Az rbaycan Respublikas t hsil Nazirliyinin


Helmintozların  təsnifatı



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə54/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

Helmintozların  təsnifatı.  Helmintozları  törədən  qurdların 

çox   luğu bu xəstəlikləri təsnif etmək zərurətini doğurur. Helmin-

tozların  təsnifatı  törədicilərin  morfologiyasına  və  epidemioloji 

xüsusiyyət lə rinə əsasən tərtib edilmişdir.

İnsanda helmintlərin əsasən 2 tipi parazitlik edir: yastı qurd-

lar  (Plathelminthes)  və  girdə  qurdlar  (dairəvi  və  ya  yumru) 

qurdlar (Nemathelminthes). İnsanda daha tez-tez rast gələn hel-

mint  növləri  aşağıdakı  siniflərə  aid  edilir:  Trematodlar  və  ya 

sorucular (Trematoda); Sestodlar və ya lentşəkilli qurdlar (Ces-


595

toda;  Nema todlar  və  ya  girdə  (Nematoda)  qurdlar.  Beləliklə, 

bütün helmintlər üç sinfə bölünür: 

1) Trematodozları törədən sorucu qurdlar – Trematoda sinfi – 

Opisthorshus felineus, Clonorjhis sinensis, Metagonimus yoko-

gawai, Nanophictas salmincola schikholalowi, Fasciola hepatica 

et Fasciola gigantica;

2) Sestadozları törədən lentvari qurdlar – cestoda sinfi- Tae-

niaryjhus  saginatus, Taenia  solium,  Himenolepis  nana,  H.dimi-

nuta,  Diphyllobatrium  latum,  Echinococcus  granulosus, Alveo-

coccus multilocularis;

3) Nematodozları törədən girdə qurdlar – Nematoda sinfi – 

Enterobius  vermicularis,  Askaris  lumbricoides,  Tricho cepha lus 

trichiuris, Trichinella spiralis, Ancylostoma duodenale, Neka tor 

americanus, Stronguloides stercoralis, Trichostrogylus columbri-

formis.

 K.İ.Skryabin (1929) və P.E.Şultsun (1931) epidemioloji təs-



ni fatına görə, helmintozlar 2 qrupa bölünür (törədicilərin bioloji 

tsikli və insanın yoluxma yolundan asılı olaraq): geohelmintoz-

lar və biohelmintozlar.

Geohelmintozların törədiciləri düz yolla, aralıq sahibsiz i n-

ki şaf edir. Onların yumurtaları əsasən torpaqda yetişir və insanın 

yoluxması invazion yumurtaları və ya sürfələri udmaqla, ya da 

fəal surətdə onların dərini deşib keçməsi ilə baş verir. Geo hel-

mint lərə askarida, tükbaş, ankilostomidlər, bizquyruq aiddir. Bu 

helmintlərə yoluxmuş insan başqaları üçün bilavasitə təmas yolu 

ilə yoluxma mənbəyi deyildir (bizquyruqdan başqa). 

Biohelmintozların törədiciləri bir və ya bir neçə ara sahibin 

iştirakı ilə inkişaf edir. İnsanın bu helmintlərə yoluxması orqa-

nizm də sürfə olan ara sahibdən qida kimi istifadə etdikdə və d i-

gər yollarla baş verir (exinokokkoz). Yoluxma xəstə heyvanlarla 

(əsas sahib) təmas zamanı yumurtaları udmaqla baş verir.

Biohelmintozlara bütün sorucular, lentşəkilli qurdlar və bəzi 

girdə  qurdlar  (trixinella,  filyari)  aiddir.  Biohelmintlər  arasında 

cırt dan zəncir qurdu xüsusi yer tutur ki, onun inkişafı həm ara 

sahiblə (buğumayaqlı), həm də onsuz gedir. Ona görə də hime-

nolipedoz təmas yolu ilə də xəstədən sağlama yoluxur.



596

Beləliklə, təmas yolu ilə keçən helmintozları ayrıca bir qrup 

halında ayırmaq olar. Onlara enterobioz, himenolipedoz və sisti-

serkoz aiddir.

1952-ci  ildə  E.S.Şulman  epidemioloji  təsnifata  kontagioz 

helmintozlar  qrupunu  əlavə  etmişdir.  Kontagioz  helmintozların 

törədiciləri  insan  üçün  bilavasitə  yoluxucu  olan  yetişmiş  y u-

mur ta  xaric  edirlər  və  insan  ötürücü  amil  rolunu  oynayan  ə ş-

yalarla və çirkli əllərlə yoluxur.

Helmintlər insan orqanizminin, demək olar ki, bütün üzv və 

t o xumalarında parazit həyat keçirir. Prinsipcə bütün helmintlərin 

inkişaf dövrü yumurta – sürfə – imaqo (yetişkin helmint) sxemi 

üzrə gedir. Parazitin imaqo forması – son, definitiv sahibin b ə də-

nində qalır, propaqativ formaları, yəni yumurta və sürfələri isə ya 

xarici mühitdə (geohelmintlər), ya da aralıq və əlavə sahibin o r-

qanizmində (biohelmintlər) invaziv formaya qədər inkişaf edir.

Helmintlərin ölçüləri xeyli müxtəlif olub, metaqonimozlarda 

0,45-0,7 mm-dən, teniarinxozlarda 7-10 m-ə qədər dəyişir. Bəzi 

helmintlərin sorucu aparatı, ifrazat orqanları olur. Lentvari qurd-

lar baş – (skoleks) və gövdə (strobila) hissələrinə bölünür. Göv-

də  ayrı-ayrı  buğumlardan,  proqlotidlərdən  təşkil  olunur.  Son 

proq lotidlərin içərisi yumurta – onkosferlə dolu olur.



Nematodozlar iki cinslidir: erkək və dişi. Sestodozlar və tre-

matodozlar isə hermafroditdir. Nematodlarda xüsusi əzələ, həzm, 

sinir,  ifrazat  və  cinsi  orqanlar  sistemi  inkişaf  etmişdir.  O n lar 

əsasən həzm sisteminin xəstəliklərini törədirlər. Sestodozlar baş 

və bədən (strobila) hissələrindən ibarətdir. Bədən hissəsi her ma-

froditdir,  buğumlardan  ibarətdir.  Başdan  uzaq  olan  b u ğum lar 

helmint yumurtası ilə dolu olur. Parazit baş tərəfi ilə b u rada olan 

yarıqlar,  qarmaqlar  və  ya  sormaclar  vasitəsilə  bağırsağın  diva-

rına rəbt olur.

Sestodozlar həzm, qan-damar və tənəffüs sistemlərindən məh -

rumdur.  Trematozların  morfoloji  cəhətdən  quruluşu  digər  qrup 

helmintlərə nisbətən sadədir. Onların həzm sistemi primitiv olub, 

bədənlərinin ön hissəsində iki sormac vardır – biri ağız d ə li yini 

əhatə edir, o biri isə qarın hissəsindədir. Sonuncu parazitin sahi-

bin dən yapışması üçündür.



597

Helmintlər bir sıra ardıcıl inkişaf tsikli keçirir. Bu zaman cin-

si yetkin formalar (imaqo) əsas sahibin orqanizmində parazitlik 

edir, qeyri-yetkin formalar isə (yumurta, sürfə) ətraf mühitdə i n-

ki şaf edir (geohelmintlər ətraf mühitdə, biohel mintlər isə bir və 

ya iki aralıq sahibin orqanizmində parazitlik edirlər).

İnsan həm əsas, həm də aralıq sahib ola bilər. İnkişaf tsikli 

i n  sanın  iştirakı  olmadan  başa  çatması  mümkün  olmayan  hel-

mint lər  helmintoantroponozların  törədicilərinə  aiddir.  İnsandan 

asılı olmadan mövcud olan helmintlər helminto zoonozların törə-

di cilərinə aiddir.

Helmintozlara ocaqlılıq xasdır. Helmintoantroponozlar zamanı 

ocaqlar  insan  populyasiyasının  (geohelmintozlarda),  həmçinin 

aralıq  sa hib  populyasiyalarının  (biohelmintozlarda)  məskunlaş-

dığı ərazilər lə formalaşır. Helmintozoonozlar həm yaşayış mən-

təqəsi  əra zilərində  (antropurgik  ocaqlar),  həm  də  ondan  asılı 

olmadan (təbii ocaqlar) yayılır.


598

Helmintozların təsnifatı

Helmin-


toz   lar

Antroponozlar

Zoonozlar

peroral


perkutan

peroral


perkutan

Geohel-


mintozlar

Askaridoz

Nekatoroz

Trixostrongi-

loidozlar

Trixiuroz

Larva 

miqrans


Ankilosto mi-

doz


Ankilostomi-

doz


Toksoka roz

Strongi loidoz Strongilo idoz

Biohel-

min-tozlar Teniarin xoz



Şistoso moz-

lar


Fassiolyoz lar

Şistosom-

ozlar

Tenioz 


Loaoz

Klonorxoz

Dipetalone-

matoz


Onxoser koz

Opistorxoz

Brugioz

Vuxerioz


Paraqonimoz

Sistiserkoz

Brukgioz

Metaqoni moz Dirofilya

rioz

Geterofioz



Difillobot rioz

Exinokok koz

Alveokokkoz

Sparqanoz

Drakun kulyez

Trixinel lyoz

Sıçovul 

himenoli-

pedozu

Dikrose lioz



Dipilidoz

Angiostron-

gilyoz

Anizakidoz



Kontagioz Enterobioz

Senuroz


Himeno- 

lepidoz


599

 Parazitlərin sürfə mərhələsi və onların yumurtalarının insan 

or  qa nizminə keçməsi xüsusiyyətinə görə peroral və perkutan y o-

luxma  yolları  fərqləndirilir.  İnsan  eyni  zamanda  bir  neçə  növ 

hel mintlə  yoluxa  bilər.  İnvazion  prosesin  inkişafında  müəyyən 

simptomatika  ilə  xarakterizə  olunan  bir  sıra  ardıcıl  mərhələlər 

a ş  kara çıxır.

Kəskin  mərhələdə  nematodoz  və  ya  trematodozlarda  özünü 

daha çox göstərir. Klinik olaraq o çox vaxt qızdırma, allergik e k-

zan tema, əksərən ağciyərlərdə (Löfler sindromu) eozinofil infiltra-

tının əmələ gəlməsi ilə gedən tənəffüs yollarının katarı və s. şək-

lində meydana çıxır.

İnvaziyaların ağır gedişində massiv yoluxma, törədici ştam ı-

nın virulentliyi və insan orqanizminin reaksiyasının xüsu siy yət-

lə ri  ilə  əlaqədar  olaraq,  allergik  təbiətli  pnevmoniya,  plevrit, 

hepatit,  miokardit,  meninqoensefalit  inkişaf  edir.  Kəskin  mər-

hə lə 2-4 həftə (ağır gedişdə isə 6-8 həftəyə qədər) çəkir, sonra o 

az və ya çox sürən latent dövrlə əvəz olunur və ya intensiv inva-

ziya  zamanı  xronik  mərhələyə  keçir.  Bu  dövrdə  allergik  simp-

tomlar tədricən azalır.

Xronik mərhələnin patogenezində tədricən üzvlərdə fibroz və 

distrofik  dəyişikliklərin  yaranması  zamanı  mexanik  trav ma tik 

təsiri, qidalanma zamanı toxumalarla təmas və s. üs tünlük təşkil 

edir. Parazitlərin məhv olması hallarında (askaridoz, exinokok-

koz kisəsinin partlaması) kəskin allergik reaksiyalar, anafilaktik 

şok meydana gələ bilər.

Helmintozlarda immunitet qeyri - sterildir. Adətən, təkrar y o-

lux maya qarşı klinik reaksiyaların azalması və ya olmaması şək-

lində  meydana  çıxır  (immunoloji  tolerantlıq).  İmmunoloji  tole-

rantlıq  çox  vaxt  tropik  zona  əhalisində  helmintozlara  təkrar  və 

mas siv  yoluxma  ilə  əlaqədar  meydana  çıxır.  İnvaziya  parazit 

məhv olduqdan və ya orqanizm ondan azad olduqdan sonra çox 

vaxt sağalma ilə nəticələnir. Ancaq daxili üzvlərdə fibroz və dis-

tro fik  dəyişikliklər  nəticəsində  qalıq  əlamətlər  əlilliyə  gətirib 

çıxara bilər.

Trematodozlar yarpaqşəkilli və ya lansentşəkilli bədən quru-

lu şuna malikdir. Bədənlərinin uzunluğu 1 mm-dən bir neçə sm-ə 


600

qədər olur. Onlarda primitiv sinir və həzm sistemləri olur. cin-

siy yət  sistemi  əksəriyyətində  hermafroditdir  (şistosom dan  baş-

qa). Bir çox trematodozların yumurtaları sərt qişa ilə örtülür və 

q apaqla təchiz olunur (şistosom yumurtasında qapaq olmur).

Trematodozlar  biohelmintlərdir.  Onların  aralıq  sahibi  mol-

yus   kalardır. Sürfələr fəal və ya passiv yolla molyuskun bədəninə 

düşür, sporasistaya çevrilir. Sporasistadan redilər əmə lə gəlir ki, 

onlar da qeyri-cinsi yolla çoxalaraq serkarilərə çevrilir. Ser ka ri-

lər də yetişmiş qurdun əlamətləri olur. Molyuskanın bədənindən 

çıxarkən serkarilər quyruq çıxıntısını itirir, sistasızlaşır, ado les-

ka rilərə çevrilir. Ado leskarilər əsas sahibin orqanizmində yetiş-

miş qurdlara çevrilir.

Bəzi helmintlərin (opistorxis, klonorxis, metaqonim, para qo-

nim) serkariləri ikinci ara sahibin (balıq, xərçəngkimilər) o r qa-

niz minə düşərək sistadan azad olur və metasirkarilərə çevrilir.

Sestozların  yastı  buğumlara  bölünmüş  lentşəkilli  bədəni 

(stro bila) olur ki, bu da baş (skoleks), boyun və 3-4 sm-dən bir 

neçə minə qədər hermafrodit buğumlardan (proqlotidlərdən) iba-

rətdir. Buğumların ölçüsü və yetişkənlik dərəcəsi kauzal istiqa-

mət də artır. Skoleksdə qarmaqlar, yarıqlar və bağırsaq divarına 

yapışmaq üçün digər orqanlar olur. Yetkin helmintin ölçüləri bir 

neçə mm-dən 10 m-ə qədər və daha artıq olur.

Sestozlar peroral biohelmintozlardır. İnkişafları 2 sahib d ə yiş  -

məsi ilə gedir. Yetgin formaları əsas sahibin (insan və ət yeyən 

hey vanlar) bağırsağında parazitlik edir və ətraf mühitə y u murta 

ifraz edir (onkosfer). Onkosferlər ara sahib (ot yeyən heyvanlar) 

tərəfindən udularaq sürfələrə çevrilir, onlar isə bağır saq divarın-

dan  qan  damarlarına  keçib  əzələ  toxumasına  və  daxili  üzvlərə 

daxil olur, orada sürfələrə çevrilirlər.

Nematodların  bədəni  uzunsov  olub,  uzunluğu  1  mm-dən  1 

m-ə qədər və daha artıq olur. Köndələn kəsikdə bədənləri dairəvi 

for  mada  olur.  Bədənin  ön  ucunda  ağız  dəliyi  vardır,  bəzi  növ-

lər də o dodaqlarla əhatə olunur. Ağız boşluğunun daxili səthi h a-

mar olur, bəzi növlərdə isə o qarmaqlarla təchiz olunmuşdur.

Nematodozlar müxtəlif cinslidir. Nematodoz yumurtaları for ma 

və ölçülərinə görə müxtəlifdir, onlar qişa ilə təchiz olunurlar. N e-


601

ma tozların bəzi növləri (filyariyalar) sahibini dəyişməklə inkişaf 

edir,  yəni  biohelmintlərə  aiddirlər.  Parazit  nematozların  inkişaf 

tsikləri müxtəlifliyi ilə fərqlənir.

Helmintlərin əsas xüsusiyyətlərindən biri odur ki, onlar, bir 

qayda  olaraq,  sahib  orqanizmdə  çoxalmır.  Əgər  yeni  yoluxma 

baş vermirsə, sahib orqanizmdə helmintin yaşlı fərdlərinin sayı 

ona daxil olan başlanğıc yumurtaların sayındın artıq olmur. Bu 

b a xı mdan helmintozlar bakteriyaların, virusların, ibtidailərin t ö-

rət diyi xəstəliklərdən əsaslı şəkildə fərqlənir.



Helmintləri parazit kimi fərqləndirən əsas xüsusiy yət lər:

1.İnkişafınınmərhələlərüzrəgetməsi (yumurta – sürfə yet-

kin fərd). Helmint insan orqanizminə bir mərhələdə daxil olur, 

digər  mərhələdə  ondan  xaric  olur,  ona  görə  də  insan  başqaları 

üçün yoluxdurucu deyildir (bəzi istisnalar olmaq şərtilə)



2.Orqanizmədaxilolmayolları: peroral (passiv) və perkutan 

(fəal) – bilavasitə dərini deşib keçməklə və yoluxma amili vasi-

tə silə.

Əksər helmintlər yetkin mərhələdə bağırsaqda yaşayır. Ba ğır-

saq helmintlərini 2 qrupa bölmək olar. Birinci qrupda olan hel  -

mintlər  bağırsaq  mənfəzinə  ağızdan  yumurta  və  sürfə  şək lin  də 

dü şərək orada yetkin helmintlərə çevrilir. Onların insan o r qa niz-

mində yerdəyişməsi bağırsaq və öd yolları ilə məhdudlaşır (biz-

quyruq, öküz və donuz teniyası, enli lentşəkilli qurd, opistorxoz).

Digər qrupa aid olanlar isə ağız və dəridən yumurta və sürfə 

mərhələsində orqanizmə daxil olduqdan sonra bağırsaqda yetkin 

mərhələyə çatmaq üçün uzun və mürəkkəb miqrasiya edirlər.

Yetkin  mərhələdə  bağırsaqdan  kənarda  yaşayan  helmintlər 

toxuma helmintləri adlanırlar. Onlara elə helmintlər də aiddir ki, 

bu  helmintlər  insanda  yetkin  helmintlərə  çevrilməyərək  sürfə 

mər  hələ sində parazitlik edirlər. Bunlar heyvan helmintləridir, i n-

san onlar üçün aralıq (exinokokk) və ya təsadüfi (toksokar) s a hib 

rolu oynayır.



3. Orqanizmdən xaric olma yolları.  Əksər  helmintlərin  y u-

mur  taları orqanizmdən nəcis və sidiklə xaric olur. Filyari sür fə-

lə ri orqanizmi ancaq qansoran həşəratlar vasitəsilə tərk edə bilər. 

Onu da qeyd etmək lazımdır ki, insanda parazitlik edən hel mint-



602

lər sürfə mərhələsində onu tərk edə bilməzlər. İnsan onlar üçün 

“ekoloji səddir”.

1. İnkişaf tsikli.  Təmas  helmintozlarında  törədicinin  həyat 

tsik li çox sadədir. Parazitlər özlərindən yetişmiş (çırtdan qurd) və 

ya  demək  olar  ki,  qismən  yetişmiş  (bizquyruq)  yumurta  ifraz 

edir lər ki, onlar da insan üçün bilavasitə yoluxucudur. İnsan məi-

şət əşyaları və ya çirkli əllər vasitəsilə belə invaziyalara y o lu xur. 

Geohelmintozlarda bu, bir qədər mürəkkəbdir. Belə ki, yetiş  mə-

miş yumurtalar torpaqda müəyyən inkişaf mərhələsi keç mə lidir 

ki,  sonradan  insanı  yoluxdura  bilsin.  Biohelmintlərin  inkişaf 

tsikli  çox  mürəkkəbdir.  Onlar  inki şafın  müəyyən  mər hə lə lərini 

aralıq sahiblərin orqanizmində keçirirlər.



2.PatogenezvəPatolojianatomiya. Ən patogen olan o hel-

mint lərin sürfə və inkişaf etməkdə olan yumurtalarıdır ki, onlar 

inkişafın  ilkin  mərhələlərində  sahibin  üzv  və  toxumalarında 

miqrasiya edirlər (askarid, nekator, şisto som lar, fassiollar, para-

qonimlər).  Miqrasiya  yolunda  sür fə lər  toxumaları  zədə lə yə rək, 

çoxlu  hemorragiyalar  törədirlər.  Sürfələrin  müba di lə  və  parça-

lanma məhsulları güclü aller gen olduqlarından möh kəm eozino-

fil iltihabı əmələ gətirir.

Allergik reaksiyaları ən çox toxuma helmintləri törədir. B a-

ğırsaq divarının (ankilostom, nekator, tükbaş), qan damarla rının 

(şistosom  yumurtaları),  sidik  kisəsinin  (şistosom  yumur taları), 

dəri örtüklərinin (drakunkulyoz) mexaniki zədələnməsi patogen 

mikrofloranın orqanizmə daxil olmasına yol açır. Parazitlər tərə-

fin dən  qida  maddələrinin  mənimsənilməsi  qida  çatışmazlığına 

və anemiyaya gətirib çıxarır. Bir çox bağırsaq helmintozlarında 

disbakterioz inkişaf edir.



3. Klinik əlamətlər.  Əksər  helmintozların  klinik  gedişində 

qısa, kəskin və uzun (xronik) inkişaf xasdır. Müxtəlif hel mint lə-

rin  sürfə  mərhələlərinin  inkişafı  xəstəliyin  ilkin  mərhələsində 

e y  ni tipdə gedir: periferik qan və toxumaların eozinofiliyasının 

inkişafı ilə gedən kəskin allerqoz, leykositoz, çox vaxt qızdırma, 

mialgiya, artralgiya. Dəridə gicişmə verən səpgilər, ağciyər sind-

romu, hepato-splenomeqaliya, limfa düyünlərinin böyüməsi və s.

4. Diaqnoz.  Əksər  helmintozlarda  parazitoloji  diaqnoz  xro-

nik  mərhələdə  qoyulur.  Bağırsaq  helmintozlarında  isə  kopro-



603

ovoskopik  metod  kifayət  edir.  Lakin  bəzi  helmintozlarda  (enli 

lent şəkilli qurd) qalın yaxmanı tədqiq etmək kifayət dirsə, d i gər-

lə rində,  xüsusilə  az  yumurta  ifraz  edən  helmint lərdə  (ankilos-

toma, nekator, tükbaş) mütləq zənginləşdirmə metodlarından i s-

ti fadə  edilməlidir.  Burada  materialın  düzgün  götürülməsi  və 

l a bo ratoriyaya vaxtında çatdırılması (təzə ifraz olunmuş, konser-

vanta qoyulmuş) böyük əhəmiy yət daşıyır. Toxuma helmintozla-

rının  diaqnostika sında  immunoloji  metodlardan  istifadə  edilir, 

bu zaman Seroloji metodlara üstünlük verilir.



5.Helmintozlarınyayılması aşağıdakı amillərdən asılıdır: i q-

lim (temperatur, rütubət, yağıntı); əhalinin sanitar-gigiyenik vər-

diş ləri (nəcisdən gübrə kimi istifadə edilməsi), qida məh sul la rın-

dan çiy və yarımçiy formada istifadə edilməsi, ayaqyalın gəzinti, 

sosial-iqtisadi şərait.

Helmintozların diaqnostikası. Bir çox helmintozların diaq-

nostikasında  klinik  simptomların  polimorfizmi  nəticəsində  epi-

demioloji anamnezin və laborator parazitoloji müayinələrin m ə-

lu matları  böyük  əhəmiyyət  kəsb  edir.  Parazitar  xəstəliklərin 

d  i  a q nostikası  məsələsi  müvafiq  rəsmi  sənədlər  və  xəstəliklərin 

ayrı-ayrı  nozoloji  formaları  üzrə  metodik  göstərişlərlə  tənzim-

lənir.  Helmintozların  laborator  diaqnostikası  müalicə-profi lak-

tika müəssisələrinin klinik-diaqnostik laboratoriyaları tərə fin dən 

həyata keçirilir.

Helmintlərin,  onların  fraqmentlərinin  və  yumurtalarının  a ş-

kar lanması zamanı tədqiqatlar üçün bioloji material kimi nəcis, 

sidik, duodenal möhtəviyyat, öd, bəlğəm, rektal və perianal s e-

lik, qan, əzələ toxuması xidmət edir. Geniş yayılmış hel mintlərin 

əksəriyyətinin  mədə-bağırsaq  yolunda  lokaliza siyasını  nəzərə 

alaraq, çox vaxt nəcis müayinə obyekti kimi götürülür. Makros-

kopik metodları xaric edilmiş helmintlərin və onların fraq ment-

lə rinin: baş, strobila qırıqlarının və ya ayrı-ayrı buğum ların aş  kar 

olunması  məqsədilə  tətbiq  edirlər.  Mikroskopik  m  ü  a   yi nə lə rin 

məqsədi helmintlərin yumurtalarının və sür fə lə ri nin aşkarlanma-

sıdır. Müasir dövrdə Kato-Miura üzrə hazırlanmış qalın yaxma, 

sedimentasiya,  flotasiya  metodlarının  tətbiq  edilməsi  tövsiyə 

olunmuşdur.



604

Enterobiozun diaqnozunu perianal büküşlərdən tampon, şpa-

tel  vasitəsilə,  yapışqan  lent  metodu  (LPO-1,  LPO-2  əməliyyat 

plenkasına  üstünlük  verilir),  Rabinoviç  üzrə  hazırlanmış  yapış-

qanla  işlənmiş  şüşə  göz  çubuqcuqları  vasitəsilə  götürülmüş 

materialın müayinəsi əsasında qoyurlar. Helmintlərin sürfələrini 

(strongilid, ankilosto mida) xüsusi metodlarla aşkar edirlər: Ber-

man  və  Brumpt  metodundan  strongiloidozun  diaqnos tika sında, 

Xarad-Mori  metodu  və  onun  modifikasiyası  –  ankilostoma  və 

nekatorun sürfələrinin aşkarlanması zamanı istifadə edilir. Qara-

ciyərdə,  öd  yollarında,  mədəaltı  vəzidə  və  onikibarmaq  b a ğır-

saq da  parazitlik  edən  helmintlərin  yumurtalarını  və  sürfə lərini 

öd və duodenal möhtəviyyatda aşkar edirlər. Paraqonimoza şüb-

hə  yarandıqda  bəlğəmi,  sidik-cinsiyyət  şistosomozu  zamanı  – 

sidiyi müayinə etmək lazımdır. Filyariozların diaqnostikası məq-

sə dilə  qan  (limfatik  filyariozlar,  loaoz)  və  dəri  kəsikləri 

(  o  n ko serkoz)  müayinə  edilir.  Periferik  qanda  mikrofilyarilərin 

dövri şəkildə görünməsini (gecə və ya günorta) nəzərə almaq l a-

zım dır;  filyorioza  şübhə  olduqda  xəstənin  ilkin  müayinəsi  z a-

manı  analiz  üçün  qanın  gecə  və  günorta  götürülməsi  məsləhət 

g ö rülür.

Helmintozların  kəskin  mərhələsinin,  həmçinin  toxuma  hel-

mint ləri və  ya  onların sürfə  mərhələləri (exinokokkozlar,  siste-

serkoz, trixinelyoz, toksokaroz) tərəfindən törədilən xəstəlik lərin 

diaqnostikasında aşağıdakı Seroloji metodlardan istifadə olunur: 

dolayı hemaqqlütinasiya, komplementin birləşmə, lizisin aqqlü-

tinasiya,  immunflüoressensiya,  immunferment  analiz  reaksiyası 

və s.


Bəzi helmintozlar zamanı (sisteserkoz, exinokokkoz və s.) ins-

trumental metodlar (rentgenoqrafiya, ultrasəs müayinəsi, kompyu-

ter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiya, endo biop siya ilə 

birgə endoskopiya) mühüm diaqnostik əhəmiyyət kəsb edir.



Yaşadığı orqanizmə helmintlərin təsiri. İlk növbədə qeyd 

etmək  lazımdır  ki,  helmintlərin  ən  geniş  rast  gəlinən  “yaşayış 

yeri”  insanın  bağırsağıdır.  Həyat  qabiliyyətini  saxlamaq  üçün 

bağırsaq helmintləri bağırsaq boşluğunda olan qidalı mad də lər-

dən istifadə edir, bununla da sahib-insanı, sanki, “talan” edir və 


605

yoluxmuş şəxsin tənzimlənmiş həzm prosesini pozur. Helmintlər 

həmçinin  parazitlik  etdikləri  toxumaların  mexaniki  zədələn mə-

si nə səbəb ola bilər ki, bu da iltihabi əlamətlərlə və orqanın fun-

ksiyalarının pozulması ilə müşayiət edilə bilər. Bağırsağın z ə də-

lənmiş damarlarından xronik mikroqanaxmalar böyük əhə  miy yət 

daşıyır və bəzən anemiyanın inkişaf etməsinin əsas s ə bəbi sayılır.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin