Dezinfeksiyanın növləri, onun aparılması üsulları və vasitələri Dezinfeksiya və yoluxucu xəstəlik törədicilərinin zərərsizləşdirilməsi adamları əhatə edən mühitdəki yoluxucu xəstəlik törədən mikrobların məhv edilməsinə yönəldilmiş xüsusi tədbirlər kompleksidir.
Dezinfeksiyanın – profilaktika dezinfeksiyası, cari dezinfeksiya və son dezinfeksiya növləri olur.
Profilaktika dezinfeksiyasıyoluxucu xəstəliklərin baş verməsi və ya ümumi istifadə olunan əşyalar vasitəsilə yoluxmanın keçməsi imkanlarının qarşısını almaq məqsədilə aparılır. Südün qaynadılması, çirkab suların, zibilin, ümumi istifadə yerlərinin, xəstəxanalarda alt və üst paltarların, qatarlarda yataq ləvazimatının müntəzəm surətdə zərərsizləşdirilməsi belə tədbirlərdəndir.