1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


Azərbaycan Respublikası ərazisi üçün ehtimal olunan təbii fəlakətlər və bu zaman əhalinin davranışı



Yüklə 335,33 Kb.
səhifə10/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   6   7   8   9   10   11   12   13   ...   106
null

8.Azərbaycan Respublikası ərazisi üçün ehtimal olunan təbii fəlakətlər və bu zaman əhalinin davranışı.

Təbii fəlakətlər əhalinin normal həyat fəaliyyətinin pozulması və maddi sərvətlərin məhv olması ilə nəticələnən müxtəlif növ təbii hadisələrdir. Bunlar adətən qəflətən baş verir və insan təlafatına səbəb olur həm də ətraf mühitə təsir göstərir. Təbii fəlakətlərə zəlzələ, daşqınlar, sel, torpaq sürüşmələri, meşə yanğınları, vulkan püskürməsi və s. aidedilir.Azərbaycanın ərazisindən 15-dən artıq növdə təhlükəli təbiihadisələr müşahidə edilir. Bunlardan ən dağıdıcı təsirə malik olnları daşqın, zəlzələ, sürüşmə, sel, uçqunlardır. Azərbaycan ərazisində zəlzələ zonaları: Şamaxı, İsmayıllı, Şəki - Balakən, Gəncə (Göy-göl), Naxçıvan. Daşqın zonaları: salyan, neftçala, şirvan, sabirabad. Sel zonaları: balakən, zaqatala, şəki, tovuz. Dolu düşən ərazilər: göyçay, qəbələ, ismayıllı, şamaxı. Güclü külək – abşeron yarımadası, kür-araz ovalığı, qərbi naxçıvan. Tufan- daşkəsən, zaqatala, gədəbəy, göygöl. Sürüşmə zonası – badamdart, bayıl, zığ, masazır, abşeron, quba, xaçmaz, lerik.



Zəlzələ yerin qatlarında yerdəyişmə prosesi nəticəsində yer qabığının müəyyən sahələrinin titrəməsidir. Respublikanın seysmik rayonlaşdırma xəritəsinə görə bütün ərazi 12 ballıq şkala üzrə əsasən 8 baladək, bəzi zonalar isə 9 bal gücündə zəlzələ ehtimalı region sayılır.Zəlzələnin olacağını göstərən bir sıra əlamətlər vardır. Bunları seysmik cəhətdən təhlükəli olan rayonların əhalisi xüsusilə bilməlidir. Havası təmiz olan və əvvəllər belə hadisə müşahidə edilməmiş rayonlarda güclü qaz iyi gəlməsi quşların və ev heyvanlarının narahatlığı evlərin içərisində divar səthlərinin mavi işıq saçması və s. Zəlzələ ehtimalı barədə qabaqcadan xəbər verilərkən təmkinlə çaxnaşma salmadan fəaliyyət göstərmək lazımdır. Mənzili tərk etməzdən əvvəl elektrik cihazlarını qazı söndürmək ən vacib şeyləri bir qədər ərzaq su sənədləri götürmək lazımdır. Küçəyə çıxdıqda bina və qurğulardan elektrik xətti stolbalardan uzaqlaşmaq meydanlara geniş küçələrə tikinti az olan yerlərə tərəf getmək lazımdır. Ən qorxulusu əhali evlərdə müxtəlif binalarda olarkən gözlənilmədən baş verən zəlzələdir. Belə halda insanların dəqiq davranışını son dərəcədə vacibliyini nəzərə alaraq məsləhətlərə riayət etmək lazımdır. Zəlzələ baş verdikdə yer adətən cəmi bir neçə saniyə güclü zəlzələ zamanı isə ən çoxu bir dəqiqə ərzində titrəyir. Belə hallarda insanlar təmkinli və şüurlu hərəkət etməlidirlər. Əsas təhlükəni dağılıb tökülən bina hissələri və aşan ağır əşyalar törədir. Buna görə otaqdakı nisbətən az təhlükəli yerlərdə məsələn qapı tağının altında otağın küncündə dayanmaq pəncərə şüşələrindən elektrik sobalarından yanan sobalardan ağır şkaflardan rəflərdən uaq durmaq lazımdır. Yazı masasının çarpayının altında da daldalanmaq mümkündür. Çoxmərtəbəli binalarda olarkən pilləkənə və ya liftə minmək olmaz. Çünki pilləkənlərdə çaxnaşmalar olur lift isə titrəyişdən ilişib qala bilər. Belə hallarda otaqlarda daldalanmaq daha etibarlıdır. Ümumiyyətcə zəlzələ bir neçə ardıcıl təkandan ibarətdir. İlk təkanlar ara verdikdə cəld küçəyə çıxmağa çalışmaq lazımdır. Zəlzələdən sonra güclü dağntılar və tələfatlar aşkar edilə bilər. Insanlar zərərçəkmiş adamlara yardım göstərib xilas etməyə çalışmalıdır.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin