Azərbaycan Tibb Universiteti, tibbi profilaktika fakültəsi
1995-1996
Internatura (ixtisas: həkim-epidemioloq)
V.Axundov ad. Milli ET Tibbi Profilaktika İnstitutu;
1996-1999
Əyani aspirantura («Epidemiologiya» ixtisası üzrə)
V.Axundov ad. Milli ET Tibbi Profilaktika İnstitutu;
2001
«Tibb elmləri namizədi» alimlik dərəcəsi
İixtisas: 14.00.30. – «Epidemiologiya»
Mövzu: «Azərbaycanda son illərdə difteriyanın epidemioloji xüsusiyyətləri və bu infeksiya üzərində epidemioloji nəzarətin əsas istiqamətləri»
İŞLƏDİYİ YERLƏR
1995-2002
V.Axundov ad. Milli ET Tibbi Profilaktika İnstitutu;
İnterna, baş laborant, kiçik elmi işçi, elmi işçi
2002-2004
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda Əlaqələr üzrə Ofisi;
Yoluxucu xəstəliklərə nəzarət üzrə milli mütəxəssis
World Health Organization (WHO) Liaison Office in Azerbaijan
Position: National WHO officer on surveillance of communicable diseases
2004-2007
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi;
Həkim-epidemioloq, «Hava-damcı infeksiyaları» bölməsinin müdiri
2007-2008
İctimai Səhiyyə və İslahatlar Mərkəzi,
«İslahatlar və səhiyyə siyasəti» şöbəsi
Həkim
2009 –
indiyədək
«Xəzər» Universiteti;
Müəllim
KURSLAR, SEMİNARLAR
2002
«Epidemik yayılmağa meylli xəstəliklərin laborator menecmenti və diaqnostikasınin yaxşılaşdırılması» mövzusunda kurs
Fransa, Lion
2003
Yeni vaksinlərin tətbiqi və milli immunlaşma proqramlarının təkmilləşdirilməsi məsələlərinə dair subregional məsləhətləşmələr.
Ukrayna, Kiyev
2004
«Siqaret çəkməyə nəzarət» mövzusunda beynəlxalq seminar.
Böyük Britaniya, Edinburq
NƏŞRLƏR:14 elmi məqalənin, o cümlədən 2 metodiki göstərişlərin müəllifidir.
DİL BİLGİSİ: Azərbaycan (əla), Rus (əla), İngilis (orta)
KOMPÜTER BİLGİSİ: MS Word, Excel, Power Point, Photoshop CS, Internet
ƏLAVƏ MƏLUMATLAR:
Məlumat bazalarının hazırlanması, statistik analiz (SPSS proqramında) sahəsində təcrübəyə malikdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 sentyabr 2005-ci il tarixli Əmri ilə 27 fevral-12 mart 2006-cı il tarixlərində respublika əhalisi arasında qızılca və məxmərəyə qarşı Milli İmmunlaşdırma Kampaniyasının keçirilməsi ilə əlaqədar Naxçıvan MR üzrə zona kuratoru təyin edilmişdir.
Respublikada ilk dəfə mənim tərəfimdən «Yüksək patogen A qrip virusları (H5N1) (quş qripi virusları) ilə yoluxmuş şəxslərin klinikası, differensial diaqnostikası və müalicəsi» adlı təlimat hazırlanmış və 25 fevral 2006-cı il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzində təqdim edilmişdir.
2007-ci ildə UNİCEF və AR Səhiyyə Nazirliyinin birgə layıhəsi olan “Azərbaycan Respublikasında 2006-cı ildə uşaq və ana ölümünün səbəblərinin öyrənilməsi” layihəsində supervayzer olaraq fəaliyyət göstərmişdir.
2008-ci ildə mənim tərəfimdən hazırlanmış “Qan qohumluğu, yoxsa, sağlam gələcək” adlı layihə QHT-lərə Dövlət Dəstəyi Şurasinin keçirdiyi ilk müsabiqənin qaliblərindən olmuşdur.
Aşağıdakı treninqlərin iştirakçısı olmuşdur:
2002
Genişləndirilmiş İmmunlaşdırma Proqramının orta səviyyəli menecerləri üçün. Bakı, Azərbaycan
2004
Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Proqramı çərçivəsində keçirilən narkotiklərlə baglı məlumat şəbəkəsinə dair Milli Fəaliyyət Planının qurulması və müxtəlif strukturlar arasında əməkdaşlıq. Bakı, Azərbaycan
2002
Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Proqramı çərçivəsində məlumatların toplanmasına dair məlumat şəbəkəsi, müvafiq hökumət və qeyri-hökumət təşkilatlarının narkotiklər və narkomaniya üzrə Avropa Monitoring Mərkəzinin hazırladığı epidemioloji təlim əsasında öyrədilməsi. Bakı, Azərbaycan
2002
Qızılca və hepatit B: immunlaşdırma və nəzarətin əsas strategiyaları. Bakı, Azərbaycan
2003
Rusiya Federasiyası, Azərbaycan Respublikası və Moldova Respublikasında risqli davranışa aid olan qruplar arasında İİV (İnsanın İmmunçatışmazlıq Virusları) üzərində epidemioloji nəzarət.
Bakı, Azərbaycan
2007
Demoqrafiya və demoqrafiya siyasəti. Bakı, Azərbaycan