Az rbaycan Respublikas t hsil Nazirliyinin


Herpesviruslu yoluxucu xəstəliklər



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə27/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   23   24   25   26   27   28   29   30   ...   65

Herpesviruslu yoluxucu xəstəliklər

Herpesvirusların ümumi xarakteristikası. Virus xəstəlikləri 

içərisində herpesvirus infeksiyaları (HVİ) aparıcı yerlərdən birini 

tutur. Bu, herpesvirusların (HV) geniş yayılması, xəstəliyin kli-

nik təzahürlərinin müxtəlifliyi, bir qayda olaraq, xronik gedişatı 

və törədicinin müxtəlif yoluxma yolları ilə şərtlənmişdir.

Herpesvirus yoluxucu xəstəlikləri – sərbəst yoluxucu xəs tə-

lik  lərdir.  Bunların  hamısının  törədiciləri  Herpesviridae  ailə sinə 

aiddir. Herpesviridae ailəsinə (yunanca herpes – sürünən) 80 -dən 

artıq HV aiddir və daha tam təsnifatlaşdırılmışdır. Onlardan 8-i 

insanın  xəstəliklərini  törədir:  sadə  herpes  virusunun  1-ci  tipi 

(SHV  1),  sadə  herpes  virusunun  2-ci  tipi  (SHV  2),  su  çiçəyi  /

kəmər ləyici  dəmrov  virusu  (SÇV),  insanın  sitomeqalovirusu 

(İSMV), insanın 4-cü tip herpes virusu (İHV 4) və ya Epşteyn-

Barr virusu (EBV), 6, 7 və 8-ci tip herpesviruslar (İHV 6, İHV 

7,  İHV  8).  HV-nin  bütün  8  tipi  oxşar,  elektron  mikroskopunda 

diferensiasiya  olunmayan  struktura  malikdir.  Bunlar  iri  DNT  – 

genom viruslarıdır, onlara yüksək mutasiya etmə qabiliyyəti xas-

dır. Onların virionu kapsiddən ibarətdir və tərkibində lipidlər olan 

qişa ilə əhatə olunmuşdur. Ştamlar arasında antigen fərqləri m öv-

cuddur.


 

Sadə herpes xəstəliyi

Herpes  xəstəliyi  məfhumu  nisbətən  yeni  anlayışdır.  Bəzən 

“Her pes” anlayışına etioloji və epidemioloji cəhətdən fərqlənən 

xəs təliklər daxil edilir. Onlardan biri sadə və ya suluqlu herpes 

(herpes  sipmlex),  ikincisi  isə  kəmərvari  herpesdir  (dəmrov). 

Sadə herpes daha geniş yayılmışdır.

Virus xəstəlikləri içərisində herpes əsas yerlərdən birini tutur. 

Bu herpes virusunun geniş yayılması xəstəliyin müxtəlif klinik 

şəkillərdə getməsi, virusun müxtəlif yollarla keçirilməsi, xroniki 

hal alması ilə izah edilir. İlkin herpes, demək olar ki, 80% xəs-

tələrdə əlamətsiz keçir və kliniki sağalma ilə nəticələnir.

Herpes  mərkəzi  sinir  sisteminin  (ensefalit,  mielit,  ensefalo-

mie lit),  gözün  (keratit,  keratokonyunktivit,  uveit),  qaraciyərin 


314

(yenido ğul muşların,  böyüklərin  hepatiti),  selikli  qişaların  (sto-

matit,  ağızda  aftoz  yaralar,  tənasül  üzvlərinin  zədələnməsi)  və 

də ri örtüyünün (ekzema, vezikulyar səpgilər) zədələnməsi ilə t ə-

za hür edir.

ÜST-ün məlumatına əsasən, herpes virusu tərəfindən törə dilən 

xəstəliklər  ölümə  səbəb  olmasına  görə  qripdən  (35,8%)  son ra 

ikinci  yerdə  (15,8%)  durur.  İkinci  növ  herpes  virusları  uşaqlıq 

boynu xərçəngində etioloji patogenetik əhəmiyyət kəsb edir.

Herpes xəstəliyi cinsi yolla keçən xəstəliklər içərisində ən çox 

yayılan  xəstəliklər  sırasına  daxildir.  İngiltərədə  herpesə  birincili 

sifilisdən  7  dəfə  çox  təsadüf  edilir.  ABŞ-da  6%  qadınlarda  və 

0,3% kişilərdə tənasül üzvləri herpesi qeyd olunur. Burada hər il 

20  mln  müxtəlif  növlü  herpes  xəstəliyi  qeydiyyata  alınır  ki, 

onlardan  20  mini  tənasül  üzvlərinin  herpesidir.  Avropa  ö l kə-

lərində cinsi əlaqə vasitəsi ilə keçən xəstəliklər içərisində herpes 

trixomoniazdan sonra ikinci yer tutur.

Bu xəstəliyin qadınlarda, xüsusilə hamilələrdə əlamətsiz keç-

məsi  sonralar  düşüklərə  (abortlara),  dölün  və  yenidoğulmuşun 

y o luxmasına səbəb olur ki, nəticədə uşağın eybəcərliyi, əqli inki-

şafdan geri qalması və ya ölümü müşahidə edilir.

Etiologiyası.  1912-ci  ilə  qədər  sadə  herpesin  etiologiyası 

naməlum idi. Xəstəliyin viruslar tərəfindən törədilməsi 1912-ci 

ildə  Qryuter  və  Levenşteyn  tərəfindən  sübut  edildi.  Müəlliflər 

xəstənin  herpes  suluq larının  mayesindən  dovşanların  gözünün 

tamlığı pozulmuş buynuz qişasına damızdırmaqla herpetik kera-

tit törətdilər. Sonralar herpesin virus təbiəti Blank (1922), Leva-

diti (1926) və b. tərəfindən təsdiq edildi.

Herpes virusları 180 mm ölçüdə və mərkəzdə yerləşən nuk-

le io tiddir.  Nukleotidlər  ikisaplı  DNT,  zülal,  162  kapso mer dən 

ibarət  kapsid  və  xarici  qişadan  ibarətdir. Antigen  xüsusiy yət lə-

rinə  görə  tədqiqatçıların  əksəriyyəti  herpes  virusunu  iki  əsas 

qrupa ayırırlar: I və II qrup. Belə hesab edirlər ki, II qrup, adə-

tən, qadınların cinsiyyət üzvlərində sağrı nahiyəsində, I qrup isə 

üz də herpetik səpgilər törədirlər. Sonralar bu, təsdiqlənmədi.

Virus  spirt,  xloroform  və  efirin  təsirindən  18  saat  ərzində 

məhv olur. 1%-li fenol 15 dəqiqə, formaldehid 1 saat, 1% mertiol-



315

yat  24  saat  ərzində  virusu  öldürür.  Təzə  doğulmuş  ağ  siçanlar 

herpes  virusuna  həssasdırlar.  Dovşanlar,  dəniz  donuzları,  dağ 

siçanı, pambıq siçovulu, cücələr, meymunlar müxtəlif dərəcədə 

bu virusa həssas dırlar. Toyuq embrionunda, dovşanların böyrək 

hüceyrə kulturası, insan amnionu hüceyrələrində, Hela hücey rə-

lə rində inkişaf edirlər.

Patogenez və klinikası. Uşağın qan zərdabında anadan k e-

çən  əkscisimlər  yox  olduqda  (adətən,  1-3  yaşda)  və  ya  kəskin 

azaldıqda  orqanizmin  herpes  virusuna  həssaslığı  yüksəlir.  Çox 

vaxt  (99%)  uşağın  birincili  yoluxması  naməlum  qalır,  ancaq 

onun izi qanda virusu neytrallaşdıran və komplementləri birləş-

dirən əkscisimlərin olması ilə aşkar edilir. Ancaq uşaqların 1%- 

d ə  xəstəliyin  təzahür  etməsi  –  birincili  herpes  müşahidə  edilir. 

Böyüklər uşaqlıqda xəstəliyi keçirdiklərinə görə herpes az hal-

larda  qeyd  edilir.  Herpesi  keçirəndən  sonra  xəstəlik  latent 

vəziyyətinə keçir, vaxtaşırı müxtəlif amillərin təsirindən (soyuq-

dəymə,  streslər  və  s.)  fəallaşır.  Birincili  herpes  uşaqlarda  çox 

vaxt yaralı gingivit və stomatit şəklində təzahür edir. Vulvovagi-

nit,  keratokonyunktivit,  üzdə,  bədəndə  səpgilər  və  uretritə  və 

ri nit  nisbətən  az  təsadüf  edilir.  Birincili  herpes  udlaq,  boğaz, 

qulaq,  başın  tüklü  hissəsini  zədələyir.  İlkin  herpes  yenidoğul-

muşlarda ağır keçir, çox vaxt ölümlə nəticələnir. Xəstəlik, adətən 

doğuşdan 4-7 gün sonra təzahür edir, yüksək hərarət, xeyli sayda 

dəri səpgiləri nəzərə çarpır.

Bununla  yanaşı,  ağız,  bağırsaq,  göz,  qaraciyər,  böyrəküstü 

vəzi,  bronxlar,  ağciyərin  selikli  qişası  və  mərkəzi  sinir  sistemi 

zədələnir. Ana genital herpeslə xəstədirsə, yoluxma doğuş vaxtı 

və ya cift vasitəsi ilə ana bətnində baş verir.

Yenidoğulmuşlarda, nisbətən az 2-7 yaşlı uşaqlarda birincili 

herpes dəri və selikli qişanın pozulması ilə deyil, sepsisemiyaya 

bənzər şəkildə gedir. Bu hallarda müəyyən əlamətlərin üstün lü-

yü nə  əsasən  qaraciyər  və  ya  ensefalit  aşkar  edilir.  Qaraciyərin 

zədələnməsi ilə gedən xəstəlik zamanı sarılıq, ishal, hepatome-

qaliya, ensefalitə oxşar xəstəlikdə isə ön plana ensefalit əlamət-

lə ri çıxır. Belə xəstəliklər ölümlə nəticələnir.

Birincili  herpesin  özünəməxsus  növlərindən  biri  herpetik 

Ka poşi ekzemasıdır. Adətən, uşaq yaşında herpetik səpgilər e k-


316

ze ma ilə eyni vaxtda baş verir. Xəstəlik ancaq hərarət və limfoa-

denopatiya əlamətləri ilə müşayiət edən dəri zədələnməsi ilə t ə-

zahür edir. Bəzi hallarda isə xəstəlik ağız boşluğunun, tra xeyanın 

selikli qişanın zədələnməsi, böyrəküstü vəzinin nekrozu ilə ağır-

laşır. Belə hallarda ölüm 40%-ə çatır. Birincili herpesdən əlavə, 

təkrar  baş  verən  (residiv),  qeyri-adi  şəkildə  keçən  herpesə  də 

çox təsadüf edilir.

Yoluxma  mexanizmi.  Herpes  virusunun  tənəffüs  yollarının 

selikli  qişasında  yerləşməsi  onun  hava-damcı  yolu  ilə  ötürül-

məsinə imkan yaradır. cinsi əlaqə, eləcə də virusun cift vasitəsilə 

dölə keçirilməsi də mümkündür. Yoluxma törədici ilə çirklənmiş 

əşyalarla təmasda olduqda da baş verir.

Adətən, virusun mənbəyi təkrari herpeslə xəstələnmiş şəxs-

lərdir. Bəzən infeksiya mənbəyi virusgəzdirənlərdir. İnkubasiya 

dövrü 2-11 günə qədər, çox vaxt 6-7 gündür. Ailələrdə və uşaq 

müəssisələrində  xəstəlik  daha  tez  yayılır,  orada  yoluxanların 

56%-də klinik əlamətlərin aydın təzahürü qeyd edilir. Qidalan-

manın  pozulması  nəticəsində  xəstəlik  zəif  şəxslərdə  ağır  k e çir, 

bəzən ölümlə nəticələnir. Dərinin hər hansı zədələnməsi v i ru sun 

daxil  olması  üçün  yol  açır.  Herpes  xəstəliyinin  dəri  xəs təlikləri 

staionarında baş verməsi təsvir edilmişdir. Yuxarı tənəf füs yolla-

rının xəstəliklərinin 2-12%-ə qədəri herpes virusu ilə əla qədardır.

Epidemioloji xüsusiyyətləri. Herpes virusuna həssaslıq d ə rə -

cəsinə görə insanlar müxtəlifdir, bu da adamların viruslara qarşı-

lıqlı təsirində öz əksini tapır. İmmunitet kifayət dərəcədə öyrə nil -

məmişdir.  Təkrar  xəstələnmələr  törədicinin  qan  zərda bında 

m iq   darının artması ilə bir vaxta düşür. Virusun interferon və baş-

qa hüceyrə ingibitorlarının təsiri nəticəsində hüceyrə immunite-

tinin inkişafının dayandırılmasında müəyyən əhəmiy yəti var.

Uşaqların 1%-də birincili yoluxmadan sonra birincili herpes 

təzahür edir. O, yerli limfatik vəzilərin böyüməsi, hərarət, geniş 

sahəli yerli səpgilərin əmələ gəlməsi ilə üzə çıxır. Ödem və q ı-

zar tı  yerlərində  suluqlu  səpgilər  qeyd  edilir.  Səpgilər  üzdə,  b ə-

dəndə ola bilər, eləcə də xoralı gingivit, stomatit, vulvovaginit, 

keratokon yunktivit,  uretrit,  rinit  kimi  təzahür  edə  bilər.  Si mp-

tomsuz  birincili  yoluxmadan  və  ya  birincili  herpesdən  sağalan 



317

şəxslərdə persistensiya edən yoluxucu xəstəlik baş verir. Latent 

dövrdə virusun lokaliza siyası məlum deyildir.

Latent  herpetik  yoluxucu  xəstəliyi  zamanı  qan  zərdabında 

əks cisimlərin xeyli miqdarda olması və təkrar herpes xəstə liyinin 

mütəmadi  baş  verməsi  qeyd  edilir.  O,  çox  vaxt  müxtəlif  yolu-

xucu  xəstəliklər  və  stress  vəziyyətindən  sonra  baş  verir.  Lakin 

bunun səbəbi indiyə qədər məlum deyil. Təkrar yoluxma zamanı 

səpgilər  dəri  və  selikli  qişaların  hər  yerində  təzahür  edə  bilər. 

Səp gilər  ən  çox  üzdə  (dodaqlar,  burun,  yanaqlar)  və  cinsiy yət 

üzvlərində nəzərə çarpır. Yerini dəyişən herpes də qeydə alınıb, 

bu herpesdə səpgilər hər dəfə yeni nahiyədə aşkar olunur. Təkrar 

herpes (suluqların əmələ gəlməsi, onun axıra qədər sorulması), 

adətən, 7-10 gün çəkir.

Bəzi hallarda adi təkrar herpes (hemorragik, hemorragik-nek-

rozlu,  eritematoz,  papulyoz,  qaşınan)  xəstəliyi  baş  verir.  Ayrı-

ayrı xəstələrdə dəri üzərində herpetik səpginin təkrar görünməsi 

ilə  yanaşı,  xəstəlik  daxili  üzvlərin  və  sinir  sisteminin  zədə lən-

mə si ilə müşayiət olunur.

Epidemik prosesin inkişafında latent və manifest xəstələnmə 

bir-birini  ardıcıl  əvəz  edir.  Lakin  virusun  müxtəlif  dövrlərdə 

key fiyyət  dəyişiklikləri  indiyə  qədər  öyrənilməmişdi.  Herpes 

yoluxucu  xəstəliyində  epidemik  proses  əsasən  xəstəliyin  təkrar 

i nkişafı sayəsində saxlanır, ancaq bu növ xəstələnmə, bir qayda 

olaraq,  qeydiyyata  alınmır.  Ona  görə  də  xəstəliyin  yayılması 

haqqında dəqiq məlumat yoxdur.



Profilaktika və mübarizə tədbirləri. Herpesə qarşı məqsəd-

yönlü profilaktik tədbirlər aparılmır. Təkrar xəstələnmələr arası 

inter valı  uzatmaq  və  kliniki  gedişi  yüngülləşdirmək  məqsədilə 

levamizol (dekaris) verilməsi məsləhətdir. Müalicə üçün herpe-

tik vaksin təklif edilir.

Laborator  diaqnostika.  Herpesli  xəstələrin  laborator  diaq-

nos tikasında  müxtəlif  metodlardan  istifadə  edilir.  Herpetik  s u-

luq  lardan  hazırlanmış  yaxmalar  Romanovski-Gimza  üsulu  ilə 

boya naraq mikro skopla, elektron mikroskopiya və ümumi flüo-

ressensiya reaksiyasının köməyi ilə müayinə olunur.

Herpes virusunu əldə etmək üçün toyuq embrionundan (xori-

on-allantois  qatına  yoluxdurma  vasitəsilə),  dovşanların  b öy rək-


318

lərindən, insan amnionu hüceyrələrindən istifadə edilir. Bununla 

yanaşı, virusu əldə etmək üçün təkrar inkişaf edən Hela və bir 

neçə xərçəng hüceyrələrindən, laborator heyvanlardan (ağ siçan, 

dovşan,  dəniz  donuzu,  dağ  siçanı,  pambıq  siçovulu,  birgünlük 

cücə) istifadə edilir.

Seroloji  diaqnostikada  komplementin  birləşmə,  hemaqqlü ti-

na siya,  hemadsorbsiya,  virusu  neytrallaşdırma,  presipitasiya  r e-

ak siya larından, həmçinin dəri allergik sınağından istifadə edilir.

Su çiçəyi

Su çiçəyi hava-damcı yolu ilə yayılan, əsasən uşaqları yolux-

duran geniş yayılmış xəstəlikdir (sinonimləri: varicella, chiken-

pox).


Sərbəst xəstəlik kimi su çiçəyi ilk dəfə italyan həkimi Vidus 

tərəfindən XXI əsrdə təsvir edilmişdir. XIX əsrin axırlarında su 

çiçəyi  ilə  kəmərləyici  dəmrovun  (Herpes  zoster)  eyni  etiologi-

yalı olması haqqında mübahisələr gedirdi.

Hazırda tədqiqatçıların əksəriyyəti kəmərləyici dəmirovu su 

çiçəyinin ikinci dövrü hesab edirlər. Müəyyən edilmişdir ki, su 

çiçəyinin  törədicisi  xaricdən  orqanizmə  daxil  olub  xəstəlik 

törədir, kəmərləyici dəmrov isə endogen yoluxucu xəstəlikdir, su 

çiçəyi bir neçə illər, onillər sonra onurğa beyninin arxa qanqliya-

larında persistensiya ocaqlarından inkişaf edir.



Yayılması. Su çiçəyi dünyanın bütün ölkələrində yayılmışdır. 

Dünya miqyasında hazırda qrip və YTYX-dən sonra aparıcı yer 

tutur. Onun səviyyəsi şəhərlərdə hər 100.000 nəfər əhaliyə görə 

600-900 hadisə təşkil edir. Kənd yerlərində su çiçəyinə şəhərlərə 

nisbətən 3-4 dəfə az təsadüf edilir. MDB ölkələrində su çiçəyi ilə 

xəstələnmənin  hər  100.000  nəfər  əhaliyə  göstəricisi  370-506 

hüdudundadır. Kəmər ləyici dəmrovla xəstələnmə çox deyil, tək-

tək hallarda qeydə alınır.



Etiologiyası.  1911-ci  ildə  Araqao  su  çiçəyi  suluqlarından 

hazır lanmış  yaxmada  Paşen  cisimciklərinə  bənzər,  hüceyrədən 

k ə narda yerləşən kiçik ibtidai cisimcikləri aşkar etdi. Belə ibti-

dai cisimciklər kəmərləyici dəmrovda da tapıldı. Təbii şəraitdə 



319

heç  bir  heyvanda  su  çiçəyi  virusu  tərəfindən  törədilən  xəstəlik 

müşahidə  edilməyib.  Laborator  heyvanları  su  çiçəyi  ilə  yolux-

dur  maq  mümkün  olmamışdır.  Lakin  ayrı-ayrı  hallarda  dovşan-

larda və qvineya donuz la rında keratit və orxit törətmək mümkün 

olmuşdur,  bununla  yanaşı,  meymunlarda  su  çiçəyi  və  kəmər lə-

yi ci dəmrova bənzər xəstəlik müşahidə edilmişdir.

Su  çiçəyi  virusu  1952-ci  ildə  T.Willer  tərəfindən  insan  fib-

roblastlarının hüceyrə kulturasında alınmışdır. MDB ölkələrində 

1960-cı  ildə  E.B.Qurviç,  1961-ci  ildə  N.B.Qalko  və  N. S.Kly-

açko su çiçəyi virusunu hüceyrə toxumasında əldə etmişlər.Viru-

sun  inkişafı  üçün  insan  fibroplastlarının  təkrar  inkişaf  edən 

hü ceyrə  kulturaları  əlverişlidir.  Yoluxmuş  toxuma  kulturasını 

d on dur duqda və mütəmadi passaj vasitəsilə laboratoriyada sax-

ladıqda virusun yoluxuculuq qabiliyyəti tez zəifləyir. Vezikulyar 

mayedə yerləşən viruslar -70

0

C-də aylarla saxlanılır.



Su  çiçəyi  virusu  DNT  genomlu  Herpesvirus  cinsinə  aiddir. 

Mor foloji cəhətdən sadə herpes virusundan fərqlənir. Viruslar bir 

və  ya  bir  neçə  örtüklə  əhatə  olunmuş  nukleotidlərdən,  iksa-

edrəbənzər  virus  DNT-ni  örtən  162  kapsomerdən  ibarətdir.  V i-

rusların  diametri  160-200  mm-dir.  Xarici  mühitə  davamsızdır. 

Xəstə uşaq yerləşən otaq, o, kənar ediləndən 10-15 dəqiqə sonra 

başqa uşaqlar üçün təhlükəsizdir.

Patogenez və klinikası. Su çiçəyi prodromal dövr olmadan 

qəfl ətən  başlayır.  İnkubasiya  dövrü  10-21  gün,  orta  hesabla 

13-17  gündür.  Dəri  üzərində  ayrı-ayrı  səpgilərin  yaranması  ilə 

bərabər,  köhnə lərin  yetişməsi  başlanır,  səpgilərin  müxtəlifliyi 

ay dın  görünür.  Çoxlu  səpgilərin  əmələ  gəlməsilə  yanaşı,  h ə ra-

rətin 38-39

0

C-yə qalxması da müşahidə edilə bilər. Selikli qişa-



larda  səpgilər  xəstəliyin  yüngül  formasında  25-30%,  orta  ağır 

formasında 70% aşkar edilir. Ağızın selikli qişasının iltihabı 1-2 

gün ərzində sağalır. Əmələ gələn qartmaqlar xəstəliyin 12-22-ci 

günündə  qopur,  yerində,  bir  qayda  olaraq,  çapıq  qalmır.  Su 

çiçəyində  ağırlaşmalara  az  təsadüf  edilir,  bəzi  hallarda  daxili 

üzv lərin  zədələnməsi,  eləcə  də  meningit  və  ensefalit  baş  verir. 

Su çiçəyi zəifləmiş südəmər uşaq lar, hamilə qadınlar və horman 

d ər  manları  alan  şəxslər  üçün  təhlü kəlidir.  Kəmərləyici  dəm rov 



320

hərarət,  fəqərəarası  qanqliyaların  iltihabı,  zədələnmiş  sinirlərin 

gedişi boyu eritematoz-vezikulyar səpgilərin olması ilə təzahür 

edir.


Dölün  zədələnməsi  (teratogen  təsir)  və  hamiləlik  dövründə 

su çiçəyi keçirən hamilə qadından doğulmuş uşaqlarda kəmər lə-

yici dəm rovun baş verməsi xəstəliyin vertikal ötürül məsi im ka-

nını göstərir. Bu təhlükəli halın əhəmiyyəti onunla izah edilir ki, 

əhalinin  əksəriyyəti  artıq  uşaq  yaşlarında  su  çiçəyini  keçirirlər. 

Ona görə də, hamilə qadınların kəmərləyici dəmrovla xəstə lən-

məsinə çox az hallarda təsadüf edilir.

Su  çiçəyinin  gedişi  əksər  halda  yüngül  olur,  immun  çatış-

maz lığı olanlarda və böyüklərda ölüm halları da qeyd edilir. Su 

çiçə yindən ölümün sayı qızılca, məxmərək, polimielit və paro-

titlə müqa yi sədə xeyli çoxdur.

Yoluxma  mexanizmi.  İnsan  su  çiçəyi  ilə  hava-damcı  yolu 

ilə  yoluxur.  Törədicinin  intensiv  keçirilmə  imkanına  baxmaya-

raq,  ilk  xəstə  uşağın  kollektivdə  məhdud  vaxtda  qalması  çox 

vaxt bütün həssas uşaqları yoluxdura bilmir. Su çiçəyinin epide-

mik  alovlanması  2-3  aya  qədər  davam  edir.  Uşaq  müəs sisə-

lərində epidemik prosesin gərginliyi uşaqların bir-biri ilə təmas-

larının müddəti, xəstələrin təcrid vaxtı, uşaqların yaşı, ilin fəsli, 

kütləvi tədbirlərin təşkili və immun təbəqənin səviyyəsindən ası-

lıdır.

Epidemioloji xüsusiyyətləri. İnsanlar su çiçəyi virusuna çox 

həs sas  dırlar,  uşaq  müəssisələrundə  alovlanma  zamanı  əvvəllər 

xəstələn məyən  bütün  uşaqlar  yoluxurlar.  Simptomsuz  xəstə-

lən mə az hallarda qeyd edilir və bu, onu göstərir ki, ya yoluxan-

lar virusun az miqdarını qəbul etmişlər, ya da genotiplərinə görə 

xəstəliyə  az  həssasdırlar.  Su  çiçəyini  keçirən  xəstələrdə  uzun 

m üd  dətli  immunitet  yaranır.  Təkrar  xəstələnmə  nadir  hallarda 

baş verir. 

İnfeksiya  mənbəyi  insandır.  Çox  vaxt  o,  xəstəliyin  kəskin 

döv  ründə, bəziləri çoxlu səpgilərdən bir neçə saat sonra, d i gərləri 

isə səpgilərin əmələ gəlməsindən 20 saatdan tez olmayaraq yolu-

xucu  olurlar.  Xəstənin  yoluxdurucu  olması  virusun  y u xarı  t ə-

nəffüs yollarının selikli qişasında əmələ gələn suluqlardan ifraz 


321

edilməsi  ilə  bağlıdır.  Xəstələrin  çoxunda  yoluxduruculuq  müd-

dəti  səpgilərdən  sonra  3-4  gündən  artıq  deyildir.  Kəmər ləyici 

dəmrovda  xəstələrin  yoluxduruculuq  qabiliyyəti  yüksək  deyil 

(bu,  virusun  udlağın  burun  nahiyəsindən  qısa  müddətli  ifraz 

edilməsi  ilə  əlaqədardır),  lakin  belə  şəxslər  törədicinin  əlavə 

mənbəyinə çevrilə bilərlər.

İmmunoloji  üsullarla  aparılan  geniş  tədqiqat  işləri  göstərdi 

ki,  kəmərləyici  dəmrovu  keçirən  xəstələrdə  su  çiçəyi  virusuna 

qarşı əkscisimlərin titrləri su çiçəyini keçirənlərdən yüksəkdir.

Əksər  tədqiqatçıların  fikrincə,  kiçik  yaşlarında  su  çiçəyi  ilə 

xəstələnən uşaqlarda gərgin immunitet yaranır. Lakin dermatrop 

və  neyrotrop  viruslar  fəqərəarası  qanqliyalarda  qalır.  Onurğa 

beyni nin arxa nahiyəsində daxili intoksikasiya, xəstəlik, travma-

lar,  soyuq  və  s.  immuniteti  zəiflədən  amillər  və  bəzən  virusun 

böyük miqdarda daxil olması xəstəliyin inkişaf etməsinə kömək 

edir.  Bu  hipotezanı  qoca  adamların  kəmərləyici  dəmrovla  xəs-

tələnməsi  təsdiq  edir  (50  yaşdan  yuxarı  şəxslərin  hər  10  min 

nəfərinə 45-50 xəstələnmə).

Xəstəliyin çoxillik dinamikası xəstəlik səviyyəsinin dövri ola-

raq  qalxması  və  enməsi  ilə  səciyyələnir.  Dövri  qalxmalar  şə -

raitdən asılı olaraq 2,3,5,7 ildən (kiçik dövrlər), eləcə də 20-22 

ildən bir (böyük dövr) baş verir. Kəmərləyici dəmrovun çoxillik 

dinamikası hələ öyrə nilməmişdir. Xəstəliyin epidemik qalxması 

sentyabr ayında başlanır və dekabr-yanvar aylarında ən yüksək 

səviyyəyə çatır. Xəstələnmə yanvar ayında avqusta nisbətən 7-11 

dəfə yüksək olur. Kənd yerlə rində may-iyun ayında da xəstəliyin 

kiçik yüksəlişləri qeyd edilir. Bu xüsusiyyət insanların müxtəlif 

fəsillərdə, şəhər və kənddə müxtəlif təmas səviy yə sindən asılıdır. 

Kəmərləyici dəmrovda xəstəliyin aylıq dinamikası nəzərə çarp-

mır.

Uşaqlar 1 yaşına qədər nisbətən az xəstələnirlər (passiv im -



mu  nitet, təcrid sayəsində). Bir yaşdan sonra xəstəlik artır, 4 ya şa 

yaxın yüksək səviy yə yə çatır. Böyük şəhərlərdə 3-5 yaşlarında, 

xüsusilə  4  yaşında  uşaq lar  arasında  xəstələnmə  daha  çox  qeyd 

edilir.  Kənd  yerlərində,  eləcə  də  cənub  rayonlarında  xəs tə li yə 

əsasən yuxarı yaş qrupları tutulurlar .


322

Profilaktika  və  mübarizə  tədbirləri.  Passiv  immunizasiya 

gös tərir ki, seroprofilaktika xəstəliyin qarşısını almaqda az əhə-

miy yət lidir. Lakin xəstə ilə təmasda olan zəif uşaqlarda immun-

qlo bu li nin erkən istifadə edilməsi xəstəliyin gedişini yüngül ləş-

dirmək  üçün  təklif  edilir.  Son  zamanlar  diri  vaksin  ştamı 

a  lı n  mışdır. Su çiçəyi ocağında uşaqlara dərialtı peyvənd aparıl-

ması  epidemioloji  və  immunoloji  effekt  verir.  Lakin  bu  vaksin 

təcrübədə istifadə edilmir.



Epidemioloji  nəzarət.  Uşaq  müəssisəsində  ilk  xəstələnmiş 

uşa ğın erkən təcrid edilməsi alovlanmanın qarşısını alır və ya xəs-

tələnənlərin sayını azaldır. Təcridi müalicə müəssisələrində daha 

erkən aparmaq lazımdır ki, xəstəxanadaxili yoluxma baş ver mə-

sin.

Su  çiçəyi  ilə  xəstə  uşaq  müəssisəsində  səpginin  əmələ  gəl-



mə  sindən 5 gün əvvəl kollektivdən təcrid edilir. Təmasda olan 7 

yaşa  qədər  uşaqları  21  gün  müddətinə  digərlərindən  ayırırlar. 

Xəs tələn mənin dəqiq vaxtı aydın edildikdə uşaqları uşaq müəs-

sisələrinə  inkubasiya  dövrünün  ilk  10  gününə  qədər  buraxmaq 

olar, təcrid inkubasiya dövrünün 11-ci günündən 21 gününə kimi 

aparılır.

İlk xəstə uşaq xəstəliyin başlanmasından 24 saat əvvəl uşaq 

müəs sisəsinə  gəlməyibsə,  onda  müəssisədə  karantin  qoyulmur. 

Kəmərləyici  dəmrovla  xəstələri  su  çiçəyi  ilə  xəstələnmiş  uşaq-

lardan ayırmaq lazımdır.



Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin