Az rbaycan Respublikas t hsil Nazirliyinin


Malyariyanın profilaktikasına



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə47/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   43   44   45   46   47   48   49   50   ...   65

Malyariyanın profilaktikasına bir çox tədbirlər kompleksi 

daxildir,  bunlar  infeksiya  mənbəyinə  təsiri,  malyariya  ağcaqa-

nadları  ilə  mübarizəni,  əhalinin  bu  həşəratların  hücumundan 

qorunmasını və ətraf mühitin dəyişdirilməsi yolu ilə malyariya-

nın  yayılma  imkanının  qarşısının  alınmasını  nəzərdə  tutur.  İ n-

feksiya  mənbəyinin  zərərsiz ləşdirilməsi  ilə  bağlı  tədbirlər  sıra-

sına  xəstələrin  və  parazit gəz di rənlərin  erkən  aşkar  olunması, 

onların müalicəsi, dispanser qey diyyatın təşkili və əhali arasında 

kimyəvi  profilaktikanın  aparılması  daxildir.  Malyariyaya  görə 

e n demik olan isti iqlimli ölkələrə gedən və oradan qayıdan əhali 

qrupları arasında bu iş xüsusilə ciddi həyata keçirilir, belə ki, o n-

lar daha yüksək dərəcədə malyariya ilə yoluxma riskinə məruz 

qalırlar  və  bu,  infeksiyaya  görə  endemik  rayonlarda  epidemik 

prosesin fəallaşmasının səbəblərindən biri ola bilərlər.

Üçgünlük  və  oval-malyariya  törədiciləri  ilə  yüksək  yolux ma 

riski şəraitində qalan şəxslərə primaxin təyin edilir. Kimyəvi profi-

laktika malyariya törədicilərinin yoluxma mövsümündən bir neçə 

gün  əvvəl  başlayır  və  onu  qurtardıqdan  4-6  həftə  sonra  d a yan -

dırırlar. Tropik ölkələrdə kimyəvi profilaktika bütün il boyu apa-

rılır. Malyariyaya görə endemik ərazilərdə uzun müddət ol duqda 

preparatın əlavə təsirinin yaranması imkanını nəzərə a l maq lazım-

dır.


İnfeksiyamənbəyinətəsiri nəzərdə tutan tədbirlərin təşkili və 

h ə yata keçirilməsi zamanı endemik rayonlarda yaşayan əhali qrup-

larına böyük diqqət ayrılır.


523

İnfeksiya  mənbəyinin aşkar  edilməsi və  zərərsizləşdirilməsi 

üzrə tədbirlər həmçinin aşağıdakı qızdırmalı şəxslər qrupu ara-

sında həyata keçirilir:

- tropik və endemik rayonlardan qayıtdıqdan sonra yaxın 2 il 

ərzində temperaturun yüksəlməsi qeydə alınmış vətəndaşlar;

- qoyulmuş diaqnoza müvafiq olaraq aparılan müalicəyə bax-

mayaraq,  uzun  müddət  dövri  surətdə  temperaturu  artan  qızdır-

malı xəstələr;

- yaxın 5 gün ərzində diaqnozu qoyulmayan, temperaturun art-

ması ilə müşayiət olunan hər hansı xəstəliklə xəstələnmiş şəxslər;

- klinik əlamətlərə (qaraciyərin, dalağın böyüməsi, naməlum 

etiologiyalı anemiya) əsasən malyariyaya şübhəli xəstələr;

- qanın köçürülməsindən sonra yaxın 3 ay ərzində tempera-

turu yüksəlmiş xəstələr;

- son 2 il ərzində malyariya keçirmiş, temperaturun artması 

ilə müşayiət olunan hər hansı xəstəlikli xəstələr.

Malyariyanın tropik ölkələrdən ilin istənilən dövründə gəti-

rilə biləcəyini nəzərə alaraq, səhiyyə orqanı və müəssisələri b ü-

tün il boyu infeksiya mənbəyinə təsir göstərən tədbirləri h ə yata 

keçirməlidirlər.

Son illərdə xloroxin və digər preparatlarla müalicəyə tabe o l-

ma yan tropik malyariya törədicilərinin ştamları aşkar edilmişdir. 

M al yariya  parazitlərinin  dərman  davamlılığı  təkcə  klinik  deyil, 

həm  də  epidemioloji  əhəmiyyətə  malikdir,  belə  ki,  bu,  uzun 

müd  dət mövcud olan infeksiya mənbəyinin yaranma səbəb lə rin-

dən biri ola bilər.

Malyariya ağcaqanadları ilə mübarizə  mövcud  anofelogen 

su  höv zələrinin  qurudulması  və  yenilərinin  əmələ  gəlməsinin 

q ar  şı  sının alınması yolu ilə, habelə uçan ağcaqanadların və onla-

rın s ür fə lərinin öldürülməsi məqsədilə yaşayış və təsərrüfat b i-

na  larının q a lıq təsirli insektisidlərlə işlənməsi yolu ilə yerinə y e-

tirilir.  Cari  və  ə v vəlki  illərdə  malyariyanın  fəal  ocaqlarında 

b  ü  tün yaşayış, qeyri-yaşayış və təsərrüfat binaları insektisidlərlə 

işlənir  (başdan-başa  işləmə).  İri  yaşayış  məskənlərinə  ağcaqa-

nadların  yumurta  qoyduqları  böyük  ərazilərdən  uçub  gəlmə lə-

rinin qarşısını almaq üçün onların uçuş yolunda yerləşmiş b i rinci 



524

sıra evlər insek ti sid lərlə işlənir. Malyariya halları olan t  ə  sər rü fat-

lar da  s e çi ci  və  ya  mik ro ocaqlı  işləmə  həyata  keçirilir.  İnsek ti-

sidlər qis min də fosfor-üzvi birləşmələr (dixlofos, trixlofos, mala-

tion və s.) tətbiq edilir. Daha perspektiv birləşmə malation hesab 

olunur (ÜST, 1981).

Sürfəəleyhinə tədbirlər lavrisidlərin köməyi ilə (difos, temefos, 

və  s.)  yerinə  yetirilər.  Epidemioloji  göstərişlər  olduqda  m ü va  fiq 

y a şayış məskəninin ətrafında 3 km radiusunda olan ərazi lərdə yer-

ləşmiş su hövzələri işlənməyə məruz qalmalıdır.

Təmas insektisidlərinin ətraf mühitin çirklənməsinə yol ver-

di  yini və həşəratlarda onlara qarşı rezistentliyin inkişaf et di yini 

n ə zərə alaraq, son illərdə ekoloji (bioloji və genetik) metod ların 

hazır  lan masına diqqət yönəldilmişdir. Bioloji me todlar qismində 

sürfələrlə  qidalanan  balıqlar  (qambuziya),  buğuma yaq lılar,  hel-

mintlər, mol yusklar, göbələklər, bakteriyalar və viruslar işlədilir. 

Genetik  metodların  məqsədi  –  keçiricilərin  populyasi yalarının 

məhv edilməsi, yaxud mövcud olan popul yasiyaların zərər siz lərlə 

əvəz edilməsidir. Onlar genetik aparatı dəyişilən keçi ri ci lərin əldə 

edilməsinə əsaslanmışdır.

Müasir dövrdə malyariyanın profilaktikası üçün müxtəlif tipli 

vaksinlərin  (sporozoit,  merozoit,  qametosit)  əldə  edilməsi  üz rə 

tədqiqatlar  aparılır.  Lakin  onların  yaradılması  yolunda  ilk  növ -

bədə parazitin antigen kütləsinin alınması ilə əlaqədar olan b ö-

yük çətinliklər meydana çıxır. Bundan başqa, malyariya z a manı 

qazanılmış immunitet növ və mərhələli spesifikliyi ilə fərq  lənir. 

Ona görə də, vaksinlər, güman ki, bu infeksiya ilə m ü ba rizə təd-

bir lərini və mövcud malyariyaəleyhinə vasitələri yalnız tamam-

layacaqlar, nəinki əvəz edəcəklər.

 

 



525

Zoonoz infeksiyalar

Bruselyoz

Bruselyoz  –  zoonoz  infeksion-allergik  xəstəlikdir,  Brucella 

cinsi bakteriyaları tərəfindən törədilir. Bəzən – vaxtında aparıl-

ma mış  diaqnostikada  və  gecikmiş  müalicədə  –  xəstəlik  xronik 

residivləşən gedişə malik olur. Xəstəlik infeksion patologiyanın 

ümu mi əlamətləri, həmçinin yerli zədələnmə əlamətləri, əsas eti-

barilə daima inkişaf edən dayaq-hərəkət aparatının zədələn məsi 

ilə səciyyələnir. 

Qısa tarixi məlumat. Bruselyoz Aralıq dənizi zonasında q ə-

dim  vaxtlardan  çox  vaxt  “aralıq  dənizi  qızdırması”  adı  altında 

məlumdur. XIX əsrin ikinci yarısında xəstəlik Britaniya hərbi və 

hərbi-dəniz bazasında (malta adası) hərbi xidmət keçmiş ingilis 

ə s  gərləri arasında baş vermişdir. Xəstəlik Malta qızdırması adını 

almışdır,  onun  mənşəyinin  açıqlanması  üçün  Bryusun  (Bruce) 

rəh bərliyi  altında  elmi  ekspedisiya  təşkil  olunmuşdur.  Həkim-

lərin işi olduqca məhsuldar olmuşdur: törədici (Micrococcus m e -

li  tensis) aşkar edilmişdir, infek siya mənbəyi təyin edilmiş, hər bi 

qulluqçuların  yoluxması  üsulu,  həmçinin  profilaktika  m e todu 

işlənib hazırlanmış və effektiv şəkildə həyata keçirilmişdir (qay-

nadılmamış keçi südünün istifadəsinə qadağa qoymaq). 

Klinik əlamətinə görə müasir bruselyozu xatırladan bu xəs tə-

lik bəşəriyyətə hələ eradan əvvəl 2400-cü ildə məlum idi. Bu xəs-

təliyə  dair  ilk  elmi  axtarışlar  coğrafi  cəhətdən Aralıq  dəni zinin 

adaları  və  sahilləri  ilə  bağlıdır.  Özünəməxsus  xüsusiy yət lərə 

malik  bu  xəstəliyin  yaranma  səbəblərinin  anlaşılmasında  d ö nüş 

mərhələsi  D.Bruce  tərəfindən  1887-ci  ildə  törədicinin  aş kar 

edilməsi  oldu.  XX  əsrin  əvvəllərində  (1904  –1907)  Malta  ada-

sında  aparılan  tədqiqat  işinin  nəticəsində  keçilər  və  insanların 

xəstələnməsi arasında epidemioloji əlaqənin olduğu, bu əlaqənin 

əhali arasında bruselyozun yayılmasında oynadığı rolu təyin edil-

mişdir. 

1897-ci ildə Danimarka alimi Banq bala salan (abort) i nək də 

aşkar edilən törədicini ilk dəfə təsvir etdi. Ayırd edilmiş kul tura 


526

Banq  tərəfindən  B.abortus,  bovis  (Bang)  kimi  adlan dı rıldı. 

Traum (1914) donuzlarda balasalmanın törədicisini aşkar et di; o, 

B.abortus  suis  adını  aldı.  Meyer  (1920)  bu  mikroor qaniz m ləri 

Brucella adı altında ümumi bir qrupda birləşdirməyi təklif etdi 

(D.Brucenin şərəfinə). Bu mikroblar tərəfindən törədilən xəstə-

lik ləri 1920-ci ildən başlayaraq bruselyoz kimi adlandırmaq q ə-

bul  edildi  və  tədricən  xəstəliyin  klinik  gedişi,  epizootologiyası 

və epidemiologiyası öyrə nildi, həm ümumi mübarizə vasitələri, 

həm də spesifik profilaktika vasitələri işlənib hazırlandı. 

Rusiyada  bruselyoza  çoxdan  rast  gəlinmişdir,  lakin  yalnız 

1911-ci ildə E.İ.Marsinovski ilk dəfə olaraq ölümcül nəticə lə nən 

bruselyoz  hallarını  təsvir  etdi.  Bruselyozun  hərtərəfli  öyrənil-

mə si üzrə işlərin sistematik aparılmasına 30-cu illərdən baş la nıl-

mışdır. Bruselyoz probleminin öyrənilməsinə P.F .Z  d ro dovski b ö-

yük töhfə vermişdir. Belə ki, o, problemi öyrənərək elmi məktəb 

yaratmışdır. Məhz P.F.Zdrodovskinin və onun ş a gir d lərinin işləri 

bu nozoforma ilə mübarizənin müvəf fə qiy yətlə aparılmasını t ə-

min etmişdir. 

Törədici. Brucella cinsi müasir dövrdə 6 növü birləşdirir ki, 

onlardan yalnız 3-ü insanlar üçün real təhlükə yaradır; B.meli-

tensis, B.abortus, B suis, hər biri bir neçə biovara diferensiasiya 

olunur.  Göstərmək  lazımdır  ki,  B.  melitensis  insan  üçün  daha 

p a togen  növdür.  B.  abortus  insanda  çox  nadir  hallarda  patolo-

giya törədir. B. suis Amerika qitəsində xəstəliyin real törədicisi 

kimi  təhlükəlidir  (görünür  ki,  orada  yüksək  virulentli  ştam  sir-

kulyasiya edir). B.suis biovarlarından biri şimal marallarının ara-

sında tapılmışdır, insan üçün onun patogenliyi hələ dəqiq müəy-

yən edilməmişdir. 

Təkamül prosesində, daha doğrusu, müəyyən heyvana adap-

tasiya prosesində bruselyoz törədicilərinin üç ekotiplərə bölün-

məsi baş vermişdir: 1) B.melitensis – keçi (Bruce 1887-ci ildə 

təsvir  etmiş dir);  2)  B.abortus  bovis  –  buğa  (1897-ci  ildə  Banq 

təsvir etmişdir); 3 )   B  .abor  tus suis – donuz (Traum 1914-cü ildə 

təsvir etmişdir). Brusellalar çox kiçik ölçülü, şarşəkilli, ovoid və 

ya çöpşəkilli formada olan mikroorqanizmlərdir; onlar anilin b o-

ya larının hamısı ilə rənglənirlər, qram-mənfidirlər.



527

Brusellaların hamısı bir sıra bioloji xüsusiyyətlərinə görə fərq    -

lənərək həm sınaq şüşəsində (Rayt reaksiyası), həm də şüşə ü zə -

rində  (rənglənmiş  öldürülmüş  bakteriyalarla  Xeddelson  reak-

siyası)  aqqlü tinasiya  reaksiyasını  istifadə  edərək  diferen siasiya 

edi lir. Lakin daha həssas müasir metodlar vasitəsilə antigen s t ruk-

turundakı müxtəlif fərqləri təyin etmək olur ki, bunlar da brusel-

laların  göstərilən  növlərinin  diferensiasiyasını  aparmağa  imkan 

verir.

Brusellalar  bakteriyaların  yetişdirilməsi  üçün  tətbiq  olunan 



bir  çox  qidalı  mühitlərdə  (ətli-peptonlu,  zərdab  və  s.)  böyümə 

q  a  bi liy yətinə malikdir və yavaş böyümə ilə səciyyələnirlər. Ona 

görə  də  xəstədən  götürülmüş  və  brusellaların  olmasına  görə 

şübhəli sayılan qanın və digər materialların əkil mə si 3 həftə ə r-

zində 37

0

C temperaturda həyata keçirilir. Brusel yozun törə di ci-



ləri orqanizmdən kənarda yüksək davamlılığı və həyat qabiliy-

yə tinin uzun müddət saxlanması ilə səciyyələnir. Belə ki, onlar 

quru  halda  tozda,  paltarda  2  ay  ərzində  sağ  qala  bilərlər.  Duru 

mühitlərdə  60

0

  temperaturda  onlar  30  dəqiqədən  sonra,  qayna-



dıldıqda  isə  dərhal  məhv  olurlar.  Birbaşa  düşən  günəş  şüası 

onları bir neçə dəqiqə, səpələnmiş işıq isə 7-8 gün və daha gec 

müd dətdə öldürür. Brusellalar kimyəvi maddələrin təsirinə qarşı 

son dərəcə həssasdır. Adi dezinfeksiya vasitələrini tətbiq etdikdə 

onlar  5  dəqiqə  ərzində  məhv  olurlar.  Brusellalar  yüksək  dərə-

cədə invazivdirlər və orqanizmə hətta zədələnməmiş selikli qişa-

lardan da daxil ola bilirlər. Onlar üçün yüksək aqres sivlik səciy-

yəvidir. Onlar hemotoksik xüsusiyyətlərə malikdirlər. Bru sel lalar 

hüceyrədaxili  parazitlərə  aiddir,  onlar  retikul-endotel  sistemin 

hüceyrələrinin daxilində yaşayır və çoxalırlar, lakin hüceyrədən 

kənarda da yerləşə bilirlər.

Qeyd  edildiyi  kimi,  brusellalar  ətraf  mühitdə  kifayət  qədər 

yük  sək  davamlılğa  malikdir.  Çox  vacibdir  ki,  xəstə  heyvanlar-

dan  i f raz  olunmuş  quru  substratlarda  yaxşı  qalırlar.  Brusellalar 

süddə o, turşuyana qədər, yəni 1-3 gün həyat qabiliyyətini sax-

laya bilir. Süd məhsullarında, xüsusilə də qaynadılmamış süddən 

hazırlanmış  yumşaq  pendir  və  brınzada  brusellalar  1-3  ay  sağ 

q a lır.  Südü  qaynatdıqda və əti termiki emaldan keçirdikdə bru-

sellalar çox tez məhv olur.


528

Adi dezinfeksiya vasitələri (xlorlu əhəng, hidrogen peroksid, 

siklik  sıradan  olan  üzvi  birləşmələr  -  fenol,  lizol,  həmçinin 

hazırla istifadə olunan digər preparatlar) qəbul olunmuş konsent-

rasiyada bruselları qısa müddətdə (30 dəqiqəyə qədər) öldürür.

Brucella  qrupundan  olan  müxtəlif  variantların  patogenliyi 

eyni  deyildir:  Br.melitensis  insan  üçün  olduqca  yüksək  pato-

genliyi ilə fərqlənir, Br. suis və Br.abortus insan üçün nisbətən 

az patogendir. İndiyə qədər brusellaların antigen strukturu haq-

qında vahid fikir yoxdur. Xüsusi tədqiqatlar sayəsində iki antige-

nin olması müəyyən edilmişdir – A antigeni və M antigeni, bun-

lar  hər  brusella  tipinin  mikrob  hüceyrəsinin  tərkibinə  müxtəlif 

n is  bətlərdə  daxildirlər.  Brusellaların  hər  tipinin  antigen  tərki-

bində  həm  spesifik,  həm  də  qeyri-spesifik  ümumi  antigen ləri 

var dır. A antigeni abortus, bovis və suis tipi brusellaları üçün, M 

anti geni isə melitensis tipli brusellalar üçün spesifikdir. Üçüncü 

tip  –  G  antigeni  qeyri-spesifik  ümumi  antigen  sayılır. Təbiətdə 

b ru  selyoz bakteriofaqının olması hazırda artıq danıl maz fakt h e-

sab edilir. O, brusellaların kulturasında, xəstələrin, insanların və 

hey vanların  orqanizmində,  həmçinin  ətraf  mühitdə  ola  bilər. 

Xəs tənin  orqanizmində  bruselyoz  bakteriofaqının  olması  törə-

dicinin  xüsusiyyətlərinin  dəyişilməsinə  gətirib  çıxarır,  nəticədə 

belə xəstələrin qanından brusellaların atipik ştamları əkilir. Bun-

dan  başqa,  xəstədən  götürülmüş  qan  porsiyalarında  bruselyoz 

b ak  te riofaqının olması qanda, onurğa beyni mayesində və s. mən-

fi nəticələrin alınmasını şərtləndirir. Tədqiqatlarda təyin edil miş-

dir ki, Brucella qrupu həm onun normal vəziyyətini bütün gös tə-

ri cilərə  əsasən  səciyyələndirən  S-formada,  həm  də  bu  və  ya 

digər dərəcədə dəyişmiş vəziyyətdə, xüsusilə dissosiasiya vəziy-

yə  tində  (R-formalar)  ola  bilər.  Brusellaların  dəyişkənliyi,  xüsu-

sən də kulturanın morfoloji dəyişkənliyinə münasibətdə o, son d ə-

rə cə geniş diapazona çata bilər.



Epidemiologiyası.  Bruselyoz  bütün  qitələrdə,  əsasən  hey-

van dar lığın  inkişaf  etdiyi  ölkələrdə  yayılmışdır.  Xəstələnmənin 

epidemioloji  xüsusiyyətləri  müəyyən  dərəcədə  törədicinin  növ 

mənsubiyyətindən,  epidemik  ocağın  aktivliyindən  və  küt lə vi li-

yin dən asılıdır.


529

Bruselyoza görə epidemioloji vəziyyət keçmiş Sovet İttifaqı 

respublikalarının ərazisində, xüsusən də şimal və mərkəzi vila-

yətlərdə son dərəcə gərgin olaraq qalır. Xəstəliyə görə qeyri-sağ-

lam məntəqələrin 75%-i burada cəmlənmiş və xəstə heyvan ların 

90%-i aşkar edilir. Zaqafqaziyada, Orta Asiyada, Şimali Qafqaz 

zonasında,  cənubi Volqaboyunda  da  bruselyozun  ləğv  edilməsi 

problemi aktual olaraq qalır.

Hazırda heyvanların bruselyozu Aralıq dənizi hövzəsi, Kiçik 

Asiya (Türkiyə, İran), cənubi və cənub-Şərqi Asiya (Hindistan, 

Laos), Afrika, Mərkəzi və cənubi Amerika (Meksika, Braziliya, 

Çili,  Paraqvay,  Qvatemala,  Kolumbiya)  ölkələrində  çox  geniş 

yayılmışdır.  Bolqarıstan,  Yuqoslaviyada  bruselyozla  mübarizə 

m  ü  vəf fəqiyyətlə  aparılır,  burada  ayrı-ayrı  regionlarda  xəstəliyin 

nadir halları qeydə alınır. Bununla yanaşı, bir çox ölkələr, xüsusilə 

də Avropa ölkələri, həmçinin Yaponiya kənd təsərrüfatı heyvanları 

arasında bu xəstəliyin praktik olaraq tam ləğvinə nail olmuşdur.

ÜST-ün məlumatlarına əsasən, bu xəstəlik heyvanlar ara sın da 

praktik  olaraq  bütün  dünyada  (155  ölkədə),  o  cümlədən  ABŞ, 

Fransa,  Kanada, Avstraliya,  İtaliya,  İspaniya  kimi  inkişaf  etmiş 

ölkələrdə yayılmışdır. Qeyd olunur ki, inkişaf etməkdə olan ö l-

kə  lərin əksəriyyətində epizotik vəziyyət üzərində lazımi nəza rə-

tin təmin edil məsi üçün kifayət qədər vəsait yoxdur, ona görə də 

belə  dövlətlərdə,  xüsusən  də  tropik  ölkələrdə  sürünün  brusel-

yozla zədələnmə dərəcəsi haqqında məlumatlar tam dolğun d e-

yil  dir.

İnqilabdan əvvəlki Rusiyada “kütləvi bala salma” halları y üz -

lərlə hesablanırdı ki, bu da həmin hadisənin tam qeydə alınma-

ması ilə izah edilirdi. Lakin 1912–1913-cü illərdə dərc olunan ilk 

elmi  məlumatlar  Rusiyanın  şimal  quberniyalarında  (məsələn, 

keçmiş  Novqorod  quberniyasında)  xəstəliyin  geniş  yayıldığını 

təsdiq edir.



İnfeksiya  mənbəyi.  Brusellalar  insan  üçün  təhlükəli  olub 

h ey  vanların, praktik olaraq yalnız ev heyvanlarının, xüsusilə də 

otye yən  cütdırnaqlıların  –  keçi,  qoyun,  iribuynuzlu  mal-qara, 

h əm  çinin  donuzların  parazitləri  sayılır.  Yoluxmuş  hey vanlarda 

t ö rədici bağırsaq divarının limfa sistemində toplandıqdan sonra 


530

yayılmış  (generalizə  olunmuş)  infeksion  proses  (bakteriemiya) 

inkişaf edir ki, bu da bir çox toxumaların, xüsusilə də cinsiyyət 

üzv ləri, süd vəziləri, həmçinin bəzən oynaqların zədələnməsinə 

g  ə  tirib çıxarır.

Yoluxmuş  heyvanlarda  bruselyoz  xronik  residivləşən  gedişə 

m  a  likdir, ona görə də onlar çox vaxt məhz kəskinləşmələr z a manı, 

dişi fərdlərdə o, doğuşlar və abortlar dövründə baş verir, həm epi-

zootik, həm də epidemik aspektdə təhlükəlidirlər. Bu zaman törə-

di cinin dölyanı maye və cift ilə ifraz olunması mümkündür. Bun-

dan başqa, bruselyoz törədicisinin sidik (bakteriemiyanın nəticəsi) 

və nəcis kütlələri vasitəsilə (bağırsaq divarında limfatik follikulla-

rın fəsadının nəticəsi) ifraz olunması müşahidə olunur.

Qeyd  etmək  lazımdır  ki,  heyvanlarda  bruselyoz  infeksiyası 

çox vaxt simptomsuz keçir, yəni həm heyvan populyasiyasında, 

həm də insan üçün infeksiya mənbəyi kimi zahirən sağlam fərd-

lər iştirak edə bilər. Bruselyoz infeksiyası üçün müxtəlif növ b ru -

sel laların ev heyvanlarının ayrı-ayrı nümayəndələrinə qarşı kəskin 

adaptasiyası  səciyyəvidir.  Məsələn,  B.  melitensis  xırdabuynuzlu 

mal-qaranın, B.abortus - iribuynuzlu mal-qaranın, B.suis - donuz-

ların paraziti sayılır.

İnsan üçün daha virulent növ olan B. melitensis-in əsas sahib-

ləri keçilər və qoyunlar olduğu üçün hamısından çox məhz xırda-

buynuzlu  mal-qaranın  yoluxmuş  fərdləri  təhlükəlidir.  Lakin  b ə-

zən B. melitensis-in iribuynuzlu mal-qaraya miqrasiyası m ü şa  hidə 

olunur, belə hallarda insanın belə heyanlardan yoluxması və x əs-

tələnməsi ehtimalı tamamilə real vəziyyət alır. Son illər bizim ö l-

kəmizdə məhz bu hadisə müşahidə edilir. İnsanda manifest f or -

maların  inkişaf  etməsi  üçün  B.  abortus  və  B.suis  ifraz  edən 

hey  vanlar böyük əhəmiyyət kəsb etmirlər, lakin bu, brusellaların 

gös tərilən növləri ilə yoluxmadan sonra insanın xəstələnməsini 

inkar etmir.



İnsan bruselyoz zamanı infeksiya mənbəyi kimi iştirak etmir. 

Düzdür,  insandan  yoluxma  halları  haqqında  məlumatlar  olma-

sına baxmayaraq, onların bəziləri ya şübhəli xarakter daşıyır, ya 

da kazuitik hallardır (bruselyozla xəstə baytar həkim – qadın təs-

diq edir ki, öz həyat yoldaşını cinsi yolla yolux durmuşdur, bəzən 

südəmər uşaqların xəstə anaların südü ilə yoluxması təsvir edilir).



531

Bruselyoz – zoonozlar qrupundan olan tipik infeksiyadır. Bru-

selyoz zamanı insanlar üçün başlıca infeksiya mənbəyi xəstə q o-

yunlar, keçilər, inəklər, donuzlar sayılır. Br.melitensis insan üçün 

obliqat patogenliyə malikdir və xəstəliyin epidemik alovlanma-

larını törədir, halbuki Br.abortus və Br.suis nisbətən az p a to gen-

dirlər və sporadik xəstələnmə törədirlər. Məlum olduğu kimi b i o -

loji  adaptasiya  nəticəsində  brusellaların  hər  bir  tipi  müəyyən 

heyvan növünə uyğunlaşmışdır. Br.melitensis əsasən keçiləri və 

q o yunları, Br.abortus – iribuynuzlu mal-qaranı, Br.suis – donuz-

ları  zədələyir.  Ona  görə  də  insanların  bruselyozla  xəstələn mə-

sin də  xırdabuynuzlu  mal-qara  ən  təhlükəli  infeksiya  mənbəyi 

sa yılır. Digər heyvanların (atlar, itlər, toyuqlar, hind toyuğu, sün-

bülqıran, siçovullar, marallar, eşşəklər, dəvələr və s.) bruselyozu 

çox  nadir  hadisə  sayılır,  ona  görə  də  elə  bir  epidemioloji  əhə-

miyyət  kəsb  etmir.  Bruselyozun  epide mio logiyasında  brusel la -

ların ayrı-ayrı tiplərinin miqrasiya imkanını nəzərə almaq lazım-

dır. Belə ki, Br.melitensis qoyun və keçilərdən heyvanların digər 

növlərinə və əsasən də iribuynuzlu mal-qaraya keçə bilir və onu 

epidemik  bruselyozun  rezervuarına  çevirir.  Bruselyozla  xəstə 

heyvanlar  üçün  infeksion  balasalmalar  (abortlar)  səciy yə vi dir. 

İnsanların  yoluxması  baxımından  daha  təhlükəlisi  bruselyozla 

xəstə heyvanların balasalma və balalama dövrü sayılır (dü şüklər, 

ölü doğulmuş döl, diri bala, dölyanı qişalar, cift, dölyanı maye, 

ifrazatlarla  təmas).  Bruselyozun  törədicisi  xəstə  heyvanların 

nəinki balalaması (quzulama, buzovlama və s.) döv rün  də, həm də 

onların  normal  ifrazatları  ilə  (südü,  sidiyi,  nəcisi)  xaric  edilir. 

Bala salan heyvanlarda brusellalar doğuş yollarının Patoloji ifra-

zatlarında,  onların  südündə  və  sidiyində  uzun  müddət  (15  aya 

qədər) aşkar edilir.



Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin