6.Hərbiləşməmiş mülki müdafiə dəstələri.
Zədələnmə ocaqlarında xilasetmə və başqa təxirəsalınmaz işləri aparmaq üçün cəlb olunan MM dəstələrinin, xidmətlərinin və s. tərkibindəki şəxsi heyət Mülki müdfiə qüvvələri adlanır.
MM qüvvələri - əhalinin mühafizəsi üzrə tədbirləri, dağıntı, zəhərlənmə rayonlarında xilasetmə işlərini yerinə yetirmək üçün yaradılır. Quruluşca 3 yerə bölünür:1. hərbiləşməmiş MM dəstələrindən, 2. MM qoşun hissələrindən (hərbi hissə) 3. MM müəssisələrindən ibarətdir.
MM-nin hərbiləşməmiş dəstələri –Mühafizə tədbirlərini həyata keçirmək, zədələnmə ocaqlarında xilasetmə işləri görmək üçün əhali qruplarından təşkil edilir. Məsələn manqa, qrup, komanda, dəstə, briqada. Bu dəstələrə əsasən 18-55 yaşa kimi qadınlar, 18-60 yaş arası kişilər cəlb olunmalıdır. Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.Hərbiləşməmiş dəstələr məqsədinə və tabeliyinə görə 2 qrupa bölünür.
Məqsədinə görə: bu isə ümumi məqsədli dəstələrə və MM xidmətlərinin dəstələrinə (ixtisaslı MM dəstələri) ayrılır.
Ümumi məqsədli dəstələr – zədələnmə ocaqlarında təbii fəlakət rayonlarında xilasetmə işləri aparmaq üçündür.
MM xidmətlərinin dəstələri isə (ixtisaslı dəstələr) xilasetmə işləri aparılarkən xüsusi tədbir və işləri: kəşfiyyat, zərərsizləşdirmək, tibbi yardım və s. kimi işləri icra etmək üçündür. Belə dəstələr ümumi məqsədli dəstələri gücləndirmək üçündür.
Mülki müdafiə dəstələri tabeliyinə görəərazi və obyekt MM dəstələrinə bölünür. Bu dəstələr ilk tibbi yardım üçün yaradılır.
Yerinə yetirdikləri vəzifələrə görə;
Ümumi məqsədli MM dəstələri
Xidmət dəstələri (xüsusi məqsədli dəstətərlər)
Ixtisaslaşdırılmış dəstələr
Dostları ilə paylaş: |