Sinantrop gəmiricilər
Sinantrop gəmiricilər (latınca sina–cins, yunanca antropos
– insan) yaşayış məntəqələrində, insanların mənzillərində, yar-
dımçı bi na və tikililərdə (anbar, tövlə və s.) müvəqqəti və ya dai-
mi yaşayan gəmiricilərə deyilir. Sinantrop gəmiricilərin əsas qru-
punu boz və qara siçovul, ev siçanları təşkil edir. İnsanlar və onun
yaşayış yeri, mənzili ilə əlaqə bu siçanların növ x ü su siy yə ti dir.
Boz siçovul və ya anbar siçovulu
(Rattus norvegicus Berk, 1769).
Siçankimilər fəsiləsinin ən böyük nümayəndəsidir. Yetkin
for masının bədən uzunluğu – 270 mm, quyruğun uzunluğu –
190 mm, qulağın – 22 mm, arxa pəncəsinin – 47 mm-dir. Quy-
ruğu bədənindən qısadır. Çəkisi 522 q-a qədərdir. Bədənin üst
hissəsinin xəzi boz-qonur, sarımtıl, alt hissəsi isə bozumtul, bəzən
ağımtıl rəngdə olur. 12-yə qədər əmcəyi vardır.
Boz siçovulun ümumi coğrafi arealı qütb qurşağı və səhra
z o nalarından başqa, demək olar ki, bütün yer kürəsini əhatə edir.
Avrasiya və Şimali-Qərbi Afrikada geniş yayılmışdır. Orta Asiya
175
və qütb rayonlarından başqa, MDB-nin bütün ərazisində qeyd
alınıb.
Zaqafqaziyada dəniz səviyyəsindən təxminən 1800 m-ə qə -
dər yüksəklikdə rast gəlinir. Boz siçovullar ekoloji cəhətdən nis-
bə tən rütubətli sahələrdə yaşamağı üstün tuturlar. Onlar əsasən
y a şayış binalarının zirzəmilərində, anbarlarda, tövlələrdə, arxla-
rın və göllərin kənarında yaşayırlar.
Sinantroplar kimi hər növ qida məhsulu ilə qidalanırlar. İnsa-
nın ərzaq məhsullarını məhv edir və öz ifrazatları (nəcisi) ilə o n-
ları çirkləndirirlər. İl boyu artırlar. Bir dişi siçovul il ərzində orta
hesabla 50-80 bala verir.
Azərbaycanda boz siçovul yarımsəhra və yarımçöl, meşə k ə-
nar larında və dağ meşələri ərazilərində həm yaşayış mən tə qə lə-
rində, həm də vəhşi təbiətdə qeyd edilir. Miqdarca bu siçovullar
ən çox Bakı şəhərində, Lənkəran ovalığında yerləşən yaşayış
məntəqə lə rin də, dəmir yol stansiyalarında, xüsusilə şimal dəmir
yol xətlərində (Xaçmaz, Dəvəçi və s.) rast gəlinir. Obyektlərdə
məskunlaşma 80-100%-dir. Naxçıvan MR-də bir sıra yaşayış
məntəqələrində qeyd edilir. Dəmir yolundan uzaq yerlərdə, m ə-
sələn, Şamxor, Yevlax və Lənkəran ovalığı rayonlarının dağ kənd-
lərində də boz siçovullara rast gəlmək olar.
Təbiətdə Muğan çölünün cənub-şərq hissəsində, Lənkəran
ovalığında, Kürdəmir rayonunda (Şilyan, Qarasu gölləri), Mil-
Qa ra bağ çöllərində və meşələrdə, bataqlıqların, göllərin, su a n-
bar larının və arxların ətrafında yuva salırlar.
Bu gəmiricilər taunun epidemiologiyasında mühüm rol oyna-
yır, xəstəliyə həssas olduqları üçün çox vaxt kəskin forması ilə
xəstələnib məhv olurlar. Bəzi hallarda bu siçanlar arasında xəs-
təlik xronik şəkildə gedərək uzun müddət davam edir. Taun xəs -
təliyi xəstə gəmiricilərin ekzopara zitlə rindən Xenopsillacheopis
və nisbətən az hallarda Pulex irritans birələrinin dişləməsi ilə
insanlara yoluxur.
Boz siçovullar leptospiroz, siçovul rikketsiozu və vezikulyoz
rikketsiozların yoluxmasında əsas infeksiya mənbəyi rolunu
oynayırlar. Siçovul rikketsiozu – gəmiricilərdə yarımkəskin ş ə-
kil də gedir, törədici bir neçə ay orqanizmdə saxlanılır. Xəstəlik
176
siçovulların birələri, qamazid gənələri vasitəsilə transmissiv yol-
la yayılır. Vezikulyoz rikketsioz – transmissiv yolla yayılır. Xəs-
tə liyin əsas keciricisi qamazid gənələridir.
Boz siçovullar trixinellyozun epidemiologiyasında da böyük
rol oynayır. Siçovulların trixinellalarla yoluxması vəhşi heyvan-
ların və xüsusən donuzların cəmdəklərini yeyərkən baş verir. Ö l-
müş (bəlkə də, trixinellyozdan) siçovullar donuzlar üçün, donuz-
lar isə insanlar üçün trixinellyozun infeksiya mənbəyinə çevrilir.
Azərbaycanda boz siçovullarda Kü-qızdırması, siçovul rik-
ketsiozu, leptospiroz, listerioz və erizepeloidin törədiciləri aşkar
edilmişdir.
Qara siçovul ( Rattus rattus Linnaeus, 1758)
Qara siçovul bəzi xüsusiyyətlərinə görə boz siçovuldan fərqlənir.
Bədəninin uzunluğu 225 mm, quyruğunun – 247 mm, qulağının
u zun luğu – 23 mm, arxa pəncəsinin – 41 mm-ə çatır. Çəkisi 250
q-a qədərdir. Bədənin üst hissəsinin xəzi qara-yaşıl çalarlı
bozumtul-qonur, alt hissəsi isə qara-boz və ya sarımtıl-ağ rəng-
dədir. Sifətinin uzun, ensiz, qulağının iri və dairəvi olmasına
gö rə boz siçovuldan fərqlənir. Quyruğu daha sıx tüklərlə örtülü-
dür. Kəllə darağı yaxşı inkişaf etməmişdir.
Ümumi coğrafi arealı qütb vilayətlərini və səhraları çıxmaq
şərtilə bütün yer kürəsini əhatə edir.
Zaqafqaziyada rütubətli iqlimə malik meşə zonasında, dəmir
yolu və magistral yolların kənarlarında yaşamağa uyğunlaşmış-
dır. Əsasən yaşayış binalarında, ağac və kolluqlarda, dəniz nəq-
liy yatında və başqa yerlərdə məskunlaşmışlar. Yaşama üçün nis-
bə tən quraqlıq yerləri sevirlər. Yuvasını yaşayış binalarında,
kol-kosluqda, arx kənarlarında, zibilliklərdə, bəzən də ağaclarda
qururlar. Ağaclara yaxşı dırmanaraq, bir ağacdan digərinə sər-
bəst keçir. İlin bütün fəsillərində fəal olur. Gündüz fəallığı nis bə-
tən zəifdir. İsti fəsillərdə isə artır. Bir dişi fərdin ildə 2-3 dəfə
nə sil verməsi mümkündür. Hər nəsildə 9-a qədər bala verir. Müx -
təlif yeyinti məhsulları ilə qidalanır. Lakin əsas qidasını bitkilər
təşkil edir.
177
Azərbaycanda qara siçovul Bakıda, Lənkəran, Astara, Bala-
kən, Zaqatala, Qazax, Tovuz rayonlarında qeyd edilir. Bakı və
L ən kə randa əsasən gəmilərdə, liman binalarının çardaqlarında
ya şayır. Təbiətdə Lənkəran ovalığının su basmış sahələrində rast
gəlinir.
Epidemioloji əhəmiyyətinə görə boz siçovullara yaxındır. Ta -
un, Kü-qızdırması, Susuqamuşi, siçovul rikketsiozu, quduzluq,
so do ku, leptospiroz, dabaq və trixinellyozun epizootiyasında
işti rak edir.
Ev siçanı (Mus musculus Linnaeus, 1758)
Bədəninin uzunluğu 70-108 mm, quyruğunun – 42-102 mm,
qulağının – 10,0-14,5 mm, arxa pənjəsinin – 13,6-19,0 mm-dır.
Arxa pəncəsi meşə siçanına nisbətən qısadır. Bədənin üst his sə-
si nin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin
rəngi isə ağ və ya bədəninin üst hissəsinə oxşar rəngdədir. Ə m-
cək lərinin sayı 10-dur. Kəlləsinin uzunluğu 18,0-22,6 mm-dir.
Burun hissəsi qısadır, kəllə çox da böyük deyil. Kəsici dişləri
nisbətən uzun olub, kəllənin uzunluğunun 0,21%-ni təşkil edir.
Ev siçanlarının müasir arealı, demək olar ki, yer kürəsini tam
əhatə edir. Bu növ Azərbaycan şəraitində yaşayış binalarının zir-
zə milərində yaşamaqla bərabər, təbiətdə də yayılmışdır. Ev si -
çanı polifaqdır. Qapalı stasiyalarda bir çox yeyinti məhsulları,
açıq stasiyalarda isə dənli bitkilərlə qidalanır. Ev siçanları yaşa-
yış binalarında il boyu çoxaldığı halda, təbiətdə qış və yay ayla-
rında bu proses tamamilə dayanır və ya zəifləyir. Boğazlıq 20
gün çəkir. Hər nəsildə 5-8 bala verir. Balalar bir aydan sonra sər-
bəst yaşayış tərzinə keçir, 2 ayında cinsi yetişkənliyə çatırlar. Ev
si çanları rənginə görə çox dəyişkəndir.
Ev siçanı tulyaremiya, taun, səngili yatalaq, leptospiroz, tri-
xi nellyoz və digər xəstəliklərdə infeksiya mənbəyi kimi böyük
epidemioloji rol oynayırlar. Azərbaycanda ev siçanları tulyare-
miya, lep tospiroz, erizopeloid, Kü-qızdırması epizootiyalarında
iştirak edir.
178
Vəhşi gəmiricilər
Su siçovulu (Arvicola terrestries Linnaeus, 1758)
İri gəmiricidir, çəkisi 270 q-a qədərdir. Bədəni yığcam və
h əc mli, başı iri, ətrafları və qulaqları qısadır. Quyruğunun uzun-
luğu (151 mm) bədən uzunluğunun (250 mm) yarısından bir
qədər böyükdür. Arxa pəncəsinin yanları sıx və qaba tüklərlə örtü-
lüdür ki, bu da onlara suda üzmək imkanını yaradır. Sifəti küt dür,
qulaqları tüklə örtülüdür. Dal ayaqlarının dabanlarında 5 q a bar
vardır. Üzəri boz bulanıq-xurmayı rəngli xəzlə örtülüdür. Su s i-
ço vullarının arealı Avro pa və Asiyanın geniş sahələrini əha tə
edir, Qafqazda da arealı genişdir.
Azərbaycanda aran rayonlarından tutmuş alp zonasına qədər
yayılmışdır. Dəniz səviyyəsindən 3000 m hündürlüyə qalxa bilir.
MDB-nin qərb sərhədlərində, Baykal gölünə və Lena çayına q ə-
dər ərazidə yayılmışdır. Orta Asiya və Qazaxıstanın səhralarında
yaşamır. Şimalda Şimal dənizinin sahillərinə qədər yayılmışdır.
Çayların subasarlarında, göllər, süni dənizlər və başqa su höv-
zələrinin ətra fında məskən salır. Suvarma kanalları, əkin sahələri
və bostanların ərafında yuva qazır. Ot tayaları və tikintilərdə g ö-
rünür. Payızda çox vaxt çöllərdə və bostanlarda, xüsusilə suba-
sarların yaxınlığında yı ğı şırlar. Yuvası səthdə olur, çox az hal-
larda dərinliyi 1 m-ə çatır, giriş yollarının uzunluğu 1-dən 50
m-ə qədər müxtəlif mürəkkəblikdədir, 10-a qədər çıxış yolları və
y uvanın 7-8 kamerası olur.
Yay fəsli ərzində 4 dəfə balalayır. Hər dəfə 6-10 bala verir.
Boğazlıq dövrü 21-33 gün davam edir. Su bitkiləri, çəmənlik o t-
ları və eyni zamanda heyvani qidalarla (həşərat, molyusk, kiçik
balıqlar) qidalanır. Azərbaycanın aran rayonlarında yaşayan fərd-
lərdə çoxalma il boyu, dağ rayonlarında isə yalnız ilin isti fəs-
lin də davam edir.
Su siçovulu tulyaremiyada əsas infeksiya mənbəyidir. Tul ya-
re miya ilə xəstə siçovulların bir hissəsi septisemiyadan tələf olur.
Tulyaremiya epizootiyası gəmiricilərin kütləvi artması dövründən
başlayaraq, onların çox hissəsinin (96%-ə qədər) ölümü ilə nəti-
cə lənir. Epizootiya zamanı xəstə və ölmüş gəmiricilərin cəm dək-
179
lə ri ocağın bütün ərazisini, suyu, torpağı, sağlam siçanları və
qan soran həşəratları (ağcaqanad, mozalan, gənə və s.) yoluxdu-
rurlar. Tul ya remiyadan başqa, bu siçanlar taun, erizipeloid, gənə
ensefaliti, lep to spi roz, bruselyoz, Kü-qızdırması və limfositar
xoriomeningitin epi zo otiyasında iştirak edirlər.
Azərbaycanda su siçovulu tulyaremiyanın təbii ocaqlarında baş
verən epizootik prosesdə fəal iştirak edərək xəstəliyin əsas in fek-
siya mənbələrindən sayılır. Bununla yanaşı, su siçovulları leptospi-
rozun təbii ocaqlarında da əsas infeksiya mənbələrindən bi ridir.
Adi çöl siçanı (Microtus arvalis Pallas, 1779)
Ölçüləri çox da böyük deyildir. Bədən uzunluğu 130-148
mm-ə çatır. Quyruğu bədən uzunluğunun təqribən 40%-ni təşkil
edir. Qu laqları və arxa pəncələri qısadır. Bədənin üst hissəsinin
xəzi bo zumtul-qonur, pasvari-sarımtıl, alt hissəsi isə boz və ya
ağımtıl-sarı rəngdə olur. Çəkisi olduqca dəyişkəndir (75 q-a q ə-
dər). Kəllə pazvari şəkildədir. Yaşlı fərdlərdə alın sümüyünün
g öz arası sahəsində daraqcıq vardır. Təbil kamerası nisbətən ki -
çik, girdə və zəif olsa da, şiş kindir. Üst çənədəki üçüncü azı d i şin
daxili tərəfində zəif görünən 3, bəzən 4 çökəklik vardır.
Adi çöl siçanının ümumi coğrafi arealı Avropa və Asiyanın
(Tür kiyə, İran və Mancuriya da daxil olmaqla) geniş sahəsini
əh a tə edir.
MDB-nin qərb sərhədlərindən Ob çayına qədər yayılmışdır.
Şimalda Sankt-Peterburq, Arxangelsk və Novosibirsk vila yət lə-
rində, cənubda Qara dəniz sahili, Zaqafqaziya və Qazaxıstanı
əhatə edir. Qərbi Avropa, Türkiyə və İranın şimal hissəsində qeyd
edilir. Əsasən subasar çəmənliklərdə, çöllüklərdə, səhralarda,
meşə zonasının me şəsiz hissəsində, Alp və subalp çəmən lik lə-
rin də yayılmışdır.
Azərbaycanda Böyük və Kiçik Qafqazın meşə kənarlarında,
subasar və alp çəmənliklərində yaşayır. Açıq sahələrdəki rütu-
bət li torpaqlarda və otlaqlarda yaşamağa uyğunlaşmışdır. Əsasən
çəmən və müxtəlif bitkiləri olan sahələrdə, bostanlarda, bağlarda
və s. yerlərdə məskunlaşır. Bəzi hallarda təbii sığınacaqlardan
180
istifadə edir. Yuva larında ehtiyat yemi toplamaq üçün anbar dü -
zəldir ki, bu da 25-30 sm dərinlikdə yerləşir. İlboyu fəaldır, ilin
isti aylarında ən çox axşamlar və səhər tezdən, qışda isə gün-
düzlər görünür. Qidasını əsasən yaşıl ot və mədəni dənli bitki lə-
rin toxumları təşkil edir. Adi çöl siçanının çoxalması ilin isti
ay larında aktivləşir. Dişi fərd ildə 7 dəfəyə qədər nəsil verir və
hər nəsildə 11 bala sayı olur. cavan siçanlar tezliklə cinsi yetiş-
kənliyə çatdığı üçün 2 ayından etibarən nəsil törətməyə qadir-
dilər. Qapalı yaşayış yerlərində onlar qışda da çoxalırlar.
Şahbuz rayonunda, Kəlbəcər, Laçın rayonları ərazisində sub-
alp və alp çəmənliklərində bu gəmirici daha çox yayılmışdır.
Azərbaycanda adi çöl siçanı Şahbuz, Laçın, Kəlbəcər, Daş-
kə sən rayonları əzisində tulyaremiyanın təbii ocaqlarında əsas
infeksiya mən bəyi kimi iştirak edir. Bununla yanaşı, taun, lep-
tospiroz, toksoplazmoz, listerioz və erizopeloid epizootiyalarında
mühüm rol oynayır. Respub likadan kənarda bruselyoz, Kü- qız-
dır ması, gənə ensefaliti və limfositar xoriomeningitin t ö rə di ci lə-
ri nin daşıyıcısı olduğu müəyyən edilmişdir.
Kiçik Ərəbdovşanı (Allactaga elater Lichtenstein, 1825)
Xarici görünüşünə görə Kiçik Asiya dağ ərəbdovşanına bən-
zəyir, lakin ondan bir qədər kiçikdir. Bədən uzunluğu 95-118
mm, arxa pəncəsinin – 48-56 mm, qulağının uzunluğu – 43
mm-ə qədərdir. Çəkisi 73 q-dır. Bədənin bel hissəsi qonur-boz,
qarın hissəsi isə ağ rəngdədir. Arealı Kiçik və Orta Asiyanın, İra-
nın, Əfqanıstanın, Çinin və cənubi Zaqafqaziyanın gilli və çın-
qıllı səhra, xam torpaqlarını və dağətəyi yamajlarını əhatə edir.
Azərbaycanda əsas etibarilə Kür-Araz ovalığında, Abşeron
yarımadasında, bəzən dağətəyi rayonlarda təsadüf edilir.
Sadə yuvaya malik olub, dərinliyi 6-sm-ə çatır. Yeraltı yolla-
rın uzunluğu 150 sm, eni isə 3-3,5 sm-ə qədərdir. Balalamaq
üçün diametri 10 sm olan yuva qazır. Yuvanı quru və yumşaq o t-
larla döşəyir. Əsas qidasını bitkilərin soğanaqları, kökləri və y a-
şıl hissələri təşkil edir. 2-7 bala verir.
181
Qış və yay yuxusuna gedir. Yuxu dövrü 6,5-dən 9 aya qədər
uza nır. Havanın temperaturu qalxandan sonra qış yuxusundan
oyanır.
cütləşmə (10-12 gün), dişilərin boğazlığı (20-25 gün), süd-
ver mə (25 gün) dövrlərindən sonra cavan gəmiricilər müstəqil
qidalanmağa başlayır, dişilər balalarını atır və ətrafda yayılmağa
başlayırlar. cinsi yetkinliyə çatan erkəklər və artımda iştirak e t-
mə yən dişilər birgə yuva qazıb mayın sonunda dərin yuxuya
gedirlər. Bundan 1,5 ay sonra çoxalmada iştirak edən gəmiricilər
və daha 1,5 ay sonra cavan heyvanlar dərin yuxuya gedirlər.
Kiçik ərəbdovşanının üzərində bir neçə növ birə yaşayır.
Bun lar dan Neops. Setsa və Cerat. Tesquorum birələrinin sayı
daha çox dur. Bu gəmiricilərin yuvalarında iksodid gənələrinə t ə-
sa düf edilir.
Kiçik ərəbdovşanı taun və tulyaremiya epizootiyalarında
mü hüm rol oynayır. Bununla belə, o, qara yara, bruselyoz və
gənə rik ketsiozlarının təbii ocaqlarında da fəal iştirak edir. Azər-
bay canda bu gəmirici növünün taun epizootiyasında iştirak
etməsi məlumdur.
Altay dağ siçanı (Marmota Baibacina Kastscenko, 1899)
Altayın dağlıq düzənliklərində, Tyan-Şanın mərkəzi, şərq və
şimal silsiləsində və digər narın torpaqlı dağlıq yerlərdə geniş
ya yıl mış dır. Müasir dövrdə bu gəmiricilərin ən çox miqdarı sub-
alp çə mən liyində qeyd edilir. Meşəli dağlarda onlar ağac olma-
yan talalarda yerləşir.
Altay dağ siçanı müasir gəmiricilər dəstəsinin ən böyük n ü-
ma yən dəsidir. Bədən uzunluğu 58 sm, çəkisi 5-7 kq-dır. Ot bit-
ki ləri ilə qidalanır.
Yuvası dərin və mürəkkəbdir. Kiçik ərəbdovşanından fərqli
olaraq, yuvalarında bir neçə çıxış yolu vardır. Yuvaların yaxınlı-
ğında 1 metrə qədər hündürlükdə torpaq yığıntısı olur. Bu siçan-
lar ailəvi həyat tərzi keçirirlər. Yuvada dişi, erkək gəmirici və
keçən il doğulmuş balalar yaşayırlar. Soyuqlar düşdükdə Altay
dağ siçanları hava şəraitindən asılı olaraq 6-8 ay dərin yuxuya
182
g e dirlər. Qışa hazırlanmış yuvaya bütün ailə və bəzən qonşular
yığışır (5-12 ədəd). Bu gəmi ri cilər ildə bir dəfə çoxalır və cəmi
3-5 bala verirlər. Yazın əvvəllərində qış yuxusundan oyanırlar və
cütləşmə dövrü başlanır. Doğulandan 3 il sonra nəsil törətməyə
q a dir olurlar. Boğazlıq 4-42 gün çəkir.
Altay dağ siçanları taunda infeksiya mənbəyi rolunu oyna-
yırlar. Dərin qış yuxusuna getməzdən əvvəl yoluxmuş heyvanlar
xəstəliyi latent formada keçirir, yazda xəstəlik kəskinləşir, epi-
zootiya baş verir və onların bir hissəsinin ölümü ilə nəticələnir.
Bu siçanların üzərində 4 növ birə ektoparazit həyat keçirir,
bunların içərisində Or.Silantieni birəsinə daha çox rast gəlinir.
On lar yuvalara məxsus birələr olduğundan orada uzun müddət
y a şama qabiliyyəti ilə fərqlənirlər. Taunun təbii ocaqlarında baş-
qa növ birələrə nisbətən daha çox qeyd olunurlar.
Altay dağ siçanları ov heyvanlarındandır. Onun dərisindən və
piyindən geniş istifadə edilir. Ovlama tük tökmədən sonra b aş la-
ya raq dərin yuxuya gedənə qədər davam edir. Ov zamanı in san-
lar gəmi ri cilərlə sıx təmasda olurlar ki, bu da xəstələnməyə g ə-
tirib çıxara bilər.
Dağ siçanları nəslindən olan Sibir dağ siçanı və ya tarbaqan,
həm çinin uzunquyruq və ya qırmızı dağ siçanı taunu yayma i n-
ten sivliyinə görə Altay dağ siçanına yaxındır.
Böyük qum siçanı (Rhombomus opimus Lichtenstein, 1823)
Qazaxıstanın səhra və yarımsəhra əzisindən, Orta Asiyanın
d ü zənliklərindən, Uralın Xəzəryanı rayonundan başlayaraq Aral-
yanı Qaraqumun şimalından cənuba, Balxaşyanı sahəyə qədər
yayılmışdır.
Şimal dağ siçovulu ailəsinə məxsus olan qum siçanlarının ən
iri nümayəndəsidir (bədən uzunluğu 200 mm-ə qədər). Quyruğu
i nki şaf etmiş, süpürgəvari, qaramtıl tüklərlə örtülmüşdür. Ən çox
ot bitkilərinin göy hissələri və kol bitkilərinin budaqları, x ü su-
si lə saksaulun budaqları, dəvətikanı və dənli bitkilərlə qidalanır.
Ağaclara yaxşı dırmaşır və 3 m hündürlükdə saksaulun budaqla-
rını gəmirir. Böyük qum siçanları yuvada ailə şəklində yaşayır-
183
lar. Böyük koloniyalar təşkil edirlər ki, bəzən bu koloniya 2 hek-
tar ərazini əhatə edir. Belə koloniyalar bir neçə nəslin fəaliyyəti
nəticəsində davamlı saxlanır. Yuvalar çoxmərtəbəlidir, dərinliyi
2,5 m-ə qədərdir. Bir yuvada 4-6 siçovul yaşayır.
Böyük qum siçanı yaşayış məntəqələrinin ətrafındakı xaraba-
lıq larda, qəbiristanlığın ətrafında yaşamağa meyil edir. Artım y a-
zın əv vəl indən payıza kimi davam edir. Fəsil ərzində dişilər 2-3
dəfə balalayır və hər dəfə 5-6 bala verir. Qış yuxusuna getmirlər.
G ün düz fəal olurlar. İsti günlərdə və qışda bərk şaxta olanda
yuvadan çıx mır lar.
Bu gəmiricilərin üzərində Xenopsyllaechidnophaga və s. nö -
vün dən olan çoxlu birə yaşayır. Gəmiricilər yazda cütləşirlər,
cavan gəmiricilər əraziyə yayılırlar. Bu vaxt onların orqanizmi
zə if olur və taun epizootiyasının inkişafı və yayılması üçün ə l-
verişli şərait yaranır. Yayın ortalarında heyvanların fəallığı a zal-
dığı üçün epizootiya zəifləyir. Qidanın tədarükü dövründə e pi-
zootiya təzədən şiddətlənir. Qışda taunun epizootiyası zəifl əyir.
Beləliklə, böyük qum siçanı ilə yayılan taun əsas yaz və p a yız f ə-
sil lərində fəallaşır.
Taundan başqa, böyük qum siçanı Kü-qızdırması, gənə rik-
ketsiozları, listerioz, dəri leyşmaniozu və pappataçi qızdırması-
nın təbii ocaqlarında infeksiya mənbəyi kimi iştirak edir.
Qırmızıquyruq qum siçanı
(Meriones erythrourus Gray, 1842)
Bədən uzunluğu 17,0 mm, quyruğunun – 172 mm, qulağın –
22 mm, arxa pəncəsinin – 3,7 mm-dir. Çəkisi 125 q-a qədərdir.
Arxa pəncəsinin altı Vinoqradov qum siçanında olduğu kimi,
tük lərlə örtülməmişdir, müəyyən hissəsi zolaq şəklində çılpaq-
dır. Yaxşı inkişaf etmiş quyruq tükləri qara və qəhvəyi-qara
rəngdədir. Bədəninin üst hissəsinin xəzi (digər qum siçanların-
dan daha tünd) tünd-qonur, sarımtıl, alt hissəsi isə boz ağımtıl
rəng də olmaqla döş hissəsində pasvari ləkə vardır.
Qırmızıquyruq qum siçanının ümumi arealı çox genişdir, Ş i-
ma li Afrikanın, Ərəbistanın, Fələstinin, Suriyanın, İranın, Ə f qa-
184
nıstanın, Zaqafqaziyanın, Orta Asiyanın və cənubi Qazaxıstanın
düzənlik və dağətəyi zonalarını əhatə edir.
Azərbaycanda qırmızıquyruq qum siçanı Abşeronda, Samur-
D ə vəçi ovalığında (Xudata qədər), Qobustanda, Acınohur düzən-
liyində, Gəncə-Qazax, Mil-Muğan və Şirvan çöllərində, eləcə də
Araz boyu düzənlik sahələrdə (Fizuli, Cəbrayıl və Qu bad lıda az
miqdarda) yayılmışdır.
Kiçik Asiya qum siçanına nisbətən mürəkkəb yuvalar qazır.
Xarici yuva deşiklərinin sayı 2-8 ədəd, yuvadaxili yolların dərin-
liyi isə 20-50 sm, bəzən 70 sm olur. Yuvanın dərinliyi və uzun-
luğu torpağın strukturundan və ilin fəslindən asılı olaraq dəyi-
şilir. Bu gəmirici yabanı və mədəni dənli bitkilərlə, eləcə də
p a m bıqla qidalanır və o bitkilərdən qış üçün ehtiyat yaradır.
Bu qum siçanları bütün ili çoxalır. Lakin qışda çoxalma nis-
bətən zəifləyir və bəzən tamamilə dayanır. Embrionların sayı
2-dən 11-ə qədər, əksər hallarda isə 3-9 olur. Azərbaycan ş ə ra i-
tin də dişi qum siçanı ildə 4 dəfə nəsil verə bilir.
Qırmızıquyruq qum siçanı Azərbaycanda taunun təbii ocaq-
larında əsas infeksiya mənbəyidir. Bununla belə, respublikada
onun qara yara, Kü-qızdırması, erizipeloid və Qərbi Nil qızdır-
masının təbii ocaqlarında böyük əhəmiyyəti müəyyən edilmişdir.
Dostları ilə paylaş: |