1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri



Yüklə 81,03 Kb.
səhifə21/30
tarix07.04.2023
ölçüsü81,03 Kb.
#94294
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
1. M?lki m?dafi? n?dir, M?lki m?dafi?nin yaranma tarixi v? inki?

27. Əleyhqazların təsnifatı.
Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:

  1. tənəffüs orqanlarının mühafizə vasitələri;

  2. dəri səthinin mühafizə vasitələri;

  3. tibbi mühafizə vasitələri.

Tənəffüs orqanlarını mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin ozü tərəfindən hazırlanan ən sadə vasitələr aiddir.
Əleyhqazlar – Müasir əleyhqazlar adamın tənəffüs orqanlarını və gözlərini havadakı zəhərləyici maddələrin, radioaktiv maddələrin təsirindən, həmçinin yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu xassələrə malikdir. Bu əleyhqazların təcridedici və süzücü növləri vardır.
Süzücü əleyhqazlar daha geniş yayılmışdır; onların quruluşu – içərisində fəallaşdırılmış kömür və tüstü əleyhinə süzgəclər olur. Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5, QP-5 m, QP-7 (QP-mülki əleyhqaz) əleyhqazlarından; uşaqların mühafizəsi üçün DP-6 m (uşaq əleyhqazı, 6-cı tipi ) PDF-7 (süzücü uşaq əleyhqazı, 7-ci tipi), süzücü əleyhqazlardan istifadə oluna bilər. Bunlardan əlavə, 1,5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 (uşaq mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə cihazı vardır. Cədvəldən kənar əleyhqazlara sənaye əleyhqazları, xüsusən kimya müəssisələrində işlədilən əleyhqazlar aiddir. Bu əleyhqazların qutuları xüsusiləşdirilmişdir, ona görə də qutunun tərkibində müxtəlif uducular və aerozol süzgəcləri ola bilər.Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük hissədən ibarətdir.
Dəri səthini mühafizə vasitələri bədənin açıq sahələrini, paltarları, sursatı və ayaqqabıları onların səthinə ZM damcıları, yoluxucu xəstəliktörədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Süzücü materialdan tikilən mühafizə paltarları ya həmişə, ya da vaxt aşırı istifadə üçündür. Belə paltarlar adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir. Dərini təcridedici mühafizə vasitələri havakeçirməyən materialdan hazırlanır, həm tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar), həm də qismən, yaxud tamamilə qeyri-hermetik (plaşlar, bürünclər önlüklər və s.) ola bilər.


Yüklə 81,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin