Az rbaycan Respublikas t hsil Nazirliyinin


İİV-infeksiyalı şəxslərin hüquq və vəzifələri



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə44/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   40   41   42   43   44   45   46   47   ...   65

İİV-infeksiyalı şəxslərin hüquq və vəzifələri. Müvafiq q a-

nun  vericiliyə  əsasən  dövlət  bütün  İİV-infeksiyalı  şəxslərə  İİV-

infeksiyanı  aşkar  etmək  üçün  tibbi  müayinədən  keçməyi  (ano-

nim)  təmin  edir;  həmçinin  ixtisaslı  və  xüsusi  tibbi  yardımla 

pulsuz xidməti təşkil edir. İİV-infeksiyalı şəxslərin ölkədə h   ə    rə  -

kə tinə, tədris müəssisələrinə və işə qəbul edilməsinə məhdu diy -

yət  qoyulmur  və  bununla  onların  bütün  hüquqlarının  qorun ma-

sına zəmanət verilir.



491

İİV-infeksiyalı  şəxslər  digərlərini  İİV-infeksiya  ilə  yolux-

dur ma cəhdində olduqda və yoluxdurduqda cinayət məsuliy yə-

ti nə cəlb edilirlər. 



Mikoplazmoz 

İnsanın  mikoplazmalar  tərəfindən  törədilən  xəstəlikləri  m i-

ko plazmozlar qrupunda birləşir. Mikoplazmalar təbiətdə mövcud 

olan  sərbəst  yaşamaq  və  çoxalmaq  qabiliyyətinə  malik  orqa-

nizmlərin  ən  kiçikləridir.  Mikoplazmalar  qrupuna  m ik ro  or  qa-

nizmlərin iki cinsi daxildir: mikoplazmanın özü və ureaplazma. 

P a togen mikoplaz maların üç növündən ikisi (Mycop lasma homi-

nis,  Mycoplasma  genitalium)  cinsi  təmas  zamanı  (urogenital 

mikoplazmoz), biri hava-damcı yolu ilə (Mycoplasma pneumonia 

– respirator mikoplazmoz) ötürülür. Mikoplazmalar digər mikro-

orqanizmlərlə  assosiasiyalarda  müxtəlif  xəstəliklər  törədə  bilir  – 

onlar  sidik-cinsiyyət  üzvlərində  və  tənəffüs  üzvlərində  parazitlik 

edərək  vaginitlər,  salpingitlər,  pielonefrit,  kişi  sonsuz luğu,  pnev-

moniya, KRX törədirlər. “Təmiz şəkildə” (monoin feksiya) m i kop-

lazmaların törətdiyi xəstəliklər, bir qayda olaraq, az simptomlu, 

hətta simptomsuz keçir.



Mikoplazmozların etiologiyası. Mikoplazmalar ilk dəfə 1937-

ci ildə aşkar edilmişdir. Ən kiçik sərbəst yaşayan bu pro kariotlar 

Mollacutes sinfinin Mycoplasmatales sırasına mənsub olan M y-

cop lasmatajeae ailəsinə daxildir. Təsnifata əsasən viruslar, bak-

teriyalar və ibtidailər arasında aralıq mövqe tutur. Onlar sərbəst 

mövcud ola bilmirlər, çünki əsas qida maddələrini sahib orqaniz-

min  hüceyrələrində  parazitlik  etməklə  onlardan  alırlar.  Mikop-

lazmalar,  adətən,  epiteli  hüceyrələrinə  –  bağırsaq,  tənəffüs  və 

sidik-cinsiyyət yollarının selikli qişasına yapışırlar.

İnsanda rast gəlinən çoxlu sayda mikoplazmalar arasında yal-

nız 4 növü müəyyən şəraitdə xəstəlik törədə bilir. Onlardan biri – 

Mycoplasma pneumonia tənəffüs sistemini zədələyərək boğazda, 

bronxlarda, ağciyərlərdə iltihabi xəstəliklər törədir. Qalan üçü – 

Mycoplasma genitalium, Mycoplasma hominis, Ureaplasma ure-

alyticum  sidik  -  cinsiyyət  mikoplazmozunun  t ö rə diciləridir  və 


492

onlar  hazırkı  dövrdə  cinsi  yolla  keçən  xəstəliklər  sırasında 

mühüm yer tutur.

Mikoplazma  hüceyrələrinin  orta  ölçüsü  0,3-0,8  mkm,  orta 

diametri isə 0,42 mkm təşkil edir. Lakin inkişafın müəyyən mər-

hələlərində  uzunluğu  150  mkm  qədər  uzanmış  sapvari  h ü cey-

rələr  əmələ  gətirən  növlərə  də  təsadüf  edilir.  Adətən,  m i kop-

lazma koloniyaları eukariotların hüceyrə membranında p a ra zitlik 

edərək  hüceyrə  möhtəviyyatından  qida  maddəsi  kimi  isti fadə 

edirlər.


M. genitalium ilk dəfə insanın urogenital yolunda aşkar edil-

mişdir (adı da buradan götürülmüşdür). Lakin o, respirator yolu 

k o lo niyalaşdırmağa daha çox meyillidir. M. genitalium öz gene-

tik və antigen əlamətlərinə görə M. pneumoni-yə yaxındır və y ük -

sək pnevmotropluğa malikdir. M. hominis əsasən urogenital yolun 

aşağı  şöbələrini  koloniyalaşdırır  və  həm  böyüklərdə,  həm  də 

u şaq larda aşkar edilir. M.pneumoniae dəyişkən hərəkətliliyə m a-

likdir; əsasən insanın respirator yolunda yaşayır, lakin daxili üzv-

lərin və sinir liflərinin toxumalarında da parazitlik etməyə q a dir-

dir.  Ureaplasma  urealyticum  əsasən  insanın  urogenital  y o lunda 

və burun-udlağında yaşayır.

Mikoplazmaların xarici mühitdə davamlılığı azdır, onlar tez-

liklə məhv olurlar, ona görə də əsas yoluxma üsulu cinsi və ya 

sıx məişət təmasıdır. Məişət yolu ilə yoluxma, məsələn, digə ri-

nin (ailə üzvünün və s.) alt paltarı və ya çimərlik paltarını geyi-

nər kən,  hamam  dəsmalını  istifadə  üçün  kiməsə  verərkən  və  s. 

zamanı  baş  verə  bilər.  Mikoplazmoz,  bir  qayda  olaraq,  gizli, 

əsasən silinmiş, azsimptomlu formalarda keçir. 

Hazırda müxtəlif mənbələrdən (keçilərdən, qoyunlardan, q a-

ra  maldan, donuzlardan, gəmiricilərdən, quşlardan, həmçinin xəs-

tə  və  sağlam  insanlardan)  alınan  mikoplazmaların  40-dan  ar tıq 

növü məlumdur. İnsanda mikoplazmaların 9 növü aşkar e dil  miş-

dir,  lakin  patologiyada  onlardan  yalnız  3  növ  əhəmiyyət  kəsb 

edir:  Mycoplasma  pneumoniae,  Mycoplasma  hominis,  Ureap-

lasma urealyticum. 

Epidemiologiyası.  Mikoplazmalar  təbiətdə  geniş  yayılmış-

dır.  Onların  əksəriyyəti  bitkilərin  və  heyvanların  parazitləridir, 



493

lakin bəzi növləri saprofitdir. Ümumilikdə mikoplazmaların yüz-

dən artıq növü və iki yüzdən artıq yarımnövü (serovarı) vardır. 

İn san  mikoplazmaların  ən  azı  14  növü  üçün  təbii  rezervuardır. 

Miko plazmaların  əksəriyyəti  xlamidiyalar,  rikketsiyalar,  barto-

nel lalar və viruslar kimi hüceyrə parazitləridir. Lakin adları ç ə-

kilən mikroorqanizmlərdən fərqli olaraq, nüvədə və ya sitop laz-

mada deyil, hüceyrə membranında yaşamağa üstünlük v e rə rək, 

onların  səthində  yerləşir,  içərisinə  girir  və  ya  hətta  on lara  “q a-

rışırlar”.  İnsan  orqanizmində  mikoplazmaların  parazitlik  e t məsi 

üçün obyektlər epitelinin sinir liflərinin, parenximatoz üzv lərin, 

əzələlərin,  oynaqların,  vəzilərin  hüceyrələri,  həm çinin  qan 

hüceyrələri və insanın müxtəlif üzvlərində normal və ya Patoloji 

halda yaşayan digər mikroorqanizmlərin hücey rə lə ri dir.

  Xəstəliyin  yayılmasının  iqlim  şəraitindən  açıq-aşkar  asılılığı 

müşahidə edilir. Tənəffüs yollarının selikli qişalarının, eşitmə üzvü-

nün,  oynaqların,  qanyaradıcı  və  parenximatoz  üzvlərin  m i kop laz-

mozları hələ kifayət qədər öyrənilməmişdir və onlar çox vaxt v i rus 

infeksiyaları hesab edilir. 

Müxtəlif  növlü  mikoplazmalar  üçün  infeksiyanın  aşağıdakı 



yoluxma  yolları  müəyyən  edilmişdir:  cinsi,  maye  (damcı  – 

m a  ye və məişət – birbaşa təmas və ümumi istifadə əşyaları vasi-

təsilə baş verən yol da daxil olmaqla), bətndaxili və natal (infek-

siyalaşmış ananın doğuş yollarından keçərkən).



İnfeksiya mənbəyi yalnız mikoplazmozlu xəstə və ya miko-

plazma gəzdiricisi olan sağlam insandır. Mikoplazmalara ən çox 

ilin  soyuq  vaxtı  təsadüf  olunur.  Sidik-cinsiyyət  mikoplaz mozu 

k işi lərdə qeyri-qonokokk uretriti və qadınlarda çanaq üzvlərinin 

iltihabi xəstəlikləri şəklində xlamidioz və süzənəklə müqayisədə 

xeyli  az  müşahidə  olunur.  Çox  vaxt  qarışıq  xəstəlik,  həmçinin 

mi ko plazmaların  sağlam  gəzdiriciliyi  müşahidə  olunur,  bu  isə 

infeksiyanın  dölə  keçməsi  üçün  təhlükə  yaradır.  Bətndaxili  i n-

fek  siyalaşma  qalxan  infeksiya  (bəzən  hematogen)  nəticəsində 

baş  verə  bilər,  doğuş  zamanı  dölün  infeksiyalaşma  təhlükəsi 

y ük  səkdir. Hamiləliyin erkən dövrlərində infeksiyalaşma zamanı 

özbaşına abort baş verə bilər. Urogenital mikoplazmoza hər yer-

də rast gəlinir. Belə ki, çoxsaylı işlər sidik-cinsiyyət yolunun tri-


494

xomonada,  qonokokk  və  xlamidiya  zədələnmələri,  qadın  cin siy-

yət  sahəsinin  naməlum  etiologiyalı  kəskin  və  xronik  ilti hab ları, 

hamiləliyin və dölün patologiyaları zamanı miko plaz ma infeksi-

yasının xeyli yayıldığını göstərir.

Urogenital  ureaplazmoz  əhalinin  müxtəlif  qrupları  arasında 

kifayət qədər geniş yayılmışdır. Cinsi aktivliyi yüksək olan şəxs-

lərdə, cinsi yolla keçən bəzi xəstəliklərdə – süzənəkdə, trixomo-

niazda və ən çox hamiləlik zamanı o, daha böyük tezliklə aşkar 

olunur.


Ədəbiyyat məlumatlarına görə, genital infeksiya simptomları 

olan  qadınların  80%-də  və  reproduktiv  funksiyanın  pozğun-

luqları  olan  qadınların  51%-də  ureaplazmalar  aşkar  edilmişdir. 

Ureaplazmalar herpes və kandidamikoz infeksiyaları olan xəstə-

lərdə daha çox aşkar edilir. Onu da qeyd etmək lazımdır ki, onlar 

qadınlarda kişilərə nisbətən daha çox və daha yüksək titrlərdə a ş-

kar edilir. 

Mikoplazma  infeksiyasının  cinsi  yolla  keçməsi  faktı  şübhə 

d  o  ğurmur.  Bundan  başqa,  dölün  bətndaxili  infeksiyalaşmasına 

gətirib çıxaran şaquli yoluxma yolu da mövcuddur. Yarımçıq və 

vaxtında doğulmuş uşaqlar qrupunun müayinəsi göstərmişdir ki, 

yarımçıq  doğulmuş  uşaqların  qan  zərdabı  nümunələrinin  53%-

də  və  vaxtında  doğulmuş  uşaqların  qan  zərdabı  nümunələrinin 

42%-də  mikoplazmalara  qarşı  antitellər  vardır.  Bu  məlumatlar 

anti tel lərin  transplasentar  yolla  ötürülməsinin  mümkünlüyünü 

sübut edir.

Son illər sidik-cinsiyyət üzvləri sisteminin mikoplazma etio-

logiyalı zədələnmələri xeyli artmışdır və sidik-cinsiyyət üzv lə ri-

nin  bütün  iltihabi  xəstəliklərinin  təqribən  40%-ni  təşkil  edir. 

Onlar sürəkli gedişə malikdir, çox vaxt residivləşir, ağırlaşmala-

rın  əmələ  gəlməsinə  səbəb  olurlar.  Qarışıq  zöhrəvi  xəstəliklər 

zamanı mikoplazmaların rolunu heç kim inkar etmir.

Urogenital  mikoplazmoz  da  hər  bir  yoluxucu  xəstəlik  kimi 

inkubasiya dövrünə malikdir. Urogenital mikoplazmozlar za manı 



inkubasiya dövrünün müddəti 3 gündən 3 – 5 həftəyə qədər 

M.hominis infeksiyasının digər mikroorqanizmlərlə assosia-

siyaları  zamanı  onun  xeyli  aktivləşməsi  qeyd  olunmur,  onların 


495

rolu  bu  infeksiya  olduqda  əhəmiyyətli  dərəcədə  artır.  M.homi-

nis-in  aşkar  olunma  faizinin  trixomoniaz,  süzənək,  xlamidioz 

za manı çox olması, yəqin ki, insanın sidik - cinsiyyət sahəsinin 

müxtəlif  iltihabi  proseslərinin  etiologiyasında  qarışıq  mikop-

lazma – qonokokk, mikoplazma – xlamidiya və mikoplazma – 

trixomonada  infeksiyalarının  rolu  olduğunu  göstərir.  Genital 

mikoplazmalarla yoluxmada cinsi yolun əsas olmasını qəbul e t-

məklə,  qadınların,  xüsusən  də  qızların  birbaşa  olmayan  təmas 

zamanı yoluxması da nəzərə alınmalıdır. İnfeksiya müxtəlif məi-

şət əşyaları (yataq ağları, gecə güvəcləri) və kifayət qədər zərər siz-

ləşdirilmədikdə mama-ginekoloji kabinetlərin alətləri (uşaqlıq yolu 

ucluqları, rezin əlcəklər, ginekoloji güzgülər) ilə də keçə bilər.

Sosial vəziyyətin aşağı olması, oral kontraseptiv preparatlar-

dan  və  uşaqlıqdaxili  vasitələrdən  istifadə  edilməsi,  hamiləlik, 

qonokokk, xlamidiya, trixomonada uretriti olan cinsi partnyorlar 

mikoplazmozla  xəstələnməni  kontrol  qrupla  müqayisədə  xeyli 

artırır. Prezervativlərdən müntəzəm istifadə edilməsi cinsi part-

nyorlarda mikoplazmaların aşkar olunma tezliyini azaldır.

Parazitar mikoplazmalar sahibə münasibətdə ciddi növ spesi-

fikliyinə  malikdirlər,  bir  növün  fərdləri  arasında  yayıla  bilir  və 

onlar  üçün  potensial  patogenlər  ola  bilirlər.  Mikoplazmalar x a-

rici mühitə bir neçə maddə, məsələn, hemolizinlər və ən azı bir 

ney ro toksin ifraz edirlər. İnsanlarda tənəffüs yollarının infeksiya-

ları zamanı patogenezin birinci mərhələsi mikoplazma ların epi-

teli hüceyrələrinin səthində yerləşən reseptorlara yapışmasından 

ibarətdir.  Selikli  qişaların  iltihab  reaksiyası  baş  verir,  sonra  isə 

interstisial pnevmoniya və nekrozlaşan bronxit inkişaf edə bilər.

Urogenital infeksiyaların etioloji strukturu daim dəyişir. Son 

zamanlar xlamidiya, virus, mikoplazma infeksiyalarının və qarı-

şıq infeksiyaların tezliyi kəskin surətdə artmışdır; antibiotiklərə 

qarşı inkişaf etməkdə olan davamlılıq və orqanizmin cavab reak-

siyalarının  xüsusiyyətləri  ilə  əlaqədar  olaraq,  onlarla  mübarizə 

xeyli çətinliklər törədir.



Klinikası. Mikoplazma infeksiyası zamanı qadınların c i n siy-

yət üzvlərində iltihabi proses zəif ifadə olunur və çox vaxt, de -



496

mək olar ki, subyektiv hissiyyat törətmir. Lakin qeyd etmək l a-

zımdır  ki,  mikoplazmoza  monoinfeksiya  kimi  yalnız  12  -  18% 

h al larda rast gəlinir, digər patogen mikroblarla assosiasiyada isə 

87  -  70%,  xlamidiyalarla–25–30%  hallarda  təsadüf  edir.  Qeyd 

olu nur  ki,  naməlum  etiologiyalı  kolpitlər  və  servisitlər  zamanı 

M.hominis klinik sağlam qadınlarda olduğuna nisbətən 2 - 4 dəfə 

çox aşkar olunur.

Urogenital mikoplazmoz infeksiyaları kəskin, xronik və s imp-

tomsuz olur. Mikoplazma infeksiyası ilə assosiasiyalaşan xəstə-

liklərin xronik formalarına qeyri - qonokokk uretritləri aid edilir. 

Mikoplazmalar  çox  vaxt  xronik  ginekoloji  xəstəliklər  –  vagi-

nitlər,  servisitlər,  uşaqlıq  borularının,  yumurtalıqların,  piyliyin 

ilti habi prosesləri zamanı aşkar edilir. Simptomsuz formalar və 

ya mikoplazmagəzdirənlik sidik-cinsiyyət üzvlərinin selikli qişa-

sında  reaktiv  iltihabi  əlamətlərlə  müşayiət  olunmur.  Mikoplaz-

moz lokalizasiyasına görə də təsnif olunur (uretrit, balanit, pros-

tatit, epididimit, servisit, bartolinit, endometrit, salpingit və s.). 

İnfeksion prosesin inkişafı immunitetin ümumi zəifləməsi, hor-

monal statusun dəyişməsi və orqanizmin taqətdən düşməsinə g ə-

ti rib çıxaran vəziyyətlər zamanı mümkündür. Törədici urogenital 

yolun selikli qişasının epitel hüceyrələrinə daxil olur. Qadınlarda 

ilkin infeksiya ocağı, bir qayda olaraq, uşaqlıq boynunun və ya 

uretranın  selikli  qişasıdır.  İnfeksiyanın  əsas  yayılma  yolu  onun 

uşaqlıq boynundan uşaqlığın daxili qişası ilə uşaqlıq borularına 

və sonralar qarın boşluğuna qalxan yolla yayılması za  manı sidik 

- cinsiyyət üzvlərinin selikli qişasının epiteli örtük lə ri nin ardıcıl 

surətdə  zədələnməsidir.  Kiçik  çanaq  üzvlərində  i l  ti  hab  prosesi-

nin  inkişafı  sonsuzluq,  uşaqlıqdankənar  hamiləlik,  hamiləliyin 

pozulması kimi ağırlaşmalara gətirib çıxarır.

Qadınlarda təzə süst gedişli urogenital mikoplazma zədə lən mə-

ləri  az-az  hallarda  müşahidə  edilir.  Onlar  xarici  cinsiyyət  üzv ləri 

nahiyəsində qısamüddətli, zəif qaşınma və uşaqlıq y o lun dan və ya 

sidik kanalından azacıq tez kəsilən ifrazatın gəl məsi şək lində təza-

hür edir ki, bu da narahatlıq törətmir. Xəstələr tibbi yar dıma mür a-

ciət etmirlər, onlar yalnız infeksiya mənbəyi kimi müayinə olu nar-



497

kən və ya urogenital mikoplazmozla xəstə lənmiş cinsi p a rtn yor ların 

müayinəsi zamanı aşkar olunurlar.

Süst mikoplazma vulvovaginitləri, uretritləri, servisitləri, bir 

qayda  olaraq,  urogenital  mikoplazmozun  xronik  formasına  k e-

çirlər. Xəstələr sidik - cinsiyyət üzvləri nahiyəsində vaxtaşırı baş 

verən  qaşınmadan,  özbaşına  yox  olan  və  bir  müddətdən  sonra 

yenidən meydana çıxan və güclənən az miqdarda selikli ifrazat-

dan şikayət edirlər.

Çox vaxt qadınlarda urogenital mikoplazmozun subyektiv və 

obyektiv klinik əlamətləri olmur və yalnız sidik - cinsiyyət yol-

larından  gələn  ifrazatın  və  ya  onlardan  götürülmüş  qaşıntının 

müayinəsi  mikoplazmaları  aşkar  edir.  Belə  qadınlar  mikoplaz-

magəzdirənlər və mikoplazma infeksiyasının rezer vuarıdırlar.



Laborator  diaqnostikası.  Kultural  metod  mikoplazmaların 

(ureaplazmaların)  süni  mühitlərdə  çoxalma  qabiliyyətinə  ə  sas -

lanır.  Qidalı  mühitə  çox  vaxt  müəyyən  növ  üçün  spesifik  fer  -

ment olduqda rəngli reaksiya verən və ya PH mühitinin dəyiş-

məsinə reaksiya göstərən indikatorlar daxil edilir ki, bu da nəti-

cələrin  vizuallaşdırılmasını  asanlaşdırır  və  bəzən  miko plazma-

ların  müxtəlif  növlərini  onların  biokimyəvi  xüsusiy yət lə rinə 

görə diferensisiya etməyə imkan verir. Bəzən yetişmiş koloniya-

ların növ mənsubiyyəti immunoloji və genetik metodlarla müəy-

yən olunur. Kultural metodun şərti – 100 % həssaslıqla (əslində 

isə  80  %-dən  çox  olmur)  “qızıl  standart”  hesab  olunur.  Qalan 

metod ların həssaslığını kultural metoda münasibətdə faizlə ifadə 

etmək qəbul edilmişdir. Bu metodun mühüm çatışmazlığı onun 

müddətidir – bir neçə gündən bir neçə həftəyə qədər. Təcrübədə, 

bir  qayda  olaraq,  5-7  günlə  kifayətlənir,  bundan  sonra  nəticəni 

qiymətləndirməyə cəhd göstərirlər.

Sitoloji metod tədqiq olunan materialda (yaxmalarda, yuyun-

tularda,  bəlğəmdə,  plevra  eksudatında  və  ya  bioptatda)  miko-

plaz   maların bilavasitə müşahidə edilməsini nəzərdə tutur. Miko-

plaz maların hər bir növü üçün öz standartlaşdırılmış diaqnostika 

metodları mövcuddur. İmmunflüoressensiya reaksi ya larına (İFR, 

DİF),  immunferment  reaksiyalarına  (İFA),  genetik  markerlərin 

is ti  fadəyə  (ZPR)  işlədilməsinə  əsaslanan  metodlardan  istifadə 


498

e  dil   məsi  məlumdur.  Diaqnostika  metodları  kimi,  presipitasiya 

reaksiyası  (PR),  passiv  hemoqlütinasiya  reaksiyası  (PHAR)  və 

aqre qathemoqlütinasiya reaksiyası da (AHAR) məlumdur. Diaq-

nostika  məqsədilə  çox  vaxt  Seroloji  reaksiyalardan  (KBR,  d o-

layı hemaqlütinasiya reaksiyası, soyuq aqlütininlərin təyin edil-

məsi) istifadə edilir. Antitellərin titrinin 4 dəfə və daha çox a rt   ması 

diaqnostik meyar hesab edilir. Hema qlüsinasiyanın lən gimə reaksi-

yası  (HALR)  daha  həssasdır.  KBR  və  DHAR  anti tellərin  aşkar 

edil  məsində istifadə edilir, lakin hamilə qadınların və ya uretritli 

x əs tələrin müayinəsində onlardan istifadə edilmir. S e ro  loji reaksi-

yalardan  əhali  qruplarının  kütləvi  müayinəsi  z a manı  tətbiq  edil-

məsi məqsədəuyğundur.

Mikrobioloji analiz üçün nümunələr sidik kanalının selikli q i-

şa sından,  uşaqlıq  yolu  tağlarından,  uşaqlıq  boynu  kanalından, 

periuretral nahiyədən götürülür. Mikoplazmaları aşkar etmək m  əq  -

sə dilə sidik nümunələrinin birinci səhər porsiyasından götü rül məsi 

daha yaxşıdır. Abort olunmuş və ölü doğulmuş döllər, am ni osintez 

zamanı alınmış sular da mikrobioloji müayinədən keçirilir.

Mikoplazmozların müalicəsi. Əksər hallarda M.hominis və 

U.urealyticum  pasiyentlərdə  urogenital  yolun  digər  törədiciləri 

ilə  birlikdə  mikstinfeksiya  şəklində  aşkar  edilir.  Onlar,  adətən, 

xlamidioz, kandidoz, qardnerelyozla, az-az hallarda isə trixomo-

niazla  birlikdə  təsadüf  edirlər.  Mikoplazmaların  antibio tiklərə 

qar şı münasibəti onlarda hüceyrə divarının olmaması ilə müəy-

yən olunur. Onların əksəriyyəti tetrasiklin sırası antibiotik lərə, bir 

çox  makrolidlərə,  linkozamidlərə  və  streptoqraminlərə,  amino-

qlikozidlərə və xloramfenikola qarşı həssasdır. 

Genital  mikoplazmozun  müalicəsi  kompleks  olmalı  və  ona 

həm törədiciyə təsir edən preparatlar, həm də orqanizmin qeyri-

spe sifik müqavimətini stimullaşdıran preparatlar daxil edilmə lidir. 

Mikoplazma  infeksiyasına  monoinfeksiya  kimi  olduqca  na dir 

hallarda rast gəlməsini, əsasən xlamidiozla, trixomo niazla, qard-

nerelyozla və digər infeksiyalarla birgə təsadüf etmə sini nə zərə 

alaraq, mikoplazmozların müalicə sxeminə  metronidazol  qrupu 



499

preparatlarının  və  antimikotik  preparatların  əlavə  edilməsi  v a-

cib dir. 

Hazırda mikoplazmozların terapiyasında antibiotiklər hakim 

mövqe  tutur.  Onların  siyahısı  kifayət  qədər  genişdir:  azalidlər, 

mak ro lidlər,  tetrasiklinlər,  flüorxinolonlar,  sefalosporinlər.  Ure-

aplaz mozun  terapiyası  bir  qədər  fərqlidir,  burada  ən  yaxşı  nəti-

cələr tetrasiklinlər və makrolidlərlə terapiya zamanı alınır. Qadın-

larda  müalicə  qurtardıqdan  10  gün  sonra  kontrol  müayinələr 

aparılır.  Sonralar  üç  aybaşı  tsikli müddətində üçqat müayinələr 

aparılır, yaxşı olar ki, müayinələr aybaşından bilavasitə əvvəl və 

ya onun qurtar masından 1-2 gün sonra aparılsın. Əgər müalicə 

qurtardıqdan  sonra  kişilərdə  bir  ay  müddətində,  qadınlarda  isə 

üç aybaşı tsikli müd dətində törədici aşkar edilməsə, xəstələr s a-

ğalmış hesab olunurlar.

Profilaktika.  Profilaktika  metodları  cinsi  yolla  keçən  digər 

xəs  təliklərdə olduğu kimidir. Bununla yanaşı, onu da nəzərə a l-

maq lazımdır ki, ailədə xəstələrlə sıx təmasda olduqda, m ə sə lən, 

qızlarda mikoplazma vulvovaginitləri 3-30% təşkil e t mişdir. Hər 

bir aşkar vulvovaginit hadisəsinə bir neçə daha yüngül urogeni-

tal xəstəlik hadisəsi düşür. Mikoplazma infeksiyası bila vasitə sıx 

təmas zamanı yoluxdurulur (ümumi yataq, ümumi t u alet əşya la-

rından, gecə güvəclərindən, dəsmallardan istifadə edil məsi və s.).  

Bəzən mikoplaz malarla infeksiyalaşmanın mənbəyi uşaq bağça-

larında və ya körpələr evlərində xidmətçi heyət olur.

Urogenital mikoplazmozların əhali arasında geniş yayılması, 

tez-tez baş verən simptomsuz gediş epidemioloji nəzarət xidmə-

tinin, xüsusən də yüksək xəstələnmə riskinə məruz qalan şəxslər 

üzərində  (onlara  fahişələri,  homoseksualistləri  və  s.  aid  etmək 

olar), təşkili üçün əsas ola bilər. Urogenital yolun naməlum etio-

logiyalı xronik iltihabi xəstəliklərindən əziyyət çəkən fertil yaşlı 

bütün hamilə qadınların müayinəsi son dərəcə vacibdir. Ağırlaş-

mış mamalıq anamnezi olan və hazırkı hamiləliyi qeyri-qəna ət-

bəxş  keçən  hamilə  qadınlar  da  məqsədyönlü  şəkildə  müayinə 

olunmalıdır.

Mikoplazmozla xəstələnməyə görə yüksək risk qrupuna pielo-

nefritli və sidik daşı xəstəliyi olan xəstələr də aiddir. Prostatiti, ure t-

riti və sonsuzluğu olan xəstələr mütləq müayinə olunmalıdırlar.


500

Urogenital yolun naməlum etiologiyalı xronik iltihabi xəs tə-

lik lərindən  əziyyət  çəkən  reproduktiv  yaşlı  bütün  qadın ların, 

həm çinin fəsadlaşmış mamalıq anamnezi olan və hazırkı hami lə-

liyi qeyri-qənaətbəxş keçən hamilə qadınların məqsəd yönlü m  ü-

a   yinəsi vacibdir. Kişilərin və qadınların əksəriyyətində xəs təlik 

xronik və ya latent formada klinik təzahürlər və subyektiv his-

siyyatlar olmadan keçdiyinə görə, xəstələrin aktiv aşkarlanması 

və müalicəyə cəlb edilməsi urogenital mikoplaz mozların uğurlu 

mübarizə  metodla rından  biridir.  Təbii  ki,  belə  şəxslər  ö z lərini 

sağlam  hesab  edir,  sərbəst  surətdə  həkimə  müraciət  etmir  və 

mikoplazma infeksiyanın potensial mənbələri olaraq qalırlar.

 


501


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin