Patogenez və klinikası. Törədicinin giriş qapısı mədə-ba ğır-
saq yoludur. Vəba vibrionları su və ya qida vasitəsilə insan o r qa-
niz minə daxil olduqdan sonra mədə turşusunun təsirindən o n-
ların bir hissəsi məhv olur, qalan hissəsi turş baryeri keçərək
nazik bağırsaqların qələvi mühitində və peptonun yüksək səviy-
yə sində şiddətlə artmağa başlayır. Vibrionlar nazik bağır saq ların
selikli qişasında və ya boşluğunda yerləşir. Vibrion ların sürətlə
artması və parçalanması çoxlu miqdarda toksin mad də lə rin y ı-
ğıl masına səbəb olur.
Vəba vibrionlarının ekzotoksini – xolerogen epitel hücey rə-
lər də adenilsiklaza fermentini fəallaşdırır, nəticədə tsiklik 3-5
adenozinmo no fosfatın (3-5 AMF) sintezi artır ki, o, bağırsaq ş i-
rəsinin ifrazının səviyyəsini müəyyən edir. Bunun nəticəsində
na zik bağırsağın selikli qişasından çoxlu miqdarda izotonik
m a ye ifraz edilir ki, bu mayeni yoğun bağırsaq adsorbsiya e t-
məyə çatdıra bilmir. Bu, əvvəl ishal, sonra isə qusmaya səbəb
olur. Nazik bağırsağın ifraz etdiyi mayedə zülal az olur (hər 100
ml-də 200 mq-dan az) və aşağıdakı miqdarda elektrolitlər olur:
natrium 140 mmol/l, kalium 13 mmol/l, hidrokarbonatlar 32
mmol/l, xloridlər 92 mmol/l. Xəstə bir saatda 1 litr məhlul itirə
bilər. Hüceyrədən kənar izotonik dehidratasiya baş verir, nəti-
cədə dövr edən qanın miqdarı azalır, qan qatılaşır ki, bu da h e-
mo dinamik dəyişikliyə və toxumaların metabolizminin pozul ma-
sına gətirib çıxarır. Qanın qatı laş ması onun qatılığının a rt ması,
periferik qan dövranının yavaşıması, qan dövranının pozulması,
toxumaların hipoksiyası, mübadilə məhsullarının yığılmasına s ə-
415
bəb olur ki, bu da ilk növbədə kəskin böyrək çatış mazlığına,
ürək fəaliyyətinin zəifləməsinə, eləcə də qanın laxtalanma qabi-
liy yətinin pozulmasına (qanın fibrinolitik və antikoaqülyant fəa-
liy yətinin artmasına) gətirib çıxarır.
Çoxlu ishal və qusma hipovolemiya ilə yanaşı, duzların, x
ü-
susilə kaliumun azalmasına səbəb olur. Vəba xəstəliyi nəti cə-
sin də bədəndə kaliumun 1/3-i azalır, o da kəskin əzələ zəifliyinə,
miokardın fəaliyyətinin pozulmasına, bağırsaqların parezi və b öy-
rək kanalcıqlarının zədələnməsinə səbəb olur.
Vəbanın inkubasiya dövrü 1 gündən 6 günə qədərdir, çox
vaxt 1-2 gün davam edir. Xəstəlik kəskin başlayır. Vəbanın ilk
klinik əlaməti ishaldır, o, qəflətən başlanır, çox vaxt axşam və
səhərlər qeyd edilir. Defekasiyanın sayı xəstəliyin ağırlığından
və növündən asılıdır. Pokrovskinin (1986) məlumatına görə,
15% xəstələrdə gündə 3 dəfə, 37,1% -də 4-10 dəfə və 19,5%
xəstələrdə 10 dəfədən çox defekasiya baş verir. Defekasiya, bir
qayda olaraq, ağrısızdır. Əksər hallarda nəcis əvvəldən duru-sulu
olur və ya bir-iki defekasiyadan sonra lap durulaşır. Çox vaxt
nəcis içərisində lopalar üzən tutqun ağ maye şəklində olub iysiz-
dir, xarici görünüşünə görə düyü həlimini xatırladır. Nəcisdə qan
izi və ya seliyin olması vəbanın digər mədə-bağırsaq xəstəlikləri
ilə (yoluxucu, parazitar) birgə gedişi zaman qeyd edilir.
Vəbada qusma ishaldan sonra qəflətən başlayır, az sonra s u-
ya bənzər şəkil alır ki, o da düyü həliminə oxşayır. İshal və
qusma, adətən, qarında ağrı törətmir, ancaq bağırsaqların parezi
və həzm orqanlarının digər xəstəlikləri ilə əlaqədar meydana
çıxa bilər. Çoxlu maye itirəndə (ishal və qusma nəticəsində)
mədə-bağırsaq pozğunluğu əlamətləri ikinci plana keçir, s u-
suzluq nəticəsində orqanizmdə baş verən əsas əlamətlər isə ön
plana çıxır.
Orqanizmin susuzlaşmasının 4 səviyyəsi var: I – bədən çəki-
si nin 1-3%-i qədər maye itkisi; II – 4-6% maye itkisi; III – 7-9%
maye itkisi; IV – 10% və daha çox maye itkisi (kompensasiya
o lun mayan dehidratasiya).
Birinci dərəcəli susuzlaşmada duru defekasiya və qusma 2-5
dəfədən çox olmur, itirilən mayenin miqdarı bədən çəkisinin
416
3%-ni təşkil edir. Xəstələrin ümumi vəziyyəti kafi olur, zəiflik,
ağı zın quruması, yanğı hissindən şikayətlənirlər. Qanın fiziki-
kimyəvi göstəriciləri normadan artıq olmur. Xəstəlik 1-2 gün
davam edir. Belə halda xəstələr tibbi yardım üçün müraciət
et mirlər, vəbanın aşkar edilməsi çətinləşir. I-dərəcəli susuzluqla
müşayiət olunan vəbaya daha çox (50-60%) rast gəlinir və epi-
demik alovlanmanın şiddətli dövründə və onun enməsi dövründə
qeydə alınır.
İkinci dərəcəli susuzlaşma 18-23% xəstələrdə baş verir,
maye itkisi bədən çəkisinin 4-6%-ni təşkil edir. Xəstəlik qəflətən
baş lanır, çox vaxt çoxlu nəcis ifraz olunur, defekasiya gündə
15-20 dəfəyə qədər çatır, tədricən bərk xassəsini itirir və düyü
h ə liminə bənzəyir. Xəstəliyin ilk saatlarında ishala çoxlu qusma
əla və olunur, ürəkbulanma ilə müşayiət edilmir. Susuzluq əla-
mətləri tez inkişaf edir. Xəstələr nasazlıqdan, kəskin zəiflikdən,
baş gicəllənmədən, ağızın qurumasından, yanğı hissiyya tın dan
şikayətlənirlər. Dəri quruyur, avazıyır, elastikliyini itirir, dodaq-
lar və əl barmaqları göyərir, səs xırıldayır. Bəzi xəstələrdə baldır,
əl, ayaq əzələlərinin qısa müddətli qıc olması, çeynəmə əzə lə lə-
ri nin dartılması, taxikardiya, hipotoniya, oliqouriya qeyd edilir.
Qanın qatılaşması zəifdir. Xəstəlik orta hesabla 3-4 gün çəkir,
bəzi hallarda müalicəsiz sağalma mümkündür.
Üçüncü dərəcəli susuzlaşmada xəstə bədən çəkisinin 7-9%-
nə qədər maye itirir. Birinci 2 susuzlaşma dərəcəsi bərpanın qey-
ri-sabitliyi ilə fərqlənir, dördüncü dərəcəli susuzlaşma homeos-
taz və üzvlər patologiyasının ikincili pozğunluğunun olmaması
ilə, eksikoz və elektrolitlərin çatışmazlığının nisbətən tez bərpası
ilə fərqlənir. III dərəcə ən çox xəstəliyin ilk saatlarında susuz laş-
maya səbəb olan suyabənzər nəcislə defekasiya və təkrari qus ma
ilə səciyyəvidir.
Xəstələri kəskin yanğın hissi, daimi qusma, bərk ağrılar və
dövri həyəcanlanmalarla müşayiət edən yuxarı və aşağı ətrafl arın
qıcolması narahat edir. Eksikozun digər əlamətləri – sianoz,
dərinin elastikliyinin azalması, səsin afoniyaya qədər zəifləməsi
qeyd edilir. Arterial təzyiq aşağı düşür, nəbz tezləşir və zəif olur,
hərarət 35,5-36ºC-yə enir, oliqouriya və ya anuriya başlayır. Dil
417
quruyur, epiqastral nahiyədə yüngül ağrı hiss olunur. Qanın qatı-
laşması az nəzərə çarpır. Natrium çoxaldığı halda qanda kaliu-
mun miqdarı azalır.
Susuzlaşmanın dördüncü dərəcəsi (bərpa olmayan susuz-
laşma) 8-15% hallarda qeyd edilir və vəbanın ən ağır növünə
uyğundur, əvvəllər buna alhid forma deyirdilər. Xəstəlik şiddətli
inkişaf edir, fasiləsiz defekasiya və çoxlu qusma ilə başlanır,
birinci 10-12 saat ərzində xəstə susuzlaşır, çəkisinin 10 və daha
çox faizini itirir. Eksikozun bütün əlamətləri bu növdə tam işti-
rak edir və yayılmış şəkil alır: sifətin cizgiləri itiləşir, gözün
ətrafında “qara eynək” əmələ gəlir, dəri soyuyur və yapışqan
olur, elastikliyi kəskin azalır, ümumi göyərmə və yayılmış uzun
müddətli tonik qıcolmalar baş verir. Bu dərəcə üçün hipoter-
miya, afoniya, dərinin turqorunun kəskin azalması – “paltar
yuyan əllər” sindromu səciyyəvidir. Xəstələrdə ruh düşkünlüyü
olur, hipovolemik şok, anuriya baş verir. Qan qatılaşır. 3-cü və
4-cü dərəcəli susuzlaşma vəziyyətində olan xəstələrdə təcili
dehidratasiya tədbirləri aparılmalıdır. 3 yaşına qədər uşaqlarda
vəba xəstəliyi çox ağır keçir, onlar susuzlaşmanı ağır keçirirlər,
onlarda adinamiya, klonik qıcolmalar, huşun pozulması və hətta
koma baş verir.
Müalicə duzlu məhlullar, tetrasiklin sırasından olan anti-
biotiklər, simptomatik vasitələrlə aparılır.
Epidemioloji xüsusiyyətləri. Vəba zamanı infeksiya mən-
bəyi ancaq insandır (xəstə və ya vibriongəzdirənlər). Vəbanın
epidemiologiyasında inkubasiya dövründə və xəstəliyi gizli k e-
çi rən xəstələrin əhəmiyyəti böyükdür. El-Tor vəbasının yayılma-
sında rekonvalessentlər və sağlam vibriongəzdirənlərin xüsusi
rolu vardır. Vibriongəzdirmənin müddətinin az olmasına baxma-
yaraq (2-3 həftə), onlar vəbanın yayılmasında bəzən əsas infek-
siya mənbəyi sayılırlar. Törədicigəzdirənlər ən çox xəstənin ətra-
fında yaranır. Onların əksəriyyətinin anamnezində bağırsaq
p oz ğunluğu qeyd edilir ki, bu da xəstənin keçmişdə vəbanın yün-
gül növünü keçirdiyini ehtimal etməyə imkan verir. Tədqi qat-
çıların bir çoxu vəbanın insan orqanizmindən kənarda mənbə yinin
olmasını inkar edirlər. Vəba vibrionlarının xər çən gəbənzərlərdən,
qurbağa və digər hidro biontlardan alınması və uzun müddət o n-
418
larda saxlanmasına baxmayaraq, vəbanın zoonoz təbiəti sübut
edil məmişdir.
İnsanlar arasında vəba vibrionlarının mənbəyi ola bilər:
a) vəbalı xəstə – xəstəliyin birinci 4-5 günündə 10-20 litrə
qədər nəcis ifraz edir ki, onun hər bir ml-də 10
6
-dan 10
9
-a qədər
yüksək virulent vibrionlar olur;
b) inkubasiya dövründə olan xəstənin infeksiya mənbəyi ki mi
əhəmiyyəti şübhəsizdir, ancaq yüksək deyil;
c) törədicini ifraz etməkdə (rekonvalessent) davam edən şəxs,
vəba xəstəliyindən və ya subklinik xəstəlikdən sonra r e kon va les-
sent;
ç) sağlam (tranzitor) vibriongəzdirən - 1 q nəcisdə 100-dən
on minə qədər vibrion ifraz edən.
İnsanların vəbaya həssaslığı 100%-ə yaxındır. İnsan popul-
yasiyasının eynicinsli olmaması bir ocaqda müxtəlif şəkildə y o-
luxmanın baş verməsinə gətirib çıxarır. Belə hesab edilir ki, xəs-
təliyin əlamətsiz formasına manifest formasından 5-10 və hətta
50-100 dəfə çox rast gəlinir. Xəstələr xəstəliyin əvvəlində törə-
di cini ifraz etməyə başlayırlar. Törədicigəzdirənlərin yoluxduru-
culuğu isə 1-6 həftədən artıq çəkmir.
Yeddinci pandemiyanın başlanğıcında vəba vibrionları 2 bio-
vara ayrıldı: 1) əsl və ya klassik vəba vibrionu və 2) El-Tor vəba
vibrionu. Sonralar aparılan tədqiqatlar vibrionların iki biovara
bölünməsini təsdiq etmədi. Bununla bərabər, hesab edilir ki, 7-ci
pandemiyanı El-Tor vibrionları törətmişdir.
Klassik vəba vibrionu və El-Tor vəba vibrionu 01 seroqrupuna
aiddir. Onların sırasında 3 serovar var: Oqava, İnaba və Qiko şima.
Bunlarla yanaşı, xarici mühitdən və müxtəlif klinik əlamətə m a-
lik diareyalı xəstələrdən 01 zərdabı ilə aqqlütinasiya etməyən
vib rionlar əldə edilir, onlar vəba vibrionları ilə ümumi H - an ti-
gen lərə malikdir. Bu vibrionlara aqqlütinasiya olmayan (AO)
vibrionlar deyilir (NAQ).
Xəstələr üzərində aparılan müşahidələr göstərdi ki, xəstəliyin
gedişində El-Tor (eltor) vibrionları 0 vəba zərdabı ilə AO vibri-
onların əldə edilmə si ilə əvəz olunur. Bir sıra hallarda vəbalı
x əs tədən götürülmüş materialın ilkin əkilməsi nəticəsində böyü-
müş 5-10 koloniyaların müayinəsi həm aqqlünitasiya olan, həm
419
də olmayan vibrionların aşkar edilməsi ilə nəticələnir. AO vibri-
onları alovlanmadan əvvəl və vəba epidemiyasının sönməsi z a-
manı əldə edilir.
7-ci pandemiya zamanı, demək olar ki, bütün ölkələrdə v ə-
banın yayılması Oqava serovarı ilə başlamış və bəzən İnaba s e-
ro varı ilə əvəzlənmişdir.
Vəba vibrionunun parazitik mərhələdən saprofitik mərhələyə
dəyişilməsi kultural-morfoloji əlamətlərin, hemolitik fəallığın
an ti gen quruluşunun, bakteriofaqlara həssaslığın və toksigenli-
yin dəyişməsi ilə müşayiət edilir. Qidalı maddələr azaldıqda
El-Tor (eltor) vibrionları sakitlik vəziyyətinə keçir və uzun müd-
dət belə saxlanıla bilərlər. Müəyyən edilmişdir ki, bu variantlar
təsadüfi qida maddələrini duru mühitdə mənimsəyə bilərlər.
Qida maddəsi kimi bir sıra suda yaşayan onurğasızların xi ti-
nindən istifadə edilir. Çayların, göllərin, dənizlərin sahillərinin
dayaz yerlərində –ləng axarlı hissə, natrium xloridin, ammonium
duzlarının miqdarının çox, turşulaşmanın göstəricisi yüksək,
oksigenin boikimyəvi mənimsənilməsi, mühitin qələviliyinin
yük sək olduğu yerlər – El-Tor vibrionları uzun müddət saxlana
bilər. Abiotik amillərin müxtəlif birləşmələri, eləcə də müxtəlif su
canlılarının mürəkkəb biosenotik əlaqələri (zooplanktonla, sürü-
nən lərlə, balıqlarla, sahilyanı quşlarla) El-Tor vibrionlarının x a-
ri ci mühitdə qanunauyğun sirkulyasiyasına səbəb olur. Bu vəba
xəstəliyini sapronozlara aid etməyə əsas verir.
Su quşları vəba vibrionlarını uzaq məsafələrə daşıya bilər.
Çox güman ki, insanların az yaşadığı su hövzələrində vəba vib-
rionlarının tapılmasını bununla izah etmək olar. Yaşayış şəraitini
dəyişərkən törədicinin toksigen və atoksigen variantlarının əmə-
lə gəlməsinin molekulyar-genetik anlamı hələ həll olunmayıb.
Törədicinin yüksək toksigen variantının əmələ gəlməsinin iki
yolunu ehtimal etmək olar. Birinci, ayrı-ayrı hüceyrələrin toksi-
gen xassələrini saxlaması və artması qabiliyyətidir; ikinci, toksi-
gen variantların passacı və yayılması. Vəba ilə həm sporadik,
həm də epidemik xəstələnməni, eləcə də epidemik prosesin əsas
mərhələlərini bu yollarla aydınlaşdırmaq olar.
420
Endemik ocaqlarda vəba bütün il boyu qeydə alınır. İlk dəfə
vəba endemik ocaqlardan 1817-ci ildə kənara çıxmışdır. 1917-ci
ildən indiyə qədər vəbanın 7 pandemiyası baş vermişdir. Pande-
miyaların müddəti 7-27 ilə qədər sürür. Sonuncu, 7-ci pandemiya
1961-ci ildə başlayaraq bu günə qədər davam edir. Onun b aş-
lanğıc yeri Sulavesi adasıdır (İndoneziya). 1961-ci ildən 1968-ci
ilə qədər vəba dünyanın 25 ölkəsində, 1970-ci ildə 36 ölkəsində,
1961–1972-ci illərdə 50 ölkəsində ( Cənub-Şərqi Asi ya, Yaxın
və Orta Şərq, Afrika) qeydə alınmışdır.
1965-ci ilin avqust ayında vəba ilk dəfə Karakalpak Muxtar
respublikasında qeydə alındı, 1970-ci ildə vəbanın alovlanması
Həştərxan, Kerç və Odessada baş verdi. Keçən illərdə vəba Av -
ropa, Afrika və Amerika qitələrinin müxtəlif ölkələrində qeydə
alınmışdır. Bir sıra yerlərdə vəbanın endemik ocaqları ya randı,
orada tək-tək xəstələnmə və ya anaq laborator yolla vəba aşkar
edilir. Belə ki, 1979- cu ildə Sardiniyada vəbanın təkrarən g ö-
rün məsi 1973-cü il epidemiyasından sonra vəba vibrionlarının 6
il müddətində dəniz su mənbələrində saxlanması ilə əla qə lən-
dirilir.
Meksika körfəzinin sahilində epidemik vəziyyətin təhlili əsa-
sında bu ərazidə ətraf mühitdə vəba vibrionlarının uzun müddət
(1980-ci ilə qədər 8 il) saxlanması müşahidə edilmişdir. Belə liklə,
başqa xəstəliklərdə olduğu kimi, vəbanın epidemik (pandemik)
yayılması arealın genişlənməsi, onun qeydə alınma yer lə rinin art-
ması ilə səciyyələnir. Gətirilmə ocaqlar çox vaxt a lov lan maların
inkişafı zamanı aşkar edilir. İkincili endemik ocaqlar özlərini tək-
tək xəstələnmə, eləcə də ayrı-ayrı az təzahür edən alovlanmalar
kimi göstərir.
Laborator diaqnostika. Xəstəliyə düzgün diaqnoz qoymaq
üçün bakterioloji müayinənin böyük əhəmiyyəti vardır. Müayinə
materialları: nəcis, qusuntu kütləsi, meyitlərin öd kisəsinin və
bağırsaq möhtəviyyatı, həmçinin xəstənin ifrazatları ilə çirk lən-
miş ətraf mühit obyektləridir. Müayinə xəstəliyin bütün dövr-
lərində xüsusi laboratoriyalarda materialın mikroskopik müa yi-
nəsi ilə aparılır. Nəcisdən 10-20 ml material götürülür və 1%-li
peptonlu suya və ətli-peptonlu aqara əkilir.
421
İlkin cavab 3-8 saatdan sonra, son cavab 18-48 saatdan
sonra, son “mənfi” cavab 36 saatdan sonra verilir.
Seroloji müayinə retrospektiv diaqnostikanın aparılmasında
istifadə olunur (antigenin neytrallaşdırılması reaksiyası). Vaksi-
nasiya olunmuş şəxslərdə aqqlütininlər, vibrosid anticisimlər və
toksinlər aşkar edilir. Həmçinin İFR, QDHAR, ZPR istifadə olu-
nur.
Müayinə üçün nəcis, qusuntu kütlələri, qida, su və s. götürü-
lür. Nəcisin müayinəsi mikroskopiyadan başlanır. Bir neçə yax-
ma hazırlanır. Birini Qram üsulu ilə boyayırlar, digəri xüsusi
lüminessent zərdabla işləyirlər. Müayinənin bu mərhələsində ilk
təxmini cavab alınır. Bakterioloji üsulla müayinə mütləq aparıl-
malıdır. Müayinə üçün götürülən maddələr eyni zamanda 1%-li
peptonlu suya, qələvi aqara və selektiv qidalı mühitə əkilir. S e-
lektiv qidalı mühit – öd duzları əlavə edilmiş tiosulfatsitratlı
aqar, Monsurun tauroxolat-telluritp -jelatin aqar mühitlərdə və s.
12-14 saatdan sonra şübhəli koloniyalar seçilir, təkrar əkilir,
sonra 01 zərdabla aqqlütinasiya sınağı qoyulur. Əldə edilmiş
kul turanı müxtəlif xassələrinə görə, eləcə də 01 tipli zərdabla
aqqlütinasiya qoyaraq fərqləndirirlər. Eyni zamanda başqa vibri-
onlarla, Aeromonas və Plesiomonas cinsinə aid olan bakteriya-
larla fərqləndirilir. Epidemioloji müayinə üçün kulturalar xüsusi
faqlarla təyin edilir.
Profilaktika və mübarizə tədbirləri. Vəbaya qarşı profilak-
tika və mübarizə tədbirlərinin aparılması dövlətlərarası qəbul
o lun muş beynəlxalq müqavilələr ilə qanuniləşdirilmişdir. Belə
tədbirlərin həyata keçirilməsi xəstəliyin endemik ocaqlardan kə -
nara çıxmasına, eləcə də digər ərazilərə yayılmasının qarşısının
alınmasına kömək göstərir.
Xaricdən gələnlər və ya bizim ölkədən xaricə gedib-qayıdan-
lar xəstəliyi ölkə ərazisinə gətirə bilərlər. Bunu nəzərə alaraq,
xa ric dən gələnlərin ölkə ərazisində qəbul edildikləri yerlərdə k a-
ran tin stansiyaları (mərkəzləri) təşkil edilmişdir. Bu mərkəzlərdə
həmin şəxsləri və onların gəldikləri nəqliyyat vasitələrini xüsusi
tibbi-sanitariya müayinəsindən keçirir, sonra müayinənin nəticə-
sindən asılı olaraq müəyyən tədbirlər görürlər. Bütün bu təd-
422
birlər haqqında beynəlxalq müqaviləyə müvafiq olaraq ÜST-ün
nəşr etdirdiyi xüsusi dövri bülletenlərdə məlumat verilir. Həmin
bülletenlərdə vəbanın dünya ölkələrində yayılma yerləri, xəs tə-
lənmə, letallıq göstəriciləri göstərilir. Karantin stansiyaları bu
məlumatları nəzərə alaraq təhlükəli regionlardan xəstəliyin gəti-
ril məməsi üçün tədbirlər görür. Belə ölkələrdən gələn şəxslər
xüsusi otaqlarda bakterioloji müayi nədən keçirilirlər. Onlardan
götürülmüş nəcis və qusuntu mayesi vəba vibrionuna görə müa-
yinə edilir, müayinənin nəticəsi mənfi olduqda həmin şəxslərə
yol larına davam etməyə icazə verilir. Vəba xəstəliyinə görə şüb-
həli yerlərdən gələnlər üzərində də eyni qaydada nəzarət aparılır.
Belə şəxslər haqqında getdikləri ölkənin səhiyyə orqanları
xəbərdar edilir. Bizim ölkə ilə qonşu ölkələrin daxilində xəstəlik
baş verdikdə həmin sərhəd rayonlarında bu xəstəliyə görə diqqət
artırılır və hər ehtimala qarşı hazırlıq görülür.
Xəstəliyin yaranma təhlükəsi baş verdikdə Səhiyyə Nazirli-
yinin əmrləri, təlimati-metodik göstərişlərinə əsasən vəba əley-
hinə tədbirlər sistemi həyata keçirilir.
Vəbanın profilaktikasında ətraf mühitin sağlamlaşdırılması
tədbirləri aparıcı yer tutur. Açıq su hövzələrinin sanitar müha-
fizəsi xüsusi əhəmiyyət kəsb edir. Açıq su hövzələrinin sanitar
müha fizəsi üzrə tədbirlər dəniz, çay, göl sularının zərər siz ləş di-
ril məsini və onların çirklənməsinə yol verilməməsini nəzərdə
tutur. Bununla sudan istifadə növlərinin hamısının epidemioloji
təhlükəsizliyi təmin olunur.
Vəba ocaqlarında əhali arasında profilaktika məqsədilə küt-
ləvi kimyəvi profilaktika vasitələri özünü doğrultmamışdır. Belə
ki, antibiotiklərin uzunmüddətli təsiri nəticəsində bağırsağın
nor mal mikroflorasının eliminasiyası disbakterioza gətirib çıxa-
rır və vəbaya qarşı orqanizmin həssaslığını artırır. Tetrasiklin və
sulfanilamidlər (sulfadimezin) yalnız xəstə ilə sıx təmasda olan
şəxslərə verilir.
Vəbaya qarşı mübarizə tədbirləri arasında spesifik profilak-
tika xüsusi yer tutur. Bu məqsədlə vəbaya qarşı hazırlanan öldü-
rülmüş vaksindən və xolerogen anatoksindən istifadə olunur.
Bunlar 50-70% peyvənd olunmuşların təhlükəsizliyini təmin
423
edir. Peyvənd 7 yaşdan etibarən başlanır, dəri altına 7-10 gün
fa silə verməklə 2 dəfəyə vurulur. Revaksinasiya 1 ildən sonra
apa rılır.
Vəba ocağının baş verməsi təhlükəsi olduqda bu xəstəliyin
qarşısını almaq üçün epidemiya əleyhinə aparılacaq tədbirlərin
ope rativ planı hazırlanır. Plan hazırlanarkən kəskin bağırsaq
yoluxucu xəstəliklərinə dair məlumatların təhlili və əvvəllər apa-
rılmış tədbirlərin səmərəliliyi; yaşayış yerlərinin sanitar-gigiye-
nik vəziyyəti (təsərrüfat – içməli su ilə təchizatın vəziyyəti,
ka na lizasiya və sanitar təmizləmə, su hövzələrinin sanitar müha-
fizəsi, sudan mədəni-məişət üçün istifadə edilməsinin şə rait və
xü su siyyəti, əhalinin yerdəyişməsi və istehsalat fəa liy yəti, nəq-
liyyat əlaqələri və təbii-iqlim xüsusiyyəti, yerli adətlər) nəzərə
alınmalıdır.
Vəbanın yayılmasında təcridedici və məhdudlaşdırıcı tədbir-
lərin xüsusi əhəmiyyəti var. Vaxtında və düzgün aparılan müa-
licə tədbirləri ölümün qarşısını alır. Ocaqda həyata keçirilən
ef fektiv tədbirlərdən əhalinin təmiz su və qida ilə təmin edilməsi
və törədicinin fekal-oral yoluxma mexanizminə qarşı bütün vasi-
tələrdən istifadə edilməsidir. Onların arasında dezinseksiya, elə-
cə də ocaqda dezinfeksiya tədbirlərinin aparılmasının böyük ə hə-
miyyəti vardır. Təcili profilaktika məqsədilə tetrasiklin sırasına
aid antibiotiklərin verilməsi məsləhət görülür. Spesifik profilak-
tika məqsədilə xolerogen-anatoksin, eləcə də tərkibində vəba
vib rionunun 0 antigeni və xolerogen-anatoksin tətbiq edilir.
Epidemioloji nəzarətin məqsədi endemik ölkələrdən vəbanın
gətirilməsinin qarşısının alınması və ikincili endemik ocaq y a-
ran mışsa, onun ləğv edilməsindən ibarətdir. Bu məqsədə nail
olmaq üçün aşağıdakı məsələləri həll etmək lazımdır: a) xaricdə
vəba xəstəliyinin səviyyəsini və dinamikasını daima izləmək; b)
əhalinin kəskin bağırsaq infeksiyaları ilə xəstələn məsinin epide-
mioloji qiymətləndirilməsi, göstəriş olduqda xəstələrin vəbaya
görə müayinəsi; c) su hövzələrində vəba vibrionlarının yaşaması
hesabına ikincili endemik ocaqların yaranması ehtimalının labo-
rator qiymətləndirilməsi; d) şəraitin qiymətləndirilməsindən irəli
gələn epidemiya əleyhinə tədbirlərin əsaslandırılması; ÜST-ün
424
verdiyi məlumatlara əsasən dünyada epidemioloji vəziyyətin
təhlili aparılır.
Qəbul olunmuş idarəçilik qərarları xüsusi təhlükəli xəstəlik-
lərə qarşı hazırlanmış tədbirlər planında işıqlandırılır. Bu planda
həmçinin ikincili endemik ocaqda aparılacaq tədbirlərin həcmi
göstərilir. Müalicə idarələrində patogenetik və etiotrop müalicə,
eləcə də dezinfeksiya və dezinseksiya maddələrinin ehtiyatı y a-
ra dılır, xəstədən patoloji materialı götürmək və göndərmək üçün
dəst düzəldilir, xəstə və törədicigəz di rənlərin, şübhəli şəxs lərin
təcrid edilməsi üçün otaq ayrılır, tibb işçiləri arasında vəzifə böl-
güsü və onların xüsusi hazırlığı aparılır, əhali arasında məqsəd-
yönlü sanitar-tərbiyə işləri həyata keçirilir.
Xəstələrdən, sağlam şəxslərdən, xarici mühit əşyalarından
gö tü rülmüş materiallar xüsusi laboratoriyalarda müayinə olunur.
Müayinənin həcmi və vaxtı şəraitdən asılı olaraq mütəxəssislər,
epi demioloqlar tərə findən təyin edilir. Müvəqqəti və daimi su
götürülən nöqtələr ilk növbədə sanitar mühafizə ərazisində, çir-
kab suların töküldüyü yerin aşağısında, kütləvi çimərlikdə,
liman ların su hövzəsi və şəxsi kater və qayıqların dayanacağında
nəzərdə tutulur. Dəniz, su anbarı, suyu az-az dəyişilən su hövzəsi
qismində istilik elektrik stansiyaları, bağ qəsəbələri və turist
bazalarından şərti təmiz sularla çirkləndirilmə yerləri nə zərə alın-
malıdır.
Bəzi hallarda əhalinin müəyyən qrupunun immunoloji vəziy-
yəti üzərində nəzarət aparmaq lazım gəlir. Peyvənd olunmayan
əhali arasında əkscisimlərin titrinin artması əhalinin istifadə e t-
diyi təsərrüfat içməli su mənbəyinin vəbaya görə bakterioloji
m ü a yinəsini tələb edir.
Tərtib edilmiş planlar daima aparılan operativ epidemioloji
təhlil zamanı istifadə olunur. Vəba vibrionu aşkar edildikdə əldə
olunan törədicinin virulentliyindən asılı olaraq, tədbirlərin fərqli
həcmdə aparıl ması məsləhət görülür. Ənənəyə görə xarici mühit
əşyalarından alınmış El-Tor (eltor) vibrionunun virulentliyi onun
h e mo l itik fəallığı, faq sınağı əsasında və laborator heyvanlar ü zə-
rin də yoxlanılır.
425
Hazırda vəba vibrionlarının toksigenliyi daha dəqiq üsullarla
müəyyən edilir (immunoferment üsulu, vəba vibrionu ştamları-
nın DNT hibridizasiyası nın köməyi ilə vəba toksininin geni t ə-
yin edilir).
Avirulent və zəif virulent El-Tor (eltor) vibrionlarının səthi
sularda uzun müddət dövr etməsi epidemioloji cəhətdən qeyri-
sabit vəziyyət kimi qiymətləndiril mə lidir. Belə hallarda sanitar-
gigiyenik tədbirlərin aparıl ma sına, eləcə də xəstəliyin diaqnosti-
kasının gücləndirilməsinə böyük diqqət verilir.
Virulent vəba vibrionu əldə edildikdə, eləcə də vəba ilə xəstə
aşkar olunduqda vəziyyət qeyri-sağlam, epidemiya inkişaf edər sə
fövqəladə hesab edilir. Belə halda epidemiyaəleyhinə tədbirlər
Sanitar-əksepidemik komissiyanın (SƏK) qərarlarına əsasən apa-
rılır. Buna uyğun vəziyyət vəbaya görə endemik ölkədən nəq-
liyyat vasitəsilə gələn və balı xəstə aşkar edildikdə yaranır. Bu
zaman sərnişinlər və sürücü heyəti 5 gün ərzində tibbi nəza rət
a l tında saxlanılır. Yoluxmuş hesab olu nan suyu, ərzağı, eks-
krementləri, çirkab suları, tullantıları və digər əş ya ları, su qabla-
rını, qidanı saxlamaq üçün avadanlığı, nəqliyyat vəsitə lə rinin
bütün hissələrini zərərsizləşdirirlər.
Xəstələr əvvəlcədən ayrılmış xəstəxanalarda (təcrid xana-
lar da) təcrid olunur. Vəziyyətdən asılı olaraq məhdudlaşdırıcı və
sanitar-gigi yenik tədbirlər, eləcə də peyvənd və təcili profilak-
tika həyata keçirilir.
Dostları ilə paylaş: |