Bir neçə gündən sonra xalqımızın ən qədim və sevimli bayramı olan Novruz



Yüklə 182.17 Kb.
PDF просмотр
tarix28.11.2016
ölçüsü182.17 Kb.

Bir  neçə  gündən  sonra  xalqımızın  ən 

qədim  və  sevimli  bayramı  olan  Novruz 

ölkəmizə  öz  mübarək  qədəmlərini  qoya-

caq.  Yeni  həyat  gətirən,  qəlbləri  sevindirən, 

ətrafı  gözəlləşdirən,  təbiəti  oyadan  Nov-

ruz  bayramı  bəşəriyyətin  ən  qədim  şənlik 

və  mərasimlərindən  biridİr.  Xalqımızın  bu 

günə  qədər  yaşatdığı,  qoruyub  gələcək 

nəsillərə  ötürdüyü,  müqəddəsləşdirdiyi  bu 

bayram  özündə  dünyanın  yaranma  və  ya-

şam sirlərindən tutmuş, gələcəyə,xoşbəxtliyə, 

bolluğa ümidini əks etdirir. Novruz yeni gün, 

yeni  həyat  mənasını  daşımaqla  həm  də  bir 

çox xalqların yeni ilidir. Çünki məhz Novruzda 

həyat yenidən canlanır, torpaq qış yuxusundan 

oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, 

günəş istisi artır, gecə ilə gündüz bərabərləşir 

və beləliklə də yeni həyat başlayır.

Novruz bayramının mənşəyi qədimdir. İs-

lam dini Yaxın Şərq və Orta Asiya ölkələrində 

yayıldıqdan  sonra  Ərəb  xilafəti  bu  ölkələrin 

xalqlarının  adət-ənənələrini,  bayramlarını 

təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, 

müxtəlif  təriqət  nümayəndələri  bu  bayramı 

təbii və tarixi köklərindən ayırmağa çalışmış, 

ona  dini,  mövhumi  libas  geyindirməyə  cəhd 

göstərmşlər. Hətta bəzi din xadimləri belə bir 

fərziyə uydurmuşlar ki, Novruz bayramı guya 

IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi 

günlə əlaqədardır. Halbuki imam Əli iyul ayın-

da hakimiyyətə gəlmiş, Novruz isə yazda bay-

ram edilir.

Xalqın  bayramla  əlaqədar  keçirdiyi 

mərasimlər  heç  bir  dini  ehkamlar  ilə  bağlı 

deyildir.  Əksər  xalqlar  bahar  bayramının  əsl 

mahiyyətindən doğan bir sıra adət-ənənələri, 

oyunları indiyədək saxlamışlar. Bəzi mənbələr 

Novruzun Atəşpərəstliklə bağlı olduğunu, od 

simvolunun  müqəddəs  olduğunu  qeyd  edir. 

Orta  əsr  müəllifləri  Şərq  ölkələrində  İslam 

dini yayıldıqdan sonra da Novruz bayramın-

da yaz ənənələrinin, əkinçilik təqvimi etiqad-

larının  möhkəm  yer  tutduğunu  göstərirlər. 

Əbu  Reyhan  Biruni  Novruz  bayramı  haqqın-

da  müxtəlif  rəvayətlərdən,  onun  yaranması 

səbəblərindən, bu bayram münasibətilə xalq 

arasında yayılmış  adət-ənənələrdən  bəhs  et-

miş,  Novruz  bayramının  təbiətin  oyanması, 

əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl 

dünyəvi bayram olduğunu qeyd etmişdir.

Bayram hazırlığı və çərşənbələr...

Bu  bayrama  insanlar  hələ  mart  ayı  ilk 

qədəmlərini  qoyandan  hazırlaşmağa  başla-

yırlar.      Xalqımız  bayramqabağı  mənzillərini 

təmizləyər  və  bununla  da  sanki  qışdan  yığı-

lıb qalan bütün kir-pası atar ki, yeni ilə təmiz 

çıxsınlar.  Uzun  əsrlər  boyu  formalaşan  inan-

ca görə, yeni ili necə qarşılasan, il boyu eyni 

şəkildə  davam  edəcəksən.  Bu  səbəbdən  də 

insanlar təkcə ev-eşiklərini yır-yığış etmir, eyni 

zamanda uşaqlara və özlərinə təzə libas alır-

lar.  Bayram  günü  yaxınlaşdıqca  insanlar  biş-

düşlərini edər, şirniyyatlarını bişirər, çərəzlərini 

hazırlayarlar.

Novruz gününə aparan yol 4 "mərhələdən" 

- çərşənbələrdən keçir. Bəzi qədim inanclara 

görə  kainat  4  ünsürdən  -  su,  od,  torpaq  və 

küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruz-

dan,  günün  bərabərləşməsindən  əvvəl  qeyd 

olunur. Aşıqlar da "Ab, atəş, xak, badan yaran-

dım" deyiblər vücudnamələrində, yəni su, od, 

torpaq və yelə bağlıdır insan.

•  Birinci su çərşənbəsi adlanır. Yəni bahara 

doğru çayların azacıq buz bağlayan yerləri 

əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş 

islanmağa  başlayır.  Bu  çərşənbədə  qızlar 

bulaqlardan  sərin,  şirin  su  gətirər,  evin 

ətrafına çiləyər, üzlərini yuyardılar.

•  İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, 

bahara doğru günəş yavaş-yavaş torpağı 

qızdırır,  isidir,  onu  yaratmaq  üçün  hazır-

layır. Od çərşənbəsində tonqallar qalayar, 

hər  ailə  üzvünün  adına  bir  şam  yandırar, 

xonçalar düzəldərlər. 

•  Üçüncüsü  yel  çərşənbəsidir.  Yəni  yel  ar-

tıq azacıq oyanmış torpağı, təzəcə çıxmış 

yaza  həsrət  gülləri  tərpədir,  tumurcuqla-

nan ağacları yellədir.

•  Dördüncüsü  torpaq  çərşənbəsidir.  Torpa-

ğı  ana  təbiət  su  ilə  isladır,  günəşlə  isidir, 

onu məhsuldarlığa hazırlayır. Ona görə də 

qədimdə ilk yaz əkinini xışla-kotanla məhz 

torpaq çərşənbəsi günündə başlayardılar. 

Yaşlı  qadınlar  "Səməni,  saxla  məni,  ildə 

göyərdərəm səni" deyib buğda isladardı-

lar.


Bildiyimiz  kimi,  hər  bir  çərşənbənin 

özünün  ritualları  var.  Su  çərşənbəsində  in-

sanlar  bir-birinin  üzərinə  su  atarlar.  Su 

çərşənbəsində  adamların  bir-birinin  üzərinə 

təmiz  su  çiləməsi  əbədiyyət,  sağlıq,  dirilik 

rəmzidir". İlaxır çərşənbədə və bayram günü 

insanlar  qəbir  üstünə  gedər,  valideynlərinin 

və yaxınlarının məzarı üzərində şam yandırar, 

yasin  oxutdurarlar.  Bu  da  dünyadan  köçən 

əzizlərə  hörmət,  keçmişini  unutmamaq 

mahiyyəti daşıyır.

Novruz süfrəsi və adətləri 

Bayram  günü  süfrəni  bəzəyəndə  7  cür 

nemət  masaya  qoyulur.  Bunlar  su  (təmizlik), 

güzgü  (paklıq  mənasında,  yəni  insanlar  ona 

yalandan, paxıllıqdan, xudpəsəndlikdən uzaq 

olsun deyə baxarlar), səməni (təbiətin oyan-

ması), balıq (bu heyvan çox çevik olduğundan 

insanların da həyatda çevik olması arzulanır), 

alma (xoş ətirli olduğu üçün), halva (şirinlik) və 

fincan içərisində qoyulan qızıldır (bu da var-

dövlət rəmzidir). Bundan əlavə, əvvəllər bay-

ram xonçasında 7 rəngdə şam yandırılması da 

ənənələrdən sayılır. Son zamanlar isə əsasən 

ailənin  üzvlərinin  sayı  qədər  şam  yandırılır. 

Şamı  kimsə  söndürməməlidir,  sona  qədər 

yanmalı və özü sönməlidir. Deyilənə görə, hər 

yanan şam ailənin bir üzvünün həyat yolunu 

göstərir.

Bayram  süfrəsini  rənglənmiş  yumurta-

lar da bəzəyir. Bu da canlı aləmin yaranışına 

işarədir.  Yumurta  adətən  qırmızı  rənglə  bo-

yanır. Qırmızı rəng isə bəşəriyyətin şadyana-

lıq  içində  yaşamaq  istəyinin  təcəssümüdür. 

Yumurta  həm  də  cansızdan  canlıya  keçidin 

simvoludur. Yəni soruşurlar ki, yumurta birinci 

yaranıb,  yoxsa  toyuq.  Cavab  verilir  ki,  birin-

ci  yumurta  yaranıb.  Çünki  canlılar  cansızdan 

əmələ  gəlib.  Allah  əvvəlcə  torpağı  yaradıb, 

sonra ondan insanı və heyvanları yaradıb. Yu-

murta isə həm canlıdır, həm də cansız. Novruz 

bayramında həmçinin yumurta döyüşdürülür. 

Novruzun əsas atributu paxlavadır. Paxla-

va ulduzu, qadınlığı göstərir və doğum sim-

voludur.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  Nov-

ruz  bayramından  əvvəl,  yəni  21  dekabrdan 

fevralın  sonuna  qədər  Azər  bayramı  idi.  Bu 

zaman  kişilər  evdə  qalırdılar.  Buna  görə  də 

mart  ayında  artıq  qadınların  əksəriyyəti  2-3 

aylıq  hamiləlik  dövrünü  yaşayırdı.  Bunun  da 

simvolu şəkərburadır, çünki bu şirniyyat qarın 

formasındadır. Şəkərbura həm də ayın simvo-

ludur. Şorqoğalı isə günəşin simvoludur.

Novruzun  daha  bir  tərəfi  onun  simvolik 

personajları  -  Keçəl,  Kosa  və  Bahar  qızı  ilə 

bağlıdır. Keçəl təbiətin oyanışdan əvvəlki döv-

rünü,  Kosa  ruzi-bərəkəti,  Bahar  qızı  isə  bitki 

örtüyünün cücərməsini xarakterizə edir. 

Novruzun  əsas  tələblərindən  biri  də 

küsülülərin barışmasıdır. Bu da xalqın birliyə, 

həmrəyliyə dəvət olunması xarakterini daşıyır. 

Qədim azərbaycanlılar yaxşı biliblər ki, parça-

lanmış  xalqı  basmaq,  yenmək  düşmən  üçün 

asan olur. Amma bir olan, vəhdət təşkil edən 

kütləni yenmək qeyri-mümkündür.

İlaxır  çərşənbədə  və  bayram  günündə 

qeybətə  yol  verməmək  və  yalnız  xoş  sözlər 

danışmaq  tövsiyə  olunur.  Çünki  həmin  gün 

cavan oğlan və qızlar ürəklərində arzu tutaraq 

qulaq  falına,  yəni  qonşuların  etdiyi  söhbətə 

gizlincə qulaq asmağa gedərlər. İnanca görə, 

pusulan  qapıdan  ilk  eşidilən  sözdən  arzula-

nan niyyətin baş tutub-tutmayacağı bəlli olur. 

Əgər qulaq asan şəxs xoş söz eşidərsə, onun 

da arzusu yeni ildə yerinə yetəcək. 

Novruzun  ənənələrindən  biri  də  uşaqla-

rın  qonşulara,  qohumlara  papaq  atmasıdır. 

Yeniyetmələr əsasən İlaxır çərşənbədə papaq 

atarlar.  Papaq  atılan  evdə  isə  onu  bayram 

nemətləri  ilə  doldurular  və  sahibinə  qaytarı-

lar. Bunun da mənası var. İnanca görə, insan-

lar  bu  addımları  ilə  bişirdiklərini  paylaşar  və 

kasıb ailələrə əl tutarlar. Çünki Novruz mad-

di  vəziyyətindən  asılı  olmayaraq  hər  kəsin 

şənləndiyi bir bayramdır.  Bayram günü bütün 

mənzillərin qapıları açıq olar. Səhərisi isə in-

sanlar  bir-birinin  evinə  gedərək  bayramlarını 

təbrik edərlər.

Göründüyü  kimi,  Novruz  bayramı  öz 

adət,  ənənə  və  tarixi  olan  Azərbaycan  xalqı-

nın ən əziz və sevimli bayramlarından biridir. 

Əsrlər boyu xalqımız bu bayramı qeyd etmiş-

dir.  Ancaq  müstəqillik  dövründə  bu  bayram 

rəsmi  şəkildə  qeyd  olunur.  Azərbaycan  xalqı 

Novruz  bayramına  ən  hərarətli  münasibət 

bəsləyir.  Bu  bayram  ailə  dəyərləri,  milli-

mənəvi  dəyərlərimizi,  ənənələrimizi,  milli 

mədəniyyətimizi, tariximizi əks etdirir.



YENİ HƏYAT GƏTİRƏN, QƏLBLƏRİ 

SEVİNDİRƏN, TƏBİƏTİ OYADAN, BAY-

RAMLARIN ƏN SEVİLƏNİ OLAN NOVRUZ  

BAYRAMINIZ MÜBARƏK OLSUN!

“Mərkəzi Klinika” Ambulatoriyası

Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005

“Mərkəzi Klinika” Xəstəxanası

Ünvan: Parlament pr. 76, Az1006

MƏRKƏZİ KLİNİKA



“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə 

sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur”

Heydər Əliyev

BÜLLETEN-5 | MART 2015

“Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin 

göstərilməsi üçün bütün imkanlar var!”

İlham Əliyev

Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az    www.facebook.com/MerkeziKlinika     twitter.com/MerkeziKlinika

NOVRUZ GƏLİR, YAZ GƏLİR…

Qarşıdan  Novruz  bayramı  gəlir.  Bu 

bayramda hər evdə milli, ləziz yeməklər 

hazırlanır,  zəngin  süfrələr  açılır.  Nov-

ruz  mətbəxi  yüksək  kalorili  qidalar-

la,  xüsusilə  şəkərbura,  paxlava  və  s. 

bu  kimi  bol  miqdarda  şəkərin,  yağın 

və  qoz-fındığın  istifadəsi  ilə  hazırlan-

mış  şirniyyatlarla  zəngindir.  Bayram 

günlərində bu qidalardan həddən artıq 

qəbul  edilməsi  insanlarda  həzm  siste-

mi xəstəliklərinin artmasına səbəb olur. 

Demək olar ki, mart ayı daha çox bay-

ramlar ayı olduğundan mədə bağırsaq 

xəstəliklərinin ən aktual olduğu aydır.

Gündəlik  fəaliyyətimizdə  ener-

ji  ilə  təmin  olunmağımız  üçün, 

mütəmadi  olaraq  qida  qəbul 

edib, onu həzm etməliyik. Həzm 

sisteminin vəzifəsi qəbul olun-

muş qidanı müəyyən mexani-

ki və kimyəvi dəyişikliklərə 

uğradaraq  həzm  etmək, 

həzm  olunmuş  qida-

nı  sormaq  və  qalıq 

hissəni  bədəndən  xa-

ric  etməkdir.  Həzm 

sisteminin  hər-hansı 

bir üzvünün (bunlar isə 

ağız, qida borusu, mədə, 

12-barmaq,  nazik  və  yo-

ğun  bağırsaqdır)  işinin 

pozulması  bizim  həyat 

tərzimiz,  qəbul  etdiyimiz 

qida və içkilər ilə əlaqədar 

olub  müxtəlif  xəstəliklərə 

gətirir. 

Qidalanmanın 

(yemək 


qəbulunun)  pozulmasından  ortaya 

çıxan  həzm  sistemi  xəstəliklərindən  biri 

bəlkə də çoxumuzun tez-tez eşitdiyi dis-

pepsiyadır.

Dispepsiya nədir?  

Dispepsiya  həzm  sisteminin  nor-

mal  fəaliyyətinin  pozulmasına,  həzm 

prosesinin çətinləşmiş və ağrılı şəkildə 

keçməsinə deyilir.

Dispepsiyanın 

yaranma 

səbəblərindən bunları qeyd etmək olar:

-  dərman preparatlarının qəbulu

-  sinir sisteminin xəstəlikləri

-  mədə turşuluğunun artması

-  H.Pylori dediyimiz mədə bakteriyası

-  alimentar  (yəni  yuxarıda  qeyd  olu-

nan qidalanmanın pozulması).

Dispepsiyanın 

geniş 


yayılmış 

əlamətləri aşağıdakılardır:

Şikayətlərin səbəblərindən asılı ola-

raq orqanik və funksional (xorasız) dis-

pepsiya  ayırd  olunur.  Orqanik  dispep-

siya  haqda  yalnız  xəstənin  müayinəsi 

zamanı xora xəstəliyi, mədə şişləri, öd 

daşı  xəstəliyi,  xroniki  pankreatit  və  s. 

kimi  patologiyalar  aşkar  olunduqda 

danışmaq olar. 

Əgər  ətraflı  müayinə  nəticəsində 

yuxarıdakı  xəstəliklər  istisna  olunarsa 

(bir il ərzində dispepsiya şikayətlərinin 

12 həftədən az olmayaraq davam etdi-

yi halda) bu xəstəlik xorasız dispepsiya 

(funksional dispepsiya) hesab edilir. 

Dispepsiyanın yaranmasının qarşısı-

nı almaq üçün nə etməli? Bunun üçün 

gündəlik həyat tərzində bəzi qaydalara 

diqqət yetirilməlidir:

-  yağlı, şəkərli yeməklərin azaldılması

-  tez-tez  amma  az  miqdarda  yemək 

(gündə 4-5 dəfədən çox olmayaraq)

-  yatmamışdan  ən  az  2-3  saat  öncə 

yemək qəbulunun dayandırılması

-  artıq çəki və yağlanmanın qarşısının 

alınması

-  stresdən  mümkün  olduğu  qədər 

uzaq durulması

-  zərərli vərdişlərin, əsasən də alkoqol 

qəbulunun kəsilməsi

Dispepsiya 

yaranmışsa, 

onun 


müalicəsi üçün (geniş müayinədən son-

ra)  gedişatından  asılı  olaraq  müxtəlif 

dərman 

preparatlarından 



istifadə 

edilir.  Lakin  preparatın  seçimi  həkim 

tərəfindən həyata keçirilməlidir.

Ən  çox  rast  gəlinən  xəstəliklərdən 

biri 

Qastroezofageal 



reflüks 

xəstəliyidir.  Biz  yemək  yeyən  zaman 

mədəmiz turşu ifraz edir.  İfraz edilən 

turşunun  rolu  mədəyə  daxil  olan 

qidanı  həzm  etməkdir.    Bizim 

mədəmizin içəri divarları elə 

qurulmuşdur  ki,  turşu  onu 

zədələmir.  Amma  qida 

borusunun  quruluşu  baş-

qadır və mədə turşusu 

ilə təmasda olduqda 

zədələnir. Qida bo-

rusunun  mədəyə 

keçdiyi 


yerdə 

qapaq  mexaniz-

mi  mövcud  olur 

və  qida  mədəyə 

daxil 

olduqda 


bu  qapaq  açılır, 

mədə dolu olan za-

man  isə  qapanaraq 

qidanın  və  mədə 

mötəviyyatının  geri 

qayıtmasına 

im-

kan  vermir.  Bu  qa-



paq  tam  bağlanmadı-

ğı    halda  mədənin  turş 

möhtəviyyatı qida borusuna 

keçir  və  onu  zədələyərək  iltihab 

törədir.

Odur  ki,  mədə  möhtəviyyatının 

qida  borusuna  geri  qayıtması  və  onu 

zədələməsi 

Qastroezofageal 

Ref-


lüks  Xəstəliyi  (QERX)  adlanır.  Bunun 

səbəbləri: 

-  Siqaret

-   Spirtli içkilər

-   Kofe

-   Şokalad

-   Nanə

-   Yağlı qidalar

Mədədə təzyiqin artmasına təsir 

  edən faktorlar:

-   Mədənin dolu olması

-   Köklük

-   Yeməkdən  sonra  önə  əyilmək,  ağır 

fiziki iş görmək

-   Yeməkdən sonra  uzanmaq

-   Hamiləlik.

Əlamətləri:

-   Döş  sümüyünün  arxasında  yanma 

və ya ağrı hissi

-   Udqunmanın çətinləşməsi  

-   Ağızda turş dad

-   Döş sümüyünün arxasında ağrı

-   Öskürmə

-   Yatan zaman tənəffüsün çətinləşməsi

Diaqnozu:

İlkin  diaqnoz  xəstənin  şikayətləri 

əsasında  qoyulur.  Dəqiq  diaqnoz 

üçün  xəstəyə  endoskopiya  müayinəsi 

təklif  olunur,  bu  zaman  qida  borusu 

ilə  mədəni  ayıran  qapaq  mexanizmi-

nin  işinin  pozulması,  qida  borusunda 

zədələnmələrin  görüntüsünü  alıb  tam 

dəqiq  diaqnoz  qoymaq  mümkündür. 

İkinci  planda  isə  barium  qəbul  edib 

qida  borusunun  rentqenoqramması-

nın  çəkilməsidir.  “24  saat  turşuluğun 

səviyyəsinin  ölçülməsi”  (pH-metriya) 

üsulu  isə daha az istifadə olunur. 

QERX-in  müalicəsində  ilk  növbədə 

həyat  tərzində  dəyişikliklər,  zərərli 

vərdişlərin tərgidməkdir, məsələn :

•  Siqaret və alkoqolu tərgitmək

•  Əlavə çəki ilə mübarizə

•  Yatağın  baş  ucunu    ayaq  ucuna 

nisbətən  10-15 sm yüksəltmək.

•  Dar geyimlərdən imtina etmək.

•  Qida qəbulu gündəlik 4-5 dəfə xır-

da  porsiyalarla  müntəzəm,  yaxşı 

çeynəməklə.

•  Sonuncu  qida  qəbulu  gecə  yuxu-

sundan ən az 3 saat əvvəl olmalı.

•  Yetərli istirahət(8 saatlıq yuxu).

•  Qəbizliyin aktiv müalicəsi (varsa).

•  Yeməkdə  bu  qida  məhsullarından 

tamamilə  istifadə  etməmək  və  ya 

gündəlik azaltmaq: 

        - sitrus və turş meyvələr

        - pomidor

        - istiotlu və yağlı yeməklər

        - kofe

        - qazlı sular

Həyat  üslubunu  dəyişməklə  yana-

şı  dərman  preparatları  ilə  müalicə  da 

tövsiyyə  edilə  bilər.  QERX-in  uzun  za-

man  aparılan  dərmanlarla  müalicəsi 

mümkün  olmursa  cərrahi  əməliyyat 

məsləhət görülür.

Bütün  bu  dediklərimizdən  belə 

nəticəyə  gəlmək  olar  ki,  hər  bir  şəxs 

ilk  növbədə  qidalanmasına  və  sağlam 

həyat tərzinə diqqət etməlidir. 

Qastrenteroloq Nərgiz Əfəndiyeva

Dr. Nigar Quliyeva

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-5 | MART 2015

2

Həzm sisteminin xəstəlikləri


MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-5 | MART 2015

3

Sevinc Cəmil qızı Abdullayeva 17 yanvar 1975-ci ildə 

anadan  olmuşdur.  1993-1999-cu  illərdə  ATU-nun  Pe-

diatriya  fakültəsində  təhsil  almış,  2001-ci  ildə  Səhiyyə 

Nazirliyinin  göndərişi  ilə  Türkiyə  Cümhuriyyəti  Ankara 

şəhəri    Hacetepe  Universitetində  Pediatrik  allerqologi-

ya və immunologiya ixtisası üzrə 3 aylıq kurs keçmişdir. 

01.06.2001-ci ildən Mərkəzi Klinikada pediatr-allerqoloq 

vəzifəsində fəaliyyət göstərir. 

Atopik  dermatit  getdikcə  daha  çox  rast  gəlinən  bir 

xəstəlik növünə çevrilməkdədir. Bu xəstəlik, əsasən, xroni-

kidir, lakin yoluxucu deyildir və xəstəliyin 50%-nə 12 ayın-

dan kiçik uşaqlarda təsadüf edilir. Atopik dermatit uşaqla-

rın yarısında yetkinlik yaşına qədər davam edə bilər.

Ümumiyyətlə, uşaqların 1-5%-də müşahidə olunan bu 

xəstəlik anasında allergiya olan yenidoğulmuşların 30%-də 

görülür. Xəstəliyin ən çox rast gəlmə yaşı 1 yaşdır, bu yaşda 

əmələ gələn atopik dermatit daha uzun illər davam edir.

Atopik  dermatit  xəstəliyi  çox  nadir  rast  gəlinən  və 

müalicəsi mürəkkəb bir xəstəlikdir. Buna baxmayaraq,  bu 

xəstəlikləri  tam  müalicə  etmək  üçün  Mərkəzi  Klinikanın 

Pediatriya şöbəsində bütün şərait mövcuddur və müalicə 

müasir  tibbin  son  nəaliyyətlərindən  istifadə  etməklə 

peşəkar kadrlar tərəfindən uğurla həyata keçirilir.

Atopik  dermatit  xroniki,  təkrarlanan,  çəhrayı-qırmızı 

rəngli, üzəri qabıqlanan qaşıntılı səpgilərlə müşahidə olu-

nur. Bu əlamətlər bütün bədənə yayılmış və ya məhdud 

sahələrdə ola bilər. Səpgilər həmçinin, çəhrayı rəngli, su-

lanan, qaşıntılı yaralar şəklində də ola bilər. Bu xəstəlikdə 

çox zaman dərinin quruluğuna rast gəlinir. Dəri çox qa-

şınma  nəticəsində  infeksiyalaşa  bilər.  Şikayətlərin  da-

vamlı təkrarlandığı və sağalmadığı vaxtlarda dəri qalın-

laşması, rənginin tündləşməsi və çatların əmələ gəlməsi 

müşahidə olunur.

Əlamətləri:

1.  Ciddi qaşıntı.

2.  Təkrarlayan  səpgilər:  dəridə  quru,  kələ-kötür,  pulla-

nan sahələr.

3.  Körpələr  və  kiçik  yaşlı  uşaqlarda  atopik  derma-

tit,  əsasən,  üz,  qulaq  arxası,  dirsəklər  və  ya  diz 

nahiyyələrində  rast  gəlinir,  ancaq  bu  bədənin  digər 

yerlərinə də yayıla bilər.

4.  Daha böyük uşaqlarada atopic dermatit əlləri, boynu, 

dirsəklərin iç səthini, dizlərin arxasını, ayağın üstünü 

tutar.

5.  Xronik hallarda dəridə qalınlaşma ola bilər.



6.  Əl və ayaq biləyi cizgilərinin dərinləşməsi.

7.  Göz altında tünd kölgələr.

8.  Yanaq, kürək, qol və ayaqda kəskin sərhədli solğun 

rəngli sahələr.

9.  Atopik dermatit olan uşaqlar sonrakı illərdə astma və 

allergik rinit ola bilərlər.

Qaşıntı atopik dermatitin ən narahat edici simptomu-

dur. Daha böyük uşaqlarda səpgidən öncə qaşıntı başla-

ya bilər. Ciddi qaşıntı xəstələrin yaşam səviyyəsinə mənfi 

təsir  edir:  körpələrdə  yuxunun,  məktəb  yaşlı  uşqlarda 

diqqətin pozulmasına səbəb olur.

Xəstəliyin  başlama  yaşına  görə  səpgilərin  bədəndə 

yayılması fərqlidir.

1.  Körpəlik dövrü Atopik Ekzema:

2ay-  2  yaş  arası  körpələrdə  rast  gəlinir.  Səpgilər, 

xüsusilə  üzdə  (yanaqlarda),  saçlı  dəridə,  boyunda, 

kürəkdə, diz və dirsək nahiyyələrində olur. Əsasən sim-

metrik, sulanan, qabıqlı, qızarmış yaralar görülür. Uşaqlar 

yaraları sürtərək qaşımağa çalışırlar. Bu dönəmdə başla-

yan xəstəlik 3 yaşına qədəq sağala bilir.

2.  Uşaqlıq çağı Atopik Ekzema: 

2-12  yaş  arası  uşaqlarda  müşahidə  edilir.  Dəri 

səpgiləri, əsasən, dirsək önü, diz arxası,əl biləyi və ayaq-

larda yerləşir. Əlamətlərin olduğu dəri sahələrində quru-

luq, çatlama, sulanma və qaşıntı var.

3.  Yetkinlik dönəmi Atopik Ekzema:     

Uşaqlıq  çağı  atopic  ekzemasının  davam  etməsi  və 

ya  ilk  dəfə  12-20  yaş  arasında  başlayan  dəri  xəstəliyi 

şəklində ortaya çıxa bilər. Dəridəki yaralar dirsək önü və 

diz arxasında olur. Əsasən dəridə çatlama qalınlaşma və 

rəngin qəhvəyi rəngli tündləşməsinə səbəb olur. Bəzən 

göz və ağız ətrafında quruluq və qabıqlanmaya da rast 

gəlimir. Bu proses xronikidir.

Atopik Dermatitin kəskinləşmə səbəbləri:

•  Bəzi qidalar (süd, yumurta, balıq, çərəzlər, ədviyyatlar, 

rəngli, boyalı qidalar, kimyəvi qatqı maddələri və.s).

•  Allergenlər  (  ev  tozları,  heyvan  tükləri,  pollenlər,  kif 

göbələkləri).

•  İnfeksiyalar.

•  İrritan maddələr (sabun, losyon, yun geyimlər və.s).

•  Kimyəvi maddələr.

•  Yuyucu maddələr.

•  Hava nəmliyinin aşağı olması. 

•  Dəri quruluğu.

•  İsti.


•  Tərləmə.

•  Psixoloji amillər, streslər.

Qorunma tədbirləri:

•  Səbəbkar qidalardan uzaq durmaq.

•  Daim nəmləndirici çəkmək.

•  Yüngül pambıq geyimlərdən istifadə etmək.

•  İlıq sulu hamamda hər gün çimmək.

•  Rəngsiz,  qoxusuz,  yumşaq  sabunlardan  istifadə 

etmək.

•  Hamamdan sonra nəmləndirici çəkmək.



•  Müntəzəm olaraq ixtisas həkiminin kontrolunda olmaq.

Atopik Dermatitin müalicəsi:

Bu xəstəliyin müalicəsinin əsasında həkim və ailə ara-

sında iş birliyinin olması əsas rol oynayır. Belə ki, xəstəliyə 

səbəb  olan  qida  bəzən  uşağın  əvəzolunmaz  qidasıdır. 

Məsələn, ilk 4 ayda ana südü olmadıqda südlü qarışıq-

dan  istifadə  olunur.  Bu  qidalar,  əsasən,  inək  və  ya  keçi 

südündən hazırlanır. İnək südünə allergiyası olan uşaq-

larda qidalanma əsl problemə çevrilir. Atopik dermatitli 

uşaqların təxminən 20-30%-də gələcəkdə bronxial astma 

və allergik rinit inkişaf edir. Bunu nəzərə alsaq, allergik bir 

uşağın  baxımının,  qidalanmasının  gələcək  həyatının  nə 

qədər psixoloji yük olduğunu təsəvvür etmək çətin deyil.

Atopik dermatitin standart müalicəsi yoxdur. Müalicə 

hər bir uşağa individual seçilir. Bu xəstəliyin müalicəsində 

ümumi yönlər bunlardır:

•  Allergenlərdən uzaq tutulması.

•  Kəskin dönəmdə antihistaminlərin istifadəsi.

•  Həkim  təyin  etdikdə  kortikosteroid  kremlərin 

istifadəsi.

•  Daimi nəmləndiricilərin istifadəsi.

Atopik  dermatitin  ağırlaşmalarından  biri  də  dəri  in-

feksiyalarıdır.  Ən  çox  impetiqo,  piodermiyalar,  follikulit, 

sellülit, fleqmona, çox nadir sepsis rast gəlinir. Elmi statis-

tikaya görə bu hal on min ekzemalı uşaqdan birində rast 

gəlinən nadir xəstəlikdir.

Nadir xəstəlik olmasına baxmayaraq , bu şikayətlərlə  

6 fevral 2015-ci il tarixində klinikamıza Nahid Daşdəmirov 

adlı 4-5 aylıq uşaq daxil olmuş və Mərkəzi Klinikanın pe-

diatriya şöbəsində uğurla müalicə edilmişdir.

 Xəstə daxil olarkən vəziyyəti çox ağır, bütün bədəndə, 

üzdə  və  ətraflarda  irinli,  suluqlu,  nekrotik-qanayan 

səpgilər mövcud idi. Üzü və ətrafları ödemli, tənəffüsü xı-

şıltılı, hərarəti yüksək, özü süst idi. Anamnezindən məlum 

oldu ki, uşaq normal doğulub, 1.5 ayına qədər normal in-

kişaf etmiş, 1.5-2 ayında isə üzdə və ətraflarında səpgilər 

yaranmağa  başlamışdır.  Xəstənin  yaxınları  müxtəlif  kli-

nikalara  müraciət  edərək  körpəni  müalicə  etsələr  də, 

səpgilər getdikcə artaraq irinləməyə başlamış, daha son-

ra temperatur yüksəlmiş, xəstəxanaya yatırılaraq müalicə 

başlanmış, lakin getdikcə vəziyyəti ağırlaşaraq, Mərkəzi 

Klinikaya müraciət etmişdilər.

Xəstə bizə müraciət etdiyində hər şeyin bəsit bir inək 

südü allergiyası ilə başladığı ortaya çıxdı. Lakin bu diaq-

nozun  vaxtında  qoyula  bilməməsi  nəticəsində  uşaqda 

əvvəlcə dəri infeksiyası, daha sonra infeksiya dərinləşərək 

çiyində fleqmona, daha sonra həyatını təhlükə altına alan 

ağır sepsis başlayıb və 1.5 aylıq uşağı ağır sepsisə gətirib.

Nahid    xəstəxanamızda  25  gün  çox  ağır  stasionar 

müalicə aldı. Bu müddət ərzində antibiotik müalicəsi aldı, 

dəfələrlə  qan  və  qanəvzedicilər,  lazımi  qidalandırıcı  və 

maye dəstəyi, cərrahi, hematoloji konsultasiya ilə təmin 

olundu.  Məlum  oldu  ki,  qanda  anadangəlmə  II,VIII,X 

laxtalanma  faktorları  yoxdur.  Xəstəyə  rəhbərliyimiz 

tərəfindən lazımi maddi güzəştlər olundu, nəhayət körpə 

sağlamlığına  qovuşdu.  Bununla  da  xəstəxanamız  daha 

yeni bir ilkə imza atdı..

Vaxtında  və  düzgün  qoyulmuş  diaqnoz  neçə  həyat 

qurtarır, neçə ailəyə sevinc bəxş edir!

Pediatr-allerqoloq Sevinc Abdullayeva

Atopik dermatit uşaqlarda nadir rast gəlinən xəstəlik 

olsa da, mütəxəssislərimiz tərəfindən uğurla müalicə edilir


Cəmilə  Oktay  qızı  Rəsulova  25  no-

yabr 1974 cü ildə Şəmkir rayonunda ana-

dan  olmuşdur.  1991-1997  illərdə  ATU-nin 

Müalicə  profilaktika  fakultəsində  təhsil 

almışdır.  1997-1998  ci  illərdə  Respublika 

xəstəxanasında internatura keçmişdir.

1999-2000 ci illərdə ETKİ-da həkim kar-

dioloq işləmişdir. 2000-2003 cü illərdə Ru-

siya Dövlət Tibb universitetində əyani aspi-

rantura keçmiş, mədəcik taxikardiyalarının 

non  invaziv  diaqnostikası  movzusunda 

Tibb Elmləri Namizədi adını almışdır.

2008  ci  ildən  Mərkəzi  Klinikada  həkim 

kardioloq vəzifəsində çalışır. 2009-2010 cu 

illərdə  İstanbul  Kardioloji  Universitetində 

aritmologiya üzrə kurs keçmişdir. 

2011-ci  ildə  Antalya  Universiteti 

Xəstəxanasında Kardio-reanimasiya üzrə kurs keçmişdir.

Hazırda Kardiologiya şöbəsində həkim-kardioloq vəzifəsində çalış-

maqdadır.

Əfqan Əlixan oğlu İbadov 20 mart 1980-ci ildə Cəlilabad şəhərində 

anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət Tibb Universitetinin 

1-ci  Müalicə  Profilaktika  fakültəsinə  daxil  olmuş,  2002-ci  ildə  həmin 

universiteti fərqlənmə ilə bitirmişdir. 2002-2003-cü illərdə Respublika 

Klinik Xəstəxanasında urologiya ixtisası üzrə internatura kursu keçmiş-

dir. 2004-2006-cı illərdə hərbi xidməti hərbi hospitalda tibb xidmətinin 

baş leytenantı, cərrahiyə bölməsinin həkimi kimi keçmişdir. 

2006-2008-ci illərdə Rusiyada Yaroslavl Tibb Akademiyasında uro-

logiya  üzrə  kliniki  ordinatura  və  əlavə  olaraq  “Endourologiya”  kursu 

keçmiş,  bu  müddət  ərzində  uroloji  xəstələrin  müayinə  və  müalicəsi, 

açıq və endoskopik uroloji əməliyyatlar üzrə təkmilləşmiş, əməliyyatlar 

icra etmişdir.

2009-cu  ildən  etibarən  Mərkəzi  Klinikanın  Urologiya  şöbəsində 

fəaliyyətə başlamışdır. 2011-ci ildə “ESWL(distansion litotripsiya)” üzrə 

kurs keçmiş və bu prosedurları icra etməyə başlamışdır. 2012-ci ildə 

İstanbulda Avropa Endourologiya konqresində, digər konfrans və se-

minarlarda  iştirak  etmişdir.  2014-cü  ildə  Türkiyənin  Bursa  şəhərində 

Uludağ Universitetində 3 ay müddətində “Laparoskopik urologiya” üzrə kurs keçmiş, bu müddət 

ərzində laparoskopik uroloji əməliyyatlarda iştirak etmiş və icra etmişdir. Hal-hazırda Mərkəzi Klini-

ka Urologiya bölməsində fəaliyyətini davam etdirir. Evlidir, 1 uşağı var.



MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-5 | MART 2015

4

Kubra  Yəhya  qızı  Fərəcova  1907-ci 



ildə  Quba  şəhərində  qulluqçu  ailəsində 

anadan olmuşdur. Sonra ailəsi ilə birlikdə 

Bakıya  köçmuş  və  ilk  təhsilini  burada 

almış,  dördsinifli  rus-tatar  məktəbini 

bitirdikdən sonra təhsilini H. Z. Tağıyevin 

qızlar  gimnaziyasında  davam  etdirmiş-

dir. Bu dövrdə çox az sayda qızlar var idi 

ki,  Azərbaycanın  gələcək  ictimai  siyasi 

həyatına,  elmi-mədəni  inkişafına  xidmət 

etmək  üçün  böyük  arzularla  yaşayırdılar. 

Onlardan  biri  də  Kübra  xanım  fərəcova 

idi.  


1920-ci  ildə  Azərbaycanda  Sovet 

hakimiyyəti  qurulduqdan  sonra  Kubra 

xanım  Fərəcova  yeni  həyat  quruculu-

gunda  fəal  iştirak  etməyə  başlayır.  İb-

tidai  məktəblər  üçün  müəllimlər  hazır-

layan 3 aylıq kursu  bitirdikdən  sonra  o, 

Kürdəmirdə məktəb təşkil edir və bura-

da  qadınlar  arasında  savadsızlığı  ləğvi 

ugrunda  mübarizə  aparır.  O,  burada  50 

qız uşağına savadlanmasına dəstək olur. 

Bu  zaman  onun  cəmi  14  yaşının  olma-

sına  baxmayaraq,  yorulmadan  çalışır, 

xüsusi  kurslar  təşkil  edir,  nəinki  uşaq-

ların  hətta  böyüklərin  də  müəllimi  olur. 

O,  bütövlükdə  rayonun  ictimai-siyasi 

həyatında  yaxından  iştirak  edir,  rayon 

qadınlar  şöbəsinin  müdiri  kimi  qadınlar 

arasında  təbliğat-təşviqat  işləri  aparır. 

Kubra xanım Kürdəmirin ilk komsomolçu 

qızı olur. 1929-cu ildə Kubra xanım həm 

kommunist  partiyasının  üzvü,  həm  də 

Azərbaycan  Dövlət  Universitetinin  tibb 

fakültəsinin tələbəsi olur. O, 1933-cü ildə 

Tibb  İnstitutunu  bitirir  və  həkim  diplo-

mu  alaraq  Respublika  Komsomolunun 

Mərkəzi  Komitəsində  “Ana  və  uşaqların 

mühafizəsı”  adlı  məsul  elmi  iş  üzərində 

Elmi-tədqiqat  İnstitutunda    çalışmalar 

aparır.

1937-ci  ildə  Respublika  Xalq  Səhiyyə 



Komissarlığının  müavini  vəzifəsində  irəli 

çəkilir,  bir  neçə  aydan  sonra  isə  həmin 

Komissarlığın başçısı olur.

Respublikada  səhiyyə  işinin  rəhbəri 

kimi  o,  özünün  bütün  qüvvəsini,  biliyini, 

təşkilatçılıq  bacarığını  xalqın  sağlamlıqı-

nın mühafizəsi işinə həsr edir.

Müharibə 

illərində 

(1942-1943) 

Azərbaycan 

Kommunist 

Partiyası-

nın  Mərkəzi  Kommitəsinin  aparatında 

işləyir.1943-1947-ci  illərdə  Azərbaycan 

SSR  Ali  Soveti  Rəyasət  heyətinin  katibi 

vəzifəsində çalışmışdır. Daha sonra 1947-

1950-ci illərdə Azərbaycan SSR-nin ilk qa-

dın Səhiyyə Naziri olmuş və bu fəaliyyəti 

dövründə  çox  faydalı  təşkilatçılıq  işləri 

aparmışdır.

1950-ci ildə elmi-tədqiqat işinə qayı-

dan K. Fərəcova Ana və Uşaqları Mühafizə 

İnstitutuna direktor vəzifəsinə göndərilir. 

Institutu  ana  və  uşaqların  mühafizəsi 

uşaq  xəstəlikləri  üzrə  həkimlərin,  həkim 

mama-ginekoloqların  ixtisasının  artırıl-

ması üzrə elmi mərkəzə çevirir. 

Ana  və  Uşaqları  Mühafizə  İnstitutu-

na 30 il  (1950-1980-ci illər) müddətində 

başçılıq  edən  professor  K.  Y.  Fərəcova 

böyük elmi, təşkilati və ictimai iş aparırdı. 

Institutun  rəhbəri  kimi  onun  tərəfindən 

müntəzəm  olaraq  Respublikanın  rayon-

larında  elmi-praktik  konfranslar  keçirilir, 

yerlərdə  köməklik  göstərmək  üçün  ins-

titutn  elmi  işçilərindən  ibarət  briqada-

lar  göndərilirdi.  Onun  tərəfindən  100-ə 

qədər elmi iş yazılmışdır ki, bununda çox 

hissəsi pedriatriyanın aktual məsələlərinə, 

Azərbaycanda  müxtəlif  yaşlı  uşaqların 

sağlamlıq  vəziyyəti  və  fiziki  inkişafına 

həsr olunmuşdur. K. Y. Fərəcova Reapub-

lika  həkim-pediatrların  3  qurultayının 

(1959,1964 və 1970), mama-ginekoloqla-

rın II qurultayının təşkilatçısı və iştirakçısı, 

1977-ci ildə Bakıda keçirilən “Pedriatriya 

praktikasında  transfuziologiya  və  hema-

tologiya  məsələləri”  mövzusunda  Ümu-

mittifaq  konfransının  təşkilatçılarından 

biri olmuşur.

Uzun  illər  aparıcı  səmərəli  elmi 

tədqiqat  işlərinin  yekun  olaraq,  1960-cı 

ildə namizədlik, 1970-ci ildə isə doktorluq 

dissertasiyası şəklində müdafiə etmişdir.

120-dək 


artıq 

elmi 


əsərin, 

“Azərbaycanda 

ana 

və 


uşaqların 

mühafizəsinin  inkişafı”  adlı  monoqrafi-

yanın,  20-yə  yaxın  metodiki  tövsiyyənin 

və  broşurların  müəllifi  olan  professor 

K.  Y.  Fərəcova  bir  müəllim  kimi  də  ha-

mının  hörmətini  qazanmışdır.  Prof.  K. 

Fərəcovanın  rəhbərliyi  ilə  10-a  yaxın 

namizədlik  işi  başa  çatdırılmışdır.  Onun 

rəhbərliyi  altında  4  elmlər  doktoru,  65 

elmlər namizədi yetişmişdir. O, həmçinin 

dəfələrlə  Azərbaycan  Tibb  İnstitutunda 

dövlət  imtahan  komissiyasının  sədri  ol-

muş, tibbi kadrların xüsusilə milli kadrla-

rın hazırlanması işində də  böyük, misilsiz 

xidmətləri olmuşdur.

24  may  1960-cı  ildə  Respublikanın 

Əməkdar  Həkimi  adına  layiq  görülmüş-

dür,  1979-cu  ildən  İttifaq  əhəmiyyətli 

fərdi təqaüd alan K. Fərəcova SSR Ali So-

vetinin və 2 dəfə Azərbaycan SSR Ali So-

vetinin deputatı seçilmiş, 2 Qırmızı Əmək 

Bayrağı və 2 “Şərəf nişanı” ordeni ilə təltif 

edilmişdir. 

  İlk  qadın  Səhiyyə  Naziri  olan  Kubra 

Yəhya qızı Fərəcova 1 oktyabr 1988-ci ildə 

dünyasını  dəyişmişdir.  Lakin  bu  cismani 

ölümdür.  Kübra  xanım  kimi  şöhrətli  ad 

qoyub gedən insanlar heç vaxt ölmürlər, 

şərəfli ölümləri ilə əbədiyyətə qovuşurlar. 

Dr. Cəmilə Rəsulova 

həkim-kardioloq



Dr. Əfqan İbadov

həkim-uroloq



Kubra Yəhya qızı Fərəcova

Azərbaycan səhiyyəsinin tarixi

Həkimlərimizi tanıyaq

MK baş həkimin müavini Həkim-

neonatoloq Sevda Əsədova 05-10 

mart 2015-ci il tarixlərində Gürcüs-

tan Respublikasının Tiflis şəhərində 

"Beynəlxalq Neonatoloji " Forum-

da iştirak etmişdir.

MK Urologiya Şöbəsinin müdiri 

Həkim-uroloq Elbəyi Daşdəmirli 20-

25 mart 2015-ci il tarixlərində İspani-

yanın Madrid şəhərində "30th Annual 

EAU" konqresdə iştirak edəcək.

Həkim-ginekoloq Ramin Salahov  

18-22 mart 2015-ci il tarixlərində 

Almaniya Federativ Respublikasının 

Berlin şəhərində "Human reproduc-

tion" konfransda iştirak edəcək.

Həkimlərimiz beynəlxalq konfrans və kurslarda


MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-5 | MART 2015

5

Vüqar  Rəsul  oğlu  Abdulkərimov  24  oktyabr  1974-cü  ildə 

anadan olmuşdur. 1992-1999-cu illərdə İstanbul Universi-

teti Cərrahpaşa Tibb Fakültəsində Tibb ixtisası üzrə, 2002-

2007-ci  illərdə  həmin  Universitetin  İstanbul  Fakültəsində 

Anestezialogiya və reanimasiya ixtisası üzrə mütəxəssislik 

(uzmanlıq)  təhsili  almış,  2007-2009-cu  illərdə  Alqologiya 

ixtisası üzrə kurs keçmişdir. 01.09.2009-cu ildən Mərkəzi Kli-

nikada reanimatoloq-alqoloq vəzifəsində fəaliyyət göstərir.

Bir insanı ölümdən qurtaranda



-  Haradasa  oxumuşam  ki,  reanimotoloqlar  ən  böyük 

“günahkar”lardır.  Belə  ki,  onlar  ölməkdə  olan  xəstəni 

xilas  etməklə  Tanrının  iradəsini  pozmuş  olurlar.  Bu, 

belədirmi?

- Əvvəla, fürsətdən istifadə edərək bütün xalqımızı qarşıdan 

gələn Bahar bayramı münasibətilə səmimi qəlbdən təbrik 

edir, hər bir ailəyə ruzi-bərəkət və ən əsası can sağlığı arzula-

yıram. Elmi də bizə Tanrı göndərib. Pis niyyətlə etmədiyimiz 

hər cür elm düzgün sayılır. Bəlkə ağır xəstələri göndərməklə 

bizim biliyimizi, niyyətimizi imtahan da etmiş ola bilər. An-

caq biz bütün biliyimizi, bacarığımızı ortaya qoymuş olsaq 

belə hər xəstənin həyatını xilas edə bilmirik. Hər şey bizim 

əlimizdə olsaydı, onda heç bir həkimin yaxın qohumu, əzizi 

dünyadan köçməz və ya xəstələnməzdi. Ümumiyyətlə, biz 

reanimotoloqların  etdikləri  Allahın  işinə  qarışmaq  deyil, 

bu,  insanlara  etdiyimiz  yaxşılıqlardır  və  peşə  borcumuz-

dur. Həkimliyin müxtəlif  sahələri var. Ancaq xəstələrin ən 

ağır vəziyyətdə və həyatını davam etdirə bilməyəcək qədər 

çətin  vəziyyətdə  olanlara  reanimotoloqlar  baxır.  Mən  rea-

nimotoloqun işini həmişə futbol komandasının qapıçısının 

əməyinə  bənzədirəm.  O  biri  həkimlər  oyunçulardır,  reani-

motoloqlar  isə  qapıçılardır.  Bizim  işimiz  qapını  qorumaq-

dır. Reanimotoloqların etdiyi ən əhəmiyyətli iş həyatı vacib 

funksiyaları  təmin  etməkdir.  Əsas  nəfəs,  ürək  və  beyindir. 

Reanimotoloqların işi ciddi nizam-intizam, fədakarlıq tələb 

edən sahədir. Bu, ona görə fədakarlıq istəyir ki, hər dəfə et-

diyin  işin  nəticəsini  ala  bilmirsən.  Xəstənin  yaxınlarına  pis 

xəbər vermək o qədər asan deyil. Bu, bizim sahənin mənfi 

tərəfidir. Yaxşı tərəfi də odur ki, bir insanı həyata qaytarmaq 

bizə əvəzolunmaz duyğular yaşadır.  

- Reanimasiya şöbəsinə hər gün nə qədər xəstə daxil olur?

- Xəstəxananın reanimasiya şöbəsi 20 çarpayılıq şöbədir. 

6  mütəxəssis-həkim,  3-4  nəfər  ixtisaslaşmaqda  olan  və 

müqaviləli həkimlər çalışır. 24 tibb bacısı və digər perso-

nal.  Müasir  avadanlıqlarla  təchiz  olunmuş  şöbəmiz  kiçik 

bir xəstəxana kimidir. Reanimasiyaya yerləşdirilən xəstələr 

həyati  göstəriciləri  pozulmuş  xəstələrdir.  Biz  onlara  “kri-

tik xəstələr” deyirik. Xəstələr ümumi reanimasiyaya qəbul 

kriteriyalarına  –  müəyyən  diaqnozalara  və  göstəricilərə 

görə qəbul olunurlar. Bura tənəffüs sisteminə bağlı ciddi 

pnevmaniyalar, meningitlər, intubasiya edilməsi lazım olan 

xəstələr, kəskin beyin qan dövranının pozulması, tənəffüsə 

təsir edəcək epilepsiyalı və s. xəstələr daxil olur. Reanimasi-

yada hər orqana dəstək verəcək avadanlığımız mövcuddur 

- süni tənəffüs aparatı,  keçici  pace-makerler , böyrək və 

qaraciyər dəstək cihazları (CRRT, MARS). Avadanlıqlarımız 

dünya  xəstəxanalarının  texnoloji  avadanlığı  ilə  yarışacaq 

səviyyədədir. İllik xəstə sayı 1200-1500 arasıdır.  



-  Çox  vaxt  xəstələr  özlərində  olan  simptomları 

bilmədiklərindən  hansı  həkimə  müraciət  etmək  sualı 

ilə  üz-üzə  qalırlar.  Xəstələr  öz  həkimlərini  necə  tap-

malıdırlar?

- Hər bir insanın tibbi biliyinin olması məcbur  deyil. Lakin 

türkəçarələr yerinə mütəxəssislərə müraciət etmək vacib-

dir. Hansı həkimə yerləşdiriləcəyi qəbul şöbələrində vəya 

təcili yardımda müəyyənləşdirilir. Burda böyük vəzifə tibb 

işçilərinin  üzərinə  düşür.  Əgər  tibb  personalı  öz  işlərini 

peşəkar görərlərsə, hər hansı yanlışlıq və ya səhvlər olmaz. 

Reanimotoloqların  isə  işi  ona  görə  çətindir  ki,  bizim 

xəstələr şikayətlərini bildirə bilmirlər, onlar huşu başların-

da olmayan xəstələrdir. Biz xəstələri baxış, müayinə, etdi-

yimiz lobarator və görüntüləmə müayinələrlə üzə çıxarır, 

diaqnozunu qoyub müalicəsini aparırıq. Xəstə öz şikayətini 

deyəndə onda həkim üçün daha rahat olur. 

“Alqologiya” adlı yeni bir sahə



-  Hər  bir  ağrı  siqnaldır.  Onun  xroniki  və  ya  müvəqqəti 

olduğunu necə müəyyənləşdirirsiniz?

-  Ümumiyyətlə,  ağrı  nəyinsə  simptomu  olmaqdan  çıxıb. 

Ağrı hal-hazırda özü bir xəstəlikdir. Xroniki ağrılar üç aydan 

çox davam edən ağrılardır. Bu, özbaşına xəstəlikdir. Kəskin 

ağrılar nəyinsə göstəricisi ola bilər. Tibbdə ağrılarla məşğul 

olan “Alqologiya” adlı yeni bir sahə fəaliyyət göstərir. Bu 

sahə  xroniki  ağrıları  xəstəlik  olaraq  qəbul  edir  və  onun 

müalicəsi ilə məşğuldur. 



- Ən dəhşətli ağrılar hansı xəstəliklərin əlaməti ola bilir?

- Ağrıların bir neçə ölçüsü var. Ağrı nisbi bir şey olduğu 

üçün hər kəsin ağrı anlayışı eyni deyil. Bunların ölçü va-

hidi  xəstənin  özündən  soruşulur  (məsələn  VAS).Burada 

ağrı  10  üzərindən  dəyərləndirilir.    Qadınlarda  10  ağrının 

son nöqtəsi olan doğum sancısıdır. Kişilərdə biz diş ağrı-

sını nümunə götürürük. (Əlbəttə, diş ağrısı doğum ağrısı-

nın yanında yüngül ağrıdır).  Nevralgiya ağrıları,  sümüyə 

metastaz  verən  onkoloji  ağrılar    ən  şiddətli  ağrılar  sayı-

lır.  Bəzən  çox  ciddi  bir  xəstəliyin  qətiyyən  ağrısı  olmaya 

bilir  və  ya  cüzi  bir  ağrısı  olur.  Müalicəyə  ən  çətin  cavab 

verən ağrılar neyropotik ağrı qrupudur ki, burada ağrının 

əsas səbəbi sinirin yaddaşında qalan ağrılardır. Hər han-

sı bir ağrı sinirin özünün strukturunu poza bilir. Məsələn, 

şəkərli xəstənin ayaq ağrıları neyropotik ağrılardır. Xərçəng 

xəstəliyi də neyropotik ağrıya səbəb olur. 



- Sadaladığınız ağrıların müalicəsi həmişə son nəticədə 

cərrahi müdaxilə tələb edir? 

- Ağrıların cərrahi müdaxilə tələb edən növləri də var. Biz 

alqoloq olaraq cərrahi yox, qansız, narkozsuz müdaxilələr 

edirik. 1 mm dən kiçik kateterlərlə ağrının mənbəyinə daxil 

olur, dərmanlarla vəya radiofrekans (RFT) ilə həmin ağrının 

mənbəyini yandırırıq. Bizim müdaxilələrimizin çoxu hara-

dasa cərrahi müdaxilələrlə eyni nəticələr verir. 

-  Müdaxilələrdən  sonra  xəstəliklərin  tam  sağalmasına 

təminat verirsinizmi?

-  Bizim  şəxsi  nəticələrimiz  dünya  standartları  ilə  eynidir. 

Bu,  bir  çox  ağrılarda  fərqlidir.  Deyək  ki,  onkoloji  ağrılar-

da  sempatektomiya  üsulu  ilə  nəticəmiz  50-60  faizdirsə, 

bel yırtıqlarında aldığımız nəticələr 70-80 faizdir. Ağrının, 

xəstəliyin növünə görə aldığımız nəticələr fərqlidir, ancaq 

heç birində 100 faiz olmur. Ümumiyyətlə, tibbdə “100 faiz-

dir”- deyə bir anlam yoxdur.  



-  Bel,  onurğa  ağrılarından  şikayətlənənlərin  sayı  get-

gedə çoxalır. Bu xəstəliklərin səbəbi nə ilə bağlıdır?

- Bel xəstəliklərinin ən böyük səbəbi artıq çəki ilə bağlıdır. 

Həmçinin oturaq həyat tərzi rol oynayır. Biz günümüzün 

çoxunu  oturaraq  keçiririk.  Cərrahlar  günün  çoxunu  ayaq 

üstə  keçirdikləri  üçün  boyunları  ağrıyır.  Bu  xəstəliklərin 

qarşısının  almağın  ən  yaxşı  üsulu  idmandır.  Üzgüçülüklə 

məşğul  olmaq  gözəl  effekt  verir.  Problemlə  mübarizə 

aparmaq  üçün  müalicə  seçildikdə  ilk  növbədə  fiziotera-

piyadır. Nəticə alınmırsa alqologiya, yenə nəticə alınmırsa 

cərrahi müdaxilədir. Ümumiyyətlə fəqərə xəstəlikləri təkcə 

Azərbaycanda deyil, bütün dünyada geniş yayılıb. Müraciət 

edənlərin 50-55 faizi onurğa ilə bağlıdır. 



-  Bəs  insanların  müəyyən  ağrılardan  xilas  olmala-

rı  üçün  ağrıkəsicilərdən  mütəmadi  istifadəsi  ilə  bağlı 

məsləhətiniz nədir?

- Ağrıkəsicilərə bağlı ağrıların özü ayrıca bir bölümdür və 

müalicəsi  çox  çətindir.  Ağrıkəsiciləri  uzun  müddət  içmək 

özü də ağrılara səbəb ola bilir. Ona görə biz hər çıxışımız-

da «özbaşına ağrıkəsici almayın» - deyə bildiririk. Bəzi in-

sanlar həddən artıq dərman düşkünüdür. Bəzi insanlar isə 

dərman versən də onu içmək istəmirlər. O həddi saxlamaq 

çox çətindir. 



-  Ümumiyyətlə  “Alqologiya”  tibbdə  yeni  sahə  olduğu 

üçün insanlar bu sahə ilə bağlı məlumatsızdırlar. 

- Alqologiyanın tibbdə 35-40 yaşı var. Azərbaycanda ilk 

dəfə 6 il əvvəl Mərkəzi Klinik Xəstəxanada Ağrı Mərkəzini 

qurduq. Bu işdə müəllimim Prof. Dr. Nürəddin Lüləcinin 

əməyi çoxdur. Xəstələr ilk başda bizim və digər klinikala-

rın həkimləri tərəfindən bizə yönəldilirdi. Son dövrlərdə 

isə  xəstələr  özləri  birbaşa  bizə  müraciət  edirlər.  Hal-

hazırda  ölkədə  bu  sahənin  inkişafı  sevindirici  haldır.  

Nevralgiyası  olan,  onkoloji  xəstələr,  şekər  vəya  diğər 

damar xəstəliyinə bağlı ağrılar ilə xəstələr bölməmizdə 

müalicə olurlar.

Biz ayrılıqdan qorxuruq



- Ölüm hadisələri tibbdə çox olur. Belə gərgin iş şəraitində 

işləmək  və  bu  cür  hadisələrin  şahidi  olmaq  çətindirmi? 

Beyin ölümü nədir?

-  Ölüm  hadisəsinə  alışmaq  anlayışı  yoxdur.  Sadəcə 

biz  reanimotoloq  olaraq  soyuqqanlığımızı  qorumaq 

məcburiyyətindəyik. Bu, bizim professional xüsusiyyətimizdir. 

Əgər soyuqqanlı olmasaq bu, işimizə təsir edər. Yoxsa hər 

xəstə  dünyasını  dəyişəndə  həkimdən  bir  şey  gedir.  Bu, 

hadisəyə  alışmaq  deyil.  Biri  gözünün  qabağında  ölürsə, 

səs-küy  etməklə  xəstəyə  daha  da  zərər  vermiş  olarsan. 

Ölüm tibbi olaraq həyati funksiyaların yerinə yetirilməməsi 

deməkdir. Beyin ölür, ancaq ürək işləyirsə, biz onu ölüm say-

mırıq. Sadəcə buna “beyin ölümü” deyirik. Xəstənin digər 

orqanlarını  isə  mühafizə  edə  bilirik  .  Biz  beyin  ölümünün 

diaqnozunu  nevroloji  müayinə  ilə  təyin  edirik.  Beyin  ölü-

münü  təsdiqləmək  üçün  3-4  həkim  bir  araya  gəlməlidir. 

Xəstədə  beyin  ölümü  diaqnozunu  təsdiqləmək  üçün  bəzi 

görüntüləmə üsulları var. Xəstənin beynin ölməsini ən dəqiq 

göstərən  şey  angioqrafiyadır.  Bundan  əlavə,  tomoqrafiya, 

yuxu  arteriyalarının  dopleroqrafiyası  da  bizə  beyin  ölümü 

haqqında məlumat verir. Beyini ölən xəstə faktiki yaşamayan 

xəstədir. Ancaq onun digər orqanlarının ömrünü uzatmaq 

olur. Bu, ümumilikdə geriyə dönüşü olmayan bir vəziyyətdir. 

Xaricdə  bunu  xəstələrin  yaxınlarına  başa  salaraq  onların 

böyrəyi  vəya  qaraciyərindən  donor  kimi  istifadə  etməyə 

icazə alırlar. İnşallah zamanla Azərbaycanda da orqan ba-

ğışlamağı  insanlar  daha  rahat  qəbul  edər  və  başkalarının 

həyatını  xilas  etmiş  olarlar.  Beyin  ölümü  əlbəttə,  ölümün 

bir parçasıdır. Ancaq ölüm əsasən ürəyin dayanmasıdır. Bir 

xəstəyə tibbi olaraq «öldü» demək üçün ürəyi atmamalıdır.



- Biz niyə ölümdən qorxuruq?

-  Normalda  əlinin  bir  yerə  dəyəndə  yanacağını  bildiyin 

halda  qorxursan.  Ölümdən  qorxmaq  fərqli  şeydir.  Ölüm 

qaçınılmaz  olduğu  üçün  ondan  qorxmağa  ehtiyac  yox-

dur.  Məncə  biz  ayrılıqdan  qorxuruq.  Biz  yaxınlarımızdan, 

sevdiklərimizdən ayrılmaqdan qorxuruq.  



-  Elm  hazırda  «Ölümdən  sonrakı  həyat»  üzərində  baş 

sındırır. Sizcə ölümdən sonra həyat varmı?

- Məncə ölümdən sonra həyat var. Ölümdən sonra həyatın 

olmaması insanları daha da ümidsizliyə qapadar. İnsanlar 

daha da nəzarətsiz olarlar. Elm bunu isbatlaya bilməsə də, 

«o dünya» fikir və ya inanc olaraq vardır. 

-  Elə  bir  zaman  olacaqmı,  tibb  elminin  qarşısında 

«müalicəsi olmayan xəstəlik » sualı dayanmasın?

-  Tibb  elmi  inkişaf  etdikcə  tapılan  xəstəliklərə  qarşı 

önləmlər və müalicələr ola bilər. Ancaq sonsuz bir şey ola 

bilməz.  İnsanlar  nədənsə  ölməlidir.  Biz  həkimlər  ancaq 

erkən ölməyin qarşısını ala və ya həyat  keyfiyyətini artıra 

bilərik. Biz Allahın yazdığına qarşı çıxa bilmərik.  



Müsahibəni götürdü: 

Qızılgül Məmmədova

Dr. Vüqar Abdülkərimov: "Reanimotoloq olaraq 

soyuqqanlılığımızı qorumalıyıq"

Mərkəzi Klinikanın Reanimasiya şöbəsinin müdiri, reanimotoloq-alqoloq Vüqar Abdülkərimovla müsahibə

Ölümdən qorxmaq fərqli şeydir. 

Ölüm qaçınılmaz olduğu üçün 

ondan qorxmağa ehtiyac yoxdur. 

Məncə biz ayrılıqdan qorxuruq. Biz 

yaxınlarımızdan, sevdiklərimizdən 

ayrılmaqdan qorxuruq.


MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-5 | MART 2015

6



   İnsan öldükdən 7 dəqiqə 



sonra beyni də ölür. Bu 7 

dəqiqədə həmin adamın 

xatirələri sürətli formada 

gözünün qabağından keçir.

  Ağladığınız zaman göz 



yaşınız ilk sağ gözünüzdən 

gələrsə xoşbəxtlikdən, 

sol gözünüzdən gələrsə 

kədərdən ağlayırsınız.

  Bal xarab olmayan yeganə 



qidadır.

  Saqqız ilk dəfə 1948-ci 



ildə amerikalı Con Kartis 

tərəfindən satışa çıxarılıb.

  Soğan doğrayarkən saqqız 



çeynəmək gözün yaşarma-

sının qarşısını alır. 

  Uşaqlar yazda daha çox 



böyüyür.

  İnsan ağzında 40 min bak-



teriya yaşayır.

  Ən uzun boylu insan  



2.72 metr boyu olan ABŞ 

vətəndaşı R.P.Wadlow ol-

muşdur.

Təsisçi

Mərkəzi Klinika



Baş redaktor: Toğrul Adıgözəlov 

Redaksiya heyəti: Kamran Musayev, Həsən Qəndilov, Nikbin Yusifov

Bülleten ayda bir dəfə nəşr olunur. 



Tiraj: 500

Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az  www.facebook.com/MerkeziKlinika   twitter.com/MerkeziKlinika



MARAqLı fAKTLAR

Dünya gülür üzümə,

Vətənimə yaz gəlir.

Hər dağıma düzümə,

Çəmənimə yaz gəlir.

Ürəyimdə bahardır,

Gözüm önündə bahar.

Bir işvəli gözəlin,

Təbəssümündə bahar.

Sən, ey nəğməkar pəri,

Fəsillərin sonası.

Gəlişinlə hər evdə,

Əlvan şamlar yanası.

Alışan tonqalların,

Bir aləm büsatı var.

Novruzun hər süfrədə,

Bəxşişi, baratı var.

Belində qizil kəmər,

Nazlanır göy səməni.

Kosaya nəmər verin,

Əlində xurcun gəlir.

Dillən, ey qara zurna,

Telli sazla həmahəng.

Bu bahar gözlərimdə

Çiçək açır rəngbərəng.

Havalanır uzaqdan,

“Yallı gedək” sədası.

Qopur hər dodaqdan,

“Sağ ol”, “var ol” nidası.

Novruz ulu tanrıdan, 

Vətənimə ərmağan.

Süfrələrin neməti,

Lütfündür ey yaradan.

Hamı deyir bu bayram,

Şənliklərin tacıdır.

Ürəklərin sevinci,

Dərdlərin əlacıdr.

Hörmətlə yola salaq

Köhnə ili ay ellər.

Bu baharın ayağı

Sayalıdır deyirlər.

Personalın yaradıcılığı



MK bağbanı: Yusif Bağırov

Yaz gəlir


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə