Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə21/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

Sterilizasiya  dezinfeksiyanın  mühüm  komponentlərindən 

biri sayılır. Sterilizasiya zamanı maddələrin və əşyaların mikro-

orqanizmlərdən tam azad olması, yəni patogen və qeyri-patogen 

törədicilərin vegetativ və spor formaları məhv edilir. Adətən, s te -

ri  lizasiyadan əvvəl sterilizasiyaönü işləmə aparılır ki, onu m  e  xa   -

nikləşdirilmiş və ya əl üsulu ilə həyata keçirirlər. Mexa nik ləş di-

rilmiş  yuma  iynə,  şpris,  müxtəlif  alətlər  üçün  nəzərdə  tutlan 

x ü susi  təyinatlı  yuyucu  maşınlarda,  əl  üsulu  ilə  yuma  yuyucu 

vasitələrdən istifadə etməklə aparılır. Bu zaman əvvəlcə alət 0,5 

dəqiqə  axar  su  altında  yuyulur,  sonra  yuyucu  məhlulda  15  d ə-

qi qə  50

0

C-də  isladılır  (yuyucu  məhlullar  hidrogen  peroksidlə 



bir likdə), pambıq-tənzif tamponla və ya şotka vasitəsilə yuyulur, 

axar su və distillə olunmuş suda yaxalayır, quruducu steriliza tor-

larda isti hava ilə 80-85

0

C-də rütubət tam itənə qədər qurudurlar. 



Sterilizasiyaönü işləmənin keyfiyyətini qiymətləndirmək məqsə-

di lə 1%-ə qədər məmulatlar qalıq qan (benzidin, ortolidin, amii-

dopirin sınağı) və yuyucu vasitələrin qalığına (fenoftalein sı  na -

ğı ) görə yoxlanılır.

Sterilizasiyanın  növü  zərərsizləşdirilən  obyektin  keyfiyyə-

tindən asılı olub, buxar, isti quru hava, kimyəvi maddələrin məh-

lulları,  qazlar  və  ionlaşdırıcı  şüalar  vasitəsilə  aparılır. Ağla rın, 

sar ğı materiallarının, cərrahi alətlərin, korroziyaya davamlı m e-

tal  və  xəlitələrdən  hazırlanmış  alət  və  cihazların  hissələrinin, 

ü  zə   rin də 200

0

C yazılmış şprislərin, şüşə qabların, rezin məmu-



lat ların  (kateter,  zond,  borucuq,  əlcəklər) işlənməsi üçün  buxar 

246

sterilizatorlarından istifadə edilir. Sterilizasiyadan əvvəl cərrahi 

ağlar və alətlər, sarğı materialı bikslərdə sərbəst şəkildə yığılır.

Cərrahi və ginekoloji alətlərin, cihaz və aparatların hissə və 

detallarının,  o  cümlədən  korroziyaya  davamsız  materiallardan 

hazırlanmış, üzərində 220

0

C yazılmış şprislərin, kəsici alətlərin 



zərərsizləşdirilməsi üçün hava sterilizatorlarından istifadə edilir.

Korroziyaya  davamlı  materiallardan  hazırlanmış  alətlər,  r e-

zin  məmulatlar  kimyəvi  maddələrin  məhlulları  ilə  zərərəsiz-

ləşdirilir.  Bunun  üçün  işlənən  material  ağzı  kip  bağlanan  və 

emal, şüşə və ya plastmas qablara yerləşdirilir, məhlulun içə ri-

sində (6%-li hidrogen peroksid məhlulu – 18

0

C 6 saat ərzində, 



50

0

C-də – 3 saat ərzində və ya digər məhlulardan 1%-li dezok-



son – 1 məhlulunda – 18

0

C-də 45 dəqiqə ərzində) saxlanılır. Ste-



rilizasiya başa çatdırıldıqdan sonra məmulatlar aralarında 5 dəq. 

interval olmaqla iki dəfə steril suya salınır, bundan sonra məmu-

latlar  steril  kornsaq  vasitəsilə  içərisi  steril  ağla  döşənmiş  steril 

bik sə  keçirilir.  Kimyəvi  vasitələrlə  işlənmiş  alətlər  həmin  gün 

işlədilir.

Şüşədən  və  metaldan  hazırlanmış  alətlər  “üçlü  məhlulda” 

(2% formalin, 0,3% fenol, 1,5% natrium bikarbonat) 30 dəqiqə 

ər zində işlənir.

Kəsici,  deşici  cərrahi  alətlər,  güzgülü  səthə  malik,  optiki 

ci hazlar, birdəfəlik istifadə üçün nəzərdə tutulan əşyalar və isti yə-

davamlı  sintetik  plastmas  məmulatların  zərərsizləşdirilməsi  ste-

rilizasiyanın qaz üsulu ilə aparılır. Bu zaman etilen oksidi, onun 

metilbromid və formaldehidlə qarışığı işlədilir və proses qaz ste-

rilizatorlarında  ağzı  kip  qapalı  halda  həyata  keçirilir.  Steriliza-

siya başa çatdırıldıqdan sonra məmulatlar bir neçə sutka ərzində 

havaya verilir.



Dezinseksiya    yoluxucu  xəstəliklərin  törədicilərinin  canlı 

keçiriciləri  sayılan  həşəratlarla  mübarizəyə  yönəldilmiş  tədbir-

lərdir. Buraya profilaktik və qırıcılıq tədbirləri aiddir. Profilaktik 

tədbirlər keçiricilərin çoxalmasına və sağ qalmasına mane olan 

şəraitlərin formalaşmasına yönəldilmişdir. Bu tədbirlərə bədənin 

müntəzəm yuyulması və gigiyenası, mənzilin təmizliyinə riayət 

edil məsi, qida məhsullarının və tullantıların düzgün saxlanması, 


247

pəncərələrin  və  qapıların  torla  tutulması,  ərazinin  zibildən  t ə-

miz  lənməsi daxildir. Qırıcılıq tədbirlərinə keçiricilərin bütün i n-

kişaf mərhələlərində məhv edilməsi daxildir. Bu məqsədlə m e-

xaniki, fiziki, bioloji və kimyəvi üsullardan istifadə edilir. Mexa-

niki üsula qoruyucu kostyumlar, milçəktutanlar, yapışqan kağız, 

keçirici lərin tutulması aiddir. Fiziki vasitələrə quru isti hava, su 

buxarı, ağların qaynadılması daxildir. Bioloji metod əsas eti ba-

rilə kənd təsərrüfatı zərərvericilərinin məhv edilməsi üçün işlə-

dilir. Bioloji agentlərə buğumayaqlıların xəstəliklərinin spesifik 

törədiciləri  –  bakteriyalar,  viruslar,  göbələklər,  ibtidailər,  hel-

mint lər,  yırtıcılar  –  entomofaqlar,  həmçinin  yuvenil  hormonlar, 

g e netik metodlar və s. aiddir.

Dezinseksiyanın  kimyəvi  metodu  müxtəlif  kimyəvi  vasitə-

lərin  –  insektisidlərin  işlədilməsinə  əsaslanmışdır.  Həşəratların 

orqanizminə daxil olma yolundan asılı olaraq, bağırsaq, tənəffüs 

yolu  (fumiqantlar)  və  təmas  (bədən  örtükləri  vasitəsilə)  insek-

tisidləri ayırd edilir. Bağırsaq zəhərləri tarakanların, milçəklərin, 

qarışqaların öldürülməsi üçün istifadə edilir. Çox vaxt bağırsaq 

zəhərləri qismində natrium flüor, bor turşusu, bura, butadion işl ə -

dilir.

Fumiqantlar  içərisində  (qazşəkilli  maddələr  və  ya  asanlıqla 



b u xar lanan mayelər) etilen oksidi, xlorlu metil, dixloretan tətbiq 

olunur.  Preparatlar  insan  üçün  toksikidir,  ona  görə  də  onlarla 

işlədikdə təhlükəsizlik tədbirlərinə əməl etməli və zərərsizləş di-

ri lən  obyektlərdə  hermetik  şərait  yaradılmalıdır.  Dezinseksi-

yanın qaz üsulu əsas etibarilə anbarlarda, dəmiryolu və su n ə q-

liy yatında  vaqon  və  gəmilərin  zərərəsizləşdirilməsi  məqsə di lə 

işlədilir.

Təmas  zəhərləri  fosfor-üzvi  birləşmələr,  xlorlu  karbohidrat-

larla təmsil edilir. Fosfor-üzvi birləşmələr arasında dixlofos, kar-

bofos, bayteks, metilasetofos və dibrom geniş tətbiq olunur. Bu 

preparatlar təmas, bağırsaq zəhərləri və fumiqant sayılırlar.

Xlorlu karbohidratlar geniş insektisid təsirə malikdirlər, isti-

qanlı heyvanların, insanların toxumalarında, bitki mənşəli məh-

sul  larda  toplanır  və  saxlanırlar.  Bununla  əlaqədar  olaraq,  onlar 

nadir  hallarda  epidemik  göstərişə  əsasən  tətbiq  edilir.  Əvvəllər 


248

DDT  (dixlordifeniltrixloretan),  heksaxlorheksan,  heksaxloran, 

lin dan dust, pasta, emulsiya, sabun şəklində kənd təsərrüfatı z ə-

rər vericiləri,  törədicilərin  keçiriciləri  və  məişət  parazitləri  ilə 

mübarizədə geniş işlədilirdi. Hazırda ekoloji təhlükə ilə əlaqədar 

xlorlu  karbohidratlar  istehsaldan  çıxarılmış  və  tətbiqi  qadağan 

olunmuşdur.

Bitki insektisidləri müxtəlif həşəratlarla mübarizədə işlədi lir. 

Onların arasında piretrum (milçək, ağcaqanadlar, tarakanlar, tax-

tabiti, birələrə toksik təsir göstərir), flisid (uçan və sürünən həşə-

ratların öldürülməsində işlədilir), piretroidlər (sintetik prepa rat-

lar, piretrinlərin təbii analoqları) geniş yayılmışdır.

Yuxarıda  sadalananlardan  başqa,  dezinsekiyada  kerosin 

(do y muş  karbohidratların  qarışığı)  insektisidlərin  həlledicisi 

ki mi,  skipidar  (şam  ağacının  qatranlı  şirəsinin  emalının  məh-

su lu) sabun və kerosin qarışığı ilə birlikdə taxtabiti, birə və bit-

lərin ölüdürülməsi üçün tətbiq edilir.

Dezinfeksiya kameraları

 Dezinfeksiyanın və dezinseksiya nın kamera üsulu yoluxucu 

xəstələrin paltarlarının (xəz və dəri əşyalar da daxil edilməklə) 

və yataq ləvazimatlarının işlənməsi üçün istifadə olunur. Rayon 

dezinfeksiya  stansiyalarının  kamera  dezinfeksiya  şöbəsi,  yolu-

xucu xəstəxanalar, həmçinin çoxprofilli xəstəxanalar və doğum 

evləri  zavod  üsulu  ilə  hazırlanmış  dezinfeksiya  kameraları  ilə 

təchiz  edilmişdir.  Ocaqların  yekun  dezinfeksiyasında  yoluxucu 

xəs tələrin  əşyaları,  bütün  stasionar larda  evə  yazılan  xəstələrin 

hamı sının yataq ləvazimatları kame ra işlənməsinə məruz qalır.

Buxarkameralarındazərərsizləşdirmə 0,5 atm. təzyiqə qədər 

təzyiq altında verilən axar buxarla aparılır ki, bu zaman havanı 

sıxışdırıb çıxarmaq üçün buxar yuxarıdan verilir. Buxar kamera-

sının iş rejimi törədicilərin davamlılığından və zərərsizləşdirilən 

əşyaların keyfiyyətindən asılıdır: azqiymətli əşyalar, yataq ləva-

zimatları, xammal təzyiq altında buxarla, paltarlar axar buxarla 

işlə nə bilər, belə ki, yüksək təzyiqli buxarla işlədikdə məmu lat-

la rın davamlılığı pozulur.



249

Buxar-formalinkameralarındazərərsizləşdirməsu buxarı və 

formalin  buxarları  ilə  aparılır.  Su  buxarı  kameraya  aşağıdan 

ve ri lir,  nəticədə  buxar-hava  qarışığı  əmələ  gəlir,  formalin  isə 

yuxarıdan  püskürdülür.  Dezinfeksiya  başa  çatdırıldıqdan  sonra 

formalin naşatır spirti ilə neytrallaşdırılır. Buxar-formalin üsulu 

yun,  xəz,  dəri  məmulatların,  xalçaların,  rezin  ayaqqabıların  və 

sintetik materialların işlənməsi üçün tətbiq edilir.

İsti-havakameraları (isti hava 80-110

0

C  temperaturda, dəri 



və xəz paltarlar üçün – 80

0

C-dən aşağı olmaqla verilir) yanğın 



təhlükəsi olduğundan əşyaların dezinseksiyasında məhdud şə  kil-

 də tətbiq edilir.



Deratizasiya (ing. rattus – “siçovul”) müxtəlif gəmiricilərlə, 

əsasən siçan və siçovullarla mübarizədə aparılan tədbirlər komp-

leksidir.  Deratizasiya  tədbirlərinə  daxildir:  obyektdə  gəmiri ci-

lərin sayına nəzarət; gəmiricilərin miqrasiya yollarının öyrənil-

məsi;  xüsusi  təhlükəli  infeksiyaların  aşkar  edilməsinə  görə 

m üa yi nələrin  aparılması  üçün  gəmiricilərin  tutulması;  qırıcılıq 

tədbirləri.  Deratizasiyanın  kimyəvi  metodu  geniş  tətbiq  olunur, 

bu  zaman  zəhərlərdən  –  rodentisidlərdən  istifadə  edilir.  Onlar 

müxtəlif məhsullarla birgə qida zəhərləri şəklində gəmiricilərin 

yuvalarına  və  cığırlarına,  suya  püskürtməklə  və  yuvaların,  v a-

qonların və gəmilərin qaz üsulu ilə işlənməsi üçün tətbiq edilir. 

Rodentisidlər  bağırsaq  zəhərləri  və  fumiqantlar  kimi  təsir 

göstərir. Bağırsaq zəhərləri arasında zookumarin istifadə olunur, 

onunla buğdanı işləyir, yuvalara, cığırlara, suyun səthinə püs kür-

dürlər, sinkfosfidi cəlbedici yemlər şəklində müxtəlif qida məh-

sul larının  tərkibində  (tərkibinə  3-5%  preparat  qatılmış  ət  və 

balıq farşı, kartof püresi, buğda çörəyi) və ya onunla su və gəmi-

ri cilərin  yuvalarının  girişi  işlənir,  difenasin  cəlbedici  yem  şək-

lində tərkibində çörək qırıntıları, yarma, un, müxtəlif qida məh-

sul larına qatılmaqla işlədilir.



Fumiqantlar arasında kükürd anhidridi (metal balonlarda b u-

raxılır  və  gəmiricilərin  yuvalarının  və  tikililərin  qaz  üsulu  ilə 

işlən məsində  tətbiq  olunur),  xlorpikrin  (preparat  gəmiricilərin 

yuvalarına tamponlarda, qumla, taxta kəpəyinin vasitəsilə daxil 

edi lir və yuvanın ağzı bağlanır), metilbromid (gəmilərin və təy-


250

ya rələrin qaz üsulu ilə işlənməsində tətbiq olunur) geniş işlədilir. 

Fumiqantlar arasında sinil turşusunun preparatları siklon B və D 

ən güclü preparatlardır, lakin insan üçün olduqca toksikidir, ona 

görə də gözyaşardıcı siqnalizatorlarla qarışdıraraq buraxılır.

Gəmiricilərlə mübarizədə biolojimetod, məsələn, qida cəl be-

dici  yemlərdə  salmonellaların  bakterial  kulturalarının  tətbiqi 

na dir hallarda işlədilir.



251

Yoluxucu xəstəliklərin immunprofilaktikası

İmmunprofilaktika – yoluxucu xəstəliklərdən süni immuni te-

tin yaradılması və ya gücləndirilməsi yolu ilə əhalinin fərdi və 

kütləvi  müdafiə  metodur.  Bütün  dünyada  vaksinasiya  olunmuş 

uşaqların xüsusi çəkisi artır: 6 əsas uşaq infeksiyasına qarşı im -

mun laşdırma ilə əhatə 1974-cü ildə 5%-dən 1995-ci ildə 80%-ə 

çatmışdır.

 Hər bir dövlətdə yoluxucu xəstəliklərin immunpro filak tikası 

sahəsində dövlət siyasətinin əsasları işlənib hazırlanmışdır ki, o, 

əha linin  sağlamlığının  və  sanitar-epidemioloji  salamatlı ğının 

m  ü  ha   fizəsi  məqsədilə  həyata  keçirilir.  İmmunprofilaktika  sahə-

sində dövlət siyasəti dövlət və icra hakimiyyəti orqanları tərə fin-

dən yerinə yetirilir.

İmmunprofilaktika məqsədilə profilaktik peyvəndlər aparılır, 

yəni  yoluxucu  xəstəliklərə  qarşı  spesifik  rezistenlik  yaratmaq 

üçün insan orqanizminə tibbi immunbioloji preparatlar yeridilir. 

Tibbi immunbioloji preparatlara vaksinlər, anatok sinlər, immun-

qlobulinlər və digər dərman vasitələri aiddir ki, bunlar yoluxucu 

xəstəliklərə  qarşı  spesifik  qeyri-həssaslığın  yaradılması  üçün 

nə zərdə tutulmuşdur. 

İmmunprofilaktika  profilaktik  peyvəndlərin  Milli  təqviminə 

əsasən həyata keçirilir. Bu, normativ hüquqi sənəd olub, vətən-

daşlara proflaktik peyvəndlərin yeridilməsi müddətini və ardıcıl-

lığını  təyin  edir.  Hazırda  profilaktik  peyvəndlərin  serti fikatı  – 

yəni  vətəndaşa  edilən  profilaktik  peyvəndlərin  qeyd  olunduğu 

 



nəd tərtib olunmuşdur. 

İmmunprofilaktikanın aşağıdakı növləri vardır:

1. spesifik – konkret törədiciyə qarşı 

a) aktiv – vaksinlərin yeridilməsi ilə immunitetin yaradılması;

b) passiv – zərdab preparatlarının, qamma-qlobulinlərin yeri-

dil  məsi yolu ilə immunitetin yaradılması.

2. qeyri-spesifik – ümumilikdə immun sistemin aktiv ləş di ril-

mə si.


252

Aktiv immunlaşdırma

Vaksinlər.  Onların  tərkibində  antigenlər  vardır  və  süni  i m-

mu nitet yaradırlar. Antigenin alınmasından asılı olaraq vaksinlər 

bir neçə tipə bölünür:

 1. diri – təbiətdə mövcud olan attenuasiya edimiş (zəiflədil-

miş)  ştamlardan  alınır.  Bunlara  təbii  çiçək,  poliomielit,  tul ya-

remiya vaksinləri aiddir. Vaksinlər seleksiya yolu ilə alına bilər 

(BÇJ,  qrip).  Onlar  orqanizmdə  çoxalmaqla  vaksinal  proses 

törədə bilir və bununla da qeyri-həssaslıq formalaşır. Belə ştam-

larda  virulentliyin  itməsi  genetik  kodlaşdırılmışdır,  lakin  i m-

mun defisiti olan şəxslərdə ciddi problemlər yarana bilər.

2. öldürülmüş– yüksəkvirulent ştamlardan hazırlanır, onları 

fiziki (temperatur, radiasiya, ultrabənövşəyi işıq) və ya kimyəvi 

(spirt,  formaldehid)  metodlarla  öldürürlər.  Belə  vaksinlər  reak-

togendirlər,  az  tətbiq  olunurlar  (göyöskürək,  quduzluq,  herpes, 

qrip, leptospiroz, vəba, A hepatitinə qarşı). 

3. kimyəvi – bakteriyaların kimyəvi yolla ayırd edilmiş anti-

gen lərindən hazırlanır (qarın yatalağı, vəba, meninqokok).

4.  anatoksinlər –  bakteriyaların  ekzotoksinlərindən  ibarət 

olub,  bir  ay  ərzində  termostatda  0,3-0,4%  formalinlə  zərərsiz-

ləşdirilir. Belə işlənmə nəticəsində toksik xüsusiyyətlər itir, i m-

mu nogen xassələr qalır.

5. assosiasiyaolunmuş – bir neçə komponentdən ibarət vak-

sin lərdir (AGDT).

6.  sintetik  –  mikroorqanizmlərin  süni  yaradılmış  antigen 

de terminantlarıdır.

7. vektor (rekombinant) – gen mühəndisliyi nəticəsində əldə 

olunmuşdur.  Onun  mahiyyəti:  protektiv  antigenlərə  cavabdeh 

olan virulent mikrooraqnizmin genləri hər hansı zərərsiz mikro-

orqanizmin genomuna yeridilir ki, o, yetişdirmə zamanı müvafiq 

antigenləri hasil edir və toplayır (B hepatiti).

Vaksinlərin hazırlanması zamanı əsas tələblər bunlardır: onlar 

kəskin immun cavab induksiya etməlidirlər, təhlükəsiz olmalıdır-

lar; areaktogen – əlavə effektlər verməməlidir; sabit – öz xüsu-

siy yətlərini  saxlamalıdır;  standart  olmalı  –  mikro or qa nizm  lərin, 

zülalların sayına və s. görə; assosiasiya edilmək i m ka nı olmalı-

dır.


253

Vaksinlərin tətbiq olunduğu xəstəliklər

Xəstəliklər

Vərəm


Qrip

Sarı qızdırma

Difteriya

Pnevmokok 

infeksiyası

Rotavirus infeksiyası

Tetanus

Məxmərək


Herpes

Poliomielit

Qızılca

Laym xəstəliyi (gənə 



borreliozu)

Göyöskürək

Epidemik parotit

Yapon ensefaliti

Hemofil infeksiya

Meninqokokk 

infeksiyası

Təbii çiçək

B viruslu hepatit

Gənə ensefaliti

Vəba

A viruslu hepatit



Su çiçəyi, herpes

Taun


Qarın yatalağı

Qara yara

Tulyaremiya

Vaksinlərin yeridilməsindən sonra yaranan immunitet pos tvak -

sinal immunitet adlanır. Onun inkişafına bir sıra amillər təsir gös-

tərir. Onlar aşağıdakılardan asılıdır: vaksinin özündən (pre paratın 

təmizliyindən,  antigenlərin  yaşama  müddətindən,  d o zasından, 

protektiv  antigenlərin  olmasından;  yeridilmənin  tək rar lığından), 

makroorqanizmdən  (fərdi  immun  reaktivliyinin  v ə ziy   yəti;  yaş; 

immundefisitin olması, ümumilikdə orqanizmin v ə z i yyəti), ətraf 

mühitdən  (qidalanma;  məişət  və  əmək  şəraiti;  i q   lim,  mühitin 

fiziki-kimyəvi amilləri). 

Vaksinoprofilaktika planlı və epidemik göstərişlərə əsasən a  p-

a     rılır. Müasir dövrdə bir çox geniş yayılmış yoluxucu xəs tə lik-

lərə qarşı profilaktik vaksinlər yaradılmışdır, lakin onların heç də 

hamısı planlı peyvəndlər siyahısına daxil deyildir. 

Vaksinprofilaktikanın növləri:

1.  Planlı  peyvəndlər  –  təsdiq  edilmiş  peyvənd  təqviminə 

əsasən aparılır (cədvəl ).

2.Epidemik göstərişlərə əsasən aparılan peyvəndlər.



254

Planlı peyvəndlərin təqvimi

Yaş

Peyvənd


Doğuşdan sonra 12 saat 

ərzində


Hepatit B

Doğuşdan sonra 4-7 gün 

ərzində

BCG (vərəmə qarşı), OPV 



(poliomielitə qarşı)

2 aylıq


AGDT (göyöskürək, difteriya, 

tetanusa qarşı) , OPV, Hepatit B

Hib (haemophilus imfluenzae)

3 aylıq


AGDT, OPV, Hepatit B, Hib

4 aylıq


AGDT, OPV, Hepatit B, Hib

12 aylıq


QPM (Qızılca, epidemik parotit, 

məxmərək), vitamin A

18 aylıq

AGDT, OPV, vitamin A

6 yaş

ADT, QPM (Qızılca, epidemik 



parotit, məxmərək), vitamin A

Vaksinoprofilaktika peyvənd kabineti olan uşaq poliklini ka-

larında  həyata  keçirilir.  Həkim-immunoloq  peyvəndləri  təşkil 

edir və immunizasiyaya dair məsləhətlər verir. Vaksinasiya mək-

təbəqədər uşaq müəssislərində və məktəblərdə bu müəssisələrin 

tibb heyəti tərəfindən yerinə yetirilir. Kənd yerlərində pey vənd-

lər müalicə-profilaktika idarələrinin işçiləri və ya müvəqqəti pey-

vənd  məntə qəsində  yaradılmış  xüsusi  briqada  tərəfindən  yerinə 

yetirilir.

Böyüklərə peyvəndlər ümumi tibb şəbəkəsi və müəssisələrin 

tibbi  xidməti  tərəfindən  aparılır.  Son  illərdə  böyüklərə  edilən 

v ak siansiyanın səviyyəsinin yüksəldilməsinə daha çox diqqət v e-

rilir.

Tetanusa qarşı təcili profilaktika və quduzluq əleyhinə pey-



vənd lər travmatoloji məntəqələrdə aparılır.

255

Ölkədə  istehsal  edilən  bütün  peyvəndlər  mütləq  nəzarətdən 

keçir.  Revaksinasiya  başa  çatdırılmış  vaksinasiyadan  müəyyən 

müddət keçdikdən sonra vaksinin yeridilməsidir ki, o da öz növ-

bə  sin də  birinci  immunizasiya  ilə  məhdudlaşa  və  ya  buster  i m-

mu  nizasiya ilə tamamlana bilər.

Vaksinasiya da keçirilmiş yoluxucu xəstəlikdə olduğu kimi, 

protektiv immunitetin formalaşmasını müəyyən edir.

Vaksinlərin yeridilməsi, adətən, postvaksinal immuniteti mü -

şa  yiət edən ümumi və yerli reaksiyaların yaranmasına səbəb olur. 

Reaksiyaların  ifadə  dərəcəsi  preparatdan  və  orqanizmin  fər di 

xüsusiyyətlərindən asılıdır. Vaksinə qarşı reaksiya 1-2 sutkadan 

sonra baş verir, 2-8 sutka qalır, adsorbsiya olunmuş ana toksinlər 

yeridildikdə isə inyeksiya yerində şişkinlik 15-30 sutka saxlanır.

Vaksinə  qarşı  ümumi  reaksiyalar  temperaturun  37,5-38,5

0



həddində  yüksəlməsi,  halsızlıq,  bayılma,  qusma,  konyunktivit, 

bu run-udlaqda  kataral  dəyişikliklər  şəklində  təzahür  edir.  Vak-

si nə qarşı reaksiya, adətən, 10-12 saat sonra əmələ gəlir və 1,5-2 

sutka ərzində saxlanır.

Vaksinlərin  əksəriyyəti  üçün  ümumi  reaksiyaların  tezliyi 

7%-dən  yüksək  olmamılıdr,  ümumi  güclü  reaksiyalar  qızılca 

vaksinində 4%-dən, AGDT – 1%-dən yüksək olduqda işlə dil mə-

sinə icazə verilir.

Vaksinə  qarşı  qeyri-adi  güclü  reaksiyaların  yaranması  da 

m üm kündür. Onlar xüsusi müalicə tələb edir və peyvənd almış 

şəxslər  göstərişə  əsasən  hospitalizasiya  edilirlər.  Milli  peyvənd 

təqviminə daxil edilmiş profilaktik peyvəndlər və epidemik gös-

tə rişə görə aparılan peyvəndərlə əlaqədar baş verən postvak sinal 

ağırlaşmalar profilaktik peyvəndlər nəticəsində əhalinin sağlam-

lıq vəziyyətinin ağır və davamlı pozulmasına səbəb olur.

Əlavə  reaksiyalardan  fərqli  olaraq,  vaksinasiyanın  ağırlaş-

masına  çox  nadir  hallarda  rast  gəlinir.  Qızılca  vaksininə  qarşı 

yara nan  ağır  fəsadlaşma  –  ensefalit  5-10  milyon  peyvənddən 

birində,  yayılmış  BÇJ-infeksiya  (BÇJ  vaksinin  düzgün  yeridil-

mə məsi nəticəsində əmələ gələn) 1 mln peyvənddən birində, vak-

si nasso siasiyalı  poliomielit  –  1,  1,5  milyon  yeridilmiş  dozadan 

birində təsadüf edir.



256

Yerli ağırlaşmalara diametri 3 sm-dən böyük olan və oynaq-

dan kənara çıxan şişkinlik; inyeksiya yerində irinli (vaksi nasiya 

qaydaları  pozulduqda)  və  “steril”  (BÇJ-nin  düzgün  yeridil mə-

məsi) iltihab aiddir.

Ümumi ağırlaşmalar qrupunu təşkil edir:

• temperaturun  40

0

C-dən  çox  artması  və  intoksikasiya  ilə 



müşayiət olunan son dərəcə güclü ümumi reaksiyalar; MSS-nin 

zədələnməsi ilə gedən ağırlaşmalar (davamlı, kəskin uşaq ağla-

ması, qıcolmalar, ensefalopatiyalar, postvaksinal seroz meningit);

• vaksin mikroorqanizmi nəticəsində yayılmış infeksiya;

• müxtəlif  orqanların  (böyrəklərin,  oynaqların,  ürəyin,  mədə-

bağırsaq yolunun və s.) zədələnməsi;

•  yerli (Kvinke ödemi) və ümumi xarakterli (allergik səpgilər, 

boğaz  ağrısı,  təngnəfəslik,  müvəqqəti  yüksək  qanaxma,  toksik-

allergik vəziyyət, ürəkgetmə, anafilaktik şok).

Anafilaktik  şok  son  dərəcə  nadir  ağırlaşma  sayılsa  da,  onu 

istənilən  vaksin  törədə  bilər. Ağırlaşmalar,  adətən,  peyvənddən 

son ra ilk 30 dəqiqə müddətində inkişaf edir və reanimasiya təd-

bir ləri  tələb  edir.  Uşaqlarda  anafilaksiyanın  analoqu  kollaps 

sa yı  lır. Bədən temperaturu artmadan baş verən qıcolmalar A GDT 

vaksinasiyası zamanı rast gəlinir. Febril qıcolmalardan fərqli ola-

raq, onlar beynin müəyyən sahələrinin və beyin qişalarının vak-

sin  antigenləri  ilə  qıcıqlanması  və  ya  onlara  qarşı  reaksiyanın 

yaran ması ilə bağlıdır.

Seroz meningit – 10 min peyvənddən birində rast gəlinir, q ı-

zıl ca və epidemik parotitə qarşı vaksinasiya zamanı inkişaf edir. 

Vaksin  virusları  ilə  beyin  qişalarının  qıcıqlanması  nəti cə sin də 

baş verir. Baş ağrıları, digər nevroloji simptomlarla təza hür edir, 

ağırlaşmalar vermədən keçib-gedir.

Ağır fəsadların olması vaksinasiyalara qarşı əks-göstəriş lərin 

işlənib hazırlanmasına ehtiyac yaratdı. Əks-göstərişlər bölünür:

•həqiqi –  vaksinlərə  dair  təlimatlarda  sadalanan  əks-göstə-

rişlərdir, onlar, adətən, vaksinin müəyyən komponenti tərə findən 

törədilir (AGDT vaksinində göyöskürək komponenti);


257

•yalançı– həqiqətdə onlar yoxdurlar, ancaq həkimlər və pasi-

yentlər  tərəfindən  yaranmış  və  müəyyən  mülahizələr  əsa sın da 

vaksinasiyadan yayınmaq üçün verilmişdir – məsələn, peri natal 

ensefalopatiya;



• mütləq – mütləq  qüvvəyə  malik  əks-göstərişlər,  bu  zaman 

həmin peyvənd heç bir şəraitdə yeridilmir;



• nisbi – həqiqi  əks-göstərişlər  olub,  onun  yeridilməsi  haq-

qında son qərar bir sıra amillərin – epidemiyaların yaxınlaşması, 

infek siya mənbəyi ilə təmas ehtimalının dərəcəsi əsasında həkim 

tərəfindən verilir;



•müvəqqəti–əks-göstərişlər həmin anda var, lakin müəyyən 

müddət  keçdikdən  sonra  o,  götürülə  bilər  (məsələn,  KRVİ  za -

ma nı  peyvənd  edilmir,  ancaq  sağaldıqdan  sonra  peyvəndlərə 

icazə verilir);



•daimi– bu zaman hətta müəyyən müddət keçidikdən sonra 

belə əks-göstərişlər götürülmür (məsələn, birincili immun defisit 

zamanı);

• ümumi – bütün  peyvəndlər  üçün  ümumi  sayılır:  məsələn, 

temperaturun  yüksəlməsi  ilə  müşayiət  edilən  kəskin  infek si ya-

ların  olması,  xronik  xəstəliyin  ağırlaşması  və  ya  kəskin  xəs tə-

lənmə;


•xüsusi – yalnız  həmin  peyvəndə  və  ya  konkret  vaksinə  aid 

olan, lakin digərlərinə aid olmayan əks-göstərişlər (hamiləlik – 

diri  vaksinlərlə,  məsələn,  məxmərək,  sarı  qızdırma  üçün  əks-

gös tərişdir,  ancaq  inaktivasiya  olunmuş  preparatlarla  –  qrip,  B 

hepa titinə qarşı vaksinasiya edilə bilər). 

Profilaktik vaksinlərin yaradılması idarə olunan infeksiya ların 

ləğv edilməsi məsələsini real etmişdir. İdarə olunan infek siyalar – 

kütləvi tətbiq olunan, uzunmüddətli və davamlı immunitet yara-

dan, vaksinlərlə xəstələnmə səviyyəsi azaldılan x əs tə liklərdir. La -

kin immunprofilaktika vasitəsilə xəstəliklərin ləğv edilməsi yal  nız 

o infeksiyalarda mümkündür ki, törədicisi ancaq insandan insana 

ötürülür, yəni antroponozdur və ətraf mühitdə rezervuarı yoxdur. 

İnfeksiyanın ləğv edilməsinin ikinci mühüm cəhəti – törədicinin 

mutasiya qabiliyyətinə malik olmamasıdır, həmçinin vaksinasiya 

olunmuş şəxslərdə xəstəliyin silinmiş formalarının və simptom-


258

suz  törədicigəzdirənliyin  olmaması  da  mühüm  əhəmiyyət  kəsb 

edir.

Xəstəliyin  ləğv  edilməsi  qlobal  xarakter  daşıdığı  üçün  işlə-



dilən  vaksin  immunlaşdırma  proqramını  maliyyələşdirən  və  ya 

i n kişaf  etməkdə  olan  ölkələr  üçün  münasib  və  deməli,  ucuz 

ol malıdır.

1980-ci ildə ləğv edilmiş təbii çiçəkdən və likvidasiyası artıq 

başa çatdırılmaq üzrə olan poliomielitdən başqa, hazırda qızılca, 

məxmərək, epidemik parotit, B hepatiti, sarı qızdırma və B tip 

hemofil infeksiyanın ləğvi məsələsi gündəmdədir.

“Likvidasiya” termini yenidoğulmuşların tetanusuna münasi-

bət də işlədilir ki, bu da mamalıq xidməti aşağı səviyyəyə malik 

inkişaf etməkdə olan ölkələrdə hamilə qadınların immun laş dı rıl-

ması ilə həyata keçirilir, lakin bu zaman törədicinin ləğv edil mə-

sin dən söhbət getmir.

Qızılcanın  ləğv  edilməsi  ilə  bağlı  məhdudiyyətlər  ölkələrin 

əksəriyyəti üçün ləğvetmə proqramının yüksək dəyəri, həmçinin 

xəstələnmənin  heçə  endirilməsi  üçün  əlavə  xərclərin  edilməsi 

zərurəti ilə şərtlənmişdir.

2010-cu ildən sonra növbədə məxmərək və epidemik paroti-

tin ləğv edilməsi məsələsi durur ki, onlara qarşı vaksinasiya q ı-

zıl ca vaksini ilə birgə trivaksinin vasitəsilə aparılır.

İmmunlaşdırma proqramlarının əksəriyyətində əsas diqqət ob -

yekti uşaqlar olmasına baxmayaraq, hazırda yüksək risk qrupuna 

daxil  olan  yeniyetmələrə  və  cavan  şəxslərə  böyük  fikir  ve rilir. 

Ahıl şəxslər üçün mövcud vaksinlər içərisində daha faydalısı qrip 

və pnevmokok vaksini sayılır, onların tətbiq edilməsi ağırlaşma 

riski və ölüm göstəricisini azaldır.


259


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin