Yayılması. Viruslu hepatitlər səhiyyənin mühüm tibbi-sosial
problemlərindən sayılır. Polietioloji xəstəliklər qrupuna aid ola-
449
raq viruslu hepatitlər (A, B, C, D, E) bir-birindən infeksiya
mənbəyinin epidemioloji əhəmiyyətinə, müxtəlif yoluxma m e xa -
nizmlərinə görə fərqlənirlər ki, bu da təbii, sosial və bioloji a mil-
lərlə şərtlənmişdir.
Viruslu hepatitlər dünyanın bütün qitələrində geniş yayılmış-
dır. ÜST-ün məlumatına görə, viruslu hepatitlərlə xəstələnmə
səviyyəsi dünya miqyasinda ildən-ilə artır. Bu artım xüsusilə
Av ropa və Şimali Amerikada daha çox nəzərə çarpır. Rusiyada da
belə artım qeyd edilir.
Etiologiyası. Bu qrupa aid olan xəstəliklər müxtəlif viruslar
tərəfindən törədilir, ona görə də epidemioloji cəhətdən bir-bi rin-
dən əsaslı fərqlənirlər. ÜST-ün ekspertlər komitəsi viruslu hepa-
tit lərin birinci iki növünü hepatit A (HA) və hepatit B(HB) ad -
lan dırmışdır.
Əvvəllər naməlum etiologiyalı hepatitləri nə A, nə B (NANB)
viruslu hepatitlər aid edirdilər. Hazırda fekal-oral yoluxma mexa-
nizminə malik NANB hepatit E, parenteral yolla keçən NANB
isə hepatit C adlandırılır. Bununla yanaşı, D (HDV), F(HFV) və
G (HGV) hepatit virusları tərəfindən törədilən hepatitlər də
mə lumdur.
Viruslu A hepatiti ( VAH)
Viruslu A hepatiti (VAH) viruslu hepatitlər qrupuna daxil olan
sərbəst yoluxucu xəstəlikdir.
Etiologiyası. Hepatit A virusu (VAH) ilk dəfə 1978–1980-ci
illərdə hüceyrə kulturasında xəstənin qanı və nəcisindən alınmış-
dır. ÜST-ün ekspertlər qrupunun məlumatına görə, A hepatitinin
törədicisi RNT-tərkibli virusdur, onun genomu birsaplı RNT-dən
ibarətdir, mərkəzi hissəsi və qişası yoxdur. Picornaviridae ailəsi,
Hepatovirus cinsinə aiddir. VAH girdə şəkilli, bir saplı RNT-yə
ma likdir, biokimyəvi və biofiziki xassələrinə görə enterovirus-
lara aiddir (enterovirus 72). Onlar bir sıra hüceyrə kulturasında
ç o xa laraq hüceyrənin tamlığını pozmurlar. VAH-ya marmozetlər
və şimpanze meymunları həssasdırlar. Xəstələrdən alınmış VAH
elek tron mikroskopunda öyrənərkən elektron keçirməyən virion-
lar aşkar edilmişdir, onlar “dolu” virionlar adlandırılıb. Bundan
450
baş qa, “boş” hissəciklər də tapılmışdır. Dolu virionlar DNT-tər-
kibli olduğundan yoluxucu adlandırılmışdır, “boşlar” isə DNT-
dən azaddırlar. “Dolu” və “boş” virus hissəciklərin örtüyündə
diaq nostik əhəmiyyət daşıyan xüsusi antigen vardır. VAH orqa-
nizmə daxil olduqda qanda ona qarşı spesifik əkscisimlər əmələ
gəlir, onun tapılması diaqnostik baxımdan əhəmiyyətlidir. Sağ-
lam şəxslərin orqanizmdə əkscisimlərin səviyyəsi immunitetin
gərginlik dərəcəsinin göstəricisidir.
VAH 20ºC soyuğa davamlıdır, 60ºC temperaturda 4 saat ə r-
zində sağ qalır, 98ºC hərarətdə və 1,5 atmosfer təzyiqində (a v-
tok lavda) tez məhv olurlar. Xlorlu dezinfeksiyaedici maddələrə
həssasdırlar. Belə ki, ətraf mühitdə nisbətən davamlıdır. Suda 3
ay dan 10 aya qədər, ifrazatlarda – 30 sutkaya qədər sağ qalır. Bu,
törədicinin suda, qida məhsullarında, çirkab sularında və di gər
ətraf mühit obyektlərində həyat qabiliyyətini uzun müddət saxla-
masını təmin edir. Virus 100ºC temperaturda 5 dəqiqə ə r zin də
inaktivasiya olunur; 0,5-1,0 ml/l dozada xlorun təsiri ilə pH 7,0
olduqda 30 dəqiqə ərzində sağ qalır.
İnfeksiya mənbəyi – xəstə şəxsdir (xəstəliyin istənilən for-
maları ilə: sarılıqlı, sarılıqsız, simptomsuz və inapparant); yolux-
duruculuq dövrü – inkubasiya dövrünün son 7-10 günü, bütün
sarılıqönü dövr və sarılıqlı dövrün 2-3 günüdür. Virusun xronik
gəzdirənliyi müəyyən edilməmişdir.
Yoluxma mexanizmi fekal-oral mexanizmdir, su, qida, çirk-
lən miş əşyalar vasitəsilə həyata keçir. Bu yoluxma yollarından
hər birinin rolu müxtəlif şəraitlərdə fərqlənir. Su yolu, bir qayda
o la raq, xəstəliyin alovlanmalarına səbəb olur. O, keyfiyyətsiz
su dan istifadə edən əhali kütləsini əhatə edir. Qida alovlanmaları
ictimai iaşə obyektlərinin heyəti arasında aşkar edilməmiş xəs tə lər
tərəfindən qida məhsullarının törədicilərlə çirkləndirilməsi za manı
baş verir. Plantasiyaları çikrab suları ilə suvardıqda və ya peyinlə
gübrələdikdə törədicilərlə çirklənmiş meyvə və giləmeyvələrlə də
yoluxmaq mümkündür. Təmas-məişət yo lux ma yolu bir sıra o b-
yektlərdə, məsələn, uşaq məktəbəqədər müəssisələrində, ailə lərdə,
hərbi hissələrdə sanitar-gigiyenik rejimin pozulması zamanı rea-
lizə oluna bilər.
451
İnkubasiya dövrü orta hesabla 15-30 gün (7 gündən 50 günə
qədər) təşkil edir. HA virusu orqanizmdən inkubasiya dövründən
etibarən ifraz olunur. Klinik əlamətlərin təzahür etdiyi (şid dət-
lən mə) dövrdən başlayaraq virusların orqanizmdən xaric edil-
məsi azalır, rekonvalessensiya dövründə isə tamamilə dayanır.
Laborator müayinələr nəticəsində müəyyən edilmişdir ki,
HA virusu xüsusilə heterogenlik və dəyişkənlik xüsusiyyətinə
m a lik dir. HA virusuna insanların həssaslığı müxtəlifdir. Ona
görə də, xəstəlik ocağında yoluxanların hamısı xəstələnmir, xəs-
tə lənənlər isə xəstəliyi eyni dərəcədə keçirmirlər. Adətən, xəstə-
liyi 3 növə bölürlər: a) sarılıqlı; b) sarılıqsız; c) simptomsuz
n öv ləri. VAH-ın manifestliyi çox deyil. Orta hesabla HA-nın s a-
rı lıqlı növü 1-10% təşkil edir. Aparılmış müayinələr göstərir ki,
3 aya qədər olan bütün uşaqlarda HA virusuna qarşı əkscisimlər
aşkar edilir ki, o da anadan uşağa əkscisimlərin cift vasitəsilə
keç mə si nin nəticəsində meydana çıxır. 1 yaşa yaxınlaşdıqca əks-
ci simləri olan uşaqların sayı azalır, sonradan yenidən yüksəl-
mə yə başlayır. Xəstəliyin əvvəlində xəstələrin qan zərdabından
M sinfinə aid immunoqlobulinlər tapılır və onlar 3-4 ay saxlanılır.
3-6 aydan sonra G sinfinə aid olan immunoqlobulinlər artmağa
başlayır və ömrünün sonuna qədər xəstənin orqanizmdə qala bilir.
Hepa to sit lər HA virusuna çox həssasdırlar, viruslar nəcislə ifraz
olunurlar, yoluxma isə ağız vasitəsilə baş verir.
Xarici mühitdə HA virusu uzun müddət saxlanma qabiliy yə-
ti nə malikdir.
Uşaq kollektivlərində xəstəliyin məişət-təmas yolu ilə yayıl-
ması mühüm əhəmiyyət daşıyır. Müəyyən şəraitdə əsas yoluxma
amili kimi su və ya qida mühüm rol oynayır.
VAH-da epidemik prosesin gedişi peyvənd dövründən əvvəl
poliomielitə görə yaranmış vəziyyətlə olduğu kimidir. VHA qlo-
bal miqyasda, qeyri-bərabər yayılmışdır. Qərbi Avropa ölkə lə-
rin də xəstəliyin göstəricisi hər 100000-ə 20 hadisədən (Alma-
niya, İsveç, Finlandiya) 200-260 hadisəyə qədər təşkil edir
( Y u q os laviya, Macarıstan, Çexo slo vakiya). Asiya və Afrika ölkə-
lərində bu göstəricilər daha yüksəkdir (500-700-ə qədər), Orta
Asiya və Qazaxıstanda 300-dən 500-ə qədər, Rusiyada 100-ə
qədər, Azərbaycanda isə orta hesabla 220,5 hadisə təşkil edir.
452
Ayrı-ayrı ərazilərdə epidemik prosesin inkişaf intensivliyi
müxtəlif amillərlə (doğuş, yaş strukturu, çoxuşaqlı ailələrin miq-
darı, müəssisələrin sayı, əhalinin sıxlığı, miqrasiya, sanitar v ə-
ziy yəti) şərtlənir. Bundan başqa, əhalinin həssas təbəqəsinin y a-
ran ması törədicinin dövriyyəsinə təsir göstərir. VAH xəstəliyi
əsasən uşaq infeksiyasıdır. Epidemik prosesin inkişaf etdiyi əra-
zi lərdə ən yüksək xəstəlik göstəricisinə körpələr evində tərbiyə
alan uşaqlar arasında təsadüf edilir. Ümumi əhali arasında xəs-
təlik azaldıqca HA “qocalır”. Xəstəlik göstəriciləri əvvəl mək-
təbə qədər uşaqlar, sonra məktəblilər arasında yüksəlir.
Yaşdan əlavə, ayrı-ayrı əhali qrupları arasında da VAH-nın
yayılması eyni deyildir. VAH-nın xəstəlik göstəricisi aşağı olan
ölkə lərdə əqli inkişafdan geri qalan uşaqlar və ruhi xəstələr yer-
ləş dirilmiş xəstəxanalarda HA xəstəliyinin alovlanmaları qeyd
edilir. Bu, onu göstərir ki, törədicilərin saxlanması imkanı geniş-
dir və həssas orqanizmdə passaj edildikdə virusun epidemik vari-
antının yaran ması və yayılması baş verir. VAH-nın çoxillik dina-
mikası dövriliklə təzahür edir ki, bu da müxtəlif yaş qrupları və
ərazilərdə eyni deyildir.
VAH xəstəliyi Azərbaycanın ayrı-ayrı ərazilərində də qeyri-
bərabər yayılmışdır. Belə ki, HA ilə xəstəlik göstəricilərinə görə
(əhalinin hər 100000 nəfərinə) Azərbaycanı 3 yerə bölmək olar:
a) Rayon və şəhərlərdə xəstəlik göstəricisi 100-ə qədərdir. Bu
qrupa Sabirabad, Neftçala, Saatlı, İmişli, Beyləqan, Lerik, Sal-
yan, Gədəbəy, Yardımlı, Şamaxı, Ağdam, Biləsuvar, Quba, Q a-
zax, Şəki və bir sıra rayonları daxil etmək olar. Həmin ərazilərdə
epidemik prosesin inkişafı zəif intensivliyə malikdir. Bu rayon-
ların içərisində elə rayonlar vardır ki, orada xəstəlik göstəricisi
20-30-dan yuxarı qalxmır (Sabirabad, İmişli, Gədəbəy, Cəli la-
bad, Biləsuvar və s.) və epidemik prosesin intensivliyinə görə bu
əra zilər Qərbi Avropa ölkələri (Almaniya, İsveç, Finlandiya və
s.) s ə viy yəsindədir.
b) İkinci qrup rayon və şəhərlərdə (Laçın, Tərtər, Dəvəçi,
Yev lax, Qusar, Ucar, Füzuli, Bərdə və s.) HA xəstəlik göstəricisi
200-dən 300-ə qədərdir. Xəstəlik göstəricilərinə görə bu ərazi-
lərdə epidemik prosesin intensivliyi Yuqoslaviya, Macarıstan,
Çexos lova kiya və Orta Asiyada olduğu kimidir.
453
c) Üçüncü qrup rayon və şəhərlərdə (Sumqayıt, Mingəçevir,
Qəbələ, Balakən, Göyçay, Daşkəsən, Qax, Cəbrayıl, Qubadlı və
s.) HA xəstəlik göstəriciləri 300-dən 700-ə qədərdir. HA-la xəs-
tə lənmənin belə intensivliyi Asiya və Afrika ölkələrində, Orta
Asiya və Qazaxstanda olduğu kimidir.
VAH xəstəliyinin səviyyəsi fekal-oral mexanizmlə yayılan
di gər bağırsaq yoluxucu xəstəliklərinin yayıldığı ərazilərlə uy -
ğun gəlmir. Həddən artıq isti rayonlarda (Salyan, Neftçala, Sabi-
rabad, İmişli, Cəlilabad, Ağdam, Ağsu, Kürdəmir, Beyləqan,
Saatlı, Ağcabədi, Biləsuvar və s.) bağırsaq yoluxucu xəstəlik lə-
rinin səviyyəsi yüksək olduğu halda, VAH ilə xəstələnmə gös tə-
ri cisi (əhalinin hər 100000 nəfərinə görə) 6,8-dən 100-ə qədər
qalxmışdır. Əksinə, bağırsaq yoluxucu xəstəliklərinin nisbətən
aşağı göstəriciləri qeyd edilən mülayim iqlimli rayonlarda
( Qə bələ, Qax, Cəbrayıl, Balakən və s.) HA ilə xəstələnmə gös tə-
ri cisi 300-dən yuxarı olmuşdur.
Azərbaycanda VAH xəstəliyinin epidemik prosesinin şiddət-
lən məsi avqust ayından başlayır, noyabr ayında ən yüksək zir-
və yə çatır, yanvar ayından etibarən enməyə başlayır və nisbətən
aşağı səviyyəyə düşür, belə vəziyyət növbəti ilin avqust ayına
qədər qalır. Respublikada VAH xəstəliyinin 70-80%-i uşaqlar və
yeniyet mələr arasında qeyd edilir, onların arasında xəstəlik gös-
tə ricisi 1200-ə çatır ki, bu da ümumi respublika göstə ri ci lə rin dən
3-4 dəfə çoxdur.
Təbii həssaslıq yüksəkdir. VAH dünyada ən geniş yayılmış
bağırsaq infeksiyalarına aiddir. ÜST-ün məlumatlarına əsasən, hər
il dünyada təqribən 1,4 mln hepatit A ilə xəstələnmə hadisəsi
qeydə alınır. Aşağı və orta xəstələnmə göstəriciləri olan əra zi lər də
əhalinin əksəriyyətində 20-30 yaşında keçirilmiş hepa tit nəti cə-
sində immunitet əmələ gəlir. Bundan fərqli olaraq, yük sək x əs tə-
lən mə səviyyəsi qeyd olunan rayonlarda postinfeksion immunitet
artıq 4-6 yaşlarda formalaşır.
A hepatiti zamanı epidemik prosesə ayrı-ayrı ərazilərdə xəs-
tələnmənin qeyri-bərabər paylanması, çoxillik dinamikada d öv -
rü lük, mövsümilik səciyyəvidir. Xəstəlik hər yerdə yayıldıqda
454
yüksək, orta və aşağı xəstələnmə göstəriciləri qeydə alınan əra-
zilər müşahidə olunur.
Xəstəliyə yay-payız mövsümiliyi xasdır. Xəstələnmənin art-
ması iyul-avqust aylarında başlanır, oktyabr-noyabr aylarında ən
yüksək həddə çatır və sonra növbəti ilin birinci yarısında azalır.
Əsasən 3-6 yaşda olan uşaqlar xəstələnir, lakin son illər b ö-
yüklərin də xəstələnməsi müşahidə olunur. Şəhər və kənd əha lisi
arasında xəstələnmə praktik olaraq bərabərləşmişdir. Ailə ocaq-
ları nadir hallarda qeydə alınır. Xəstələnmənin dövrlüyü aş kar
edilmişdir: ayrı-ayrı ərazilərdə xəstələnmənin artması 3-10 ildən
bir, böyük ərazilərdə isə ümumilikdə 15-20 ildən bir baş verir.
Profilaktik və əksepidemik tədbirlər. Viruslu A hepatiti
fekal-oral yoluxma mexanizmi ilə yayıldığından, ona qarşı ba ğır -
saq yoluxucu xəstəliklər zamanı görülən tədbirlərdən istifadə
edilir. Bununla belə, hepatitin hava-damcı yolu ilə yayılması da
nəzərə alınmalı və buna müvafiq əlavə tədbirlər görülməlidir.
Uşaq müəssisələrində bu tədbirlərin həyata keçirilməsi xüsusilə
böyük əhəmiyyət kəsb edir.
Profilaktik tədbirlər digər bağırsaq infeksiyalarında olduğu
kimi epidemik prosesin ikinci halqasına – törədicinin yoluxma
mexanizminə qarşı yönəldilmişdir. Bəzən A hepatiti zamanı əks-
e pidemik tədbirlər gecikir. Sarılıqlı forma ilə xəstənin izolyasi-
yası heç də həmişə ətrafdakıları qorumur, çünki yoluxduruculuq
dövrü həmişə xəstənin izolyasiyasından əvvəl artıq öz işini
gö rür. Ocaqlarda sarılıqsız formalı xəstələrin və virus gəz di rən lə-
rin klinik, biokimyəvi (qanda transaminazaların səviyyəsinin
müəyyən edilməsi) və immunoloji (spesifik M-immu noq lo bu lin-
lə rin təyin edilməsi) metodlarla aktiv aşkarlanması isə müsbət
nəticə verə bilər. Lakin yadda saxlamaq lazımdır ki, A hepatiti
za manı təmas-məişət yoluxma yolu dominant deyildir və y o-
lux ma bilavasitə xəstələrlə təmas nəticəsində deyil, su təchizatı
siste minin keyfiyyətcə qeyri-qənaətbəxş olması sayəsində baş
verir. Ona görə də alovlanma zamanı ilk növbədə kollektivdə
h amı nın zərərsizləşdirilmiş su ilə təmin olunması (su qaynama
anın dan etibarən 3 dəqiqə qaynamalıdır) vacibdir. Uşaq müəs si-
sə sində alovlanma baş verdikdə törədicinin təmas-məişət yolu ilə
455
ötürülməsinin qarşısının alınması üzrə aşağıdakı tədbirlər həyata
keçirilməlidir: yeməkdən əvvəl və ayaqyoluna getdikdən sonra
əllərin yuyulması, oyuncaqların və əldən-ələ keçən digər ə ş-
yaların zərərsizləşdirilməsi məqsədilə müasir dezinfeksiya vasi-
tə lərinin işlədilməsi, mətbəx və yemək qablarının, mətbəx a va -
danlığının və s. tam zərərsizləşdirilməsi. Ən mühüm profilaktik
tədbir əhalinin keyfiyyətli (yəni həm parazitlərin bakterial forma-
larından, həm də davamlı viruslardan (enteroviruslar, A hepatiti
virusu) təmizlənmiş) su ilə təchiz olunmasıdır.
Viruslu hepatit olan xəstələr və ilk növbədə uşaq müəs si sə lə-
rin də xəstə uşaqlar mümkün qədər tez (xəstəliyin ilk günlərində)
aşkar edilərək xəstəxanaya göndərilməlidirlər. Xəstəliyin erkən
diaqnostikasında epidemioloji anamnez, klinik və laborator mü a-
yi nələrin nəticələri böyük əhəmiyyət kəsb edir. Xəstəliyin klini-
kası üçün səciyyəvi cəhət ondan ibarətdir ki, A hepatitində 5-7
gün davam edən prodromal dövrdə əksər xəstələrdə hərarətin
yüksəlməsi, xəstəliyin 3-5 günündən başlayaraq dispeptik əla-
mət lər (ögümə, qusma, qarında ağrı) və sarılığın kəskin inkişaf
etməsi qeyd olunur.
A hepatiti üçün laborator müayinə zamanı alınan nəticə lər dən
aminotransferaza (normada 40 vahid) və aldolazanın (normada
5-10 vahid) aktivliyinin artması və hiperbilirubinemiya səciy-
yəvidir.
Viruslu hepatiti olan xəstələr, bir qayda olaraq, xəstəxanada
müalicə olunmalıdırlar. Uşaq müəssisəsində xəstəlik aşkar edil-
dik də orada 45 gün müddətində karantin qoyulur. Təmasda olan-
lara qamma-qlobulin vurularsa, bu müddəti 21 günə qədər azalt-
maq olar. Bu dövrdə xəstələrin üzərində tibbi nəzarət qoyulur,
onunla təmasda olan uşaqların gündəlik sidik və nəcislərinin
rənginə fikir verilir. Karantin qoyulmuş uşaq qrupları digər lə rin-
dən (“sağlamlardan”) təcrid edilir. Oyun meydançasında, musiqi
dərsi zamanı və s. bu uşaqların bir yerdə olmasına yol verilmir.
Karan tinə alınmış qruplardakı uşaqlara yemək sonda paylanır.
Karantin qoyulmuş uşaq müəssisəsinə yeni uşaq ancaq qamma-
qlobulin vurulduqdan sonra qəbul edilə bilər. Bir çox hallarda
viruslu hepatitin davamlılığı uzandığından bu xəstəlik dən klinik
456
sağalmış (rekonvalessent) şəxslər ətrafdakılar üçün təhlü kəlidir,
ona görə də onlar 6 ay müddətində dispanser müşahidədə sax-
lanmalıdırlar. Qida müəssisələrində və onlara bərabər idarələrdə
i ş ləyənlər, uşaq müəssisəsinə və məktəbə gedən uşaqlar viruslu
he patit xəstəliyini keçirdikdən sonra yuxarıda göstərilən müd-
dətdə həkim nəzarəti altında saxlanıldıqdan sonra öz işlərinə,
təd ris və ya tərbiyə müəssisəsinə davam edə bilərlər. Viruslu
hepatit keçirmiş uşaqlar 3 ay ərzində ayrıca qab-qacaq və fərdi
d əs maldan istifadə etməlidirlər.
Viruslu hepatitin xroniki formasında xəstələr sağalana qədər
qida məhsulları, qan və onun komponentləri ilə əlaqədar olma-
yan işə keçirilməlidirlər. Bunlara profilaktik peyvənd ancaq kli-
nik sağalma baş verdikdən 6 ay sonra vurula bilər.
Viruslu A hepatitinin yayılmasında fekal-oral yoluxma mexa-
nizmi böyük əhəmiyyət daşıdığından, xəstəliyin profilaktikasında
sanitariya-gigiyena, cari və son dezinfeksiya tədbirlərinin rolu
bö yükdür. Xəstəyə qulluq zamanı istifadə edilən əşyalar, oyun-
caqlar və s. əşyalar 2%-li kalsiləşdirilmiş soda məhlulunda 15
dəqiqə müddətində qaynatmaqla və ya 3%-li xloramin məhluluna
30 dəqiqə salmaqla zərərsizləşdirilir. Eyni məqsəd üçün yataq və
alt paltarları 2%-li soda məhlulunda 15 dəqiqə müddətində qay-
nadılır. Xəstənin ifrazatı ilə çirklənmiş paltarlar 3%-li xloramin
m əh lulunda dezin feksiya edilir. Xəstənin ifrazatı isə xlorlu əhəng də
(1 l ifrazata 200 q xlorlu əhəng) zərərsizləşdirilir. Xəs tə nin yer ləş-
di yi otağın döşəməsi, orada olan bütün əşyalar 2%-li sabunlu soda
məh lulu və ya 1%-li xloramin məhlulu ilə silinir. Xəstənin isti-
fa də etdiyi əlüzyuyan, ayaqyolunun döşəməsi və unitaz 3%-li
xlo ramin və ya xlorlu əhəng məhlulunda islanmış əski ilə silinir,
onun yatacaq avadanlığı (yastıq, yorğan və döşək) isə dezinfek-
siya kameralarında dezinfek siya edilir.
A hepatitinin profilaktikasında qamma-qlobulinlə passiv im -
mu nizasiyadan geniş istifadə edilir. İmmunizasiyanın xəs tə li yin
yüksəlişi gözlənilən vaxtdan əvvəl aparılması yaxşı nəticə ve rir.
Viruslu A hepatiti ilə xəstələnmə gözlənilən yaşayış mən tə -
qələrində 6 aylıqdan 10 yaşa qədər uşaqlara 1 ml qamma-qlobu-
lin vurulur. İlk növbədə uşaq müəssisələrində tərbiyə edilən və
457
1-4-cü siniflərdə oxuyan uşaqlar immunizasiya edilir. İmmuniza-
siyadan sonra qamma-qlobulinin profilaktik effektivliyi 6-8 ay
müddətində saxlanılır. Adətən, immunizasiya sentyabr ayında
aparılır ki, xəstəli yin fəsli (payız-qış) yüksəlişinə qədər uşaq-
larda bu xəstəliyə qarşı immunitet yaransın. Viruslu hepatitli
xəstələrlə təmasda olan hamilə qadınlara və zəifləmiş şəxslərə
o n la rın xəstə ilə təmasda olduqları vaxtdan etibarən 10 gün ə r-
zində profilaktik məqsədlə qamma-qlobulin vurulur. Müşa hi də lər
göstərir ki, qamma-qlobulin almış şəxslər arasında xəstəlik 5-6
dəfə azalır. Bununla yanaşı, müəyyən edilmişdir ki, qamma-qlo-
bulin almış şəxslər arasında xəstəliyi daha yüngül və sarılıqsız
keçirənlərin sayı yüksəkdir.
Hazırda VAH-ya qarşı yüksək titrli 1:8000-1:16000 əks ci-
sim ləri olan şəxslərin qanından məqsədli zərdabların hazırlan-
ması üzrə tədqiqatlar başa çatdırılmışdır.
Hazırda viruslu A hepatitinə qarşı öldürülmüş (inaktivasiya
olunmuş) vaksinlərdən istifadə edilir. Bu məqsədlə bir çox ölkə-
lər də, o cümlədən Rusiyada da istehsal olunmuş vaksinlər təklif
edilmişdir. Vaksin həm epidemik göstərişlərə, həm də profilaktik
məqsədlə yeridilə bilər. Əsasən risk qrupları: tibb işçiləri,
MUM-un işçiləri, su təchizatı və kanalizasiya sistemində çalışan-
lar, hiperendemik ərazilərdə yaşayan və orada işləyən şəxs lər,
həmçinin xəstə ilə ocaqda təmasda olanlar vaksinasiya edi lir lər.
Yaxın vaxtlara qədər mövsümönü qamma-qlobulinpro filaktika
aparılırdı. Həmçinin uşaq müəssisələrinə gedən uşaqlara əzələ-
da xili normal insan qamma-qlobulini yeridilirdi. Lakin bu tədbir
həm tibbi, həm də iqtisadi cəhətdən özünü doğrultmadığı üçün
hazırda tətbiq olunmur.
Epidemioloji nəzarət. VAH xəstəliyində epidemioloji nəza-
rə tin əsas məqsədi ümumilikdə əhali arasında xəstə lən mə nin
səviyyə sini azaltmaq və ayrı-ayrı əhali qruplarında xəstələn mə-
lərin qarşısını almaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün
aşağıdakı məsələ ləri həll etmək lazımdır: 1) əhalinin sosi al-yaş
qruplarının müəyyən edilməsi, onların arasında yüksək, orta və
aşağı səviyyəli xəstələn mənin aydınlaşdırılması, sosial-yaş qrup-
larının illik xəstələnməyə təsirinin öyrənilməsi; 2) törədicinin
458
epidemik variantının əmələ gəlməsi və yayılması vaxtı nın müəy-
yən edilməsi; 3) törədicinin əsas və aralıq yoluxma amillərinin
aşkarlanması; 4) epidemiya əleyhinə aparılan tədbirlərin keyfiy-
yə tinin qiymətləndirilməsi; 5) cari və perspektiv qərarların əsas-
lan dırılması.
Retrospektiv epidemioloji təhlil zamanı tədbirlərin aparıldığı
ən mühüm məntəqələr müəyyən edilməli, tədbirlərin aparılma
vaxtı, onların tərkib hissələri dəqiqləşdirilməlidir. Sanitar-gigi-
yenik tədbirlər idarə və təşkilatlar tərəfindən həyata keçirilir.
Dostları ilə paylaş: |