Az rbaycan Respublikas t hsil Nazirliyinin


(xəstəxanadaxili, nozokominal) infeksiya



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə63/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   57   58   59   60   61   62   63   64   65

(xəstəxanadaxili, nozokominal) infeksiya

Hospital, xəstəxanadaxili və ya nozokominal (latınca “noso-

co mium”  –  xəstəxana  və  ya  yunanca  “nosokomeo”  –  xəstələrə 

qul luq)  infeksiya  –  dəqiq  siyahısı  olmayan  nozoloji  formalarla 

şərtlənir. ÜST-ün tərifinə görə, nozokominal infeksiya – pasiyen-

tin xəs təxanaya tibbi yardım üçün müraciət etməsi və ya orada 

qal ma sı zamanı inkişaf edən klinik cəhətdən aşkar olunan istə ni-

lən  yoluxucu  xəstəlikdir.  Həmçinin  simptomların  əmələ  gəlmə 

vax tından  ası lı  olmayaraq,  (xəstəxanada  olduqda  və  ya  oradan 

get dikdən son ra) xəstəxana işçisinin həmin idarədə işləməsi ilə 

əla qədar inkişaf edən istənilən yoluxucu xəstəlikdir. Digər tərif-

lə rə  əsasən,  nozo kominal  infeksiyalara  –  pasiyentin  müəyyən 

edilmiş infeksiya ilə tək rarən daxil olması zamanı baş verən b ü-

tün xəstəlik halları (han sı ki, o, əvvəlki hospitallaşdırmanın nəti-

cə si kimi inkişaf edir) və ya əgər xəstə daxil olma anında i nku ba-

siya  mərhələsində  de yildirsə  və  hospitallaşdırmadan  48  saatdan 

tez olmaya raq xəstəliyin inkişaf etdiyi hallar aid dir.

Xəstəxanadaxili infeksiya həm stasionarın xəstələri, polikli-

nikaya  gedənlər  arasında,  həm  də  tibb  heyəti  arasında  inkişaf 

edir. Yoluxma xəstələrlə təmas zamanı, müalicə-profilaktika m ü-

əs  sisələrində əksepidemik rejim pozulduqda, zərərsiz ləş di ril mə miş 

alətlərdən istifadə etdikdə, peşə fəaliyyəti nəticəsində ( c ə rrahların 

B və C viruslu hepatitləri, İİV ilə yoluxması), laboratoriyalarda 

qəzalar zamanı baş verir.

L.P.Zuyevanın  (1999)  məlumatlarına  görə,  Sankt-Peterburq 

ş ə hərinin  stasionarlarında  xəstəxanadaxili  infeksiyalarla  xəstə-

lən mə 1998-ci ildə 1000 xəstəyə 7,2 hadisə təşkil etmişdir.


691

Hospital  bağırsaq  infeksiyaları  ilə  ümumi  xəstələnmə  gös-

təricisi 1998-ci ildə evə yazılan hər 1000 nəfərə 2,9 təşkil et miş-

dir (çoxprofilli stasionarlarda – 1,02; xüsusi stasionarlarda – 2,9).

Stasionarlarda  xəstəxanadaxili  infeksiyalar  əsasən  Fleksner 

və Zonne şigelyozları, A, B və C viruslu hepatitləri, sidik-cin siy-

yət yollarının, aşağı tənəffüs yollarının irinli-septiki xəstəlikləri, 

qan dövranının infeksiyaları ilə təmsil edilir.

Uşaq stasionarlarında xəstəxanadaxili infeksiyalar kimi eşe-

rixiozlara daha çox (O55, O75, O144) rast gəlinir. Cərrahi uşaq 

stasionarlarında xəstəxanadaxili infeksiyalar ara sında sepsis, pn e v -

moniya, mədə-bağırsaq yolunun infeksiyaları, omfalit (göbək n a-

hi yəsində dəri və dərialtı toxumanın iltihabı), konyunktivit, d ə ri-

nin  infeksiyaları,  sidik-cinsiyyət  yollarının  infeksiyalarına  daha 

çox rast gəlinir.

Böyüklər  üçün  çoxprofilli  stasionarlarda  infeksion  mono nuk-

leoz, epidemik parotit, məxmərək, su çiçəyi, qızılca, me nin qo kokk 

infeksiyası, vərəm kimi infeksiyaların sporadik halları qeydə alı-

nır.

Xəstəxanadaxili  infeksiyaların  inkişaf  etməsinə  aşağıdakılar 



səbəb olur: a) yüksək virulentlik xüsusiyyətlərinə və dərman d a-

vam lılığına malik stafilokokkların və müxtəlif qram-mənfi bak teri -

yaların hospital ştamlarının formalaşması; b) tibb heyəti arasında 

törədicigəzdirənlik (patogen stafilokokkların daimi g ə z  dirənlərinin 

payı  tibb  heyətinin  40%-ni  təşkil  edir);  c)  zərərsizləşdirilməmiş 

xəstələrin qulluq əşyaları və alətlərindən istifadə olunması, xəs-

tə xana müəssisələrində sanitar-gigiyenik rejimin, şəxsi gigiyena 

qaydalarının  pozulması.  Xəstəxanadaxili  infeksiyaların  in  ki şaf 

etməsinə  stasionar  müalicəsində  olan  xəstələrdə  infeksiyalara 

qarşı rezistentliyin zəifləməsi də şərait yaradır.

Xəstəxanadaxili infeksiyalar əsas xəstəliyin gedişini ağırlaş-

dırır, bəzən xəstənin həyatını təhlükə qarşısında qoyur, xəs tə lə-

rin stasionarda qalma müddətini uzadır. İrinli-septiki xəs tə lik lə-

rin  ağır  formaları  ilə  xəstələrin  stasionarlarda  uzun  müddət 

müa licə  alması  ilə  əlaqədar  olaraq  əmələ  gələn  bakteriyaların 

hos pital  ştam larının  olduqca  yüksək  patogenliyi  yüksək  letallı-

ğın  yaran ma sını  şərtləndirir.  Əməliyyatdan  sonrakı  letallığın 


692

40%-i  xəstə xa nadaxili  irinli-septiki  infeksiyalarla  törədilir.  O n-

ların  törədi ciləri  –  stafilokokklar,  streptokokklar,  qram-mənfi 

bakteriyalar, klostridiyalar və s.

Hospital  infeksiyalar  sporadik  hallar  və  alovlanmalar  şək-

lində  qeydə  alınır,  onların  sayı  bəzi  regionlarda  artma  meylinə 

m a likdir.  Orta  hesabla  stasionara  hospitallaşdırılmış  xəstələrin 

3-5%-də nozokominal infeksiya inkişaf edir. Statistik məlu mat-

lara  görə, ABŞ-da  ölümün  səbəbləri  arasında  nozokominal  i n-

fek  siya ürək-damar sistemi xəstəliklərindən, bədxassəli şişlərdən 

və insultlardan sonra gəlir. Rusiyada 2,5 mln-a yaxın şəxs nozo-

kominal infeksiyaya yoluxur, halbuki o, 50 dəfə az qeydə alınır.

Etioloji  baxımdan  hospital  infeksiya  təqribən  90%-də  bak-

terial  mənşəlidir,  az  hallarda  viruslar,  göbələklər  və  ibtidailər 

tə rə findən törədilir. Ətraf mühitdə şərti-patogen mikroorqa nizm-

lə rin geniş yayılması ilə əlaqədar olaraq, onlar çox vaxt xəstəxa-

na daxili  infeksiyaların  inkişafının  səbəbinə  çevrilirlər  ki,  buna 

əsas xəstəliklə əlaqədar stasionara hospitallaşdırılmış xəstədə i m -

mun sup res siyanın inkişaf etməsi şərait yaradır.

Bir  çox  ölkələrdə  müşahidə  olunan  hospital  infeksiya  ilə 

xəstələnmənin yüksəlməsi cərrahi və invaziv müalicə-diaqnostik 

prosedurların,  o  cümlədən  cərrahi  manipulyasiyaların,  biopsi-

yaların,  punksiyaların  və  s.  tezliyinin,  həmçinin  immunsup res-

siyalı  şəxslərin  xüsusi  çəkisinin  artması  ilə  bağlıdır.  Sonuncu 

həm ekoloji gərginlik, həm də dərman vasitələrinin nəzarətsiz ş ə-

kildə  tətbiqi  nəticəsində  yaranır.  Buna  habelə  o  fakt  da  təkan 

verir  ki,  antibiotikrezistentliyin  qlobal  inkişaf  meyli  fonunda 

ümu milikdə son illərdə bütün dünyada antibakterial preparatlara 

qarşı nozokominal infeksiyaların törədicilərinin davamlığı xeyli 

artmışdır.



693

Xəstəxanadaxili infeksiyaların etioloji agenti qismində daha 

çox aşağıdakı törədicilər iştirak edir:

Mikroorqanizm

lərin sinifləri

Mikroorqanizmlər

Xəstəxa nada olan 

pasiyentlər  üçün  pato-

genliyi

Qram-müsbət



Staphylococcus aureus

Digər stafilokokklar və mikro-

koklar

A qrupu streptokokkları 



B qrupu streptokokkları

C və G qrupu streptokokkları

enterokoklar, digər qeyri-hemo-

litik strepto kokklar

P

ŞP

P



ŞP

P

ŞP



ŞP

Anaerob bakte-

riyalar

Anaerob koklar, 



histoloji klostridiyalar,

Clostridium tetani 

ŞP

ŞP

ŞP



Qram-mənfi 

aerob bakteriya-

lar

Sporəmələgətirməyən 



qram-mən fi bakteriyalar, ente-

robakteriyalar: Salmonella 

Shigella

enteropatogen E.coli, 

digər E.coli,

Proteus, 

Klebsiella-Serratia-Enterobac-

ter, Pseudomonas aeruginosa, 

digər psevdomonadlar; 

Flavobacterium meninqosepti-

cum, Acinobacter

ŞP

P





ŞP

ŞP

ŞP



ŞP

ŞP

ŞP



Digər  bakteri-

yalar


Corinobacterium diphteriae

Mycobacterium  tuberculosis, 

Listeria 

adsız mikobakteriyalar,

Bordetella pertussis

P

ŞP



O

P


694

Viruslar


Hepatitlər, təbii çiçək, su çiçəyi, 

qrip  və  digər  KRX,  Herpes 

simplex,  sitomeqaliya,  qızılca, 

məxmərək, rotaviruslar

P

P

P



P

Göbələklər

Candida,

Nocardia, 

göbələklər (kif)

Histoplasma, Eoccidioides

Cryptococcus

ŞP

O



ŞP

P

P



Digərləri

Pneumosystis, 

Toxoplasma

O

P



Qeyd: P–patogenbakteriyalar(sağlamşəxslərdəkliniktə-

zahür edən xəstəlik törədir); ŞP – şərti-patogen bakteriyalar

(xəstəliyəşəraityaradanspesifikamilolduqdaxəstəliktörədir);

O–opportunistmikroblar(yalnızinfeksiyayadavamlılığıkəskin

aşağıdüşmüşşəxslərdəxəstəlikəmələgətirir).

Xəstəxanadaxili  infeksiyaların  törədiciləri  “hospital  ştam” 

adını almışdır, çünki stasionarda epidemik prosesi törədən kul tu-

ralar bir sıra xarakter əlamətlərlə fərqlənir: virulentliyin yük sək 

olması  və  nəticədə  antibiotiklərə,  dezinfektantlara,  UB-şüa lan-

ma ya  qarşı  yüksək  rezistentlik,  ətraf  mühit  amillərinə  qarşı  az 

t ə ləbkarlıq və sürətlə böyümə imkanı. Məsələn, psevdomonadlar 

və klebsiellalar nəm mühitdə – inhalyatorlarda, duru dərman for-

ma  larında, əl-üzyuyanların səthində, kranlarda, nəm yığışdır ma 

m a terialında sürətlə inkişaf edə bilər.

Xəstəxanadaxili infeksiyaların strukturu stasionarın profi lin-

dən, xəstələrin qrupundan və tətbiq olunan antibiotiklərin spek-

trin dən asılıdır.

Hospital infeksiyaların törədicilərinin mənbəyi birmənalı a n-

la yış  deyildir.  Belə  ki,  bunlar  inkubasiya  dövründə  daxil  olan 

xəs    tələrin  özü,  bakteriyagəzdirənlər,  doğum  stasionarlarında  y a-

tan a na lar, tibb heyəti ola bilər.


695

Hospital  infeksiyaların  törədicilərinin  yoluxma  mexa nizmi  və 

yolları stasionarın profilindən, xəstələrin kontin gentindən, müalicə-

diaqnostik prosedurların və manipulyasiya ların həcmin dən asılıdır. 

Müasir çoxmərtəbəli korpuslarda böyük sayda xəs tə  lərin və h e-

yətin  toplanması  hava-damcı  və  hava-toz  yoluxma  yollarının 

həyata  keçirilməsi  üçün  əlverişli  şərait  yaradır  ki,  bu  da  hava 

axı nı  vasitəsilə  baş  verir.  Hava  axını  qısa  müddətdə  tərkibində 

t ö r ə dici  olan  aerozolu  dəhliz  və  pilləkənlər  boyunca  daşıyır. 

Tibb heyətinin əlləri, ağlar, xəstələrə qulluq əşyaları, tibb alətləri 

və aparatları vasitəsilə infeksiya məişət-təmas yolu ilə də yayılır. 

Törədicilərin qida yoluxma yolu qida bloklarının işi, qida məh-

sul larının və hazır yeməklərin hazırlanması və ya sax lanması tex-

nologiyasının pozulması zamanı həyata keçir.

Törədicilərin  parenteral  yoluxması  zərərsizləşdirilməmiş 

şpris və iynələrin istifadəsi, çirklənmiş qan preparatlarının yeri-

dilməsi zamanı mümkündür. B və C viruslu hepatitləri, İİV, sta-

filokokklar,  malyariya  törədicilərinin  bu  yolla  ötürülməsi  daha 

geniş yayılmışdır.

İrinli-iltihabi  və  ya  irinli-septiki  xəstəxanadaxili  infeksiyalar 

cərrahi əməliyyatlar, inyeksiyalar, doğuş və abortlar zamanı qanın 

köçürülməsi,  hemodializ,  damarların  kateterizasiyası  və  s.  əmə-

liyyatlar aparıldıqda yoluxma nəticəsində inkişaf edir.

İnkişaf  edən  xəstəxanadaxili  infeksiyaların  40%-ə  qədəri 

sidik-  cinsiyyət  yollarının  infeksiyalarının  payına  düşür  və  bu, 

əsas etibarilə (80%-ə qədər) kateterlərin və drenajların istifadəsi 

ilə bağlıdır. Onlar 2/3 halda qram-mənfi mikroorqanizmlərlə və 

əsasən  E.coli  ilə  şərtlənir.  ÜST-ün  məlumatlarına  görə,  sidik-

cinsiyyət yollarını zədələyən hospital infeksiyaların törədiciləri ara-

sında bağırsaq çöpünün xüsusi çəkisi 38%, protey – 17,5%, göy-

yaşıl irin çöpləri – 11,6%, klebsiellalar – 8,5% və enterobakterlər 

– 6,4% təşkil edir.

Təqribən  1/4  hallarda  xəstəxanadaxili  infeksiyalar  tənəffüs 

yol larının xəstəliklərinin payına düşür. Tənəffüs yollarının xəstə-

xa nadaxili infeksiyaları yüksək letallığı (50-70%) ilə səciy yə lənir. 

Onu şərtləndirən törədicilər içərisində P.aeruginosa, S.aureus, K.

pneumoniae, Acinebacter spp., nadir hallarda – anaeroblar, L.pne-


696

umophila, A və B qrip virusları, respirator-sensitial viruslara və 

g ö bələklərə rast gəlinir.

Tənəffüs yollarının hospital infeksiyaları qrupunda ağci yər lə-

rin süni ventilyasiyası (ASV) aparatına qoşulmuş xəstələrdə inki-

şaf edən ventilyasiya pnevmoniyası xüsusi yer tutur. Erkən (ASV 

aparatına  qoşulduqdan  ilk  48-96  saat  ərzində  inkişaf  edən)  və 

gecikmiş (ASV qoşulduqdan 96 saat sonra əmələ gələn) ventil-

yasiya pnevmoniyası (VP) ayırd edilir. Erkən VP çox vaxt S.pne-

umoniae,  H.influenzae,  M.catarhalis  ilə,  gecikmiş VP  isə  əsasən 

qram-mənfi bakteriyalar S.aureus, P.aeruginosa, Entero bacter spp., 

Acinobacter spp., K.pneumonia, E.coli, həmçinin qram-müsbət S.

aureus tərəfindən törədilir.

Stasionar şəraitdə, (zəif şəxslər uzun müddət ərzində şüa t e-

ra piyası və ya antibiotiklər alırlar) qeyri-patogen floranın – dəri 

və selikli qişaların daimi sakinlərinin sürətlə çoxalması baş verə 

bilər.

Hospital infeksiyada angiogen infeksiya xüsusi yer tutur ki, 



o  əsasən  3/4  hallarda  damarların  kateterizasiyası  ilə  bağlıdır. 

Xəstələr  içərisində  bir  yaşa  qədər  uşaqlar  və  60  yaşdan  yuxarı 

şəxs lər  üstünlük  təşkil  edir.  Angiogen  infeksiyanın  inkişafına 

şəkərli  diabet,  dərman  vasitələri,  zədələrlə  və  s.  şərtlənən  i m-

mun  supressiya  təkan  verir.  Onların  törədiciləri  arasında  daha 

çox S.aureus, Enterococcus spp., candida spp., Klebsiella spp., 

Enterobajter spp., citrobacter spp., P.aeruginosa aşkar edilir.

Cərrahi  stasionarlarda  hospital  infeksiyalar  kifayət  qədər 

geniş yayılmışdır. Təqribən 15-25% hallarda cərrahi, yanıq yara-

ları  və  travmalarla  bağlı  olan  yara  hospital  infeksiyası  inkişaf 

edir. cərrahi müdaxilə zamanı infeksion ağırlaşmaların tezliyi y a-

ra ların  təmizliyindən  asılıdır.  Belə  ki,  “təmiz”  yaralarda  1,5-

6,9%-də hospital infeksiya inkişaf edir, halbuki “çirkli” yaralarda 

– 10-40% halda aşkar edilir. Yara infeksiyalarının etioloji amili 

S.aureus, abdominal cərrahiyyədə və mamalıq-ginekoloji stasio-

narlarda tez-tez E.coli və Enterobacteriaceae ailəsinin digər n ü-

mayəndələri sayılır. Xəstəxanadaxili infeksiyalarla xəs tə  lən mə nin 

artmasının  səbəblərinə  xəstəxana  kompleks lə ri nin  y  a  r a  dılmasını 

şamil  etmək  olar.  Belə  komplekslərdə  ağır  xəstələr  toplanır  və 


697

böyük sayda heyət yığışır ki, bu da törədicilərin dövr etməsi və 

hospital ştamların seleksiyası üçün şərait yaradır.

Cərrahi stasionarlarda yanmış xəstələr arasında hospital infek -

siyanın səviyyəsi xüsusilə yüksəkdir (yanıq xəstəliyi immundefi-

sit  vəziyyəti  kimi  nəzərdən  keçirilir,  hüceyrə  immunitetinin  və 

qeyri-spesifik müdafiə amillərinin defisiti müşahidə olunur). Yan-

mış yaraların mikroflorası şərti-patogen qram-müsbət və qram-

mənfi  mikroorqanizmlərin  assosiasiyaları  ilə  təmsil  edilmişdir. 

Yanıq infeksiyasının tez-tez rast gəlinən törədiciləri S.aureus və 

P.aeruginosa sayılır, son illərdə göy-yaşıl irin çöplərinin rolu art-

maqdadır. Yanmış şəxslərdə mikroor qanizmlərin hospital ştamları 

xüsusilə  təhlükəlidir.  Belə  ki,  onlar  mikrobəleyhinə  preparatlara 

qarşı  yüksək  dərəcədə  davam lıdırlar.  Xəstələr  üçün  t ö rə di  cilərin 

dəyişməsinə səciyyəvidir: xəstəliyin ilk günlərində yarada qram-

müsbət  kokk  florası  inkişaf  edir,  sonralar  qram-mənfi  flora  ona 

qoşulur ki, əksər hallarda o, yara prosesinin və yanıq xəstəliyinin 

gedişini  müəyyən  edir.  Lakin  eyni  zamanda  S.aureus,  xüsusilə 

anti bakterial  preparatlara  qarşı  davamlı  olan  hospital  ştamların 

etioloji əhəmiyyəti saxlanılır.

Mamalıq  stasionarında  xəstəxanadaxili  infeksiyalar  hamilə 

qadınlarda infeksiya ocaqlarının yüksək tezliyi ilə müəyyən edi-

lir ki, bu da antenatal patologiyanın: dölün yoluxucu xəstə lik lə-

ri nin, ölü doğuşların, yarımçıq doğuşların, dölün bətndaxili inki-

şafının  ləngiməsi  və  inkişaf  anomaliyalarının  risk  amili  sayılır. 

Dölün  yoluxmasının  artmasına  reproduktiv  yaşda  hormonal 

kontra sep tiv vasitələrin uzun müddət istifadəsi, ağır ekstrageni-

tal  pato logiya,  hamiləliyin  pozulmasının  hormonal  və  cərrahi 

üsulları,  dölün  bətndaxili  vəziyyətinin  qiymətləndirilməsi  üçün 

invaziv metodların işlədilməsi təkan verir, belə ki, onlar hami-

ləlik  zamanı  infeksion-iltihabi  ağırlaşmaların  inkişaf  riskini  və 

son radan dölün yoluxmasını artırır.

Anadan  dölə  törədicilərin  daxil  olmasının  5  yolu  müm kün-

dür: qalxan (doğuş yollarından), transplasentar, hematogen, enən 

(uşaqlığın  iltihablaşmış  əlavələrindən,  apendiksdən)  və  qarışıq. 

Bu halda bətndaxili infeksiya inkişaf edir. Yoluxma za manı törə-

di cilərin yalnız dölün orqanizminə daxil olması baş verir, lakin 


698

xəstəlik  inkişaf  etmir,  yəni  xəstəliyin  klinik  təzahürləri  olmur. 

Y o lux madan fərqli olaraq, bətndaxili infeksiya zamanı xəstəliyin 

klinikası müxtəlif əlamətlərlə üzə çıxır: piodermiya, konyunkti-

vit,  rinit,  hepatit,  qastroenterit,  pnevmoniya,  menin qoensefalit, 

sepsis.


Çox vaxt hamilə qadının xəstəlikləri arasında (dölün və yeni-

doğulmuşun yoluxmasına gətirib çıxarır) urogenital infeksiyalar 

böyük  rol  oynayır  ki,  o  da  kolpit,  servisit,  xronik  və  hestasion 

pielonefrit və ağciyərlərin xronik qeyri-spesifik xəstəlikləri şək-

lində meydana çıxır.

Dölün  inkişaf  edən  infeksiyası  həm  kəskin  gedə  bilər,  həm 

də  törədicinin  uzunmüddətli  persistensiyası  (latent  və  ya  ləng 

gedən xronik infeksion prosesin formalaşması) mümkündür. B ə-

zən bu infeksion patologiya bətndaxili hipoksiya, asfiksiya, kəl-

lədaxili  travmalar  kimi  inkişaf  edir.  Təəssüf  ki,  indiyə  qədər 

bətndaxili infeksiyanın antenatal diaqnostikasının meyarları, spe-

sifik terapiyaya göstərişlər, doğuş üsulları kifayət dərəcədə öyrə-

nil məmişdir.

Xəstəxanadaxili infeksiyaların xüsusi qrupunu antibiotik lərlə 

uzunmüddətli  müalicə  ilə  əlaqədar  yaranan  xəstəliklər  təşkil 

edir. Onlar orqanizmin normal mikroflorasının pozulması nəti cə-

sin də inkişaf edir. İlk dəfə yeni antibiotiklər işlədilən stasionar-

larda daha yüksək patogenliyə malik antibiotiklərə davamlı bak-

teriya ştamları əmələ gəlir.

Xəstəxanadaxili infeksiyaların diaqnostikası törədicilərin mik-

robioloji  metodlarla,  o  cümlədən  molekulyar-genetik  metod ların 

vasitəsilə  aşkarlanmasına  əsaslanmışdır.  Törədicilərin  tip ləş  di ril-

məsi  alovlanmanı  səciyyələndirməyə,  yəni  infeksiya  mən  bə yini, 

y o luxma mexanizmini və onların rezervuarını təyin e t məyə imkan 

verir. Əksepidemik tədbirlər mərhələsində mikrobioloji təd qi qat-

ların əsasında nəzarət həyata keçirilir və aparılan işin ef fektivliyi 

qiymətləndirilir.

Xəstəxanadaxili infeksiyaların kəskin alovlanmaları bir ştam 

tərəfindən  törədilir,  onlar  alovlanma  ilə  əlaqəsi  olmayan  spo-

radik xəstələnmə hallarından fərqlənirlər. Xəstəxanadaxili in fek-

siyaların  törədicilərinin  tipləşdirilməsi  üçün  feno-  və  genotipik 


699

metodlar işlədilir. Fenotipik metodla mikroorqanizmlərin genlə-

rinin ekspressiyası, genotipik metodla – DNT-nin strukturu təyin 

edilir.


Xəstəxanadaxili infeksiyaların qarşısının alınması və onlarla 

mübarizə məqsədilə xüsusi tədbirlər sistemi işlənir, onların ara-

sında  sanitar-gigiyenik  tədbirlərə  mühüm  yer  ayrılır.  Bunların 

içəri sində xəstəxanalar üzərində sanitar nəzarətin aparılması, x ü-

su silə  qida  blokunun,  məhsulların  daşınmasını  yerinə  yetirən 

nəqliyyatın  sanitar-texniki  vəziyyəti,  inventarın  və  qabların  sax-

lan  ması, qidanın hazırlanması texnologiyasının gözlənilməsi, onun 

realizasiyası müddətlərinin, qabların yuyulması, dezinfek siya qay-

dalarının gözlənilməsi vacibdir.

Hospital infeksiyanın profilaktikasının komponenti tibb alət-

ləri  –  onun  zərərsizləşdirilməsinin  keyfiyyəti  üzərində  daimi 

nəzarətin aparılmasıdır. Birdəfəlik alətlərin istifadəsi zamanı yo -

luxma təhlükəsi minimaldır, lakin dəfələrlə işlədilən alətlərin tət-

biqi onların ciddi zərərsizləşdirilməsinə və nəzarətə məcbur edir.

Xəstəxanadaxili infeksiyaların profilaktikasının təşkilində m ü-

hüm  cəhət  epidemioloji  şəraitin  daima  fəaliyyətdə  olan  monito-

rinqi sistemidir. Hospital infeksiya üzərində epidnəzarətə xəstə-

lik lərin  qeydiyyatı,  etioloji  strukturun  açıqlanması,  patogen  və 

qeyri-patogen  mikroorqanizmlərin  dövr  etməsinin  öyrənil mə si 

daxildir.  Buraya  tibb  heyətinin  sağlamlığı  üzərində  nəzarət  də 

daxildir.  Əməliyyat  kabinetində  əksepidemik  tədbirlərin  aparıl-

ma

 



sına  da  xüsusi  diqqət  verilir.  Tibb  heyətinin  paltarı,  rezin 

əlcəklər, stenofonendoskop, eynəklər və digər ləvazimatlar qan 

və ya ifrazatlarla çirkləndikdə dezinfeksiya aparılır. Əllər dezin -

feksiya vasitələri (məsələn, 2%-li hidrogen peroksid məhlulu və 

70

0

 etil spirti) ilə səylə işlənir, gözlər su şırnağı ilə y u yulur, sonra 



1% gümüş-nitrat məhlulu (albusid) damızdırılır, ağız, burun 70

0

 



etil spirti ilə işlənir və ya 0,05%-li kalium-permanqanat məhlulu 

ilə yaxalanır.

Müasir  dövrdə  İİV-nin  xəstəxanadaxili  yoluxmalarının  pro fi-

laktikası  akutal  problem  sayılır.  Əgər  xəstəxanadaxili  infeksiya 

aşkar edilmişsə, onda həmin pasiyent üçün infeksiya mənbəyi kimi 

xidmət edən şəxs tapılmalıdır. Xəstəlik halları o zaman xəstə xa-



700

na daxili  infeksiya  sayılır  ki,  İİV-infeksiya  diaqnozu  pasiyentdə 

(stasionardan kənarda İİV-infeksiya ilə yoluxmanın risk amil lə-

ri nə malik olmayan) hospitallaşdırma anından etibarən 1-1,5 ay 

(minimal seroneqativ dövrün davametmə müddəti) tez olmaya-

raq qoyulur. Xəstəxanadaxili şəraitdə İİV-infeksiya ilə yoluxma 

riskinə malik şəxslərin aşkar edilməsi üçün təmasda olanlar m ü-

əy yən edilir, onlar İİV qarşı anticisimlərin tapılmasına görə m ü-

ayinə olunurlar. Xəstələr arasında parenteral əməliy yatlar yerinə 

yetirən və ya İİV-yoluxmuşların bioloji substrat larının müayi nə-

si ni  aparan  tibb  heyəti,  həmçinin  İİV-yoluxmuş  şəxsdə  olduğu 

kimi,  həmin  gündə  və  eyni  yerdə  eyni  parenteral  müdaxilələrə 

məruz qalan pasiyentlə təmasda olan şəxslər sayılırlar. Təmasda 

olanlarda İİV qarşı anticisimlərin aşkar lanmasına görə İFA m e-

todu ilə müayinələrin aparılmasının təkrarlığı İİV-infeksiyalı p a-

si yentin  aşkarlanmasının  vaxtından  asılıdır.  Bütün  hallarda  t ə-

masda olanlar üzərində müşahidə İİV-infeksiyalı şəxslərin təcrid 

edilməsi anından etibarən 1 il ərzində qoyulur. Tibb heyəti ara-

sında  İİV-infeksiyanın  təcili  profilaktikası  göstərişlər  olduqda 

təyin edilir.



Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin