Vəba
Vəba insanın kəskin yoluxucu xəstəliyidir. Xəstəlik mədə-
bağırsaq yolunun fəaliyyətinin pozulması, daxili intoksikasiya,
orqanizmin su-duz mübadiləsinin pozulması, susuzlaşma və
ürək qan-damar sisteminin fəaliyyətinin zəifləməsi ilə təzahür
edir. Klinik gedişinin ağırlığı, yüksək kontagiozluğu və pande-
mik ya yıl mağa meyilliyi bu xəstəliyi təhlükəli yoluxucu xəstə-
lik lər sırasına daxil etməyə imkan verir.
Qısa tarixi məlumat. Xəstəlik bir neçə minillik tarixə m a-
likdir. Lakin o, uzun müddət özünün qədim endemik ocağı olan
Hindistandan kənarda müşahidə edilməmişdir.
Vəba xəstəliyi eramızdan əvvəl IX və ya VII əsrlərdə həkim
Susrut tərəfindən hind ensiklopediyalarında təsvir edilmişdir. O,
xəstəliyi “Vishuka” adı ilə təsvir edərək onun simptomlarını belə
göstərir: “xəstəlik zamanı şiddətli ishal və qusma baş verir, b u-
nun ardınca xəstə bərk arıqlayır, səs itir, gözlər çuxura düşür,
bədən soyuyur, ölüm faizi yüksək olur”. Heç şübhəsiz ki, Susru-
tun bu əlamətlərlə təsvir etdiyi xəstəlik vəba olmuşdur. Bundan
sonra vəba yenə də Hindistanda ilk dəfə XVI əsrdə Korrea
tərəfindən təsvir edilmişdir. XIX əsrin əvvəllərində ilk dəfə ola-
raq Hindistandan keçərək 100 ildən çox bir müddət (1817–1925)
ərzində dövrü pandemiya şəklində özünü büruzə vermişdir. Qəf-
lə tən baş vermə, epidemiyaların yayılması, yüksək xəstələnmə və
ölüm, əhali arasında yüksək həyəcan, uzun müddət həkim lə rin və
bütün ölkələrin hökumətlərinin xəstəlik qarşısında acizliyi - bun-
ların hamısı vəbanın 6 pandemiyaları üçün xarakterikdir. Vəbanın
bu pandemiayları bəşəriyyət tarixində dərin iz qoymuşdur.
Vəbanın vətəni Hindistanda Qanq çayının sularıdır, oradan
xəstəlik epidemiya şəklində Asiya qitəsinə yayılır. Vəbanın
birinci pandemiyası XIX əsrin əvvəlində –1817-ci ildə Hindis-
tanda başlayaraq bütün dünyaya yayıldı, ancaq 1823-cü ildə d a-
yandı. Sonralar vəba pandemiyaları dəfələrlə təkrar olunaraq
dünyanın əksər ölkələrini əhatə etdi. Belə ki, birinci pandemiya-
dan sonra 1826-cı ildə ikinci pandemiya başlandı və 1837-ci ilə
kimi davam etdi. Üçüncü pandemiya 1844-cü ildən 1859- cu ilə
405
qədər davam etdi, dördüncü pandemiya 1865-ci ildən 1873-cü
ilə qədər, beşinci pandemiya 1883-cü ildən 1896-cı ilə qədər
davam etdi. Bu pandemiyalar zamanı vəba ilə kütləvi xəs tə lən mə
Asiya, Avropa, Afrika və Amerika qitələrində yayılmışdı. A ltıncı
pandemiya 1902-ci ildə başlamış, 1926-cı ilə kimi d a vam etmiş
və Asiya, Afrika və Avropa qitələrini əhatə etmişdi.
Yeddinci pandemiya vəba vibrionlarının El-Tor biotipi tərə-
fin dən törədilərək 1960-cı ildə başlamışdır. El-Tor vibrionu ilk
dəfə 1905-ci ildə Qotşlix tərəfindən El-Tor (Sinay yarımadası)
karantin məntəqəsində ölmüş zəvvarların bağırsaqlarından əldə
edilmişdir. Bu xəstəliyin ilk epidemik alovlanması 1937–1940-cı
illərdə Sulavesi adasında (İndoneziya) vəba endemik o ca ğında
baş vermişdir. 1961-ci ildən El-Tor biotopunun törət diyi vəba
İndoneziyadan qonşu ölkələrə, Hindistan və P a kis tana yayıldı.
Yeddinci pandemiya az vaxt içərisində dünyanın əksər ölkə-
lə rini əhatə etdi. ÜST-ün məlumatına əsasən, 1984-cü ilin ə v və-
lində xəstələrin miqdarı 1,3 mln-a çatdı; ən yüksək xəs tə lən mə
1971-ci ildə baş vermişdi (155.555), 1983-cü ildə bu rəqəm
64061 idi. 1971-ci ildən başlayaraq hər il vəba dünyanın 30-40,
1979- cu ildə isə 47 ölkəsində müşahidə edilmişdi. Dünyada
vəba ilə xəstələnənlərin yarısından çoxu Afrika qitəsində qeydə
alınmışdır.
1962-ci ildə El-Tor vəbası karantin infeksiyaları qrupuna d a-
xil edildi. El-Tor vibrionu ilə törədilən vəbanın VII pandemiyası
1960-cı ildə başlamışdır. Onun yayılmasında 5 dövr ayırd edilir:
1-ci dövr 1960–1962-ci illəri əhatə edir. Epidemiya özünün
e n demik ocağından (İndoneziyanın Sulavesi adası) çıxaraq cənub-
Şərqi Asiya ölkələrini əhatə edir. Onu da demək lazımdır ki, müs-
təqillik əldə edən ölkələrdə mədəni-siyasi əlaqələrin g e niş lənməsi
ilə əlaqədar olaraq vəbanın yayılmasına geniş i m kanlar açıldı.
2-ci dövrdə pandemiyanın yayılması 1962–1967-ci illərə
qədər davam edir. Asiya qitəsi daxilində 1964-cü ildə El-Tor v ə-
bası cənubi Vyetnamdan Hindistana gətirilmiş və tez bir z a-
man da klassik vəbanı sıxışdırıb çıxarmış, onun yerini tutmuşdur.
Xəstəlik 1965-ci ildə Özbəkistanın Karakalpak və Xarezm vila-
yət lərinə də keçmişdir. 1971-ci ildən Banqladeş adlandırılan
406
Şər qi Pakistanda epidemiyalar eyni vaxtda 2 törədici tərəfindən
törədilmişdir, ancaq El-Tor vibrionu ilə yoluxan xəstələrin sayı
klassik vibrionlarla yoluxanlardan 10 dəfə çox olmuşdur.
3-cü dövrdə (1967–1976-cı illər) vəbanın pandemiyası Orta
və Yaxın Şərqə, Afrika və Avropaya yayılmışdır. Xəstələnmə
səviy yəsi çox yüksək olmuşdur, dünya üzrə 70-80 ölkədə yayıl-
mışdır, Afrikada xəstəlikdən letallıq göstəricisi 50% təşkil etmiş-
dir. 1970-ci ildə eyni vaxtda Xəzər dənizi (Həştərxan) və Qara
dənizin (Odessa, Kerç) hövzələrində El-Tor vibrionları ilə törə-
dilən vəba ocaqları aşkar olunmuşdur.
4-cü dövr 1977–1990-cı illəri əhatə edir. Bu dövrdə xəstə lə-
rin sayı tədricən azalmağa başlamış, lakin El-Tor vəbası yer k ü-
rə sinin bütün qitələrində yayılmış (27-43 ölkədə ildə 20-50 minə
qədər xəstə qeyd olunurdu), hətta klassik vəbanın yayılmadığı
öl kələri də bürümüşdür.
Dünyanın bir çox ölkələrində (Afrika, Cənub-Şərqi Asiya,
ABŞ, Meksika körfəzinin sahil boyu suyunda) El-Tor vəbasının
ikincili endemik ocaqları formalaşmışdı. Avropada və yüksək
i nki şaf etmiş ölkələrdə də xəstəliyin gətirilmə halları qeydə alı-
nır. 1980-ci ilə qədər xəstələnmənin 83%-i Asiya ölkələrinin
payına düşürdü. Növbəti 5 il ərzində xəstələnmənin xüsusi ç ə-
ki si Afrikada yüksəlmiş və 62%-ə çatmışdır. 4-cü dövrdə xəs tə-
lən mənin səviy yəsi Asiya vəbasını 7-10 dəfə üstələmişdir. 1986-
cı ildən başlayaraq xəstələnmə Asiya qitəsində yenidən art mışdır.
5-ci dövr 1991-ci ildən indiki dövrə qədər davam edir. Bu
dövrdə dünyada xəstələnmə 125 mindən 700 minə qədər xəstə
təşkil etmiş və hazırda xəstəlik 50-70 ölkədə qeyd olunur.
VII pandemiyanın başlanmasından etibarən onun endemik
ocaqlardan digər ölkələrə yerdəyişməsi qeyri-bərabər olmuşdur.
İlk onillikdə vəba ancaq Asiya sərhədlərində yayılmış və yalnız
1970-ci ildə Afrika ərazisinə və Avropaya keçmiş, 1973-cü ildə
isə ilk vəba xəstəsi Amerika qitəsində – ABŞ-da aşkar edilmiş-
dir. Vəbanın cənubi Amerikaya keçməsi üçün 30 il vaxt tələb
olundu (1991-ci il) və tezliklə yalnız Latın Amerikasının ayrı-ayrı
ölkələrində vəba qeyd edilmişdi. Epidemiya cənubi Amerika q i-
tə sinin əksər ölkələrini əhatə etmişdir.
407
Ümumilikdə dünya üzrə 7-ci pandemiya zamanı vəba ilə x əs-
tələrin ümumi sayı endemik ölkələri təyin etmişdir. 1961-69-cu
illərdə cənubi Asiya (Hindistan, Banqladeş, Nepal) və cənub-
Şərqi Asiyada (Filippin, Malaziya, Birma, Tailand) dünya üzrə
qeydə alınan vəba ilə xəstələrin 89,4%-i cəmlənmişdir. Bir sıra
Afrika ölkələrində (Zair, Burundi, Qana və s.) davamlı endemik
ocaqlar formalaşmışdır və orada vəba hər il yüksək səviyyədə
aşkar olunur.
Azərbaycanda vəba xəstəliyinin I epidemiyası 1823-cü ildə baş
vermişdir. Növbəti 100 il ərzində vəbanın daha 10 epidemiyası o l-
muşdur. Epidemiyalar hər dəfə İrandan keçmişdir. Yalnız 1907-ci
ildə şimaldan–Həştərxandan keçmişdir. Epidemiyalar 1926-cı ilə
qədər davam edir. Bu ildən etibarən vəba xəstəliyi qeyd olunmur.
Azər baycanda 1970–1972-ci illərdə vəba xəstəliyinin gətirilmə
halları qeydə alınmışdır (42 xəstə). O, İran, Hindistan, İordaniya-
dan gətirilmişdir.
Müasir dövrdə hər il vəba 27-43 ölkədə aşkar olunur. Bu ö l-
kə lərin bəzilərində xəstəliyin yayılması ilk dəfə baş verir.
Etiologiyası. Vəba xəstəliyinin törədicisi Vibrio cholerae ilk
dəfə Kox tərəfindən 1883-cü ildə Hindistan və Misir səfərləri z a-
manı əldə edilmişdir. Onun müxtəlif növləri vardır. İnsanlarda əsa-
sən iki biotip xəstəlik törədir: klassik Vibrio cholerae və Vibrio
El-Tor. 1950-ci ildən başlayaraq vəbanın etioloji amili kimi El-Tor
biotopunun əhəmiyyəti getdikcə artmağa başladı; 1961-ci ildə vəba
xəstələrinin 80%-dən bu vibrion aşkar edilirdi. ÜST-ün məlumatına
görə, 1982–1983-cü illərdə Banqladeşdə yenidən klassik Vibrio
cholerae biotopu aşkar edilməyə başlandı. Vəba t ö rə dicisi vergü lə-
bən zər olduğu üçün vibrion adlandırılmışdır. Uzunluğu 2-3 mkm,
d ia metri 0,4-0,6 mkm ölçüdədir, bir uzun kiprikciyə malikdir, çox-
hə rəkətlidir, spor əmələ gətirmir, Qram-mənfidir. Adi qələvi qidalı
mühitlərdə yaxşı bitir (pH 7,8-8,0), aerobdur, jelatini əridir, nişas-
tanı parçalayır, indol əmələ gətirir, nitratı nitritə çevirir.
Müasir dövrdə dünyada vəba vibrionlarının 2 biovarı dövr
edir – Vibrio cholerae (klassik) və El-Tor vəbası. Klassik vibri-
onu 1883-cü ildə R.Kox kəşf etmiş, El-Tor vibrionu isə Qotşlix
t ə rə findən 1905-ci ildə Afrikada El-Tor qəsəbəsinin karantin stan-
408
siyasında aşkar olunmuşdur. Bu vibrionların morfoloji və anti gen
quruluşları oxşardır. Ölçüləri: uzunluğu–1,5-4 mkm, eni – 0,2-0,4
mkm-dir, hərəkətlidir, Qram-mənfi, O-somatik və H-qamçı
antigenə malikdir.
O-antigenin əsasında yapon alimləri 3 serovar ayırd etmişlər:
Oqava, İnaba, Hikoşima (sonuncu aralıq serovar olub vəba alov-
lanmalarında nadir hallarda rast gəlinir). El-Tor vəbası ilə törə di-
lən pandemiya bütün ölkələrdə Oqava serovarı ilə başlamışdır.
XX əsrin 90-cı illərində cənub-Şərqi Asiyada vəba xəstəliyinin
alovlanmaları baş vermişdir. Bu, vəba serumu ilə aqqlütinasiya
olunmayan 0139 (Benqal) serovarı ilə törədilmişdir.
Cholerae və El-Tor vibrionları Heyberqə görə 1-ci biokim-
yə vi qrupa, 01 Oqava (İnaba) vəba serumu ilə aqqlütinasiya olu-
nan vibrionlara aiddir.
Xarici mühitdən, həmçinin insanlardan vəba törədicilərinə ox -
şar vibrionlar ayırd olunur. Heyberqə görə, bunlar da 1-ci qrupa
aid dir, lakin 01 vəba serumu ilə aqqlütinasiya olunmurlar. Bu vib-
rionlar NAQ vibrionlar adlandırılan və ya 01 seroloji qrupundan
olmayan vibrionlardır, 90 sərbəst serovarları vardır. Bunların bir
hissəsi KBX-in əmələ gəlməsində iştirak edir.
Vəba vibrionları ekzotoksin (xolerogen) – məsələn, 0139 s e-
rovarı (Benqal) və endotoksin ifraz edir. Ekzotoksin (xolerogen)
bağırsağa düşərkən nazik bağırsağın Peyer düyüncüklərinin
M-hüceyrələrində bir neçə dəqiqə ərzində adsorbsiya olunur.
Toksin və nazik bağırsaq hüceyrələrinin membran qanliozid lə ri-
nin qarşılıqlı təsiri nisbətində kompleks əmələ gəlir. Bu komp-
leks bağırsaq hüceyrəsinin daxilinə keçir. Toksiki kompleks h ü-
cey rədə siklik adenozin-monofosfatın əmələ gəlməsini kəskin
surətdə gücləndirir (15 dəfə və daha çox arta bilər). Bu, öz növ-
bə sində endotoksik effekt verir, hüceyrə ilə mayenin şiddətli
ifrazı başlanır.
Hazırda vəba vibrionlarının 3 əsas toksiki mühiti vardır: 1)
bak teriyanın örtüyü və hüceyrə ilə əlaqədar olan termostabil
lipopolisaxarid, endotoksinlər; 2) ekzotoksin xolerogen, vəbaya
xas olan su-elektrolit pozğunluğunu törədən diareya sindromu-
nun yaranmasında iştirak edir; 3) bağırsaq divarları damarlarının
409
və hüceyrə membranının keçiriciliyini artıran toksiki “keçiricilik
amili”.
Vəba vibrionu somatik termostabil, ancaq Vibriocholerae-ya
məxsus O-antigeni və müxtəlif vibrionlar üçün ümumi kiprikcik
H-antigeninə malikdir. Ümumi H antigeni olan 40-dan çox O -
qrup vibrionları təsvir edilmişdir. Vəba törədiciləri O1 qrupuna
aiddir. O-antigenin xüsusiyyətindən asılı olaraq, vəba vibrionları-
nın 3 serovarı məlumdur: 1) Oqava; 2) İnaba; 3) Qikoşima.
O1 vəba vibrionları identifikasiya olunur. İdentifikasiya vib-
rionların ümumi xüsusiyyətlərinin öyrənilməsi nəticəsində aparı-
lır. Kəskin mədə-bağırsaq xəstəliyi olan şəxslərdən, eləcə də çirkab
və açıq su mənbələrindən bəzən AO (aqqlütinasiya o lun mayan-
NAQ) vibrionları əldə edilir. AO vibrionları O1 vəba zərdabı ilə
aqqlütinasiya etmirlər, lakin vəba vibrionları ilə ümumi H -
antigenə malikdilər. Vəba və aqqlütinasiya etməyən vibrionların
identifikasiyası mürəkkəb olduğundan və xəstədən AO vibrion-
larının əldə edilməsi vəba xəstəliyinin olacağını göstərdiyindən
belə vibrionlar aşkar edildikdə vəbaya qarşı aparılan epidemiya
əleyhinə tədbirlər həyata keçirilir.
Vəba vibrionları xarici mühitdə davamlıdır. Suda bir neçə
gün dən bir neçə həftəyə qədər, qurumamış nəcisdə 217 gün sax-
lanılır. Günəş şüasına, qurumağa, dezinfeksiyaedici maddələrə,
xüsusilə turşulara həssasdırlar, qaynadıldıqda bir neçə dəqiqə ə r-
zində məhv olurlar. ancaq dondurulduqda uzun müddət qalırlar.
El-Tor vibrionu klassik biotopa nisbətən xarici mühit amil-
lərinə daha dözümlüdür. ancaq su hövzələrinin məişət və s ə na ye
tullantıları ilə çirkləndirilməsi vəba vibrionlarının uzun müddət
saxlanmasına şərait yaradır.
Vəba vibrionlarının yaşama müddəti – müxtəlif qida məhsul-
la rında bir neçə saatdan 7 günə qədərdir. Süddə, ət məhsul la rında
hətta artıb çoxalırlar. Məişət əşyaları üzərində – 14-20 saat,
qa ran lıqda – 24-34 saat salamat qalırlar. Qaynadılmamış suda
8-10
0
C-də El-Tor vibrionu 18 gün, soyuqda isə daha çox yaşayır,
çay buzunda yaxşı qalırlar. Çirkab quyularında 2-3 gün, çirkab
sularında 24-30 saat yaşayırlar.
Meyvə-tərəvəzin realizasiyası zamanı insolyasiyanın zərər-
siz ləş dirici təsiri nəzərə alınmalıdır. Meyvə-tərəvəz üzərində l a-
410
zı mi insolyasiya zamanı yüksək temperaturda 8 saat ərzində
məhv olur, insolyasiya olmadıqda isə 2-8 gün ərzində yaşayırlar.
Müəyyən edilib ki, çay hövzələrinin suyunda bir neçə aya qədər
yaşayırlar. El-Tor vib rionunun uzunmüddətli sirkulyasiyası d ə-
niz, kanalizasiya sisteminin, hamam sularının suyunda aşkar
o lu nub. Bununla da su mənbələrində vibrionun ikincili endemik
ocaqlarının yaranması baş verir.
Vibrionlar saprofit mikrofloranın antaqonistik təsirinə qarşı
həssasdırlar. Xüsusilə turşuların təsirinə yüksək həssasdırlar.
Duz və sulfat turşularının 1:10 000 nisbəti vibrionu bir neçə
saniyə ərzində məhv edir. Mədənin turş möhtəviyyatında El-Tor
vib ri onunun məhv olması həzm sisteminin vəziyyətindən, qida-
lanmanın xarakterindən, orqanizmin rezistentliyindən və törə di-
ci lərin dozasından asılıdır. Ümumiyyətlə, El-Tor vibrionu klassik
vibriona – V.cholerae nisbətən xarici mühitdə daha d a vamlıdır.
Dezinfeksiyaedici preperatlar – 1%-li xloramin, 1-2%-li
xlorlu əhəng, 1%-li fenol, 3%-li lizol məhlulları törədiciləri
15-30 dəqiqə ərzində məhv edirlər. 60
0
C-də 10 dəqiqə, 100
0
C-də
dərhal məhv olurlar.
İnfeksiya mənbəyi. Vəba yalnız insanlarda müşahidə olu-
nur. İnfeksiya mənbəyi xəstə insan, rekonvalessent-törədi ci gəz-
di rən və sağlam törədicigəzdirən hesab olunur.
Törədicigəzdirənlər və xəstələr arasında olan say nisbəti kon -
kret sosial şəraitdən, o cümlədən yaşayış yerlərinin sanitar vəziy-
yətindən, əhalinin mədəni səviyyəsindən, tibbi xidmətin həc min-
dən və keyfiyyətindən asılıdır. Bir xəstəlik hadisəsinə 2-10-dan
100-ə qədər törədicigəzdirənlik halları düşür.
Yaşayış yerlərinin sanitar vəziyyətinin səviyyəsi və əhalinin
sanitar savadlılığı, müalicə-profilaktik yardımın göstərilməsi
həcmi nə qədər yüksək olarsa, törədicigəzdirənlərin sayı bir o
qə dər az olar.
İnfeksiyamənbəyininyoluxduruculuqdövrü.Törədicilərin xəs-
tə orqanizmdə yaşama müddəti, adətən, 1-2 həftə çəkir. Rekonva-
lessent törədicigəzdirmə, adətən, 7 gün, bəzən isə 3 həftə çəkir,
lakin uzunmüddətli (bir neçə ay) vibriongəzdirmə halları da təs-
vir olunmuşdur. Sağlam törədicigəzdirənlər vibrionları 5-14 gün
411
ərzində ifraz edirlər, El-Tor vibrionu isə 7 ilə qədər də ifraz edilə
bilər. Antibiotiklərlə müalicə zamanı törədicinin ifrazı 2-3 gün-
dən artıq olmur.
Vəba xəstəliyində törədicigəzdirmə dövri xarakter daşıyır.
T ö rədicilərin ifraz olunması ödlə də mümkündür. Sağlam insa-
nın yoluxması xəstəyə xidmət etdikdə, törədicigəzdirənlərlə t ə-
masda olduqda, açıq su hövzələrinin suyunda çimdikdə və onlar-
dan istifadə etdikdə, törədicilərlə çirklənmiş qida məhsullarını
qəbul etdikdə baş verir. Səthi su mənbələrində vibrionların qatı-
lığı 1 litr suda 10-5000 vibrion arasında dəyişir. Tək-tək xəstəlik
hallarının baş verməsi üçün 1 litr çay suyunda 75 vibrionun o lması
kifayətdir.
Yoluxma mexanizmi. Vəba xəstəliyi üçün fekal-oral y o-
lux ma mexanizmi səciyyəvidir. Qusuntu kütləsi, nəcis, çirk lən -
miş su, o cümlədən çirkab, hamam, çay, dəniz suları, soyuq iç -
kilər, qida məhsulları, ilk növbədə süd, həmçinin çirkli əllər,
mə işət əşyaları, milçəklər yoluxma amilləri hesab olunur. Xəs-
təliyin yayılmasında su yolunun əhəmiyyəti daha böyükdür.
1968-ci ildə vəbanın 7-ci pandemiyasının gedişi zamanı alınan
materiallara əsaslanaraq ÜST-ün ekspertləri açıq su höv zə lərini də
sərbəst yoluxdurucu mühit hesab etdilər. Su ekosis temlərdə per-
sistə edərkən, vəba vibrionu suda yaşayan o r q a niz mlər və bit-
kilərlə biosenotik əlaqələrə girirlər. Vəba vibrionunun su giansini
ilə əlaqəsi aşkar edilmişdir. Su giasinlərinin köklərində vibrionla-
rın miqdarı onları əhatə edən suda olan miqdarından 300 dəfə
çoxdur. El-Tor vibrionu isə onurğasızların xitinini qida substratı
kimi istifadə edirlər. Buna görə də son illər vəba xəstəliyi su sap-
ronozu hesab edilir.
Təbii şəraitdə vəba vibrionu mürəkkəb sirkulyasiya mexa niz-
minə malik olub, buraya hidrobiontlar (balıqlar, qurbağalar, xər-
çəngkimilər) və quşlar qoşulur. Vəba vibrionları su ilə hidro bi-
ont ların orqanizminə düşərkən onların həzm kanalında artıb
ç o xa lırlar. Bu məhsulların çiy halda və kifayət qədər bişiril mə dən
yeyilməsi zamanı yoluxma baş verir.
İnfeksiya mənbəyindən minlərlə km uzaq məsafədə yerləşən
açıq su hövzələrinin suyuna vibrionların düşməsi və artması k ö-
412
çəri su quşları vasitəsilə həyata keçirilir. Uzaq ölkələrdən gələn
bu quşlar vəba vibrionları ilə kontaminasiya olunmuş molyusk-
ları da daşıyırlar.
Həssaslıq. Törədicinin uzunmüddətli sirkulyasiyası qeyd o lu-
nan ərazidə latent immunizasiya nəticəsində əhalidə xəstəliyə
qar şı rezistentlik yaranır (məişət immuniteti). Uşaqlar yaşlılara
ni s bətən daha çox xəstələnirlər. Törədicinin sirkulyasiyası qeyd
edilməyən ölkələrdə yüksək xəstələnmə göstəricisi 20-50 yaşlı
şəxslərdə aşkar olur. Xəstəlik keçirmiş şəxslərdə antibakterial və
a n ti toksik davamlı (3 il davam edir) immunitet yaranır.
Kişilər qadınlara nisbətən daha çox xəstələnirlər. Kişilərin
xəs təliyə daha çox yoluxması onların əhalinin ən çox hərəkətli,
y er dəyişən təbəqəsi olması ilə bağlıdır. Əksər hallarda onlar y o-
luxmadan əvvəl alkoqoldan istifadə etmişlər ki, bu da mədə nin
bar yer funk siyasını pozmuşdur.
Çirklənmiş süddən içdikdə isə daha çox uşaqlar yoluxurlar,
q i dada yoluxmuş balıq, xərçəng və digər dəniz məhsullarının l a-
zımi termiki emaldan keçirilmədən işlədilməsi isə əsasən b ö yük-
lərin yoluxmasına gətirib çıxarır.
Peşədən və əmək fəaliyyətindən asılı olaraq, xəstələnmə və
vib riongəzdirmə göstəriciləri arasında müəyyən asılılığın olması
aşkar edilir. Bu, dəniz nəqliyyatında işləyənlər, balıqçılar və s. pe -
şə lərdə işləyən şəxslər arasında xəstəliyin yüksək olması ilə izah
edilir.
Bundan başqa, qeyri-düzgün həyat tərzi keçirən şəxslər, o
c üm lədən həzm sisteminin işində müəyyən pozğunluqları olan
(axiliya), qastritlər, xolesistitlər və hepatitli xəstələr, həmçinin a l -
koqola aludə olanlar daha çox xəstələnirlər.
Vəba əvvəllər qeyd edilməyən ərazilərə (intakt ərazi) g ə ti ril-
dikdə əsasən aktiv yaşda olan şəxslər xəstələnirlər.
Vəbanın alovlanmaları, adətən, ilin isti dövrlərində baş verir və
soyuqlar düşdükdə çox vaxt alovlanmalar dayanır.
İnkubasiya dövrü bir neçə saatdan 5 günə qədər, adətən, 2-3
gün sürür.
Xəstəliyin klinik təzahürləri. Tipik hallarda vəba müxtəlif
klinik formalarla xarakterizə olunur.
413
1. Enterit –vəbaenteriti tez-tez, ağrısız defekasiya ilə səciy-
yələnir, orada selik və qan yoxdur, nəcisin rəngi getdikcə ağarır,
öz adi iyini itirir (həmçinin nəcis xarakterini də itirir).
2. Orta-ağırforma – qastroenterit. Bu dövrdə defekasiyanın
sayı 30-a çatır. “Düyü həlimi”nə bənzəyən ishala şiddətli qusma
da qoşulur (vəba diareyası). Patoloji material törədicinin təmiz
kulturası sayılır. Belə ki, 1 ml mayedə 10
7
-10
9
vibrion vardır. Bu
dövrdə güclü dehidratasiya baş verir – sutka ərzində xəstə 30-40
l maye itirə bilər. İntoksikasiya, qanın laxtalanması, hipokalie-
miya, hipoproteinemiya, asidoz, qıcolma əlamətləri müşahidə
olunur.
3. Ağır,alhidforma – bu dövrdə ağır intoksikasiya simptom-
ları üstünlük təşkil edir. Xəstəliyin təhlükəsi azalmır, ishal daya-
nır, qusma azalır. Xəstənin temperaturu 35,5
0
C, hətta 34
0
C-yə
qədər düşür.
Eksikoz nəticəsində, yəni orqanizmin susuzlaşması zamanı
“Hippokrat sifəti” əmələ gəlir, turqor aşağı düşür, dəri qırışır və
göyərir, ürək-damar sisteminin fəaliyyəti aşağı düşür (sapvari
nəbz, səthi tənəffüs), lakin xəstənin huşu aydın qalır, anuriya, ano-
ksiya, afoniya, asfiksiya müşahidə olunur. Xəstəliyin bu döv ründə
60% hallarda ölüm baş verir. Alhid formalı xəstənin vaxtında
müalicəsi zamanı onu xilas etmək mümkündür.
Əgər bu mərhələdə ölüm baş vermirsə, xəstəlik reaktiv fa -
za ya keçir ki, onun başlanması ilə bərabər diurez bərpa olunur
və xəstənin səhhətində yaxşılaşmaya meyil yaranır. Bəzən isə
vəba tutmalarının təkrarlanması qeyd olunur, yəni xəstəlik vəba
tifoidi fazasına keçir. Bu halda xəstənin bədən temperaturu kəs-
kin yüksəlir, huşun tutqun laşması baş verir, rozeolyoz xarakterli
səpkilər əmələ gəlir, yenidən ishal yaranır və 80-90% hallarda
vəba tifoidi ölümlə nəticələnir.
Ağırildırımşəkillivəba – bu zaman yoluxma anından alhid
for madan ölümün baş veməsinə qədər olan müddət cəmi 14-18
saat təşkil edir. Bəzən isə vəba “quru” formada keçir. Bu zaman
ancaq intoksikasiya əlamətləri inkişaf edir. Xəstəliyin bu forma-
sında ölüm faizi çox yüksəkdir.
414
Bununla yanaşı, xəstəliyin atipik formaları – olduqca yüngül
k e çən silinmiş ambulator və gizli formaları – inapparant infeksiya
da müşahidə olunur.
Vəbanın klinik-patogenetik təsnifatı xəstənin susuzулашма
dərəcəsinə əsaslanmışdır:
1-ci dərəcədə maye itkisi bədən çəkisinin 1-3%-ni;
2-ci dərəcədə 4-6%;
3-cü dərəcədə 7-9%;
4-cü dərəcədə (alhid) – 15%-i təşkil edir.
Daha çox I və II dərəcəyə rast gəlinir (70-85%).
Dostları ilə paylaş: |