Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə29/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   25   26   27   28   29   30   31   32   ...   65

Yayılması.  Məxmərəyə  bütün  ölkələrdə  rast  gəlinir.  Onun 

epi de mi yası Yaponiyada, İsveçdə, İslandiyada, Çexoslovakiyada 

və s. ölkələrdə qeyd edilmişdir. Məxmərəyin ən böyük epidemi-

yası 1963-1964-cü illərdə ABŞ-da baş vermişdir, o vaxt bu xəs-

tə lik ABŞ-ın 23 ştatını əhatə etmiş və 2 mln-dan çox şəxs xəs-

tələnmişdi.  Mütəxəs sislərin  fikrincə,  bu  rəqəm  tam  deyildir, 

çünki xəstəliyin çoxlu inappa rant formaları qeydiyyata alınma-

mışdı.  Epidemiyadan  sonra  20  min  uşaq  inkişaf  anomaliyaları 

ilə  doğuldu,  bu  zaman  hər  1000  hamilə  qadına  20  xəstəlik 

hadisəsi düşürdü. Epidemiyalararası dövrdə hər 10.000 hamiləyə 

4-8 xəstəlik qeyd edilmişdir.

Etiologiyası.  Xəstəliyin  virus  təbiəti  ilk  dəfə  1938-ci  ildə 

yapon tədqiqatçıları Hiro və Tasaka tərəfindən sübut edilmişdir. 

Onlar  məxmərəkli  xəstələrin  burun-udlaq  yuyuntusunun  filtratı 

ilə  könüllüləri  yoluxduraraq  xəstəliyi  eksperimentdə  təkrar  e t-

mişlər.

Virus  ilk  dəfə  yaşıl  meymunların  böyrək  hüceyrələrini  yo -



luxdur maqla amerikalı Rarkman və Weller (1962) tərəfindən əl də 

edilmişdir.  Məxmərək  virusu  Togaviridae  ailəsinə,  Rubivirus 

cinsinə aid edilmişdir. O, RNT tərkibli virusdur, ölçüsü 70 mm-ə 

yaxındır,  çox  vaxt  girdə  şəkildə  olur.  Xarici  örtüyünün  tər ki-



333

bində lipidlər var, bu səbəbdən də efir və xloroforma qarşı həs-

sas dır, formaldehid, tripsin və ultrabənövşəyi şüaların təsi rindən 

məhv olurlar. pH-ın dəyişməsindən tez parçalanır, yoluxuculuğu 

pH≤3,5 və pH 9,5-də itir, pH 7,0-8,0 olduqda sabit qalır. Virus 

termolabildir,  56°C-də  30,  70°C-də  4,  100°C-də  2  dəqiqə 

ərzində  məhv  olurlar.  4°C  hərarətdə  zülallı  məhlulda  virus  bir 

həftə  ərzində  öz  davamlılığını  saxlayır,  -60°C  hərarətdə  uzun 

müddət  qalır.  Formalin  (1:4000)  və  etilen-oksidi  37  virusu  tez 

məhv  edir.  70°C  spirt,  sərbəst  xlor  təsirindən  virus  bir  neçə 

dəqiqə ərzində məhv olur.

Virusun  bir  serovarı  müəyyən  edilmişdir.  Məxmərək  viru-

suna  safsar,  dovşan,  qvineya  donuzu,  siçovul,  ağ  siçan,  toyuq, 

ördək  embri onları  həssasdırlar.  İnsan  məxmərəyinə  bənzər 

xəstəliyi meymunlarda eksperimentdə təkrar etmək mümkündür.

İnfeksiya  mənbəyi  –  xəstə  şəxsdir,  yoluxma  hava-damcı 

yolu  ilə  baş  verir.  Xəstə  praktik  olaraq  xəstəliyin  klinik  simp-

tomları  üzə  çıx dıqdan  sonra  və  səpginin  başlanğıcından  5  gün 

ərzində yoluxdurucu sayılır. Lakin təsdiq olunmuşdur ki, virus 

səpginin yaranmasından bir neçə gün əvvəl əmələ gələ bilər və 2 

həftə  və  daha  çox  ifraz  olun maqda  davam  edir.  Keçirilmiş 

xəstəlikdən sonra davamlı immunitet inkişaf edir. 

Məxmərək zamanı xəstə şəxs inkubasiya dövrünün sonu və 

bü tün kəskin dövrdə infeksiya mənbəyi kimi təhlükəlidir. Lakin 

xəstəliyin 8-12-ci günündə də xəstə virusu ətrafa udlağın burun 

nahiyəsindən yaya bilər. Xəstə virusu səpgilər dövründə virusu 

xəstə nəcis və sidik vasitəsilə ifraz edir. Prodromal dövrdə xəs-

tələr, xəstəliyi örtülü gedən şəxslər, rekonvales sentlər virus gəz -

dirənlərdir.  Hamilə  qadın  üçün  uşaqdan  (inkubasiya  döv ründ ə) 

yoluxma xüsusilə təhlükəlidir.

Yoluxma  mexanizmi.  Yoluxma  havada  asılı  halda  olan  v i-

rusların  nəfəsalma  zamanı  daxil  olması  nəticəsində  baş  verir. 

Orqanizmə  daxil  olan  virus  qan  cərəyanına  düşür  və  bir  həftə 

ərzində  dövr  edir.  Hamiləlik  vaxtı  ciftin  bol  qanla  təchiz  olun-

ması ilə əlaqədar qan – cift maneəsini keçən viruslar ciftin x o-

rion epitelinə və kapillyarların endotelinə daxil olur, oradan isə 

dölün  qan  dövranına  keçərək  dövr  edirlər. Virus  inki şafda  olan 


334

dölə teratogen təsir göstərərək həmin dövrdə orqano ge nez də olan 

üzvləri zədələyir. Viruslar hüceyrələrin mitotik f ə a l lığını pozur, 

onların  inkişafını  dayandırır,  nəticədə  xromosom  ab ser siyaları 

və dölün inkişaf qüsuru baş verir.

Patogenez  və  klinikası.  Məxmərək  virusu  yuxarı  tənəffüs 

yollarının selikli qişa sın dan orqanizmə daxil olaraq qana düşür 

və qanda virusun sirkulyasiyasına cavab reaksiyası kimi spesifik 

hematoloji  dəyişikliklər  və  limfa  toxumasının  xarakterik  zədə-

lən mələri baş verir. 

Virus,  çox  güman  ki,  embrional  toxumaya  qarşı  tropizmə 

malikdir.  Hamiləliyin  ilk  aylarında  məxmərək  keçirmiş  qadın-

lar da  dölün  anadangəlmə  inkişaf  qüsurlarının  əmələ  gəlməsini 

bununla  izah  etmək  olar.  Məxmərək  zamanı  patoloji-anatomik 

dəyişikliklər  öyrənilməmişdir.  İnkubasiya dövrü  15  gündən  24 

günə  qədər  davam  edir,  xəstəlik  çox  vaxt  təmasdan  16-18  gün 

sonra  başlanır.  Səpgi  birinci  simptom  sayılır,  belə  ki,  məxmə-

rəyin digər əlamətləri, bir qayda olaraq, zəifdir, xəstənin ümumi 

vəziyyəti az pozulur. Bədən temperaturu nadir hallarda 38ºC-yə 

qədər  yüksəlir,  çox  vaxt  o,  subfebril  olaraq  qalır.  Bəzən  xəstə-

liyin  axırına  qədər  tempe ra tur  yüksəlmir.  Uşaqda  bir  qədər  ə z-

gin lik,  halsızlıq  müşahidə  olunur,  böyük  uşaqlar  və  böyüklər 

bəzən baş ağrısından şikayətlənirlər. 

Prodromal dövr bir neçə saatdan 1-2 günə qədər davam edir. 

Bu  dövr  zökəm,  yüngül  öskürək,  konyunktivanın  qızarması, 

s ub febril və ya normal hərarətlə səciyyələnir. Xəstəlik hərarətin 

38-39ºC-yə  qədər  qalx ması  ilə  başlayır,  sonra  səpgi  meydana 

çı xır, səpgilər 2-3 gün çəkir. Səp gilər üzdən başlayır, tezliklə bir 

neçə saat ərzində bel, sağrı nahiyəsinə və ətraflara yayılır. Hesab 

edirlər ki, məxmərəkdə səpgi eyni vaxtda başlanır. O, bel və sağ-

rıda çox, ayaq və əllərdə olmur. Səpgi çəhrayı və ya pas (qızıl-

cada isə qırmızı) rəngindədir. Səpgi, demək olar ki, eyni vaxtda 

çəki lir, yerində iz qoymur (qızılca səpgi sinin yerində piqmenta-

siya  qalır).  Ağızın  selikli  qişasında  ləkəli  qızartı  –  enantema 

qeyd edilir, Filatov-Koplik ləkəsi olmur (qızılcada olur). Səpgi 

d öv ründə kataral hal, adətən, şiddətlənmir (qızılcada əksinə).

Qızılcadan  fərqli  olaraq,  səpgi  əvvəlcə  sifətdə  əmələ  gəlir, 

sonra isə bir neçə saat ərzində bədənin hər yerinə yayılır. O, əsas 


335

etibarilə  ətrafların  açıcı  səthlərində,  oynaqların  ətrafında,  beldə 

və  sağrı  nahiyəsində  yerləşir.  Səpgi  çəhrayı  rəngdədir.  Dəyiş-

məmiş  dəri  fonunda  ekzantema  əmələ  gəlir.  Məxmərək  səpgisi 

qızılca  səpgisinə  nisbtən  xeyli  xırdadır.  Səpginin  ayrı-ayrı  ele-

mentlərinin birləşməsi meyli müşahidə edilmir. Yalnız bəzi xəs-

tə lərdə daha böyük səpgi elementləri qeyd olunur, lakin bu hallarda 

da ekzantema qızılca ekzantemasından onunla kəskin f  ərq   lənir ki, 

ayrı-ayrı  səpgi  elementlərinin  ölçüsü  təqribən  eynidir  və  onlar 

böyük və oval formaya malikdirlər. Məxmərək za ma nı səpgi çox 

vaxt  az,  bəzən  solğun-çəhrayı  rəngdə  cəmi  bir  neçə  xırda  səpgi 

elementləri şəklində olur. Səpgi 2-3 gün qalır, sonra tez itir, piq-

mentasiya, qabıqvermə olmur. 

Tənəffüs  yolları  tərəfindən  kataral  əlamətlər  yüngül  zökəm 

və öskürək şəklində, adətən, səpgi ilə bir vaxtda meydana çıxır. 

Bəzən  kataral  əlamətlər  səpgidən  1-2  gün  əvvəl  qeyd  olunur. 

Məxmərək zamanı konyunktivit çox zəif nəzərə çarpır, sklera və 

konyunktiva damarlarının yüngül inyeksiyası müşahidə olunur. 

Damağın  yüngül  hiperemiyası  və  badamcıqların  yumşaq 

olması müşahidə edilir. Məxmərək üçün ağızın selikli qişasında 

sancaq başı böyüklüyündə kiçik və ya bir qədər iri qırmızı ləkə-

lər şəklində enantemanın olması səciyyəvidir. Ağızın selikli q i-

şa  sında  enantema  dəridə  səpginin  yaranmasından  əvvəl  müşa-

hidə oluna bilər. Belski-Filatov-Koplik simptomu nəzərə ç arp mır. 

Məxmərəyin  patoqnomik  simptomu  –  periferik,  xüsusilə  də 

ənsə və boyunarxası limfa düyünlərinin böyüməsidir. Limfa d ü-

yün ləri iri noxud və ya paxla böyüklüyündədir, bəzən palpa siya 

zamanı  bir  qədər  ağrılıdır.  Limfa  düyünlərinin  böyüməsi  səpgi 

meydana  çıxana  qədər  əmələ  gəlir  və  səpgi  itdikdən  sonra  bir 

müddət qalır.

Böyüklərdə xəstəlik ağır keçir, prodro mal dövr aşkar görünür 

– əzginlik, üşütmə, əzələlərdə ağrı, baş ağrısı, yuxusuzluq, kata-

ral hallar meydana çıxır. Məxmərəyi qızılcadan və skarlatinadan 

fərqləndirən  əlamət  –  gicgah  qulaqarxası  və  boyunarxası  limfa 

vəzlərinin poliadenitidir.

Məxmərəyin  atipik  hadisələri  (inapparant,  əlamətsiz  örtülü) 

tez-tez qeyd edilir. Gizli gedişə malik klinik təzahür formaları-


336

nın  nisbəti  uşaqlarda  2:1,  böyüklər də  6:1-dir.  Böyüklərdə 

xəstəlik çox vaxt ağırlaşmalarla gedir (artritlər, ensefalitlər).

Məxmərəyin klinik diaqnostikası başqa xəstəliklərlə (qızılca, 

skarlatina, mononukleoz, səpgi əlaməti olan adeno- və enterovi-

rus və allergik xəstəliklər) oxşarlığına görə onlardan fərqlən di-

ril  məlidir.

Epidemioloji  xüsusiyyətləri.  Məxmərəyə  əhalinin  bütün 

təbəqələri  və  yaş  qrupları  həssasdır. Yüksək  sıxlığa  malik  kol-

lektivdə məxmərək virusu həssas şəxslərin 100%-ni yoluxdurur. 

Çox vaxt yasli və uşaq bağçasına gedən məktəbəqədər uşaqlar, 

eləcə də orta və kiçik məktəb yaşlı uşaqlar xəstələnirlər. O n lar 

kollektiv  immuniteti  və  epidemik  vəziyyəti  müəyyən  edir lər. 

Məxmərək xəstəliyinin qızılcadan fərqli olaraq nisbətən az kon-

taqiozluğu nəticəsində çoxları uşaqlıqda bu xəstəliyi keçir mirlər, 

ona görə böyüklər arasında həssas şəxslərin sayı artır (10-20%). 

Böyük  yaşlı  əhalinin  4,6-9,2%-ə  qədəri,  qadınların  isə  50%-i 

məxmərəklə  xəstələnirlər.  Ona  görə  məxmərəyin  teratogen 

təsirinin təhlükəsi böyükdür.

Xəstəliyin  səviyyəsi  əhalinin  sıxlığından  və  yerdəyişmə sin-

dən asılıdır, ona görə şəhərdə kən də nisbətən yüksək olur. Çox 

vaxt əhalinin kiçik yaşlı qrupları (8-10 yaşa qə dər) xəstələnirlər, 

16-20 yaşda əhalinin immun təbəqəsi 80-90%-ə çatır.

MDB ölkələrində 1979-cu ildən məxmərəyin rəsmi qeydiy-

yatı aparılır. Əldə edilən məlumata əsasən demək olar ki, 10 y a-

şına çatan uşaqlarda məxmərək virusuna qarşı əkscisimlər m ü a -

yinə  olunanların  50%-də,  15  yaşda  -60%,  20-25  yaşında 

80 -90 %-də  müəyyən  edilmişdir.  Bir  qisim  ərazilərdə  6-7  yaşlı 

uşaqlarda -65%, 15 yaşlılarda isə -80% virusa qarşı əkscisimlər 

aşkar edilmişdir.

Məxmərək üçün qış-yaz mövsümiliyi səciyyəvidir. Xəstə li yin 

müəyyən səviyyədə artması payız aylarında, uşaqların yay is ti ra-

hə tindən qayıtdığı vaxt qeyd edilir. Xəstəliyin ən yüksək sə viyyəsi 

fevral-aprel aylarına düşür, sonra xəstəlik tədricən azalır.

Xəstəliyi keçirdikdən sonra əmələ gələn immunitet davamlı 

deyildir.  Virusu  neytrallaşdıran  və  hemaqlütinin  əkscisimlərin 

tit ri vaxt keçdikdə azalır (ilkin zəif titrdə 10 ildən sonra yox ola 



337

bilər).  Ayrı-ayrı  hallarda  (4-6%)  1:16-1:64  titrin  olması  təkrari 

xəstələnmədən  müdafiə  etmir.  Lakin  təkrari  yoluxma  virusemiya 

ilə  müşayiət  edilmir  və  bu,  döl  üçün  təhlükə  törətmir.  Təkrari 

yoluxma çox vaxt əkscisimlərin titrinin yüksəlməsi ilə təzahür edir.

Müalicəsi. Səpgi dövründə yataq rejimi tövsiyə olunur; hər 

hansı dərman vasitələrinin tətbiqinə ehtiyac yoxdur.



Profilaktika və mübarizə tədbirləri. Xəstələri ev şəraitində 

səpgi  anından  5  gün  ərzində  izolyasiya  edirlər.  Dezinfeksiya 

aparılmır.  Məxmərəkli  xəstə  ilə  təmasda  olan  uşaqlar  digərlə-

rindən  ayrılmır.  Məxmərəklə  xəstələnməmiş  və  hamiləliyin  b i-

rin ci  aylarında  xəstə  ilə  təmasda  olan  hamilə  qadınlarda  hami-

ləliyin  pozulması  məsələsini  həll  etmək  lazımdır.  Profilaktik 

məqsədlə qamma-qlobulinin hamilə qadına yeridilməsinin effek-

tivliyi təsdiq edilməmişdir. Qanda leykopeniya, nisbi limfositoz 

və  plazmatik  hüceyrələrin  əmələ  gəlməsi  (10-30  %-ə  qədər) 

müşahidə olunur, bəzən monositlərin sayı artır. Bəzən məxmərək 

silinmiş və simptomsuz keçir.

Təcili  profilaktika  məqsədilə  hamilə  qadının  məxmərəkli 

xəstə ilə təmasından sonra ilk 3-4 gündə (əgər hamiləliyi hansısa 

səbəbdən  pozmaq  mümkün  deyilsə)  immunoqlobulin  vurulur. 

Lakin məxmə rəkdə passiv immunizasiya təsirli deyildir, vurulan 

immunoqlo bulinin adi dozası klinik ağır keçən xəstəliyin ancaq 

yüngülləşməsinə səbəb olur. Müəyyən edilmişdir ki, immunoq-

lobulinin venadaxili yeridildilməsi (40%) əzələdaxili yeritməyə 

(5-20%) nisbətən daha təsirlidir.

1969-cu  ildə  ABŞ-da  NR-77  ştamından  məxmərəyə  qarşı 

vaksin hazırlamaq üçün lisenziya alınmışdır. Hazırlanmış vaksi-

nin  epidemioloji  təsirliliyi  və  reaktogenliyi  epidemioloji  təcrü-

bədə  (18  000  peyvənd  olunmuşlarda)  geniş  öyrənilmişdir  və 

yaxşı  nəticələr  əldə  edilmişdir.  Peyvənd  olunmuş  şəxslərdə 

məxmərək virusu udlağın burun nahiyəsindən əldə edilir, ancaq 

o, təmasda olanlara keçmir. Peyvənd lazımi qədər davamlı i m-

munitet yaradır, lakin o, təbii immunitetdən zəifdir və təkrari y o-

lux madan qorumur.



338

Doğuş  vaxtına  çatmış  qadınların  peyvəndlənməsi  çox  ehti-

yatla aparılmalıdır, çünki nəzərə almaq lazımdır ki, virusun vak-

sin  ştamı  ciftdən  keçərək  dölü  yoluxdurur  və  xroniki  xəstəlik 

törədir.  Peyvənd  aparıldıqdan  sonra  qadın  hamiləlikdən  özünü 

2-3 ay qorumalıdır.

ABŞ-da  1  yaşdan  həddi-büluğ  yaşına  qədər  uşaqların  məx-

mə rəyə  qarşı  mütləqpeyvənd  edilməsi  qərara  alınmışdır. A v ro-

pada  isə  seçmə  peyvənd  üsulu  tətbiq  edilir.  İngiltərə  və  başqa 

Avropa ölkələrində 11-14 yaşlı qızlar, orqanizmində məxmərək 

virusuna  qarşı  əkscisimlər  olmayan  qadınlar  peyvənd  edilir. 

Peyvəndə  belə  yanaşmaqla  kişilər  arasında  virusun  saxlanması 

və əhali arasında dövr etməsi təmin olunur.

MDB  ölkələrində  öldürülmüş  epidemik  parotit  (L-3),  diri 

qızılca  (L-16)  və  məxmərək  (L-18)  ştamlarından  və  diri  zəif-

ləşdirilmiş  (MMR-2)  və  priorix  polivak sinləri  hazırlanmış  və 

tətbiq edilir. Hazırda 1 yaş və yuxarı uşaqlara hər 3 infeksiyaya 

qar  şı eyni vaxtda peyvənd edilir.

Ümumi  profilaktik  tədbirlərdən  geniş  istifadə  edilir.  Məx-

mərək xəstəliyi mütəşəkkil müəssisələrə sirayət edirsə karantin 

qoyulmur.  Virusun  teratogen  xassələrini  nəzərə  alaraq,  xəstə 

uşaqları  hamilə  qadınlardan  ayrı  saxlamaq  lazımdır.  Xəstəliyin 

yayılmasının  qarşısını  almaq  üçün  udlağın  burun  nahiyəsindən 

ifraz olunan möhtəviyyat (selik, bəlğəm) 3-5%-li fenol və ya xlo-

ramin məhlulu ilə dezinfeksiya edilir, otaqlar nəm üsulla yığışdı-

rılır. Qab-qacaq, alt paltar, burun dəsmalı və tənzif maska qaynadı-

lır. Xəstə və ona qulluq edənlər şəxsi gigiyenaya əməl e t məlidirlər.

Epidemioloji  nəzarət.  Hər  bir  məxmərək  xəstəsi  haqqında 

GEM-ə təcili bildiriş vərəqəsi göndərilməlidir. Xəstə evdə və ya 

uşaq müəssisəsində (internat məktəbi, uşaq sağlamlaşdırma m ü-

əs sisələri)  xüsusi  otaqda  təcrid  olunmalıdır.  Səpgilərdən  4  gün 

əvvəl (səpgi və hərarətin aşağı düşməsi dövründə) ağırlaşma baş 

verərsə, xəstələr 8-10 günə qədər təcrid edilməlidirlər. Onlar xəs-

tə  xanaya  klinik  ağır  gediş  zamanı  göndərilir.  Uşaq  müəs si sə lə-

rində xəstə ilə təmasda olan uşaqlar 3 həftə ərzində ayrı saxlanı-

lırlar.


339

Laborator  diaqnostikası.  Məxmərəyin  diaqnozunu  HALR 

vasitəsilə retrospektiv təsdiq etmək olar ki, o da 10 gün intervalla 

götürülmüş cüt zərdablarla qoyulur. Bu zaman əkscisim lərin titri-

nin 4 dəfə və daha çox artması diaqnostik meyar sayılır.

Bəzən məxmərəyi dərman səpgilərindən, zərdab səpgisin dən, 

enterovirus  ekzantemasından  diferensiasya  etmək  lazım  gəlir. 

Bu  hallarda  klinik  xüsusiyyətləri  ilə  yanaşı,dərmanların  tətbiqi 

ilə birbaşa bağlı və ya zərdabın yeridilməsi ilə əlaqədar səpginin 

əmələ  gəlməsi  haqqında  epidemioloji  və  anamnestik  məlu mat-

la rı nəzərə almaq vacibdir.

Diaqnostikada  həmçinin  məxmərək  zamanı  qanın  səciyyəvi 

dəyişiklikləri də kömək edir.

Hazırda  diaqnostika  məqsədi  ilə  hüceyrə  kulturasında  viru-

sun aşkarlanması, immunflüoressensiya və seroloji üsullarından 

istifadə edilir. Virusu əldə etmək üçün möhtəviyyat (burun-udlaq 

yuyuntusu,  qan,  sidik,  onurğa  beyni  mayesi,  düz  bağırsaq  y u-

yuntusu) mümkün qədər tez müayinə edilir. Məxmərək virusuna 

insan amnionu, yaşıl meymun böyrəyi (RK-13), dovşan gözünün 

buynuz təbəqəsi, təzə doğulmuş siriya dağ siçanı böy rəyi (VNK-

21), afrika yaşıl meymun hüceyrə toxumaları həs sasdırlar.

Hemaqqlutinini  ləngidən  (HL)  və  neytrallaşdıran  (əhalinin 

i m  mun  strukturunu  öyrənmək  üçün),  KB  və  immunflüoressen-

siya (yaxınlarda keçirilmiş xəstəliyi müəyyən etmək üçün), pre-

sipitasiya, passiv hemaqqlutinasiya və hemadsorbsiyanı ləngi dən 

seroloji  reaksiyalardan   istifadə  edilir.  Təcili  diaqnostika  məq-

sədilə im mun flüores sensiya üsulu geniş tətbiq edilir.

Son zamanlar məxmərək virusunun aşkar edilməsində CGM 

(19S  əkscisimlərini)  immunferment  üsullarından  (xəstəliyin 

“yeni” hadisələrini aşkar etmək üçün) istifadə edirlər. Diaqnozun 

seroloji  təsdiqi  üçün  cüt  qan  zərdabı  (I  -  xəstəliyin  kəskin 

dövründə;  II  -  xəstəliyin  14-21  günündə)  müayinə  edilir,  ikinci 

zərdabda əkscisimlərin titri birinciyə nisbətən 4 dəfə artarsa di aq -

nostik hesab edilir.

MDB  ölkələrinin  xəstəlik  göstəriciləri  ayrı-ayrı  illərdə  res-

publika göstəricilərindən 3-4 dəfə çoxdur. Xəstəliyin daha kəs-

kin qalxması və aşağı düşməsi Bakı şəhərində qeyd edilir. B a-



340

kı da  xəs təliyin  ən  yüksək  həddi  MDB  dövlətlərində  olduğu 

k  i   midir, bəzən isə onu da ötür. 1987-ci ildən respublikada və Bakı 

şəhərində  xəstəliyin  növbəti  enməsi  və  epidemik  prosesin  sön-

mə si müəyyən edilir.

Məxmərəyin gedişi və nəticəsi yaxşıdır. Ağırlaşmalar, o c üm -

lədən  ensefalit,  ensefalomielit  olduqca  nadir  hallarda  baş  verir. 

Böyüklərdə  məxmərək  daha  yüksək  temperaturla,  güclü  baş 

ağrısı, əzələlərdə ağrılar, limfa düyünlərinin kəskin böyü məsi ilə 

müşayiət olunur.



Epidemik parotit 

Epidemik  parotit  (svinka,  mumps)  –  kəskin  yoluxucu  xəs-

təlikdir,  əsasən  qulaqətrafı  tüpürcək  vəzilərinin  zədələnməsi, 

e lə  cə də digər üzvlərin patoloji prosesə cəlb edilməsi ilə səciy-

yələnir. Təbii şəraitdə ancaq insanlar epidemik parotitlə x  ə s tə  lə-

nir lər.  Hey  vanların  süni  yoluxdurulması  nəticəsində  xəs təliyi 

m ey  munlarda törətmək mümkün olmuşdur.

Qısa tarixi məlumat. Epidemik parotitin klinik təsviri Hip-

pokrat  tərəfindən  e.ə.  406-377-ci  illərdə  verilmişdir.  Xəstəliyin 

yoluxucu təbiəti ancaq XIX əsrin axırında rus həkimləri İ.V.Tro-

itski (1883) və İ.F.Filatov (1891) tərəfindən sübut edilmişdir. P a-

ro tit virusu ilk dəfə Yahnson və Goodpasture tərə fin dən 1934-cü 

ildə  alınmışdır.  Rusiyada  bu  virusu  ilk  dəfə  1949-cu  ildə A.K .

Şub ladze və M.A.Selimov əldə etmişlər.

Yayılması. ÜST-ün məlumatına görə, 1960–1969- cu illərdə 

Avropa  ölkələrində  (Bolqarıstan,  Polşa,  Çexoslovakiya,  Rumı-

niya)  epidemik  parotitlə  xəstələnmənin  tənəzzül  dövründə  hər 

10000  nəfər  əhaliyə  10-20  xəstəlik,  yüksəliş  dövründə  isə  bu 

rəqəm 35-60-a çatmışdır. İtaliyada, İsveçrədə, Yunanıstanda xəs-

tələnmə səviyyəsi xeyli aşağı olmuşdur (hər 10000 əhaliyə 3-6 

hadisə),  bu  da,  çox  güman  ki,  xəstəliyin  qeydiyyatının  düzgün 

aparılmaması  ilə  əlaqədardır.  Almaniyada  həmin  dövrdə  hər 

10000 əhaliyə 22,5-48,2 xəstəlik qeydə alınmışdır.

Asiya ölkələrində epidemik parotit haqqında məlumatlar müx-

təlifdir. İranda və Afrika ölkələrində xəstəlik göstəricisi A v ropa 

ölkələrinin əksəriyyətində olduğu kimidir. Baxreyndə bu gös tə-



341

rici 120,6 hadisə, Suriya, Filippin, İordaniyada nisbətən çox aşa-

ğıdır. Amerikada bu göstərici 2-15 hadisə təşkil edir ki, bu da, 

yəqin ki, xəstəliyin məcburi qeydə alınmasının ləğv edil məsi ilə 

əlaqədardır.

MDB  ölkələrində  1957–1968-ci  illərdə  epidemik  parotitlə 

xəstələnmə göstəricisi əhalinin hər 10000 nəfərinə 251,8-251,7 

hadisə təşkil etmişdir. Sankt-Peterburqda əhalinin hər 10000 n ə-

fə rinə  bu  göstərici  1963–1968-ci  illərdə  652  hadisə,  Ukraynada 

1954–1975-ci illərdə 275,5 təşkil etmişdir. Xəstələnmə şəhər əha-

lisi  arasında  kəndə  nisbətən  (133,9  hadisə)  daha  yüksək  (475,2 

h a disə)  olmuşdur.  Azərbaycanda  bu  göstərici  253,8-dən  (1980) 

7,2-ə (1990) qədər enmişdir.

Etiologiyası. Epidemik parotitin virus təbiətli olması ilk dəfə 

Yohnson və Goodpasture tərəfindən sübut edilmişdir. Müəlliflər 

meymunun qulaqətrafı vəzinə epidemik parotitlə xəstənin tüpür-

cəyini  yeridərək  onlarda  parotit  yoluxucu  xəstəliyini  müşahidə 

etmişlər.  Epidemik  parotit  virusu  (VEP,  mumps  virus)  para-

mikso virus ailəsinə, paramiksovirus cinsinə aid RNT genomlu 

viruslardır.  Virusun  nukleokapsidi  150-180  mm  diametrdədir, 

xarici lipoproteyin qişası ilə örtülmüşdür, orada hemaqqlütinin, 

neyraminidaza, lesitsinaza və onları təyin etmək üçün fermentlər 

yerləşmişdir. Antigen quruluşu sabitdir, genetik rekombinasiya-

lar  aşkar  edilməmişdir.  Müxtəlif  yerlərdə  əldə  edilən  ştamlar 

ara sında fərq tapılmamışdır.

Parotit virusu 60ºC-yə qədər qızdırıldıqda 20 dəqiqədən son-

ra, 70ºC-də 10 dəqiqədən sonra, ultrabənövşəyi şüaların təsi rin-

dən bir neçə dəqiqə ərzində məhv olur. Virus efirə, xloroforma, 

dezoksixolata, formalinə, metilen abısına həssasdır; D a k ti nomi t-

sinə davamlıdır. Toyuq embrionları parotit virusuna çox həs sas-

dır lar.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin