Qamazid yarımfəsiləsinə aid gənələr
Bu yarımfəsiləyə yer kürəsinin bütün qitələrində yayılmış
çoxlu (20 fəsilədən çox) kiçik gənələr aiddir. Çoxları sərbəst y a-
şa yan növlərə aid (çox zaman yırtıcı) olub, torpaqda, meşədə,
yarpaq örtüyü altında, həşəratların və onurğalıların yuvalarında
yaşayırlar. Bəzi fəsilədə elə növlər var ki, həşəratlar, sürünənlər,
quşlar və məməlilər (gəmirici həşəratyeyən, kiçik yırtıcı) üzə-
rində parazit həyat keçirirlər. Bəzi növlərinə arabir insan yaşa-
yan yerlərdə rast gəlinir. Sinantrop növlərin (siçovul gənə ləri və
s.) kütləvi şəkildə insanlara hücumu məlumdur. Onların dişlədiyi
yerdə dermatit əmələ gəlir.
Qamazidlərin artma qabiliyyəti zəifdir. Adətən, dişilər bir və
ya bir neçə yumurta qoyur. Onların aşağı artım qabiliyyəti bio-
loji inkişaf dövrünün tezliyi ilə bərpa olunur. Bunun nəticəsində
əlverişli şəraitdə gənə populyasiyasının miqdarı tez artır.
Qamazidlərin epidemioloji əhəmiyyəti tam öyrənilməmişdir.
Bir çox növləri müxtəlif törədicilərin təbii keçiriciləridir (gənə və
yapon ensefaliti, San-Lui ensefaliti, at ensefaliti, infeksion nef-
rozo nefrit, ornitoz, çiçəyəbənzər rikketsioz, Kü-qızdırması, Asiya
gənə səpgili yatalağı, tulyaremiya, taun və s.). Bu, bəzi xəs-
təliklərin təbii ocaqlarında onların iştirak etdiyini göstərir. Ən çox
epidemioloji əhəmiyyətə malik olanlara siçovul gənəsi (Ornit-
honyssuc bacoti), Şimali quş gənəsi (D.silvarum), toyuq gənəsi
(Dermanyssus gallinae) və rikketsioz gənəsi (Allodermanyssus
sanguineus) aiddir.
200
Siçovul gənəsi dünyanın bütün ölkələrində aşkar edilir. S i-
nantrop gəmiricilərin parazitləridir. Siçovul və siçanların y u va -
larında, insanların iş və yaşayış yerlərində, xüsusilə isti yerlərdə
yaşayır. İl boyu küllü miqdarda artaraq qeyd edilən yerlərdə
sahiblərini güdür. İnsanlara hücum edərək kəskin dermatitə s ə-
bəb olur. Endemik siçovul rikketsiozunun, epidemik səpgili y a-
ta lağın və çiçəyəbənzər rikketsiozun keçiricisi kimi m ə lumdur.
Gəmiricilər arasında taunun keçirilməsində rol oynayır. Rikket-
sioz gənəsi gəmiricilərin parazitidir (siçovul, siçan, çöl siçanı və
s.). İnsanların yaşayış yerlərində qeyd edilir və onlara hücum
edir, çiçəyəbənzər rikketsiozun keçiricisidir.
Azərbaycan ərazisində 150-dən çox növ qamazid gənələri
aşkar edilmişdir və respublikanın bütün təbii zonalarında yayıl-
mışdır. Onların 62 növü gəmiricilər, quşlar, yarasalar və sürü-
nənlər üzərində parazit həyat sürürlər. Bu gənələrin erizepeloid,
tulyaremiya və taunun təbii ocaqlarında spontan yoluxmaları
müəyyən edilmişdir. Eksperimental şəraitdə Hl.glasgovi,Hl.lon-
gipes, E.stabularis, Hg.nidi, L.hilaries, Hi.isabellinus gənə lə ri-
nin qara yara çöpləri, erizopeloid, tulyaremiya bakteriyaları ilə
asanlıqla yoluxaraq bu törədiciləri özündə 10-14 gün saxladıq-
ları müəyyən edilmişdir. Çox güman ki, bu növ qamazid gənə lə-
rinin də respublikada erizepeloid, tulyaremiya və taun təbii o c aq -
larında spontan yoluxması baş verir.
Arqazid gənələr (Argasidae)
Arqazidlər sığınacaq gənələrinə aiddirlər. Onlar məməlilər və
quşların yuvalarında, insan yaşayan yerlərdə və yardımçı təsər rü-
fat binalarında yaşayırlar.
Bioloji sikli 6-8 inkişaf mərhələsindən ibarət olub 5-9 aydan
2-5 ilə qədər davam edə bilər. 10-11 il ac qala bilirlər. İnsana və
hey vanlara gecə hücum edir və ağrı törətmədən 30 dəqiqə ər zin də
qan sorurlar. Qışda gec-gec qidalanırlar. Dişlədiyi yerdə xarakte-
rik hemorragik papula əmələ gəlir və bir neçə gündən bir neçə
həftəyə qədər davam edən şiddətli qaşınma verir. Yoluxmuş
gənələr törədicini ilk dəqiqələrdən resipientə keçirə bilərlər.
201
Arqazidlər gənə qayıdan yatalağının (gənə rikketsiozları)
törədicisinin spesifik keçiricisi və sabit gəzdiriciləridir. Xəstə li-
yin törədiciləri Bor.sogdianum, Bor.duttoni və bir çox başqaları
gənə lərin simbiontudur, ömrü boyu onların orqanizmində artır,
inkişafının bütün mərhələlərində transovarial üsulla nəsildən-n ə-
silə keçirlər. Bir çox növləri həvəslə insanlara hücum edirlər,
diş ləmələri ağrısız olub çox çəkmir. Bunlar insanlara qayıdan
yatalaq törədicilərini yoluxdururlar. Bu gənələrdən:
Ornithodorospapillipes – arqazidlərin tipik nümayəndəsidir.
Tünd boz rəngdə böyük gənədir (dişisi 8,5 mm-ə, erkəyi 5,9 mm
qədərdir). MDB-nin Orta Asiya respublikalarında, İranda,
Hindis tan da yayılmışdır. Atlara, inəklərə, keçilərə, donuzlara,
çaq qallara, itlə rə, sünbülqıranlara, ərəb dovşanlarına, çöl siçan-
larına, ev siçanlarına və siçovullarına hücum edirlər. Quşlar üzə-
rində qidalanırlar, həvəslə insanlara hücum edir. İnsan yaşayan
b i nalarda, heyvan saxlanılan həyətlərin palçıq divarlarında, töv-
lə lərdə yaşayır. Təbiətdə mağara larda, tirəndazlar, kirpilər, qum
siçanları, siçovullar, yarasalar, siçanlar və başqa məmə li lərin və
göycə qarğanın yuvalarında qeyd olunur. O, gənə qayıdan yata-
lağın keçiricisidir. Gənələr inkişafının bütün mərhə lələ rində oxlu
kirpilər, qum siçanları, siçovullar və başqa h ey van larla qida la nar-
kən yoluxurlar. Törədici bütün inkişaf mərhələlərində saxlanılır
və transovarial yolla nəsildən-nəsilə keçir.
Beləliklə, spiroxeta gənə orqanizmində onun iki və daha çox
nəsli boyu qalır. Gənə hətta 13 il ac qalandan sonra yoluxdur-
maq imkanını itirmir. Qan sorduqdan sonra 30-40 dəqiqə ərzində
doyur. Dişləmə zamanı tüpürcəyi vasitəsilə 1-1,5 dəqiqə müd də-
tində törədicini donora verir. Gənənin dişləməsi ağrısızdır, t ü-
pür cəyində keyləşdirici maddə var. Sərbəst yerdəyişməyə q a dir
deyildir, sahib üzərində tam doyması (3-5 -dən 30-50 dəqi qəyə
qədər) passiv miqrasiyaya kömək etmir, ona görə də gənə spiro-
xetozunun ocağı çox vaxt dəqiq əraziyə malikdir (otaq, sarayın
bir hissəsi və s.). Bu gənələr Kü, Marsel, Qərbi Nil qızdırması,
gənə səpgili yatalağı, çikunqun qızdırması, Kyazanur meşə xəs-
tə liyi törədicilərinin gəzdiriciləridir.
Azərbaycan Respublikasında tapılmış 17 növ arqazid gənələ-
rindən 9 növü müxtəlif təbii zonalarda aşkar edilmişdir. Onlardan
202
A.perricus və O.alactagalis-dən Kü-qızdırmasının, O.capensis-
dən Qərbi Nil, Bakı, Xəzər, O.verricosus və O.alactagalis-dən
gənə qa yıdan yatalağının, O.Alactagalis-dən taunun törədiciləri
əldə edil mişdir. Təcrübələr göstərdi ki, gənələrin orqanizmi orni-
toz törədi ciləri üçün əlverişli şəraitdir və onlar 6 ay müddətində
gənələrin orqanizmində sağ qalır.
Qırmızıbədən gənələr
Bu gənələrin müasir sistematikası sürfələrin quruluşuna əsas-
lanır. Trombicula akamushi gənələri Susuqamuşi qızdırmasının
keçiricisidir, başqa növ gənələrin sürfələrindən Kü- qız dır ma sı,
siçovul yatalağı, hemorragik nefrozo-nefrit, xlamidiya törə di ci-
ləri alınmışdır, dişlədikdə dermatit törədir.
İnkişaf dövrləri: yumurta, sürfə, sürfə-pup, nimfa-pup, yetkin
gənə. Yetkin gənələr və nimfalar sərbəst yaşayan parazitlərdir,
torpaqda yaşayırlar. Sürfələr məməlilər, quşlar və sürünənlərin
müvəqqəti parazitləridirlər. Bəzi növləri insan və heyvanlara h ü-
cum edərək iki günlüyə yapışıb qan sorurlar. MDB-də 6 növ qır-
mızıbədən gənələr Primorsk vilayətində Susuqamuşi xəstə li yi nin
gəzdiricisi kimi müəyyən edilmişdir. Azərbaycanda bütün təbii
zonalarda yayılmışdır.
Birələr
Birələr həşəratlar – İnsecta sinfinə, Aphaniptera və ya Suc-
toria dəstəsinə aiddir. Onlar təkamül prosesində hematofaqa
çevrilmiş sərbəst parazit həşəratlar qrupunu təşkil edirlər. Birələr
müxtəlif bakteriyalar, viruslar, helmintlər və ibtidailərin aralıq
sahibləri olub, bir çox xəstəliklərin epidemiologiyasında mühüm
rol oynayırlar. Hazırda dünyada mindən çox birə növü məlum-
dur, onlardan 500-ə qədəri MDB-də tapılmışdır. Ölkəmizin c ə-
nu bunda birələrin çoxlu növü aşkar edilmişdir. Azərbaycanda
80-dən çox birə növü məlumdur, onlar müxtəlif təbii şəraitdə
müxtəlif növ məməlilər, quşlar və başqa heyvanların üzərində və
yuvalarında yaşayırlar.
203
Birələr tam metamorfozla inkişaf dövrü keçirirlər – yumurta,
üç sürfə mərhələsi, pup, imaqo. Bu dövrlər xarici mühit şəra iti n-
dən asılı olaraq 2-3 həftədən bir ilə qədər, bəzən isə çox çəkir.
Əksər birə növlərinin inkişafı üçün ən yüksək hərarət +27ºC-dir.
Bundan yüksək hərarət aşağı rütubətdə birələrə öldürücü təsir
göstərir. Sürfələr yetkin birələrin möhtəviyyatı və çürümüş üzvi
maddələrlə qidalanırlar. Puplar qidalanmır. Yetkin birələr ancaq
qan ilə qidalanır və o qədər sorurlar ki, bu zaman anusundan qan
xaric olur. Qansormadan 18 ay sonra ac qala bilirlər. Öz sahibinə
adaptasiyası nisbidir. Əlverişsiz şəraitdə, məsələn, gəmiricilərin
kütləvi ölümü zamanı başqa növ heyvanlara keçirlər ki, bu da
taunun təbii-çöl ocaqlarından yaşayış yerlərinə (kəndlərə) yayıl-
masına səbəb olur. Müxtəlif növ birə lə rin mövsümi inkişaf a r-
tı mı müxtəlifdir, o, yaz, yay və pa yız f ə sil lərində qeyd edilir. B i-
rə lərin əksəriyyəti üçün payız inki şaf artımı səciyyəvidir.
Birələr sahibləri və stasiyalarına görə aşağıdakı qruplara
bölünür: İnsan və heyvan birələri, it birələri, pişik birələri, s i-
nan trop gəmiricilərin birələri, vəhşi gəmiricilərin birələri. Bun-
dan əlavə, həşəratyeyənlər, yırtıcılar, yarasalar və quş birələri də
m ə lumdur. Fəsillərdən asılı olaraq, birələrin fəallığı müxtəlif o l-
duğundan onlar qış və yay birələri adlanırlar.
Taunun gəmiricilər arasında epizootiyası zamanı və insanlara
onun keçirilməsində birələrin böyük rolu vardır. Taun törə dici-
sinin yayılması ancaq yetkin birələr vasitəsilə həyata keçir. Bak-
teriyalar xəstə heyvanın qanı ilə birənin mədəönü hissəsinə daxil
olur, orada inkişaf edərək tıxac əmələ gətirib mədənin yolunu
bağlayır. Belə birələr növbəti qan sorarkən mikrob kütləsindən
ibarət tıxacın bir hissəsini əridir, mədəyə yol olmadığından diş-
ləmə zamanı dəridə əmələ gələn yaraya qayıdır (qusma zamanı).
Taun keçiricisi kimi dağ siçanı, qum siçanı, siçovulların,
qum siçanlarının üzərində və yuvalarında yaşayan birələrin (cer.
tesquorum,cer.fasciatus,Or.silantievi,Len.cheopis,Xen.confor-
mis və s.) əhəmiyyəti böyükdür.
Azərbaycanda 1953–1960 illərdəki taun epizootiyası Abşe-
ronu, şimali Abşeronun dənizkənarı sahəsini, Bozçöl, Qarabağ
və Cey ranbatan çöllərini əhatə etmişdi. Epizootiyada 7 növ birə
204
(X.conformis,c.consimilis,c.laeviceps,M.apsheronica,ct.secun-
dus və s.) iştirak etmişdi. Birələrin müayinəsi nəticəsində, onlar-
dan taun bakteriyalarının 303 ştamı əldə edilmişdir ki, onların
55,1%-i daha çox qırmızıquyruq siçanlarda təsadüf edilən birə-
lər dən alınmışdır.
1962-ci ildə Naxçıvan MR-nın Şahbuz rayonunun Batabat
yaylağında əsasən adi dağ siçanları arasında olmuş taun epizoo-
tiyası zamanı meşə süleysini, meşə siçanı, adi çöl siçanı, su siço-
vulu, Tr.elata caucasica və Ct.wladimiri birələrindən taun
törədicisinin 52 ştamı alındı, 1963-cü ilin fevralında isə Naxçı-
van və Culfa rayonlarının dağətəyi ərazisində X.conformis, X.
iranus, Rh.cedestis, St.insperata birələrindən 11 ştam əldə
edil di. Birələr tulyaremiya törədicisinin əsas keçiricisi deyildir.
Lakin bəzi növləri, məsələn: j.penicilliger 99 gün, ct.assmiles
150 gün tulyaremiya bakteriya larını özündə saxlamaq qabiliy yə-
ti nə malikdir. Aparılan təcrübələr göstərmişdir ki, St.insperata,
Ct.wladimiri, Xen.conformis, Cer.consimilis birə ləri xəstə V i-
noq radov qum siçanı və adi çöl siçanının qanını so rar kən tulya-
remiya bakteriyaları ilə yoluxurlar. Ct.wladimiri birəsi törədicini
102 günə kimi özündə saxlayır.
Birələr siçovul səpgili yatalağının da epizootiyasında fəal i ş-
ti rak edirlər. Siçovul birəsi X.cheopis-in bədənində Muzer rik-
ketsiaları 52 gün virulent halda yaşayaraq artırlar. Taundan fərqli
olaraq, bu zaman yoluxmuş birələr məhv olmur. Qeyd etdiyimiz
xəstəliklərdən başqa, birələr psevdovərəm, bruselyoz, qarayara,
cüzam, erizipeloid törədicilərini də keçirmək qabiliyyətinə m a-
likdir. Azərbaycanda müayinə olunan X.conformis, Ct.wladimiri,
Fr.elata caucasica və s. birələrin bir çox başqa növlərindən eri-
zepeloid bakteriyaları əldə edilmişdir.
205
Ağcaqanadlar
Ağcaqanadlar həşəratlar (İnsecta) sinifinə, ikiqanadlılar
( D ip tera) dəstəsinə, uzunbuğlular (Nematocera) yarımdəstəsinə,
A ğ caqanadlar (Cilcidae) fəsiləsinə, qansoranlar (Culicinae) y a-
rım fəsiləsinə aiddir.
Tundradan tutmuş səhralara qədər yayılmışdır. Bəzi yerlərdə
xüsusilə çox yayıldığından kütləvi hücum edərək insanların nor-
mal iş fəaliyyətini pozurlar. Şimal rayonlarında ağcaqanadların
Aedes cinsi, cənuba getdikcə culex və Anopheles cinsi yayılır.
Malyariyanın yayılmasında Anopheles cinsi ağcaqanadları
işti rak edir. MDB ərazisində Anopheles cinsinə aid 19 növ müəy-
yən edil mişdir. Bunlardan An.maculipennis daha geniş yayılmış-
dır. Ölkəmiz də şimaldan cənuba qədər geniş ərazini əha tə edir.
Bu ağcaqanadın müxtəlif coğrafi şəraitdə yayılmış 7 yarımnövü
vardır. Şimalda MDB-nin orta ərazisində, Sibirdə, Volqa ətra fında
yayılmışdır və aşağı temperatura davamlıdır. An.maculipennis
sacharowi cənub yarım növüdür. O, Orta Asiyada, Zaqafqaziyada
yayılmışdır. Bundan başqa, həmin ərazidə və Qafqazda An.ma-
culipennismac. və mac.subalpinus yarım növləri də aşkar edilir.
Orta Asiya və Zaqafqaziyada yayın ikinci yarısında və p a-
yızda malyariyanın yayılmasında An.pulcherrimus başlıca rol
oynayır. Di gər növlərin – An.hyrcanus, An.bifurcatus və An.
plumbeus – malya ri ya yoluxdurucuları kimi əhəmiyyəti azdır.
Azərbaycanda Anopheles-in 9 növü məlumdur. Onlardan An.
maculipennis və An.hyrcanus malyariyanın yayılmasında mü -
hüm rol oynayır. An.maculipennis respublikanın bütün zonala-
rında yayılmışdır. Onun sürfələri yaşayış yerlərində və ya ona
y a xın yerlərdə kiçik su gölməçələrində inkişaf edir. An.hyrcanus
isə öz inkişafı üçün ot basmış daimi su mənbə lə rini seçir. Bun-
larla yanaşı, Azərbaycanın müxtəlif ərazilərində 5 növ Aedes, 4
növ culiseta cinsinə, hərəsindən bir növ LivanotaeniaMansonia
və Orthopodomiya nəsillərinə aid ağcaqanadlar yayılmışdır.
Ağcaqanadların tulyaremiya ocaqlarında şiddətli epizootiya-
lar zamanı xəstəlik törədiciləri ilə yoluxması aşkar edilmişdir
(Aedescinereus,A.caspius və s.). Ağcaqanadlar xəstə gəmiri ci-
lərdən tulya re miya bakteriyalarını alıb sağlam gəmiricilərə və
206
i n sanlara keçi rir lər. Təcrübədə ağcaqanadların bəzi növlərinin
tul yaremiya bakte riyalarını 12 (A.caspius), 24 (culex apicalis),
43-50 (A.maculipennis) gün saxladığı müəyyən edilmişdir.
Müxtəlif növ ağcaqanadlar bir çox virus xəstəliklərinin (a r bo-
vi ruslar): Venesuela ensefalomieliti, Şərqi ensefalomielit, Qər bi
ense falomielit, Mayoro, Onyonq, cindbis, Çukunquniya, Banzi,
Ves selsbron, Denqe, sarı qızdırma, Qərbi Nil, Zika, İleus, Kun-
cin, Omsk hemorragik qızdırması, Spondveni, Mürrey dərə si e n-
sefaliti, Sanlui ensefaliti, Yapon ensefaliti, Aney, Qua ma, Ka tu,
Oronuş, Kemerov, Krım hemorragik qızdırması və s. (yüzdən ç ox)
təbii ocaqlarında keçirici rolunu oynayırlar.
Ağcaqanadlardan Aedes togoi, Aedescaspius, culextritaeni-
arhynchus, c.pipiens və başqaları yapon ensefalitinin keçi rici-
ləri dir. MDB ərazisində cənubi Primoriyada yapon ense fa li tinin
təbii ocaqları tapılmışdır. Bu ərazidə ağcaqanadlar ev hey van ları
olmadıqda çox vaxt quşların qanını sorurlar.
Ağcaqanadlar Amerika və Afrika qitələrində geniş yayılmış
sarı qızdırmanın keçiriciləridir. Cənubi Amerikada, Mərkəzi
Ameri kada Haemagogus ağcaqanadları bu xəstəliyin təbii ocaq-
larında keçirici kimi iştirak edirlər. Mərkəzi Amerikanın tropik
meşələrində meymunlar arasında sarı qızdırmanı A.africanus,
insanlar arasında isə A.aegypti yayır. Amerika və Afrikanın tro-
pik zonasında yerləşən şəhərlərdə sarı qızdırmanın ikincili antro-
purgik ocaqları yarana bilər və bu zaman A.aegypti keçirici r o-
lu nu oynayır. Belə ocaqlarda yeganə infeksiya mənbəyi
i n san lardır. Ağcaqanadlar xəstə insan üzərində qidalanandan 12
gün sonra törədicini keçirməyə qadir olur və onu ömrü boyu o r-
qa nizmində saxlayırlar.
Azərbaycanda Qızılağac qoruğundakı An.hyrcanus ağcaqa-
nadlarından Takinya virusu və Sabirabad rayonunda yerləşən
Sarısu gölündə A.vexanus-dan isə Qərbi Nil qızdırmasının v i-
rusu əldə edilmişdir. Aparılan müayinələr zamanı insanların qan
zərdabında bu viruslara qarşı əkscisimlərin olması müəyyən
edilmişdir.
Ağcaqanadların ekoloji və bioloji morfologiyası. Ağcaqanad-
ların bədəni 3 hissədən ibarətdir: baş, döş və qarın. Başda gözlər,
207
bığlar və xortumcuq yerləşir. Xortumcuq ağız apa ra tı dır, dişi-
lər də o, sorucu-deşici tipdədir, erkəklərdə zəif inkişaf et miş dir.
Ona görə də dişilər asanlıqla insan və heyvanların dərisini deşib
qan sorur, erkəklər isə bitkilərin şirəsi ilə qidalanırlar. Bığlar
qo xu hissiyyatı və hava axınını duymaq üçündür. Dişilərdə bığlar
qısa, er kəklərdə isə uzun tükcüklərlə örtülüdür. Dişi anofelesin
ləmsələrinin uzunluğu xortumuna bərabərdir. Başqa ağcaqanad-
larda onlar qısadır (2/3). Bu, vacib fərqləndirici əlamətdir. E r-
kəklərdə buynuzcuqların uzunluğu xortumuna bərabərdir və ucu
genişlənmiş olur.
Döşünə 3 cüt ayaq və bir cüt uzunsov damarlı qanad birləş-
mişdir. Döşün arxa hissəsi qalxanla örtülmüşdür, onun quruluşu
fərqləndirici əlamətdir. Anofeles ağcaqanadlarında qalxanvari
örtük bütövdür, qalanlarında isə pərlərə ayrılıb. Dişinin qarnı 8
seq mentə bölünmüşdür, qarnın qurtaracağında tənasül üzvləri
yerləşir. Erkəyin axırıncı seqmenti hipapiqiydir. Onun quruluşu
erkəkləri təyin etmək üçün fərqləndirici əlamətdir.
Erkəklərin ömrü 1-1,5 ay, dişilərin isə 2-2,5 aydır. Payız nəs-
linin həyatı 2 hissədən ibarətdir: 1. Qış diapauzası – bu vaxt
onlar qışlamada olurlar (zirzəmidə, tərəvəz saxlanan yerdə, ağa-
ların oyuqlarında və s.); 2. Fəal uçuş diapauzası – o, hərarət
15ºC-dən yuxarı qalxdıqda başlayır. Ağcaqanad qidalanmaq
üçün sahib axtarır, qan sorur və suda yumurta qoyur, bu yumur-
tadan sürfə, sürfədən pup, pupdan isə qanadlı ağcaqanadlar əmə-
lə gəlir. Beləliklə, ağcaqanadlar inkişafının müəyyən dövrünü
(yumurta, sürfə, pup) suda, digər dövrünü (qanadlı forması –
imaqo) havada və quruda keçirirlər.
Ağcaqanad cinslərinin təyini zamanı onların səthlərdə otu-
ruş larının vəziyyəti böyük rol oynayır. Adətən, Anofeles sət hə
45ºC bucaq altında oturur. Digər ağcaqanadlar isə səthə paralel
otururlar. Malyariya ağcaqanadlarının qanadlarında tünd və ya
açıq ləkələr olur.
Malyariya ağcaqanadlarının inkişafı üçün bitkilərlə zəngin
dur ğun və ya ləng axan gölməçələr əlverişlidir. Bitkilər sürfələri
küləkdən qoruyur və onun qidalanması üçün lazım olan mikroor-
qanizmlərin inkişafına kömək edir. Sürfələrin inkişafı üçün çay-
208
ların subasarları ən yaxşı mühitdir. Ağcaqanadlar bataqlıqlarda,
göllərdə və müxtəlif süni su tutarlarında yaxşı çoxalırlar.
Mayalandıqdan sonra dişilər qidalanmaq üçün yaşayış mən-
tə qələrinə uçur, insanların və heyvanların qanını sormaq üçün
o n lara hücum edirlər. Ağcaqanadlar öz yerindən 3 km-ə qədər
uzaq məsa fəyə uça bilirlər. Qansormadan sonra ağcaqanadlar
yumurtalar yeti şənə qədər binalarda qalırlar. Yumurtaların yetiş-
məsi ətraf mühitin temperaturundan sıx asılıdır və bu proses
qanın həzm olunması ilə eyni vaxtda gedir. Yumurtalar yeti şən-
dən sonra dişilər gölməçələrə uçub orada yumurta qoyurlar. Mal -
yariya ağcaqanadları xəstəliyin yoluxması baş verəcək fəsil ə r-
zində bir neçə dəfə (3-6) qan soraraq yumurta qoyurlar.
Qansorma ilə yumurta qoyma arasındakı prosesə qonotrofik dövr
deyilir.
Payızda mayalanmış dişi ağcaqanadlar qışlayırlar. Qışlama
üçün zirzəmi, tavan, dam, qeyri-yaşayış binalarından istifadə
edirlər. Belə ağcaqanadların yumurtalığı inkişaf etmir, piylənmə
baş verir. İsti günlər başlayan kimi qan sormaq üçün yenidən
axtarışa baş layırlar.
Yumurta qoyulduqdan 2-3 gün sonra onlardan əlverişli şəra-
itdə sürfələr çıxır. Bunlar suda ikinci, üçüncü və dördüncü yetiş-
kənlik dövrünü keçirirlər. Sürfələrin baş, döş və qarıncıq hissəsi
müəyyən edilir: qarıncıq 9 seqmentdən ibarətdir. Anofeles sür fə-
ləri qarıncığın 8-ci seqmentindəki tənəffüs dəliyi ilə suyun sət-
hinə paralel yerləşir və nəfəs alırlar. Başqa ağcaqanadların sür-
fələri bucaq əmələ gətirərək suyun səthindən asılı vəziyyətdə
qalırlar. Onlarda həmin seqmentdə tənəffüs dəliyi əvəzinə boru
şəklində çıxıntısı – sifonu olur, onu su səthinə yaxınlaşdırıb
tənəffüs edirlər. Bu əlamətlərə görə malyariya və qeyri-malya-
riya ağcaqanadlarını fərqləndirmək olur. Sürfələr atmosfer h a va sı
ilə nəfəs alır, ona görə vaxtının çoxunu su üzərində keçi rirlər, toz
zərrələri kimi kiçik, bitki və heyvan mənşəli qida mad dələri ilə
qidalanırlar.
Sürfənin dördüncü mərhələsində pupa çevrilirlər. Pup iki ş ö-
bə dən ibarətdir: 9 seqmentdən ibarət olan ön baş-döş və arxa
gövdə. Baş-döş hissənin belində iki tənəffüs borucuğu yerləşir.
209
Anofelesdə onlar qıf, başqa növlərdə isə silindrik formada olur.
Puplar qidalanmır, onlardan qanadlı ağcaqanadlar çıxır.
Ağcaqanadların su üzərində inkişaf mərhələləri suyun tem-
pe raturundan asılıdır. Bütün yay ərzində şimalda 1-2, orta əra-
zidə 3-5, cənubda isə 10-a qədər inkişaf metamorfozu olur.
Malyariya ilə yoluxmanın vaxtı və ona qarşı tədbirlərin təş-
ki li müxtəlif illərdə nəinki ayrı-ayrı təbii zonalarda, hətta ayrı-
ayrı ra yonlarda belə havanın temperaturundan, ağcaqanadların
miqdarından və yaş səviyyəsindən asılı olaraq müxtəlifdir.
Dostları ilə paylaş: |