Yoluxma mexanizmi
Patogen mikrobların yoluxma mexanizmi xəstəlik törə di ci si-
nin yoluxmuş orqanizmdən sağlam orqanizmə ötürülməsini t ə-
min edən tarixi təkamül prosesində yaranmış bir vasitədir. Və ya
“Y o luxma mexanizmi təkamül prosesində törədicinin formalaş-
mış infeksiya mənbəyindən həssas insan və ya heyvan orqa niz-
mi nə ötürülməsi vasitəsidir”.
Antroponoz infeksiyalarda aşağıdakı yoluxma mexanizm ləri
ayırd olunur: aspirasion,fekal-oral,transmissiv,kontakt,vertikal.
Aspirasionvəyaaerozolyoluxma mexanizmi iki yolla rea-
li zə olunur: hava-damcı və hava-toz.
73
Fekal-oral yoluxma mexanizmi törədiciləri insanların həzm
yo lunda olan bağırsaq infeksiyaları üçün xarakterikdir.
Transmissiv yoluxma mexanizmi törədiciləri qanda yerləşən
xəstəliklər zamanı qansoran həşəratlar (buğumayaqlılar) v a si tə si-
lə həyata keçirilir.
Kontakt (təmas) yoluxma mexanizmi xarici örtüklərin infeksi-
yaları zamanı yoluxmuş və həssas orqanizmin dəri örtüyü, s e likli
qişaları ilə (bilavasitə təmas) və ya törədicilərlə çirk lən miş ə ş-
yalar vasitəsilə (dolayı təmas) həyata keçir.
Vertikalyoluxma mexanizmi dölün bətndaxili dövrdə müx tə-
lif xəstəliklərlə yoluxması zamanı həyata keçir (toksaplazmoz,
məxmərək, İİV-infeksiya).
Təbii mexanizmlərlə yanaşı, süni yoluxma mexanizmləri
(artifisial) də mövcuddur. Süni (artifisial) yoluxma mexanizmi
daha çox xəstəxanadaxili infeksion xəstəliklər zamanı realiza-
siya olunur.
Yoluxma mexanizmi haqqında təlim L.V.Qromaşevski tərə-
findən işlənib hazırlanmışdır. O, törədicinin yoluxma mexa niz-
minin onun orqanizmdə lokalizasiyasına uyğun gəlməsi qanu-
nunu forma laşdırmışdır. Bu qanuna əsasən törədicinin yoluxmuş
orqanizmdən xaric edilməsi və həssas orqanizmə daxil olması
üsulu onun sahib orqanizmdə lokalizasiyası ilə müəyyən edilir
ki, bu da əksər hallarda törədicinin bir fərddən digərinə ötü rül-
mə si mexanizminə müvafiq gəlir. Təbii şəraitdə infeksiyanın 4
əsas yolux ma mexanizmi realizə olunur: fekal-oral (bağırsaq
infeksi yalarında), aerozol (tənəffüs yolu infeksiyalarında), trans-
missiv (qan infeksiyalarında) və təmas (xarici örtüklərin infek si-
ya la rında).
Törədici əsasən bağırsaqda lokalizasiya etdikdə yoluxmuş
o r qa nizmdən onun xaric edilməsi ifrazatlarla (nəcis, sidik) və ya
q u suntu kütlələri vasitəsilə baş verir. Törədicinin həssas or qa-
niz mə daxil ol ması ağız vasitəsilə (əsas etibarilə çirklənmiş su
və ya qidanın qəbulu zamanı) həyata keçir, sonra o, yeni o r qa-
niz min həzm yolunda yer ləşir. Ona görə də bağırsaq infeksiyala-
rının törədicilərinin yoluxma mexanizmi fekal-oral mexanizm
adlanır.
74
Əgər törədici əsasən tənəffüs yolunun selikli qişasında l o-
kali za siya edirsə, onda nəfəsvermə zamanı aerozolun tər ki bin də
xaric edilir. Həssas orqanizmə törədicinin düşməsi havanın u d ul-
ması zamanı baş verir, nəticədə törədici təkrarən yeni orqaniz-
min tənəffüs yollarında yerləşir. Ona görə də tənəffüs yolunun
törədicilərinin yoluxma mexanizmini aspirasion (aerozol) mexa-
nizm adlandırırlar.
Törədici qan-damar sistemi və limfada yerləşdikdə yoluxmuş
orqanizmdən qansoran buğumayaqlıların (həşəratların və gə nə lə-
rin) vasitəsilə xaric edilir və həssas orqanizmin qan-damar
sisteminə yoluxmuş buğumayaqlının qansorması zamanı yeridi-
lir. Qan infek siyalarının törədicilərinin yoluxma mexanizmi tran-
smissiv mexanizm adlanır.
Törədicinin xarici örtüklərdə (dəri və onun törəmələri, ətraf
m ü hitə çıxışı olan selikli qişalar) lokalizasiyası zamanı resipi-
yentin xarici örtüklərinə onun keçməsi infeksiya mənbəyi ilə t ə-
mas zamanı həyata keçir. Bununla əlaqədar olaraq, xarici ör tük-
lərin infeksiya larının törədicilərinin yoluxma mexanizmi təmas
mexanizmi adlanır.
Bu əsas yoluxma mexanizmlərindən başqa, törədicilərin bir
nəsildən digər nəslin fərdlərinə ötürülməsi (horizontal yoluxma)
beşinci –vertikal yoluxma mexanizmi ilə həyata keçir ki, bu da
tö rədicinin anadan dölə, yəni bir nəsildən digərinə ötürülməsini
təmin edir.
Beləliklə, müasir dövrdə aşağıdakı yoluxma mexanizmləri
məlumdur: 1.Fekal-oral; 2. Aerozol (hava-damcı, ha va -toz) ; 3.
Transmissiv; 4. Təmas (o cümlədən hemokontakt); 5. Vertikal
(transplasentar).
Yoluxma mexanizmi haqqında təlimə görə patogen mikrob-
ların yoluxma mexanizmi xəstəliklərin törədicilərinin parazitik
təbiəti ilə bağlı olub, onların təbiətdə bioloji növ kimi saxlanma-
sını təmin edir.
Törədicilər parazit sahibin orqanizmində özünün yaşa ması
üçün ən yaxşı əlverişli şərait (lazımi qida, optimal temperatur,
rü tubət və s.) tapır. Lakin təbiətdə öz növünü saxlamaq üçün
pa razit hökmən sahibini dəyişməlidir. Törədicinin başqa or qa-
75
niz mə keçməsinin labüdlüyü ondan irəli gəlir ki, xəstəlik zamanı
yoluxmuş orqanizmdə immunoloji dəyişikliklər (müdafiə reaksi-
yaları) baş verir, nəticədə parazit həyat tərzi keçirən mikrobun
ölü münə gətirib çıxaran qeyri-əlverişli şərait yaranır. Bəzi xəs tə-
lik lərdə (qızılca, pappataçi qızdırması və s.) immunitet elə s ü rət lə
yaranır ki, törədici xəstəlikdən artıq bir neçə gün sonra məhv
olur. Bir qrup xəstəliklərdə isə (vərəm, qarın yatalağı və s.) i m-
munoloji cavab reaksiyanın zəifliyi nəticəsində törədici yolux-
muş orqanizmdə uzun müddət, bəzən isə bütün ömrü boyu sax-
lanılır. Bu halda da törədicinin bir orqanizmdən başqasına
k e ç məsi bioloji cəhətdən olduqca vacibdir, istənilən orqanizmin
yaşama müddəti məhduddur, onun ölməsi ilə bərabər törədici də
məhv ola bilər. Beləliklə, əgər xəstəliklərin törədiciləri özlərinin
bioloji fərdi sahiblərini dəyişmək qabiliyyətindən məhrum o l-
saydılar, onda bu, onların ölümü ilə nəticələnər, bioloji növ kimi
yox olmasına və nəticədə həmin yoluxucu xəstəliklərin ləğv
olmasına gətirib çıxarardı. Əslində isə, göründüyü kimi, y o-
lux ma mexanizminin sayəsində törədicilər digər sahib o r qa niz m-
lərə keçərək öz inkişaflarını davam etdirirlər.
Yoluxucu xəstəliklərin törədicilərinin infeksiya mənbə yindən
yeni həssas orqanizmə yoluxması prosesi mürəkkəb proses olub.
3 mərhələdən ibarətdir: birinci mərhələdə – törədici yoluxmuş
orqanizmdən xaric olur, ikincidə davamlılığından asılı olaraq
xarici mühitdə müəyyən müddət yaşayır, üçüncü mərhələdə isə
yenidən həssas orqanizmə daxil olur.
Patogen mikrobun bioloji sahibin orqanizmində spesifik l o-
ka lizasiyası hər bir yoluxucu xəstəliyin törədicilərinin mü əy yən
yoluxma mexanizmi üçün şərait yaradır. Başqa sözlə desək, t ö-
rədicinin orqanizmdə lokalizasiyası və bir bioloji sa hibdən d i gə-
rinə yoluxma mexanizmi bir-birilə sıx əlaqədardır.
Yoluxucu xəstəlik törədicilərinin xarici mühitdə müxtəlif d a-
vam lılığı yoluxma mexanizmi ilə təyin edilir. Məsələn, malya-
riya paraziti xarici mühit amillərinə davamsızdır, ona görə də
xəs təliyin yayılmasında iştirak edən qansoran həşəratlar (ağcaqa-
nadlar) törədiciləri xarici mühitin mənfi təsirlərindən qoruyur və
öz inkişaf tsikllərini başa çatdırmağa imkan verir.
76
Törədicinin yoluxmuş orqanizmdən sağlam orqanizmə ötü-
rül məsinə şərait yaradan və epidemik prosesin fasiləsizliyini
təmin edən ətraf mühit amilləri yoluxucu xəstəlik törədicilərinin
yoluxma amilləri adlanır. Onlara cansız yoluxma amilləri –
ha va, su, torpaq, qida məhsulları, məişət əşyaları, əmək vasi tə-
lə ri və canlı keçiricilər – buğumayaqlılar aiddir. Tö rə di ci ni n ötü-
rülməsində iştirak edən amillərin cəmi onun yoluxma yolunu
təyin edir.
İ.İ.Yolkin (1973) qeyd edir ki, yoluxma amilləri əsasən fərdi
və konkret olur. Bəzi yoluxucu xəstəliklərin törədicilərinin
yayıl masında bir deyil, bir neçə amil iştirak edir, ancaq bu halda
da yoluxmada əsas rol dominant amilə məxsusdur. Məsələn,
qarın yatalağı bakteriyalarının yayılmasında törədicigəzdirənin
əlləri – mətbəx qabları – qida məhsulları (süd) və ya qarın yata-
lağı xəstəsinin ifrazatları ilə çirklənmiş ləyən – milçəklər – qida
məhsulları iştirak edə bilər. Bu amillərdən ən əsası qida məh sul-
la rıdır. Digər şəraitdə qarın yatalağının yayılması fərqli yol la baş
verə bilər: yoluxucu xəstəxananın zərərsizləş di ril mə mi ş çirkab
suları – açıq su hövzəsi – texniki su kəməri – sənaye sexində su
duşu. Burada əsas yoluxma amili sudur. Beləliklə, yoluxucu xəs-
tə liyin yayılması yolu epidemik prosesin saxlanmasını təmin
ed ən bütün başlıca yoluxma amillərinin birgə təsirinin nəti cə si dir.
Patogen parazitlərin yoluxma mexanizmi və amilləri haq-
qın da müasir fikirlərə əsaslanaraq yoluxucu xəstəliklərin aşağı-
dakı yoluxma yollarını ayırd etmək olar: 1) hava-damcı və hava-
toz, 2) transmissiv, 3) su, 4) qida, 5) məişət (istehsalat). Bəzi
yoluxucu xəstəliklərdə, məsələn, bağırsaq xəstəliklərində törə-
dici bir neçə yolla yayılır (su-qida, qida-məişət). Bunu nəzərə
ala raq qarışıq yoluxma yolunu ayırd etmək məqsədəuyğundur.
Belə olduqda əsas yoluxma amillərini digər amillərdən fərq lən-
dir mək lazımdır (İ.İ.Yolkin, 1978).
Törədicinin yoluxma mexanizmi maddi amillər – ətraf mühi-
tin abiotik və biotik elementləri vasitəsilə realizasiya olunur ki,
bu amillər törədicinin infeksiya mənbəyindən həssas orq a nizmə
daşın masını təmin edir. Birincili, son və bəzi hallarda aralıq
77
yo luxma amilləri ayırd edilir. Birincili yoluxma amili törədicinin
xaric edilməsində iştirak edən, son – törədicinin həssas or qa niz mə
ötürülməsini təmin edən, aralıq – birincili və son am illər ar asında
y o luxmada iştirak edən amillərdir.
Abiotik (cansız) yoluxma amillərini hava, su, torpaq, toz, qida,
insan fəaliyyətinin maddi məhsulları (əşyalar, qurğular, nəqliyyat
vasitələri və s.) təşkil edir. Buraya həmçinin tibb alətləri, qan
preparatları, transplantatlar və s. aiddir. Son illərdə venadaxili
nar kotik vasitələrin istifadəçiləri arasında hemo kontakt infeksi-
yalar (B və C hepatitləri, İİV-infeksiya) geniş yayılmışdır. Biotik
(canlı) yoluxma amillərinə buğumayaqlıların müx təlif nüma yən-
də ləri (ağcaqanadlar, bitlər, birələr, hünülər, gənələr, mil çək lər)
aiddir. Bu amillər qrupu taun, rikketsiozlar, gənə ensefaliti, h e-
mo r ragik qızdırmalar, malyariya xəs təlik lə ri nin törədicilərinin
ö tü rülməsində iştirak edirlər.
Yoluxma yolları – yoluxma amillərinin cəmi olub, konkret
epi demik şəraitdə törədicinin bir orqanizmdən digərinə ötürül-
məsini təmin edən ətraf mühit elementləridir. Belə ki, fekal-oral
yo luxma mexanizmi su, qida, məişət yolları ilə realizə olunur.
Aero zol mexanizm hava-damcı və hava-toz yolu, təmas mexa-
niz mi – infeksiya mənbəyi ilə birbaşa fiziki təmas (Lass qızdır-
ması), o cümlədən heyvanlarla təmas – zədələnmə (dişləmə, cır-
maqlama, quduzluq zamanı tüpürcəklə), zədələnmədən (Lass
qız dırması), cinsi təmas (cinsi yolla ötürülən 20-dən çox infek-
siya) zamanı baş verir. Hemokontakt mexanizm tibbi əmə liy yat-
lar və manipulyasiyalar zamanı həyata keçir.
Bioloji müharibədə meymun çiçəyi, boliviya hemorragik qız-
dırması, Ebol, Lass qızdırması, Rift vadisinin qızdırması, həm-
çinin botulizm toksini də işlədilə bilər.
İnsanların və heyvanların xəstəliklərə qarşı
h ə s sas lığı və rezistentliyi.
Həssaslıq – parazitin və sahibin təkamülü pro se sin də for ma-
la şan orqanizmin növ əlamətidir, törədicinin daxil olmasına qarşı
orqanizmin infeksion proseslə cavab vermək qabiliyyətidir. Epi-
78
demioloji nöqteyi-nəzərdən insanların populyasiyası qeyri-həm-
cins olması (heterogenlik) ilə sə ciy yə lə nir , istənilən vaxt o, h ə min
infeksiyaya qarşı həssas və qeyri-həssas fərdlərlə təmsil olu nur.
Törədiciyə olan münasibət, həssaslıq səviyyəsi (və ya qeyri-
həs saslıq) aşağıdakı əsas amillərlə şərtlənir: a) növ və fərdi re zis -
tentlik; b) təbii (aktiv və passiv) və süni (aktiv və passiv) im mu-
ni tet. Müəyyən edilmişdir ki, əgər populyasiyada immun təbəqə
95% və ondan yuxarı təşkil edirsə, onda törədicinin dövr etməsi
d a yanır, epidemioloji salamatlıq yaranır. Bununla əla qə dar ola-
raq, müvafiq törədicilərə qarşı kütləvi vaksinasiyanın aparılması
yolu ilə kollektivlərdə “immun təbəqənin” yaradılması epidemi-
yaların qarşısının alınmasının ən təsirli yoludur.
Patogen amil (mikroorqanizmlər, ibtidailər, helmintlər, pri-
onlar) əsas etibarilə yoluxucu xəstəliyin spesifikliyini təmin edir,
onun təza hür forması, davametmə müddəti, ağırlıq dərəcəsi və
n ə ticəsi mikro orqanizmin müdafiə mexanizmlərindən asılıdır.
Ma k roorqanizmin həssaslığı feno- və genotipik xüsusiyyətləri,
ətraf mühit amillərinin təsiri ilə şərtlənən reaktivliyin dəyiş kən-
li yi ilə təyin olunur.
Müdafiə baryerlərinə xarici (dəri, gözün, tənəffüs yollarının,
mədə-bağırsaq yolunun və cinsiyyət üzvlərinin selikli qişaları),
daxili (histiohemositar) baryerlər, hüceyrə və humoral (qeyri-spe-
sifik və spesifik) sistemləri aiddir.
Dəri mikroorqanizmlərin əksəriyyəti üçün dəfedilməz mexa-
niki baryer sayılır, tər vəzlərinin şirəsində bir sıra mikro or qa niz m-
lərə münasibətdə bakterisid sayılan lizosim vardır. Se likli qişalar
da həmçinin mikroorqanizmlərin yayılmasında mexaniki baryer
hesab olunur. Selikli qişaların şirəsində sekretor im mun qlo bu lin-
lər, lizosim, faqositar hüceyrələr vardır.
Xlorid turşusu hasil edən mədənin selikli qişası yüksək bak-
terisid təsirə malikdir. Mədə şirəsinin turşuluğu aşağı olduqda və
ya sek resiyaarası dövrdə onun miqdarı minimal olan şəxslərdə
b a ğır saq infeksiyalarının inkişaf etməsini məhz bununla əla qə-
lən dirmək lazımdır.
79
Dərinin və selikli qişaların rezident mikroflorası da bir çox
patogen mikroblara qarşı kəskin antoqonist təsir göstərir.
Hematoensefalitik baryer güclü müdafiə təsirinə malikdir,
ona görə beyin maddəsinə mikroorqanizmlər nisbətən nadir hal-
larda daxil olur.
Qeyri-spesifik müdafiə amillərinə faqositoz qabiliyyətə malik
hüceyrələr – makro- və mikrofaqlar aid edilir ki, bunlar xarici
baryerlərdən sonra patogen mikroorqanizmlərin yayılması yo -
lun da növbəti mərhələdir.
Normal anticisimlər, komplement, interferonlar mühüm mü -
da fiə funksiyasını yerinə yetirir. Mikroorqanizmlərə qarşı spesi-
fik müdafiə immun sistem tərəfindən yerinə yetirilir, xəs tə li yin
inkişaf ehtimalı, gedişinin xarakteri və nəticəsi onunla müəyyən
edilir.
Yoluxucu xəstəliklərə qarşı həssaslıq səviyyəsinə bir çox amil-
lər və şəraitlər təsir göstərir: həddindən artıq donma və qız ma, q i-
da lanmanın xarakteri, orqanizmin vitaminlərlə təchiz olun ması,
ətraf mühit amillərinin (kimyəvi maddələr, radiasiya), immunsup-
ressiya effektinə malik dərman preparatlarının (kor tikos te ro id lə-
rin, sitosta tik lərin və s.) təsiri, emosional fon və stress hallarının
o l ması. Pato genlərə qarşı həssaslıq insanlarda birincili və ikincili
immundefisit zamanı (məsələn, İİV/QİÇS zamanı) kəskin yük sə-
lir.
Həssaslıq insan orqanizminin növ xüsusiyyəti və ya törə di ci-
ni n daxil olmasına infeksion proseslə cavab vermək q a bi liy yə ti dir .
İnsan və heyvan orqanizminin yoluxucu xəstəliklərə qarşı təbii
həssaslığı irsi keçən bioloji xüsusiyyətdir. Təbii həssaslığın m a-
hiy yəti yoluxmuş orqanizmdə parazitin spesifik patogen təsiri və
o r qanizmin fizioloji reaktivliyi nəticəsində qanunauyğun olaraq
p a toloji və immonoloji vəziyyətlərin və reaksiyaların baş ver mə-
sin dən ibarətdir.
Təbii yolla yaranmış qeyri-həssaslıq insanlarda və ya müəy-
yən heyvan növlərində filogenez və ontogenezdə əsası q o yul muş
növ xüsusiyyətidir. Bu xüsusiyyət orqanizmdə filogenetik cəhət-
dən ona yad olan parazitin yaşamasına imkan vermir.
80
Təbii həssaslıq və qeyri-həssaslığa misal kimi insan orqa niz-
minin qarın yatalığı, vəba, qızılca, qrip xəstəliklərinə qarşı həs-
sas lığını və heyvanların bu xəstəliklərə qarşı qeyri-həssaslığını,
bunun əksinə, insanın iribuynuzlu heyvanların, itlərin taunu, t o-
yuq vəbası xəstəliklərinə qarış qeyri-həssaslığını və əksinə, h ə-
min heyvanların yüksək həssaslığını göstərmək olar.
Təbii qeyri-həssaslıq (qeyri-spesifik rezistentlik) immunitet
ya rat mır, immunitet anticisimlərin anadan (passiv qazanılma) k e-
çi ril mə si və yoluxucu xəstəlik keçirdikdən sonra (aktiv qaza-
nılma) o r qanizmin aktiv şəkildə əldə etdiyi anticisimlərin sa yə-
sin də y a ranmış təbii spesifik qeyri-həssaslıqdır. İnsan o r q a niz-
min də vaksinlər və immun zərdablar vasitəsilə süni (ak ti v və
pas siv) immunitet yaratmaq olar.
Rezistentlik immunitet deyildir. Orqanizmin rezistentliyi o n-
to genezdə əldə edilmiş patogen parazitlərin təsirinə qarşı fərdi
qeyri-spesifik fizioloji davamlılıqdır. Orqanizmin rezinstentliyi
müxtəlif şəraitlərdən, səbəb və amillərdən asılıdır: fərdi (onto ge-
ne tik) inkişafın səviyyəsindən, orqanizmin anatomik-fizioloji
xüsusiyyətlərindən, sinir sistemi və endokrin aparatının (hipofiz,
böyrəküstü vəzi, qalxanvari vəzi) inkişafından və funksional v ə-
ziy yətindən, xüsusilə də qidalanma və vitamin balansından. R e-
zistentliyin dəyişməsi (azalıb-çoxalması) ultrabənövşəyi və ion -
laşdırıcı şüaların, meteoroloji amillərin, somatik və yoluxucu
xəs təliklərin təsirindən baş verə bilər. Rezinstentliyi yüksəlmək
üçün müxtəlif vəsait və üsullardan istifadə olunur (keyfiyyətli
q i dalanma, dozalanmış ultrabənövşəyi şüalar, hemotransfuziya,
pirogen və heteroloji zülal və qeyri-patogen mikrobların poli sa-
xa ridləri, mediatorlar, dibazol və s.).
Bununla belə, epidemioloqlar müxtəlif şəxslərin fərdi immu-
ni teti ilə yanaşı, həmçinin kollektiv immunitetlə də rastlaşırlar.
Bu baxımdan immunitet geniş immun təbəqənin olması nəti cə-
sin də kol lektivlərin qeyri-həssaslığı kimi deyil, daha geniş m ə-
nada “əhalinin immuniteti” kimi başa düşülür, onun yaranma-
sında müxtəlif amillər (təbii və süni qazanılmış immunitetdən
baş qa, əhalinin yaşayış tərzi, aparılan əksepidemik tədbirlərin e f -
81
fektivliyi və s.) iştirak edir və bunlar yoluxucu xəstəliklərə qar şı
həssaslığın səviyyəsini tənzim edir.
82
Epidemiologiyanın
kateqoriyaları və qanunları
Epidemik proses haqqında təlimdə epidemiologiyanın kate-
qori yaları və qanunları geniş yer tutur. Bu, onunla izah olunur
ki, epi demiologiya elmi və epidemioloji təcrübə o qədər qiy-
mət li mə lumat lar toplamışdır ki, onun nəzəri cəhətdən əsas lan dı-
rıl ması və müəyyən sistemə salınması lazım idi. Kate qoriya və
qanunlar əldə edilən məlu matın nəzəri cəhətdən ümum ləş di ril-
miş formasıdır. Onlar epidemik prosesin məzmu nunu və mahiy-
yə tini əks etdirən və ya əsas epidemioloji anlayışları fərq lən di-
rən məntiqi fikirlərdir.
Epidemiologiyanın müasir inkişaf dövründə epidemioloji k a-
te qoriya və qanunlar sisteminin əsas mahiyyəti D. K. Za bo lot nı,
L.V. Qromaşevski və Y.V. Pavlovskinin əsərlərində şərh edilmiş-
dir.
Aşağıda epidemiologiyanın kateqoriyalarının bəziləri veril-
miş dir: 1) yoluxucu xəstəlik, 2) infeksiya mənbəyi, 3) yoluxma
mexa nizmi, 4) yoluxma amilləri və yolları, 5) təbii həssaslıq, 6)
təbii qeyri-həssaslıq, 7) epidemik ocaq, 8) təbii ocaq, 9) spora-
dik xəstələnmə, 10) epidemiya, 11) pandemiya haqqında ümumi
anlayış.
Yoluxucu xəstəlik
Epidemioloji nöqteyi-nəzərdən yoluxucu xəstəlik – infeksion
prosesin klinik təzahür edən (xəstəlik) və ya klinik əlamətlərsiz
(para zitgəzdirmə) reaktiv patofizioloji və immunoloji proseslər
formasında aşkar edilən, patogen parazitlə yoluxmuş makroor-
qanizmin və ziyyətidir (İ.İ.Yolkin 1973). Yoluxucu xəstəlik (latın
sözü olub, “infekto” – xarab olma, yoluxma) dövründə xəs tə li-
yin törədicisi ilə makro orqanizm arasında qarşılıqlı kompleks
biokimyəvi, morfoloji, immunobioloji və s. proses gedir. Yolux-
muş orqanizmdə baş verən bu prosesə infeksion proses deyilir.
İ n feksion prosesin gedişinin müxtəlif dövrləri və formaları (gizli
dövr, xəstəliyin şiddətlənməsi və sağalma dövrü, tipik və atipik
83
formalar) və müxtəlif parazitgəzdirmə formaları (xəstəlik baş
vermədən törədicigəzdirmə, immun şəxslərin kəs kin və xroniki
törədicigəzdirənliyi) məlumdur.
Epidemiologiyanın bu kateqoriyası universaldır, o, patogen
p a ra zitin (bakteriyaların, göbələklərin, rikketsiyaların, virusların,
helmintlərin, birhüceyrəlilərin, buğumayaqlıların) bioloji xas sə-
lə rin dən asılı olmayaraq bütün xəstələnmə hallarına aid edilir.
Yoluxucu xəstəlik halı, o cümlədən infeksion proses təbi ət lə i n-
sanın vəhdətinin formalarından biri olaraq, orqanizmlə p a to gen
parazit arasında təkamül nəticəsində yaranmış zid diy yətli əla qə-
lə rin vəhdətidir. Epidemik prosesə patogen parazit de yil, b i-
lavasitə ekoloji (heyvan) və sosial (insan) əlaqələri olan yolux-
muş heyvan və ya insan daxil olur.
Dostları ilə paylaş: |