1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranması və fəaliyyəti. Az Respublikasının bu təşkilatın üzvlüyünə qəbul olunması



Yüklə 335,33 Kb.
səhifə2/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   2   3   4   5   6   7   8   9   ...   106
null

2.Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranması və fəaliyyəti. Az Respublikasının bu təşkilatın üzvlüyünə qəbul olunması.

1931-ci ildə fransalı tibb xidməti generalı Corc Sent Rol Fransanın paxtaxtı Parisdə “Cenevrə regionu assosiasiyası” yaratmışdır. Sonra bu təşkilat Ümumdünya Mülki Müdafiə təşkilatın çevrilmişdir. Bu təşkilata üzv olan ölkələr sülh dövründə 2 tərəfli və çox tərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları üçün təhlükəsiz zonasının yaradılmasına təminat verir. 1937ci ildə Corc Sent Rol vəfat etdikdən sonra onun vəsiyyətilə Assosiasiya Parisdən Cenevrəyə köçürüldü. Henri Corc tərəfindən 1947-ci ildə assosiasiyanın manifesti çap olunur və “Cenevrə regionu” adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiya layihəsi öz əskini tapır. 1949-cu ildə konfrans çağırılır. Konfransda dördüncü Konvensiya qəbul olundu. Konfransda yaralı və xəstə əsgərlər üçün “Qırmızı Xaç” emblemi ilə mühafizə olunan hospital yaradılması təsdiq edildivə əlavə olundu ki, xəstələr, qocalar, əlillər, 15 yaşınadək uşağı olan qadınlar üçün təhlükəsiz zonalar yaradılmalıdır.1951-ci ildə doktor Milan Bondi Baş Katib vəzifəsində Henri Corcu əvəzlədi. Bu elə bir dövr idi ki, Koreya müharibəsinin Dünya müharibəsinə çevrilməsi təhlükəsi reallaşırdı. Müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonaların yaradılması məsələsi ilə əlaqədar 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirildi.İkinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı və "Cenevrə regionu Assosiasiyası" BMMT -yə çevrildi. Yeni statusa əsasən ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə səlahiyyətləri verildi.BMMT-nin yeni statusuna müvafiq olaraq, 1958-ci ildə Cenevrədə Mülki Müdafiə üzrə üçüncü Ümumdünya Konfransı çağırıldı. Konfransda 33 ölkədən 130 nümayəndə iştirak etdi. O dövrün problemlərini nəzərdən keçirərək demək olar ki, 20 ildən sonra atmosferdə nüvə sınaqları qadağan olundu, bir çox ölkələrdə nüvə silahlarından mühafizə üçün sığınacaqların sayı əhəmiyyətli dərəcədə artdı. Mülki Müdafiə işçilərinə Beynəlxalq status verildi.1966-cı il oktyabrın 17-də BMT-nin katibliyində BMMT-nin nizamnaməsi qeydə alındı. Onun məqsədi -hətta ən mürəkkəb fövqəladə hadisələr baş verərkən belə vətəndaşların, həmçinin onların əmlakınin təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə həyata keçirilməsini təşkil etmək idi. BMMT-nin ali orqanı Baş Məclisdir. Baş məclisə üzvlər iştirakçı ölkələrin nümayəndələrindən seçilir. Məclis 2 ildən bir, təşkilatın icraçı orqanı isə ildə bir dəfədən az olmayaraq toplanır və müvafiq komissiyalar yaradaraq təşkilatın mənafeyinə uyğun məsələlərlə məşğul olur. Təşkilatın gündəlik fəaliyyətinə Daimi Katiblik rəhbərlik edir. Təşkilatın rəsmi dilləri: ingilis, ərəb, fransız və ispan dilləridir.BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə günü" kimi qeyd olunur.Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993 cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.Azərbaycan Respublikasında Mülki Müdafia işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, bilavasitə rəhbərliyi isə Azərbaycan Respublikasının Baş Naziri həyata keçirir. Mülki Müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək,o cümlədən icraya nəzarət məqsədlə Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir.Mülki Müdafiə - sülh və ya müharibə dövründə əhalinin və ərazinintəhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin