Əksepidemik tədbirlər. Xəstə və törədicigəzdirənlər dərhal
vəba hospitalına hospitalizə olunmalıdır. Xəstələrlə təmasda
olan lar, KBİ keçirən şəxslər izolyasiya edilməli və ya xəstəliyin
mak simum 5 günü müddətində hospitalizasiya olunmalıdırlar.
Belə şəxslər vəbaya görə bakterioloji müayinədən keçirilirlər
(məq səd – xəstə və vibrion gəzdirənləri aşkar edib, onları təcrid
etmək və bu yolla xəstəliyin yayılması imkanını aradan qaldırmaq-
dır). Bakterioloji müayinə 1-ci sutka (antibiotiklərlə təcili profi-
laktika aparmazdan əvvəl) ərzində 3 dəfə aparılır. Xəstələr s a-
ğal dıqdan sonra təkrarən 3 dəfə bakterioloji müayinə aparılmalı
və müayinənin nəticəsi əgər hər dəfə “mənfi” olarsa, o zaman bu
şəxsləri xəstəxanadan evə buraxmaq olar. Qida müəssisələrinin
426
işçiləri 5 dəfə bakterioloji müayinədən, 2 dəfə ödün müayinə sin-
dən sonra evə yazılırlar.
Vəba ilə xəstələnmə baş verdikdə xəstəlik nə qədər tez aşkar
edi lərsə, onun yayılmasının qarışısını bir o qədər tez almaq olar.
Xəstəliyin erkən diaqnostikası onun klinikasına, epidemioloji
ana mnezə və bakterioloji müayinənin nəticəsinə əsaslanır.
Xəstələrin, törədicigəzdirənlərin, təmasda olanların, KBİ ilə
xəstələrin hospitallaşdırılması dezinfeksiya mərkəzləri, GEM-in
şöbələri, təcili tibbi yardım tərəfindən xüsusi nəqliyyat vasitəsilə
aparılır. Törədicigəzdirənlər 3 ay ərzində dispanser müşahidə
altında saxlanılır və müayinəyə cəlb olunurlar: 1-ci 10 gündə 1
də fə, sonralar ayda 2 dəfə.
Ocaqda profilaktik (suyun xlorlaşdırılması) və ocaqlı dezin-
feksiya (cari və son) aparılır. Əşyalar kamera dezinfek siyasında
işlə nir. Hazırda ocaqda aparılan karantin tədbirləri məhdud-
laşdırıcı tədbirlərlə əvəz olunmuşdur: çirklənmiş açıq su hövzə-
lə rində çimmək, fərdi çay nəqliyyatından istifadə, qeyri-mütə-
şək kil ov və balıq tutulmasını qadağan etmək. Bu tədbirlər yaxşı
nəticə verir.
Açıq su hövzələrinin intensiv şəkildə mikrobla çirklən mə-
sinin qarşısı alınmalı və insanların həmin yerlərdə sudan isti fa-
dəsi qadağan edilməlidir.
Vəbanın profilaktikasına əhalinin sanitar-gigiyenik şəraiti nin
və sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən
key fiyyətli içməli su ilə təmin olunması, çirkab sularının zərər-
siz ləşdirilməsi, yaşayış yerlərinin sanitar təmizlənməsi aiddir.
Vəbanın profilaktikası üzrə tədbirlər kompleksinə xaricdən
vəbanın gətirilməsinin qarşısının alınmasına yönəldilmiş təd-
birlər də aiddir. Bu tədbirlər tibbi-sanitar xarakter daşıyır (yük-
lərə – baqaja sanitar baxış, sərnişinlərin sorğusu, aşkar olunmuş
xəs tələrin izolyasiyası).
İlk vəba xəstəliyi hadisəsi aşkar olunduqda həmin ərazi vəba
ocağı elan olunur. Vəba ocağının lokalizasiyası və ləğv edilməsi
sanitar-əksepidemik komissiyanın operativ planı əsasında aparı-
lır. Bu kompleks planın tərkibinə tibbi və inzibati tədbirlər aid
olub bütün işin metodik rəhbərliyini təmin edir. Karantin föv-
427
qəladə hallarda qoyulur. Bu zaman ərazinin sərhədləri konkret
epi demik vəziyyətdən, sanitar-gigiyenik şəraitdən, təsir edən y o-
luxma amillərindən, əhalinin miqrasiyasından və digər ərazi lərlə
nəqliyyat əlaqələrindən asılı olaraq müəyyənləşdirilir.
428
Virus mənşəli yoluxucu bağırsaq
xəstəlikləri
Enteroviruslar tərəfindən törədilən xəstəliklər
Enterovirus yoluxucu xəstəliyi bağırsaq qrupu virus xəs tə lik-
lə rinə aid olub, Pikornoviruslar (pico–kiçik, rna–RNT tərkibli)
ailəsinə, enterovirus nəslinə daxil olan viruslar tərə findən törə-
dilir. Bu ailəyə aid olan enteroviruslar nəslinin 2 növ virusu sər-
bəst xəstəlik törədir (poliomielit və A hepatiti). Enteroviruslar
nəs linin digər növləri polimorf klinik əlamətləri olan xəstəlik
törədirlər. Enterovirusların 72 serovariantı məlumdur.
Onlardan poliomielit və Koksaki A, Koksaki B xəstəliyini,
ECHO xəstəliyini A hepatiti - xəstəliyini törədən və digər sero-
variantlar məlumdur.
Koksaki A virusları tərəfindən törədilən xəstəlik poliomielitə
bənzər, aseptik meningit və ensefalit, epidemik mialgiya əla-
mətləri ilə təzahür edir. Koksaki A virusları tərəfindən törədilən
xəstəlik miokardit, perikardit, yenidoğulmuşların ensefalomio-
karditi, dabaq, herpanginaya xas olan əlamətlərlə qeyd edilir.
ECHO virusları tərəfindən törədilən xəstəlik epidemik h e-
mor ragik konyunktivit, kəskin tənəffüs yolları xəstəlikləri əla-
mət ləri ilə müşayiət olunur. Yeni aşkarlanmış enteroviruslar kəs-
kin mədə-bağırsaq xəstəlikləri, səpgilərin yaranması və hərarətlə
gedən xəstəliklərə məxsus əlamətlərlə müəyyən edilir.
1948-ci ildə Nyu-York ştatının Koksaki qəsəbəsində polio-
mielit diaqnozlu 2 xəstənin nəcisi ilə yoluxdurulmuş hüceyrə
kul tu rasında bir virus alındı. Sonradan ona Koksaki virusu adı
verildi. Buna uyğun virus ştamları aseptik meningitli (1949),
mialgiyalı (1949, 1950), “yay qripi” (1950), miokarditli (1953,
1958), herpanginalı (1951), poliomielitəbənzər (1952–1958)
xəstələrdən də alındı. Laborator heyvanların eksperimental y o-
lux durulmas zamanı aydın oldu ki, Koksaki A virusları ağ siçan-
larda süst iflic, Koksaki B virusları isə bu heyvanlarda ölümcül
xəstəlik törədir.
429
1951–1953-cü illərdə eyni zamanda müxtəlif laboratoriya-
larda poliomielit diaqnozu olan xəstələrdən hüceyrə kulturasına
si topatik təsir edən viruslar alındı, aydın oldu ki, deyilən viruslar
laborator heyvanlarda xəstəlik törətmirlər. Bu viruslar ECHO
(enteric cyto pathogenic human orfans – insanların bağırsaq h ü-
ceyrə patogen yetim ciyəz virusları) adlandırıldı. “Yetimciyəz”
termini onu göstərir ki, onun törətdiyi xəstəliyin məlum klinik
ə la mətlərlə əlaqəsi yoxdur. Onlar aseptik meningitlər, səpgili yay
hərarətli xəstəliyi, poliomie litə bənzər xəstəliklər, miokardit, res-
pirator xəstəliklər və daba ğabənzər xəstəliklərlə yoluxmuş xəs-
tələrdən alınmışdır.
Aralıq xüsusiyyətə malik enteroviruslar da əldə edilmişdir.
Bunu nəzərə alıb əldə edilən yeni enteroviruslara müxtəlif qrup-
lara aid olmayan sıra nömrələri verilir. 1969- cu ildən etibarən
xəstə və sağlamlardan 67 növ entereviruslar alınmışdır və sonra-
lar belə qərara gəldilər ki, əldə edilən yeni 4 təzə viruslar ayrıca
qeydə alınsın. Onlardan 2-si (68 və 69) sağlam insanlardan alı-
nıb, Koksaki A və ECHO viruslarından fərqli olaraq patogen
deyildir. Enterovirus 70 1969–1971-ci illərdə Afrika, Asiya və
bir sıra Avropa ölkələrində pandemik yayılmışdır. Bu virusun
törətdiyi xəstəliklər kəskin keratokonyunktivit əlamətlərinə m a-
likdir. Enterovirus 71 (EV H) 1970–1972-ci illərdə Kaliforniyada
ensefalit və aseptik meningitli xəstələrdən alınmışdır. İsveçdə bu
virus lara oxşar törədicilər “əl-ağız” əlamətli meningit xəstə lə-
rindən alın mışdır. 1975-ci ildə belə viruslar Bolqarıstanda polio-
mielitli xəstələrdən alınmışdır.
Hepatit A xəstəliyinin törədicisi əldə edildikdən sonra ÜST
və pikornovirusların təsnifatı ilə məşğul olan tədqiqatçılar onu
e n te ro viruslara aid edərək enterovirus 72 adı verdilər. Ancaq
ÜST hepatit A məfhumunun geniş yayıldığını nəzərə alıb hepatit
A adının saxlanmasını məsləhət gördü.
Poliviruslar və hepatit A enteroviruslarından başqa, digər en -
te ro viruslarda epidemik prosesin inkişafı sona qədər öyrə nil mə -
mişdir.
Məlumdur ki, enteroviruslar ancaq xəstə və sağlam insanlar-
dan alınır. Törədicilər əsasən bağırsaqların selikli qişasında məs-
430
kən salırlar. Belə məlumat vardır ki, enteroviruslar (hepatit A v i-
rusundan başqa) boğazdan götürülmüş materialda aşkar edilir.
Xüsusi müayinələr göstərdi ki, enteroviruslar nəinki insanlar
arasında, eləcə də xarici mühit əşyalarında yayılmışdır. Müəy yən
edilmişdir ki, dövr edən enteroviruslar antigen xüsu siy yət lərinə
və virulentliyinə görə dəyişkəndirlər. İngilis alim lə rinin m ə lu-
matına görə, enterovirusların eyni variantı 3 illik f a si lə ilə epide-
miya törədir, epidemiyalararası dövrdə əhalinin im mu nitetinin
yüksək olduğu dövrdə o öz virulentliyini itirir. Enteroviruslar
üçün ən əlverişli mövsüm yay fəslidir. Epidemik alovlanma z a-
manı əsasən uşaqlar, yeniyetmələr və cavanlar x əs tə lə nirlər.
Spesifik profilaktik tədbirlər və laborator müayinə üsulu i ş-
lən məmişdir. Ona görə də bağırsaq xəstəliklərinin profilakti ka-
sında tətbiq edilən ümumi tədbirlərdən enteroviruslara qarşı da
istifadə edilir.
Poliomielit
Poliomielit (uşaq onurğa beyni iflici, Heyne-Kojevnikov-
Medino xəstəliyi) orqanizmin hərarətlə gedən kəskin virus xəs-
tə liyidir; xəstələrdə onurğa beynin boz maddəsində və mər kəzi
sinir sisteminin digər şöbələrində iltihabı dəyişikliklər meydana
çıxır. Bu zaman yuxarı, aşağı ətraflarda və gövdədə süst at rofik
ifliclər və parezlər baş verir.
Poliomielit eramızdan bir neçə min il əvvəl məlum olmuşdur.
Xəstəlik ilk dəfə eramızdan əvvəl IV əsrdə Hippokrat tərəfindən
təsvir edilmişdir. Poliomielitin elmi cəhətdən öyrə nil mə sində
Mos kva Universitetinin professoru U.Y.Dyadkevski (1834) və
alman ortopedi Heynenin (1840) rolu böyükdür. Sər bəst nozoloji
vahid kimi poliomielit 1860-cı ildə Heyne tərə findən müəyyən
edilir. Onun klassik təsvirini isə rus həkimi A.Y. Ko jevnikova
(1883) və İsveç klinisisti Medin (1890) vermişdir.
Poliomielit virusu 1908-ci ildə Landşteyner və Popper tərə-
findən əldə edilmişdir. 1939- cu ildə Armstronq siçan və pambıq
si ço vullarından törədicini alaraq onu ətrafı öyrənmişdir. Həm çi-
nin Enders (1958) toxuma kulturasında törədicini öyrənmişdir.
431
MDB-də poliomielitin tədqiqinə 50-ci illərdə başlanılmışdır. Bu
sahədə rus alimlərindən M.P.Çu makov, A.A.Smorodinsev, Y.N .L ev -
koviç, M.K.Voroşilova və başqalarının böyük xidmətləri o l muşdur.
Azərbaycanda bu xəstəliyi Ə.Ə.Ba bayev (1959–1984) və onun
rəhbərlik etdiyi laboratoriyanın işçiləri ətraflı öyrən mişlər.
Yayılması. Poliomielit dünyanın bütün qitələrində yayılmış-
dır. XIX əsrin ortalarına qədər bu xəstəlik sporadik və lokal epi-
demik alovlanmalar şəklində qeyd edilirdi. XX əsrin birinci yarı-
sında o, təhlükəli epidemik xəstəliyə çevrildi. təkcə ABŞ-da
1949- cu ildən 1953-cü ilə qədər 200 mindən çox poliomielitlə
xəstə qeydə alınmışdır. MDB-də 1950–1960-cı illərdə ən yüksək
xəstələnmə Pribaltika, Qırğızıstan, Qazaxıstan və bir sıra respub-
likalarda qeyd edilirdi. 1959–1960-cı illərdən başlayaraq s pe sifik
immunizasiyanın aparılması sayəsində MDB-də və bir çox ölkə-
lərdə poliomielit epidemiyaları ləğv edildi. 1974-cü ildə dün-
yanın 6 regionunda (Avropa, Asiya, Afrika, Amerika, Şərqi Ara-
lıq dənizi, Qərbi Sakit okeanı) cəmi 8692 poliomielitlə xəstə qey-
də alınmışdır. Ayrı-ayrı ölkələrdə 1974-cü ildə xəstəliyin sayı
k əs kin şəkildə azalmışdır. 1976-cı ildə isə bütün dünyada cəmi
9473 xəstə aşkar edilmişdir, onun da yarısından çoxu Afrika öl -
kə lərində baş vermişdir.
Etiologiyası. Poliomielitin törədicisi poliovirus – Polioviru-
ses 25-35 mm ölçüsündə kiçik viruslar olub, enteroviruslar ailə-
sinə daxildir, onun 3 müxtəlif tipi məlumdur (I, II, III). Vibrio-
nun mərkəzində infeksion RNT yerləşir, onlar 20%-li efirə 18
saat (4
0
C-də), 1 M maqnezium xlorid məhlulu ilə təsir etdikdən
sonra 50
0
C temperatura 1 saat ərzində davam gətirir. Poliovirus
xarici mühit təsirlərinə davamlıdır, nəcisdə, çirkab sularında,
su da, süddə, yağda və başqa qida məhsullarında həftələr və a y-
lar la salamat qalır. Adi pasterizasiya (62
0
C) virusu 30 dəqiqə
m üd dətində, 80
0
C temperatur 0,5 dəqiqəyə, qaynatma isə bir
anda məhv edir. Bütün məlum antibiotiklər və dərman preparat-
ları polioviruslara təsir etmir, 70%-li spirt, 5%-li lizola davamlı-
dırlar. Mühitin pH-ı 2,3-dən 9,4 olduqda 1 gün, dondurulmuş
v əziy yətdə illərlə, +4
0
C-də bir neçə ay, otaq hərarətində 70 günə
qə dər, 50%-li qliserin məhlulunda bir ildən çox salamat qalırlar.
432
Suyun xlorlaşdırılması poliovirusları inaktivasiya edir (suda üz vi
maddələr olduqda onda xlorun miqdarı artırılmalıdır). Ultra bə-
növ şəyi şüalar virusa öldürücü təsir edir, günəş şüası altında,
nəcisdə, milçəklər üzərində saatlarla saxlanılır. Fenol, xlor, for-
malin virusa gec təsir edir, yüksək qatılıqda 3 saat ər zində onlar
virusu öldürür. Formalin buxarı 50
0
C hərarətdə yaxşı dezinfeksi-
yaedici təsir göstərir.
Patogenez və klinikası. Tədqiqatçıların əksəriyyətinin fik-
rin cə, poliovirus orqanizmə ağız vasitəsilə daxil olur. 1-2 gün-
dən sonra daxil olduğu yerdə boğaz halqası toxumalarında və
bağır saqlarda inkişaf edərək yerli limfa vəzlərinə, oradan isə
qana daxil olur, qan cərəyanı vasitəsi ilə üzv və toxumalara yayı-
laraq sinir sisteminə daxil olur, onurğa beynin ön və arxa şa xə lə-
rin də, bel qanqliyalarında inkişaf edərək onları zədələyir. Sinir
sistemində poliovirus sinir toxumaları və ya perinevral sahə v a-
si təsi ilə hərəkət edir. Yoluxmadan 4-5 gün sonra viremiya baş
verir, bu, bir neçə gün davam edir (1-2-dən 20 günə qədər). Sinir
sistemində virus 4 həftəyə qədər saxlanılır, burun-boğazdan
vi rus xəstəliyə qədər bir neçə gün və xəstəliyin birinci həftəsi ə r-
zində, bağırsaq vasitəsi ilə isə 3-6 həftədən artıq müddətdə if raz
olunur. Nəcislə virus çoxlu miqdarda xaric olunur.
Poliomielitin klinik gedişi müxtəlifdir. Xəstəliyin əsasən 3
for ması qeyd edilir: abortiv, iflicsiz və iflicli formaları. İnapparant
(gizli) infeksiya və sağlam virusgəzdirmənin böyük epidemioloji
əhəmiyyəti vardır. Xəstəlik orta hesabla 9-12 gün çəkən (1-2-dən
30-40 günə qədər) inkubasiya dövründən sonra inkişaf edir. Xəs-
təliyin əsas əlamətləri – hərarətin yüksəlməsi, mədə-bağırsaq sis-
teminin disfunksiyası və mərkəzi sinir sisteminin zədə lən mə sin-
dən ibarətdir. Xəstəlik bir neçə dövrdə davam edir: iflicdən
q a baq kı, iflic, bərpa, qalıq və ya rezidual dövrlər. İflic formasında
zə də lənmənin yerləşməsindən asılı olaraq meningial, bel, bulbar,
pontin (üz sinirinin zədələnməsi), ensefalit, ataktik və başqa for-
maları qeyd edilir. Onların hər birinin özünəməxsus klinik xüsu-
siy yəti vardır. Bir çox müəlliflərin fikrincə, iflicli formaya iflicsiz
formadan 3-5 dəfə az təsadüf edilir, iflicli forma ilə ə la mətsiz for-
manın nisbəti 1:1000 arasında dəyişir.
433
Xəstəliyin gedişinə və nəticəsinə virusun infeksion dozası,
yoluxma üsulu və orqanizmin ümumi vəziyyəti təsir göstərir.
İflicsiz formada ancaq meningial əlamətlər və onurğa beyni
mayesində dəyişiklik nəzərə çarpır. Qalıq əlamətləri baş vermir.
İflic siz forma müxtəlif epidemik alovlanmalarda poliomielitlə
xəstələnənlərin 30-70%-də aşkar edilir.
Abortiv poliomielit xəstəlik formasında mərkəzi sinir sistemi-
nin zədələnməsi əlamətləri qeyd edilir, xəstələrdə uzun sür məyən
temperatur yüksəlməsi, baş ağrıları və kataral hallar g ö rünür.
Abortiv forma ancaq epidemioloji anamnez və ya v i ru soloji m ü-
ayinə vasitəsilə aşkar edilir.
Əlamətsiz infeksiya poliomielitdə ən çox (bütün hadisələrin
90-95%-i) təsadüf edilən formadır. Onun nəticəsində əkscisimlər
əmələ gəlir və mədə-bağırsağın təkrari yoluxmağa qarşı rezis-
tenliyi yaranır.
Poliomielit xəstəliyinin yüksəlişi dövründə iflicli forma əla-
mətsiz (inapparant) formaya görə 1:1100-1500, xəstəliyin a zal mış
səviyyəsində isə 1:40-a nisbətində qeyd edilir. Xəstəlik k e çir miş
şəxslər virusu bir neçə ay ərzində gəzdirə bilərlər. X ə s tə likdən
sonra ömürlük möhkəm immunitet yaranır. Təkrari xəs tə lən mə
çox nadir hallarda, çox güman ki, başqa növ viruslar t ə rə findən
baş verir.
Poliomielitdə yeganə infeksiya mənbəyi insandır. Poliomieli-
tin bütün formalarında xəstələr, törədicigəzdirənlər (rekon va les-
sent lər və sağlam törədicigəzdirənlər) infeksiya mənbəyi rolunu
oynayırlar. Xəstə prodromal dövrdə yoluxdurma qabiliyyəti əldə
edir, xəstəlik inkişaf etdikcə xəstələrin yoluxduruculuq qabi liy yəti
zəifləyir. Əksər hallarda xəstəliyin 40-cı günündən xəstə in fek-
siyanı yaymaq imkanından məhrum olur. Bəzi hallarda xəstələr
törədicini bir neçə ay ərzində ifraz edirlər. İnfeksiyanın yayılma-
sında yüngül və atipik formalı xəstələr əsas rol oynayırlar.
Yoluxma mexanizmi. Poliomielit əsasən alimentar yolla,
fekal-oral yoluxma mexanizmi ilə yayılır. Hava-damcı mexa-
nizmi ilə də yoluxma mümkündür. Poliomielit xəstəliyində y o-
lux ma amilləri bağırsaq infeksiyalarında olduğu kimidir. Xəs tə li-
yin yayılmasında çirkli əllər, məişət əşyaları, qida məh sul ları və
434
su iştirak edir. Qida məhsulları üzərindən törədici milçəklərlə
keçirilə bilər. Poliomielit xəstəliyində məişət və qida epidemiya-
ları, xüsusilə süd epidemiyaları daha ətraflı öyrə nil miş dir.
Epidemioloji xüsusiyyətləri. Poliomielitə dünyanın müx tə lif
iqlim zonalarında təsadüf edilir. Onun üçün fəsillilik səciy yə vi-
dir. Xəstəlik mayda artmağa başlayır, avqust-sentyabr aylarında
yüksək səviyyəyə çatır. Bəzən qışda da poliomielitin epi d emik
alovlanması baş verir.
Poliomielitə müxtəlif yaş qruplarında rast gəlinir. Xəstəlik ən
çox məktəbəqədər yaşlı uşaqlar arasında baş verir. Uşaqlar d o-
ğu landan 6 aya qədər və böyüklər kütləvi peyvənddən sonra
nadir hallarda poliomielitlə xəstələnirlər. Son illər uşaqlar kör-
pələr evində uşaq bağçalarına nisbətən daha çox xəstələnirlər.
Uşaq kollektivlərində qeydə alınan epidemik ocaqlar çox vaxt
bir hadisəli olur. Təkrari yoluxmalar ailəvi ocaqlarda baş verir.
Kənd yerlərində bəzi hallarda poliomielitlə xəstələnmə oraya
şəhər dən çoxlu şəxslərin gəlməsi (kənd təsərrüfatı işləri ilə əla-
qədar olaraq) nəticəsində artır. Şəhər uşaqları kənd uşaqlarına
nisbətən daha tez-tez xəstələnirlər.
Profilaktika və mübarizə tədbirləri. Poliomielitə qarşı mü -
barizə kompleks tədbirlərlə aparılır. Poliomielitli və ona şüb hə
oya dan xəstələr mütləq təcrid edilərək infeksion xəstəxanaya
g ön dərilirlər. Xəstəxanaya göndərilənə qədər onlar ayrı otaqda
s ax lanı lırlar. Epidemik ocaqda infeksiya mənbəyini, yoluxma
yol larını və xəstə ilə təmasda olanları aşkar etmək üçün epidemi-
oloji müayinə aparılır. Xəstə ilə təmasda olan uşaqlar xəstə təcrid
edil dikdən 20 gün sonra karantində saxlanılır. Xəstəliyin 40-cı
günündən tez xəstənin evə yazılmasına icazə verilmir. Evə ya zıl-
mış xəstə uşaqlar sağlamlardan 12 gün müddətində ayrı s ax la-
nılır. Xəstə ilə təmasda olan qida və uşaq müəssisələrinin iş çi ləri
20 gün işdən kənar edilirlər.
Uşaq müəssisəsində poliomielitli xəstə aşkar etdikdə, xəstə
tapılan qrup 20 gün karantində saxlanılır, bu dövr ərzində uşaq-
ların gündə hərarəti ölçülür, onlar tibbi müayinədən keçirilirlər,
nəcisləri virusoloji müayinəyə göndərilir. Hərarətli, burun-boğa-
zında və bağırsağında iltihab prosesi olan və nevroloji dəyişik-
435
liklər qeyd edilən uşaqlar xəstəxanaya qoyulurlar. Təkrari xəs-
təlik baş verdikdə qrup və uşaq müəssisəsi (yaslı, uşaq bağçası)
bütünlükdə 20 gün müddətində gecə-gündüz iş rejiminə keçirilir.
Xəstəliyin diaqnozu qoyulan andan ocaqda cari dezinfeksiya
aparılır. Xəstənin təmasda olduğu əşyalar, alt paltarı, üst geyimi,
qab-qacağı, yataq dəsti, ifrazatı dezinfeksiya edilir. Otaq, ayaq-
yolu və nəqliyyat xəstə hospitallaşdırılandan sonra dezinfeksiya
edilir. Qida qalığı 15 dəqiqə qaynatmaqla və ya quru xlorlu əhən-
glə qarışdırılaraq (1:2-yə nisbətində) 1 saat saxlamaqla d e zin fek-
siya edilir.
Məktəbdə tək-tək hallarda xəstələnmə qeyd edildikdə xəs-
təlik qeydə alınan siniflərdə uşaqların gündəlik hərarəti ölçülür
və onlar tibbi müayinədən keçirilirlər.
Poliomielitin profilaktikasında ən mühüm hadisə Salp (1953)
tərəfindən yaşıl meymunların böyrək hüceyrələrində poliomieli-
tin becərilmiş 3 növündən formalin vasitəsilə zərərsizləşdirilmiş
vak sinin hazırlanması oldu. Seybin poliomielitin 3 növündən
vak sin ştamı aldı. Moskva (M.P.Çumakov, 1956) və Peterburqda
(A.A.Smorodinsev, 1958) Seybin ştamlarından vaksin hazırlan-
ması üzrə işlər başa çatdıqdan sonra poliomielit institutunda
(M os kva) onu istehsal etməyə başladılar. Poliomielitə qarşı ağız
v a si təsilə diri vaksinlə kütləvi peyvənd aparılandan sonra (91
mln şəxs, 1960) poliomielit xəstəliyinin səviyyəsi nəzərə çarpa-
caq dərəcədə azaldı, 1961-ci ildə isə poliomeilitin epidemik
a lov lanmaları MDB ölkələrində tamamilə ləğv edildi. Hazırda
bir çox ölkələrdə və MDB-nin bəzi ərazilərində poliomielit ləğv
edilib. Respublikamız da belə regionarlardandır.
ÜST 3 valentli diri vaksini 3 dəfəyə istifadə etməyi məsləhət
görür: 6, 10 və 14 həftəlikdə AGDT ilə birlikdə. Son zamanlar
pey vəndi 4 dəfəyə, birincisini isə uşaq anadan olan kimi BSJ
v ak sini ilə birlikdə tətbiq edirlər.
Təcrübə göstərir ki, peyvəndin təqvimi pozulduqda poli o-
mielitə həssas uşaq təbəqəsinin yaranması baş verir. Belə halda
vak sin ştamı həssas orqanizmlərdən keçərək öz virulentliyini bər -
pa edir və poliomielitəbənzər xəstəliyin inkişafı üçün şərait yara-
nır. Belə viruslar immun çatışmazlığı olan uşaqların orqaniz minə
436
düşdükdə poliomielitin vaksin ilə assosiasiya yaradan hal ları
qeyd edilir. ÜST-ün məlumatına görə, 5,5 mln doza vaksinə bir
xəstəlik hadisəsi düşür. Bundan başqa, hesablanmışdır ki, 6 mln
doza vaksinə peyvəndlə assosiasiya edən bir poliomielit hadisəsi
qeyd edilir.
Son zamanlar immunogenliyinin yüksək olmasına və təhlü-
kə sizliyinə görə diri poliomielit vaksini tibb işçilərinin diqqətini
cəlb edir. Qeyd etmək lazımdır ki, öldürülmüş, diri vaksin olma-
sına baxmayaraq, (diri vaksinin istifadəsi) daha faydalıdır. Bu
vak sinin geniş istifadə edilməsinə mane olan əsas amil öldürül-
müş vaksinin bahalığıdır.
Poliomielit zamanı epidemioloji nəzarət xəstəliyin qarşısının
alınması və yerli ləğv edilməsi məqsədini güdür. Bu məqsədə
çat maq üçün vaksinin keyfiyyəti, əhalinin peyvənd olunma faizi-
nin və immunoloji struktur göstəricilərində xəstəliyin fəal aşkar
edilməsi, planlı və epidemioloji göstərişlərə görə peyvənd işinin
təşkilindən istifadə edilir.
Təbii çiçəkdə olduğu kimi, poliomielitlə mübarizənin müəy yən
mərhələsində peyvəndin keyfiyyətinə nəzarət etməklə ya na şı,
xəstəliyin fəal aşkar edilməsi və epidemik ocaqlarda əha linin ə sas lı
peyvənd edilməsinin böyük əhəmiyyəti vardır. Bu ra da əra zinin
endemikliyi haqqında epidemioloji məlumatları, kənardan xəs-
təliyin gətirilməsi imkanını, peyvəndin aparılması vaxtını və i m-
mu niteti olmayan əhali arasında vaksin ştammının dövr etmə sini
nəzərə almaq lazımdır. Ən düzgün məlumatı virusoloji müa yi-
nələr vasitəsilə xəstədən virusun əldə edilməsi və vaksin vi ru su
ilə onun fərqləndirilməsi sayəsində almaq mümkündür. Bu nun
üçün yüksək həssaslığa malik olan DNT-nin oliqonukleotid xəri-
tə ləşdirilməsindən istifadə edilir. Bu üsulla Moskvada polio mie-
litlə xəstələnmə hadisələrinin hamısının vaksin ilə assosiasiya
ya ra dan hadisələr (əsasən peyvənd edilmişlərlə təmasda o lan lar
ara sında) olduğu aşkar edilmişdir. Hazırda poliomielit in ki şaf et -
miş ölkələrin əksəriyyətində ləğv edilmişdir, bu ölkə lərdə əha linin
80%-i peyvəndlə əhatə olunmuşdur, orada vəhşi viru sun dövranı
nadir hallarda qeyd edilir və ya tamamilə dayanmışdır. Lakin
di gər tərəfdən ÜST tərəfindən qəbul edilmiş poliomielitin ləğvi
437
proqramında bir sıra problemlər mövcuddur – peyvəndlə qələbə
çal maq kifayət deyildir, çünki tam və qismən peyvənd alan uşaq-
lar arasında poliomielit xəstəliyinin səviyyəsi 20%-dən 25%-ə
qədər yüksəlib. Diri vaksinin effektivliyini bərpa etmək məq-
sədilə hər uşağa verilən vaksin dozasının artırılması təklif edil-
mişdir. Hazırda bu strategiyadan Latın Amerikasında istifadə
olunur.
Peyvənddənsonrabaşverənağırlaşmalar: ÜST-ün təklifi ilə
bir sıra ölkələrdə aparılan tədqiqatlar göstərmişdir ki, vaksinasiya
ilə assosiasiya edən poliomielit hadisələri ümumi xəs tə lən mə h a-
di sələ rinə nisbətən 37%-dən 85%-ə qədər artmışdır. Digər tə rəf-
dən, 1979- cu ildən başlayaraq ABŞ-da qeyd edilən poliomielit
hadisələri vaksinasiya ilə assosiasiya edən hadi sə lər dir.
Parenteral poliomielit vaksininin 3-cü nəsli ilk vaksinlərə
nisbətən daha immunogendir (antigen yüklü elPV - öldürülmüş
vaksin). Seneqalda bu vaksindən istifadə edilməsi onun effektiv-
liyinin 89% artdığını göstərdi. elPV vaksini ABŞ-da bəyə nil-
mişdir və indi difteriya, tetanus və göyöskürək vaksinləri ilə bir-
likdə kombinə olunur. Bu birləşmə bir vaksinlə 4 xəstəliyə qarşı
eyni zamanda peyvənd aparmağa imkan verir.
Poliomielitin profilaktikasında I, II, III tipli diri vaksin ştam-
larından hazırlanmış preparatla peyvəndin aparılması həlledici
rol oynayır. Vaksin ağız vasitəsilə (duru şəkildə) verilir. Ondan
son ra uşağa süd, isti çay və ya su verilir. Poliomielitə qarşı vak-
sinasiya doğum evində başlanır, 2, 3, 4 aylığında 1 ay intervalla
3 dəfəyə verilir. Bundan sonra revaksinasiya aparılır. 1-ci revak-
sinasiya 18 ayında, növbəti və sonuncu isə 6 yaşında aparılır.
Sanitar-gigiyenik tədbirlər poliomielitin profilaktikasında
kömək çi rol oynayır. Onlar digər bağırsaq yoluxucu xəstəlik lə-
rin də olduğu qaydada həyata keçirilir (şəxsi gigiyenanın gözlən-
məsi, ərazinin tullantı və çirkabdan təmizlənməsi, suyun zərər-
siz ləş dirilməsi, milçəklərlə mübarizə).
Diri vaksindən istifadə edilməsi nəticəsində xəstəlik bəzi yer -
lərdə (Pribaltika respublikaları və s.) tam ləğv edilmişdir, q a lan-
larında isə tək-tək hallarda qeyd edilir. Diri poliomielit vaksinin
əmələ gətirdiyi əkscisimlər küçə viruslarını interferensiya n ə ti-
438
cəsində bağırsaqlardan sıxışdırıb çıxarır. Lakin bir qrup təd qi-
qatçılar hesab edirlər ki, vaksin virusları revervasiyaya uğraya-
raq ilkin virulent liyini bərpa edə bilərlər. Bunu nəzərə alaraq,
İsveçdə peyvənd üçün ancaq inaktivasiya edilmiş ştamlardan
ha zır lanmış vaksindən istifadə edirlər.
Azərbaycanda poliomielitə həsr edilmiş elmi axtarışlar 1956-
cı ildən başlanmışdır (Ə.Ə.Babayev və əməkdaşları). 1958-ci
il də MDB ölkələri arasında birincilər sırasında Azərbaycanda ilk
dəfə 3 valentli diri poliomielit vaksini tətbiq edilməyə başlandı.
Qeyd etmək lazımdır ki, bütün respublika ərazisində başdan-
ba şa poliomielitə qarşı peyvəndin aparılması epidemioloji cəhət-
dən əsaslandırıl mamışdı. Bu məsələni dəqiqləşdirmək üçün pey-
vənddən əvvəlki dövrlə sonrakı dövr müqayisəli öyrənilmişdir.
Hazırda vəziyyət yaxşılaşaraq xəstələrin sayı xeyli azalmış
və artıq respublikamızda son illərdə xəstəliyin klinik manifest
for maları qeyd olunmur və o “Polimieltsiz ölkə” sertifikatı alan
öl kə lər sırasına qoşulmuşdur.
Dostları ilə paylaş: |