Yetkinlik yaşına çatmamış şəxsin ailədə zorakılıqdan müdafiəsi üzrə spesifik tədbirlər? Yetkinlik yaşına çatmamış şəxsə qarşı zorakılıq izi olduğu təqdirdə, məhkəmə müvəqqəti tədbir şəklində yetkinlik yaşına çatmamış şəxsi zorakı valideyndən/valideynlərdən ayırmaq səlahiyyətinə malikdir. Yetkinlik yaşına çatmamış şəxsin nümayəndəsinin hüququ məsələsi müzakirə edildiyi zaman o hal nəzərə alınmalıdır ki, zorakı valideyndə nümayəndə hüququnun saxlanılması yetkinlik yaşına çatmamış şəxsin maraqlarına ziyan vurur. Yetkinlik yaşına çatmamış şəxsə qarşı valideynlərdən biri tərəfindən zorakılıq barədə əsaslı ehtimal mövcud olduğu təqdirdə, valideynlərdə yetkinlik yaşına çatmamış şəxs üzərində birgə qəyyumluğun saxlanılması yolverilməzdir.
Yetkinlik yaşına çatmamış şəxs 14 yaşından öz hüquq və qanuni maraqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu cür hallarda məhkəmə prosessual nümayəndəni təyin edir və işi müzakirə edir. Yetkinlik yaşına çatmamış idiaçı öz prosessual nümayəndəsi ilə razılaşmayaraq özünü müdafiə etmək hüququna malikdir. Müasir dövrdə bir çox dövlətlərdə qadın aqressiyası faktı da geniş vüsət almaqdadır. Bu qadının cəmiyyətdə rolunun artması ilə bağlıdır. Yəni qadın artıq ailənin nəinki dolandıran şəxsə, hətta ailənin başçısına çevrilir. Belə ailələrdə dominant qadın olur ki, əgər həyat yoldaşı onun qoyduğu qaydalara əməl etməsə, qadın tərəfdən aqresiya ilə üzləşir. 2. Ailə daxili münaqişələrin artmasında öz məhşurluğuna görə stress situasiyalarından sonra qısqanclıq faktı ikinci yerdə durur. Bələ zorakılığın paradoksluğu onda ola bilər ki, çox vaxt qısqanclıq əsassız olur. Qısqanc insanla isə həyat cəhənnəmə dönür. Belə ki, qarşı tərəfə ən səmimi hissi olan şəxs əks tərəfin hər hərəkətini, hər baxışını izləyərək lazımsız şeylərdən problem yarada bilir. Numunə kimi çox qısqanc şəxsin davranışlarını sizə təqdim edirik. Məsələn, kişi öz hayat yoldaşı ilə yol ilə gedərkən qəfildən xanımın çoxdan görmədiyi sinif yoldaşı ilə rastlaşırlar. Belə situasiyada salamlaşan və bir neçə kəlmə kəsən keçmiş sinif yoldaşların söhbətinə kənardan müdaxilə etməyən və sakitcə dayanan ər sonra arvadıyla hələ küçənin ortasında və ya evə çatanda dalaşmağa başlayır. Adətən dava “O, kimdi?”, “Onunla əlaqə saxlayırsız?”, “İndi başa düşdüm, niyə işdən gec çıxırsan” sözləri ilə başlayır. Oxşar vəziyyətdə əgər ər çox qısqancdırsa, hətta əl qaldırmaq faktı da meydana gələ bilər. Psixi pozuntular. Çox təssüf ki, bu səbəb sonuncu hədd sayılır və xüsusi müəsisələrdə müalicə tələb edir. Psixi pozuntudan əziyyət çəkən insanlara psixoloji kömək etmək lazımdır ki, onlar qarşısı alınmaz hərkətləri törətməsinlər. Qeyd etmək lazımdır ki, psixi pozuntudan əziyyət çəkən insanlar da adi şəxslərlə eyni hüquqa malikdirlər və yardım almağa haqları var. Seksual xarakterli problemlər. Bu səbəb əsasən kişilərə xas olur. Belə problemin yaranma səbəbi cinsi zəifliyin ortaya çıxmasıdır. Cinsi zəifliklə üzləşən kişilər əsəb hissi keçirirlər və öz problemlərində ətrafındakı hər kəsi, hətta özünü günahlandırırlar. Belə situasiyalarda kişi günahı qadında görməyə başlayarsa, onda ona qarşı zor tətbiq edə bilir. Bir çox hallarda bu “Hər şeydə sən günahkarsan” sözü ilə başlayır. Əslində isə bu problemin kökündə qadının heç bir günahı yoxdur və bunun səbəbi elementar yorğunluq da ola bilər. Ailə daxili zorakılığın müzakirəsi bu gün çox vacib və çətin məsələdir. Öncə ailələrdə baş verən konfliktlərin mütəxəsislər tərəfindən mütamadi diaqnostikası aparılmalıdır; ikincisi - lazım olan halda tibbi yardımın tətbiq olunmalıdır; üçüncüsü - lazım olan halda hüquq-mühafizə orqanlarının və tibbi müəsisələrinin iştirakı olmalıdır. Və nəhayət, bütün baş verə biləcək konfliktlərin əsasını təşkil edən alkoqolizmin, narkomaniyanın və psixi pozuntuların profilaktikası və müalicəsi aaparılmalıdır