Fövqəladə hadisə – insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakətlər nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hal və onun növləri(miqyasına, baş vermə sahələrinə, mənsubiyyətinə görə)
Miqyasına görə fövqəladə halların təsnifatı
Lokal (qismi) - hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır. Obyekt miqyaslı (səciyyəli) - hadisələr sənaye obyektində, bina və ya qurğu
hüdudlarında məhdudlaşır.
Yerli - hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir.
Regional - fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir.
Milli - miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edir, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir.
Qlobal - hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin ərazilərinə də yayılır.