17. İlk dəfə nüvə silahının tətbiqi və nəticələri. Nüvə partlayışının növləri.
Müasir qırğın silahları 2 yerə ayrılır: adi və kütləvi. Kütləvi qırğın silahlarına – nüvə kimyəvi və bakterioloji silahlar aiddir. Kütləvi qırğın silahlarının ən güclüsü nüvə silahıdır. İlk dəfə 1945-ci ilin avqustun 6 və 9-da ABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində tətbiq olunmuşdur (o zaman beləsilah atom bombası adlanırdı). Bu şəhərlərin əhalisi bu yeni silahdan qorunmağın üsullarını hələ bilimirdi, ona görə də çox böyük təlafata düçar oldu. Şəhərlərdə demək olar ki, bütün tikililər dağıldı və yandı. Xirosimada 166 minə, Naqasakidə 80 minə qədər adam məhv oldu, təxminən bir o qədər də ağır surətdə yaralandı, yanıq yarası aldı, zərərli şüalanmalara məruz qaldı. Bu ilk nüvə silahının dağıdıcı gücü 20 min ton adi partladıcı maddənin (tirotilin) bir anda partlayışı zamanı meydana çıxan gücə bərabər idi. Buna trotil ekvivalent deyilir. Nüvə partlayışı zamanı bir an göz qamaşdıran çox parlaq işıq görünür və göy gurultusuna bənzəyən ən güclü gurultulu səs eşidilir. Bunların ardınca partlayış havada baş verdikdə partlayış alovu od yarımkürəsi şəklinə düşüb sürətlə böyüyərək göyə qalxır,öz ardınca yerdən çoxlu toz-torpağı çəkib sütun şəklində göyə qaldırır, bunun da istiliyi bir neçə milyon dərəcə olur.Sonra soyuyaraq göbələyə oxşayan topa buluda çevrilir. Buludun hündürlüyü 15 km-dən artıq olur.Külək bu radiaktiv buludu partlayış yerindən onlarla və yüzlərlə kilometr uzağa aparır. Bu silahıntətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahı kosmosda,havada,yerin altında və üstündə, suyun altında və üstündə partladıla bilər.Hava partlayışı– havanınelə yüksəkliyindəki partlayışa deyilir ki, belə hallarda odlu kürəözünün maksimal işıq saçması zamanı yerin səthinə toxunmur.
Yerüstü (su üstü) partlayış –yerin (suyun) üzərində və ya yerin səthindən elə hündürlükdə baş verənpartlayışdır ki, beləhallarda odlu kürə özününmaksimal işıq saçması zamanı yerin (suyun)səthinə toxunur.
Yeraltı partlayış – nüvə döyüş sursatının yerin altında partladılmasından baş verir.
Sualtı partlayış suyun səthindən aşağıdaaparılan partlayışa deyilir.
Dostları ilə paylaş: |