1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri



Yüklə 335,33 Kb.
səhifə9/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   5   6   7   8   9   10   11   12   ...   106
null

Ümumi məqsədli dəstələr zədələnmə ocaqlarında xilasetmə işləri apar­maq, təbii fəalkətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.

MM xidmət dəstələri –xüsusi təyinatlı dəstələr, kəşfiyyat, tibbi yardım,yanğın söndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. xidmət dəstələri sayılır.

Yüksək təhlükəli obyektlərdə(AES, kimyəvi maddələrdənistifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır.



7.Mülki müdafiə təşkilatının təşkili və aparılması

Mülki müdafiə (MM) dinc və müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan tədbirlər sistemidir. Mülki müdafiə həyatı, gələcək nəsillərin və ətraf mühitin təhlükəsizliyini təmin edir. Mülki müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetiril­məsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitə­lərin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərin məcmusudur. Mülki Müdafiə II Dünya müharibəsindən sonra hərbi işdə baş verən elmi-texniki inqilabla əlaqədar meydana çıxmış və 1932-ci ildən mövcud olan hava hücumundan Yerli Müdafiənin əvəzində 1961-ci ildə yaradılmışdır. 1998-ci il aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Mülki müdafiə haqqında Azərbaycan Respublika­sının qanunu qüvvəyə minmişdir”.

Qanun və əsasnaməyə müvafiq olaraq Azərbaycanda Mülki müdafiə üzrə rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Mülki Müdafiə həm də insanın ətraf mühitdə təhlükəsizliyinin və sağlamlığının qorunması haqqında elmdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 saylı qərarına əsasən, mühafizə bilikləri ölkəmizin 7 yaşdan yuxarı bütün vətəndaşlarına öyrədilməlidir. Bu məq­sədlə məktəblərində tədris proqramına Mülki Müdafiə fənni daxil edilmişdir.

Azərbaycan Respublikasında Mülki Müdafiə ümumdövlət müdafiə siste­minin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:

1. Ərazi prinsipi – yəni Mülki Müdafiə tədbirləri Azərbaycan Respub­lika­sının bütün ərazisində təşkil edilməsi;

2. Fərqli və kompleks yanaşma prinsipi – Azərbaycan Respublikasında Mülki Müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alın­maqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi;

3. Kütləvilik və məcburilik prinsipi – Mülki Müdafiə tədbirlərinin Azərbay­can Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması;

4. Daimi hazırlıq prinsipi – Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi fövqəladə hallar zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması;

5. Dərhal xəbərdarlıq prinsipi – baş verə biləcək və ya baş vermiş fövqəladə hallar haqqında əhaliyə dərhal məlumat verilməsi;

6. Qarşılıqlı əlaqə prinsipi – Mülki Müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və Mülki Müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi.

Mülki Müdafiənin əsas məqsədi aşağıdakılardır:


  1. Fövqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbir­lərin həyata keçirilməsi;

  2. Fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;

  3. Fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması.

  4. Azərbaycan Respublikasının Mülki Müdafiəsi sülh və müharibə dövr­lərində əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir.

Mülki müdafiənin əsas vəzifələribunlardır:

  1. Əhalini hər şeydən əvvəl nüvə silahından, eləcə də kimyəvi və bakterioloji silahlardan qorunması tədbirlərini həyata keçirmək;

  2. Zədələnmə ocaqlarında xilasetmə və təxirəsalınmaz qəza-bərpaetmə işlərini aparmaq;

  3. Zədələnənlərə tibbi yardımın göstərilməsi və düşmən hücumunun nəticələrini aradan qaldırmaq;

  4. İnsanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhaliyə vaxtında xəbərdarlıq etmək və s.

MM – sülh vaxtı Respublikanın bütün ərazisində ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu o deməkdir ki, MM bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyəti üzrə rəhbərlik edən nazirliklər, idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir. MM-ümumxalq işidir və onun tədbirlərinə respublikanın bütün maddi ehtiyatları və əhalisi cəlb olunur. MM-nin tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət etmək üçün yerlərdə MM qərargahları yaradılır. MM-nin üzərinə düşən vəzifələri tam və ardıcıl surətdə yerinə yetiril­məsində xidmətlərin rolu böyükdür. MM-də aşağıdakı xidmətlər var:Tibb xidməti, rabitə və xəbərdarlıq xidməti, avtomobil nəqliyyatı, kimya və radiasiyadan mühafizə xidməti, ictimai asayışi mühafizə xidməti, yanğından mühafizə xidməti, ərzaq və paltarla təchizat xidməti, heyvanları və bitkiləri mühafizə xidməti və s.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin