Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə48/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   44   45   46   47   48   49   50   51   ...   65

Yoluxma  yolları.  Ev  heyvanları  arasında  epizootik  proses 

b ru selyozun  fekal-oral  yoluxma  mexanizminin  sayəsində  sax-

lanır, lakin cinsi yolu da istisna etmək olmaz.

İnsan  bruselyozla  əsas  etibarilə  alimentar  yolla  –  törədi-

cilərlə yoluxmuş süd və süd məhsullarını istifadə etdikdə, həm-

çi nin qidada kifayət dərəcədə termiki emaldan keçirilməmiş və 

ya çiy ətdən istifadə etdikdə yoluxur. Sənəti ilə əlaqədar heyvan-


532

larla  təmasda  olan  insan ların  (baytarlar,  zootexniklər,  heyvan-

darlar, sağıcılar, çobanlar və s.) tə masla yoluxması qeyd edilir. 

T  ə  mas yoluxması adlanan belə yo luxma törədicilərlə çirklənmiş 

əllər vasitəsilə ağız boşluğunun selikli qişasına törədicilərin d a-

xil  edilməsi  zamanı  baş  verir.  Beləliklə,  sənəti  xəstələnmə  də 

həmçinin həzm yolu vasitəsilə yoluxma ilə bağlıdır.

Dəri örtüklərinin tamlığının pozulmasına gətirib çıxaran mik-

ro travmalar  zamanı  bruselyozla  yoluxma  istisna  olunmur.  Bru-

sellaların zədələnmiş dəridən orqanizmə daxil olması fikri həqi-

qətə  uyğun  deyildir,  çünki  brusellalar  –  hərəkətsiz  mikroblar 

olub,  dəri  toxumasını  zədələmək  üçün  bioloji  imkanlara  malik 

deyildir. Təmas yoluxması xüsusilə doğuş, abortar, ölmüş və ölü 

d o ğulmuş quzu balalarının dərisini soyduqda realizasiya olunur.

Brusellalar  heyvanların  ifrazatlarında  qurumaya  qarşı  d a-

vam lı  olduqlarına  baxmayaraq,  aborta  uğramış  və  doğulmuş 

hey vanların döl yanı mayesi və cifti ilə ətraf mühitin hətta yük-

sək konta mi na si yasında onların hava-toz yolu ilə yoluxması baş 

vermir. Bu, onu göstərir ki, bruselyozun birincili ağciyər forması 

müşahidə edilmir. Bir sıra müəlliflər yalnız ağırlaşmaın nəticəsi 

kimi bronxların zədə lənməsi və hətta pnevmoniyanın inkişaf e t-

məsi imkanını qeyd edirlər.

Çiy  süd  məhsulları,  ət  və  bruselyozlu  qoyun  və  keçilərdən 

al ın  mış xammal daha böyük epidemioloji əhəmiyyət daşıyır. Süd-

də  və  turş  süd  məhsullarında  brusellalar  uzun  müddət  həyat 

qabiliy yətlərini saxlayır (10 gündən 40 günə qədər və daha çox). 

Bruselyozla  xəstə  keçilərin  südü  bruselyozun  epidemiologiya-

sında xüsusi yer tutur. Ondan çiy halda istifadə etdikdə insanla-

rın  xəstə lənməsinə  səbəb  olur.  Qida  məhsulu  kimi  nadir  tətbiq 

olunan qoyun südü çox az hallarda xəstələnmənin səbəbi sayılır. 

İnək  südü  şəxslərin  böyük  qisminin  yoluxmasının  əsas  səbəbi 

h e sab olunur və sənəti və məişət şəraiti ilə heyvandarlıqla bağlı 

olmayan insanların yoluxma sında xüsusi yer tutur. Süd məhsul-

ları içərisində keçi südündən hazırlanmış pendirin (brınza) epi-

demioloji  əhəmiyyəti  daha  böyükdür.  Müəyyən  edilmişdir  ki, 

brınzadan  yoluxmaya  nəinki  onun  istehsal  olunduğu  yerlərdə, 

həm  də  uzaq  ərazilərdə  rast  gəlinir.  Bruselyozlu  hey van  lardan 


533

alınmış ət və ət məhsullarında törədicilər 30 gündən 45 günə q ə-

dər və daha çox saxlanır. Dondurulma və duzlama ətdə brusel-

laların saxlanma müddətinin azalmasına təsir göstərmir. Brusel-

lalar  xəstə  keçilərin  və  qoyunların  yununda  və  dərisində  uzun 

müd dət saxlanır. Törədici bruselyozlu heyvan ların sidiyi, eks kre -

mentləri,  həmçinin  cinsiyyət  orqanlarından  Patoloji  və  normal 

ifrazatları  ilə,  xüsusən  də  balasalmadan  (abort)  və  doğuşlardan 

sonra torpağa, yemə, suya və ətraf mühitin müxtəlif ə ş ya larının 

üzərinə düşür, onlar isə öz növbəsində həm insan üçün, həm də 

sağlam  heyvanlar  üçün  yoluxma  amillərinə  çevrilirlər.  Bu  o b-

yekt lərin əhəmiyyəti xəstəlik törədicisinin onlarda uzun müddət 

saxlanması (3-5 aya qədər və daha çox) nəticəsində artır. Xəstə 

hey  vanın orqa nizmindən bruselyozun törədicisinin uzun müddət 

xaric edilməsi, normal və Patoloji ifrazatlarda brusellaların yük-

sək  miqdarı,  həmçinin  onların  ətraf  mühitə  düşməsi  imkanı 

infek siyanın  insana  yoluxması  yollarının  müxtəlifliyini  şərtlən-

dirir.  Bruselyozun  törədicisi  insan  orqanizminə  həzm  yolunun, 

tənəffüs  yollarının  selikli  qişasından,  konyunktivadan,  dəri  ö r-

tüklərindən daxil ola bilər.



Yoluxmayolları bunlardır: alimentar – termiki emaldan keç-

mə miş  süd  məhsulları  vasitəsilə,  təmas,  aerogen  (dölyanı  sular 

havada,  həmçinin  yun  qırxımı  zamanı  aerozol  əmələ  gətirir). 

Yoluxmanın  şaquli  yolu  -  transplasentar  yol  da  mümkündür: 

brusellalar həmçinin xəstə anaların südündə aşkar edilir. Brusel-

yoza yoluxmuş döşlə əmizdirən ananın südü vasitəsilə infeksiya-

nın  ötürülməsi  imkanı  axıra  qədər  təyin  edilməmişdir.  Tək-tək 

hallarda bətndaxili yoluxma təsvir olunmuşdur.

Əhali arasında süd, süd məhsullarının və digər qida məhsul-

la rının işlədilməsi zamanı alimentar yoluxma hallarına daha çox 

rast gəlinir. Təmasyoluxma yolu nisbətən az hallarda – brusel-

yozla  xəstə  heyvanlarla  və  ya  onların  ifrazatları  ilə  çirklənmiş 

əşyalarla  təmasda  olduqda  müşahidə  edilir.  Bu  yola  daha  çox 

keçi  bruselyozu  ocaqlarında  rast  gəlinir  və  yoluxma  bu  halda 

də ri  örtükləri  və  selikli  qişalardan  baş  verir.  Aerogen  yoluxma 

yolu toz şəklində havaya qalxan yun hissələrində, peyində, tor-

paqda törədicinin olması ilə şərtlənə bilər. Yoluxmanın bu yolu 


534

nadir təsadüf olunur və yun qır xımı, tükün daranması və onların 

sonradan emalı zamanı (çeşidləmə, toxuma və s.), habelə heyvan-

ların saxlandığı və ya onlardan alınmış xammalın emal edildiyi 

yer lərin və ərazilərin yığışdırılması zamanı mümkündür. Bru  sel-

yozla  xəstə  insandan  yoluxma  son  dərəcə  nadir  hallarda  m ü şa-

hidə edilir.

Bruselyozla  xəstələnmə  müəyyən  dövrlərdə  artmaqla  bütün 

il boyu qeyd olunur. Keçi-qoyun tipli bruselyoz üçün xəstəliyin 

qış-yaz  mövsümiliyi  xarakterdir  ki,  bu  da  qoyunların  və  keçi-

lərin  balalama  dövrü  ilə  bağlıdır.  İribuynuzlu  mal-qaradan  y o-

luxma zamanı insan ların xəstələnməsinin mövsümiliyi xeyli az 

təzahür edir, nəinki keçi bruselyozunda. Balalama dövründə xəs-

təliklərin sayı az da olsa artır, sonra isə bir qədər azalır və bütün 

laktasiya mövsümündə, demək olar ki, eyni göstəricilərdə qalır. 

Kənd əhalisi arasında xəstələnmənin mövsümiliyi daha qabarıq 

ifadə olunur.

Patogenez və patoloji anatomiya. İnsanda bruselyoz infek-

si  ya sının patogenezi hazırkı dövrdə axıra qədər öyrənil məmişdir. 

Brusellalar orqanizmə dəridən və selikli qişalardan keçir, infek-

siyanın giriş qapılarından limfa yolları vasitəsilə yayılır və regi-

onar limfa düyünlərində çökürlər. Törədicinin birincili lokaliza-

siyası giriş qapılarının yeri ilə təyin olunur. İnsanda törədici ən 

çox ağız boşluğunun limfa aparatında (badamcıqlar və limfa d ü-

yünləri,  dilin  kökü),  dilarxası,  çənəaltı,  boyun  limfa  düyün lə-

rin də və nəhayət, bağırsağın ileosekal şöbəsinin aparatında aşkar 

edilir. Kiçik yoluxma dozalarında brusellalar məhv edilə və xəs-

tə lik baş verməyə bilər.

Sitoloji müayinələr göstərmişdir ki, regionar limfa düyün lə-

rin də (faqositlərdə) brusellalar ilk 5-10 gündə həddən artıq çoxa-

lır.  Regionar  limfa  düyünlərindən  bruselyozun  törədicisi  limfa 

və qan damarları vasitəsilə bütün orqanizmə yayılır. Yaranan g e-

ne ralizə  olunmuş  bruselyoz  infeksiyası  bakteriemiya  ilə  müşa-

yi ət  edilir  ki,  o  da  insanlarda  uzun  müddət  saxlanma  meylinə 

m a likdir. Belə ki, xəstənin qanından brusellalar xəstəliyin ilk 3 

ayı  ərzində  70,5%  hadisədə,  sonrakı  4-12  ay  ərzində  43,6% 

hadisədə, ikinci ildə 17% hadisədə əkilir, sonralar bakteriemiya 



535

sönür və xəstəliyin 3-cü ilindən etibarən aşkar edilmir. Hemato-

gen gətirilmə fazası eyni vaxtda qaraciyər, dalaq, sümük iliyi və 

s. kimi orqanlarda brusellaların saxlanması ilə müşayiət olunur, 

nəticədə çoxsaylı ikincili ocaqlar, yəni infektin rezervuarı əmələ 

gəlir,  oradan  isə  müxtəlif,  endo  və  ekzogen  amillərin  təsiri  a l-

tında  dövri  surətdə  brusellaların  təkrar  xaric  olması  baş  verir. 

Yoluxmuş şəxslərdə brusellalar sidiklə, nəcislə, tüpürcəklə, süd-

lə,  nadir  hallarda  isə  qadınların  vaginal  sekreti  ilə  ifraz  edilər 

bi lər. Allergiya bruselyozun patogenezində aparıcı amil sayılır, o 

artıq  infeksiyanın  generalizasiyası  dövründə  aşkar  olunur  və 

qeyri-müəyyən uzun müddət ərzində saxlanır. Ona görə də aller-

gik fon həm patomorfoloji dəyişikliklərin, həm də klinik gedişin 

xüsusiyyətlərini müəyyən dərəcədə təyin edir. İnək və donuz tipi 

bru sellaları  ilə  insanların  yoluxması  nadir  hallarda  generalizə 

olunmuş, kəskin septiki formalarda keçən xəstəliyin əmələ gəl-

məsinə səbəb olur. Brusellaların bu tipləri ilə yoluxmuş insanla-

rın əksəriyyətində klinik və ya zəif üzə çıxan obyektiv əla mət lə-

rin olması ilə gedən müsbət immunoloji və allergik reaksiyalar 

müşahidə  edilir.  Bruselyozun  residivləri  limfohemopoetik  sis-

tem də “yuxulayan” infeksiyanın hesabına həm endogen, həm də 

ekzogen  provokasiya  amilləri  ilə  şərtlənə  bilər.  Bununla  belə, 

həddindən  artıq  donma,  həddindən  artıq  qızma,  fiziki  və  ya 

kimyəvi  zədələr  və  ya  mübadilə  proseslərinin  pozulması  kimi 

pro vo

 

 kasiyaedici  amillərlə  yanaşı,  residivlərin  inikşafı  üçün 



labüd olan şərtlərdən biri həm qeyri-steril, həm də steril immu-

nitetin fonunda baş verən super- və reinfeksiyadır. İmmunitetin 

ləng tipdə formalaşması və davamsız olması onun səciyyəvi x ü su-

siy yətlərindəndir.  Müəyyən  edilmişdir  ki,  bruselyoz  infeksiya-

sında öz-özünə sağalma mümkündür.

 

Bruselyoz ümu milikdə o r-



qa nizmi  zədələyən  və  orqanizmin  allergik  yenidən qurul ması 

n     ə      ti   cə sində onun reaktivliyinin kəskin dəyişilməsi ilə gedən xro-

nik residivləşən qranulematoz infeksiyadır. Xəstəliyin başlanğıc 

döv rün də iltihabi dəyişikliklər spesifik xarakter almayaraq, o caq lı 

və diffuz alternativ-nekrobiotik və ya kəskin ekssudativ-pro duktiv 

pro seslər formasında təzahür edir. Bu zaman daxili orqanların p a-

ren ximatoz elementləri, adətən, degenerativ-nekrobiotik d ə yi şik -


536

lik lərə  məruz  qalır.  Sonralar  orqanizmin  allergizasiyası  yük səl -

dikcə  iltihabi  dəyişikliklər  qranulematoz-spesifik  xarakter  alır. 

Bruselyoz xəstəliyinin inkişafı prosesində spesifik və qeyri-spe-

sifik dəyişilmiş toxumalar əvvəlcə çapıqlaşmaya, sonra isə skle-

rotik proseslərə məruz qalır. Bruselyoz zamanı patomorfoloji d ə-

yi şikliklər bütün orqan və toxumalarda müşahidə edilir, lakin bu 

dəyişikliklər daha çox sinir sistemində, limfa, qan-da mar və bir-

ləş dirici toxumalarda üstünlük təşkil edir. Xəstə liyin kəskin inki-

şaf mərhələsində parenximatoz orqanların keçi rici  li yi nin artması 

və sonradan distrofiyası nəticəsində daxili orqanların seroz ilti-

habı  birinci  yerdə  durur.  Ardıcıl  olaraq  limfa  düyün lərində, 

dalaqda, qaraciyərdə və digər orqanlarda re tik ul yar h  ü  cey  rələrin 

hiperplaziyası inkişaf edir. Bu dəyişikliklər bruselyoz infeksiyası-

nın  kəskin  generalizasiyasının  təzahürüdür  və  iltihabi  hiperergik 

xarakter  alır.  Bruselyozun  yarımkəskin  mərhələsində  müxtəlif 

orqanlarda əsasən həmin infeksiya üçün səciyyəvi sayılan qranu-

lemaların  yaranması  ilə  meydana  çıxan  produktiv  iltihab  aşkar 

olunur.  Produktiv-iltihabi  proseslər  çox  vaxt  distrofik  dəyişik-

liklər və sirkulyator pozğunluqlarla uyğunlaşır. Bruselyozun xro -

nik gedişli mərhələsində çapıqlaşma əlamətləri və sklerotik p ro-

seslərin  inkişafı  ilə  təzahür  edən  produktiv  xarakterli  pro ses lər 

üstünlük  təşkil  edir.  Qeyd  etmək  lazımdır  ki,  bruselyoza  xas 

patomorfoloji dəyişikliklərin böyük rəngarəngliyində həmin i n-

fek siya üçün səciyyəvi xüsusiyyət yayılmış xarakterli infeksion-

allergik vaskulit hesab olunur.



Klinikası.  Bruselyoz  infeksiyası  zamanı  inkubasiya  dövrü-

nün müddəti dəqiq təyin edilməmişdir, xəstələrin əksəriyyətində 

o, 2-3 həftə təşkil edir, lakin 4-7 həftəyə qədər, bəzən isə daha 

çox uzana bilər. Bruselyozla xəstələnmə bir halda kəskin, digər 

halda tədricən başlayır. Bruselyozla xəstələrin başlıca şikayətləri 

o y  naqlarda, əsas etibarilə aşağı ətraflarda yerdəyişən xarakterli a ğ-

rı lar, ümumi zəiflik, tez yorulma, baş ağrısı, tərləmə ilə əvəz lə nən 

titrəmə,  iştahanın  azalması,  yuxunun  pozulması  və  s.  olmuş dur. 

Xəstəliyin ən çox rast gəlinən və nisbətən davamlı klinik əlaməti 

– orqanizmin temperatur reaksiyasıdır. Bruselyoz z a manı tempe-

ratur əyriləri müxtəlif ola bilər. Uzunmüddətli subfebril tempera-


537

tura daha çox rast gəlinir, nisbətən az intermittasiya edən, r e missiya 

edən, qeyri-düzgün residivləşən qızdırma müşahidə olu nur.  Nadir 

hallarda bruselyoz afebril keçə bilər.

Bruselyoz  klinik  əlamətlərin  polimorfizmi  ilə  səciyyələnir. 

B ə zi yoluxmuş şəxslərdə klinik əlamətlər olmadan birincili-latent 

forma baş verir ki, o yalnız immunoloji reaksiyalarla aşkar edilir. 

Digər lərində xəstəlik kəskin (kəskin-septiki) və ya xronik (birin-

cili-xronik  metastatik  və  ikincili-xronik  metastatik)  formalarda 

keçir.  Klinik simptomlar itdikdən sonra (orqanizmdə brusellalar 

saxlandığı halda) xəstəlik ikincili-latent formaya keçir, o isə orqa-

nizm zəiflədikdə yenidən kəskinləşə və xronik formalardan birinə 

keçə bilir.

Qadınlarda  adneksitlər,  endometritlər,  mastitlər,  spontan  uşaq 

salmalar mümkündür. Ginekoloji anamnezdə aybaşı tsiklinin p o-

zul  ması,  sonsuzluq,  vaxtından  əvvəl  doğuşlar,  özbaşına  uşaqsal-

malar kimi halların qeyd edilməsi bruselyoz infeksiyasına şübhə 

oyat malıdır. Hamilə qadınlarda bruselyoz zamanı özbaşına uşaq-

salmalar mümkündür.

Bruselyozun  xarakterik  ağırlaşmaları  –  erkən  abortlardır 

(düşüklər), onlar daha çox xəstəliyin xronik gedişində baş verir. 

Çox vaxt düşüklər xəstəliyin latent gedişi zamanı onun yeganə 

təzahürü  kimi  xidmət  edir. Adətən,  düşüklər  xəstəliyin  r e sidivi 

fonunda  baş  verir,  ondan  sonra  xəstəliyin  gedişinin  pis ləşməsi 

mümkündür.

Bruselyozla xəstə hamilə qadınlarda çox vaxt anemiya, hid-

rops, nefropatiya inkişaf edir. Sağlam qadınlara nisbətən onlarda 

tez-tez cift gəlişi, onun vaxtından əvvəl aralanması aşkar edilir. 

Xəs  təliyin kəskinləşməsi zamanı və müalicə almayan qadınlarda 

bəzən  dölün  antenatal  ölümü  müşahidə  olunur.  Dölün  brusel-

yozla yoluxması transplasentar yolla və doğuş zamanı mümkün-

dür. Dölün inkişafı uzunmüddətli intoksikasiya, ana orqanizminin 

sensibilizasiyası  ilə  əlaqədar  olaraq  pozulur.  Bəzən  h i  pok siya, 

hipotrofiya, dölün ürək fəaliyyətinin pozulması müşa hi də edilir.

Brusellaların qadın cinsiyyət orqanlarının neyroendokrin sis-

teminə toksiki təsiri qızlarda cinsi inkişafın gecikməsinə səbəb 

ola  bilər.  Sonsuzluq  uşaqlığın  artımlarında iltihab  pro ses lə rinin 


538

inkişafı ilə şərtlənir. Ciftin patoloji dəyişiklikləri, vitamin balan-

sının  pozul ma sı,  orqanizmin  intoksikasiyası  hamiləliyin  er  kən 

dövründə düşüklər ilə nəticələnə bilər. Hamilə qadınlarda abort-

lar,  ölü  doğuşlar,  vaxtından  əvvəl  doğuşlar,  düşüklər  uşaqlarda 

ana dan gəlmə  bruselyoz  tez-tez  baş  verir.  Təzə  doğmuş  xəstə 

qadınların  südündə  brusellalar  olduğu  üçün  südəmər  uşaqların 

yoluxması istisna edilmir. Proqnoz, ümumiyyətlə, ə l ve rişlidir.

İş qabiliyyətinə görə patogenez ciddidir, xüsusən də mərkəzi 

sinir  sistemi  zədələndikdə  (meninqoensefalitlər,  mielitlər).  Bru-

sel   laların həyat fəaliyyəti məhsulları, həmçinin ciftdə gedən P ato-

loji dəyişiklər sayəsində qadın orqanizminin intoksikasiyası nəti-

cəsində 20% hallarda ölü doğuşlar müşahidə edilir. Uşaq ö lü mü 

5%-dən çox qeydə alınır.

Xəstələrin  böyük  əksəriyyətində  mərkəzi  sinir  sisteminin 

müx        təlif funksional pozğunluqları müşahidə edilir. Bu, baş ağrı-

ları, y u xu nun pisləşməsi, tez yorulma, əhvalın pisləşməsi, əsə bi-

lik, a ğ lağan lıq kimi şikayətlərlə təzahür olunur. Parasim patik si nir 

s is    te   minin tonusunun üstünlük təşkil etməsi ilə bərabər, v e ge tativ 

pozğunluqlar da müşahidə edilir. Çox, bəzən isə həd din dən artıq 

tərləmə vegetativ distoniyanın tez-tez rast gəli nən ə la   mə tidir.

Bruselyoz  zamanı  seroz  meningitlərə  və  meninqoen sefa lit-

lərə nisbətən az hallarda rast gəlinir. Bruselyoz zamanı dəri ö r-

tük     lərinin rənginin dəyişilməsi müşahidə edilir və o, solğun, m üx  -

tə lif çalarlı sarımtıl, özünəməxsus mərmər rəng alır. Dəridə əmələ 

gələn səpkilər geniş polimorfizmi ilə fərqlənir, eritemalar, qızıl-

cayabənzər, rozeol yoz, papulyoz, vezikulyoz, hemorragik, pete-

xial səpkilər müşahidə olunur. Bruselyozun uzun sürən gedi şində 

qabıq vermə, müxtəlif ölçülü və müxtəlif lokalizasiyalı piq men ta-

si yalar müşahidə olunur.

Dayaq-hərəkət aparatının zədələnməsi bruselyoz üçün səciy-

yəvi əlamət sayılır. Ağrılar yaranır ki, bu, çox vaxt oynaq larda o b-

yektiv dəyişikliklər olmadan da üzə çıxır. Əsas etibarilə orta ö l-

çülü oynaqlar zədələnir və ağrılar öz intensivliyinə görə bəzən o 

d ə  rəcədə kəskin olur ki, xəstələri həm narahat edir, həm də onla-

rın  yuxusunu  pozur.  Bruselyoz  zamanı  nisbətən  az  hal lar da 

artritlər,  bursitlər  və  tendovaginitlərə  rast  gəlinir.  Onlar  uzun-


539

müd dətli  gedişi  ilə  fərqlənir  və  dayaq-hərəkət  aparatının  tam 

bərpa olunması ilə səciyyələnirlər. Brusel yozun özünəməxsus t ə-

za hürlərindən  biri  də  müvəqqəti  yaranan,  davamsız,  müxtəlif 

lokalizasiyalı fibrozitlər sayılır. Fibrozitlərin inkişafı sərbəst x a-

rakterli,  tək-tük  baş  verən,  əziyyətli  ağrılarla  və  məhdudlaşmış 

və ya diffuz infiltrasiyanın yaranması ilə səciyyələnir. Ağrıların 

d a  vametmə  müddəti  müxtəlif  ola  bilər  –  bir  neçə  saatdan  bir 

ne çə günə qədər. Limfa düyünlərinin (qasıq, boyun) orta dərə cə li 

bö yü məsi müşahidə olunur, az hallarda proses generalizə olun-

muş xarakter alır. Çox nadir hallarda bütün qruplardan olan peri-

ferik  limfa  düyünlərinin  toyuq  və  ya  göyərçin  yumurtası  ö l çü-

sünə  qədər  böyüməsinə,  bəzən  isə  onun  xoralaşmasına  rast 

g  ə  linir. Tənəffüs orqanlarında baş verən dəyişikliklər na dir hal-

larda baş verir və klinik olaraq laringit, bronxitin və çox az hal-

larda  xırdaocaqlı  pnevmoniyanın  əmələ  gəlməsi  şəklində  t ə-

zahür  edir.  Bruselyozun  ağır  formalarında  ürək-damar  sistemi 

t  ə   rə  findən  dəyişikliklər  qeydə  alınır.  Çox  zaman  bruselyozun 

qrip, kəskin respirator infeksiyalar, qızılca kimi kəskin yoluxucu 

xəstəliklərlə birgə gedişi müşahidə olunur, onların əmələ gəl məsi 

bruselyoz infeksiyasının klinik əlamətlərini bir o qədər də yişmir 

və xəstəliyin davametmə müddətinə təsir göstərmir.



Klinik  və  laborator  diaqnostikası.  Bruselyoz  infeksiyası 

d a  yaq-hərəkət aparatında ağrılarla, qaraciyərdə, dalaqda dəyişik-

liklərin  yaranması  ilə  sürərək  bəzən  revmatizm,  angioxolesistit, 

qastrit, hepatit və digər xəstəliklərin maskası altında gizlənir. Ona 

görə  də  bruselyoza  görə  qeyri-sağlam  ərazilərdə  dayaq-hərəkət 

aparatının,  hepato-biliar  sistemin  hər  hansı  xəstəliyində  brusel-

yoza görə müayinə olunmaq vacibdir. Bu xəstəliyə şübhə yaran-

dıqda  ümumi  anamnestik  məlumatlarla  və  epidemioloji  ana m-

nezlə, xəstənin obyektiv müayi nəsi ilə yanaşı, laborator m  ü a   yinələr 

də  dəyərli  məlumatlar  verə  bilər.  Ona  görə  bruselyoza  düzgün 

diaqnozun qoyulması yalnız müayinə metodlarının bütün komp-

leksinin yerinə yetirilməsi ilə təmin edilə bilər. Qanda anemiya, 

limfositozla  birgə  leykopeniya,  monositoz,  EÇS-nin  artması 

q ey də alınır. Kəskin bruselyozlu xəstələrin qanının ümumi m ü-



540

ayinəsi  zamanı  həm  leykositlərin  normal  miqdarı,  həm  də  az 

nəzərə çarpan leykopeniya aşkar edilə bilər.

Bruselyozun  laborator  diaqnostikası  aşağıdakı  metodlarla 

apa rılır: 1) bakterioloji, 2) seroloji, 3) allergik dəri sınağı. B ru-

sel  yo zun törədicisinin kulturasının alınması diaqnozun qoyulma-

sında mühüm rol oynayır. Törədiciləri qandan, sümük iliyindən, 

irindən,  oynaqdaxili  mayedən,  dalağın  punktatından,  nəcisdən 

və s. ayırd etmək olar. Bruselyozla xəstə olan şəxslərdən törə di-

ci lərin  ayırd  edilməsi  üçün  qanın  bakterioloji  müayinəsi  daha 

tez-tez  tətbiq  edilir.  Qanda  brusellaların  aşkarlanması  ən  çox 

xəs təliyin kəskin mərhə ləsində və temperatur reaksiyası ilə m ü-

şa yiət olunan kəskinləşmələr zamanı müşahidə olunur. Xəstə lər-

dən  götürülmüş  materialda  törə dicilərin  aşkarlanması  zamanı 

a şa ğı dakı xüsusiyyətləri yadda saxlamaq lazımdır: qan əkmə lə-

rin də brusellalar yavaş inkişaf edir və onların kulturaları, adətən, 

5-10 gündən sonra, bəzən isə yalnız əkmədən 20-30 gün sonra 

aşkar  edilir.  Hemokultura  metodu,  xüsusən  Br.abortus  tipi  ilə 

yoluxma zamanı heç də həmişə müsbət nəticə vermir. Hemokul-

turanın mənfi cavabı bruselyozun olmasını qətiyyən inkar etmir. 

Hemokulturanın bu metodu ağır və mürəkkəb olduğuna görə adi 

təcrübədə işlədilmir.

Bruselyozun diaqnostikasının seroloji metodlarından Rayt və 

Xeddlson  reaksiyası  daha  geniş  tətbiq  olunur.  Rayt  reaksiyası 

yüksək spesifikliyə malikdir. Aqqlütinasiya reaksiyasının ən yük-

sək titrləri adətən, xəstəliyin başlanğıcından 1-2 ay sonra qey də 

alınır, sonra isə onlar kifayət dərəcədə sürətlə azalmağa başlayır-

lar. Nadir hallarda Rayt reaksiyası uzun müddət ərzində (keçiril-

miş  xəstəliklən  sonra  3-5  il  müddətində)  müsbət  olaraq  qalır. 

Aqqlütinasiyanın  son  diaqnostik  titri  1:200  nisbəti  sayılır.  Xəs-

tədə  “mənfi”  və  ya  “şübhəli”  reaksiya  olduqda  (titr  1:50)  Rayt 

reak siyasının bir neçə vaxtdan sonra (məsələn, 7-10 gündən son-

ra)  təkrar  qoyulması  tövsiyə  edilir.  Hazırda  bruselyozun  təcili 

diaq nostikasının ümumi qəbul edilmiş metodu Xeddlson reaksi-

yası sayılır. Bu reaksiya da, həmçinin spe sifikdir, Rayt reaksiyası 

ilə  eyni  vaxtda  və  ya  hətta  bəzi  hallarda  xəstəliyin  daha  erkən 

dövrlərində müsbət ola bilir və Rayt reaksiyasına nisbətən uzun 

müddət ərzində təyin edilə bilər.



541

Rayt reaksiyasına nisbətən Xeddlson reaksiyasının üstün c ə-

həti ondadır ki, birincini istənilən laboratoriyada qoymaq müm-

kündür  və  nəticə  tezliklə  alınır.  Bu  reaksiyanın  çatışmayan 

cəhəti  odur  ki,  yalnız  qanda  aqqlütininlərin  keyfiyyətcə  təyin 

edilməsi  üçün  işlədilir,  onun  nəticəsinə  əsasən  aqqlütininlərin 

titrlərinin  dinamikasını  müəyyən  etmək  olmaz.  Bundan  başqa, 

Rayt reaksiyası digər sınaqlardan tez əmələ gələrək və tez itərək 

infeksiyanın  olmasının  əsas  göstəricisi  sayılır,  infeksiyanın 

gedişi dövründə saxlanır və aktiv prosesin getdiyini sübut edir. 

Deyilənlər Xeddlson reaksiyasına da aiddir, lakin o, nisbətən uzun 

müddət  ərzində  müsbət  olaraq  qalır  və  bəzən  xəstəliyin  ya rım-

kəskin və xronik dövrlərində müşahidə olunur.

Dəriiçi allergik sınaq – Bürnesınağı daha geniş tətbiq edilir, 

o,  tamamilə  spesifikdir  və  olduqca  yüksək  həssaslığa  malikdir. 

Bürne  sınağı  brusellinin  (brusellaların  bulyon  kulturasının  filt-

ratı) dəriiçi yeridilməsinə qarşı dərinin yerli reaksiyası şəklində 

orqanizmin  spesifik  cavab  vermək  qabiliyyətini  təyin  edir.  O, 

x əs   təliyin artıq başlanğıcından 3-4 həftə sonra müsbət olur, son-

ralar uzun müddət ərzində (bəzən bir neçə ilə qədər), hətta tam 

klinik sağalmadan sonra saxlanır. nəticələrin qeydə alınması 24 

və  48  saatdan  sonra  həyata  keçirilir,  onun  qiymətləndirilməsi 

zamanı əsas etibarilə iltihabi ağrılı ödemə fikir verilir; ödem o l-

madan  inyeksiya  yerində  dərinin  hiperemiyası  diaqnostik  əhə-

miyyət daşımır. Ağrının olmaması və dərinin rənginin dəyiş mə mə si 

(adətən, ödemləri müşayiət edir) sınağın müsbət q  iy    mət    ləndirilməsini 

istisna etmir. Nəzərə almaq lazımdır ki, Bürne reaksiyası diri bru-

selyoz vaksini ilə vaksinasiyadan sonra da müsbət olur. O, vaksi-

nasiyadan 1-1,5 ay sonra əmələ gəlir, 2-3 aydan 12-13 aya qədər 

aydın nəzərə çarpır, bundan sonra sön məyə başlayır. Rayt reaksi-

yası  və  Bürne  sınağının  maksimal  diaqnostik  effekti  onların 

kompleks şəkildə tətbiq edilməsi zamanı əldə olunur. Onlar bir-

birlərini əvəz edə bilməzlər, yalnız qarşılıqlı şəkildə bir-birlərini 

tamamlayırlar.

Xəstələrin  bruselyozdan  özbaşına  sağalmasını  və  onların 

ikin cili  yoluxması  imkanını  nəzərə  almaq  lazımdır.  Bruselyoz 

zamanı immu nitet nisbi xarakter alır və digər xronik infek si ya-


542

lar da olduğu kimi, çox böyük çətinliklə yaranır. Bruselyozun g e-

di şinə  ətraf  mühitin  müxtəlif  amilləri:  donma,  həddindən  artıq 

yorulma, fiziki gərginlik, həmçinin onlara qoşulan kəskin və xro-

nik  yoluxucu  xəstəliklər  (və rəm,  qızılca  və  s.)  əlverişsiz  təsir 

göstərir. Bruselyoz zamanı proqnoz qənaətbəxşdir. Lakin yadda 

saxlamaq  lazımdır  ki,  xəstəlik  zamanı  residivlər  baş  verə  bilər 

və xronik bruselyoz rezidual əlamətlər mərhələsinə keçə bilər ki, 

nəticədə daxili orqanlarda, dayaq-hərəkət aparatında və sinir sis-

te mində yalnız qalıq dəyişiklikləri yaranır.



Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin