Laborator diaqnostikası. Xəstəliyin diaqnozunun qoyulma-
sın da virusoloji və seroloji müayinə üsullarından istifadə edilir.
Törə dicini aşkar etmək məqsədilə xəstəliyin ilk günlərində xəs-
tə lərdən nəcis, virusgəzdirənlərdən isə onların burun-boğaz və
ba dam cıqlarından selik götürülür, müayinə üçün götürülmüş m a-
terial müəyyən hazırlıqdan sonra meymun böyrəklərindən hazır-
lanmış toxuma kulturasına və insanın embrionundan hazırlanmış
hüceyrələrə əkilir. Müsbət halda 5-7 gündən sonra sitopatik ef -
fekt alınır. Alınmış virusu qəti müəyyən etmək üçün spesifik
im mun zərdablar vasitəsilə sitopatik effekti neytallaşdırma sı -
na ğı və rəngli sınaqdan istifadə edilir. Virus müvafiq zərdabla
ney t rallaşdırıldıqda onun toxuma kulturasına sitopatik təsiri m ü-
şa hidə olunmur. Bundan əlavə, diaqnostika məqsədi ilə seroloji
reaksiyalardan (neytrallaşdırma, presipitasiya, komp le ment lə ri
birləşdirən) istifadə edilir.
439
Rotaviruslu mədə-bağırsaq
yoluxucu xəstəliyi
Rotaviruslu mədə-bağırsaq yoluxucu xəstəliyi kəskin virus
x əs təliyidir. Xəstəlik ishalın artması, qusma, zəiflik, adinamiya və
hərarətin yüksəlməsi ilə başlanır. Ağırlaşmalar və ölümlə nəti cə-
lənmə az hallarda baş verir, ancaq xəstəliyin geniş yayılması z a-
manı ağırlaşmalar və ölüm halları əhəmiyyətli dərəcəyə yüksələ
bilər. Əsasən uşaqlar (çox vaxt məktəbəqədər) xəstələnirlər,
bununla yanaşı, böyüklər arasında da geniş alovlanmalar baş
verir. Əvvəllər rotaviruslu xəstəlikləri mədə-bağırsaq xəstəlikləri
qrupuna aid edirdilər. 1973-cü ildə R.Bishop-un rəhbərliyi ilə
Avstraliya tədqiqatçıları ilk dəfə olaraq kəskin ishal qeyd edilən
uşaq ların oniki barmaq bağırsaq möhtəviyyatında və selikli qişa
hüceyrələrində spesifik virus əldə etdilər, sonralar onun rotavirus
olduğu və xəstəliyin etioloji amili olması müəyyən edildi. Oxşar
əlamətlə xəstələrin nəcisində bu viruslar tez-tez aşkar edildi.
Belə hesab edirlər ki, inkişaf etmiş ölkələrdə yoluxucu kəs-
kin bağırsaq xəstəliklərinin 50%-i, inkişaf etməklə olan ölkə-
lərdə isə 60%-dən çoxu rotaviruslar tərəfindən törədilir. ABŞ-da
60-90% sağlam uşaqların qan zərdabında rotaviruslara qarşı
əkscisimlər aşkar edilmişdir.
Xəstəliyin ilkin əlaməti qusma və suyabənzər duru nəcislə
mü şa yiət olunan ishaldır, bununla yanaşı, xəstədə qarın ağrıları
da qeyd edilir.
Yayılması. Rotaviruslu bağırsaq xəstəlikləri bütün ölkələrdə
aş kar edilir. Rusiyanın Avropa hissəsində, Qafqazyanı ölkələrdə,
Ural və Sibirdə rotavirusların geniş yayılması müəyyən edilmiş-
dir. Müxtəlif ölkələrdə rotaviruslu bağırsaq xəstəliklərinin y a-
yıl ma səviyyəsi yüksəkdir. ÜST-ün məlumatına görə, inkişafda
olan ölkələrdə 6 aydan 2 yaşa qədər uşaqlar arasında kəskin ba -
ğır saq xəstəliklərinin 60%-nin etiologiyasında rotaviruslar işti-
rak etmişdir. İnkişaf etmiş ölkələrdə kəskin bağırsaq xəs tə lik ləri
r es pirator xəstəliklərdən sonra ikinci yerdə durur. Onların ya rı-
sı nı rotaviruslar törədir.
440
Rotaviruslu bağırsaq yoluxucu xəstəliyi inkişafı inten siv li-
yin dən asılı olmayaraq bütün ölkələrdə yayılmışdır. Ancaq inki-
şaf etməkdə olan ölkələrdə bu xəstəliyə daha çox rast gəlinir.
D ün yanın bir çox ölkələrində əhali sıxlığının artması və urbani-
zasiyanın geniş vüsət alması rotaviruslu bağırsaq xəstəliklərinin
çox böyük alovlanma larına səbəb olmur. Bununla belə, bu xəstə-
liyin fekal-oral yoluxma mexanizmi ilə yayılmasına əhalinin sıx-
lığı, məişətdə adi sanitariya qaydalarının yerinə yetirilməməsi,
su və ərzaq təchizatının pis təşkil edilməsi və s. səbəblər təsir
gös tərir. Rotavirus yoluxucu xəstəlikləri xəstəxanadaxili y a-
yıl ma xüsusiyyətinə malikdir, doğum evlərində və uşaq xəstə xa-
nalarında bu proses xüsusilə daha intensiv gedir.
Etiologiyası. İnsanların rotavirusları elektron-mikroskopik
qurulu şuna görə reoviruslara oxşardır. Onun kapsidinin xarici
qatı çıxıntılı çarxı xatırladır (rota-çarx), ona görə də bu viruslar
nəslinin adı belə adlandırılıb. İnsanların rotavirusu bir-birinə
oxşayan heyvan rotavirusları qrupuna aiddir: Nabraksi dana i s-
halı virusu (NSDV), siçanların epizootik ishal virusu (EDYM),
meymunların ishal virusu (Sall), xırda və iribuynuzlu heyvanla-
rın bağırsaq virusu (O), eləcə də donuz balalarının az öyrənilmiş
ishalı virusu, dayça, it küçüyü və s. heyvanların ishalı virusları.
İnsan rotavirusu heyvan rotavirusları ilə birlikdə Rotavirus
cin sinə, Reoviridae ailəsinə daxildir. Bütün bu viruslar eyni
quruluşa malikdirlər və antigenləri bir-birinə çox yaxındır. İnsan
rota virusu 1973–1974-cü illərdə kəskin ishal zamanı nazik b a-
ğır saqların yoluxmuş epitel hüceyrələrində elektron mikroskopu
v a si təsilə aşkar edilmişdir. Əldə olunan virusların etioloji əhə-
miyyəti xəstəliyi keçirmiş insanların və immunizə edilmiş hey-
vanların, həmçinin xəstələrin nəcisi ilə könüllülərin yoluxdurul-
ması vasitəsilə təsdiq edilmişdir. Virus ikikapsidli (ikiqatlı zülal
örtüklə örtülmüş) girdə hissəcik olub, diametri 70-75 nm-dir,
ikisaplı RNT (II seqment) tərkiblidir. Virus elektron mikrosko-
punda asanlıqla tapılır və müqayisə edilir, bununla yanaşı, onun
aşkarlanmasında immunflüoressensiya, neytrallaşdırma, komple-
mentin birləşmə, immunosorbent (RJA, ELİSA) reaksiya la rın-
dan da geniş istifadə edilir.
441
Rotavirusun hissəcikləri 2 antigenə (və ya qrup antigen) m a-
lik dir. Daxili kapsid antigeni heyvanlar və insanlar üçün ümu-
midir. Rotavirusların növ antigen xüsusiyyəti xarici kapsid anti-
geni ilə təyin edilir. Tədqiqatlar nəticəsində insan rotavirusları
qru pu arasında fərqin olması müəyyən edilmişdir. İndiyə kimi
ro ta virusların 4 serotipləri haqqında məlumat vardır. Rotoviruslar
turş mühitə (pH 3,0) davam lıdırlar. Ultrabənövşəyi şüalar və adi
dezinfeksiyaedici maddələrə həs saslığına görə rotaviruslar p i-
kornaviruslarla (poliviruslar, ECHO və Koksaki virusları) eynidir.
Patogenezi. Rotaviruslar ağızdan orqanizmə daxil olaraq,
əsasən nazik bağırsağın selikli qişasının epitel hücey rə lə rin də
artırlar. Rotavirusların patoloji təsiri nəticəsində bağırsağın se likli
qişasının silindrik epiteli kubabənzər və yastı hüceyrələrlə əvəz
olunur. Rotaviruslar yoluxmuş hüceyrələrin sitoplazmasında
aşkar edilir. Xovların epitelisinin dağılması disaxaridazaların
(maltoza, saxaroza, laktoza) miqdarını azaldır, nəticədə bağırsaq
boşluğunda şəkərlər toplanır, onlar isə bağırsaqdan so ru lmurlar.
Bununla yanaşı, bağırsağın yuxarı şöbələrində adi şəkərlərin
so rul ması pozulur ki, bunun göstəricisi xəstələrin qanında ksilo-
zanın səviyyəsinin azalmasıdır. Parçalanmayan disaxaridlər və s o-
rul mayan monosaxaridlər yoğun bağırsağa keçərək orada os motik
təzyiqi yüksəldir, nəticədə nəinki formalaşan nəcisdən suyun sorul-
ması artır, hətta başqa toxumalardan da bağırsağa su yı ğılır, bu da
orqanizmin bu və ya digər dərəcədə dehidratasiyasına səbəb olur.
Bağırsaqda iltihab prosesi onun peristaltikasını artırır ki, bu da
öz növbəsində ishalın əmələ gəlməsinə səbəb olur. Beləliklə,
x əs təliyə qarşı orqanizmin həssaslığı nazik bağırsaqların selikli
qi şasının həssaslığı ilə əlaqədardır. Patogenezin bu elementləri
bağırsaq möhtəviyyatında, sonralar isə nəcisdə çoxlu rotavirusla-
rın yığılmasına (1 qramda 10
11
cisim) gətirib çıxarır, o da öz növ-
bəsində xəstənin yüksək yoluxdurma qabiliyyətinə malik olma-
sına, ətrafdakıların yoluxmasına, ətraf mühit amillərinin (su, ə r zaq,
məişət əşyaları) yoluxmuş nəcislə çirklən məsinə səbəb olur.
Rotaviruslu bağırsaq xəstəliyi ilə ən çox 2 yaşına qədər uşaq-
lar, xüsusilə də 9-12 aylıq uşaqlar xəstələnirlər. Bununla yanaşı,
doğum evlərində, məktəblilər və böyüklər arasında da xəstəliyin
442
alovlanmaları qeydə alınır. Adətən, alovlanma uşaq kollek tiv lə-
ri ni və ailə üzvlərini əhatə edir.
İnfeksiya mənbəyi. Rotavirusların gəzdiricisi və yoluxmuş
insandır. Viruslar klinik əlamətlərin başlanması ilə eyni vaxtda
nəcisdə görünür, xəstəliyin 3-5-ci günündə virusun ifraz olun-
ması yüksək səviyyəyə çatır. Virus xəstəliyin başlanmasından
7-8 gün ərzində ifraz edilir, az hallarda bu, 2 həftəyə qədər d a-
vam edir. Virusun ifraz edilməsi xəstəliyin ağırlığı ilə əlaqədar
deyil. Çox vaxt rotavirusun nəcislə ifraz olunması zahirən sağ-
lam uşaqlar və xəstəliyi əlamətsiz keçirən böyüklər arasında
qeyd edilir.
Fəsillilik. Rotaviruslu bağırsaq xəstəliyi sporadik xəstələnmə
kimi bütün il boyu müşahidə edilir, ancaq qış fəslində xəstə lik-
lərin sayı çoxalır. Xəstələnmə ən az noyabr-may aylarında, ən
çox isə yanvar-mart aylarında qeyd edilir. Qışda alovlanmalar is ti
iqlimə malik ölkələrdə, ilin ən soyuq vaxtında isə tropik və subt-
ropik ölkələrdə qeydə alınır. Bununla yanaşı, rotaviruslu bağır saq
xəstəliyinin alovlanması bəzən yay-payız aylarında da aşkar edi-
lir.
Törədicinin yoluxma mexanizmi. Rotaviruslu bağırsaq xəs-
tə liyi yüksək kontagiozlu xəstəlikdir. İnsanlar virusla fekal-oral
m e xanizmlə yoluxurlar. Törədicinin böyük miqdarda n ə cis lə ifraz
edilməsi, uzun müddət nəcisdə saxlanması, adi dezinfeksiyaedici
maddələrə və xarici mühit amillərinə nisbətən d a vam lılığı xarici
mühitin rotavirus larla əhəmiyyətli dərəcədə çirk lən məsinə səbəb
olur. Rotaviruslu bağırsaq xəstəliyinin qida və su a lov lanmaları
qeyd edilmişdir. Rotavirusların xəstəxanadaxili y a yılması viru-
sun xəstəxana işçiləri vasitəsilə mexaniki şəkildə keçirilməsi ilə
əlaqədardır. ancaq bəzi alovlanmalar zamanı ailə lərdə və istehsa-
lat kollektivlərində xəstəli yin sürətlə yayılması onun aerozol
yolla ötürülməsini ehtimal edir. Bəzi müəlliflər ro ta virusların
yayılma sürətinin respirator virusların yayılmasına oxşadığını
göstərir. Xəstəliyin qış mövsümündə daha çox yayılması da
virusların hava vasitəsilə yayıldığını göstərir.
Klinikası. Adi hallarda xəstəlik ishal, qusma, qarında ağrı-
larla başlayır. Bu əlamətlərə zəiflik, adinamiya və baş ağrıları ə l a -
443
və olunur. Hərarətin yüksəlməsi 15-25% böyüklərdə, ondan bir
neçə dəfə çox uşaqlarda qeyd edilir. Xəstəni müayinə edər kən
yumşaq damaqda, damaqətrafı nahiyədə və dilcikdə səpgilər
qeyd edilir. Palpasiya zamanı göbək nahiyəsində ağrı, bağır-
saqda gurultu qeyd edilir. Xəstədə gündə 5 dəfədən çox defeka-
siya müşahidə edilir, nəcis çox və suya bənzərdir, adətən, tünd-
sarı rəngdə olur. Kəskin dövr 3-4 günə qədər davam edir,
xəs təliyin 5-7-ci günü sağalma (rekonvalessensiya) dövrü başla-
nır. Xəstəlik cüzi əlamətlərlə və əlamətsiz təzahür edir. Nadir hal-
larda xəstəlik ağır keçir, su-duz mübadiləsi ciddi pozulur, ürək-
damar çatışmazlığı müşahidə edilir.
İntensiv müalicə tədbirləri aparılmazsa, belə hallar xəstənin
ölümü ilə nəticələnə bilər. İlk klinik əlamətlər bağırsaq pozğun-
luğu diaqnozunu qoymağa imkan verir, etioloji diaqnoz ancaq
laborator müayinənin nəticəsində müəyyən edilir.
Laborator diaqnostikası. Laborator diaqnoz qoymaq üçün
törədicini aşkar etmək və ona qarşı əkscisimləri müəyyən edən
üsullardan istifadə olunur.
Virusvəyaantigeninaşkaredilməsi. Müayinə üçün xəstənin
nəcisini götürürlər. Virusu nəcisdə 1, 2, 3 gün ərzində tapmaq olar.
Virusu aşkar etmək üçün elektron mikroskopiyasından istifadə
edilir. Müsbət hallarda rotavirusun müvafiq cisimcikləri (ikikap-
sidli və birkapsidli sap) tapılır. Nəcisin durulaşdırılmış m əh luluna
spesifik immun zərdab əlavə etdikdə virus birləş mələri əmələ
gəlir. Yaşıl meymunların böyrəyindən ha zır lanmış toxuma hücey-
rələrini müa yinə olunan maddə ilə yo lux durmaqla rotavirusları
əldə etmək olar. Xəstələrin nəcisində rotavirus antigenini komple-
menti birləşdirmə, immundiffuz presipitasiya, immun flüo res sen-
siya reaksiyaları ilə müəyyən etmək olar. Müasir radioimmun və
im munoferment üsullarından istifadə etməklə rotavirusları aşkar
etmək mümkündür.
Rotaviruslaraqarşıəkscisimlərinaşkaredilməsi. Rotavirus-
lara qarşı əkscisimləri aşkar etmək üçün insan rotaviruslarına
yaxın virus lardan (Nebraska dana ishal virusu və meymun
SALL virusu) hazır lanmış antigendən istifadə edilir. Əkscisimlər
444
və onların titrinin artmasını müəyyən etmək məqsədilə xəstə li-
yin 3-4-cü və 12-14-cü günlərində 2 cüt zərdab alınır.
Müəyyən antigenlə zərdablarda əkscisimləri aşkar etmək
üçün komplementin birləşmə, hemaqqlütinasiya, immunflüores-
sensiya reak si yalarından istifadə edilir. Rotavirus yoluxucu xəs-
tə liyinin dəqiq diaq nozu nəcisdə rotavirusların və qan zərda bın da
ona qarşı əkscisimlərin tapılması ilə qoyulur. Xəstəlik müd də-
tin də JgM əkscisimlərinin tapılması xəstəliyin təzə olmasını
göstərir.
İmmunitet. Rotaviruslara qarşı immunitetin yaranmasının ilk
təza hürü JgM sinfinə aid əkscisimlərin qeyri-düz im mun flü o res -
sensiya üsulu ilə aşkar edilməsidir (xəstəliyin I həftəsinin sonu, II
həftənin əvvəli). Xəstəliyin 5-ci həftəsinin sonunda bu əksci sim-
lər yox olur. Xəstəliyin 2-3 həftəsində JgG sinfindən olan əksci-
sim lər görünür. Getdikcə bu əkscisimlərin titri artaraq orqa niz m də
uzun müddət saxlanılır.
Əhalinin rotaviruslara qarşı immunoloji strukturunu öyrənər-
kən (komplementin birləşmə və immunflüoressensiya reaksi-
yası) dün yanın müxtəlif ölkələrində 3 aya qədər uşaqlar arasında
60-80% müsbət nəticə alınmışdır, çox güman ki, bu əksci sim-
lərin anadan ötürülməsi ilə əlaqədardır. İmmunitetin ən aşağı
sə viy yəsi 3-9 yaşlı uşaqlar arasında (20%-dən az) qeyd edilir.
Daha böyük yaşlı uşaqlarda (9 aydan 18 yaşa qədər) əksci sim lə-
rin sayı tədricən artır, 12 yaşında isə bu, 80%-ə çatır.
Rotaviruslu donuzların ishalla xəstə arasında aparılan təd qi-
qat lar göstərdi ki, bağırsaqların qeyri-həssaslığı (rezistintliyi)
bağır sağın daxilində JgA sinifinə aid əkscisimlərin olması ilə
ə la qədardır. Bir sıra tədqiqatçılar doğuşdan 2-4 gün sonra ana
sü dündə maloziva bu əkscisimləri aşkar etmişlər. Bir sıra hal-
larda isə bu əkscisimlər malozivada aşkar edilməsinə baxmaya-
raq, qan zərdabında tapılmır. J.Holmes ehtimal edir ki, JgA-nı
ifraz edən hüceyrələr onu daima hasil etmir, ancaq onların “i m mu-
noloji yaddaşı” var, növbəti reinfeksiyalar zamanı yenidən ha sil
edir.
Ananın qanında dövr edən əkscisimlər dölün qan dövranına
k e çir və uşaq anadan olduqdan sonra birinci ayında onun qan
445
zər dabında əkscisimlər aşkar edilir. Ona görə rotaviruslu bağır-
saq pozğunluğu 2-3 aya qədər uşaqlarda nisbətən az təsadüf edi-
lir.
Spesifik profilaktika. Rotavirus bağırsaq xəstəliyinin spesi-
fik profilaktikası vardır. Heyvan rotavirusları ilə insan rotavirus-
ları arasında fərqin olmamasına, heyvan rotaviruslarının insan
üçün patogen olmamasına əsaslanaraq bəzi tədqiqatçılar belə
he sab edirlər ki, danaların rotaviruslu ishalını törədən törə di ci-
lər dən insanları peyvənd etmək üçün diri vaksin hazırlamaq olar.
Bir sıra müəlliflər rotavi ruslu xəstə insan zərdabından hazırlan-
mış JgJ-immunoqlobulini eksperi mental olaraq rotaviruslarla
yoluxdurulmuş quzulara verərək onlarda xəstəliyin inkişafının
qarşısını ala bilmişlər. Bəzi müəlliflər hesab edirlər ki, ayrı-ayrı
hallarda uşaqlarda rotaviruslu ishalın qarşısını almaq üçün
im mun qlobulini ağız vasitəsilə vermək olar. Hələlik bu məsə lə lər
sona qədər həll edilmədiyindən fekal-oral yoluxma mexa nizmi
ilə yayılan rotaviruslu ishalın profilaktikasının əsasını sanitar-
gigiyenik tədbirlər təşkil edir.
Rotavirusların yoluxma yolunun yüksək fəallığa malik o l-
ma sı sayəsində sanitar-gigiyenik tədbirlər az səmərə verir. M ü-
əy yən edil mişdir ki, ana südü ilə qidalanan uşaqlarda süni qida-
lananlara nisbə tən rotaviruslar zəif inkişaf edir. Təbii qidalanan-
larda xəstəlik baş versə belə, yüngül keçir. Xəstəlik ağır k eç dikdə
orqanizmin susuzlaş masının qarşısının alınmasına yönəldilmiş
tədbirlər əsas yer tut malıdır.
Epidemioloji nəzarət. Rota viruslu diareyalar zamanı klinik-
laborator diaqnostikanın təşkil olunmaması, xəstəlik haqqında
məlumatın olmaması nəticəsində epidemioloji nəzarət aparmaq
çətinləşir. Bu mərhələdə rotaviruslu bağırsaq xəstəlikləri üzə-
rin də epidemioloji nəzarəti iki istiqamətdə aparmaq lazımdır.
Birinci istiqamətdə qeyri-bakterial diareyaların retrospektiv
epidemioloji təhlili aparılır. Bunun üçün risk qrupu və kol lek tiv-
lər ayrılır, xəstəliyin çoxillik dinamikası aydınlaşdırılır. Təhlilin
nəti cəsində əldə olunmuş hipotezalar xəstəliyin klinik diaqnosti-
kasının qoyulması və profilaktikanın müddəalarının əsaslandırıl-
ması zamanı istifadə edilir.
446
İkinci istiqamət laborator müayinə üsulları vasitəsilə rotavi-
ruslu diareyaların fəal aşkar edilməsindən ibarətdir. Bu məq-
səd lə müasir müayinə üsullarından istifadə etmək lazımdır.
Norvolk virus qrupu tərəfindən
törədilən xəstəlik
1968-ci ildə Norvolk şəhərində məktəbdə baş vermiş mədə-
bağırsaq xəstəliyinin alovlanması zamanı könüllülərin yolux du rul -
ması nəticəsində Norvolk virusları əldə edilmişdir. Norvolk virusu
toxuma hüceyrələrində inkişaf etmir, laborator heyvanlar üçün
yoluxdurucu deyildir. Virusları aşkar etmək məqsədilə im mu-
nelektron mikroskopiya, radioimmun, immunferment və im mun-
hemaqqlü tina siya reaksiyasından istifadə edilir. Onların köməyi
ilə xəstəliyin geniş yayılması müəyyən edilmişdir. Virusun bir
neçə serovariantlarının olması aşkar edilmişdir. Buna görə də
hazırda Norvolk viruslar ayrıca qrupda təsnif edilir.
Viruslar bağırsaqlarda məskən salmış və fekal-oral mexa-
nizmlə yayılırlar. Əsas yoluxma amili sudur. Norvolk virusu
polio- və rotaviruslara nisbətən xlorun təsirinə daha dözümlüdür.
Xlorun suda miqdarı 10 mq/l olduqda sağ qalırlar. Qida vasi-
təsilə də yolux ma baş verə bilər. ancaq xəstəliyi klinik əlamət lə-
rinə görə ayırd etmək mümkün deyildir.
Xəstəlikdə inkubasiya dövrü 4 saatdan 77 saata qədər, çox vaxt
1-2 gün davam edir. Xəstəlik qısa müddətli gedişi ilə (1-3 gün)
fərqlənir, bu dövrdə kəskin mədə-bağırsaq pozğunluqları qeyd edi-
lir. Hərarət ən çox 37,5-38
0
C-yə qalxır, əzələ ağrıları nəzərə çarpır.
Xəstəlik müayinə aparılan bütün ölkələrdə yayılmış və bu
zaman insanlarda Norvolk virusuna qarşı əkscisimlər aşkar edil-
miş dir. Norvolk viruslu xəstəlikləri uşaqlar arasında rotavirus-
lara nisbətən az yayılmışdır. Xəstəliyin onlarla epidemik alovlan-
maları aşkar edilmişdir. Alovlanmaların əksəriyyəti g ə mi lərdən
tullantıların axıdılması zamanı, üzgüçülük hovuzlarında çimərkən
suyun çirklənməsi nəticəsində baş verir. Xəstəxanadaxili və qida
yoluxmaları da aşkar edilmişdir.
Epidemik alovlanmalarda yoluxma orta hesabla 60%-dir (23-
dən 93%-ə qədər). Bəzən birdəfəlik su və qida epidemik alov-
447
lan malarından sonra təmas-məişət alovlanmaları da baş verir. T ə-
mas da olan şəxslərin orta hesabla 99%-i (31-dən 42%-ə qədər)
yoluxurlar.
Epidemik alovlanmalar əsasən qış aylarında baş verir. Onların
bir hissəsi ədəbiyyatda “qış qusma xəstəliyi” kimi təsvir edilmişdir.
Xəstəliyin spesifik profilaktikası və müalicəsi vardır. Profi-
laktika əsasən mədə-bağırsaq xəstəliklərində olduğu kimidir.
448
Təmas yoluxma mexanizmli infeksiyalar
Viruslu hepatitlər
Viruslu hepatitlər polietiologiyalı, geniş yayılmış kəskin və
ya xro niki, müxtəlif klinik əlamətlərlə davam edən, qaraciyərin
z ə də lən məsi ilə özünü göstərən, tək-tək, qrupla xəstələnmə və
epidemik alovlanma şəklində qeyd edilən yoluxucu xəstəlikdir.
Bu in feksiya ilə ancaq insanlar xəstələnirlər.
Qısa tarixi məlumat. Viruslu hepatitlər insanlara qədim
zamanlardan məlumdur. Elmi tibbi ədəbiyyatda bu xəstəlik haq-
qında ilk yazılı məlumat 1629-cu ilə aiddir, o vaxta qədər bu
xəs təliyi sarılıqla gedən digər xəstəliklərdən ayırmırdılar.
Hepatiti sərbəst nozoloji vahid kimi 1865-ci ildə Virxov təs-
vir etmişdir. Hepatitin yoluxucu təbiətli olması haqqında ilk dəfə
1888-ci ildə S.P.Botkin özünün məşhur “Klinik müha zi rə lə-
rin”də məlumat vermişdir. ÜST 1964-cü ildə bu xəstəliyi iki
qrupa bölərək “yoluxucu hepatit” və “zərdab hepatiti” adlandır-
mağı daha məqsədəuyğun hesab etdi.
Müasir dövrdə klinik-epidemioloji tədqiqatların və labora tor
diaq nostika metodlarının əsasında viruslu hepatitlərin aşağıdakı
n o zoloji formaları ayırd olunur: A, B, C, D, E. Bundan başqa,
dife rensiasiya olunmamış qrup ayırd olunur ki, əvvəllər onlar nə
A, nə də B hepatiti adlandırılırdı. C və E hepatitləri məhz bu
qrupdan ayrılmışdır. Son illər G və TTV virusları identifikasiya
olunur, q a ra ciyərin zədələnməsində onların rolu öyrənilir.
Məlumdur ki, parenteral hepatitlər zamanı mənfi nəticənin
alın ması qaçılmazdır. Xəstəliyin kəskin formasını keçir dikdən
sonra çox vaxt xronik hepatit formalaşır (xüsusilə də C hepatiti
zamanı), sonralar belə xəstələrin bir qismində qaraciyər sirrozu
in kişaf edə bilər. Birincili hepatosellüllyar karsinomanın viruslu
B və C hepatitləri ilə etioloji əlaqəsi təsdiq edilmişdir. Bundan
başqa, müasir müalicə metodlarından istifadə edilməsinə baxma-
yaraq, əksər hallarda hepatitin fulminant gedişində ölüm halları-
nın qarşısını almaq olmur.
Dostları ilə paylaş: |