1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri



Yüklə 335,33 Kb.
səhifə11/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   7   8   9   10   11   12   13   14   ...   106
null

Daşqınlar çox ağır təbii fəlakətlərdir. Daşqın zamanı əhalinin fəaliyyəti keçmişdə olmuş belə fəlakətlərlə mübarizə təcrübəsi nəzərə alaraq təşkil edilir. Daşqın baş vercəyi əvvəlcədən məlum olduqda dərhal insanları kənd təsərrüfatı heyvanlarını maddi sərvətləri ehtimal olunan daşqın zonasından köçürüb çıxarmaq lazımdır. Daşqın vaxtı düzgün davranma qaydaları köçürmə üzrə toplanış məntəqəsinin yeri məntəqəyə gəlmək qeyddən keçmək köçürülmə marşrutu barədə əhaliyə məlumat verilir. Imkan olsa köçürmə vaxtı ən vacib əmlakı ilə birlikdə köçürülür və yaxın yaşayış məntəqələrinə müvəqqəti yerləşdirilir. Daşqın gözlənilmədən baş verdikdə, ətrafda suyun səviyyəsi sürətlə yüksəldikdə insanlar dərhal təhlükəsiz yerlərə, məsələn, təpələrə, şəhər və ya qəsəbənin yuxarı məhəllələrinə çıxmalıdırlar. Qorxulu sahələri tərk etmək mümkün olmadıqda insanlar evlərin, müxtəlif qurğuların yuxarı mərtəbələrinə, damlarına çıxmalıdırlar. Çöldə olarkən qayaların üzərinə və ya ağaclara çıxmalıdırlar. Əl altında olan hər cür üzgü vasitələrindən istifadə etmək, taxta parçalarından, tərs bağlanmış budaqlardan, avtomobil kameralarından və s. əşyalardan üzgü vasitələri düzəltmək lazımdır. Suya düşdükdə dərhal üst paltarları, ayaqqabıları çıxarıb atmaq, sudan yuxarı çıxan əşya tapıb istifadə etmək lazımdır.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin