8d sinif şagirdi Qasımova Fidanın fizikadan işi. Buyurub baxa bilərsiniz



Yüklə 444 b.
tarix28.04.2017
ölçüsü444 b.


8d sinif şagirdi Qasımova Fidanın fizikadan işi.

  • Buyurub baxa bilərsiniz.


İstilik hadisələri

  • Cisimlərin isti və ya soyuq olması onu təşkil edən zərrəciklərin nizamsız hərəkət sürətindən asılıdır.Cismi təşkil edən zərrəciklərin nizamsız hərəkətinə istilik hərəkəti deyilir.

  • Temperatur-cismin zərrəciklərinin orta kinetik enerjisinin ölçüsüdür.



Maddələrin istidən genişlənməsi

  • Bərk cisimlər,mayelər və qazlar istidən genişlənir.

  • Bərk və maye maddələr istidən müxtəlif qazlar isə eyni cür genişlənir.

  • Bərk ciximlər qızdırıldıqda genişlənir,soyuduqda isə sıxılır;müxtəlif bərk maddələr eyni qədər qızma zamanı eyni dərəcədə genişlənmir və soyudulduqda isə eyni cür sıxılmır.



Mayelərin genişlənməsi

  • Qızdırılma nəticəsində yalnız bərk cisimlər deyil hətta mayelər də genişlənir.Su müəyyən anomaliya xassəsinə malikdir.

  • 0 C ilə 4 C arasında suyun qızdırıldıqda həcmi azalır.Yalnız 4 C-dən yuxarı temperaturda su istidən genişlənir.Bu anomaliya xassəsinin Yerdəki iqlim şəraitinə çox böyük təsiri var.



Qazların genişlənməsi

  • Qazlar bərk cisimlərdən və mayelərdən fərqli olaraq eyni cür genişlənir.

  • Qazların istidən genişlənməsini dilatometrlə müşahidə etmək olar.



Termometrlər

  • Cisimlərin temperaturunu ölçmək üçün istifadə olunan cihaza termometr deyilir.Bu cihaz təqribən 400 il bundan əvvəl Qaliley tərəfindən yaradılmışdır.

  • Ən çox istifadə olunan termometrlərin iş prinsipi mayelərin istidən genişlənmə xassəsinə əsaslanır.Termometrik maye olaraq əsasən civə yaxud rənglənmiş spirtdən istifadə olunur.



Termometr ucunda kiçik balonu olan nazik şüşə borudan ibarətdir.Balona civə tökülür.Civə bütün borunu doldurana qədər balon qızdırılır.Borunun ağzı lehimlənir.

  • Selsi şkalası

  • Bu termometr şkalasını 1742-ci ildə ANDRES SELSİ təklif etmişdir.Ona görə bu şkala selsi şkalası adlanır.



Kelvin şkalası

  • Kelvin şkalasına mütləq temperatur şkalası deyilir.Bu şkalada mənfi temperatur yoxdur.0 K-ə bərabər temperatura mütləq sıfır deyilir.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə