1. M?lki m?dafi? n?dir, M?lki m?dafi?nin yaranma tarixi v? inki?
14. Mülki müdafiə planının üçüncü və dördüncü bölmələri. III Bölmə: Fövqəladə hadisələr rejimində qəza-xilasetmə və digər təxirə salınmaz işlərin təşkili.
Fövqəladə hadisə baş vermiş ərazilərdə ümumi və xüsusi kəşfiyyatın aparılması, kimyəvi zəhərlənmə və radioaktiv çirklənmənin, tikili və kommunikasiya şəbəkələrinin dağılma dərəcəsinin müəyyən edilməsi, dəyən ziyan və itkilərin miqdarının dəqiqləşdirilməsi;
IV Bölmə: Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili.
Əsas, ehtiyat və yardımçı idarəetmə məntəqələrinin yerləri, tərkibi, mühafizə tədbirləri və əməliyyat qruplarının məntəqədə fəaliyyət qaydaları;
İdarəetmə məntəqələrinin rabitə, xəbərdarlıq və informasiya vasitələri ilə təchiz olunması və onlardan istifadə etmək qaydaları;
Fövqəladə hadisələrin gözlənilməsi və ya baş verməsi barədə rəhbər heyətin eləcə də işçilərin xəbərdar edilməsi qaydaları;
Mülki müdafiə qüvvə və vasitələrinin “gündəlik fəaliyyət” “yüksək hazırlıq” və “fövqəladə hadisə” rejimlərində idarə edilmə qaydaları;
Mülki müdafiə qüvvələri ilə rabitənin təşkili və idarəetmə pozulduqda onun bərpa edilməsi üzrə tədbirlər.