|
Qaraciyərin Uzunmüddətli İşemiyası Zamanı Zülal Mübadiləsində Baş Vermiş Patogenez Dəyişikliklərdə Antioksidant Müdafiə Sisteminin Rolu
АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №3, səh. 84-88 (2014)
84
Qaraciyərin Uzunmüddətli İşemiyası Zamanı Zülal Mübadiləsində Baş Vermiş
Patogenez Dəyişikliklərdə Antioksidant Müdafiə Sisteminin Rolu
R.C. Kərimova
Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzi, Bakıxanov küçəsi 23, Bakı AZ 1002, Azərbaycan;
E-mail: rena.kerimova.71@mail.ru
Xroniki toksikoz modeli yaradılmış ağ siçovullarda qaraciyər işemiyasının müddətindən asılı olaraq
qanda zülal mübadiləsində baş vermiş patogenez dəyişikliklərdə antioksidant müdafiə sisteminin rolu
aydınlaşdırılmışdır. Tədqiqatlar 3 qrupa ayrılmış 45 baş ağ siçovul üzərində aparılmışdır. 1-ci qrupda
(5 baş) intakt vəziyyət, 2-ci qrupda (20 baş) 30 dəqiqəlik işemiya, 3-cü qrupda (20 baş) 30 dəqiqəlik
işemiya fonunda antioksidant müdafiə sistemi yaradılmışdır. Götürülmüş qanda ümümi zülalın,
albuminin, α
1
-, α
2
-, β, γ-qlobulinlərinin qatılığı və laktatdehidrogenazanın (LDH) fəallığı 2-ci qrupda
intakt vəziyyətlə, 3-cü qrupda isə intakt vəziyyət və 30 dəqiqəlik işemiya ilə müqayisə edilmişdir.
Açar sözlər: Qaraciyər işemiyası, zülal mübadiləsi, antioksidant müdafiə sistemi, Ridutox məhlulu
GİRİŞ
Müasir həyat ekoloji mühitin pozulması, toksiki
məhsullarla insanların daha çox təmasda olması ilə
səciyyələndiyi üçün ekzogen intoksikasiya halları
daha çox müşahidə olunur (Белобородова, 2010;
Зербино, 2009). Ekzogen yolla baş vermiş
intoksikasiyanın təsir göstərdiyi üzvlərdən biri də
qaraciyərdir. İntoksikasiyanın təsir müddətinin
uzanmasına paralel olaraq qaraciyərin istər
quruluşunda, istərsə də funksional vəziyyətində
patoloji istiqamətdə dəyişikliklər baş verir ki, bunlar
da adətən patoloji proseslərin dərinləşdiyi hallarda
qaraciyər çatışmazlığı (işemiyası) ilə nəticələnir
(Granfeldt, 2009). Müasir təbabətinin sürətli
inkişafına baxmayaraq qaraciyər çatışmazlığı olan
xəstələrin böyük əksəriyətində ölüm hadisəsi baş verir
(Арипов, 2005; Брюхин, 2005; Громов, 2009;
Пащенко, 2006; Павлов, 2005). Müəyyən edilmişdir
ki, ölümün əsas başvermə səbəblərindən biri zülal
mübadiləsində yaranan dəyişikliklərdir (Малышева,
2010). Bu dəyişikliyin səbəbi toksiki maddələrin
qaraciyərin zülal sintezedici funksiyasına təsiri ilə
əlaqələndirilsə də onun patogenezi bu günə qədər
aydınlaşdırılmamışdı. Ona görə də tədqiqatın əsas
məqsədi-işemiyaya məruz qalmış qaraciyər
patologiyası fonunda endotoksikozun zülal
mübadiləsinə təsirini öyrənmək və patogenezdə
antioksidant təbii müdafiə sisteminin rolunu
aydınlaşdırmaqdan ibarət olmuşdur.
MATERİAL VƏ METODLAR
Tədqiqatlar ATU-nun Elmi-Tədqiqat Mərkə-
zində 3 qrupa ayrılmış 45 baş ağ siçovul üzərində
aparılmışdır (cədvəl 1).
Cədvəl 1. Heyvanlarda təcrübələrin aparılma şəraiti
Qrup Təcrübələrin aparılması şəraiti Təcrübə hey-
vanlarının
sayı
1-ci qrup İntakt vəziyyət 5
baş
2-ci qrup Xroniki intoksikasiya modeli
fonunda qaraciyər arteriyasının 30
dəqiqə müddətində sıxılması 20
baş
3-cü qrup 30 dəqiqəlik işemiya fonunda
aparılan antioksidant müdafiə
sisteminin stimullaşdırılması 20
baş
Dekapitasiya etməklə
ağ siçovullardan
götürülmüş qanda Roşe firmasının istehsalı olan
(Bioscreen MS-2000 mikroanalizator) reaktiv
dəstlərindən istifadə edərək, ümümi zülalın,
albuminin, α
1
-, α
2
-, β-, γ-qlobulinlərinin qatılığı və
LDH-ın fəallığı
təyin edilmişdir. Xroniki
intoksikasiya Karkişenko metodu ilə (Каркищенко,
2004) 20%-li xlorid turşusundan (HCl) istifadə
etməklə yaradılmışdır. Onun fonunda işemiya
modeli yaratmaq üçün anesteziya şəraitində
(Ананьев, 1982) qarın boşluğu açılmış, qaraciyərə
gedən arteriya liqaturaya alınmışdır. Təcrübə
heyvanları 3, 7, 15 və 30-cu günlərdə hər birində 5
baş olmaqla dekapitasiya edilərək qan götürül-
müşdür. Təcrübə heyvanlarının 3-cü qrupunda
antioksidant müdafiə sistemini gücləndirmək
məqsədilə quyruq venasına 7 gün müddətində
gündə 1 dəfə olmaqla, hər dəfə 2 ml Ridutox
məhlulu yeridilmişdir (Jayakumar, 2006, 2007).
Alınmış göstəricilər qeyri-parametrik metodla
statistik işlənmişdir (Колб, 1976; Recom-
mendations of the German Society for Clinical
Chemistry, 1970).
Qaraciyərin Uzunmüddətli İşemiyası Zamanı
85
Cədvəl 2. 30 dəqiqəlik işemiyadan sonra ağ siçovulların qanında zülal mübadiləsi göstəricilərinin dəyişməsi
Qaraciyərin
zülal mübadiləsi
göstəriciləri
Kəmiyyət
göstəriciləri
II qrup (30 dəqiqəlik işemiya)
3-cü gün
(n=5)
7-ci gün
(n=5)
15-ci gün
(n=5)
30-cu gün
(n=5)
LDH
U/l
M±m 2256,8±202,2
2436,4±338,7 1624,4±135,2 1422,0±99,2
min - max
1699-2830
1712-3516
1137-1956
1136-1647
p
1
p
1
<0,01 p
1
<0,05 p
1
>0,05 p
1
>0,05
Ümumi zülal
q/l
M±m 55,5±3,1 67,9±5,4 59,4±3,3 58,1±2,9
min - max
47-63,5
50,2-80,5 47,4-66,4 47,5-64,2
p
1
p
1
<0,01 p
1
>0,05 p
1
<0,01 p
1
<0,01
Albumin
q/l
M±m 33,5±2,1 25,9±3,0 17,1±1,0 18,9±0,8
min - max
28-39,3
19,5-35,4 13,8-19,7 16,5-21,2
p
1
p
1
>0,05 p
1
<0,05 p
1
<0,01 p
1
<0,01
α
1
-Qlobulin
q/l
M±m 10,98±2,02
20,15±2,89 28,73±3,39 26,92±2,27
min - max
5,45-17,95
11,19-27,8 19,17-40,1 18,2-31,1
p
1
p
1
<0,01 p
1
<0,01 p
1
<0,01 p
1
<0,01
α
2
-Qlobulin
q/l
M±m 3,51
±0,56
20,70±1,05 34,65±2,15 30,70±1,96
min - max
2,06-4,65
17,52-23,4 28,79-40,2 25,1-37,1
p
1
p
1
>0,05 p
1
<0,01 p
1
<0,01 p
1
<0,01
β-Qlobulin
q/l
M±m 8,97±2,34
21,32±3,62 37,18±9,20 32,06±7,19
min - max
3,52-17,55
13,12-30,4 11,19-57,2 14,1-50,3
p
1
p
1
>0,05 p
1
<0,01 p
1
<0,01 p
1
<0,01
γ-Qlobulin
q/l
M±m 5,19±1,62
18,93±3,15 16,33±1,94 18,54±1,95
min - max
2,02-11,31
11-30,2 10,1-21,1 11,1-22,1
p
1
p
1
>0,05 p
1
<0,01 p
1
<0,01 p
1
<0,01
Qeyd: p
1
– intakt vəziyyət
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
1-ci qrupa daxil olan ağ siçovullardan
götürülmüş qanda LDH-ın fəallığı 1011-2028 U/l
arasında (M±m=1491
163,6), ümumi zülalın qatılığı
67,4-84,5 q/l (M±m=73,5
2,9), albuminin qatılığı
34,8-41,1 q/l (M±m=37,8±1,3), α
1
-qlobulinin qatılığı
1,42-1,62 q/l (M±m=1,50±0,04), α
2-
qlobulinin
qatılığı 3,87-4,93 q/l (M±m=4,45±0,23), β-qlo-
bulinin qatılığı isə 8,94-9,65 (M±m=9,31
0,11), γ-
qlobulinin qatılığı isə 2,33-2,47 q/l (M±m=2,37
0,03) arasında dəyişmişdir. 2-ci qrupa daxil olan ağ
siçovullarda 30 dəqiqə işemiya yaradıldıqdan 3 gün
sonra qanda zülal mübadilasində aşağıdakı
dəyişikliklər baş vermişdir (cədvəl 2). LDH-ın
fəallığı intaktla müqayisədə 51,4%, α
1
-qlobulinin
qatılığı 631,9%, γ-qlobulinin qatılığı 118,8%, artmış,
ümumi zülalın qatılığı intaktla müqayisədə 24,5%,
albuminin qatılığı 11,2%, α
2
-qloblinin qatılığı isə
21,0%, β-qlobulinin qatılığı 3,6% azalmışdır.
İşemiya modelinin yaradılmasının 7-ci günündə
qanda LDH-ın fəallığı intaktla müqayisədə 63,4%,
α
1-
qloblinin qatılığı 1243,1% ,α
2-
qloblinin qatılığı
365,5%, β-qlobulinin qatılığı 129,1%, γ-qlobulinin
qatılığı 697,2%, artmış, ümumi zülalın qatılığı
intaktla müqayisədə 7,7%, albuminin qatılığı isə
31,4% azalmışdır (cədvəl 2).
İşemiya modelinin yaradılmasının 15-ci
günündə qanda LDH-ın fəallığı intaktla müqayisədə
8,9%, α
1
-qlobulinin qatılığı 1815,6%, α
2
-qlobulinin
qatılığı 679,1%, β- qlobulinin qatılığı 299,5%, γ-
qlobulinin qatılığı 587,7% artmış, ümumi zülalın
qatılığı 19,2%, albuminin qatılığı 54,7% azalmışdır.
İşemiya modelinin yaradılmasının 30-cu
günündə isə qanda α
1
-qlobulinin qatılığı intaktla
müqayisədə 1694,8%, α
2
-qlobulinin qatılığı
590,2%, β-qlobulinin qatılığı 244,5%, γ-qlobulinin
qatılığı 681,0% artmış, LDH-ın fəallığı intaktla
müqayisədə 4,6%, ümumi zülalın qatılığı 21,0%
albuminin qatılığı 50,1% azalmışdır (cədvəl 2).
3-cü qrupa daxil olmuş ağ siçovullarda (30
dəqiqə) müalicədən 3 gün sonra qanda zülal
mübadiləsində aşağıdakı dəyişikliklər baş vermişdir
(cədvəl 3). LDH-ın fəallığı intaktla müqayisədə
19,5% artmış, 30 dəqiqəlik işemiya ilə müqayisədə
isə 21,1% azalmışdır, ümumi zülalın qatılığı intaktla
müqayisədə 19,7% azalmış, 30 dəqiqəlik işemiya ilə
müqayisədə isə 6,3% artmışdır. Albuminin qatılığı
intaktla müqayisədə 20,1%, 30 dəqiqəlik işemiya ilə
müqayisədə 10,0% azalmışdır. α
1
-qlobulinin qatılığı
intaktla müqayisədə 311,7%, işemiya ilə müqayisədə
100,5% artmış,
α
2-
qlobulinin qatılığı intaktla
müqayisədə 371,7%,işemiya ilə müqayisədə 497,4%
artmış, β-qlobulinin qatılığı intaktla müqayisədə
91,6%, işemiya ilə müqayisədə 98,8% artmışdır. γ-
qlobulinin qatılığı intaktla müqayisədə 195,5%,
işemiya ilə müqayisədə isə 35,1% artmışdır.
R.C. Kərimova
86
Cədvəl 3. 30 dəqiqəlik işemiya fonunda antioksidant müdafiə sistemini stimullaşdırdıqdan sonra ağ siçovulların
qanında zülal mübadiləsi göstəricilərinin dəyişməsi
Qaraciyərin
zülal mübadiləsi
göstəriciləri
Kəmiyyət
göstəriciləri
III qrup (30 dəqiqəlik işemiya)
3-cü gün
(n=5)
7-ci gün
(n=5)
15-ci gün
(n=5)
30-cu gün
(n=5)
LDH
U/l
M±m 1781,0±165,8
1932,2±73,2 1559,0±176,9 1361,8±104,3
min - max
1127-2010
1716-2117
1067-1976
1012-1614
p
1
p
1
>0,05 p
1
<0,05 p
1
>0,05 p
1
>0,05
p
3
p
3
>0,05
p
3
>0,05
p
3
>0,05
p
3
>0,05
Ümumi zülal
q/l
M±m 59,0±1,1 57,8±1,6 59,8±1,1 58,8±2,2
min - max
55,4-61,5
52,7-61,2 56,8-62,4 50,5-62,7
p
1
p
1
<0,01 p
1
<0,01 p
1
<0,01 p
1
<0,01
p
3
p
3
>0,05
p
3
>0,05
p
3
>0,05 p
3
>0,05
Albumin
q/l
M±m 30,2±1,0 25,1±2,6 19,8±0,8 19,4±0,9
min - max
27,8-32,5
17,9-30,5 17,3-21,9 17,4-21,9
p
1
p
1
<0,01 p
1
<0,01 p
1
<0,01 p
1
<0,01
p
3
p
3
>0,05
p
3
>0,05
p
3
>0,05
p
3
>0,05
α
1
-Qlobulin
q/l
M±m 22,01±2,33
20,17±2,65 29,65±1,78 24,30±2,49
min - max
16,13-29,5
12,18-27,18 26,86-35,91 15,91-31,4
p
1
p
1
<0,01 p
1
<0,01 p
1
<0,01 p
1
<0,01
p
3
p
3
<0,01
p
3
>0,05
p
3
>0,05
p
3
>0,05
α
2
-Qlobulin
q/l
M±m 20,98
±3,68
22,05±4,82 36,18±0,61 34,24±1,36
min - max
9,78-29,14
6,15-34,18 34,42-37,8 29,8-37
p
1
p
1
<0,01 p
1
<0,01 p
1
<0,01 p
1
<0,01
p
3
p
3
<0,01
p
3
>0,05
p
3
>0,05
p
3
>0,05
β-Qlobulin
q/l
M±m 17,83±3,00
21,72±4,22 35,21±2,18 36,17±1,25
min - max
9,19-27,96
9,18-33,72 26,72-38,7 33,2-39,91
p
1
p
1
<0,05 p
1
<0,05 p
1
<0,01 p
1
<0,01
p
3
p
3
<0,05
p
3
>0,05
p
3
>0,05
p
3
>0,05
γ-Qlobulin
q/l
M±m 7,02±0,54
18,15±1,91 16,93±2,96 17,38±1,62
min - max
5,14-8,17
13,62-24,42 6,17-24,2 14,17-23,58
p
1
p
1
<0,01 p
1
<0,01 p
1
<0,01 p
1
<0,01
p
3
p
3
>0,05
p
3
>0,05
p
3
>0,05
p
3
>0,05
Qeyd: p
1
- intakt vəziyyət; p
3
– 30 dəqiqəlik işemiya
3-cü qrupa daxil olmuş ağ siçovullarda
modelin yaradılmasının 7-ci günündə LDH-ın
fəallığı intaktla müqayisədə 29,6% artmış, işemiya
ilə müqayisədə 20,7% azalmışdır. Ümumi zülalın
qatılığı intaktla müqayisədə 21,3%, işemiya ilə
müqayisədə 14,8% azalmışdır. Albuminin qatılığı
intaktla müqayisədə 33,4%, işemiya ilə müqayisədə
3,0% azalmışdır. α
1-
qlobulinin qatılığı intaktla
müqayisədə 1244,7%, işemiya ilə müqayisədə 0,1%
artmışdır. α
2-
qlobulinin qatılığı intaktla müqayisədə
395,8%, işemiya ilə müqayisədə 6,5% artmışdır, β-
qlobulinin qatılığı intaktla müqayisədə 133,4%,
işemiya ilə müqayisədə 1,9% artmış. γ-qlobulinin
qatılığı intaktla müqayisədə 664,7% artmış, işemiya
ilə müqayisədə 4,1% azalmışdır (cədvəl 3).
3-cü qrupa daxil olmuş ağ siçovullarda
modelin yaradılmasının 15-ci günündə LDH-ın
fəallığı intaktla müqayisədə 4,6% artmış, işemiya
ilə müqayisədə 4,0% azalmışdır. Ümumi zülalın
qatılığı intaktla müqayisədə 18,7% azalmış, işemiya
ilə müqayisədə 0,6% artmışdır, albuminin qatılığı
intaktla müqayisədə 47,7% azalmış, işemiya ilə
müqayisədə 15,6% artmışdır. α
1
-qlobulinin qatılığı
intaktla müqayisədə 1876,6%, işemiya ilə
müqayisədə 3,2% artmışdır. α
2-
qlobulinin qatılığı
intaktla müqayisədə 713,5%, işemiya ilə
müqayisədə 4,4% artmışdır. β-qlobulinin qatılığı
intaktla müqayisədə 278,4% artmış, işemiya ilə
müqayisədə 5,3% azalmışdır. γ-qlobulinin qatılığı
intaktla müqayisədə 613,2% işemiya ilə
müqayisədə isə 3,7% artmışdır.
3-cü qrupa daxil olmuş ağ siçovullarda
modelin yaradılmasının 30-cu günündə LDH-ın
fəallığı intaktla müqayisədə 8,7%, işemiya ilə
müqayisədə 4,2% azalmışdır. Ümumi zülalın
qatılığı intaktla müqayisədə 20,1%, azalmış,
işemiya ilə müqayisədə 1,2% artmışdır, albuminin
qatılığı intaktla müqayisədə 48,5%, azalmış,
işemiya ilə müqayisədə 3,1% artmışdır. α
1-
qlobulinin qatılığı intaktla müqayisədə 1519,9%,
artmış, işemiya ilə müqayisədə 9,7% azalmışdır, α
2-
qlobulinin qatılığı intaktla müqayisədə 669,8%,
işemiya ilə müqayisədə 11,5% artmışdır. β-
qlobulinin qatılığı intaktla müqayisədə 288,6%,
işemiya ilə müqayisədə 12,8% artmışdır. γ-
qlobulinin qatılığı intaktla müqayisədə 632,0%,
artmış, işemiya ilə müqayisədə 6,3% azalmışdır.
Apardığımız təcrübələrin nəticələri göstərmiş-
dir ki, uzunmüddətli işemiya modeli yaradıldıqdan
sonra qanda zülal mübadiləsində bir sıra dəyişik-
liklər baş vermişdir. LDH-ın fəallığı yüksəlmiş,
ümumi zülalın, albuminin qatılığı azalmış, α
1
-,α
2
-,
Qaraciyərin Uzunmüddətli İşemiyası Zamanı
87
β-, γ-qlobulinlərin qatılığı isə artmışdır. Vena
daxilinə Ridutox məhlulu daxil etdikdən sonra
pozulmuş zülal mübadiləsi normallaşmağa doğru
yönəlmişdir. Bizim fikirimizcə, vena daxilinə
Ridutox məhlulu daxil etdikdən sonra qanda zülal
mübadiləsindəki dəyişikliklərə səbəb orqaniz-min
antioksidant müdafiə sisteminin güclən-məsidir.
Çünki Ю.В.Нестеров (2010) göstərmişdir ki,
antioksidantlar qaraciyər hüceyrələrində tənəffüsə
müsbət təsir göstərməklə mitoxondirlərin
funksional fəaliyyətini gücləndirir. Digər tərəfdən
isə M.R.Biagininin (2006) ildə göstərdiyi kimi,
antioksidantlar qaraciyərin işemiyası zamanı
mikrosomal monooksi-genazanı fəallaşdırır. Hər iki
alimin verdiyi məlumatlara və aldığımız nəticələrə
əsaslanaraq hesab edirik ki, xroniki intoksikasiya
fonunda qaraciyərin uzunmüddətli işemiyası
zamanı zülal mübadiləsinin patogenezdə
antioksidant müdafiə sisteminin zəifləməsi mühüm
rol oynayır.
ƏDƏBİYYAT
Ананьев
А.Р. (1982) Справочник
по
анестезиологии и рениматологии. Москва, 80с.
Арипов Н.У. (Н.У. Арипов, М.У. Арипова, В.Г.
Лим) (2005) Роль УЗД в диагностике и
лечении полостных образований печенью.
Анналы хир. гепатол., 10(2): 175.
Брюхин Г.В. (2005) Сравнительная характерис-
тика структурно-функциональных изменений
селезенки
потомства
самок
крыс
с
экспериментальным хроническим поражением
печени различной этиологии. Морфология, 127
(вып. 3): 48-51.
Белобородова Е.В., Белобородова О.Е. (2010)
Показатели системы протеолиза и метаболиз-
ма коллагена при хроническом течении
заболеваний печени вирусной и токсической
этиологии. Терапевтический архив, №2: 29-34.
Громов А.И., Рыбчинский С.С. (2009)
Значение ультразвукового исследования в
диагностике жирового гепатоза. Клиническая
медицина, №8: 64-66.
Зербино Д.Д. (2009) Экологическая патология и
экологическая нозология: новое направление в
медицине. Мистецтво лікування, №8: 37-41.
Каркищенко Н.Н. (2004) Основы биомодели-
рования. М.: Межакадемическое издательство
ВПК, 607 c.
Колб В.Г. (1976) Клиническая биохимия
(пособие для врачей лаборантов) Минск: 450 с.
Малышева М.В., Булычева Т.И. (2010)
Содержание ключевых белков ядрышка в
лимфоидных клетках здоровых лиц и больных
с лимфопролиферативными заболеваниями.
Клиническая
лабораторная
диагностика,
№12: 23-28.
Нестеров Ю.В. (2010) Влияние стресс-индуци-
рованных воздействий разной модальности и
антиоксиданта
на
свободнорадикальные
процессы в легких и печени белых крыс.
Естественные науки, №3: 122-126.
Пащенко И.Г., Куликов В.Е. (2006) Возмож-
ности динамического контроля за уровнем
портального давления методом ультразвуковой
допплеро-сонографии
при
хронических
гепатитах. Клиническая медицина, №1: 149-156.
Павлов Ч.С., Ивашкин В.Т. (2005) Современ-
ные представления о патогенезе, диагностике
и лечении фиброза печени. Рос. журн. гастро-
энтерол., гепатол., колопроктол., 2: 2-7.
Biagini M.R. (2006) Hyperhomocysteinemia and
hypercoagulability in primary biliary cirrhosis.
Wld. J. Gastroenterol., 12(10): 1607-1612.
Granfeldt A., Lefer D.J., Vinten-Johansen J.
(2009) Protective ischaemia in patients:
preconditioning and postconditioning. Cardiovasc
Res., 83: 23.
Jayakumar T., Ramesh E., Geraldine P. (2006)
Antioxidant activity of the oyster mushroom,
Pleurotus ostreatus, on CCl (4)-induced liver
injury in rats. Food Chem. Toxicol., 44: 1989-
1996.
Jayakumar T., Thomas P.A., Geraldine P.
(2007) Protective effect of an extract of the oyster
mushroom, Pleurotus ostreatus, on antioxidants
of major organs of aged rats. Exp. Gerontol., 42:
183-191.
Recommendations of the German Society for
Clinical Chemistry. Standardization of
methods for the determination of enzyme
activities in biological fluids.
(1970) Z. Klin.
Chem. Klin. Biochem., 8(6): 658-660.
R.C. Kərimova
88
Роль Антиоксидантной Защитной Системы В Патогенетических Изменениях Белкового
Обмена Вызванных Длительной Ишемией Печени
Р.Дж. Керимова
Научно-исследовательский центр Азербайджанского медицинского университета
В исследованиях, проводимых на модели хронического токсикоза, созданной у белых крыс,
исследована роль антиоксидантной защитной системы в патогенезе белкового обмена крови в
зависимости от срока ишемии печени. Опыты проводились на 45 белых крысах, поделенных на 3
группы. I группа (5 голов) – интактные животные, II группа (20 голов) – 30-минутная ишемия, III
группа (20 голов) – на фоне 30 мин. ишемии создавалась модель антиоксидантной защитной
системы. Сравнивали общее содержание белка крови, концентрации альбумина, α
1
-, α
2
-, β-, γ-
глобулинов, а также активность фермента лактатдегидрогеназа (ЛДГ) у животных второй группы с
интактными животными и у животных третьей группы с интактными животными и крысами,
подвергнутыми 30-ти минутной ишемии.
Ключевые слова: Ишемия печени, белковый обмен, антиоксидантная защитная система, раствор
Ридутокса
The Role of the Antioxidant Defence System in Pathogenetic changes of Protein Metabolism
caused by Long-term Liver Ischemia
R.J. Kerimova
Research Center Of The Azerbaijan Medical University
Under conditions of chronic intoxication in white rats alterations in pathogenesis of protein exchange have
been observed in blood depending on the hepatic ischemia period and the role of the antioxidative protective
system of the organism has been elucidated . The experiment has been performed on 45 white rats, divided
into 3 groups. The 1
st
group (5)- intact animals, the 2
nd
group (20 animals)- 30-minute ischemia, the 3
rd
group
(20 animals)-under conditions of 30-minute ischemia the antioxidative protective system model was created.
Total protein, albumin , α
1
-, α
2
-, β-, γ-globulin concentrations and LDH activity were compared with the
intact condition in the 2
nd
group and with the intact condition and 30-minute ischemia in the 3
rd
group.
Key words: Hepatic ischemia, protein exchange, antioxidative protective system, Ridutox solution
Dostları ilə paylaş: |
|
|