Opistorxoz
Opistorxozu (Opisthorchosis)iki növ trematod – Opisthor-
chisfelineusvəO.viverinitörədir. O.felineus-un uzunluğu 4-13,
eni 1-3,5 mm-dir. Yumurtaları solğun- sarı rəngli və qapaqcıqlı
olur.
İnsanda opistorxozu K.N.Vinoqradov (1891) təsvir etmiş dir.
M . Askenazi (1904) onun balıqlardan insana keçməsini gös tər-
miş dir.
İnvaziya mənbəyi insan və ətyeyən heyvanlar – pişik, tülkü,
it, aralıq sahibi – molyusklardır. İnsanın və heyvanların nəcisi ilə
suya düşmüş yumurtaları molyusklar udur.
Yumurta sürfəyə – serkariyə çevrildikdən sonra yenidən suya
düşür. Serkarilər balığın dərisindən dərialtı toxumaya keçir, b u-
rada metaserkarilərə çevrilir. Belə balığı çiy və ya ala-çiy y e dik-
də insanlar və heyvanlar yoluxurlar. Opistorxoz təbii-ocaqlı p e-
ro ral biohelmintozlara aiddir.
Sürfələr 2 həftə ərzində cinsi yetişkən opistorxlara çevrilir,
q a ra ciyərdaxili və qaraciyərxarici öd yollarında, öd kisəsində və
m ə dəaltı vəzinin axacağında parazitlik edir. Onlar axacaqların
d i varını zədələyir, ödün və pankreas şirəsinin axmasına maneçi-
lik t ö rədirlər. Qurdun mübadilə məhsulları orqanizmi sensibilizə
edir. Tədricən öd yollarında bakterial infeksiyanın inkişafı üçün
ş ə rait (xolanqit, xolelitiaz) yaranır. Öd yollarında interoreseptor-
ların qıcıqlan ması mədənin, oniki barmaq bağırsağın, ürək-da-
mar sisteminin funksiyasını pozur, öd yollarının epitel qişası h i-
per pla zi ya ya uğrayır və sklerozlaşır. Bəzən qaraciyərin birincili
xər çən gi inkişaf edir.
637
Diaqnozu xəstəliyin klinik mənzərəsinə, epidemioloji ana m-
ne zə, nəcisdə və oniki barmaq bağırsaq möhtəviyyatında opis-
torxis yumurtalarını tapmaqla dəqiqləşdirirlər.
Klonorxoz
Klonorxozun (clonorchosis,clonorchiasis) törədicisi clo nor -
chosis silensis iki ağızlı yastı qurdlar olub, uzunluğu 10-20 mm,
eni 2-4 mm-dir. Ağzında və qarnında sormacları vardır. Yumurta-
sında formalaşmış mirasid sürfələri yerləşir. Paraziti Mak-Kon nel
(1874) tapmışdır. Xəstəliyə Çində, Koreyada, Yapo ni ya da d a ha
çox rast gəlinir.
İnvaziya mənbəyi insan və bəzi heyvanlar – pişiklər, itlər,
vəh şi ətyeyənlərdir. Onların nəcisi ilə suya düşən yumurta aralıq
sahiblər – molyusklar tərəfindən udulur, orada quyruqlu sürfəyə
çevrilərək xaric olur və əlavə sahibin – balığın bədəninə keçir.
Balığın əzələsində onlar definitiv sahib üçün invazion sürfələrə –
metaserkariyə çevrilir. İnsan və heyvanlar çiy balıqla yoluxurlar.
Patogenezin əsas amillərinə qurdun toksiki və mexaniki t ə-
sirləri aiddir. Bununla əlaqədər olaraq, allergik və sinir-reflektor
dəyişikliklər baş verir.
Patoloji anatomik dəyişikliklərdən xolangit, hepatositlərin piy
distrofiyası, öd yolları və mədəaltı vəzi axacaqlarının polipozu və
adenomatozu nəzərə çarpır.
Xəstəlik qızdırma və allergik əlamətlərlə kəskin başlayır. Q a-
ra ciyər böyüyür, skleralar bir qədər saralır. Eozinofiliya 10-40%-ə
çatır. 3-4 həftədən sonra kəskin əlamətlər itir və xəstəlik xroniki
formaya keçir. Bu zaman sağ qabırğa altında kürəyə, boynun sağ
tərəfinə yayılan ağrı qeyd edilir. Bəzən ürəkbulanma, qusma,
baş gicəllənmə, əsəbilik meydana çıxır. Qaraciyər, öd kisəsi nahi-
yəsi ağrılı olur, qaraciyərin funksiyası pozulur. Xəstəliyin gecik-
miş dövrlərində xolangit, diskineziya, hepatit inkişaf edir. Bəzən
xəstəlik qaraciyərin xolangit serrozu, irinli xolangitlə ağırlaşır.
Diaqnozu nəcisdən və oniki barmaq bağırsaq möhtəviy ya tın-
dan klonorxozun yumurtalarını tapmaqla təsdiq edirlər. Seroloji
r e ak siya və allergik sınaq da tətbiq olunur.
638
Metaqonimoz
Metaqonimozun (metagonimosis) törədicisi – Metagonimus
yocogawаi – 1-2,5x0,4-0,7 mm ölçüdə trematod qurdlardır, üzəri
iynəciklərlə örtülüb. Yumurtasının qapaqcığı, əks tərəfdə qabar-
cığı olur.
Metaqonimoza Çində, Koreyada, Yaponiyada, Filippin ada-
larında rast gəlinir. Peroral biohelmintozdur, təbii ocaqlı xəstə lik-
dir. Qurdun son sahibi və invaziya mənbəyi insan, it, pişik, d o nuz
və vəhşi ətyeyən heyvanlar, aralıq sahibi – molyusklar, o cüm-
lədən Melania libertina-dır. Əlavə sahibi kimi balıqlar rol oyna-
yır. Molyusklar orqanizmində parazit serkariyə qədər inkişaf edir.
Sonra balığın bədəninə keçərək metaserkariyə çevrilir. İ n san çiy
balıq yedikdə və ya onun pulcuğunu udduqda yoluxur.
Orqanizmə həm yaşlı parazitlər, həm də onun sürfələri təsir
gös tərir. Bağırsaqda metaserkaridən çıxan sürfələr selikli qişaya
girir və orada dar keçidlər əmələ gətirir. İki həftədən sonra parazit
cinsi yetkin formaya çatır və bağırsağın boşluğuna düşür. P a ra-
zitin mübadilə məhsulları orqanizmi sensibilizasiya edir, ona tok-
siki təsir göstərir.
İnkubasiya dövrü 7-10 gün çəkir. Xəstəliyin erkən mərhə lə-
sin də allergik əlamətlər, sonra mədə-bağırsaq pozğunluğu – i s hal,
qurultu, köp əmələ gəlir. Bəzən xroniki enterit inkişaf edir. Xəs-
təlik residiv verir.
Diaqnozu nəcisdən qurdun yumurtası tapmaqla dəqiq ləş di ri lir .
Paraqonimoz
Paraqonimozun (Paragonimosis) törədicisi – Paragonimosis
cestermani (ağciyər sorucusu) yastı qurddur, uzunluğu 8-16, eni
4-8 mm-dir. İnsanda qurdun başqa növlərinə də rast gəlinmişdir.
S.Rinder (1879) xəstəliyin törədicisini insan meyidinin a ğ ci-
yər lərindən tapmışdır. Bels və Manson (1880) ağciyər para qo -
nimozunun klinik mənzərəsini təsvir etmişdir. Xəstəliyə Asi ya,
Afrika, cənubi Amerika və Rusiyada rast gəlinir.
Parazitin əsas sahibi insan, it, pişik və donuzdur. Qurd b r on x -
larda yerləşir. Bəzən diafraqmaya, plevraya, beyinə və s. keçir. O,
639
aktiv şəkildə suya düşür və ara sahibin orqanizminə – molyusk-
lara daxil olur. Paraqonimozun sürfə mərhələsi quyruqlu
sürfələrin – serkarilərin yaranması ilə başa çatır. Serkarilər isə
müx təlif xərçənglərin orqanizminə keçərək metaserkarilərə çevri-
lir. Belə xərçəngləri insan çiy şəkildə və ya yaxşı duzlanmamış
hal da yedikdə yoluxur.
Son sahibin orqanizmində sürfələr qişasını itirir, bağırsağın
divarından qarın boşluğuna keçir, diafraqmaya, ağciyərlərə və
baş qa orqanlara daxil olur, 3 aydan sonra cinsi yetişkən formaya
çevrilir və yumurta qoyurlar. Xəstəliyin patogenezində toksik-
allergik reaksiyalar, helmintin mexaniki təsiri, ikincili bakterial
infeksiya rol oynayır.
Miqrasiya vaxtı sürfələr daxili orqanlarda dar keçidlər əmələ
gətirir və qanaxmalara səbəb olur. Ağciyərlərin parazit olan yer lə-
rində 2-10 sm böyüklüyündə infiltratlar yaranır. 2 ay ərzində o n lar
1-6 sm ölçülü fibroz kisələrə çevrilirlər ki, onların içərisi k a zioz
kütlə və qırmızı-şokolad rəngli maye və ya irin qarışıqlı s e liklə,
qurd yumurtası ilə dolur. Kisəciklər sonralar fibroz bir ləş dirici
toxuma ilə əvəz olunur. Müalicə aparılmadıqda pnevmoskleroz,
kirəcləşmə baş verir. Beyində kista, çapıq və abses t a pılır.
İnkubasiya dövrü 2-3 həftə və ya 2-3 gün çəkir. Xəstəlik kəs-
kin (abdominal, plevro-ağciyər) və xroniki ola bilər. Kəskin a b-
do minal forma enterit, hepatit, xoşxassəli aseptik peritonit şək-
lin də təzahür edir. Kəskin paraqonimoz allergik miokardit və
m e nin qoensefalitlə ağırlaşır. Xroniki formada irinli plevritə, güc-
lü ağciyər qanaxmasına rast gəlir.
Diaqnoz bəlğəmdə, nəcisdə yumurtaların tapılması və ağci-
yər lərin rentgen müayinəsi ilə dəqiqləşdirilir. İlk 3 ay ərzində,
ə sa sən, allergik sınaq, Seroloji reaksiyalar tətbiq edilir.
Anizakidoz
Anizakidoz (anisacidosis). İlk dəfə 1960-cı ildə Hollandi ya-
da insanlarda çox vaxt sonu letallıqla nəticələnən ağır bir xəs tə-
lik aşkar edildi. Bu xəstəliyi bağırsağın “eozinofil fleqmonası”
a d lan dırdılar. Məlum oldu ki, xəstəliyin törədiciləri atlantik s i yə-
640
nək balıqlarında parazitlik edən (Anizakis) anizakis sinfinə mən-
sub olan nematodların sürfələridir. Sonrakı tədqiqatların nəti cə-
sin də aydın oldu ki, anizakidozun törədiciləri dünyanın bü tün
okean və dənizlərində yayılmışdır və onların definitiv sahibi d ə-
niz məməliləridir. Anizakis sinfinə malik olan nümayəndələr 26
növ kitəbənzərlərdə və 12 növ kürəkayaqlılarda, onların sür fə-
ləri isə bu nematodların aralıq sahibləri sayılan 120 növ balıq-
larda qeydə alınmışdır.
İnsan anizakidlərin sürfələri ilə qidada zərərsizləşdirilməmiş
ara lıq sahibi olan balıq ətindən hazırlanmış məhsulları və eləcə də
mol yusklardan istifadə etdikdə yoluxur. İnsan orqanizminə düş müş
sürfələr müəyyən inkişaf mərhələsi keçirir, lakin sonrakı morfoge-
nez başa çatmır. Belə ki, insan invaziya üçün “bioloji d a lan”dır.
Anizakidoz müxtəlif ölkələrdə qeydə alınır. Yaponiyada hər il
xəstələrin sayı 3000-ə çatır, buna səbəb onların qidada çiy hal da
müxtəlif növ balıqlardan istifadə etməsidir.
Şimali Avropanın bir sıra ölkələrində əhali qidada yaxşı duz-
lanmamış siyənək, ABŞ-da somğa və xanı balığından istifadə
etdikdə yoluxur. Son illərdə anizakidoza yoluxma halları art mış-
dır. Buna səbəb satış məqsədilə bazarlara çoxlu miqdarda balıq-
ların gətirilməsi və eləcə də əksər restoranlarda termiki emaldan
yax şı keçirilməmiş milli balıq xörəklərinin bişirilməsidir.
İnvaziya kəskin allergik əlamətlərlə və mədə-bağırsaq yolu-
nun selikli qişasında əmələ gələn parazitar qranulomalarla və n ə t-
icədə əmələ gələn bağırsaq keçməməzliyi və ağrı sindromu ilə x a-
rakterizə olunur.
Diaqnoz anamnezdə (balıq qəbul edilməsi) və klinik mən zə-
rə yə əsasən təyin edilir. Bəzən qusuntu kütləsində və nəcisdə sür-
fələr aşkar edilir.
Larva Miqrans simptomokompleksi
Larva miqrans (azan, gəzən sürfə) insanın infeksiya mən-
bə yi olmadığı zoohelmint sürfələrinin törətdikləri xəs tə lən mə
v ə ziy yətidir. Onun dəri və vissseral formalarına rast g ə li nir.
Dəri forması – larvamiqranscutanea su quşlarının trematod-
ları – Schistomatidae spp. və nematodlar – Ancylostoma canis,
641
A.brasiliensis, A.strongyloides və s. sürfələri tərəfindən törədilir.
Sür fələr torpaqdan və sudan dəriyə düşür və yerli allergik reak-
siya – infiltrat, ödem və kapillyarların zədələnməsinə səbəb olur.
Parazitin daxil olduğu yerdə dərhal göynəmə, gizilti və q a-
şın ma meydana çıxır. Sistosomotidlərlə yoluxduqda serkarinin
düş düyü yerdə əmələ gələn papula 1-3 gün ərzində qabıqlan-
maya keçir. Ümumi əlamətlərdən üşütmə, qızdırma, yerli və y a-
yılmış səpgilərə rast gəlinir və tez də çəkilir, yerli əlamətlər az
d a vamlı olur, 1-2, bəzən 4-6 həftəyə itirlər.
Nematod sürfələri dərialtı hərəkət edərək zolaqlı derma titlər
yaradır. Visseral forma – larvamiqransvisseralis ətyeyən hey-
van ların sestodlarının (Sparqanum mansani, s.proliferum, Multi-
ceps spp.) və nematodlarının (Toxocara canis, T.mustax, T.Leo-
nia, Filarioidea, Heraticola və s.) sürfələri tərəfindən törədilir.
Əsasən 1-4 yaşlı uşaqlar qurdun yumurtalarını ərzaq və su ilə
ud duqda yoluxur və aralıq sahibə çevrilirlər. Sürfələr bağır saq-
dan qan vasitəsilə daxili orqanlara yayılır. 5-10 sm ölçülü q o-
vuq cuqlar əmələ gətirərək toxumaların funksiyalarını pozurlar.
Visseral formanın əlamətləri yoluxmadan 4-5 ay sonra başla-
yır. Əvvəlcə ümumi zəiflik, əhvalın pisləşməsi, bəzən allergik
səp gi əmələ gəlir. Sonrakı təzahürlər parazitin yerləşməsindən
ası lıdır. Soliterin sürfələri – senurlar, yəni sistiserklər baş beyni
və onun qişalarını zədələdikdə kəllədaxili təzyiqin artması, yəni
sis teserkoz və ya senuroz əlamətləri – baş ağrısı, parez və ifliclər,
epilepsiya tutmaları və s. baş verir. Sürfələr onurğa beynində,
göz lərdə, seroz qişada, əzələlərdə də yerləşə bilər.
Larval helmintozlar eozinofiliya, leykomoid reaksiya və EÇS-in
artması ilə özünü göstərir.
Diaqnoz klinik-epidemioloji məlumatlara, seroallerqoloji və
ins trumental müayinələrə, bioptatın yoxlanmasına əsasən dəqiq-
ləşdirilir.
Profilaktikası sanitar-gigiyenik və baytar tədbirlərindən iba-
rət dir.
642
Protozoy invaziyalar
Protozoy invaziyaların ümumi xarakteristikası
Protozoy invaziyalar heyvani mənşəli törədicilər (zoo para zit-
lər) tərəfindən törədilən çoxsaylı parazitar xəstəliklər qru punda
x ü susi yer tutur. Protozoy invaziyaların törədiciləri – PROTO-
ZOA və ya ibtidailər tipinin nümayəndələri olub, birhüceyrəli o r-
qanizmlər sayılır. Buna baxmayaraq, onlar öz quru luşunun, o
cüm lədən antigen strukturunun mürəkkəbliyi baxı mından digər
mikroorqanizmlərdən (viruslar və bakteriyalardan) əhəmiyyətli
dərəcədə fərqlənirlər. Digər birhüceyrəli parazitlər kimi, ibti da-
ilər də sahib orqanizmdə çoxalır, onların sayı isə (və deməli, vur-
duqları ziyan da) müəyyən dərəcədə sahib orqa nizmin im mun
c a vabı ilə tənzimlənir. Lakin protozoy invazi yalar da im munitet,
bir qayda olaraq, qeyri-sterildir, bunun nəticəsində xəstəlik uzun-
müddətli, xroniki gedişata malik olur.
İnsanın protozoy xəstəlikləri qrupu nisbətən kiçik olub, daxi-
lində 50 nozoformanı cəmləşdirir, bununla belə, immunoloji b a-
xımdan bu qrup olduqca müxtəlifdir. Onun səbəbi törə di ci lə rin
həyat tsikllərinin rəngarəng, bir-birindən fərqli olması, sahib o r-
qa nizmdə lokalizasiyanın oxşar olmaması, həmçinin ibtidai lərin
immun orqanizmdə yaşayıb artması üçün istifadə etdikləri mexa-
nizm lərin müxtəlif olmasıdır.
Daima və ya müvəqqəti olaraq digər orqanizmlərin hesabına
y a şayan və onlardan yaşayış yeri və qida mənbəyi kimi istifadə
edən orqanizmlər parazitlər adlanır. Heyvan mənşəli parazitlər
t ə rə findən törədilən xəstəliklər parazitar və ya invazion xəs tə lik-
lər adlanır.
Heyvanlar aləmində çoxsaylı birhüceyrəli orqanizmlər var dır
ki, bunlar müasir zooloji təsnifata görə ibtidailərə aid edilir. O n-
ların içərisində çoxlu növlər vardır ki, insan orqanizmində para-
zitlik edirlər. Məsələn, bağırsaqlarda lyambliyalar və amöblər, d a -
xili orqanlarda toksoplazmalar, plazmodiumlar yaşayır. Məhz buna
görə də protozoy xəstəliklər və ya protozoozlar klinik şəklinə görə
müxtəlifdir və xəstə şəxslərin müxtəlif materiallarının laborator
m ü ayinəsini tələb edir.
643
Birhüceyrəli ibtidailərin bədənləri xarici membranla əhatə
o l un muş sitoplazmadan, nüvədən, hərəkət, ifrazat funksiyalarını
yerinə yetirən orqanellardan təşkil olunmuşdur. İbtidailər psev d-
o p o d i ya la rın (sarkodinlər), qamçı və titrəyici membranların
( q a m çılılar), kir pik lərin (kirpikli infuzorlar) köməyi ilə hərəkət
edir.
İbtidailərin qidalanması müxtəlif cür həyata keçirilir. Bəzi ləri
q i da hissəciklərini ağzı ilə udur, digərləri isə onları bədənin i s tə -
ni lən hissəsində yalançı ayaqların köməyi ilə həzm edir. Bu z a-
man qida hissəcikləri, sanki, ibtidainin (amöbün) bədəninə axır,
i b tidainin sitoplazmasında vakuolun daxilinə düşür və oradan
həzm olunur (faqositoz). İbtidailərin bəzi növlərində qidalanma
q i da maddələrinin bədən səthindən sorulması hesabına baş verir
(pinositoz). Qida kimi üzvi hissəciklərdən, mikro or qa nizm lərdən
və ətraf mühitdə həll olunmuş qida maddələrindən i s ti fadə edilir.
Bəzi növ ibtidailər sista əmələ gətirmək, başqa sözlə, gir də-
ləş mək və sərt qişa ilə örtülmək qabiliyyətinə malikdir. Əmələ
gəl miş sista xarici amillərin təsirinə daha çox davamlıdır. Əlve-
rişli şəraitə düşdükdə ibtidailər sistadan çıxır və çoxalmağa baş-
layır. Çoxalma qeyri-cinsi (eninə, uzununa və çoxsaylı bölünmə)
və cinsi yolla gedir. Bir çox parazit ibtidailərin çoxal ması ardıcıl
o la raq bir neçə sahibdə gedir. Məsələn, malyariya plazmodium-
larının həyat tsikli ağcaqanadın bədənində və insan orqa niz mində
başa çatır.
İnsan orqanizmində yaşayan ibtidailər aşağıdakı 4 sinfə aid edi-
lir: sarkodinlər (Sarcodina), qamçılılar (Masfrgophora Fla gel la-
ta), sporlular (Sporozoa), kirpikli infuzorlar (Infusoria, ciliata)
( Sxem).
644
Sxem. İnsanın əsas ibtidailərinin sistematikası
Bunların özünəməxsus xüsusiyyətləri vardır:
1. Sarkodinasinfi və ya kökayaqlılar (Sarcodina, s.Rhizo poda).
Onların bədəni xarici qişadan məhrumdur. Bədən forması sabit
deyildir. Sarkodinlər protoplazmanın müvəqqəti şişkin likləri –
psevdopodiyalar və ya yalançı ayaqların vasitəsilə hərəkət edir.
Daha çox qeyri-cinsi bölünmə üsulu bədənin yarıya bölünməsi
yolu az-az hallarda – çoxsaylı bölünmə yolu ilə çoxalırlar. cinsi
ç o xalma onlarda nadir hallarda baş verir.
2. Qamçılılar sinfi (Mastigophora, s.Flagellata). Bədən for-
ma sı sabitdir, uzunsovdur. Bədəni nazik qişa – pellikula ilə ö r tül-
müşdür ki, o da sitoplazmanın xarici qişasının qalınlaşması n ə -
ticəsində əmələ gəlir. Qamçıların və ya qırmancların vasitəsilə
yerdəyişirlər. Çoxalma qeyri-cinsi, uzununa istiqamətdə yarıya
b ö lünmə yolu ilə baş verir. Fitomonada dəstəsinin nümayən-
dələrində cinsi çoxalma rol oynayır.
645
3. Sporlularsinfi (Sporozoa). Həyat tsikli və çoxalma xüsu siy -
yətləri ilə səciyyələnir ki, o da mürəkkəbliyi ilə fərqlənir və bir qay -
da olaraq, cinsi və qeyri-cinsi yolla çoxalan nəsillərin bir-birini
əvəz etməsi ilə gedir. cinsi proses nəticəsində qişa ilə ö r tül müş
sporlar (sporozoitlər) əmələ gəlir. Sporlularda ya psevdo podiyalar,
ya da protoplazmada yerləşən təqəllüs lifləri – mione malar hərə-
kə t orqanları sayılır, onların köməyi ilə bütün bədən hərəkət edir.
Müx təlif inkişaf mərhələlərində onlarda qam çılar da (məsələn,
koksidiyalar və hemosporidiyaların mikroqamet lərin də) ola bilər.
4. İnfuzorlarsinfi (Infusoria). İnfuzorlar daimi bədən for ma-
sına malikdir, əksər hissəsi uzunsovdur. Pellikula ilə örtül müş -
dür. Çoxsaylı qısa kirpiklərin köməyi ilə hərəkət edirlər. Ç o-
xal ma qeyri-cinsi – köndələn istiqamətdə yarıya bölünmə yolu
ilə və cin si - konyuqasiya (nüvə möhtəviyyatının iki fərd ara-
sında qarşı lıqlı mübadiləsi) yolu ilə baş verir.
İbtidailər orqanizmdə müxtəlif üzv və sistemlərdə yerlə şir .
B u na müvafiq olaraq onlar aşağıdakı qruplarda təsnif edilir (Sxem).
Protozoozların orqanizmdə lokalizasiyasına görə
qruplaşdırılması
646
İbtidailərin insan orqanizminə daxil olma yolları və loka-
li za siyası.
Parazit ibtidailər insan orqanizminə aşağıdakı yollarla daxil olur:
1) ağız vasitəsilə – qidanın qəbulu zamanı və ya daha çox
çirkli əllər vasitəsilə (Toxoplasma, Entamoeba, Lamblia, cryp-
tos po ridium);
2) sidik-cinsiyyət orqanlarının selikli qişaları vasitəsilə (Tric-
ho monas vaginalis);
3) dəridən – canlı keçiricilər vasitəsilə.
Törədiciləri lokalizasiyasına (sahib orqanizmdə yaşadığı və
çoxaldığı yer) görə parazit ibtidailəri onların sistematik vəziyyə-
tin dən, yəni bu və ya digər sinfə mənsubiyyətindən asılı olma-
yaraq, iki qrupa bölürlər:
1) toxuma (o cümlədən də qan) ibtidailəri toxu ma larda çox
vaxt hüceyrədaxili yaşayır və çoxalırlar və adə tən, ətraf mühitə
if raz olunmurlar. Onlara, məsələn, leyşma nioz ların, mal ya ri ya-
nın, tripanosomozların və bəzi digər xəstəliklərin törə di ci lə ri aid-
dir;
2) boşluq ibtidailəri ətraf mühitlə əlaqəsi olan boşluqlarda
(həzm orqanları, tənəffüs, sidik-cinsiyyət sistemi) yaşayırlar.
Belə parazitlərin əksər hissəsi orqanların möhtəviy ya tında yaşa-
yır, ancaq onların divarlarının toxumalarında çoxala bilirlər; l a-
kin həmişə bu orqanlardan onlar ifrazatla bərabər ətraf mühitə
d ü şürlər. Qan damarlarına keçərək bu ibtidailər daxili orqanların
t o x u malarına gətirilə və orada çoxala bilir, ancaq belə inkişaf
onlar üçün başlıca deyildir.
Parazitlərin lokalizasiyasını bilmək yalnız xəstəliyin patoge-
ne zinin, klinikasının, müvəffəqiyyətli laborator diaqnostikasının
və müalicəsinin başa düşülməsi üçün deyil, habelə parazitlərlə
t ö rə dilən xəstəliklərin epidemiologiyası və profilaktikası üçün də
vacib dir. Belə ki, toxuma ibtidailəri bilavasitə xəstə insandan
sağ lama ötürülə bilməz. Hətta təsadüfən ətraf mühitə düşdükdə
belə (məsələn kəsiklər zamanı xəstənin qanı ilə) tezliklə məhv
olu rlar. Adətən, xəstənin qanından və zədələnmiş toxuma la rın-
dan belə parazitlər əvvəlcə qansoran buğumayaqlıların – spesifik
keçiricilərin (ağcaqanadların, hünülərin, gənələrin, az hallarda
647
d i gər keçiricilərin) həzm yoluna düşürlər. Burada parazitin həyat
tsiklinin bir hissəsi gedir, onlar böyük miqdarda toplanır və i n-
vazion (yoluxucu) mərhələyə çatırlar. Yalnız bundan sonra yeni
orqanizmdə - yoluxmamış insanda təkrar qansorma zamanı y o-
lux muş keçiricilər törədicini ona keçirirlər. Toxuma ibti da ilə ri nin
bir sıra növləri həzm yolundan yeni sahibin o r qanizminə qida
vasitəsilə, adətən, yoluxmuş heyvanların əti ilə (məsələn, tok sop-
lazmalar, ət sporluları) düşə bilərlər.
Boşluq ibtidailəri yeni sahibin orqanizminə ağızdan su, qida
vasitəsilə düşür, onların sistaları və ya başqa davamlı formaları
ilə (bağırsaq ibtidailəri) çirklənmiş əllərlə və ya nəfəs alınan ha -
va da selik damcıları ilə (tənəffüs orqanlarının parazitləri, pnev-
mo sis talar) keçirlər. Sidik-cinsiyyət yollarının trixomonada larla
yolux ması, adətən, cinsi təmas zamanı baş verir.
Toxuma ibtidailəri ilə törədilən xəstəliklərin yayılmasının qar -
şısının alınmasında keçiricilərlə mübarizə, insanın, xüsusən də
xəstənin, qansoran buğumayaqlılardan qorunması, heyvani mən-
şəli qida məhsullarının düzgün emalı mühüm əhəmiyyət daşıyır.
Boşluq ibtidailəri ilə törədilən xəstəliklərlə mübarizədə isə t ö-
rədicilər olan nəcis və insanın digər ifrazatları ilə ətraf mühitin
çirk lənməsinin qarşısının alınması, ictimai və şəxsi gigiyena qay -
dalarının, mənzilin gigiyenasının ciddi gözlənilməsinə başlıca rol
ayrılır. Buğumayaqlılar yalnız onların yayılmasında ikincili əhə-
miyyət daşıyan bu xəstəliklərin mexaniki qeyri-spesifik keçiri ci-
ləri (məsələn, milçəklər – bağırsaq ibtidailərinin keçi ri ci lə ri) ola
bilər.
Protozoy invaziyasının əsas mənbəyi xəstə insan və ya para-
zit gəzdirəndir, onun orqanizmində törədicinin çoxalması və ya
t op lanması baş verir və oradan da həyat qabiliyyəti saxlanmış
v ə ziy yətdə ifraz edilir.
Bir sıra protozoy xəstəliklər antroponozdur (malyariya, tri-
xomonozlar, lyamblioz), yaxud da heyvanlarda onlara çox nadir
rast gəlinir (amöbiaz, izosporoz). Onların çoxu isə zoonozdurlar
(məsələn, leyşmaniozlar, tripanosomozlar, toksoplazmoz, balan-
ti diaz, pnevmosistoz). Xəstə heyvanlar bəzən zoonozların törə-
diciləri ilə insanın yoluxması üçün mənbə ola bilər, özü də belə
648
törədicilərlə yoluxmuş insan nisbətən daha təhlükəlidirlər Vəhşi
heyvanlar – zoonozların törədicilərinin sahibləri təbiətdə invazi-
yanın rezervuarıdır. Ona görə də zoonoz protozooz xəstəlikləri
üçün təbii ocaqların mövcud olması səciyyəvidir.
Bir çox protozoy xəstəliklərinə mövsümilik xasdır: adətən,
o n lara ilin isti dövründə soyuq dövrə nisbətən daha çox rast g ə li-
nir. Yalnız tənəffüs orqanlarının xəstəlikləri (məsələn, pnevmo-
sistoz) soyuq dövrdə daha tez-tez baş verir.
Canlı keçiricilərin və heyvanların – rezervuarların təbii ş ə ra-
itə qarşı müxtəlif tələbatları ilə bağlı olaraq, bir qrup xəs tə lik lər
isti və rütubətli iqlim zonasında (məsələn, ağcaqanadlarla ö tü rü-
lən – malyariya və s.), digərləri isə isti və quru iqlim zonasında
(məsələn, hünülərlə keçirilən leyşmaniozlar) üstünlük təşkil e d ir-
lər. Protozoy xəstəliklərinin əksəriyyəti tropik xəstəliklərə aiddir.
Lakin mülayim iqlim zonalarında da onlardan bəziləri, ilk növ-
bə də malyariya, geniş yayılma imkanı (yaxın keçmişdə elə belə də
olmuşdur) əldə edə bilər.
Protozoy xəstəliklərin yayılmasına əlverişli təsir göstərən
bü tün şəraitləri və xüsusiyyətləri bilmək onlara qarşı müvəf fə-
qiy yətlə mübarizə aparmaq üçün vacibdir.
Transmissiv xəstəliklərə yoluxmuş şəxslər vasitəsilə parazit-
lərin yayılmasına imkan verməmək üçün onların qansoran uçan
h ə şə ratlardan (ağcaqanadlar, hünülər, milçəklər və s.) müdafiə-
sinə xüsusi diqqət ayırmaq lazımdır. Həşəratların binalara uçma-
sının və yumurta qoymasının qarşısının alınması, yumurta qoyu-
lan yerlərdə sürfələrin və uçan formaların məhv edilməsi vacib
əhəmiyyət daşıyır. Bağırsaq protozoy xəstəlikləri ilə yoluxmuş
şəxs lərlə törədicilərin yayılmasının qarşısının alınması məqsədi
ilə onların ifrazatları dezinfeksiya olunur. Belə xəstələr tərə fin-
dən şəxsi gigiyena qay dalarına qoyulan tələblərin ciddi gözlə nil-
mə si, ayaqyoluna getdikdən sonra əllərin müntəzəm yuyulması,
xəstələr üçün olan binaların sistematik dezinfeksiya və dezinsek-
siyası, onların gigiyenik şəraitdə saxlanması vacib əhəmiyyət d a-
şıyır.
|