Patogenez. Yoluxma yoluna görə sporozoit və şizont malya-
riyası ayırd olunur. Sporozoit infeksiyası – ağcaqanad vasitəsilə
yayılan təbii yoluxmadır, insan orqanizminə sporo zoitlər tüpür-
cəklə daxil olur. Bu halda törədici şizoqoniyanın toxuma faza-
sını (hepatositlərdə), sonra isə eritrositar fazasını keçir. Şizont
m al yariyası insanın qanına artıq hazır şizontların yeridilməsi ilə
şərtlənir, ona görə də sporozoit infeksiyasından fərqli olaraq,
b urada toxuma fazası yoxdur, bu da həmin forma nın klinikasını
və müalicənin xüsusiyyətini təyin edir. Toxuma şizoqoniyası z a-
manı malyariyanın kəskin təzahürü olmur, infek siyanın klinik
təzahürü ancaq parazitin eritrositar inkişafı ilə bağlıdır. Malya-
riya qızdırmasının tutmalarının səbəbi bilavasitə morulaların d a-
ğılması zamanı qana merozoitlərin, yad zülal sayılan malyariya
piqmentinin, hemoqlobinin, kalium duz la rı nın, eritrositlərin q a-
lıq larının daxil olması sayılır ki, bunlar da orqanizmin spesifik
reaktivliyini dəyişir və istiliktən zim ləyici mərkəzə təsir göstərə-
rək temperatur reaksiyasını törədirlər. Qız dırma tutmalarının inki-
şafı hər bir halda təkcə törədicinin do zasından (“pirogen hüdud”)
deyil, həm də insan orqanizminin reaktivliyindən asılıdır. Malya-
riya üçün səciyyəvi olan qızdırma tutmalarının növbələşməsi plaz-
513
modiumların bu və ya digər növünün aparıcı g e ne rasiyasında erit-
rositar şizoqoniyanın davamlılığı və dövrülüyü ilə şərtlənir.
Qanda sirkulyasiya edən yad maddələr dalağın, qaraciyərin
retikulyar hüceyrələrini qıcıqlandırır, onların hiperplaziyasını t ö-
rə dir, uzun müddətli gedişdə isə birləşdirici toxumanın inkişafına
səbəb olurlar. Bu orqanların sürətlə qanla dolması onların b ö -
yüməsinə və ağrılı olmasına gətirib çıxarır. Malyari yanın pa to -
genezində orqa niz min yad zülalla sensibilizasiyası və autoim-
munpatoloii reaksiyaların inkişaf etməsi vacib əhəmiyyət daşı yır.
Eritrositar şizoqoniya zamanı eritrositlərin dağılması, a u to an-
titellərin əmələ gəlməsi nəticəsində yaranan hemoliz, dalağın
retikulendotel sisteminin yüksək faqositozu anemiyanın səbəbi
sayılır.
Bədxassəli formaların patogenezinin əsasında mikroda mar-
ların trombohemorragik sindromla sistemli zədələnməsi durur:
bunlar kapillyarların keçiriciliyinin artması, hemodinamik poz-
ğun luqlar, qanın laxtalanma sistemindəki dəyişikliklər, vas ku-
litlər, başlıca olaraq, tropik malyariyada rast gəlinən hemor ra gi-
yalardır. Çox vaxt malyariyanın bu formasında müşahidə olunan
baş beyin zədələn mələri onunla bağlıdır ki, P.falci pa rum-da erit-
rositar şizoqoniya əsasən daxili orqanların kapillyarlarında baş
verir və orada sürətlə parazitlərin böyük miqdarı toplanır. Damar
divarlarının keçiri ci liyinin pozulması nəti cə sində perivas kulyar
ödem əmələ gəlir, qanın qatılığı yüksəlir, qan axını ləngiyir, bu
isə parazitar trombların yaranmasına gəti rib çıxarır. Tropik mal-
yariyanın bədxassəli for malarının inkişaf etməsində infeksion-
toksik şokun və allergiyanın təzahürləri də az əhəmiy yət daşı-
mır. Malyariya üçün residivlər səciyyəvidir. Birincili kəskin
simptomların qurtarmasından sonra ilk 3 ayda y a xın re sidivlərin
baş verməsinin səbəbi eritrositar şizontların bir hissəsinin sax-
lanmasıdır, belə ki, immunitetin zədələnməsi ilə əla qə dar olaraq,
onlar yenidən fəal surətdə çoxalmağa başla yırlar. Gecikmiş və ya
uzaq residivlər (6-14 ay sonra) üçgünlük və oval-mal yariya üçün
xarakterik olan bradisporozoitlərin inkişafının başa çatması ilə
bağlıdır. Malyariyanın digər nozoformalarında dayanmayan b i-
rin cili parazitemiya ilə əlaqədar olan infeksiyanın persistensiyası
qeyd edilir.
514
Klinikası. Malyariyanın 4 forması mövcuddur: üçgünlük,
oval-malyariya, dördgünlük və tropik. Hər növ formanın öz x ü-
su siyyəti vardır. Lakin onlar üçün qızdırma tutmaları, splenohe-
patomeqaliya və anemiya səciyyəvi sayılır.
Malyariya – polisiklik infeksiyadır, onun gedişində 4 dövr
ayırd olunur: inkubasiya dövrü (birincili latent), birincili kəskin
təzahürlər, ikincili latent və residivlər dövrü. İnkubasiya döv-
rünün uzunluğu törədicinin növündən və ştamdan asılıdır. İnku-
ba siya dövrünün sonunda müəyyən simptomlar əmələ gəlir:
əzginlik, əzələ, baş ağrısı, üşütmə və s. İkinci dövr təkrarlanan
qız dırma tut ma ları ilə xarakterizə edilir, onlar üçün mərhələli
inkişaf – titrəmə, qızdırma və tərləmə mərhələlərinin növbə ləş-
məsi xarak terikdir. Titrəmə zamanı, 30 dəqiqədən 2-3 saata q ə-
dər davam edir, bədən temperaturu yüksəlir, xəstə qızına bilmir,
ətraflar gö yərmiş və soyuqdur, nəbz tezləşmiş, tənəffüs sət hi dir,
arterial təzyiq yüksəkdir. Bu dövrün sonuna doğru xəstə qızınır,
tempe ratur 39-41
0
C-yə çatır, qızdırma dövrü başlayır: sifət qıza-
rır, dəri isti və quru olur, xəstə oyanıqlıdır, narahatdır, baş ağrı-
ları, sayıqlama, huşun tutqunlaşması, bəzən qıcolmalar qeyd edi-
lir. Bu dövrün sonunda hərarət sürətlə düşür, bu isə profuz tər
ifrazı ilə müşayiət olunur. Xəstə sakitləşir, yuxuya gedir, apirek-
siya dövrü baş verir. Lakin tutmalar törədicinin növündən asılı
olaraq müəyyən tsikliliklə təkrarlanır. Bir sıra hallarda başlanğıc
(inisial) qızdırma qeyri-düzgün və ya daimi xarakter ala bilər.
Tutmalar fonunda dalaq, qaraciyər böyüyür, anemiya inkişaf
edir, orqanizmin bütün sistemləri: ürək-damar (miokar dio dis tro fik
pozğunluqlar), sinir (nevralgiyalar, nevritlər, yüksək tərləmə,
soyuğa davamsızlıq, miqren), sidik-cinsiyyət (nefrit simptomları),
qanyaradıcı (hipoxrom anemiya, leykopeniya, neytropeniya, lim-
fomonositoz, trombositopeniya) və s. prosesə cəlb olunur. 10-12
və daha artıq tutmadan sonra infeksiya tədricən sönür, i kin cili
latent dövr baş verir. Qeyri-düzgün və ya səmərəsiz müalicə
zamanı bir neçə həftədən, aylardan sonra yaxın (3 ay sonra), g e-
cikmiş və ya uzaq (6-9 ay sonra) residivlər meydana çıxır.
Üçgünlükmalyariya. İnkubasiya dövrünün davamlılığı üçgün-
lük malyariyada P.vivax-ın ştamından asılıdır. P.vivax-ın şimal
515
ştammı ilə yoluxduqda xəstəlik 6-14 aydan sonra, P.vi vax-ın
cənub ştammı ilə yoluxduqda – 10-20 gündən sonra baş veir. İ n-
kubasiya dövrünün sonunda müşahidə edilən prodromal əla-
mətlər səciyyəvidir. İlk 5-7 günü qızdırma qeyri-düzgün x a rak-
ter ala bilər, sonra isə günaşırı növbələşən fasiləli tipli qızdırma
tutmaları möhkəmlənir. Tutmalar üçün titrəmə, qız dırma və tər
ifrazı mərhələlərinin bir-birini ciddi əvəz etməsi xasdır. Q ız-
dırma dövrü 2-6 saat, az hallarda 12 saat uzanır. Tutmalar, bir
qayda olaraq, günün birinci yarısında baş verir. Dalaq və q a ra-
ciyər sürətlə böyüyür. 2-3-cü həftədə mülayim anemiya inkişaf
edir. Bu forma üçün yaxın və uzaq residivlər xarakterdir. Üçgün-
lük malyariya ilə xəstəliyin davam etmə müddəti 2-3 ilə q ə dər dir.
Oval-malyariya. P.vivax tərəfindən törədilən üçgünlük maly a-
riyanın klinikası ilə oxşardır, ancaq daha yüngül gedişi ilə fərq-
lənir. İnkubasiya dövrü 7-21 gündür. Qızdırma tutmaları günaşırı,
ancaq əsasən axşam vaxtı meydana çıxır. Erkən və uzaq re si-
divlər mümkündür. İnfeksiyanın davamlılığı 3-4 ildir.
Dördgünlükmalyariya xoşxassəli gedişi ilə xarakterizə olu-
nur. 3-6 həftə davam edən inkubasiya dövründən sonra 2 gündən
bir növbələşən qızdırma tutmaları baş verir. Spleno hepa to me qa-
liya zəif ifadə olunur, anemiya nadir hallarda baş ve rir. Bu forma
zəif parazitemiya (hətta kəskin təzahürlər zamanı) və uzun müd-
dətli gedişi ilə (4-5 ildən 40-50 ilə qədər) fərqlənir. Bu müddətdə
qanda plazmodiumlar olur, orada süst gedişli eritrositar şizoqo-
niya inkişaf edir. Dördgünlük malya riyada böyrəklər zədələnir,
xronik nefrotik sindrom (çox vaxt uşaqlarda olur) inkişaf edir.
Tropikmalyariya ağır keçir. İnkubasiya dövrünün (8-16 sut-
ka) sonunda prodromal əlamətlər meydana çıxır; başlanğıc q ız -
dırma daimi və ya qeyri-düzgün xarakter kəsb edir, o, xəstə li yin
bütün gedişində saxlana bilər. Tropik malyariya ilə xəstədə çox
zaman tipik tutma simptomları yoxdur, titrəmə olmur və ya zəif
təzahür edir; qızdırma dövrü 30-40 saat uzanır, hərarət kəs kin tər
ifrazı olmadan düşür, əzələ və oynaq ağrıları qabarıq s u rət də üzə
çıxır; yuxusuzluq, serebral əlamətlər (baş ağrısı, huşun tutqun-
laşması) qeyd edilir, bəzən xolemiya ilə birlikdə hepatit inkişaf
edir, respirator patologiya əlamətləri (bronxit, bronxial pnevmo-
516
niya əlamətləri) əmələ gəlir, böyrək lərin funksiyası p o zu lur, a b-
dominal sindrom (qarında ağrı, ürəkbulanma, qusma, diareya)
kifayət dərəcədə tez-tez ifadə olunur. Tropik malyariyanın d a-
vamlılığı – 6 aydan 1 ilə qədərdir.
İlk dəfə infeksiya ilə rastlaşan şəxslərdə, immuniteti olma yan,
tropik malyariyanın ağırlaşmış bədxassəli formaları (mal yariya
koması, hemoqlobinuriyalı qızdırma, kəskin böyrək çatışmazlığı,
alhid forma) baş verə bilər, bunlar, adətən, kəskin p a ra zi te mi ya nın
(1 mkl qanda 100 000 plazmodiumlar) inkişaf et məsi ilə bağlı olur.
Tropik malyariya zamanı serebral patologiya sürətli, bəzən
isə ildırımvari inkişafı və ağır proqnozu ilə fərqlənir. Onun gedi-
şində üç dövr ayırd olunur: somnolensiya, sopor və dərin koma,
bu zaman letallıq 100%-ə çatır.
Serebral patologiya çox vaxt kəskin böyrək çatışmazlığı ilə
ağırlaşır. Patogenetik cəhətdən damardaxili hemoliz ilə bağlı
olan hemoqlobinuriyalı qızdırma kifayət dərəcədə ağır gedişi ilə
xarakterizə edilir. Çox zaman o, malyariya əleyhinə preparatla-
rın qəbulu fonunda enzimopatiya ilə (Q-6-FD defisiti) genetik
şərtlənən şəxslərdə inkişaf edir. O, kəskin böyrək çatışmaz lı-
ğının inkişafı nəticəsində xəstənin anuriyadan ölməsi ilə nəti cə-
lənə bilər. Tropik malyariyanın alhid formasına nadir hallarda rast
gəlinir və vəbayaoxşar gedişi ilə xarakterizə olunur.
Malyariyaya görə endemik rayonlarda parazitlərin bir neçə
növləri ilə eynivaxtlı yoluxmaya rast gəlinir ki, bu da xəstəliyin
qey ri-tipik gedişinə gətirib çıxarır. Bundan başqa, digər etio lo-
giyalı, o cümlədən də infeksion, xəstələrin olması zamanı mal y a -
riya ilə yoluxmaq mümkündür; belə hallar diaqnostik baxım dan
çətinlik törədir.
Malyariyanın klinik təzahürləri xəstələnmiş şəxsin immun
sta tusundan asılıdır. Məlumdur ki, yüksək endemik rayonlarda
yaşayan şəxslərdə dəfələrlə yoluxma nəticəsində immunitet inki-
şaf edir, bu da infeksiyanın ağır gedişindən və yüksək parazite-
miyadan müdafiəni təmin edir. Qeyri-immun şəxslərin yolux-
duğu hallarda infeksiya sürətlə inkişaf edir və ağır gedişi ilə
xarakterizə olunur.
517
Malyariya uşaqlarda ağır keçir. O, tropik malyariyaya görə
endemik rayonlarda yüksək ölüm göstəricilərinin səbəblərindən
biri sayılır.
Malyariya infeksiyası hamiləliyin gedişinə və nəticəsinə o l-
duq ca əlverişsiz təsir göstərir. O, uşaqsalmaların, vaxtından
q a baq doğuşların, hamilə qadınların eklampsiyasının, letal son lu -
ğun səbəbi ola bilər.
Plazmodiumlar olan donor qanının istifadə edilməsi nəti cə-
sin də peyvəndşizontmalyariyasıilə yoluxma mümkündür. Çox
vaxt dördgünlük peyvənd malyariyası hallarına rast gəlinir. Bu,
xəstəlik keçirmiş şəxslərin qanında P.malariaenın uzun müddət
saxlanması ilə şərtlənmişdir.
Şizont infeksiyası, bir qayda olaraq, xoşxassəli gedişi ilə x a-
rak terizə edilir, qısa inkubasiya dövründən sonra inkişaf edir,
uzaq residivlər vermir, müalicəyə asan tabe olur. Lakin ədə biy-
yatlarda onun ağır gedişinin bir çox hallarının təsviri verilmişdir.
İmmunitet. Təkamül prosesində insanda malyariyaya qarşı
müxtəlif davamlılıq mexanizmləri əldə olunmuşdur: 1) genetik
amil lərlə bağlı anadangəlmə immunitet; 2) qazanılmış fəal; 3) q a-
za nılmış passiv immunitet. Anadangəlmə immunitet insan o r qa -
nizmində paraziti zədələyən maddələrin mövcud olması ilə bağ-
lıdır. Məsələn, afrikalıların əksəriyyətində (Qərbi Afrika sa kin ləri
və Amerika neqrlərində) eritrositlərdə Duffy qrup anti genin, P.
vivax üçün eritrositar reseptor rolunu oynayır, olmaması nəticə-
sində onlar üçgünlük malyariya ilə yoluxmaya qeyri-həs saslıq
kəsb edirlər. İmmunitetin eritrositdaxili genetik amilləri sırasına
hemo qlobinin dəyişmələri (S hemoqlobinin olması), Q-6-FDH
çatış mazlığı, ATF-in aşağı səviyyəsi aiddir. Belə genetik göstə ri-
ci ləri olan insanlar P.falciparum, P.vivax-a qarşı nisbi davamlılıq
göstərirlər.
Qazanılmış fəal immunitet keçirilmiş infeksiya nəticəsində
yaranır. O, humoral yenidənqurma antitellərin ifrazı, zərdab i m-
mun qlobulinlərinin səviyyəsinin yüksəlməsi ilə bağlıdır. Antitel-
lərin yalnız az hissəsi müdafiə rolunu oynayır; bundan başqa, a n ti-
tellər ancaq eritrositar mərhələlərə qarşı hasil edilir. İmmunitet
davamsızdır, orqanizmin törədicidən azad olmasından sonra sürətlə
518
itir, növ- və ştamspesifik xarakterdədir. İmmunitetin əhəmiyyətli
amillərindən biri faqositoz sayılır.
Tropik Afrikanın yüksək endemik rayonlarının yerli sakin-
lərində, orada P.falciparum əsas törədici hesab olunur, dəfələrlə
reinfeksiya nəticəsində parazitlərə və onların mübadilə məhsul-
la rına qarşı davamlı immunitet əmələ gəlir. Yoluxma son dərəcə
zəif parazitemiya zamanı və aydın klinik təzahürlər olmadıqda
baş verir, bu isə həmin rayonlardan qayıdan əhali qrupları ara-
sında parazitgəzdirənlərin çətinliklə aşkar edilməsinin başlıca
səbəbi sayılır.
Yüksək endemik rayonlarda üçaylıq uşaqlar hiperimmun
a na dan passiv immunitet alması hesabına malyariyaya ilə yolux-
murlar. Həyatının ikinci yarımilində olan uşaqların malyariya ilə
yüksək dərəcədə xəstələnməsi immunitetin sönməsi ilə bağlıdır.
Xəstəlik ağır gedişi və yüksək parazitemiya ilə xarakterizə edilir.
Attenuasiya olunmuş sporozoitlərlə vaksinasiya nəticəsində
qazanılmış fəal immunitetin yaranması mümkündür. İnsanların
şüalandırılan sporozoitlərlə immunizasiyası onları 3-6 ay ə r zin-
də yoluxmadan qorumuşdur.
Bununla bərabər, malyariyaəleyhinə merozoit və qamet vak-
sin lərinin yaradılması üzrə cəhdlər də edilir.
Müalicə. Malyariyanın müalicəsi xəstəliyin kəskin tutmala-
rının dəf edilməsindən, intoksiya sindromunun səmərəli surətdə
aradan qaldırılmasını da nəzərə almaqla, residivlərin və qamet-
gəz dirmənin qarşısının alınmasından ibarətdir.
Parazitoloji müayinə və malyariya diaqnozunu vaxtında qoy-
maq üçün təcili olaraq etiotrop müalicə təyin etmək lazımdır.
Mal yariya törədicilərinin dərman davamlılığı ilə bağlı olan prob-
lemlərə baxmayaraq, erkən diaqnostika və adekvat terapiya apa-
rılarsa, bu xəstəlik müalicə oluna bilər.
Malyariyaəleyhinə preparatlar, parazitin inkişafına bu və ya
digər mərhələsində təsirindən asılı olaraq, toxuma və qan şizon-
to sidlərinə bölünür. Uzun illər malyariyanın müalicəsində tətbiq
edilən xloroxin (delaqil) və primaxin əsas preparatlardan olmuş-
dur. Malyariyanın müasir müalicəsi dəyişikliklərə məruz qalmışdır.
519
Malyariyanın müasir müalicəsində işlədilən
preparatların təsir obyekti
Preparataların
qrupu
Təsir
obyekti
Effektin tipi
Preparatlar
I. Sporozo itosid Sporozo itlər Məqsədli kimyəvi profilakti ka
Yoxdur
II. Histo şizon-
tosid
Preeri trositar
mərhələ lər
Tropik malyariyanın radi kal
kimyəvi pro fi lak tikası, qis-
mən 3 günlük malyariyanın
r a dikal profi lak tikası
proquanil,
pirim etamin,
primaxin,
tetrasiklin
III. Hiptozo-
itosid
Hipno zoitlər
– Vivax və ova le-malya ri-
yanın radikal müalicəsi;
– Uzun inku basiyalı 3 gün-
lük malyari ya nın radikal
kim yəvi profilaktika
sı
Primaxin
Tafenoxin=
WR 238 605
IV. Hemoşi-
zontosid
Qeyri-cinsi
eritro sitar
mərhə lələr
– Vivax və ovale-malyari-
yanın klinik müalicəsi;
– Tropik və 4 gün lük mal-
ya riyanın ra dikal müa li cə si
Xinidin, sin-
xo nin, xinin,
xlo r o xin, mef-
loxin, artemi-
zi nin və s.
V. Qameto-
sitosid
P.falci pa-
rumun cinsi
eritrosi tar
mərhələ ləri
Ağcaqanadların yoluxması-
nın qar şı sını alır (infeksiya
mən bəyinin zərərsiz ləş di ril-
məsi)
Primaxin
xinosid
VI. Sporon-
tosid
Ağcaqanadın
orqa ni zmində
qametlər və
ziqotlar
Keçiricinin orqa nizmində
p a ra zitin mayalanmasının və
çoxalmasının lən gi dilməsi
(sporozoitlərin yaranmasının
qar şı sının alınması)
Proquanil,
pirime tamin
Malyariyanın kəskin təzahürlərini müalicə edərkən qan şizon-
tosidləri təyin olunur. Xəstədə P.vivax, P.ovale, P.malariae aşkar
edildiyi hallarda 4-aminoxinolinlər qrupu preparatları tət biq edilir
(cədvəl). Birmada, İndoneziyada, Papua-Yeni Qvi neyada və Vanu-
atuda P.vivax-ın xlorxinə qarşı rezistentliyi haq qında müxtəlif
məlumatlar vardır, onun müalicəsində ağır laş mamış tropik malya-
riyanın müalicə sxemi üzrə meflokin və ya xinin işlədilir.
520
Malyariyanın müalicə sxemi
Preparat
Birinci doza,
mq/kq
Növbəti
dozalar,
mq/kq
Dozalar
arasındakı
fasilə, saat
Kursun
müddəti,
günlər
Xloroxin
10 (əsaslı)
5
6-8
3
Fansidar (sul-
fadoksin+
pirimetamin)
2,5+1,25
-
-
1
Xinin sulfat,
kinimaks
10 (əsaslı)
7,5
8
7-10
Meflokin
15 (əsaslı)
-
-
1
Halofantrin
8 (duzlar)
8
6
1
Artemetr
3,2
1,6
24
7
Artesunat
4
2
12
7
Xinin+
tetrasiklin
10+1,5
10+5
8+6
10+7
Koartem (arte-
metr+
lyumefantrin)
1,3+8,0
1,3±8,0
8
3
P.vivax və P.ovale tərəfindən törədilən malyariya zamanı radi-
kal müalicə (residivlərin qarşısını alan) məqsədilə xloroxin kursu
başa çatdıqdan sonra toxuma şizontosidi primaxin tətbiq edirlər.
Sonuncu 14 gün ərzində 0,25 mq/kq/sutka dozada (ə s as da) təyin
edilir. Yaşlı xəstə üçün sutkalıq doza 1 həb təşkil edir ki, onun da
tərkibi 15 mq əsas maddədən ibarətdir. Primaxinə qarşı rezistent
olan P.vivax ştamlarına (Çesson tip ştamlar adlandırılan) Sakit
Okean adalarında və cənub-Şərqi Asiya ölkələrində rast gəlinir.
Belə hallarda tövsiyə olunan sxemlərdən biri primaxinin 0,25
mq/kq/sutka dozada (əsas maddə) 21 gün ərzində qəbulu sayılır.
Bu preparatın təyin edilməsi zamanı eritrositlərin qlükoza-6-
fosfatdehidrogeneza fermentinin çatışmazlığı olan pasiyentlərdə
521
damardaxili hemolizin inkişaf etməsi mümkündür. Belə xəstə-
lər də zərurət yarandıqda primaxinlə alternativ müalicə sxemini
tət biq etmək olar: 0,75 mq/kq/sutka (əsas maddə) həftədə 1 dəfə
8 həftə ərzində.
Xinin (kinimaks, kinoform) indiyə qədər hamilə qadınlarda
tropik malyariyanın müalicəsində əsas vasitə olaraq qalır. H a milə
qadınlarda ağırlaşmamış tropik malyariya hallarında (I üçaylıq
istisna edilməklə) meflokin işlədilə bilər.
Tropik malyariyanın residivlərində əvvəllər qəbul edilməyən
preparat seçilir, yaxud əvvəlki preparatdan, ancaq digər malya ri-
ya əleyhinə vasitələrlə kombinasiyada istifadə olunur. Qamet gəz-
dirənlərin müalicəsi primaxin və ya xloridinlə 1-3 gün ərzində
adi terapevtik dozalarda aparılır. Bununla yanaşı, malya riya-
əleyhinə təd birlərin mütəşəkkil surətdə yerinə yetirilmədiyi en de-
mik rayonlarda qametotrop preparatların təyin edilməsi özünü
doğrultmur.
Malyariya ilə xəstənin, xüsusən tropik malyariya ilə, müali-
cəsi zamanı parazitemiyanın səviyyəsinə mütləq nəzarət vacib-
dir. Əgər etiotrop terapiyaya başladıqdan 48 saat sonra P.falci-
parum-un sayı azalmayıbsa, onda malyariyaəleyhinə preparatı
başqası ilə əvəz etmək və ya müalicə sxemini dəyişdirmək l a-
zımdır.
Tropik malyariyanın təkrar qusma ilə birlikdə ağır və fəsad-
laşmış gedişi, həmçinin preparatın daxilə qəbulunun səmərəsiz
olması və parazitemiyanın yüksək səviyyəsi parenteral etiotrop
tera piya üçün əsas sayılır. Ağırlaşmış tropik malyariya zamanı
letal nəticə adətən 96 saatdan sonra baş verir, ona görə də qanda
malyariyaəleyhinə preparatların terapevtik konsent ra siyasını qısa
müddətdə əldə etmək vacibdir.
Etiotrop müalicə qanda parazitlər yox olduqdan sonra başa
çatır.
Parazitəleyhinə terapiya ilə eyni vaxtda patogenetik terapiya
aparılır. Sonuncu damarların divarının keçiriciliyinin, metabolik
asidozun, hiperazotemiyanın azaldılmasına, serebral ödemin k ə-
nar edilməsinə yönəldilmişdir. Bu məqsədlə 5-10%-li qlükoza,
522
0,9%-li natrium xlorid, Ringer məhlulları, antihistamin və ürək-
damar preparatları, vitaminlər təyin edilir.
Tropik malyariya keçirmiş xəstələr üzərində 1-2 ay ərzində
dispanser müşahidə qoyulur və 1-2 həftə fasilə ilə qanın parazi-
toloji müayinəsi yerinə yetirilir. P.vivax, P.ovale, P.malariae tərə-
findən törədilən malyariya keçirmiş xəstələrin dispanserizasiya-
sını 2 il müddətində aparmaq lazımdır. Bu şəxslərdə bədən
t em peraturunun hər hansı səviyyədə yüksəlməsi qeyd olunarsa,
on ların qanı malyariya plazmodiumlarının aşkar edilməsi üçün
laborator müayinə edilməlidir.
Dostları ilə paylaş: |