Ailədə aqressiya tez-tez rast gəlinən haldır. Çox təəssüf ki, ondan heç kim sığortalanmayıb



Yüklə 20,39 Kb.
səhifə1/3
tarix17.11.2022
ölçüsü20,39 Kb.
#69583
  1   2   3
ailədaxili zorakiliq


Ailədə aqressiya tez-tez rast gəlinən haldır. Çox təəssüf ki, ondan heç kim sığortalanmayıb.
Zorakılıq ailə dəyərlərinə, ümumiyyətlə münasibətlərə yarası çətin sağalan zərbə vurur. Belə zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır.
Ailə zorakılığı cinayətə şərait yaradır ki, bu da sonda azadlıqdan məhrum olma faktına qədər gətirib çıxara bilir.
Statistik məlumatlara görə hər dördüncü cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verir. Bu fakt artıq bu məsələnin ön plana çıxarılmasının vacibliyini göstərir.
Ailə daxili zorakılıq insana müxtəlif dərəcəli zərər vurulmasına gətirib çıxarır. Bura tənqid, təhqir, şəxsiyyətin alçaldılması, hətta ölüm faktları daxildir.
İnsan psixikasının pozulmasına gətirib çıxaran davamlı stress veziyyəti. Əksər hallarda uzun müddət istirahətin olmaması, maddiyyat məsələləri, seksual xarakterli problemlər və s. insanın gərgin yüklənməsinə gətirib çıxarır. Belə problemlərlə üz-üzə qalan fərd qarşı tərəfdən də anlaşılmazlıq gördükdə qeyri-ixtiyarı zorakılıq tətbiq edir. Müasir dövrdə gərgin stressin bir çox ideal ailələrin belə dağılmasına gətirib çıxarması halları çoxdur.
İnsanlar bir-birini böyük məhəbbətlə sevə və uzun müddət bir yerdə ola bilərlər. Amma baş verə biləcək istənilən xöşagəlməz situasiya (məsələn, işi itirmək, avtomobil qəzası, yanğın və s.) ailə əsasının çökməsinə gətirib çıxara bilər. Belə problemlər öz arxasınca maddi-mənəvi sıxıntıları gətirir. Məsələn, işini itirmiş kişi spirtli içkilərə qurşana bilər ki, bu da qeyri-iradi ailədə münaqişəyə, o da eyni zamanda zorakılığa gətirib çıxarır. Bu situasiyada konfliktlər “Ər-Arvad” və ya “Ata-Uşaq” çərçivəsində baş verir. Belə ki, içkili vəziyyətdə olan şəxs qeyri-ixtiyarı həyat yoldaşı və ya uşağına zor tətbiq edə bilər. Bir çox qadınlar uşaqlarının xətrinə həyat yoldaşlarının zərbələrinə dözür, lakin bu əsasən yaxşı halda qadının uşaqlarla evi tərk etməsinə, pis halda isə qadının həyat yoldaşının aqressiyasından özünü müdafiə etməsinə gətirib çıxarır ki, bu da ya fiziki travma, ya da ölümlə nəticələnir.

Yüklə 20,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin