hələ Hippokratın və Qalenin döv-
ründən “antrakeza” (yunanca “anthracis” – kömür, dəri xoralı
karbunkulun qartmağının qara rəngi) adı ilə məlum idi. Şərqdə
onu “iran alovu” adlandırmış və dəfələrlə qədim və şərq yazıçı
və alimlərinin əsərlərində xatırlanmışdır.
“Qara yara” (sibir xorası) termininin mənşəyi məlum deyil-
dir. Bir hipotezə görə o, rus həkimi S.S.Andreyevski tərəfindən
təklif olunmuşdur. Bu alim özünü yoluxdurmaqla karbunkulun
zoonoz təbiətini sübut etmişdir. Digər hipotezə görə bu termin
S i birdə XIX əsrdə dağıdıcı epizootiyalardan sonra geniş istifadə
edilməyə başlanmışdır. 1850-ci ildə Daven və Raye, 1855-ci ildə
Pollender və Brauell ilk dəfə olaraq ölmüş heyvanların qanında
və toxumalarında B. anthracis aşkar etmişlər.
Təmiz kultura 1876-cı ildə R.Kox və 1877-ci ildə L.Paster
t ə rəfindən alınmışdır. L.Paster vegetativ formalardan alınmış diri
565
zəiflədilmiş vaksinlə heyvanları peyvəndləməni həyata keçirmiş-
dir.
Bu xəstəliyin klinikasının ətraflı təsviri 1766-cı ildə fransız
həkimi Moran tərəfindən verilmişdir. İnqilabdan əvvəlki Rusi-
yada Sibirdə bu xəstəlik geniş yayıldığı üçün qara yara (sibir
xorası) adını almışdır, Rus həkimi Andreyevski (1788-ci il) “qara
yara haqqında” əsərində qərbi-sibir quberniyalarında bu in fek -
siyanın iri epidemiyasını təsvir etmişdir, təcrübədə özünü yolux-
durmaqla heyvanlardakı və insandakı qara yara xəstə li yi nin o x-
şar lığını təyin etmiş və onun heyvanlardan insana ötürül mə si
i m kanını sübut etmişdir.
Ciddi eksperimentlər seriyasından sonra Kox qara yaranın
y e ganə səbəbkarı olan bakteriyanı aşkar etdi. O, sübut etdi ki,
qara yaranın epidemioloji xüsusiyyətləri (yəni yoluxucu xəstə li-
yin tezliyini və coğrafi yayılmasını təyin edən müxtəlif amillər
ara sında olan əlaqə) bu bakteriyanın inkişaf tsikli ilə bağlıdır.
Robert Koxun tədqiqatları ilk dəfə bu dəhşətli xəstəliyin bakte-
rial mənşəli olmasını sübut etdi, onun qara yaraya həsr olunmuş
məqalələri 1876–1877-ci illərdə Breslau Universitetinin pato-
loqu Yuliy Konqeymın dəstəyi ilə nəşr olunmuşdur.
Törədici. Bacillus anthracis –BacilluscinsinəBacillaceae
ailəsinə aid olan hərəkətsiz qrammüsbət aerob bakteriyadır.
Xəstəliyin törədicisi, demək olar ki, 1849–1850-ci illərdə eyni
vaxtda 3 tədqiqatçı: F.Pollender, F.Brauell və K.Daven tərə-
findən aşkar edilmişdir. 1876-cı ildə R.Kox onu təmiz kulturada
ayırd etdi. İnsan üçün patogen olan bütün mikroblar içərisində
məhz qara yara törədicisi ilk dəfə aşkar edilmişdir. Bugünkü
gündə qara yaranın - antraksadı hamı tərəfindən qəbul edilmiş-
dir ki, bu da yunancadan tərcümədə “kömür” deməkdir. Bu ad
xəs təliyin dəri formasında əmələ gələn qartmağın səciyyəvi qara
rəngi – kömür rənginə əsasən verilmişdir.
Qara yaranın törədicisi – antrasis basilidir (Bacillusanthra-
cis). O, iri, sporəmələgətirən qram-müsbət çöp olub ölçüsü 5-10
x 1-1,5 mkm bərabərdir. Qara yara basilləri ətli- peptonlu mühit-
lər də yaxşı bitirlər, kapsul və somatik antigeni vardır və ekzo-
toksin ifraz etməyə qabildir. Ekzotoksin zülal kompleksindən
566
ibarətdir və ödemin yaranmasında iştirak edən protektiv və letal
komponentdən təşkil olunmuşdur.
Qara yara bakteriyaları insan orqanizmindən kənarda oksi-
genli şəraitdə sporlar əmələ gətirir ki, onlar yüksək temperatura,
qu ru maya və dezinfeksiya vasitələrinə qarşı yüksək davamlılıq
qazanırlar. Sporlar illərlə həyat qabiliyyətini saxlaya bilər; xəstə
heyvanların sidiyi və nəcisi ilə çirklənmiş otlaqlar uzun illər
qara yara sporlarını saxlaya bilər.
Qara yara çöpünün vegetativ formaları qaynadıldıqda və adi
dezinfektantların təsiri ilə tezliklə məhv olur. Sporlar 110
0
C tem-
peraturda avtoklavlaşdırılma zamanı yalnız 40 dəqiqədən sonra
məhv olur. Quru isti hava 140
0
C temperaturda sporları 2,5-3
saatdan sonra məhv edir. Qara yara sporları birbaşa düşən günəş
ş ü a larına qarşı 10-15 sutka ərzində davamlıdırlar. Xloraminin
aktivləşdirilmiş məhlulları, isti formaldehid, hidrogen peroksid
də sporosid təsirə malikdir.
İnfeksiya mənbəyi. Qara yarada insan üçün infeksiya mən-
bə yi qismində otyeyən heyvanlar, o cümlədən iri və xırdabuy-
nuzlu mal-qara, at, dəvə, qoyun, keçi, həmçinin donuzlar işti rak
edə bilər.
Heyvanlarda infeksion proses kəskin başladığı və çox vaxt
onların ölümü ilə nəticələndiyi üçün real olaraq heyvanlarla
çirk lənmiş torpaq, əsas etibarilə onların cəmdəklərinin bas dı rıl-
dığı yerlər törədicinin başlıca rezervuarına çevrilə bilər.
Qara yara ilə xəstə insan epidemioloji təhlükə törətmir. İnsa-
nın xəstə şəxsdən yoluxmasına dair etibarlı faktlar təsvir olun-
ma mışdır. Adi rejimli stasionarlarda xəstələrdən xəstəxa na da xili
yoluxma, o cümlə dən heyətin yoluxması qeydə alınmamışdır.
İnsanda 98-99% hallarda dəri forması inkişaf edir ki, bu
zaman törədici qartmağın altında qalır və ətraf mühitə çıxa bilmir.
Yoluxma mexanizmi. Qara yara törədicisinin insana ötü-
rülməsi xəstə heyvanla, onun cəmdəyi, heyvani mənşəli infek-
siyalaşmış xammal, həmçinin törədici ilə çirklənmiş torpaqla
təmas zamanı həyata keçir.
İnsanın yoluxması daha çox infeksiya mənbəyi ilə birbaşa
təmas zamanı (mal-qaraya qulluq və s.) və ya bəzi yoluxma amil-
567
ləri ilə (gön, dəri, yun və s.), yəni qara yara basillərinin z ə də lən-
miş dəri örtüklərinə (sıyrıntı, cırmaq yeri, kəsiklər və s.) düş məsi
ilə baş verir. Bəzən insanların xəstələnməsi müxtəlif torpaq i ş-
lərini yerinə yetirdikdə törədici ilə çirklənmiş torpaqla təmas z a-
manı baş verir.
Qara yara zamanı yoluxma amilləri qismində infeksiya laşmış
məhsullar iştirak edə bilər. Lazımi termiki emaldan keçməmiş
i n fek siyalaşmış ət və ət məhsullarının istifadəsi zamanı qida y o lu
ilə nadir yoluxma halları məlumdur.
Güman edilir ki, qara yara ilə transmissiv yolla (göyün və ya
payız milçəyinin hücumu zamanı) yoluxma mümkündür, lakin
insanlarda bu yoluxma yolu təsdiqini gözləyir.
Qara yara aerozolları (hava-toz yolu) ilə yoluxma mümkün-
dür. Bu, onunla bağlıdır ki, sporlar quru infeksiyalaşmış heyvan
xammalının – yun, heyvanın cod tükü, saç, dəri və s. emalı ilə
bağ lı olan müxtəlif texnoloji proseslər zamanı havaya düşə bilər.
Soyuq müharibə dövründə bu yoluxma üsulu (Bacillus anthracis
sporlarından aerozolların süni yaradılması) xüsusilə effektiv h e-
sab olunurdu.
Həssaslıq. Qara yara ilə yoluxmaya qarşı insanların təbii
həssaslığı nisbətən yüksəkdir (yoluxma riskinə məruz qalan şəxs-
lərin 20%-nə qədəri xəstələnir) və hava-toz yoluxma y o lun da
praktik olaraq ümumidir.
Qara yara ilə insanların yoluxması xarici örtüklərə düşən
törədicinin infeksion dozasından, dəri və selikli qişaların tamlı-
ğının pozulmasından asılıdır.
Qara yara bakterioloji silah kimi. Qara yara 80 il əvvəl
tədqiq edilməyə başlanmışdır. Hazırda 17 ölkədə qara yara spor-
larının ehtiyatları vardır. Nəzəri effektivlik: 50 kq sporun təy ya-
rə dən püskürdülməsi 20 km
2
sahədə yaşayan regionun bütün
sakinlərində onların yerləşməsi yerindən asılı olmayaraq xəs tə-
lik törətməyə qadirdir. Pentaqonun hesablamalarına görə, V a-
şinq tonun 3 milyon sakinini öldürmək üçün 100 kq spor kifa yət-
dir. Təbii ştamlardan başqa, Rusiyada və ABŞ-da yeni, daha
patogen ştamlardan istifadə olunur. Mətbuatda olan məlu matlara
görə, 1979-cu ildə Sverdlovsk şəhərinin gizli bakterioloji labora-
568
toriyasında təsadüfi püskürtmə zamanı 79 nəfər yolux muş dur,
onlardan 68 nəfər ölmüşdür. Daha təhlükəli və effektiv yo lux ma
forması – aerozol yoluxma müxtəlif quruluşlu uçan aparatlar
vasitəsilə, ventilyasiya və havalandırma sistemi, poçt gön də riş-
lə ri, yük vasitəsilə həyata keçirilə bilər.
Qara yaranın epizootiyaları ərazi cəhətdən torpaq ocaqlarına
– törədicilərin rezervuarına bağlıdır. Birincili torpaq ocaqları
otlaq larda, heyvan cəmdəklərinin basdırıldığı yerlərdə (mal qəbi-
ristanı) və s. xəstə heyvanların ifrazatları ilə torpağın birbaşa
çirklənməsi nəticəsində əmələ gəlir.
İkincili torpaq ocaqları yağış, qar suyu və çirkab suları ilə
torpağın yuyulması və sporların yeni ərazilərə gətirilməsi nəti cə-
sin də yaranır. Yoluxma böyük sayda yoluxma amillərinin iştirakı
ilə baş verə bilər. Onlara aiddir: xəstə heyvanların ifrazatları və
dərisi, onların daxili orqanları, qara yara sporları ilə çirklənmiş ət
və digər qida məhsulları, torpaq, su, hava, ətraf mühit ə ş yaları.
İnsanda qara yaraya qarşı həssaslıq orqanizmin yaş, cins və digər
fizioloji xüsusiyyətlərindən asılı deyildir; o, yoluxma yol ları və
infeksion dozanın səviyyəsi ilə bağlıdır.
Patogenez. Qara yara törədicisi üçün giriş qapısı, adətən,
zədələnmiş dəri sayılır. Nadir hallarda basil tənəffüs yollarının
və mədə-bağırsaq yolunun selikli qişasından daxil olur. Törə di-
ci nin dəriyə daxil olma yerində nekroz, yanaşı toxumaların
ödemi və re gionar limfadenitlə birgə seroz-hemorragik iltihab
ocağı şəklində qara yara karbunkulu əmələ gəlir. Yerli Patoloji
proses qara yara çöpünün ekzotoksinin təsiri ilə bağlıdır ki, onun
ayrı-ayrı kompo nentləri mikrosirkulyasiyanın kəskin pozulma-
sına, toxumaların öde minə və koaqulyasion nekroza səbəb olur.
Belə fikir vardır ki, müasir dövrdə qara yara ilə yoluxma təh-
lü kəsi daha çox bakterioloji silahdan istifadə etmək imkanı olan
terrorçu qruplar tərəfindən yaranır.
İmmunitet. Xəstəlik keçirdikdən sonra, adətən, kifayət q ə-
dər davamlı immunitet yaranır, lakin təkrar xəstələnmə halları da
mümkündür. Qara yaraya qarşı insanların immunizasiyası qara
yara STİ vaksini ilə aparılır.
Qara yaranın ağır forması ilə xəstələndikdə xəstəliyi ke çir-
miş şəxslərdə davamlı immunitet əmələ gəlir, halbuki xəstəliyin
569
yün gül gedişində insan törədici ilə yenidən rastlaşdıqda təkrar
yoluxa bilər.
Qara yaranın dəri formasında letallıq adətən 2-3%-dən yüksək
olmur, yayılmış (generalizə olunmuş) formada isə 100%-ə çatır.
Heyvanların qara yara ilə xəstələnməsi iyun-sentyabr a y-
la rında onların otlaqlarda qara yaranın torpaq ocaqları ilə təması
nəticəsində kəskin artır. İnsanlarda xəstələnmənin mövsümiliyi
heyvanların yay-payız xəstələnməsini müəyyən dərəcədə təkrar
edir.
Xəstələnmənin strukturu. Qara yara ilə xəstələnmə kəskin
peşə xarakterinə malikdir. Q.P.Rudnev xəstələnmənin 3 tipini
ayırd edir: peşə-kənd təsərrüfatı, peşə-sənaye, təsadüfi-məişət.
Peşə-kənd təsərrüfatı tip qara yara onunla səciyyələnir ki, bu
tip ictimai heyvandarlıqda çalışan şəxslərdə (çobanlar, baytarlar,
zootex niklər və s.) müşahidə edilir. Bu zaman yoluxma çox vaxt
təmas yolu ilə baş verir.
Peşə-sənaye tip qara yara onunla səciyyələnir ki, insanların
yoluxması heyvandarlıq məhsullarının emalı prosesində (xam-
malın toplanması, saxlanması, daşınması, yun daranması və s.)
baş verir ki, bu da bəzi istehsal sahələrində – dəri-gön, xəz, yun,
hey van tükü emalı, utilizasiya və s. həyata keçirilir. Əgər kənd
təsərrüfatı tipində insanlar əsasən vegetativ formalarla yolu-
xursa, onda sənaye tip qara yara üçün törədicinin sporları ilə y o-
luxma səciyyəvidir.
Peşə ilə əlaqəsi olmayan (təsadüfi-məişət) qara yara ictimai
və özəl sektorda kənd təsərrüfatı heyvanları ilə, onların cəm dək-
ləri və müxtəlif heyvandarlıq məhsulları ilə təsadüfən təmasda
olan şəxslər arasında müşahidə olunur. XIX əsrin sonu XX əsrin
əv vəlində ölkədə peşə-sənaye tip üstünlük təşkil edirdi. Bu z a-
man qara yara ilə 40%-dən 60%-ə qədər xəstəlik halları xəz-dəri
istehsalı işçiləri arasında qeydə alınmışdır. XX əsrin 80-90-cı i l-
lərində qara yara ilə peşə tip xəstələnmə hallarının xüsusi çəkisi
ümumi xəstələnmədə 21% təşkil edirdi. 79% xəstələnmə halları
qeyri-peşə xarakterli olmuşdur.
Qara yara ilə xəstələnmə kənd yerlərində üstünlük təşkil edir,
çox vaxt kişilər yoluxurlar. Qara yara ilə bütün yaş qruplarından
570
olan şəxslər yoluxa bilər. Bununla belə, xəstələnmə 20 yaşdan 50
yaşa qədər yaş qruplarında yüksəkdir, çünki daha çox bu yaş da
qaramal, ondan əldə olunmuş xammalla və digər heyvandarlıq
məhsulları ilə təmasda olurlar. Laborator yoluxma halları da m ə-
lumdur.
Risk amilləri. Qara yara zamanı risk amilləri qismində aşa ğı -
dakı amillər mühüm rol oynayır: xəstənin peşəsi (çobanlar, zoo-
bay tarlıq sektorunun, dəri-gön sənayesi işçiləri və s.), qara y a raya
görə stasionar – qeyri-qənaətbəxş ərazilərdə yaşamaq (heyvan
qəbiristan lığının olması).
Epidemioloji nəzarət. Qara yara zamanı epidemioloji n ə-
zarət sistemində operativ təhlil baytarlıq xidmətinin məlumat la-
rı na əsas lanır. Xəstə ev heyvanları aşkar edildikdə epizootik
o caq da sənəti ilə əlaqədar və ya təsadüfən yoluxa bilən insanların
aş kar edilməsi məqsədilə epidemioloji müayinə aparılır. Epizoo-
tik ocaqda olan bütün şəxslər ehtimal olunan xəstəliyin vaxtında
diaqnostikasını aparmaq üçün kompleks şəkildə (epidemioloq,
kli nik həkim, mikro bioloqun iştirakı ilə) müayinə olunurlar. Bu
zaman həm heyvanların, həm də insanların peyvəndlənməsi haq-
qında məlumatlar toplanır.
İnsanların qara yara ilə xəstələnməsi, xüsusilə qrupşəkilli
xəs tələnmələr zamanı da ocaqda epidemioloji müayinənin apa-
rılması mütləqdir.
Qara yaranın retrospektiv təhlili zamanı xəstələnmənin sənəti
qruplar üzrə paylanmasını (heyvandarlıq təsərrüfatları ilə əlaqə,
heyvan xammalının emalı ilə əlaqə və s.), ərazi üzrə yayılması
(qara yaraya görə qeyri-sağlam təsərrüfatlarla əlaqə, heyvan xam -
malının emalı ilə məşğul olan konkret sənaye müəssisələri ilə
əlaqə; keçmiş heyvan qəbiristanlığında iş və s.), sosial (ş ə hər də
və ya kənd yerində yaşama), yaş qrupları üzrə paylanması ö y rə-
nilir. Bundan başqa, retrospektiv təhlil zamanı xəstə lən mə nin
mövsümiliyinin xarakte ristikası verilir.
Klinikası. Qara yara zamanı insanda inkubasiyadövrü cəmi
bir neçə saat davam edə bilər, bəzən 8 günə qədər uzanır, əsasən
isə 2-3 gün çəkir.
Xəstəlik məhdud (dəri və visseral) və ya yayılmış (septik)
formada inkişaf də bilər.
571
Qarayaranındəriformasınaqara yaranın 98-99% hallarında
rast gəlinir. Ən çox onun karbunkulyoz formasına təsadüf edilir.
Az hallarda xəstəliyin ödematoz, bulyoz formalarına da rast g ə-
linir. Əsas etibarilə bədənin açıq sahələri zədələnir; karbunkullar
başda, boyunda, ağızın və burunun selikli qişasında yerləşdikdə
xəstəlik daha ağır gedişə malik olur.
Adətən, bir karbunkul əmələ gəlir, lakin bəzən onların sayı
10-20 və daha çox ola bilər. İnfeksiyanın giriş qapılarının y e-
rində ardıcıl olaraq ləkə, papula, vezikula, xora inkişaf edir.
Ləkə ağrısızdır, qırmızı-mavi rəngdədir, diametri 1-3 mm, h ə-
şəratların dişləməsindən sonra qalan dişləmə yerini xatırladır, bir
neçə saatdan sonra mis-qırmızı rəngli papulaya çevrilir. Q a şın ma
və gicişmə hissiyyatı əmələ gəlir. 12-24 saatdan sonra papula
diametri 2-3 mm olan, içərisi maye ilə dolu qovuqcuğa çevrilir,
mayenin rəngi getdikcə tündləşir və qanlı olur. Qovuqcuq qaşı-
dıqda özbaşına partlayır və onun yerində dibi tünd-qəhvəyi
rəngli, kənarları qalxmış və seroz-hemorragik möhtə viy yatla
dolu xora əmələ gəlir. 1 sutkadan sonra xoranın ölçüsü diametri
8-15 mm-ə çatır. Nekroz nəticəsində xoranın mərkəzi hissəsi 1-2
həftədən sonra qara, ağrısız bərk qartmağa çevrilir və onun ətra-
fında qırmızı rəngli iltihab halqası görünür. Qartmağın xarici
gö rünüşü yanan kömürü xatırladır ki, bu da xəstəliyə “qara
yara” adının verilməsinə səbəb olmuşdur. Bu zədələnmə karbun-
kul adını almışdır. Karbunkul üzdə olduqda dərialtı toxumanın
ödemi fonunda karbunkulun mərkəzində iltihab zonası (qırmızı
rəngli) ilə əhatə olunmuş qara rəngli qartmaq əmələ gəlir.
Qara yaranın dəri formasının ödematoz növündə xəstədə
üzün və boynun kəskin ödemi, sağ gözün qapaqları sahəsində
nekroz əmələ gələ bilər.
Qara yaranın septik forması. Xəstəliyin formasından – dəri
və ya visseral formasından asılı olmayaraq qara yara infeksiyası-
nın yayılmış formasında klinik əlamətlərin müxtəlifliyi ilə t ə za hür
edən başlanğıc dövrdən fərqli olaraq, xəstəliyin terminal mər-
hələsində xəstəliyin klinikası eyni tiplidir: o, qara yara mik rob la-
rının periferik qana daxil olması ilə müşayiət olunur ki, onların
miqdarı 1 mm qanda 100 000 və 1000 000 bakterial hüceyrə təş-
572
kil edir ki, bu da qara yara sepsisi kimi nəzərdən keçirilir və
infeksion toksik şokun klinikası kimi qəbul edilir: qanın laxtalan-
ması və antikaaqulyant sisteminin ağır poz ğunluqları, asidoz,
kəs kin böyrək çatışmazlığı, bədən tempe raturunun aşağı düş-
mə si, güclü intoksikasiya baş verir.
Septik formaya çox nadir hallarda rast gəlinir. Xəstəlik kəs-
kin sarsıdıcı titrəmə və bədən temperatunun 39-40
0
C-yə qədər
qalx ması ilə başlayır. Kəskin taxikardiya, təngnəfəslik, taxipnoe,
döş qəfəsində ağrılar və köpüklü qanlı bəlğəmin ifrazı ilə ö s-
kürək müşahidə olunur. Pnevmoniya və plevrit əlamətləri müəy-
yən edilir. İnfeksion-toksik şok inkişaf etdikdə ağciyərlərin
hemorra gik ödemi baş verir. Qanda və bəlğəmdə böyük miq-
darda qara yara bakteriyaları aşkar edilir. Bəzi xəstələrdə q a-
rında ağrılar əmələ gəlir, ürəkbulanma, duru qanlı ishal əlavə
olunur. Sonralar bağırsağın parezi inkişaf edir, peritonit mey-
dana çıxır. Meninqoensefalit simptomları aşkar edilir. İnfeksion-
toksik şok, ödem və baş beynin şişkinliyi, mədə-bağırsaq qanax-
maları və peritonit xəstəliyin artıq ilk günlərində letal nəticənin
səbəbkarı ola bilər.
Dostları ilə paylaş: |