Yandırıcı silhalar
Adi qırğın vasitələrinin bir növü də yandırıcı silahlardır. İnsanları qətlə yetirmək, bina və tikililəri, müxtəlif anbarları yanğınla dağıtmaq üçün istifadə edilir.
Yandırıcı silahların əsasını yandırıcı maddələr və onları tətbiq etmək üçün vasitələr təşkil edir.
Yandırıcı maddələrin növləri:
Neft məhsulları əsaslı – Napalmlar;
Metallar əlavə edilmiş - Pirogellər;
Termit və termit əsaslı yandırıcı maddələr;
Ağ və plastik fosfor;
Qələvi metallar və s.
Həcmli partlayış döyüş sursatları
Konteynerlər atıldıqdan sonra paraşüt vasitəsilə yerə yaxınlaşır, partlayış vasitəsilə bombanın daxilində olan yanacaq qarışığı havaya çilənir və havada oksigenlə qarışıb aerozol buludu əmələ gətirir, onun diametri 15m, hündürlüyü isə 2-5 m olur. Bu bulud bir neçə saniyədən sonra müxtəlif yerlərdən detonator vasitəsilə partladılır və 20-30 kqQ/m2 izafi təzyiq yaradır. Detonasiya ərazisindəki havanın hərarəti bir neçə mikro saniyə ərzində 2500-3000°S-yə çatır. Partlayış anında yaranmış buludun içində nisbi boşluq yaranır.
Həcmli partlayış döyüş sursatlarında 200 kq-lıq kassetin içərisində 3 ədəd 40 kq-lıq çəkili konteyner var. Hər konteynerdə 33 kq-a yaxın maye etilen oksidi yerləşdirilib.
Həcmli partlayış döyüş sursatlarının əsas zərbə faktoru hava dalğasıdır. Bu sursatlar öz gücünə görə nüvə və adi (fuqas) bombalarının arasında yer tutur. Hətta partlayış mərkəzindən 100 m məsafədə belə təzyiq 100 kPa da çata bilər.
Dəqiq silahlar
İdarə olunan, zərbə endirmək hüdudları daxilində istənilən məsafədə hədəfi bir atəşlə vuran bilən silahdır. Dəqiq silahların ən yeni növü kəşfiyyat-zərbə kompleksidir. Bu sistemi yaradan zaman mütəxəssislərin hədəfi minimal vasitə ilə yaxşı mühafizə olunan obyektlərin dəqiq vurulması idi.
Hədəfə çox dəqiq zərbə endirmək imkanı yaradır. Kəşfiyyat-zərbə kompleksləri iki elementi birləşdirirlər: Zərbə vasitələrini (Kassetli bombalarla təmin olunan təyyarələr, raketlər) və onların hərbi tətbiqini təmin edən texniki vasitələr (kəşfiyyat, rabitə, naviqasiya, idarəetmə sistemi, informasiyanın emalı və əks olunması, əmrlərin hazırlanması). Belə inkişaf etdirilmiş avtomatlaşdırılmış sistem silahın hədəfə tuşlanması prosesində insanlarsız tamamilə keçinməyə şərait yaradır.
Dəqiq silahlardan kiçik ölçülü hədəfləri vurmaq və dəqiq nişan almaq tələbi olan zaman istifadə olunur.
Dəqiq silahlara idarə olunan aviasiya bombaları da aiddir. Xarici görünüşdən onlar adi aviasiya bombalarına oxşayır və onlardan idarəetmə sisteminin və kiçik qanadların olması ilə fərqlənir.
Dostları ilə paylaş: |