Sinir iflicedici ZM kimyəvi strukturuna görə fosforlu üzvi maddədir (FÜM).
Belə maddələrə zarin, zoman və V qazı aiddir. Zarin və zoman rəngsiz (və ya sarımtıl), səciyyəvi iyli mayelərdir.
Ümumzəhərləyici təsirli ZM əsasən tənəffüs üzvlərindən keçib orqanizmin ən vacib sistemlərinə sürətlə təsir göstərən tezbuxarlanan kimyəvi birləşmələrdir.
Zəhərləyici maddələrin bu qrupuna sianid turşusu və xlorsian aiddir.
Dəridə yaraçıxaran ZM elə zəhərli birləşmələrdir ki, onlar hətta ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilir. Kimyəvi təmiz iprit zəif gənəgərçək iyli, şəffaf, yağlı, rəngiz mayedir.
Dostları ilə paylaş: |